text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Türkiyə-Azərbaycan müttəfiqliyi regionda sabitlik və inkişafa ciddi təminatdır. Hər bir dövlətin xarici siyasətdə xüsusi önəm verdiyi müttəfiqlər olur və bu prizmadan Azərbaycan-Türkiyə münasibətlərinin də tarixin sərt sınaqlarından uğurla çıxdığını əminliklə demək mümkündür. İki dost ölkə arasında strateji müttəfiqlik...
ANL
Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyasına həsr olunmuş yay düşərgəsi açılmışdır. Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və YUNİSEF Nabranda uşaq hüquqları, sağlam həyat tərzi və yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası mövzularında uşaqların biliklərinin və həmyaş...
ANL
Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. AzərTAc xəbər verir ki, Azərbaycanda səfərdə olan BMT baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayr...
ANL
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Təzəpir məscid kompleksi ilə tanış olmuşdur. AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 12-də Təzəpir məsc...
ANL
Azərbaycan ilə Latviya arasında dostluq münasibətləri yüksək səviyyədə inkişaf edir. Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 13-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan BMT-nin baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri, Latvi...
ANL
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət. Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Sultanov sentyabrın 13-də Fəxri xiyabana gəlmişdir. O, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər...
ANL
Rusiya Uşaq Fondunun sədri Albert Lixanov 75 illik yubileyini qeyd edir. Tanınmış ictimai xadim, uşaq yazıçısı, Rusiya Uşaq Fondunun sədri, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Uşaq Problemləri üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Albert Lixanov Moskvada 75 illik yubileyini qeyd edir. Azərbaycan P...
ANL
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla "Vətən övladı" qızıl medalı ilə təltif olunmuşdur. Bakı Slavyan Universitetinin (BSU) rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla "Dədə Qorqud" Milli Fondunun Dədə Qorqud mükafatı və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalının Ali Şurasının sədri akademik Arif Paşayevin...
ANL
Bakıda Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Birliyi Məsləhət Şurasının iclası keçirilmişdir. Sentyabrın 13-də Azərbaycanda Atatürk Mərkəzində ölkəmizdə ilk dəfə olaraq Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Birliyi Məsləhət Şurasının iclası keçirilmişdir. İclasda Azərbaycan, Rusiya, Ukrayn...
ANL
Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 11-ci iclası keçirilmişdir. Sentyabrın 10-da Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 11-ci iclası keçirilmişdir. İclasda Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi ilə aidiyyəti dövlət qurumları təmsilçiləri...
ANL
Bakıda Azərbaycan ilə Almaniya arasında ikitərəfli hərbi əməkdaşlığa dair danışıqlar başlamışdır. Sentyabrın 13-də Bakıda Azərbaycan ilə Almaniya arasında ikitərəfli hərbi əməkdaşlığa dair danışıqlar başlamışdır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 15-dək davam edəcək danışıql...
ANL
"İRS" jurnalı oxucularına Azərbaycan tarixinin və mədəniyyətinin naməlum səhifələrini açır. Moskvada çıxan "İRS-Naslediye" beynəlxalq jurnalının növbəti nömrəsində oxuculara yeni rubrikalar təqdim edilir. "Etnos" rubrikasında Azərbaycanda yaşayan milli azlıqlardan biri - talışlardan bəhs edən iki məqalə dərc edilmişdir...
ANL
Avropa Şurasının eksperti Azərbaycanda mədəni irsin vəziyyətinin qiymətləndirilməsi hesabatı ilə bağlı müzakirələr aparmışdır. Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramı çərçivəsində bu beynəlxalq qurumun "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsi üzrə eksperti Robert Pikard Azərbaycanda səfərdə olmuşdur...
ANL
Ən məhsuldar neft və qaz quyuları Azərbaycandadır. Böyük Britaniyanın bp şirkəti hər il özünün çalışdığı bütün yataqlardakı ən yüksək hasilata malik olan 15 karbohidrogen quyusunu aşkar edir və bunu açıqlayır. Bir qayda olaraq bu quyular sırasında Xəzərin Azərbaycan sektorundakı neft və qaz quyuları xeyli yer alırlar. ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil edilmişdir. Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın şərəfinə rəsmi qəbul təşkil edilmişdir. AzərTAc.
ANL
Dövlət başçıları birgə şam etmişlər. Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku və Gürcüstan Prezidenti Mixeil Saakaşvili birgə şam etmişlər. AzərTAc.
ANL
Dövlət başçıları Dənizkənarı Milli Parkda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda və Fəvvarələr meydanında olmuşlar. Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Dənizkənarı Milli Parkda gəzintiyə çıxmışlar. Bildirilmişdir ki, so...
ANL
Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana səfəri başa çatmışdır. AzərTAc xəbər verir ki, sentyabrın 14-də Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana səfəri başa çatmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rumıniya Prezidentini Azərbaycanın ekolo...
ANL
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana işgüzar səfərə gəlmişdir. Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün sentyabrın 14-də Azərbaycana işgüzar səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroport...
ANL
Gürcüstan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili sentyabrın 14-də Fəxri xiyabana gəlmişdir. Gürcüstan dövlətinin başçısı xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini...
ANL
Şəhidlərin xatirəsinə ehtiram. Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycana səfəri çərçivəsində sentyabrın 14-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Prezident Mixeil Saakaşvili Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının üstünə tər güllər düzülmüş məzarlarını ziyarət etdi...
ANL
Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana səfəri başa çatmışdır. Sentyabrın 14-də Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana səfəri başa çatmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Hava limanında Prezident Mix...
ANL
Azərbaycan-Latviya əlaqələri yüksələn xətlə inkişaf edir. Sentyabrın 14-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşdü. Qonağı salamlayan Oqtay Əsədov onu bir daha Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi. Azərbaycanla Latviya arasın...
ANL
Dünya Bankı ilə səmərəli əməkdaşlıq davam edir. Sentyabrın 14-də Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Dünya Bankının vitse-prezidenti Filip Le Ueru ilə görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Dünya Bankının ölkəmizlə s...
ANL
"Xudafərin" jurnalının son nömrəsində görkəmli ədib Mir Cəlal Paşayevin yaradıcılığından bəhs edilmişdir. Tehranda ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində nəşr olunan "Xudafərin" jurnalının növbəti nömrəsi çapdan çıxmışdır. Jurnalın bu nömrəsində görkəmli Azərbaycan yazıçısı və alimi Mir Cəlal Paşayevin yaradıcılı...
ANL
Azərbaycan dövləti uşaqlara və gənclərə xüsusi diqqət və qayğı göstərir. Azərbaycanda səfərdə olan Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 14-də Milli Məclisdə uşaq hüquqları üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, işçi qrupunun üzvü, deputat Gülər Əhmədova qonağa A...
ANL
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində AGRİ layihəsinin həyata keçirilməsi üzrə sənədlər imzalanmışdır. AzərTAc xəbər verir ki, Azərbaycanın təbii qazının maye halında Qara dəniz vasitəsilə Rumıniyaya göndərilməsi məqsədilə texniki-iqtisadi araşdırmalara başlanılmışdır. Bununla bağlı, Azərbaycan, Gürcüstan və R...
ANL
Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər b...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak etmək üçün sentyabrın 15-də Türkiyə Respublikasına səfərə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir...
ANL
İstanbulun Atatürk Beynəlxalq hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak etmək üçün sentyabrın 15-də Türkiyə Respublikasına səfərə gəlmişdir. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun A...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü. Sentyabrın 15-də İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü. Sentyabrın 15-də İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü. Sentyabrın 15-də İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü olmuşdur. Görüşdə Qırğızıstanın keçid dövrü Prezidenti xalqımızı...
ANL
Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə imzalanmışdır. Sentyabrın 15-də İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra "Azərbaycan Respublikası və Türkiyə Respu...
ANL
Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə imzalanmışdır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatı. - Hörmətli Prezident, dəyərli qardaşım Əliyev! Hörmətli iştirakçılar, dəyərli mətbuat nümayəndələri! Xanımlar və cənablar! Azərbay...
ANL
Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı. Bu gün doğrudan da tarixi bir gündür və bu gün də bərabər olmağımızdan çox məmnunam. Yenidən qardaş Türkiyədə olmağımdan çox məmnunam və ə...
ANL
Dövlət başçılarının şərəfinə şam yeməyi. Sentyabrın 15-də İstanbulda, "Dolmabaxça" sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın adından dövlət başçılarının şərəfinə rəsmi şam yeməyi verilmişdir. Azərbaycan Prezidenti. İlham Əliyev şam yeməyində iştirak etmişdir. AzərTAc.
ANL
İstanbulda Azərbaycan, Türkiyə və Türkmənistanın enerji nazirlərinin toplantısı keçirilmişdir. İstanbulda keçiriləcək Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı çərçivəsində "Çırağan" sarayında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıld...
ANL
İstanbulda Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olmuşdur. İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşü çərçivəsində "Çırağan" sarayında Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olmuşdur. Toplantıdan əvvəl Azərbaycanın və Türkiyənin xarici işlər nazirlər...
ANL
Meksika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Felipe Kalderon İnoxosaya. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın...
ANL
General-polkovnik V.Ə.Axundovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə general-polkovnik Vaqif Əlibala oğlu Axundov 2-c...
ANL
Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri üçün 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentin...
ANL
Prezident İlham Əliyev MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir. Sentyabrın 15-də Prezident İlham Əliyev MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərlər...
ANL
Bakıda MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin XI iclası keçirilmişdir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 14-15-də Bakıda MDB ölkələri Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətlər...
ANL
Azərbaycan Respublikasının Baş naziri Dünya Bankının nümayəndəsi ilə görüşmüşdür. Sentyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Filip Le Üerun ilə görüşmüşdür. Nazirlər Kabinetinin mətbuat xidmətindən Azə...
ANL
Dünya Bankının rəsmisi İçərişəhəri gəzmişdir. Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Flip Le Üreni İçərişəhərdə olmuşdur. Qonağa YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, habelə burada aparılan son təmir, abadlaşd...
ANL
Dövlət və hökumət başçılarının birgə mətbuat konfransı. Xəbər verdiyimiz kimi, sentyabrın 14-də AGRİ layihəsinə dair Bakı Bəyannaməsi imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban birgə mətbuat ko...
ANL
Bakıda "World Gas İnfrastructure Caspian-2010" beynəlxalq konfransı işə başlamışdır. AzərTAc xəbər verir ki, konfransın aparıcısı, "İHİS CERA" şirkətinin baş məsləhətçisi Lorent Ruseskas son illər iri neft-qaz layihələrində Azərbaycanın rolunun artdığını, bu baxımdan konfransın Bakıda keçirilməsinin böyük əhəmiyyət daş...
ANL
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsində Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüş olmuşdur. Sentyabrın 15-də Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsində (AQUPDK) ölkəmizdə səfərdə olan Latviyanın sabiq Prezidenti, BMT baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli ...
ANL
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi "MSPO" beynəlxalq müdafiə məmulatları sərgisində iştirak etmişdir. Polşa Respublikasının Kielce şəhərində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) də iştirak etdiyi "MSPO" müdafiə məmulatları beynəlxalq sərgisi başa çatmışdır. Sentyabrın 6-dan 9-dək davam edən sərgidə Azə...
ANL
Türkdilli ölkələr arasında əməkdaşlıq möhkəmlənir. Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 7 ildə ümumtü...
ANL
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar elm ...
ANL
Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşları təltif edilsinlər: "Şöhrət" ordeni ilə. Axunbəyli Abbas Əhməd oğlu. Quli...
ANL
Opera səhnəmizin Məcnunları. Üzeyir Hacıbəylinin 1908-ci ildə tamaşaya qoyulmuş "Leyli və Məcnun" operası milli musiqi mədəniyyəti tarixində yeni dövr açdı. Muğamla Avropa operasının ülvi vəhdəti əsasında yaradılan bu şah əsər Azərbaycan musiqisinin ensiklopediyası sayılır. Məhz bu opera ilə müsəlman Şərqində opera jan...
ANL
Mənalı jurnalist ömrü. İnsanlar ömür boyu tale yollarında cürbəcür hadisələrlə üzləşməli, çətin sınaqlardan çıxmalı olurlar. Hər kəs özlüyündə zaman-zaman əməlləri və düşüncələri qarşısında bir hesabat da verir - görəsən, kiminsə xətrinə dəymədim ki, bircə nəfərə də olsa yaxşılıq edə bildimmi? Və hər kəs iç dünyasında ...
ANL
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıra...
ANL
İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilmişdir. Sentyabrın 16-da İstanbulda, "Çırağan" sarayında Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak etmişdir. Türkiyə Prezidenti Abdu...
ANL
Prezident İlham Əliyevin çıxışı. - Hörmətli cənab Prezident, əziz qardaşım Abdullah Gül! Əziz dostlar, hörmətli dövlət başçıları! İlk növbədə demək istəyirəm ki, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Əziz qardaşım Abdullah Gülə təşəkkür edirəm ki, bugünkü zirvə görüşü çox yüksək səviyyədə təşkil olunubdur. ...
ANL
Türkdilli ölkələrin dövlət başçıları birgə mətbuat konfransı keçirmişlər. Sentyabrın 16-da Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçirmişlər. Mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Abdullah Gül dedi ki, X zirvə toplantısı çox səm...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü. Sentyabrın 16-da İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur. Görüşdə dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin u...
ANL
Malta Respublikasının Prezidenti zati-aliləri cənab Corc Abelaya. Hörmətli cənab Prezident! Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Malta arasındakı dostluq əlaqələrinin genişlənməsi əməkdaşlığımızın inkiş...
ANL
Dövlət başçılarının şərəfinə rəsmi nahar. Sentyabrın 16-da İstanbulda Türkiyə Prezidenti Abdullah Gül tərəfindən dövlət başçılarının şərəfinə rəsmi nahar verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak etmişdir. AzərTAc.
ANL
Səfər başa çatdı. Sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başa çatmışdır. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla y...
ANL
Ən uca bayraq Azərbaycandadır. Türkün bayraq sevgisi, bayraq qovğası həmişə böyük olub. Bu sevgi min illərdən keçib, min bir əfsanəyə, rəvayətə çevrilərək bugünümüzə gəlib çıxıb. Həmişə onları dinlədikcə insanın qanı qaynayır, ürəyi böyüyür, düşüncəsi, şüuru dəyişir. Qardaş Türkiyədə yaşayan belə rəvayətlərin birində d...
ANL
Xəzər dənizi regionu Avropaya enerji daşıyıcılarının şaxələndirilməsində çox böyük əhəmiyyətə malikdir. Xəzər dənizinin ehtiyatları bu bölgənin enerji daşıyıcılarının şaxələndirilməsində əlavə mənbə rolunu oynamaqla yanaşı, enerji resurslarının Avropaya çatdırılması üçün böyük töhfələrini verə bilər. Fransanın "GDF Sue...
ANL
Reynxard MİTÇEK: "Nabukko" qaz kəmərini doldurmaq üçün Azərbaycanın kifayət qədər ehtiyatları var. "Gas infrastructure Caspian 2010" beynəlxalq konfransında iştirak edən "Nabukko Gas Pipeline" şirkətinin direktoru Reynxard Mitçek AzərTAc-ın müxbirinə verdiyi müsahibəsinə bu sözlərlə başlayıb. "Şahdəniz-2" layihəsinin q...
ANL
Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənubi Qafqaz üzrə regional nüma...
ANL
Kamillik və mənəviyyata tapınan şərəfli ömür. Mənalı ömrü, şərəfli peşə yolu, yüksək mənəvi keyfiyyətləri ilə milyonların qəlbində özünə əbədi heykəl ucaldan nurlu şəxsiyyətlərin həyat səhifələrini vərəqləyərkən zaman məfhumu mövcudluğunu itirir. Üzərlərinə götürdükləri nəcib missiya ilə xalqın mənəvi-intellektual pote...
ANL
Latviyanın sabiq Prezidenti Azərbaycan Dövlət İqtisad Universitetində olmuşdur. Azərbaycanda səfərdə olan BMT baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU...
ANL
Məhkəmə-hüquq sistemində mütərəqqi islahatların təminatçısı. Azərbaycan Respublikasında dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan mütərəqqi yeniliklər zam...
ANL
Türkiyəli şair-jurnalistlər Mətbuat Şurasında olmuşlar. Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, paytaxtımızın "Ozan" və Elazığın "Manas" nəşriyyatlarının təşkilatçılığı ilə Bakıda keçirilən "Elazığ çələngi" beynəlxalq tədbirinin iştirakçıları olan Elazığ vilayətinin bir qrup tanınmış ...
ANL
Opera səhnəmizin Leyliləri. Yarandığı gündən sevilən, musiqisi və sözləri dillər əzbərinə dönən "Leyli və Məcnun" operası milli mədəniyyətimizin şanlı salnaməsinə çevrildi. Musiqi dünyasının şah abidəsi idi və onun sayəsində görkəmli aktyorlar, aktrisalar, rejissorlar, rəssamlar, konsertmeysterlər, dirijorlar yetişdi. ...
ANL
Milli dəyərlərə sadiq rejissor. O, vaxtilə özünün rejissor kimi görüb çəkdiklərini, ömrün müxtəlif anlarını əks etdirən sənədləri, fotoları, bir də bitib-tükənməyən xatirələri qoruyub saxlamağı çox sevir. Yağışla bağlı fikirlər də ona - Vasif Babayevə məxsusdur. Onu kino, teatr, televiziya sahəsində çalışanlar yaxşı ta...
ANL
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Ermənistanın təcavüzkarlıq siyasəti üzündən tarixi torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması, həyat səviyyələrinin yüksəldilməsi, habelə faydalı məşğulluqlarının təmini Azərbaycan iqtidarının öt...
ANL
Prezident İlham Əliyev "Azərbaycan yaşıl dünya naminə" devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi ilə tanış olmuşdur. Prezident İlham Əliyev sentyabrın 17-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Azərbaycan yaşıl dünya naminə" devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi ilə tanış olmuşdur...
ANL
Neftçi peşəsi həmişə şərəflidir. 20 sentyabr Azərbaycan neftçilərinin peşə bayramıdır. Bu bayramı Azərbaycan neftçisinə ulu öndər Heydər Əliyev bəxş edib, bu gün hər il təntənə ilə qeyd edilir. 20 sentyabr həm də "Əsrin müqaviləsi" adını almış möhtəşəm sazişin imzalandığı gündür. 1994-cü ilin həmin günündə Xəzərin Azər...
ANL
Sözünün sahibi, yaxud da köhnə kişilərdən biri. Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, hələ sağlığında adı korifeylər sırasında çəkilən Abbas Zamanov milli ədəbiyyatşünaslığımızın ən fəal və mükəmməl, eləcə də yorulmaz tədqiqatçılarından biri olub. Əslində, Abbas Zaman...
ANL
Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbayc...
ANL
"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Naxçıvan Muxtar Respublikasında xüsusi razılıq (l...
ANL
Bakıda arıçılıq məhsullarının növbəti sərgi-satış yarmarkası açılmışdır. Dünən paytaxtın Xətai rayonu ərazisində - "Bakı" kinoteatrının qarşısında arıçılıq məhsullarının növbəti sərgi-satış yarmarkası açılmışdır. Sərginin açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bildirdi ki, "Arıçı...
ANL
Aqrar sektorun inkişafına innovasiya xidməti. Aqrar sektorun inkişafına nail olmaq məqsədilə Azərbaycan hökuməti Dünya Bankı ilə müştərək layihələr həyata keçirir. Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Proqramının məqsədi Azərbaycanın kənd təsərrüfatının əvvəlki məhsuldarlıq səviyyəsini bərpa etməklə onun bütün...
ANL
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və...
ANL
Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram: 1. Dövl...
ANL
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar incəsənət xadimi". Allahverdiyev Vasif Kərim oğlu. ...
ANL
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 saylı fərmanına uyğun olaraq qərara alıram: Musiqi sahəsində xüsusi istedadı olan aşağı...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli ölkələrin X zirvə görüşündə iştirakı Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşündə iştirakı və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair Baş ...
ANL
Fransız jurnalında Azərbaycanın uğurlarından ətraflı bəhs olunmuşdur. Parisdə nəşr olunan həftəlik "Valeurs actuelles" ("Aktual gəlir") jurnalının sentyabrın 16-da işıq üzü görən nömrəsindəki "Avropa qapıları ilə üzbəüz Asiya artımı" adlı məqalədə Azərbaycandan ətraflı bəhs edilmişdir. Jurnalın üz səhifəsində Azərbayca...
ANL
Azərbaycanın Baş naziri ilə görüşdə yeni infrastruktur layihələri ilə bağlı razılıq əldə edilmişdir. Sentyabrın 17-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının vitse-prezidenti Xiaoyu Zhaon ilə görüşmüşdür. Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildi...
ANL
Moskvada MDB İqtisadi Şurasının iclası olmuşdur. Moskvada, Rusiya Sərgi Mərkəzində (RSM) MDB İqtisadi Şurasının 47-ci iclası keçirilmişdir. İclasın gündəliyinə 22-dən çox məsələ daxil edilmişdir. Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov iclasın işində iştirak etmişdir. İclas başlanana qədər Birliyin üzv...
ANL
TürkPA-nın yaradılması bütün türk dünyasının birliyinin daha da möhkəmlənməsinə böyük töhfələr verir. Sentyabrın 20-də Milli Məclisin Sədri və TürkPA-nın fəaliyyətdə olan Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisi Aparatının baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatı rəhbərinin müavini Berik Arın ilə ...
ANL
Böyük Britaniyanın Azərbaycandakı səfiri Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşmüşdür. Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolin Braun sentyabrın 17-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə qarşıdan gələn ...
ANL
Kəmər ahəngdar, təhlükəsiz və səmərəli işləyir. Bu, tarixi bir gün idi. Çünki Azərbaycanın təkcə neft sənayesində deyil, ölkənin bütün həyatında əlamətdar hadisə baş verirdi. Üçüncü minilliyin nəhəng mühəndis qurğusunun təməli qoyulurdu. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri adlanan bu boru xətti ətrafında o zaman...
ANL
Milli mədəniyyətimizin şərəfli salnaməsi. XX əsrdə maestro Niyazinin təşəbbüsü ilə hər il sentyabrın 18-i böyük və unudulmaz bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün kimi respublikamızda xüsusi təntənə ilə qeyd edilirdi. Musiqi məktəblərində, mədəniyyət ocaqlarında, xüsusilə də konservatoriyanın - indiki Musiqi A...
ANL
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli böyük istedada malik olmuşdur. Şərqdə ilk operanın ("Leyli və Məcnun"), habelə ilk qəhrəmanlıq musiqi epopeyasının ("Koroğlu"), yüzlərlə mahnı və simfonik əsərlərin müəllifi olan Üzeyir bəy tarixə dahi bəstəkar kimi düşmüşdür. Bununla yanaşı, o, istedadlı skripkaçı, poliqlot (ərəb, far...
ANL
Üzeyir Hacıbəylinin həyat yolu ilə əqidəsi arasında heyrətamiz bir bağlılıq var. Ağcabədidə doğulan Üzeyir bəy Şuşada böyüdü və oradakı rus-tatar məktəbində oxudu, maarifçi müəllimlərinin diqqətini və himayəsini hiss etdi. 1899-cu ildə onun Qori Müəllimlər Seminariyasına daxil olmasına böyük maarifçi müəllimlərin himay...
ANL
Bakıda "İqtisadi inkişafın Azərbaycan modeli" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bakıda Azərbaycanda Regional İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "İqtisadi inkişafın Azərbaycan modeli" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirin "Azərbaycanın iqtisadiyyatı: dünən, bu gün ...
ANL
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun "Yüksək mənəviyyat - yenilməz güc" kitabının təqdimatı olmuşdur. Sentyabrın 17-də Bakı Dövlət Universitetində (BDU) Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun "Yüksək mənəviyyat -yenilməz güc" kitabının təqdimatı olmuşdur. Tanınmış elm və mədəniyyət xadim...
ANL
Şuşa rayonunda zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən, respublikanın elm, təhsil, iqtisadiyyat sahələrinə layiqli töhfələr verən bir çox məktəblər var. Qocaman təhsil ocağı uzun və şərəfli inkişaf yolu keçərək birsinifli məktəbdən möhtəşəm tədris müəssisəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev hələ 19...
ANL
Yeni teatr mövsümü. Bu, Sumqayıt Dövlət Musiqili Teatrından başladı. Teatr əsrlərdir ki, həyatın bədii ifadəsi olduğunu təsdiqləyir. Baxmayaraq ki, peşəkar səhnə sənətinin yaşı Azərbaycanda 1873-cü ildən hesablanır. Əslində isə teatrın bünövrəsi hələ meydan tamaşalarından qoyulub. Təməli 1873-cü ildən qoyulmuş Azərbayc...
ANL
Şimşək ömrü. Qarabağ uğrunda gedən savaşlarda cəsurluğu ilə seçilən və ölümün gözünə dik baxan, düşmənə qan udduran neçə-neçə qəhrəmanımızın bədii obrazını yaradan tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qısadan-qısa, şərəfliliyinə görə uzundan-uzun və örnək ömrünə ...
ANL