text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Argentina Respublikasının Prezidenti zati-aliləri xanım Kristina Fernandes de Kirşnerə. Hörmətli xanım Prezident! Həyat yoldaşınız, Argentinanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi Nestor Kirşnerin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizə və bütün Argen... | ANL |
Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli birgə bəyanatı. 2010-cu il oktyabrın 27-də Rusiya Federasiyası Prezidentinin dəvəti ilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının... | ANL |
Azərbaycan-Rusiya əlaqələri intensiv inkişaf edir. Oktyabrın 28-də Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Federasiyası Dövlət Duması və Federasiya Şurasının üzvləri ilə görüşmüşdür. Rusiya qanunvericilik orqanının təmsilçilərini Azərbaycanda görməkdən məmnunluq ifadə edən Oqtay Əsədov ölkələrimiz arasında münasibətlə... | ANL |
"Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Oktyabrın 28-də Bakıda "Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Rusiyanın Avrasiya Tədqiqatları İnstitutunun təşkil etdiyi tədbirdə Azərbaycanın və Rusiyanın dövlət rəsmilər... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. "Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" mövzusunda "dəyirmi masa"nın iştirakçıları oktyabrın 28-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəst... | ANL |
Milli Aviasiya Akademiyasında tələbələrin əl işlərindən ibarət sərgi açılmışdır. Oktyabrın 28-də Milli Aviasiya Akademiyasının (MMA) Mülki Aviasiya Muzeyində tələbələrin Azərbaycanda ilk uçuşların 100 illiyinə həsr edilmiş əl işlərindən ibarət sərgi açılmışdır. Mərasimdə MAA-nın rektoru akademik Arif Paşayev, ali təhsi... | ANL |
Kiyev sovetinin qərarı ilə Ukrayna paytaxtının tarixi mərkəzindəki meydanlardan birinə Heydər Əliyevin adı verilmişdir. Ukraynanın "Utro.ua" gündəlik internet-qəzetinin verdiyi məlumata görə, Kiyevdəki meydanlardan biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyacaqdır. Ukrayna paytaxtının şəhər s... | ANL |
Xalq artisti Vasif Adıgözəlovun "Çanaqqala-1915" oratoriyası səsləndirilmişdir. Xalq artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində oktyabrın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın "Çanaqqala-1915" oratoriyası səsləndirilmişdir. Filarmoniyan... | ANL |
Naxçıvan daha da gözəlləşəcək və inkişaf edəcək. "Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir. Keçən il ümumi daxili məhsul artmışdır, bu il də artır, templər yüksəkdir. Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük". Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsind... | ANL |
Azərbaycan "MDB-nin iqtisadi liderləri" nominasiyasında "İnvestisiya mələyi" Beynəlxalq İnvestisiya Mükafatı laureatı olmuşdur. "İnvestisiya mələyi" Beynəlxalq İnvestisiya Mükafatının Ekspert Şurası 2010-cu il üçün "MDB-nin iqtisadi liderləri" nominasiyasında laureatları müəyyən etmişdir. Laureatlar arasında birinci Az... | ANL |
İstiqlal marşı ilə əbədi yüksələn al bayraq. Mustafa Kamal Paşa Atatürkün rəhbərliyi ilə bu tarixdə şəhidlərin müqəddəs qan rəngini ifadə edən ay-ulduzlu bayraq İstiqlal marşının sədaları altında bir daha enməmək üçün ucaldılmış, yeni, müstəqil Türkiyə Cümhuriyyəti yaradılmışdır. Lakin qələbəyə qədər türk xalqı böyük ç... | ANL |
Monqolustanın Baş Dövlət Gömrük İdarəsinin nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Bakıda səfərdə olan Monqolustan Baş Dövlət Gömrük İdarəsinin nümayəndə heyəti oktyabrın 28-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan... | ANL |
Monqolustanın Baş Dövlət Gömrük İdarəsi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq protokolu imzalanmışdır. Oktyabrın 28-də Dövlət Gömrük Komitəsində (DGK) Monqolustan Baş Dövlət Gömrük İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbiri açaraq bildir... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Milli Telekompaniyasına, bu ölkənin "Profil-Ukrayna" jurnalına və "Den" qəzetinə müsahibəsi. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Ukrayna Milli Telekompaniyasına, bu ölkənin "Profil-Ukrayna" jurnalına və "Den" qəzetinə müs... | ANL |
Prezidentin mətbuat xidmətinin məlumatı. Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir. Dövlətimizin başçısı Abdullah Gülü ad günü və eləcə də Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbrik etmiş, ona cansağlığ... | ANL |
V.İ.Sadıqovun Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respub... | ANL |
İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab Susilo Bambanq Yudhoyonoya. Hörmətli cənab Prezident! Ölkənizdə baş vermiş irimiqyaslı təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələri... | ANL |
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə bəyanatı ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyi bəyanat yaymışdır. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanatı ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyi bəyanat yaymışdır. Bəyanatda deyilir ki, Fransa oktyabrın 27-də R... | ANL |
Azərbaycan "MDB-nin iqtisadi liderləri" nominasiyasında birinci yeri tutmuşdur. "İnvestisiya mələyi" Beynəlxalq İnvestisiya Mükafatının Ekspert Şurası 2010-cu il üçün "MDB-nin iqtisadi liderləri" nominasiyasında laureatları müəyyən etmişdir. Azərbaycan laureatlar arasında birinci yeri tutmuşdur. "Ən uğurlu investisiya ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə rəsmi səfəri Ukrayna KİV-lərinin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 27-28-də Ukraynaya rəsmi səfəri dost ölkənin kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olmuşdur. Məsələn, "Den" qəzeti və "Profil" jurnalı öz səh... | ANL |
Türkiyənin milli bayramı şərəfinə. Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 87 illiyi münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir. Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir. Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç qonaqları salamlayaraq... | ANL |
Həştərxanda imzalanmış Bəyannamə humanitar xarakter daşıyır. Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsləri bu problemin səmərəli həllinə ümidləri artırır. AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administra... | ANL |
ABŞ Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanatını yüksək qiymətləndirir. ABŞ dövlət katibinin müavini Filip Kroli oktyabrın 28-də keçirdiyi mətbuat konfransında demişdir ki, rəsmi Vaşinqton Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qa... | ANL |
Bir neçə ildir ki, Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə Milli Elmlər Akademiyasının və Etnoqrafiya İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi üzrə Şəmkir rayonundakı Qaracəmirli kəndinin yaxınlığında arxeoloji qazıntı işləri aparılır. Burada təqribən 28 hektar sahədə qədim şəhərin qal... | ANL |
Sığorta-pensiya sistemi davamlı inkişaf edir. Oktyabrın 29-da Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının qərargahında cari ilin ilk 9 ayının yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir. Səlim Müslümov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçiril... | ANL |
Biz o yerlərə qayıdacağıq. Zəngilan rayonunun təbii şəraiti, zəngin bitki örtüyü, çaylardan, sal daş-qayalardan ibarət olan təbii qala-mağaralar bu ərazilərin qədimliyini, yəni ilk insan yaşayış məskənləri olmasını təsdiqləyən sübutlardandır. Tarixi, arxeoloji, etnoqrafik və memarlıq abidələri ilə diqqəti cəlb edən Zən... | ANL |
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilmişdir. BŞBPİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müşavirəni giriş sözü ilə açan idarənin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2010-cu ilin. ... | ANL |
Tarixin bir dövrü. Paytaxtı Təbriz olan Qaraqoyunlu dövləti 1410-cu ildə Kür çayının cənuba doğru uzanan Azərbaycan torpaqlarında yaranmış, çox keçmədən bütün Azərbaycanı, Ermənistanı, Gürcüstanı, İraqı və İranı əhatə etmişdi. Dövlətin mərkəzi vilayəti Van gölünün şimalındaki Ərciş şəhəri idi. Qaraqoyunlular qədim oğuz... | ANL |
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı inam və etimada söykənir. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Bu da tə... | ANL |
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Əbdüləziz Buteflikaya. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - İnqilab günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Əlcəzair... | ANL |
Beynəlxalq miqyasda inkişafın Azərbaycan modelinə maraq daha böyük sürətlə artır. Ölkəmizin göstəriciləri dünya səviyyəsində uğurlu bir nümunə kimi qəbul olunur. Son 17 ildə beynəlxalq səviyyədə ölkəmizə qarşı diqqətin davamlı olaraq yüksəlməsinə gətirib çıxaran ən mühüm səbəblərdən biri də sürətli inkişaf yolunda irəl... | ANL |
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Oktyabrın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə 2010-cu il noyabrın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərdə səsverm... | ANL |
AMEA İqtisadiyyat İnstitutunda "dəyirmi masa" keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda "Azərbaycanda əmək fəaliyyətinin təhlili və qiymətləndirilməsi" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Baş Mə... | ANL |
Almatıda Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının birinci qurultayı keçirilmişdir. Almatıda Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının birinci qurultayı keçirilmişdir. Qurultayda Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov, Qazaxıstan Xalqları Assambleyasının üzvləri, şəhərdəki digər milli mədəniyyət mərkəzl... | ANL |
Böyük vətəndaş. Elə tarixi simalar var ki, zaman keçdikcə onlar daha da parlaqlaşır, öz xalqının milli iftixarına və qürur mənbəyinə çevrilir. Görkəmli alim, ictimai-siyasi xadim, akademik İmam Daşdəmir oğlu Mustafayev məhz belə şəxsiyyətlərdən olmuş və onun ömür yolu hər bir vətənpərvər insan üçün örnəyə çevrilmişdir.... | ANL |
Gənc bəstəkarımız beynəlxalq müsabiqədə birinci yeri tutub. Türkər Qasımzadə gələn il İtaliyada keçiriləcək musiqi festivalları qaliblərinin qala konsertinə dəvət alıb. "Fəzada davamlılığın nadir formaları" adlı gənc bəstəkarlar müsabiqəsi Avstraliyanın Melburn şəhərində yerləşən İtaliya Mədəniyyət İnstitutu tərəfindən... | ANL |
Azərbaycanın Küveytdə yeni təyin olunmuş səfiri etimadnaməsini bu dövlətin əmirinə təqdim etmişdir. Azərbaycanın Küveytdə yeni təyin olunmuş səfiri Tural Rzayev avqustun 9-da etimadnaməsini bu dövlətin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təqdim etmişdir. Səfirlikdən bildirmişlər ki, Bəyan sarayında keçirilmiş ... | ANL |
Dünya musiqisinin Qəbələ ünvanı. Şəxsiyyətin böyüklüyü həmişə onun xalqına göstərdiyi xidmətlə ölçülür. Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti sərhədləri aşaraq dünya miqyasına çıxmışdır. Bu səbəbdən də ölkəmizin birinci x... | ANL |
Samur-Həzrə yolu əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Samur-Həzrə yolunun açılışında iştirak etmişdir. Qusar rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi. Məlumat ve... | ANL |
Qusar rayon ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Samur-Həzrə yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi: - Mən sizi ürəkdən təbrik edirəm. Bildiyiniz kimi, mən bir i... | ANL |
Prezident İlham Əliyev Yuxarı Zeyxur sərhəd zastavasında olmuş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş kənd məktəbinə baxmışdır. Avqustun 12-də Prezident İlham Əliyev yeni inşa olunan Yuxarı Zeyxur sərhəd zastavasında olmuşdur. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev dövlət başçısına rapo... | ANL |
"Samur" gömrük buraxılış məntəqəsi istifadəyə verilmişdir. Avqustun 12-də Prezident İlham Əliyev "Samur" gömrük buraxılış məntəqəsinin açılışında iştirak etmişdir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlət başçısına məruzə etdi. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standartlar səviyyə... | ANL |
Prezident İlham Əliyev "Qusar-1" su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev avqustun 12-də "Qusar-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. İnşaatçılar dövlət başçısını hərarətlə qarşıladılar. "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev ... | ANL |
Prezident İlham Əliyev Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Qusar rayonuna səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verildi ki, Şahdağ qış-yay ... | ANL |
Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Hu Szintaoya. Hörmətli cənab Sədr! Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çin xalqına şəxsən öz adımd... | ANL |
YAP nümayəndə heyəti Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşmüşdür. Avqustun 12-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədovun rəhbərliyi ilə YAP nümayəndə heyəti Biləsuvar rayonuna səfər edərək Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun... | ANL |
ATƏT-in Bakı ofisi Azərbaycan Mətbuat Şurası ilə birgə "dəyirmi masa" keçirmişdir. Avqustun 12-də ATƏT-in Bakı ofisi Azərbaycan Mətbuat Şurası ilə birgə "dəyirmi masa" keçirmişdir. ATƏT-in Bakı ofisinin Mətbuat Şurası ilə birgə layihəsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan jurnalistlərinin peşə davranışı qayd... | ANL |
Mətbuatın vətənpərvərliyi və mətbuatda vətənpərvərlik. Yaradıcılıq mövzusunda səmimi söhbət. Bizim üçün son dərəcə maraqlı və müəyyən məqamları ilə yaddaqalan sayılan bu görüşün yaradıcılıq məsələlərinə istiqamət alacağı gözlənilən idi. Belə də oldu! Bir sıra məsələlər yüksək peşəkarlıq və səriştəlilik səviyyəsində şər... | ANL |
Əxlaqımızın göstəricisi. Ümummilli lider Heydər Əliyev 13 avqust 2001-ci ildə milli-mənəvi dəyərlərin qorunması və sosial ədalət haqqında bəyanat vermişdir. Ötən əsrin sonlarında ölkəmizdə baş verən qeyri-müəyyənlik tarixə dönsə də, hələ üzərinə arxivin tozu tökülməyib. Çünki o vaxtdan başlayan mübarizə bu gün də davam... | ANL |
Dəyərli sənət beşiyi. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi ədəbi tariximizin üç min il əvvəlki ədəbiyyatını gələcəklə qovuşduran dünyadır. Azərbaycan ədəbiyyatından söz düşəndə göz önündə, istər-istəməz, kökü tarixin minillik qatlarına uzanan, əzəmətli bir sənət nümunəsi canlanır. Bu həmin nümunədir ki, onu müxtəl... | ANL |
Azərbaycanın bölgələri sürətlə inkişaf edir. Prezident İlham Əliyevin respublikanın rayonlarına səfəri zamanı bunun bir daha şahidi olduq. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyasının son yeddi ildə Prezident İlham Əliyev tərəfindən uğurla dava... | ANL |
"Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası "Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin 1999-cu il 2 iyul tarixl... | ANL |
"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında" Müqavilənin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əmə... | ANL |
"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında Müqavilə" üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1050-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Müstə... | ANL |
2010-cu il iyunun 26-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Makedoniya Respublikası Gömrük İdarəsi arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı... | ANL |
2010-cu il iyunun 15-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərakeş Krallığının Sosial İnkişaf, Ailə və Həmrəylik Nazirliyi arasında ailə, qadınların inkişafı və uşaqların müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandum” təsdiq edilməsi bar... | ANL |
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanına əlavələr edilməsi haqqında... | ANL |
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və d... | ANL |
Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova. Hörmətli İslam Abduqəniyeviç! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-Özbəkistan münasibətləri əsr... | ANL |
Liviya inqilabının lideri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Başçısı zati-aliləri cənab Müəmmər Əl-Qəzzafiyə. Zati-aliləri! Milli bayramınız - Böyük inqilab günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Liviya arasındakı dostluq v... | ANL |
Minimum aylıq əməkhaqqının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri ... | ANL |
Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq və pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Dövlət Sosial M... | ANL |
V.Y.Ələkbərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərov "Şərəf" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının ... | ANL |
Azərbaycan Güləş Federasiyasının prezidenti beynəlxalq yarışlarda uğur qazanmış idmançılar, onların məşqçiləri və valideynləri ilə görüşmüşdür. Avqustun 31-də Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Sinqapurda keçirilmiş yeniyetmələrin I Yay Olimpiya Oyunları, gənclərin Macarıstanın Budapeşt şəhərind... | ANL |
Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim etmişdir. Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 31-də Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aryen Uyterlinde ilə görüşmüşdür. Etimadnamənin surətin... | ANL |
Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın inkişafı üçün geniş potensial vardır. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, avqustun 31-də nazir Elmar Məmmədyarov Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Herber Kvelli ilə görüşmüşdür. Etimadnaməsinin surətini nazirə ... | ANL |
Azərbaycan idmanının tarixi nailiyyəti. Bu uğur Sinqapurda qazanıldı. Bu günlərdə Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunları başa çatmışdır. 204 ölkədən gəlmiş idmançıların qatıldığı turnirdə yeniyetmələrimiz, sözün həqiqi mənasında, tarixi uğura imza atmışlar. Yarışlarda iştirak edən 12 azərbaycanlı idmançıdan ... | ANL |
Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı... | ANL |
Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Nquyen Minh Çietə. Hörmətli cənab Prezident! Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı, dos... | ANL |
Fələstin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. Sentyabrın 1-də Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Fələstinin ölkəmizdə yeni təyin edilmiş səfiri Nasir Abdulkərim ilə görüşmüşdür. Azərbaycanın İordaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, görü... | ANL |
Zamanın tələblərinə cavab verən inkişaf. İnformasiya-kommunikasiya texnologiyalarının ölkəmizdə geniş tətbiqi Azərbaycanın daha sürətli tərəqqisini təmin edir. Müasir dünyada dövlətin sürətli inkişafını şərtləndirən əsas amillərdən biri texnoloji nailiyyətlərin tətbiqi, elmtutumlu sahələrin tərəqqisinə prioritet istiqa... | ANL |
Yeni Azərbaycan Partiyasının ilk dəfə səs verəcək gənc üzvləri ilə görüş keçirilmişdir. Sentyabrın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının qərargahında YAP rəhbərliyinin parlament seçkilərində ilk dəfə səs verəcək partiya üzvləri ilə görüşü keçirilmişdir. Görüşdə YAP sədrinin müavini-icra kati... | ANL |
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə etmişdir. Sentyabrın 1-də - yeni dərs ilinin ilk günündə Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə müasir məktəb binası hədiyyə etmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşmər... | ANL |
Azərbaycanda səfərdə olan gürcüstanlı yeniyetmələr Heydər Əliyev Fondunu ziyarət etmişlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun birgə təşəbbüsü ilə m... | ANL |
Vergilər Nazirliyində Avstriya nümayəndə heyəti ilə görüş. Sentyabrın 1-də Azərbaycan Respublikasının vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Federal Maliyyə Nazirliyinin gömrük məsələləri üzrə dövlət katibi Raynhold Lopatkanın rəhbərli... | ANL |
Azərbaycan və Avstriya arasında gömrük sahəsində Anlaşma Memorandumu imzalanmışdır. Azərbaycanda səfərdə olan Avstriya Federal Maliyyə Nazirliyinin gömrük məsələləri üzrə dövlət katibi Raynhold Lopatkanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əli... | ANL |
Tbilisidə "Azərbaycan Respublikası və Gürcüstan arasında nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması üzrə qarşılıqlı anlaşma haqqında" Memoranduma əsasən yaradılmış Şuranın iclası keçirilmişdir. Avqustun 31-də Gürcüstanın paytaxtı Tbilisidə "Azərbaycan Respublikası ilə Gürcüstan arasında nəqliyyat dəhlizini... | ANL |
Mərkəzi Seçki Komissiyası Bakı və Abşeron rayonlarında ixtisaslaşdırılmış kurslara başlamışdır. Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əl... | ANL |
Beynəlxalq əlaqələr genişlənir. Azərbaycan Tibb Universitetində üç dildə (Azərbaycan, rus və ingilis dillərində) dərslər keçirilir. Universitet beynəlxalq əməkdaşlıq əlaqələrini hələ keçən əsrin 60-cı illərindən genişləndirməyə başlamışdır. O zaman burada Orta Asiya respublikalarından, Yaxın Şərq və Afrika ölkələrindən... | ANL |
Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı... | ANL |
- Hörmətli xanımlar və cənablar, əziz dostlar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizdə çox əlamətdar və tarixi bir gündür. Bu gün Bakıda Dövlət Bayrağı Meydanı açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Dövlət Bayrağı Meydanının açılışı həqiqətən tarixi və unudulmaz... | ANL |
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri. Ali qonağın şərəfinə. Sentyabrın 2-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Sv... | ANL |
M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Mirdaməd Mirsadıq oğlu Sadıqova "Əməkdar elm xadimi" fəxri adı verilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikasının Fransa Respublikasındakı və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial, iq... | ANL |
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. R... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Fəxri xiyabana gəlmişdir. Rusiya dövlətinin başçısı xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydu. Dm... | ANL |
Şəhidlərin xatirəsinə ehtiram. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğru... | ANL |
Dağıstanın və İnquşetiyanın prezidentləri Təzəpir məscid kompleksi ilə tanış olmuşlar. AzərTAc xəbər verir ki, Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov və İnquşetiya Respublikasının Prezidenti Yunusbek Yevkurov sentyabrın 2-də Təzəpir məscid kompleksində o... | ANL |
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olmuşdur. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi Azərbaycana rəsmi səfərində müşayiət edən nümayəndə heyətinin tərkibində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru, Rusiya Elmlər Akade... | ANL |
Türkiyənin xarici işlər naziri Naxçıvanda qısamüddətli səfərdə olmuşdur. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İğdır vilayətinə səfərini başa çatdırdıqdan sonra Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna gəlmişdir. AzərTAc xəbər verir ki, türkiyəli naziri və onu müşayiət edən şəxsləri Naxçıvan MR Ali Məc... | ANL |
BEYLƏQANIN "danışan" abidələri. Hərdən bu böyük şəhərin səs-küyündən, qayğılarından baş götürüb harasa getmək istəyəndə yada Beyləqan düşür. Bir az rahat, bir az narahat yolları, bir-birinə oxşayan kəndləri, şəhərləri adlayıb, bizi hər dəfə təəccübləndirən, bəzən qorxudan, bəzən sevindirən Kürdən, Arazdan keçib Beyləqa... | ANL |
Tibb təhsili İkinci Dünya müharibəsi illərində. İkinci Dünya müharibəsi səhiyyə işçilərini də çox ciddi sınağa çəkmişdi. Almaniyanın qəfil hücumunun ilk dövrlərində sovet qoşunlarının geriyə çəkilməsi hərbi-tibbi xidməti ağır vəziyyətə salmışdı. Çünki bir tərəfdən tibb işçiləri çatışmır, digər tərəfdən isə düşmənin avi... | ANL |
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilsi... | ANL |
S.M.Aslanovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə Səyavuş Məmmədağa oğlu Aslanov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin. İlham ƏLİYE... | ANL |
Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə. Hörmətli cənab Prezident! Ölkənizdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə ... | ANL |
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Sentyabrın 3-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qo... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan ölkəmizə qanunsuz gətirilmiş ikonaları və incəsənət əsərlərini Prezident Dmitri Medvedevə təqdim etmişdir. Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan ölkəmizə qanunsuz gətirilmiş ikonaları və incəsənət əsərlərini Prezident Dmitri Medvedevə təqdim etmişdir. ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedevin təkbətək görüşü. Sentyabrın 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə təkbətək görüşü olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV R... | ANL |
Geniş tərkibdə görüş. Sentyabrın 3-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi: - Hörmətli Dmitri An... | ANL |
Azərbaycan-Rusiya sənədləri imzalanmışdır. Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.