text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
54 yaşlı Hollivud ulduzu Cennifer Lopez dekolteli geyimi ilə izləyiciləri növbəti dəfə özünə heyran edib. A Love Story" yeni vizual albomunun təqdimat mərasimi olub. Şir bürcü olan dünya ulduzu gecə üçün "Zuhair Murad" moda evinin 2022-ci ilin payız kutyur kolleksiyasından qara don geyinib. Korset hissəsi məxmərdən haz...
publikaz_normalized
Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb. Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbi...
publikaz_normalized
Sursat çatışmazlığı və rotasiya ilə bağlı problemlər səbəbindən Ukrayna silahlı qüvvələri ərazinin böyük hissəsinə nəzarəti itirmək riski daşıyır. “Fikrimcə, əgər döyüş sursatı məsələsi, eləcə də rotasiya məsələsi həll olunmasa, ukraynalılar indiyə qədər yaxşı müdafiə etdikləri şəhərləri yaxın gələcəkdə tərk etmək məcb...
publikaz_normalized
Prezident İlham Əliyev "Aviasiya haqqında" qanunu təsdiqləyib.
publikaz_normalized
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında dəyişiklik edilməsi barədə Sərə...
publikaz_normalized
Azərbaycanda hərbçilərin pensiya yaşı artırılır. Qanunda bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvi...
publikaz_normalized
Bu səhvinə görə karyerası bitdi":"Sarah Cepçirçirin idmançı kimi fəaliyyətinə Atletika Dürüstlük Komissiyası (AIU) tərəfindən 8 il müddətinə qadağa qoyulub. 2017-ci ildə Tokio marafonunun qalibi olan Cepçirçir karyerasında ikinci dəfə antidopinq qaydalarını pozub. Məhz buna görə 40 yaşlı atlet 8 illik diskvalifikasiyay...
publikaz_normalized
Prezident İlham Əliyev Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. Belə ki, 307.4-cü maddəyə əsasən, dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətr...
publikaz_normalized
“City Garden Narimanov”da təmir seçimləri başlayıb! “Kristal Abşeron” xəbər verir ki, “City Garden Narimanov”dan mənzillər yaxın müddətdə (yay aylarının sonunda) təhvil veriləcək. Aldığımız məlumata əsasən meqa yaşayış kompleksinin birinci hissəsində olan binaların bir çoxunda fasad işləri tamamlanmaq üzrədir. Paralel ...
publikaz_normalized
Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” 24 iyun 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib. Fərmana əsasən, “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”na kosmik obyektlər də əlavə ...
publikaz_normalized
Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan hərbçilər üçün tələblər dəyişib. Qanuna əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olacaq: - hərbi xidmətdən ...
publikaz_normalized
2 il əvvəl həyat yoldaşı Gürhan Altundaşardan boşanan aktrisa Merve Dizdar 14 fevral Sevgililər Günündə həyatında biri olduğunu açıqlayıb. Şəxsi həyatını diqqət mərkəzindən uzaq tutmağa üstünlük verən Merve Dizdar bir müddətdir ki, Cihan Aygerlə birlikdədir. İstedadlı kino ulduzu sevgilisi ilə çəkdirdiyi romantik kadrl...
publikaz_normalized
Prezident İlham Əliyev “Dəniz limanları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Həmin xidmətlər aşağıdakılardır: - gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi; - dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habe...
publikaz_normalized
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib. Gözəl ata, qayğıkeş baba, nurlu, mehriban İnsan! Sənə möhkəm cansağlığı və gözəl əhvali-ruhiyyə arzulayıram! Uca Tanrı səni bütün qada-balalardan hifz et...
publikaz_normalized
“Unibank”ın POS-terminalı əvəz edən UPOS xidmətinə qoşulmaq indi daha sərfəli olub. Fevralın 15-dən martın 31-dək davam edən kampaniya çərçivəsində UPOS xidmətinə qoşulan sahibkarlar üçün qoşulma haqqı və əməliyyatlar üzrə komissiyalar 0% təşkil edəcək. UPOS -ödənişləri mobil telefon vasitəsilə qəbul etmək üçün yaradıl...
publikaz_normalized
Prezident İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib. Bundan başqa, təsnifat cəmiyyətlərinə kiçikhəcmli gəmilər istisna olmaqla, digər gəmilərə texniki nəzarəti həyata keçirmək hüququ verilib.
publikaz_normalized
onların istilası başlayacaq":"Tədqiqatçılar bildiriblər ki, iqlim dəyişikliyinin yaratdığı qeyri-sabit hava şəraiti çəyirtkə istilasını artıracaq. Bunun üçün onlar BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Çəyirtkə Mərkəzinin məlumatlarında 1985-ci ildən 2020-ci ilə qədər səhra çəyirtkələrinin istilasını təhl...
publikaz_normalized
30 ildir nəfis dadı və yüksək keyfiyyəti ilə klassikaya çevrilmiş “Final” çay növbəti dəfə maraqlı layihəyə imza atıb. Ölkəmizi Avropada təmsil edərək mükəmməl nəticələr nümayiş etdirən “Qarabağ”ın rəsmi dəstəkçisi olan adıçəkilən marka, “köhlən atlar”ın azarkeşləri üçün yeni marş hazırladıb. Vətənimizin bütövlüyü uğru...
publikaz_normalized
“Umud çiçəkləri” adlı konsert-sərgi keçiriləcək" "“İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimin sinfinin təqdimatında şair-rəssam Adil Mirseyidin xatirəsinə həsr olunmuş “Umud çiçəkləri” adlı konsert-sərgi keçiriləcək. Fevralın 19-u saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş ...
publikaz_normalized
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Hazırda baş məşqçisiz olan komanda 1174.22 xalla 113-cü sırada qərarlaşıb. Reytinq siyahısına əvvəlki kimi, son dünya çempionu Argentina (1855.2 xal) başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə isə (1800.05) üçüncü pilləni tutur.
publikaz_normalized
Müğənni Vəfa Şərifova məclislərin birində gülməli hadisə ilə üzləşib. Rəqs edərək ona yaxınlaşan dinləyicisi Vəfanı qucaqlamaq istəyib. Müğənni əl hərəkəti ilə bunun qarşısını alıb.
publikaz_normalized
Bu dəfə...":"Real" sosial media tarixinə düşüb. Madrid təmsilçisi tarixdə "X" platformasında (keçmiş "Twitter") 50 milyon izləyiciyə çatan ilk idman komandası olub. Qeyd edək ki, bu nəticəyə klubun ispandilli profili imza atıb.
publikaz_normalized
Lüksemburqun “L’essentiel” portalında “Gizli müharibə fonunda Lüksemburqda təsir mübarizəsi” sərlövhəli məqalə dərc olunub. “Biz siyasi mübadilələri ticarət mübadiləsi səviyyəsinə qaldırmalıyıq”. Əmirbəyov Lüksemburq rəsmiləri ilə görüşdə Azərbaycanın strateji mövqeyi, Ukrayna müharibəsi fonunda təbii qaz ehtiyatları b...
publikaz_normalized
Terrorçu “Yerkrapah” Könüllülər Birliyinin sədri Sasun Mikaelyan törətdikləri təxribatdan sonra Azərbaycanın keçirdiyi “qisas əməliyyatı”ndan danışıb. “Faktla bağlı araşdırma aparılır, hallar aydınlaşdırılır. Sadəcə onu deyə bilərəm ki, onların dördünün də üzərində snayper işləyib”, Mikaelyan deyib. Ermənistan tərəfind...
publikaz_normalized
Ailəsinin beş üzvünü öldürən 25 yaşlı Əhmədov Əhmədlə bağlı bir sıra iddialar ortaya çıxıb. Həmin iddialara görə, Əhməd 15 yaşında olarkən daha bir qətl hadisəsi törədib. Əhmədin cəza almaması məqsədi ilə ailəsi onun üçün "dəlilik kağızı" alıb. Bir müddət sonra isə "dəlilik kağızı" "sağlamlıq arayışı" ilə əvəz edilib. ...
publikaz_normalized
Ötən gün Moskvanın mərkəzində baş verən atışma nəticəsində Çeçenistandan olan 29 yaşlı MMA döyüşçüsü Rəsul Oçayev yaralanıb. Bu barədə sosial şəbəkələrdə məlumat verilib. Rəsul Oçayev dostu, 38 yaşlı sürücü Vitali Çibotarla birlikdə “Qızıl üzük” otelinin yaxınlığında qəzaya uğrayan qara rəngli “Lexus” markalı avtomobil...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, "Space TV"nin efirində Amil Xəlilin aparıcılığı ilə yayımlanan "Gəl danış" verilişində ailəsini amansızlıqla qətlə yetirən Əhməd Əhmədovla bağlı daha bir şok fakt ortaya çıxıb. O, qeyd edib ki, Əhməd çox qısqanc uşaq olub. Ətrafında kiminsə uğur qazanmasını, ondan irəli getməsini istəməyib. Xanım...
publikaz_normalized
Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətl edən 25 yaşlı gənc Əhməd Əhmədovla bağlı bəzi məqamlar açılıb. “Lakin onun anası, 59 saylı orta məktəbin direktoru Pikə Əhmədova övladının xüsusi tipli xəstəxanada müalicə olunmasına illərlə imkan verməyib. Bunu da onunla əsaslandırıb ki, oğlu xalq arasında "də...
publikaz_normalized
Ən azı 6 nəfər ölüb":"Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Daha əvvəl məlumat verilmişdi ki. Belqorodun atəşə tutulması zamanı xəsarət alanların sayı on nəfərə çatıb. Onların vəziyyəti dəqiqləşdirilmir. Fevralın 15-də günortadan sonr...
publikaz_normalized
Sevgilisi anası yaşındadır - FOTOLAR":"Keçən il "Şaxtyor"dan 18 milyon avroya "Real"a keçən Vinisius Tobias klubun gələcəyi hesab edilir. Tobias müdafiəçi kimi çıxış edir. Bu mövsüm Madrid təmsilçisinin ikinci komandasının əsas üzvlərindən birinə çevrilib. Karlo Ançelotti braziliyalı futbolçunu əsas komandaya cəlb etmə...
publikaz_normalized
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Çox hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi...
publikaz_normalized
“Gəlinin qayınatanın qabağına çay gətirməsi...” - VİDEO":"Şair və jurnalist Anar Vəziroğlunun efirdə səsləndirdiyi fikirlər qalmaqala səbəb olub. “Ömrüm boyu demərəm ki, gəlinim qabağıma gətirib çay qoysun. Bundan böyük ədəbsizlik yoxdur. Niyə axı gəlin sənə, qayınataya çay verməlidir? Bunlar özlərinə gəlin yox, qul ax...
publikaz_normalized
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts arasında görüş olacaq. “Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam”, - Olaf Şolts yazıb. Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18 tarixlərində keçiriləcək.
publikaz_normalized
heç bir halda...":"Yaya qədər arıqlamaq istəyirsinizsə, artıq çəkilərdən tədricən qurtulmalısınız və heç bir halda ac qalmamalısınız. Düzgün arıqlamağın sirlərini bölüşən ekspert qeyd edib ki, bəzi insanları daha çox yeməyə sövq edən keçirdiyi stresslərdir. Əsəb gərginliyindən yaranan yemək istəyi ilə əsl aclıq hissini...
publikaz_normalized
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına açıqlama verib. - Qüdrət bəy, Prezident İlham Əliyev andiçmə mərasimində xarici siyasətimizin əsas prioritetinin türk ailəsində daha sıx inteqrasiya olunmağımız olacağını söylədi. Siz bunu necə təsəvvür edirsini...
publikaz_normalized
Ekvadorda evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə) qanuniləşdirilib. Xarici medianın yaydığı məlumata görə, bu barədə ölkənin Konstitusiya Məhkəməsi qərar verib. Bildirilib ki, qərar üç ildir sklerozdan əziyyət çəkən 42 yaşlı Paola Roldanın ərizəsindən sonra verilib. Bu ...
publikaz_normalized
“Çelsi” azarkeşlərindən biri rəsmi olaraq futbol matçlarına gəlmək üçün uzunmüddətli qadağa alıb. Bildilir ki, 6 noyabr 2023-cü il tarixində İngiltərə Premyer Liqasının 11-ci turunun “Tottenhem”lə səfər matçında (4:1) nasist salamı verən azarkeş ictimai asayişi irqi motivli şəkildə pozmaqda təqsirli bilinərək cəzalandı...
publikaz_normalized
Kurtlar Vadisi" serialında canlandırdığı Memati obrazı ilə məşhurlaşan aktyor Gürkan Uygun aktrisa Melike İpek Yalova ilə yeni serialda tərəf müqabili olacaq. Serial TRT-nin rəqəmsal platforması "Tabii"də nümayiş olunacaq. Bildirilib ki, rejissorluğunu Doğan Ümit Karacanın etdiyi "Mevzu Derin" serialının ssenarisini Yu...
publikaz_normalized
Bayern"in idman direktoru Kristof Freund son zamanlar zəif nəticələrlə yadda qalan komandanın baş məşqçisi Tomas Tuxel barədə danışıb. “Təbii ki, Tomas Tuxelin bu vəziyyətlə bağlı problemləri var. Məqsədimiz bu vəziyyətdən birlikdə çıxış yolu tapmaqdır. Xatırladaq ki, dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin i...
publikaz_normalized
Sabahkı hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Bildirilib ki, fevralın 16-da Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
publikaz_normalized
Hamı layiq olduğu qədər qazanacaq":"Qarşıdakı illərdə "Bayern" rəhbərliyi klubun maaşlarını əhəmiyyətli dərəcədə azaltmaq üçün çox çalışacaq. Mənbənin sözlərinə görə, ilk növbədə Münhen komandası komandanın gənc futbolçuları Camal Musiala və Alfonso Deyvisin maaşlarına qənaət etməyi planlaşdırır . Klub rəhbərləri yeni ...
publikaz_normalized
Perunun paytaxtı Limada Sevgililər Günündən istifadə edən polis ayı kostyumu geyinərək narkotik satan qadını yaxalayıb. Qadın gül və şokolad almaq üçün pilləkənlərlə enən zaman digər polislər tərəfindən yaxalanıb. Nəzarətə götürülən narkotacirin evində axtarış aparılıb və kokain ələ keçirilib. Həmin görüntüləri təqdim ...
publikaz_normalized
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi vəfat edib. Qeyd olunub ki, AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin II kurs tələbəsi Səbuhi Əhmədli ürək tutmasından dünyasını dəyişib.
publikaz_normalized
Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları o deməkdir ki, İrəvan sərhəddə mümkün təxribatlar öncəsi beynəlxalq ictimai rəyi “Azərbaycan müharibəyə başlayacaq” istiqamətində formalaşdırır. Əslində bununla Zəngilan istiqamətindəki təxribatın da hədəfini etiraf etmiş oldu: Bakını adekvat addımlara sövq edər...
publikaz_normalized
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. Qeyd edək ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini eks...
publikaz_normalized
“Paltarımı geyinirdin...”":"Aygün Nəfəs haqqında sirlərin üstünü açıb: Məşhurluq həmişə olmur, amma insanlıq olur. İndi bir az tanına bilərsən, bu çox gözəldir. Yadındadır, ilk dəfə mənim paltarımı geyinib, getmişdin? Məni ad günündə görüb, ötəri salam verir. Səni işə düzəltdim mən, ondan sonra qabağa getdin. Restorana...
publikaz_normalized
Xalq artisti Tünzalə Ağayeva “Gözümün içinə bax” adlı yeni mahnısına klip çəkdirib. Aranjimanı isə Samir Sultanov edib. Klipin rejissoru və operatoru Fərhad Əlidir. Layihənin prodüseri Yalçın Çobandır. Xalq artistinin klipdə makiyajını və saç düzümünü stilist Sabir edib. Pop ulduzun yeni işi bütün musiqi platformaların...
publikaz_normalized
Fələstin dövləti üçün vaxt qrafiki hazırlanır":"Amerika mətbuatının yazdığına görə, ABŞ və bəzi ərəb ölkələri “Fələstin dövlət planı” üzərində işləyirlər. Xəbərdə həmçinin Fələstin dövlətinin qurulması üçün qəti bir zaman qrafiki üzərində iş aparıldığı və bunun yaxın bir neçə həftə ərzində açıqlana biləcəyi qeyd edilib...
publikaz_normalized
Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Zati-aliləri, əziz Qardaşım. Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizi daha da inkişafa və firavanlığa doğru aparan fəaliyyətinizdə davamlı uğurlar arzulamaqdan böyük məmnunlu...
publikaz_normalized
Müğənni Zamiq Hüseynov "Səni gözləyirəm" adlı yeni mahnıya çəkilən klipini təqdim edib. Ekran işinin rejissorluğu yenə də Emin Muradova həvalə olunub. Klipdə 30 il əvvəl, Birinci Qarabağ müharibəsi zamanı bir-birini sevən iki gəncin yaşadığı dərin eşqi, saf, nostalji duyğuları, bununla belə yaşa dolsa da qovuşmaz, izti...
publikaz_normalized
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səlahiyyətlərinizin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Ötən 30 ildən artıq ...
publikaz_normalized
“Azərbaycanın yanındayıq”":"Görüş Londonda yerləşən Marlboro Hausda (Marlborough House) baş tutub. Baronessa Patrisiya Janet Azərbaycanı dünya və ekologiya üçün əhəmiyyətli olan COP29 kimi böyük layihəyə ev sahibi olduğuna görə təbrik edib. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli...
publikaz_normalized
Abşeron rayonunda xalqımızın tarixi qələbə qazandığı Vətən Müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə yüksələn, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubad...
publikaz_normalized
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qərbi Azərbaycan Türklərindən və onların yurd həsrətindən bəhs edən “Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmin təqdimat mərasimi keçirilib. Tədbirdə öncəliklə Azərbaycan himni səsləndirilib, daha sonra şəhidlər...
publikaz_normalized
Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır. İlk növbədə qeyd edək ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktl...
publikaz_normalized
Slovakiya Respublikasının Baş naziri Robert Fiko İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. İnanıram ki, Sizin liderliyinizlə Azərbaycan inkişafa doğru daha sürətlə irəliləyəcək, ö...
publikaz_normalized
Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur. Qeyd edilib ki, Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən baş nazir növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir. Əvvəl...
publikaz_normalized
Hüquqşünas Əsabəli Mustafayev Teleqraf.com-un suallarını cavablandırıb. - Bir ailənin 5 üzvünün qətli cəmiyyətdə böyük sarsıntı yaradıb. Ailə üzvlərini amansızlıqla öldürən Əhməd Əhmədovla bağlı həbs qətimkan tədbiri seçilib. Onun ixtisaslı xəstəxanada qeydiyyatda olduğu bildilir, qohumları da onun psixoloji narahatlığ...
publikaz_normalized
Bir ailənin 5 üzvünün qətlə yetirildiyi cinayətlə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta Əhmədin bu qətli törətməyinə psixoloji problemlərin səbəb olmadığını iddia edənlər də var. Dünəndən bütün ölkəni sarsan qətllə bağlı müxtəlif iddialar səsləndirilir, xəbərlər yayımlanır və hadisənin videoları paylaşılır. Düzü...
publikaz_normalized
Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib. Onun sözlərinə görə, yazıçının beyninə qan sızıb. Süleymanlı reanimasiyadadır və müalicəsi davam etdirilir. Süleymanlı 1943-cü ildə anadan olub. Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə ...
publikaz_normalized
Aİ-nin Türkiyəyə ehtiyacı var":"Avropa İttifaqının (Aİ) Türkiyəyə ehtiyacı var. “Təbii qaz tədarükü Türkiyəsiz mümkün deyil. Ankara bu məsələdə bizim əsas tərəfdaşlarımızdandır. Onun terrora qarşı mübarizəsini də dəstəkləyirik”, - o vurğulayıb.
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimi, tədbirdə söylədiyi nitqində səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb. “Anadolu” Agentliyinin yaydığı xəbərdə bildirilir ki, fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkisində 92,12 faiz səs topla...
publikaz_normalized
Fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək. Məlumatda qeyd olunub ki, Azərbaycanın müxtəlif regionlarında qızılcaya, eləcə də mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları qeydə alınır: “Hazırda ölkəmizin sə...
publikaz_normalized
Milli Məclisin sabahkı plenar iclasının gündəliyi açıqlanıb. Həmin məsələlər aşağıdakılardır: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli...
publikaz_normalized
Slovakiya Prezidenti Zuzana Çaputova Azərbaycan Prezidenti İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib. Slovakiya Prezidenti müasir dünyanın bir sıra çağırışlarla üzləşdiyini qeyd edərək, həll yollarının qarşılıqlı əməkdaşlıq, dialoq, çoxtərəflilik və beynəlxalq hüququn prinsiplərinə,...
publikaz_normalized
Fevralın 15-də Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Elşən Zeynəddin oğlu Orucova məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat silah və 1 ədəd həmin silaha aid daraq Balakən rayonu Mahamalar kəndi ərazis...
publikaz_normalized
Ermənistanda nikah yaşını qaldırırlar":"Ermənistan parlamentində nikah yaşının artırılmasının müzakirə olunduğu ictimai dinləmələr keçirilib. Evlilik üçün yaş həddinin artırılması yezidi icmasının üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün vacibdir. Bizə zərər verən və komplekslər yaradan ənənələr var", - o qeyd edib...
publikaz_normalized
bəzi kəndlərdə qaz olmayacaq":"Sabah Masallı rayonunun dörd kəndində qaz təchizatında məhdudiyyət yaranacaq. “Masallı rayonunun Bambaşı kəndində diametri 273 millimetrlik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd kəndlərinin və Köhnə ...
publikaz_normalized
Əhməd Əhmədov 15 yaşı olanda daha bir cinayət hadisəsi törədib. Belə ki, Əhmədin 8 il əvvəl törətdiyi cinayət hadisəsi müxtəlif media orqanları tərəfindən yayımlanıb. Yayımlanan həmin xəbərlərdə Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma zamanı hadisənin Əhməd Əhmədov tərəfindən törədilməsinin ...
publikaz_normalized
Bədii filmlərin çəkilişləri üçün yaranmış bütün borclar Mədəniyyət Nazirliyi tərəfindən ödəniləcək. Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada nazirlikdə həll edi...
publikaz_normalized
hər gün 200 avro ödəyəcək":"Rusiyalaı məşhur müğənni Klava Koka və sevgilisi Aleksandr Poverin Fransada gündəlik 200 avroya mənzil kirayələyib. Bildirilib ki, Koka Sevgililər Günü şərəfinə Parisin mərkəzində ev kirayələyib. Sənətçi həftəsonunu Fransanın paytaxtında keçirmək qərarına gəlib. O, sosial şəbəkədə mənzilini ...
publikaz_normalized
2020-ci ilin iyul çağırışında...":"“Mənə elə gəlir ki, Əhmədin valideynləri geniş imkanlari və bəzi rüşvətə bulaşmış məmur və həkimlər sayəsində Əhmədi lazım olanda sağlam, lazım olanda xəstə edə biliblər”. Ekspert bildirib ki, ailəsini qətlə yetirən Əhmədov Əhməd Mehman oğlu 2020-ci ilin iyul çağırışına hazırlıqla əla...
publikaz_normalized
Dövlət büdcəsinə bir milyon ödədim ki...":"Qırğızıstan Prezidenti Sadır Japarov “Facebook” sosial şəbəkəsində Bişkekdə ona məxsus olan binanın fotolarını dərc edib. Məlum oldu ki, mənim bütün aktivlərim təxminən 20 milyon dollar dəyərində olacaq. Qanuniləşdirmə üçün dövlətə bir milyon ödədim. Xaricdə gizlətdiyim pulum ...
publikaz_normalized
Milli Məclisdə Prezident İlham Əliyevin Baş nazirin təyinatı ilə bağlı təqdimatına baxılacaq. Qeyd edək ki, ötən gün yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisi...
publikaz_normalized
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub. Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib. Bu gün yığmamızın digər üzvü Alyona Kolesnik (59 kq) də həlledici görüşə çıxacaq. O, finalda Alina Filipoviçin (Ukrayna) müqavimətini qırmağa çalışacaq. Qeyd edək ki, daha əvv...
publikaz_normalized
Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı “Qütb canavarı” islah koloniyasında olan Aleksey Navalnı 15 gün müddətinə cərimə kamerasına göndərilib. O, bu qərarın səbəbini açıqlamayıb. Siyasətçi sonuncu dəfə fevralın 1-də cərimə kamerasına göndərilib, fevralın 11-də buraxılıb. Fevralın 14-də o, yenidən təcridxanaya salını...
publikaz_normalized
Rusiyanın məşhur aktyoru Aleksey Paninə məhkəmə həbs hökmü çıxarıb. Qeyd edək ki, aktyor hazırda Rusiyada yaşamır. O, bu yaxınlarda Hollivud filminin sınağına dəvət olunduğunu bildirib.
publikaz_normalized
Bu, 3 dəfə sürətli olacaq":"Ümumiyyətlə Bakı şəhərində 300 avtobus var ki, onlara nağdsız ödəniş terminallarıınn quraşdırılması mümkün deyil. Onun sözlərinə görə, bu avtobuslar yenilənməlidir: Bundan başqa, 200-ə yaxın avtobus var ki, onların da nağdsız ödənişə keçirilməsi yaxın vaxtlarda təmin ediləcək. Amma bu da, pr...
publikaz_normalized
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransına 2024-cü ildə ev sahibliyi edə...
publikaz_normalized
Ankara və Moskva Rusiya prezidenti Vladimir Putinin səfərinin vaxtını vaxtı gələndə açıqlayacaqlar". Rusiya prezidentinin mətbuat katibinin bəyanatlarından çıxış etmək lazımdır, Türkiyənin bəyanatlarını da izləmək lazımdır. Zamanı gələndə açıqlama verəcəyik”, - deyə səfir bildirib. Bilgiç qeyd edib ki, Rusiya və Türkiy...
publikaz_normalized
Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb. Rəqibinə qalib gələn Kolesnik karyerasında ilk dəfə qitə çempionatında qızıl medal əldə edib. Daha əvvəl Mariya Stadnik (50 kq) 10-cu titulunu rəsmiləşdirib. Bu gün mübarizəyə qoşul...
publikaz_normalized
Fevralın 13-də Xətai rayonunda əvvəlcə bacısı və onun körpə qızını, daha sonra ata-anası və 9 yaşlı qardaşını amansızlıqla öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədov barəsində çoxsaylı iddialar səsləndirilir. Daha ətraflı videomaterialda:
publikaz_normalized
keşbek ləğv edilir? - VİDEO":"Müştərilər nağdsız alış-verişə daha çox keşbek faizlərinə görə üstünlük verirlər. Buna görə də onlar ən çox faiz verən bankla əməkdaşlıq edirlər. Ancaq son zamanlar bəzi bankların keşbek faizləri azalıb. Ekspertlərin sözlərinə görə, qarşıdakı dövrlərdə bu faizlər tamamilə ləğv oluna bilər....
publikaz_normalized
Azərbaycan ordusu bu tarixdə Zəngəzura girəcək - VİDEO":"Zəngəzur dəhlizi və Naxçıvan məsələsi hazırda Azərbaycanın bir nömrəli gündəmindədir". Qarabağ daxilində gördüyüm bütün təhülkəsizlik qüvələri sadəcə 5-6 nöqtədə sənədləri yoxladı. Yəni tank, zirehli texnika və əməliyyat keçirəcək hərbçilər Qarabağın daxilində yo...
publikaz_normalized
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü N.Şahbazov bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. N.Şahbazovun sözlərinə görə o, tanıdığı şəxs tərəfindən xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Ustad şair Məmməd İsmayılın vəziyyəti pisləşib. O bildirib ki, şairin səhhətində problemlər yaranıb və ona kömək lazımdır. “Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti və dəstəyi lazımdır. Bəli, türk dünyasının böyü...
publikaz_normalized
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Braqa” və “Qarabağ”ın start heyətləri bəlli olub. Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
publikaz_normalized
Pakistanın Pəncab əyalətinin Kasur şəhərinin sakinləri timsahın onları qorxutmasından şikayətləniblər. "Altı metrlik sürünən Sutlej çayında məskunlaşıb və bu yaxınlarda sahilə sürünərək bütün günü günəş vannası qəbul edərək şəhər sakinlərini dəhşətə gətirib. Nəhəng timsahı görməyə çoxlu sayda insan gəlib. İndi tez-tez ...
publikaz_normalized
Ukraynanın münaqişə bitdikdən sonra bərpası üçün 453 milyard avro lazımdır. Məlumata görə, qiymətləndirimə Dünya Bankı, Avropa Komissiyası və BMT tərəfindən aparılıb. Sənəddə bildirilib ki, bir il əvvəl ekspertlər yenidənqurmanın məbləğini 383 milyard avro hesablamışdılar.
publikaz_normalized
Rusiya üzgüçülük üzrə çempionatlarının dəfələrlə mükafatçısı İqor Qolovin dopinqə görə 5 illik diskvalifikasiya alıb. Diskvalifikasiya üçün geri sayma tarixi 19 yanvar 2024-cü il hesab olunur, idmançı Ümumrusiya Antidopinq Qaydalarının 4.1 və 4.2-ci bəndlərini pozmaqda təqsirli bilinir. 34 yaşlı Qolovin 2014-cü ildə Ru...
publikaz_normalized
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Əziz Məmmədov vəfat edib. Əziz Məmmədov 1939-cu ildə anadan olub. 1955-ci ildə orta məktəbi qızıl medalla bitirib, təhsilini BDU-nun Fizika fakültəsində davam etdirib. 1967-ci ildə "M...
publikaz_normalized
Bayden Konqresə əmr edib ki...":"Amerika Prezidenti Co Bayden Rusiyanın milli təhlükəsizliyə yaratdığı təhdidlə əlaqədar Moskva ilə birbaşa dialoqa getməyi əmr edib. Onun sözlərinə görə, Bayden bu məsələ ilə bağlı diplomatik kanalların yaradılması barədə göstəriş verib. O, Konqresə müntəzəm brifinqlər, Rusiya ilə birba...
publikaz_normalized
Əvvəl "102"ni yığdım" - VİDEO":"Aparıcı Sevinc Telmanqızı "TV Musavat"ın canlı efirində Əhməd Əhmədovun ölkəni qarışdıran dəhşətli cinayətindən danışıb. O bildirib ki, cinayət zamanı məlum videonu qonşu qadın çəkib.
publikaz_normalized
Düzdür, artıq barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi daha çox maraqlandıran bu hadisənin baş verməsinə səbəb və şəraitdir. Artıq bunun araşdırılması üçün tərəfimdən ciddi tapşırıq verilib”. “Belə şəxslərin azadlıqda olması cəmiyyət üçün təhdiddir. Bununla bağlı təkliflər hazırlayacağıq. İndidən hiss etdiyim...
publikaz_normalized
Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar. Meydan sahiblərində 44-cü dəqiqədə...
publikaz_normalized
ciddi dəyişikliklər olacaq":"Yaranan problemlər və formalaşan çətinliklər mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının nümayəndələri ilə təmaslarda diqqətli olun. Daşınmaz əmlak və ya nəqliyyat vasitəsi ilə bağlı əməliyyatlar məsləhət d...
publikaz_normalized
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva babası Arif Paşayevi 90 illik yubileyi ilə bağlı təbrik edib. “Sevimli babamızı doğum günü münasibəti ilə təbrik edirəm! Allah bütün böyüklərimizə can sağlığı və uzun ömür nəsib etsin”. Qeyd edək ki, akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur. " ...
publikaz_normalized
Əlverişsiz hava şəraiti səbəbindən Xəzər dənizində göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmi batıb. “İlkin məlumatlara görə, Xəzər dənizində sahil zolağından təxminən yeddi kilometr aralıda hərəkət edərkən gəmi pisləşən hava şəraiti səbəbindən batıb”, - deyə qurumun “Telegram” kanalında yayımlanan mə...
publikaz_normalized
Amerikalı sahibkar İlon Mask "X" (keçmiş "Twitter") sosial şəbəkəsini alınmasının əsas məqsədini açıqlayıb. Onun sözlərinə görə, bu yolla sivilizasiyanın ömrünü uzatmağa ümid edir. Sivilizasiyanın mümkün ömrünü artırmaq üçün "Twitter"i aldım” - milyarder uzunmüddətli perspektivdə sosial şəbəkə əldə etməyin Maskın həyat...
publikaz_normalized
Sumqayıtda sexdə baş verən yanğın söndürülüb. Bildirilib ki, əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri və texnikası cəlb olunub, yanğın söndürülüb. Yanğının təxminən 400 kvadratmetr ərazini əhatə etdiyi bildirilir. xxx" "01:43" "Sumqayıtda sexdə güclü yanğın başlayıb. Yanğının tə...
publikaz_normalized