text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: - Hörmətli Dmitri Anatolyeviç! Hörmətli qonaqlar! Xanımlar və cənablar! Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin tarixində çox əlamətdar gündü...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı. Rusiya Prezidenti Dmitri MEDVEDEV bəyanatla çıxış edərək dedi: - Hörmətli İlham Heydər oğlu! Hörmətli həmkarlar! Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri! Bu gün müstəqil dövlətlər olan Rusiya ilə Azərbayc...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev xanımları ilə birlikdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmiş, Dənizkənarı Milli Parkda olmuşlar. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev xanımları ilə birlikdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu...
ANL
Ali qonağın şərəfinə. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. - Hörmətli Dmitri Anatolyeviç! Hörmətli Svetlana Vladimirovna! Əziz qonaqlar! Xanımlar və cənablar! Dmitri Anatolyeviç, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin səfərinizə çox şadıq. Biz çox şadıq ki, son vaxtlar ...
ANL
Ali qonağın şərəfinə. Hörmətli Mehriban Arif qızı! Hörmətli dostlar, həmkarlar! Sizin ölkəyə gəlmək mənim üçün həmişə çox xoşdur. Çünki bu, həmişə dostlarımızın, yaxın qonşularımızın və strateji tərəfdaşlarımızın yanına səfər etmək deməkdir. Bu səfər bir günə hazırlanmamışdır. Bu, xüsusi səfərdir, ona görə ki, münasib...
ANL
Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilmişdir. Sentyabrın 3-də Bakı Dövlət Universitetində Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə BDU-nun fəxri doktoru adının verilməsinə həsr edilmiş mərasim keçirilmişdir. BDU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasını...
ANL
Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı Svetlana Medvedevanın görüşü. Sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və Rusiyanın birinci xanımı Svetlana M...
ANL
Azərbaycan xalçaları Rusiyanın birinci xanımını valeh etmişdir. Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva sentyabrın 3-də "Azər-İlmə" M...
ANL
Müasir İncəsənət Muzeyi ilə tanışlıq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva sentyabrın 3-də Müasir İncəsənət Muzeyində olmuşlar. Xanım Svetlana Medvedeva Mehriba...
ANL
Heydər Əliyev Fondunda görüş. Sentyabrın 3-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunda Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva ilə görüşmüşdür. Birinci xanımlar əvvəlcə fondun fəaliyyəti, təhsil, elm, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələrdən bəhs edən filmə baxdılar. So...
ANL
Tikmişəm izim qalsın... AzərTAc-ın xəbər verdiyi kimi, Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Rusiyanın Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmirdən sonra sentyabrın 1-də şagirdlərin istifadəsinə verilmişdir. Rusiya Federasiyasının nüfuzlu "Nezavisimaya qazet...
ANL
Azərbaycanın məşhur heykəltəraşı Ömər Eldarov Niaqaranın fəxri xoşməramlı səfiri seçilmişdir. Kanadanın Toronto və Niaqara şəhərlərində böyük uğurla keçmiş Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Niaqarada 12-ci Beynəlxalq Niaqara Musiqi Festivalı çərçivəsində Azərbaycan simfonik musiqisi və muğamlarından ibarət m...
ANL
BBC telekanalı Bakıda Dövlət Bayrağı Meydanının açılışı haqqında süjet yayımlamışdır. Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı dünyanın bir çox aparıcı və nüfuzlu telekanallarının diqqət mərkəzindədir. Dövlət Bayrağı Meydanının yaradılması və dünyada ən hündür bayraq dirəyinin məhz Azərbaycanda quraşdırılması...
ANL
Bakıda Dövlət Bayrağı Meydanının açılması Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur. Bakıda dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Dövlət Bayrağı Meydanının açılması qardaş Türkiyənin qəzetləri, informasiya agentlikləri və televiziya kanalları tərəfindən geniş işıqlandırılır. Türkiyənin nüfuzlu NTVSNBC telev...
ANL
Ulu tarixin yeni-yeni səhifələri açılır. Şəmkir Azərbaycanın qədim şəhərlərindən biridir. Böyük İpək Yolu üzərində, müsəlman və Qərb sivilizasiyasının təmas məkanında yerləşir. Ona görə də bu ulu diyar zaman-zaman ən müxtəlif hadisələrin burulğanında fəal iştirak etmişdir. Tarixçilər Şəmkirin hələ VII əsrin birinci yar...
ANL
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidir. Tarix sübut edir ki, dövlətin müstəqilliyini qoruyub saxlamaq onu qazanmaq qədər çətindir. Xalqımız öz tarixi müstəqilliyini bərpa etmək üçün uzun illər ərzində çox çətinliklərə sinə gərmiş, son dərəcə ağır faciələrlə üz-ü...
ANL
Dövlət bayrağımıza ithaf olunur. Bayraq bir millətin özünüdərki, Qeyrəti, məsləki, əqidəsidir. İliyindən keçib canından gələn, Dilində göyərən haqqın səsidir. Ulu əcdadımın Qobustandakı. Qayada cizgisi, Qaval daşıdır. Yüz illər, min illər yol keçib gələn, Nəsillər yaşadan qan yaddaşıdır. Xətai idrakı, Babək qılıncı, Ko...
ANL
Azərbaycan uğurlu enerji siyasəti yürüdən ölkə kimi tanınır. İri enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi dax...
ANL
Qayğı daha xoş işlərə ruhlandırır. Hörmətli cənab Prezident! Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Sizin tükənməz qayğı və diqqətiniz sayəsində günü-gündən çiçəklənir, dünya miqyasında geniş şöhrət qazanır. Bütövlükdə ölkəmizdə olduğu kimi, Gəncə bölgəsində də sosial-iqtisadi problemlər uğurla həl...
ANL
Sberbank və Azərbaycan Beynəlxalq Bankı əməkdaşlıq barədə memorandum imzaladı. 3 sentyabr 2010-cu il tarixində Moskva şəhərində Rusiyanın nəhəng maliyyə-kredit təşkilatı olan Sberbank və Azərbaycan Beynəlxalq Bankı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq barədə Memorandum imzalanmışdır. Bu sənəd hər iki tərəfin vahid...
ANL
Əməliyyatların ətraf mühitə təsiri yoxlanılır. Bu yaxınlarda bp Azərbaycan şirkəti 2009-cu ildəki fəaliyyətini əks etdirən hesabatı kitab şəklində nəşr etdirib. "Davamlı inkişaf haqqında hesabat" adlanan həmin topluda şirkətin fəaliyyəti bir çox aspektlərdə işıqlandırılıb. Burada ətraf mühitlə bağlı məsələlərə də xüsus...
ANL
Təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilmişdir. Sentyabrın 4-də "Gülüstan" sarayında rəhbər təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər...
ANL
Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açmışdır. Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir. Sentyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır. Azərbaycan Preziden...
ANL
Braziliya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Luis İnasiu Lula da Silvaya. Hörmətli cənab Prezident! Braziliyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Bu gün Azərbaycan-Braziliya münasi...
ANL
Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram: 1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəs...
ANL
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili m...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlindenin e...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nüm...
ANL
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Sentyabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə sədr Komissiya üzvlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası...
ANL
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Avropa İttifaqının nümayəndə heyəti ilə görüşmüşdür. Sentyabrın 6-da Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyəti...
ANL
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 6-da nazir Elmar Məmmədyarov Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semneb...
ANL
Niderlandın Azərbaycandakı yeni səfiri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edən Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Arjen Peter Uijterlinde Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək ulu öndər...
ANL
İKT Parlament İttifaqı Azərbaycanın haqq işinə həmişə dəstək verib. İslam Konfransı Təşkilatının (İKT) əsas məqsədi müsəlman aləmini birləşdirərək onun həmrəyliyini təşkil etmək, müsəlman ölkələrinin birliyinə nail olaraq siyasi, iqtisadi və mədəni əməkdaşlıq yaratmaq, islam dininə sitayiş edən xalqların mənafelərini, ...
ANL
İcra işinin təkmilləşdirilməsi insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edir. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi, hüquqi sahədə də məqsədyönlü islahatlar aparılmağa başl...
ANL
Sərvər Soltan oğlu Qəniyev. Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli ifaçılıq sənətinin görkəmli nümayəndələrindən biri, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli, professor Sərvər Soltan oğlu Qəniyev 2010-cu il sentyabr ayının 5-də ömrünün 74-cü ilində vəfat etmişdir. O, ilk musiqi təhsil...
ANL
Azərbaycan inkişaf etmiş ölkələr sırasına qədəm qoyur. İqtisadi sahədə keçid dövrünü uğurla başa vuran ölkəmiz inkişaf strategiyasının yeni hədəfinə doğru inamla addımlayır. Sosial-iqtisadi inkişaf sahəsində özünəməxsus uğurlu modelin əsasını qoymuş Azərbaycan üçün əsas fərqləndirici xüsusiyyətlərdən biri sözügedən sfe...
ANL
Bakıda "Kibernetika və informatika problemləri" mövzusunda III Beynəlxalq konfrans öz işinə başlamışdır. Sentyabrın 6-da Bakıda "Kibernetika və informatika problemləri" (PCI 2010) mövzusunda III Beynəlxalq konfrans öz işinə başlamışdır. Sülh və inkişaf naminə Dünya Elm Gününə həsr olunmuş konfransın təşkilatçıları Rabi...
ANL
Heydər Əliyev Fondunun "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan ...
ANL
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Ramazan bayramı münasibətilə iftar süfrəsi açmışdır. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından müqəddəs Ramazan bayramı münasibətilə Moskvada iftar süfrəsi açılmışdır. Tədbir Poklon dağında açılmış Ramazan çadırında təşkil olunmuş...
ANL
Prezident İlham Əliyev Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün yeni tikilən mənzillərin açılışında iştirak etmişdir. Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisin...
ANL
Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açmışdır. Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir. Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışd...
ANL
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı. - Hörmətli şeyx həzrətləri! Hörmətli din xadimləri! Hörmətli xanımlar və cənablar! Bizim görüşlərimiz artıq gözəl bir ənənədir. Bu ənənə əminəm ki, bundan sonra da davam edəcəkdir. Mübarək Ramazan ayında şeyx həzrətlərinin ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Bernar Fasyeni (Fransa) və ...
ANL
Azərbaycanın yəhudi icmasına. Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün çoxmillətli cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmişdir. Əlamətdar h...
ANL
Bakı, Gəncə və Şəki Apelyasiya məhkəmələrinin sədrlərinin təyin edilməsi haqqında. Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıra...
ANL
Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin bir sıra hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublika...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşmüşdür. Sentyabrın 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin ...
ANL
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xi...
ANL
Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlığa dair memorandumun imzalanması ilə bağlı razılıq əldə olunmuşdur. Heydər Əliyev Fondu və ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaqdır. Sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nu...
ANL
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda daha bir istirahət parkı istifadəyə verilmişdir. Paytaxtımıza gözəllik gətirən və sakinlərin asudə vaxtlarını mənalı keçirmələri üçün Bakının Nərimanov rayonundakı istirahət parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və tikinti-quraşdırma işlərindən sonra istifad...
ANL
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Sentyabrın 7-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbin binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan ...
ANL
AGRİ layihəsi regionumuzda və Avropada enerji əməkdaşlığı sahəsində yeni səhifə açacaqdır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşü. Sentyabrın 14-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rumıniya Prezidenti Trayan Beseskunun, Gürcüstan Prezidenti Mixeil S...
ANL
ABŞ-ın sabiq müdafiə naziri Cənubi Qafqazın tarixini, mədəniyyətini öyrənmək üçün regiona səfər etmişdir. ABŞ-ın sabiq müdafiə naziri Vilyam Perri Cənubi Qafqazın tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənmək məqsədi ilə regiona səfərə gəlmişdir. Sentyabrın 7-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Yenide...
ANL
Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 7-də Azərbaycana səfərə gəlmişdir. AzərTAc xəbər verir ki, Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 7-də Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsg...
ANL
Prezident İlham Əliyevin çıxışı. - Hörmətli prezidentlər! Hörmətli Baş nazir! Hörmətli qonaqlar! Sizi Azərbaycanda salamlayıram. Sizi görməyə çox şadam. Hesab edirəm ki, bugünkü görüş uğurlu olacaq və biz yaxşı nəticələr əldə edəcəyik. Bu sammitin təşkilində bizim müvafiq qurumlarımız və nazirliklərimiz böyük işlər gör...
ANL
Azərbaycan Şərqlə Qərb arasında əlverişli körpü rolunu oynayır. Ötən əsrin sonlarına doğru Avropa və Asiya ölkələri arasında qlobal nəqliyyat sistemi infrastrukturunun yaradılmasına yönəlmiş səylər yenidən güclənmiş, bu proseslərdə müstəqil Azərbaycan da kənarda qalmamışdır. Respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqli...
ANL
Dövlət və hökumət başçılarının birgə mətbuat konfransı. Sentyabrın 14-də AGRİ layihəsinə dair Bakı Bəyannaməsi imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban birgə mətbuat konfransı keçirdilər. Pre...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü. Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olmuşdur. Dövlətimizin başçısı Baş nazir Viktor Orbanın Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizə dair məsə...
ANL
Latviyanın sabiq Prezidenti Azərbaycan Diplomatik Akademiyasında məruzə ilə çıxış etmişdir. Ölkəmizdə səfərdə olan BMT-nin baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 14-də Azərbaycan Diplomatik Akademiyasın...
ANL
Xalqa və dövlətə xidmət məramı. Heydər Əliyev Fondunun 6 ildə uğurla həyata keçirdiyi layihələr ölkədə mütərəqqi təhsil ənənələrinin güclənməsinə xidmət edir. Müasir qloballaşma dövründə hər bir xalq inkişaf yolunu məhz malik olduğu elmi-intellektual potensialla müəyyənləşdirərək dünya miqyasında layiqli yer tutmaq imk...
ANL
Milli mətbuatımızın güclü qələm sahibi Üzeyir bəy Hacıbəyli. Milli mətbuatımızın təşəkkül tapmasında, inkişafında xüsusi xidmətləri olan böyük şəxsiyyətlərdən biri də dünya şöhrətli dahi sənətkar Üzeyir bəy Hacıbəylidir. Üzeyir bəy Azərbaycan professional musiqisinin banisi kimi cahanşümul şöhrət qazansa da, onun publi...
ANL
Bu, tariximizin ən şərəfli, ən işıqlı günlərindən biridir. Bakının azad olunması mayın 28-də elan olunan müstəqilliyin və istiqlalın tamamlanması idi. O vaxt Bakını azad etmək üçün Gəncədən hərəkətə başlayan Qafqaz İslam Ordusunun əsgərləri arasında öz qələmi ilə döyüşən bir nəfər də vardı - bu, şair Əhməd Cavad idi! O...
ANL
Geologiya elminə həsr olunmuş həyat. Sentyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Adil Abas Əli oğlu Əl...
ANL
Bakıda "Bərpa olunan enerji mənbələri üzrə birinci Qafqaz forumu" keçirilir. Sentyabrın 7-də Bakıda "Bərpa olunan enerji mənbələri üzrə birinci Qafqaz forumu" işə başlamışdır. İkigünlük tədbirin əsas məqsədi Qafqaz regionunda bərpa olunan enerji mənbələri üzrə qanunvericilik, müvafiq layihələrin maliyyələşdirmə mənbələ...
ANL
Son mənzilə. Sentyabrın 7-də milli ifaçılıq sənətinin görkəmli nümayəndələrindən biri, xalq artisti, professor Sərvər Soltan oğlu Qəniyev son mənzilə yola salınmışdır. Vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər. Mərhumun cənazəsi Üzeyir...
ANL
Azərbaycan - dünya mədəniyyətlərini qovuşduran məkan. Azərbaycan xalqı dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir. Heydər ƏLİYEV. Müasir qloballaşma şəraitində müxtəlif mədəniyyətlərin bir-birinə sürətlə qarşılıqlı təsiri aşkar faktdır. Tarixi prosesin müasir mərhələsində mədəni, sosial-iqtisadi, texnoloj...
ANL
Fransada Azərbaycan turizmi haqqında bələdçi-kitabça çapdan çıxmışdır. Parisin "Mondeos" nəşriyyatı Azərbaycan turizmi haqqında bələdçi-kitabça nəşr etmişdir. Müəlliflər - ölkəmizdə dəfələrlə olmuş tanınmış fransız jurnalisti Annabel Grosjean və bu ölkədə uzun müddət yaşayan həmyerlimiz Aytən Muradovanın nəfis şəkildə ...
ANL
Müsəlmanlar hər il hicri-qəməri təqvimlə iki bayram qeyd edirlər: Ramazan bayramı və Qurban bayramı. Bu bayramlar islamın iki fərzini yerinə yetirdikdən - Ramazanda oruc tutduqdan və həcc ziyarətini başa vurduqdan sonraya təsadüf edir. Sabah mübarək Ramazan bayramını qarşılayırıq. Orucluq ayının başa çatması ilə əlamət...
ANL
Qayğıya ehtiyacı olan tarixi türbə. Füzuli rayonunun tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır. Rayondakı qədim mədəniyyət abidələri (Əhmədalılar və Mirəli türbəsi, XIX əsrə aid Hacı Ələkbər, Qarğabazar kəndində isə 1662-ci ildə inşa edilmiş Qoçəhmədli məsçidi və başqaları) daş qalalar, ən əsası isə Azıx marağasını...
ANL
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik. Hörmətli həmvətənlər! Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı artıq başa çatmaqdadır. Bu ayda müsəlmanlar Allah və din qarşısında öz vicdani borclarını daha dolğun yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət...
ANL
Tacikistan Respublikasının Prezidenti zati-aliləri cənab Emoməli Rəhmona. Hörmətli Emoməli Şərifoviç! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Xalqlarımızı birləşdirən ənənəvi dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı...
ANL
Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin sədri zati-aliləri cənab Kim Çen İrə. Hörmətli cənab Sədr! Milli bayramınız - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı münasibə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığı Senatının sədri Rene Van der Lindeni qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Niderland Krallığı Senatının sədri Rene Van der Lindeni qəbul etmişdir. Dövlət başçısı Rene Van der Linden ilə Strasburqda keçirdiyi görüşləri və ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət Katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanovu qəbul etmişdir. Görüşdə Azərbaycan ilə ABŞ ara...
ANL
Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasında vətəndaşların rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram: 1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi mü...
ANL
"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram: 1. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği 50 faiz artırılaraq 1...
ANL
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram: 1. Məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2010-cu il sentyabrın 1-dən ...
ANL
2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqınd...
ANL
Baş nazir Artur Rasizadə Niderland Krallığı Senatının sədri Rene Van der Linden ilə görüşmüşdür. Sentyabrın 8-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden ilə görüşmüşdür. Baş nazir Artur Rasizadə ölkələrimiz arasında əlaqələrin möhkəm dostluq p...
ANL
Niderland Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır. Ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 8-də Milli Məclisə gəldi. Əvvəlcə Milli Məclisin iclas zalı, yeni inzibati binası ilə tanış olan qonaq deputatların fəaliyyəti üçün yaradılmış şərait...
ANL
Niderland Krallığı Senatının sədri Rena van der Linden ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ...
ANL
Niderland Krallığı Senatının sədri Milli Məclisin deputatları ilə görüşüb. Ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdü. Qonağı salamlayan komitənin sədri, Azərbaycanın A...
ANL
Azərbaycan ilə Niderland arasında əməkdaşlıq inkişaf edir. Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 8-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden ilə görüşmüşdür. Görüşdə ölkələrimizin parlamentləri arasında sıx əlaqələrin...
ANL
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunmuşdur. Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 8-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanov ilə görüşmüşdür. Görüşdə Azərbaycan-ABŞ münasibətləri, Cənubi Q...
ANL
Çinin ölkəmizdəki səfiri Yeni Azərbaycan Partiyası sədrinin müavini ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, Çinin ölkəmizdəki səfiri Çjan Yannyan sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədovla görüşmüşdür. Görüşdə Çin ilə Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq ...
ANL
Moskvada vokalçıların Müslüm Maqomayev adına birinci Beynəlxalq müsabiqəsinə həsr edilmiş mətbuat konfransı keçirilmişdir. İTAR-TASS agentliyində vokalçıların bu il oktyabrın 23-də və 24-də keçiriləcək Müslüm Maqomayev adına I Beynəlxalq müsabiqəsinə həsr edilmiş mətbuat konfransı olmuşdur. Tədbirdə Müslüm Maqomayevin ...
ANL
Tibb elminə böyük töhfələr vermiş kardioloq alimlərimiz. Azərbaycanda kardiologiya elmi sovetlər dövründə formalaşmışdır. Təbabətin bu probleminin öyrənilməsində vaxtilə respublikada işləmiş rus terapevtləri N.Uşinski, K.Yeqorov, Q.Şteyn, P.Mezernitski və N.Afonskinin böyük xidmətləri olmuşdur. Onlar kardiologiya məsəl...
ANL
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Sentyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə komissiyanın 2010-cu il 18 avqust tarixli iclasının protokolu təsdiqlən...
ANL
Füzulişünaslara qiymətli töhfə. Görkəmli şərqşünas və mətnşünas, məşhur nəzəriyyəçi-alim, Azərbaycan milli əruzşünaslıq məktəbinin banisi Əkrəm Cəfərin yenicə çapdan çıxmış "Yandım avazeyi eşqinlə sənin" kitabı Füzuli poeziyasının vurğunu olan dəyərli oxucularımıza və Azərbaycan ədəbi ictimaiyyətinə ən qiymətli töhfədi...
ANL
Ramazan bayramı münasibətilə Şeyxülislamın təbriki. Bismillahir-rəhmanir-rəhim! Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım! Dünya müsəlmanlarının əziz günü olan mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc, namaz və dualarınızın qəbul olunmasını diləyirəm. Uca A...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü. Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşü. Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Azərbaycan, ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul etmişdir. Xanım Vayra Vike-Freyberqa ölkəmizə səfərindən ötən beş il ərzində Bakı...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının vitse-prezidenti Filip Le Uerunu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Dünya Bankının vitse-prezidenti Filip Le Uerunu qəbul etmişdir. Görüşdə Dünya Bankı ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın yaxşı səviyy...
ANL
Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə. Hörmətli Dmitri Anatoliyeviç! Vladiqafqazda terror aktı nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların qohumlarına və yaxınlarına, bütün Rusiya xalqına səm...
ANL
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! Ramazan bayramı münasibətilə Amerika xalqı adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm. Ümid edirəm ki, başa çatan müqəddəs Ramazan ayı ailənizə və əzizlərinizə mərhəmət duyğuları və sevinc dolu anlar bə...
ANL
Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Səhiyyə müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram: 1. Dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə m...
ANL
Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosedurunun nizama salınması ...
ANL
Rumıniya Prezidenti Trayan Besesku Azərbaycana işgüzar səfərə gəlmişdir. Rumıniya Prezidenti Trayan Besesku Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün sentyabrın 13-də Azərbaycana işgüzar səfərə gəlmişdir. Heydər Əliyev Beyn...
ANL
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycana işgüzar səfərə gəlmişdir. Gürcüstan Prezidenti Mixeil Saakaşvili Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün sentyabrın 13-də Azərbaycana işgüzar səfərə gəlmişdir. Heydər Əli...
ANL