text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 2.0.2-ci maddədə "aparılması" sözündən sonra ", notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması" sözləri əlavə edilsin;. 10-cu maddə...
ANL
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Abonentin identifikasiya modulunun və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi. Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin identifikasiya modulunun (sim kartlar və ya ...
ANL
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1082-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanu...
ANL
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1078-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqı...
ANL
“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1077-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Azərbaycan Respublika...
ANL
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1084-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidenti Prezidentinin Sərəncamı. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan...
ANL
Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələr...
ANL
2011-ci ilin dövlət büdcəsi dayanıqlı inkişafın möhkəmlənməsində yeni mərhələ olacaq. Müasir Azərbaycan iqtisadiyyatının inkişaf xüsusiyyətləri sırasında mühüm məqamlardan biri son illərdə dövlətin düşünülmüş şəkildə iqtisadiyyatın idarəedilməsində rolunun əhəmiyyətli dərəcədə gücləndirilməsi hesab edilə bilər. Bu özün...
ANL
Ləyaqətli vətəndaş. İftixarla demək olar ki, Bakı Dövlət Universitetini həmişə elm məbədgahı adlandırıblar. Bu qədim və möhtəşəm elm ocağı yarandığı gündən indiyə kimi respublikamızdakı bütün ali təhsil müəssisələrindən fərqlənərək, yüksəliş dövrü keçib, böyük tərəqqiyə nail olub. Təsadüfi deyil ki, hər il ali məktəbə ...
ANL
Gəncədə "İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır. Oktyabrın 21-də Gəncədə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği" mövzusunda beynə...
ANL
Azərbaycan və Avstriya respublikaları arasında əməkdaşlıq üzrə qarışıq komissiyanın VI iclasının iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Azərbaycan və Avstriya respublikaları arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya s...
ANL
"The Times" qəzetində Azərbaycan barədə hesabat dərc edilmişdir. Böyük Britaniyanın nüfuzlu "The Times" qəzetinin 21 oktyabr tarixli sayında Azərbaycan haqqında xüsusi hesabat dərc edilmişdir. Ölkəmizin Birləşmiş Krallıqdakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Upper Reach media agentliyinin qəzetin sifarişi əsasın...
ANL
Bakıda III Beynəlxalq Bank Konfransı keçirilir. Oktyabrın 21-də Bakıda III Beynəlxalq Bank Konfransı öz işinə başlamışdır. "Maliyyə təsisatları MDB ölkələrinin struktur modernləşdirilməsinin əsasıdır" mövzusuna həsr olunmuş konfransda MDB və xarici maliyyə təsisatlarının, beynəlxalq qurumların 180-ə yaxın nümayəndəsi i...
ANL
Astanada Qazaxıstan Xalqları Assambleyasının 16-cı sessiyasında bu ölkədəki Azərbaycan mədəniyyət mərkəzlərinin nümayəndələri də iştirak etmişlər. Astanada Qazaxıstan Xalqları Assambleyasının 16-cı sessiyası keçirilmişdir. Sessiyanın işində Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin 25-dən artı...
ANL
Moskvada vokalçıların Müslüm Maqomayev adına I Beynəlxalq Müsabiqəsinin iştirakçıları müəyyən edilmişdir. Moskvada "Krokus Siti Moll"da vokalçıların Müslüm Maqomayev adına Birinci Beynəlxalq Müsabiqəsinin mətbuat konfransı keçirilmişdir. Bu böyük sənətçinin oktyabrın 25-də qeyd ediləcək xatirə gününə həsr edilmiş müsab...
ANL
Akademik Cəmil Əliyevə Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü diplomu təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, görkəmli alim, akademik Cəmil Əliyevin oktyabrın 21-də Gürcüstana səfəri ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsi önünə ək...
ANL
Görkəmli alim,qayğıkeş insan. Dünyadan köçənlərin içərisində çox az adam iz qoyub əbədi həyat qazanır. Onlardan biri də bu günlərdə - oktyabrın 8-də ömrünün 85-ci ilində dünyasını dəyişmiş respublikanın görkəmli alimi, tanınmış elm təşkilatçısı, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Toğrul Nemət oğlu Şahtaxtinski id...
ANL
Yeni orfoqrafiya lüğəti hazırlanır. 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb və ulu öndər Heydər Əliyev komissiyanın sədri seçilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov və xal...
ANL
Ürəkdən gələn sözlər. Gəncə şəhəri Qarabağ savaşında beş yüzdən çox şəhid verib, səkkiz nəfər Milli Qəhrəman yetirib. Minayə Piriqızının dərdi-səri isə heç danışılası deyil. Minayə xanım cəfakeş qadın, dözümlü, dəyanətli anadır. Mən onda əsl mərd, mehriban azərbaycanlı xarakterini gördüm. Həqiqi hərbi xidmətdən serjant...
ANL
Üzeyir bəy Hacıbəyli ona dünya şöhrəti gətirən "Arşın mal alan" operasını 1913-cü ildə Peterburq Konservatoriyasında təhsilini davam etdirərkən yazmışdır. Operanın librettosunun müəllifi də özüdür. Əsgər rolunda Sarabski, Gülçöhrə rolunda Əhməd Ağdamski, Süleyman rolunda N.Terequlov, Soltan bəy rolunda Ələkbər Hüseynza...
ANL
Şəki samovarının 3700 illik tarixinə həsr olunmuş sərgi açılmışdır. Şəki şəhərindəki "Sənətkarlar evi"ndə Şəki samovarının 3700 illik tarixinə həsr olunmuş sərgi açılmışdır. Bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov açaraq Mədəniyyət və Turizm Nazi...
ANL
Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə İstanbuldakı "Grand Cəvahir" hotelində "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu öz işinə başlamışdır. Forumda 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri, o cümlədən Azərbaycan Diasporla İş ...
ANL
Bakıda Azərbaycan və Avstriya respublikaları arasında əməkdaşlıq üzrə qarışıq komissiyasının VI iclası keçirilmişdir. Oktyabrın 21-də Bakıda Azərbaycan və Avstriya respublikaları arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə qarışıq komissiyasının VI iclası keçirilmiş...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Oktyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Cümə məscidində aparılan bərpa və y...
ANL
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Oktyabrın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınmışdır. İclasda Mil...
ANL
Milli Məclisin iclasında. Oktyabrın 22-də üçüncü çağırış Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra deputatlar gündəliyə münasibət bildirdilər. Gündəlik təsdiq edildikdən sonra Milli Məclisin əvvəlki iclaslarında aparılan müzakirələrdən və deputalar...
ANL
Azərbaycan Diplomatik Akademiyasında Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində bölmə iclası keçirilmişdir. Oktyabrın 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində "Cənubi Qafqazda xarici siyasət: strategiy...
ANL
Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində Qafqaz Universitetində "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər verir ki, oktyabrın 22-də Qafqaz Universitetində Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində "dəyirmi masa" keçirilmişdir. Tədbiri açan univers...
ANL
Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu işə başlamışdır. Oktyabrın 22-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində beynəlxalq münasibətlər üzrə alimlərin "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda birinci illik simpoziumu işə başlamışdır. Simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnol...
ANL
Bakıda işə başlayan beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun ADU-da bölmə iclası keçirilmişdir. Oktyabrın 22-də Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun bölmə iclası keçirilmişdir. Tədbirdə "Regional təhlükəsizlik problemləri - münaqi...
ANL
Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir. Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir. Tədbirdə dünyanın 27 ölkəsindən 60-dan artıq tanınmış ekspertlərin, beynəlxalq münasibətlə...
ANL
"Azərbaycan Respublikasının regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Oktyabrın 22-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda el...
ANL
Respublikamızın şimal qapısı sayılan Xaçmaz ötən müddətdə həm sənaye və kənd təsərrüfatı baxımından inkişaf etmiş, həm də mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Xüsusən son illərdə yeni və müasir tikintilərin hesabına rayonun siması dəyişmişdir. Yubiley tədbirində 80 ilin uğurları ətraflı təhlil edilmişdir. Azə...
ANL
Bakıda birinci Beynəlxalq aşıq festivalının təntənəli açılış mərasimi olmuşdur. Oktyabrın 22-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq aşıq festivalının təntənəli açılış mərasimi keçirilmişdir. Heydər Əliyev Sarayında təşk...
ANL
Dünya filoloqları Bakıda görüşmüşlər. Oktyabrın 22-də Bakıda "Müqayisəli ədəbiyyat: ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər" mövzusunda IV beynəlxalq elmi konfrans və xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş "Türk dili və ədəbiyyatlarının tədrisi" I beynəlxalq simpozium öz işinə başlamışdır. AzərTA...
ANL
Dəyərli töhfə. Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin "Ozan" nəşriyyatı tərəfindən təzəcə çapdan çıxmış "Ədəbiyyatşünaslıq elmimizin patriarxı" kitabı görkəmli elm xadimi, "Şöhrət" və "İstiqlal" ordenli, Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevin həyat və yaradıcılığına həsr edilib. Bu yaxınla...
ANL
İstanbulda keçirilən Dünya Türk Forumu başa çatmışdır. Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə İstanbulda "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu oktyabrın 22-də öz işinə yekun vurmuşdur. Forumun ikinci gününün ilk ilcası İslam Konfransı Təş...
ANL
Prezidentlik fəaliyyəti dövrünü tarixə çevirməyi bacaran lider. 2003-cü ilin prezident seçkiləri ərəfəsində - tarixi taleyimizin məsuliyyətli günlərində xalqa müraciət edən ulu öndər Heydər Əliyev İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü, respublikanın gələcək taleyi baxımında...
ANL
Azərbaycan BMT çərçivəsində milli maraqlarını qətiyyətlə müdafiə edir. 1945-ci ilin məhz bu günündə - beynəlxalq orqanın yaradılması müqaviləsi təsdiq edildikdən sonra Birləşmiş Millətlər Təşkilatı rəsmən yaradılmışdır. 1971-ci ildə isə BMT Baş Assambleyasında təşkilata üzv dövlətlərdə bu günün bayram kimi qeyd olunmas...
ANL
Parlamentə keçiriləcək seçkilərə Avropa məkanında böyük maraq göstərilir. Oktyabrın 23-də Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkilərini müşahidə missiyasının rəhbəri xanım Odri Qloverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüş...
ANL
Bakıda "Ana və uşaq sağlamlığı" mövzusunda beynəlxalq simpozium işə başlamışdır. Oktyabrın 23-də Respublika Perinatal Mərkəzində "Ana və uşaq sağlamlığı" mövzusunda beynəlxalq simpozium öz işinə başlamışdır. Simpozium Amerika-Avstriya Fondu Açıq Tibb İnstitutunun Azərbaycan nümayəndəliyi və ölkəmizin Səhiyyə Nazirliyin...
ANL
Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu başa çatmışdır. Simpoziumda Bakı bəyannaməsi qəbul edilmişdir. Bakıda keçirilən beynəlxalq münasibətlər üzrə alimlərin "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda birinci illik simpoziumu oktyabrın 23-də başa çatmışdır. Simpoziumun sonuncu günü "Regional ko...
ANL
"BakuBuild" XVI Azərbaycan beynəlxalq inşaat sərgisi başa çatmışdır. Dünyanın 25 ölkəsindən 260-dək şirkətin iştirakı ilə Bakı Sərgi Mərkəzində keçirilən "BakuBuild" XVI Azərbaycan beynəlxalq inşaat sərgisi oktyabrın 23-də başa çatmışdır. Sərgi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma...
ANL
Avropanın nüfuzlu "Euronews" kanalı Bakıda keçirilən II Beynəlxalq caz festivalı haqqında geniş reportajını oktyabrın 23-də məhz bu sərlövhə ilə təqdim etmişdir. Reportajda Azərbaycanda cazın tarixi, inkişafı, müasir caz ustaları, ölkəmizdə artıq ənənəvi olaraq keçirilən caz festivalları barədə ətraflı məlumat verilmiş...
ANL
Azərbaycan tarixindən yeni səhifələr. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin fəaliyyətinin ən mühüm sahələrindən biri də müntəzəm olaraq sənəd materiallarının nəşri və onları geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır. Bu baxımdan müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəal...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Milli Telekompaniyasına, bu ölkənin "Profil-Ukrayna" jurnalına və "Den" qəzetinə müsahibə vermişdir. Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Milli Telekompaniyasına, bu ölkənin "Profil-Ukrayna" jurnalına və "Den" qəzetinə müsahibə vermişdir. ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakı ticarət limanında aparılacaq köçürmə və yenidənqurma işləri ilə tanış olmuşdur. Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı ticarət limanında aparılacaq köçürmə və yenidənqurma işləri ilə tanış olmuşdur. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər K...
ANL
Avstriya Respublikasının Federal Prezidenti zati-aliləri cənab Haynts Fişerə. Hörmətli cənab Federal Prezident! Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Avstriya arasındakı münasibətlər dostluq və əməkd...
ANL
Emmit Riçard Art Makhaffinin Amerika Birləşmiş Ştatlarının Santa Fe şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Emmit Riçard Art Makhaffi Amerika Birləşmiş Ştatlarının Santa Fe şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edils...
ANL
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Oktyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə iclasda AXCP-Müsavat siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri qeydə alınmışdır. S...
ANL
Bu gün Azərbaycan dünya elminin gələcək inkişaf istiqamətlərinin təyin edilməsində konkret təşəbbüslə çıxış edir. Müsahibimiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur ASLANOVDUR. - Elnur müəllim, bu günlərdə paytaxtımızda beynəlxalq münasibət...
ANL
Moskvada dahi musiqiçi Müslüm Maqomayevin xatirə ulduzunun təntənəli açılış mərasimi keçirilmişdir. Oktyabrın 25-də Moskvadakı "Veqas" ticarət mərkəzində üstündə dahi musiqiçi Müslüm Maqomayevin imzası olan ulduzun təntənəli açılış mərasimi keçirilmişdir. Müslüm Maqomayevin vəfatından iki il keçir. Əfsanəvi müğənninin ...
ANL
Cavid Səmədov və Samir Cəfərov vokalçıların Müslüm Maqomayev adına I Beynəlxalq müsabiqəsində qalib gəlmişlər. Oktyabrın 23-24-də Moskvada "Krokus Siti Holl"un Müslüm Maqomayev adına konsert zalında vokalçıların Müslüm Maqomayev adına I Beynəlxalq müsabiqəsi keçirilmişdir. Müsabiqəni dahi Azərbaycan müğənnisinin ailəvi...
ANL
Bakıda Beynəlxalq İnformasiya Mərkəzinin açılışı olmuşdur. Noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Bakıda Beynəlxalq İnformasiya Mərkəzi (BİM) açılmışdır. Mərkəzin rəhbəri Elnur Baimov bildirmişdir ki, dünya ictimaiyyəti Azərbaycandakı seçki prosesinə böyük maraq göstərir. ...
ANL
Bakıda Beynəlxalq Hərbi İdman Şurasının Avropa Konfransı keçirilir. Oktyabrın 25-də Bakıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) Avropa konfransı işə başlamışdır. AzərTAc xəbər verir ki, müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov konfrans iştirakçılarını salamlayaraq bildirmişdir ki, Azərbaycan xalq...
ANL
Azərbaycanın sürətli inkişafını Küveyt Dövlətinin rəsmiləri yüksək qiymətləndirirlər. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Tural Rzayev oktyabrın 25-də bu ölkənin vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əs-Sabahla görüşmüşdür. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan diplomatı Prezident İlham Əl...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Fələstin Muxtariyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhimin etimadnaməsini qə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixal Labendanın etimadnaməsini qəbul etmişdir. Səfir f...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabenin etimadnaməsini qəbul etmişdir. Səfir fəxri ...
ANL
Türkmənistanın Prezidenti zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova. Hörmətli Qurbanqulu Məlikquliyeviç! Türkmənistanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, bu gün yeni məzmun kəsb...
ANL
Azərbaycan Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Məhkəmə-Hüquq Şurasının hakim vəzifəsinə namizədlərə dair təqdimatına baxaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq...
ANL
Azərbaycan Prezidentinin rəsmi internet saytının mobil versiyası fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir. Son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənmiş, onun məktəblilər üçün xüsusi vers...
ANL
AĞDAM - inkişaf, quruculuq və yeniləşmə ünvanı. Xaçın çayı üzərindəki körpünü keçib Ağdam rayonunun torpaqlarına qədəm qoyan kimi sanki sirli-sehrli bir aləmə düşürsən. Bircə il öncə bu yerlər belə deyildi. Əvvəllər burada diqqətçəkən, necə deyərlər, yol üstündə olanı tutub saxlayan, onu dərindən-dərinə düşünməyə məcbu...
ANL
Prezident Kitabxanası "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər. Ölkə ictimaiyyətinin diqqəti qarşıdan gələn parlament seçkilərinə yönəlmişdir. Seçkiqabağı kampaniya dövründə deputatlığa namizədlərin və seçicilərin faydalanması, seçki qanunvericiliyi istiqamətində əhalinin maarifləndirilməsi, eləcə də bu müh...
ANL
Bakıda Beynəlxalq Hərbi İdman Şurasının Avropa konfransı başa çatmışdır. AzərTAc xəbər verir ki, oktyabrın 26-da Bakıda keçirilən Beynəlxalq Hərbi İdman Şurasının (BHİŞ) Avropa konfransının bağlanış mərasimi olmuşdur. Mərasimdə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov bildirmişdir ki, Azərbaycan həm...
ANL
Moskvada MDB ölkələri Veteranları Təşkilatlarının işi müzakirə edilmişdir. MDB ölkələri Veteranları Təşkilatlarının Əlaqələndirmə Şurasının Rəyasət Heyətində "Müstəqil dövlətlərin xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində Beynəlxalq Birliyin veteranlar təşkilatlarının işi haqqında" məsələ m...
ANL
Mərakeşdə Azərbaycan mədəniyyəti günləri keçirilir. Oktyabrın 26-dan Mərakeş Krallığında Azərbaycan mədəniyyəti günləri başlamışdır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu münasibətlə nazirin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə Azərbaycan incəsənət ustalarından ibarət nü...
ANL
Vətənpərvərlik hər bir azərbaycanlının həyat amalına çevrilməlidir. Bu, Prezident İlham Əliyevin siyasətinin də əsas qayəsidir. Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Qəlbə...
ANL
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Oktyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə komissiyanın oktyabrın 4-ü, 5-i və 6-da keçirilmiş iclaslarının protokolları təsdiqlənmişdir. ...
ANL
Azərbaycan nümayəndə heyəti Meksikada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Assambleyasında iştirak etmişdir. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Meksikanın Akapulko şəhərində keçirilən Milli Olimpiya Komitələri Assosiasi...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri. Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasi...
ANL
Həştərxan şəhərinin hava limanında qarşılanma. Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasına işgüzar səfərə gəlmişdir. Həştərxan şəhərinin hava limanında dövlətimizin başçısını Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılad...
ANL
Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi açılmışdır. Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 27-də Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Ulu öndər Heydər ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Həştərxan Kremli və şəhərin görməli yerləri ilə tanış olmuşdur. Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Həştərxan Kremli və şəhərin görməli yerləri ilə tanış olmuşdur. Dövlətimizin başçısı əvvəlcə Həştərxan Kremlində aparıla...
ANL
Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilmişdir. Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 27-də Həştərxanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın görüşü olm...
ANL
Dövlət başçılarının görüşündən sonra Rusiya Prezidenti Dmitri Medvedev jurnalistlərin suallarını cavablandırmışdır. Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra Rusiya Prezidenti Dmitri Medvedev jurnalistlərin suallarını cavablandırmışd...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Həştərxanda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkeni (ABŞ), Bernar Fasye...
ANL
Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri başa çatdı. Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərini başa çatdıraraq Ukraynaya rəsmi səfərə yola düşmüşdür. Həştərxan şəhərinin hava limanında dövlətimizin başçısını Rusiya...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfərə gəlmişdir. Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Ukraynaya rəsmi səfərə gəlmişdir. Kiyevin Borispol hava limanında Azərbaycan Prezidentini Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri q...
ANL
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqaviləyə əlavə olan sənəd imzalanmışdır. Oktyabrın 27-də Həştərxanda "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqaviləyə əlavə olan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət ...
ANL
Naxçıvanda Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir. Oktyabrın 27-də "Duzdağ" hotelində Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə muxtar respublikada istehsal olunan məhsulların sərgisinə baxmışlar. Naxçıvan Muxtar Respublikasının tarixindən, sosial-iqtisadi inkişafından bəhs ed...
ANL
KİV-lər mədəniyyətin təbliğində əsas rol oynayır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilən ikigünlük beynəlxalq təlim məhz bu mövzunun aktuallığını təsdiqlədi. Milli-mənəvi sərvətlərinin zənginliyi ilə daim diqqət mərkəzində olan Azərbaycanın mədəniyyətinin beynəlxalq səviyyədə tə...
ANL
Azərbaycan ilə Sloveniya arasında mədəni əlaqələr genişlənir. Azərbaycan ilə Sloveniya arasında mədəni dialoqun qurulması və genişləndirilməsi istiqamətində tədbirlər davam etməkdədir. Bu məqsədlə Azərbaycanın Sloveniyadakı səfirliyi, xarici işlər və mədəniyyət nazirliklərinin dəstəyi ilə "Dünən, bu gün, sabah" adlı la...
ANL
Şəmkirdə "Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı" mövzusunda elmi konfrans öz işinə başlamışdır. Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, A.A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Şəmkir Rayon İcra Hakimiyy...
ANL
Cəfakeş olduğuna, zəhməti sevdiyinə və həmişə də öz üzərində çalışdığına görə, yəqin vəzifə, rütbə sahibi olacaq, dostları çoxalacaqdı. Heç kim onu bu yoldan döndərə bilməyəcəkdi. Maraqlıdır, qəribədir, müəmmalarla doludur - müəyyən ekstremal vəziyyətlərdə bəzi insanlarda belə güc, iradə, əzmkarlıq haradan yaranır? Bel...
ANL
Çexiya Respublikasının Prezidenti zati-aliləri cənab Vatslav Klausa. Hörmətli cənab Prezident! Çexiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu gün Azərbaycan ilə Çexiya arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Daim genişl...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri. "Naməlum əsgər" abidəsini ziyarət. Oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Kiyev şəhərindəki "Naməlum əsgər" abidəsini ziyarət etmişdir. Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Prezidentini qarşıladı. Prezidentlər İkinci Düny...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü. Oktyabrın 28-də Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məm...
ANL
Oktyabrın 28-də Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Dövlət başçıları abidənin önünə ətrafına buğda sünbülü düzülmüş yanan şam qoydular, aclıq qurbanlarının xatirəsinə ehtiramlarını bild...
ANL
Rəsmi qarşılanma mərasimi. Oktyabrın 28-də Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur. Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəs...
ANL
Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ikinci iclası. Oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının ikinci iclası olmuşdur. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri də iştirak etmişlə...
ANL
Sənədlərin imzalanma mərasimi. Oktyabrın 28-də Kiyevdə, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ikinci iclasından sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç "Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezident...
ANL
Birgə mətbuat konfransı. Oktyabrın 28-də Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin mətbuat konfransı olmuşdur. Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər. - Çox hörmətli cənab Prezident! X...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı. - Hörmətli Viktor Fyodoroviç, sözlərinizə görə çox sağ olun. Əvvəla, dost, qardaş Ukraynaya rəsmi səfərə dəvət etdiyinizə, mənə və nümayəndə heyətimin üzvlərinə qardaş Ukrayna torpağında göstərilən qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Çox hörmətli Viktor Fyodorov...
ANL
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Oktyabrın 28-də Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kiyevin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişdir. Dövlətimizin başçısına abidənin ətrafında aparılacaq abadlıq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, abid...
ANL
Ukraynanın Baş naziri ilə görüş. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Kiyevdə Ukraynanın Baş naziri Nikolay Azarovu qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Bu əlaqələrin genişləndi...
ANL
Azərbaycan Prezidentinin şərəfinə. Oktyabrın 28-də Kiyevdə Ukrayna Prezidenti Viktor Yanukoviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir. Dövlət başçıları naharda çıxış etdilər. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyətini Ukraynada bir daha sa...
ANL
Səfər başa çatdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri oktyabrın 28-də başa çatmışdır. Borispol hava limanında Azərbaycan Prezidentini Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar. Dövlətimizin başçısı həmin gün Bakıya gəldi. Azərbaycan Prezidentini Hey...
ANL
Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə. Hörmətli cənab Prezident! Əziz qardaşım! Dost və qardaş Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Türkiyə hərtə...
ANL
Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana. Hörmətli cənab Baş nazir! Əziz qardaşım! Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və bütün türk xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm. Azərbaycan-Türkiyə dostluğu və q...
ANL