text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ölümün mükafat olduğu gecə. Yanvarın 19-dan 20-nə keçən gecə hamı eyni ruh,eyni hisslərlə aşayaraq azadlıq deyilənmüqəddəs bir anlayışın tilsiminə düşmüşdü. Gecə vahiməli, xoflu və səksəkəli idi. Əcəl başımızın üstünü kəsmişdi. Küçələrdə gecələməkdən, postları gəzməkdən yorulmurduq. Elə bilirdik ki, yatmasaq, keşik çək... | ANL |
Müstəqillik tariximizin şərəfli tarixi. "Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar". Azərbaycanın çağdaş tarixində elə şərəfli günlər var ki, bütövlükdə xalqın milli ideallar uğrunda mübar... | ANL |
1987-ci ilin noyabr ayının 18-də iqtisadçı akademik Aqanbekyanın Fransa mətbuatında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibindən qoparılıb Ermənistan SSR ərazisinə qatılması haqqında Mixail Qorbaçovun razılığının alınması barədə fikir söyləməsinə cürət etməsinin yalnız bir səbəbi var idi ki, o da dünyanın siyasi aləmind... | ANL |
Müqəddəs məhəbbətin nakam barı. Heyif ki, onlara heç vaxt belə müraciət edilmədi. Birinə əlisilahlı, bədheybət qatil atəş açdı, o birinə isə elə öz zərif əlləri zəhər içirtdi... Mən şəhid olacaq gənclə şəhidliyə qovuşacaq gözəlin arzusu - qarşılıqlı saf məhəbbətlərinin ilk bəhrəsi idim. Bu dünyaya gəlməyə qoymadılar. B... | ANL |
Moskvada "Qarabağ gündəliyi" kitabı işıq üzü görmüşdür. İslam Konfransı Təşkilatı Gənclər Forumundan (İKTGF) bildirmişlər ki, Moskvanın və Rusiyanın digər şəhərlərinin kitab mağazalarında bu ölkədə fəaliyyət göstərən Kanonplyus nəşriyyatında işıq üzü görmüş "Qarabağ gündəliyi" kitabının satışına başlanılmışdır. Kitabın... | ANL |
Kitab təqdimatı olmuş, sərgi açılmışdır. Hər il hüznlə yanaşı, qəhrəmanlıq, qürur və iftixar günü olan 20 Yanvar ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Yanvarın 19-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbir də bunlardan biri idi. Burada "Şəhidlər. Biblioqrafiya" kitabının təqdimatı və "2... | ANL |
Qanlı Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. İyirmi il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşun birləşməl... | ANL |
Prezident İlham Əliyev Bakının "20 Yanvar" dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında iştirak etmişdir. Yanvarın 20-də Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirə... | ANL |
Azərbaycan sosial-iqtisadi inkişafın daha sürətli mərhələsinə qədəm qoyur. Dünya tarixinə daha çox XXI yüzilliyin ilk qlobal iqtisadi böhranının tüğyan etdiyi, özünün zirvə nöqtəsinə çatdığı zaman kəsiyi kimi daxil olan 2009-cu il bəşər dövlətləri üçün həm də bir sınaq oldu. Məhz sözügedən böhran böyük və ya kiçikliyin... | ANL |
"Kuwait Times"da 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc edilmişdir. Yanvarın 18-də Küveytin və Körfəz regionunun aparıcı ingilisdilli qəzeti olan "Kuwait Times"da səfir Ş.Abdullayevin "Yanvar faciəsi" adlı məqaləsi nəşr edilmişdir. Məqalədə 1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan xalqının milli azadlıq mübarizəs... | ANL |
Bakıda Respublika Klinik Uroloji Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Yanvarın 21-də Bakıda Respublika Klinik Uroloji Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur. Mehriban xanıma gül dəstəsi təqdim edil... | ANL |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Klinik Uroloji Xəstəxanasına M.C.Cavadzadənin adının verilməsi haqqında. Görkəmli Azərbaycan alimi, Dövlət mükafatları laureatı, əməkdar elm xadimi, "İstiqlal" və "Şöhrət" ordenləri ilə təltif edilmiş akademik Mirməmməd Cavad oğlu Cavadzadə ölkəmizdə urologiya elm... | ANL |
Prezident İlham Əliyev xalq qəhrəmanı Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nəsimi rayonunda Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə yerləşən parkda xalq qəhrəmanı Koroğluya ucaldılacaq abidənin... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin təhsil naziri xanım Nimet Çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Türkiyənin təhsil naziri xanım Nimet Çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərba... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkeni (ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-... | ANL |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında elm və təhsilin inkişafındakı xidmətlərinə görə Yusif Əbülfət oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Z.Y.Yaqubovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Zəlimxan Yusif oğlu Yaqubov (Zəlimxan Yaqub) "Şərəf" ordeni ilə təltif edilsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Elmi məktəbi və təşkilatçılığı ilə tanınan alim. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əbülfət oğlu Məmmədov müdrikliyi, ziyalılığı, dəst-xətti, elmi məktəbi ilə tanınan görkəmli alimlərimizdəndir. Mənəvi saflığı ilə əqli kamilliyi özü... | ANL |
Ləyaqət və fədakarlıq nümunəsi. Həyatda hər bir insanın ucalmaq şansı olur. Ancaq bunun üçün gərək çalışasan, əməyə qatlaşasan, çətinliklərə sinə gərməyi bacarasan, gecəni gündüzə qatasan. Çəkdiyin zəhmət ağıla söykənəndə insan daha mənalı ömür yaşayır, layiq olduğuna çatır. Onda yaxşılığı, işıqlı aləmin spesifik cəhət... | ANL |
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Yanvarın 19-da Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Azərbaycanın dövlət hi... | ANL |
ABŞ-da erməni terrorunu ifşa edən yeni kitab çap olunmuşdur. Qanlı Yanvar hadisələrinə görə birbaşa məsuliyyət daşıyan keçmiş Sovet İttifaqının prezidenti Mixail Qorbaçov haqqında araşdırmaların müəllifi publisist Feliks Tsertsvadzenin ABŞ-da yeni kitabı çapdan çıxmışdır. "Erməni etnokorporasiyası" adlanan kitab son 13... | ANL |
Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul etmişdir. Prezident İlham Əliyev yanvarın 22-də Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul etmişdir. Prezident İlham... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul etmişdir. bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlis ilk dəfə 15 il bundan əvvəl Bakıya ... | ANL |
M.S.Qusmanın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mixail Solomonoviç Qusman "Dostluq" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezident... | ANL |
Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu işə başlamışdır. Yanvarın 22-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu işə başlamışdır. Forumda iştirak etmək üçün Azərbaycana gəlmiş nüfuzlu Rusiya nümayəndə heyətinin tərkibinə RF mədəniyyət nazir... | ANL |
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Rusiyanın tanınmış tibb xadimləri ilə görüşmüşdür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yanvarın 22-də Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Biri... | ANL |
Heydər Əliyev Fondunda görüş. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yanvarın 22-də Rusiya Dövlət Dumasının deputatları və Rusiyanın nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür. Mehriban xanım Əliyeva Bak... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında ikitər... | ANL |
Ramiz MEHDİYEV: Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumu gələn ildən beynəlxalq xarakter daşıyacaqdır. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu gələn ildən ənənəvi olmaqla beynəlxalq status daşıyacaqdır. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev jurnalistlərə... | ANL |
Yanvarın 23-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində "Rusiya-Azərbaycan: 105 il SİTA-nın fotoşəkillərində" adlı sərginin açılışı olmuşdur. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, Bakıda keçirilən Humanitar Əməkda... | ANL |
Kiyevdə akademik Ramiz Mehdiyevin Ukrayna dilində çapdan çıxmış "Azərbaycanlıların soyqırımının reallıqları" kitabının təqdimatı olmuşdur. Kiyevin Müəllimlər evində 20 Yanvar şəhidlərinin xatirəsinin anım gecəsi və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycanlıların soyqırımın... | ANL |
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu başa çatmışdır. Yanvarın 23-də Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bağlanış mərasimi olmuşdur. Forumun yekununda birgə bəyanat qəbul edilmişdir. Tədbirdə İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko çıxış edərək forumun çox sə... | ANL |
Forum iştirakçılarının şərəfinə. Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu iştirakçılarının şərəfinə yanvarın 23-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ziyafət təşkil olunmuşdur. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik R... | ANL |
Forum iştirakçılarının bir qrupu Heydər Əliyev Fondu ilə tanış olmuşdur. Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu iştirakçılarının bir qrupu yanvarın 23-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara fondun məqsədi barədə məlumat verildi. Bildirildi ki, fondun zəngin ekspozisiyasında u... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət. Azərbaycanda işgüzar səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin yanvarın 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla... | ANL |
S.Kondratov: "Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin köklərinə yaxşı bələd idi". Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun AzərTAc-da keçirilən bölmə iclasının iştirakçısı, "TERRA" İnformasiya-Poliqrafiya Kompleksinin İdarə Heyətinin sədri Sergey Kondratov demişdir ki, Azərbaycan xalqının ... | ANL |
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olmuşlar. Yanvarın 23-də Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olmuşlar. D... | ANL |
Şərəfli ömrün mənalı illəri və dəyərli əsərləri. Yaradıcı şəxsiyyətlər həyatın bütün sevincini istedadın onları məhkum etdiyi ağır zəhmətdən alırlar. Həyat onların ömür tablosunu sanki sonu görünməyən mübarizə boyaları ilə işləyib. Qarşıya qoyduqları amallara, məqsədlərə yetişmək sözü və zəkası ilə ucalan insanlar üçün... | ANL |
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu iştirakçılarının bir qrupu İTRYŞ-də olmuşlar. Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda iştirak edən Rusiyanın aparıcı televiziya kanallarının nümayəndələri yanvarın 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətində (İT... | ANL |
Bakı Müasir İncəsənət Muzeyi Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarında xoş təəssürat yaratmışdır. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından bir qrupu yanvarın 23-də Bakı Müasir İncəsənət Muzeyində olmuşdur. Burada qonaqlara məlumat verilmişdir k... | ANL |
Zəmanəsinin böyük mesenatı. Bütün varlığı ilə tərəqqipərvər və maarifpərvər insan olan Hacı Zeynalabdin Məmmədtağı oğlu Tağıyev 1823-cü il yanvar ayının 25-də Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1924-cü il sentyabr ayının 1-də Mərdəkandakı bağında 101 yaşında vəfat etmiş, vəsiyyətinə əsasən Bakıda və Abşeronda yaxşı ... | ANL |
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları xalça muzeyində olmuşlar. Rusiya Humanitar Universitetinin rektoru, "Rusiya-Azərbaycan" Dostluq Cəmiyyətinin prezidenti Yefim Pivovarın başçılığı ilə Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bir qrup iştirakçısı Lətif Kərim... | ANL |
Azərbaycan Avropa Şurasının humanizm prinsiplərinə, demokratik dəyərlərinə dərin sadiqlik nümayiş etdirir. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 9 il keçir. Ölkəmizin bu təşkilata daxil olması ilə Azərbaycan həqiqətlərini dünyaya bəyan etmək üçün daha bir beynəlxalq tribuna qazanılmışdır. Ulu ö... | ANL |
N.M.Aslanovun Naftalan şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Natiq Musa oğlu Aslanov Naftalan şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan ilə Rusiyanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişlənir. Yanvarın 23-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) bu ali təhsil ocağının rektoru Hafiz Paşayevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov ilə görüşü olm... | ANL |
M.H.Musayevin Naftalan şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Musa Həzi oğlu Musayev Naftalan şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan-Rusiya Forumu çərçivəsində təhsil seksiyasının iclası keçirilmişdir. Yanvarın 23-də Bakı Dövlət Universitetində (BDU) Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu çərçivəsində təhsil seksiyasının iclası keçirilmişdir. Rusiyalı qonaqlar əvvəlcə Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyində... | ANL |
Rusiya mətbuatının görkəmli nümayəndələri AzərTAc-da keçirilən mətbuat bölməsinin işində iştirak etmişlər. Humanitar Əməkdaşlıq üzrə Bakıda keçirilən Birinci Azərbaycan-Rusiya Forumunun nümayəndələri yanvarın 23-də Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da keçirilən mətbuat bölməsinin işində iştirak etmişlər... | ANL |
"Xoşbəxtlik quşu" sizə uğur gətirəcəkdir. "Mən sizə "xoşbəxtlik quşu" hədiyyə etmək istəyirəm. Bu sözləri Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, YUNESKO yanında Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq Bədii Fondun üzvü, Moskvada ya... | ANL |
Ötən əsrin ortalarında Elmlər Akademiyasının binasında xalq yazıçısı Süleyman Rəhimovla görüş keçirilirdi. Universitetdən bizi də o görüşə aparmışdılar. Adamlar dəstə-dəstə akademiyaya gəlir, foyedə yığışır və sonra da tədbirin keçiriləcəyi salona daxil olurdular. Bu şəxsi görən kimi çoxu böyük hörmətlə, ehtiramla ona ... | ANL |
İlk ifaçısı elə əslində müəllifi də Xan Şuşinskinin özü olan "Qəmərim" mahnısının bu bənzərsiz xanəndədən sonra şirin səslə, qəlbə yatan ahənglə oxuyanlardan ən yaddaqalanı xalq artisti Arif Babayevdir. Təbii ki, muğam ifaçılarımız öz repertuarlarına bu mahnını mütləq daxil edirlər. "Qəmərim, ay Qəmərim" nidalarının ah... | ANL |
Sərvətlərimiz qorunur. Sənəddə Azərbaycan kinematoqrafçılarının görəcəyi işlər, bu sahənin inkişafı üçün atılacaq addımlar, beynəlxalq standartlara uyğun yeni binanın inşası və digər vacib tədbirlər nəzərdə tutulurdu. 2009-cu ilin aprel ayında artıq binanın tikintisi başa çatdırıldı və möhtərəm Prezidentin iştirakı ilə... | ANL |
Zərdabini xatırladan ünvan. Göyçay qəzasının Zərdab kəndində anadan olan Həsən bəy Zərdabi dünyaya ilk gəlişində ailəsinə sevinc gətirsə də, heç kəsin ağlına gəlməzdi ki, bu uşaq gələcəkdə böyük mütəfəkkir, təbiətşünas-alim, istedadlı publisist və Azərbaycan milli mətbuatının banisi olacaq. Dövrünün ziyasına, işıqlı in... | ANL |
"Azərbaycan qadını" jurnalının növbəti buraxılışının təqdimatı. "Azərbaycan qadını" jurnalının növbəti buraxılışının təqdimatı keçirilmişdir. Tədbirdə dövlət xadimləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər. Jurnalın bu sayında Heydər Əliyev Fondunun prezidenti Mehriban... | ANL |
Vitali Smirnov: "Mədəni əlaqələrimizin inkişafı hamımız üçün faydalı olacaqdır". "Mən bu gün Azərbaycanda olmaqdan fərəh hissləri keçirirəm. Düşünürəm ki, xalqlarımızın çoxillik əməkdaşlıq tarixinin davamı kimi mədəni əlaqələrimizin inkişafı hamımız üçün faydalı olacaqdır" - bu fikirləri Rusiya Olimpiya Komitəsinin fəx... | ANL |
Azərbaycan-Rusiya Forumu çərçivəsində QHT seksiyasının iclası olmuşdur. Yanvarın 22-də Diasporla İş üzrə Dövlət Komitəsində Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu çərçivəsində qeyri-hökumət təşkilatları (QHT) seksiyasının iclası olmuşdur. Qonaqları salamlayan Azərbaycan Respublikası... | ANL |
Rusiya ekologiyanın qorunması sahəsində Azərbaycandan nümunə götürməlidir. Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu çərçivəsində ölkəmizdə səfərdə olan "Exo Moskva" radiosunun baş redaktoru Aleksey Venediktov Azərbaycanda Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" ... | ANL |
Zəhmətin ucalığı. Vaqif Şadlinskinin adı ölkəmizin elm və təhsil işçilərinə, ziyalılara, səhiyyə sahəsində çalışanların böyük əksəriyyətinə yaxşı tanışdır. Onun ömür yoluna nəzər salanda bir üzü ailəsinə bağlı qayğılı günlərlə, bir üzü özünü həmişəlik həsr etdiyi tibb sahəsi, fəal pedaqoji fəaliyyəti, cəfakeş ziyalı qa... | ANL |
Akademik Opera və Balet Teatrının səhnəsində 30-dan artıq obraz yaradan, kino səhnəsində "Uzun ömrün akkordları", "Şir evdən getdi", "Dədə Qorqud" filmlərindəki rolları ilə yaddaşlarda qalan istedadlı aktyor Əli Haqverdiyevin 70 illiyi tamam oldu. Teatr xadimləri İttifaqında ənənəvi olaraq aktyorun anım günü keçirildi.... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri. Yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazir Artur. Rasizadə, Prezident Admin... | ANL |
Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü. Yanvarın 25-də Soçidə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev "Grand Polyana" mehmanxanasının "Qəbullar evi"nə gəlmişdir. Azərbaycan Prezidenti İlham Əliyevi "Qəbullar evi"nin önündə Rusiya Prezidenti Dmitri Medvedev qarşıladı. Sonra... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olmuşdur. Yanvarın 25-də Soçinin "Adler" Beynəlxalq hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın görüşü olmuşdur. Azərbaycanın xarici işlər naziri Elmar ... | ANL |
Soçi şəhərinin "Adler" Beynəlxalq hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. Azərbaycan dövlətinin başçısını Soçinin "Adler" Beynəlxalq hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələr... | ANL |
Səfər başa çatdı. Yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır. Azərbaycan dövlətinin başçısını Soçinin "Adler" Beynəlxalq hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar. Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtm... | ANL |
Avstraliya İttifaqının General-Qubernatoru zati-aliləri xanım Kventin Bryusa. Hörmətli xanım General-Qubernator! Milli bayramınız - Avstraliya Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Əminəm ki, Azərbaycan ilə Avstraliya arasında dostluq və əməkdaşlıq münasibətlərinin ... | ANL |
Rusiya xarici işlər naziri Sergey Lavrovun prezidentlərin görüşündən sonra mətbuat üçün açıqlaması. Yanvarın 25-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov kütləvi informasiya vasitələri üçün açıqlama vermişdir. S.Lavrov demişdir: "Azərbaycan, Rusiya və... | ANL |
Hindistan Respublikasının Prezidenti zati-aliləri xanım Pratibha Patilə. Hörmətli xanım Prezident! Hindistanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Hindistan münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq dai... | ANL |
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu ölkələrimizin münasibətlərinin inkişafına böyük töhfə olmuşdur. Xəbər verdiyimiz kimi, yanvarın 23-də Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bağlanış mərasimi olmuşdur. Forumun yekunlarına əsasən birgə bəyanat qəbul edilmişdir. Forumun tə... | ANL |
Kitab təqdimatı olmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Milli Kitabxana ilə birgə İTAR-TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, tanınmış jurnalist, ictimai xadim Mixail Qusmanın "Formula vlasti" ikicildliyinin təqdimat mərasimini keçirmişdir. Nəfis şə... | ANL |
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları Azərbaycan Teleradiosunun fəaliyyətini yüksək qiymətləndirmişlər. Yanvarın 21-23-də Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyə... | ANL |
Rusiya Prezidenti Dmitri Medvedev Mixail Qusmanı "Vətən qarşısında xidmətlərə görə" ordeni ilə təltif etmişdir. Rusiya Prezidenti Dmitri Medvedev Rusiya İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS) baş direktorunun birinci müavini Mixail Qusmanın "Vətən qarşısında xidmətlərinə görə" ordeninin IV dərəcəsi ilə təltif edilm... | ANL |
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun rusiyalı iştirakçıları vətənə yola düşmüşlər. Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun rusiyalı iştirakçıları yanvarın 24-də vətənlərinə yola düşmüşlər. Dörd gün ərzində keçirilən forumda iştirak etmək üçün Bakıya Rusiya... | ANL |
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə dağ xizəksürmə mərkəzində olmuşlar. Yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Soçidə keçirilmiş üçtərəfli görüşündən sonra dövlət başçıları dağ xizəksürmə mərkəzində olmuşlar. M... | ANL |
Avropa Şurası Parlament Assambleyasının Prezidenti zati-aliləri cənab Mövlud Çavuşoğluya. Hörmətli cənab Prezident! Avropa Şurası Parlament Assambleyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Avropa Şurası arasındakı münasibətlərə və sıx əməkdaşlığa böyü... | ANL |
Vaqif Mustafazadənin 70 illik yubileyi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu ilin mart ayında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Əziz oğlu Mustafazadənin anadan olmasının 70 illiyi tamam olur. Vaqif Mustafazadə yaradıcılığı XX əsr mil... | ANL |
R.Ş.Quliyevə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda meliorasiyanın inkişafındakı səmərəli fəaliyyətinə görə Rafayıl Şahvələd oğlu Quliyevə "Əməkdar mühəndis" fəxri adı verilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında ordu quruculuğu sahəsində xidmətlərinə görə Səfər Axundbala oğlu Əbiyev "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Girma Volde-Giorgisə. Hörmətli cənab Prezident! "Ethiopian Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ail... | ANL |
Livan Respublikasının Prezidenti zati-aliləri cənab Mişel Süleymana. Hörmətli cənab Prezident! Beyrut şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması və çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Livan xal... | ANL |
Uğurlarla zəngin il. Dövlətimizin yüksəlişinə, vətəndaşlarımızın rifahına xidmət edən dinamik inkişaf siyasəti əzmkarlıqla həyata keçirilməkdədir. İqtidar komandasının fəaliyyətinin uğurlarını şərtləndirən əsas amillərdən biri gördüyü işlər barədə xalqa ardıcıl hesabat verməsidir. Bu mənada Prezident İlham Əliyevin səd... | ANL |
Humanitar əməkdaşlığın zənginləşməsi üzrə çoxşaxəli işin başlanğıcı. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev: "Bizə yeni üfüqlər, birgə işimizin perspektivlərinə yeni baxış lazımdır". Mövcud olduğu regionun lideri statusunu daşıyan, ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonr... | ANL |
Azərbaycan nümayəndə heyətinin üzvü AŞ PA-da çox mühüm sənəd yaymışdır. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov indiyədək ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra problemlərlə bağlı 80-dən artıq sənəd hazırlamışdır. Onların böyük əksəriyyəti Ermənistan-Azər... | ANL |
Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi xəritələr aşkarlanmışdır. Hazırda ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan xalqımızın haqq səsini bütün dünyaya çatdırmaq, yalan üzərində qurulan erməni təbliğatını ifşa etmək üçün Azərbaycan barəsində həqiqətləri hər kəsə bəyan etmək çox vacibdir. Azərbaycan Mil... | ANL |
Erməni vəhşiliyini olduğu kimi əks etdirmək üçün ifadə tapmaqda çətinlik çəkirik. Təbiətin özündə eyni cinsli heyvanlar belə, bir-birinə qarşı bu dərəcədə ağır, analoqu olmayan vəhşiliklər törətmirlər. Ötən əsrin əvvəllərindən başlayaraq bugünə kimi ermənilərin həyata keçirdiyi terrorların, törətdiyi iğtişaşların, soyq... | ANL |
Ömür də silsilə dağlara bənzər. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi bizim çoxumuz üçün ən doğma, müqəddəs məkan, arzularımızın ünvanı sayılır. İndi mətbuatda çalışan peşəkar jurnalistlərin əksəriyyəti məhz bu fakültənin məzunlarıdır. Harada işləməyimizdən, hansı vəzifəni tutmağımızdan, yaşımızdan, eləcə ... | ANL |
Bu məşhur el məsəli Azərbaycanın Milli Qəhrəmanı leytenant Koroğlu İsmayıl oğlu Rəhimovun da timsalında öz təsdiqini tapdı. Koroğlunun Qarabağ savaşında hünərlə keçdiyi döyüş yolunun son mənzili şəhidlik zirvəsi oldu. Gəlimli-gedimli dünyada yalnız müqəddəs əməl sahiblərinin adı qalır. Necə ki, Vətən uğrunda şəhid olmu... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri. Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfərə yola düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 27-də İsveçrəyə işgüzar səfərə yola d... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfərə gəlmişdir. Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. Prezident İlham Əliyev Sürixdən Davos şəhərinə yola düşdü. AzərTAc. | ANL |
Prezident İlham Əliyev "Bloomberg" informasiya agentliyinin müxbirinə müsahibə vermişdir. Xüsusi müxbirimiz xəbər verir ki, İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda "Bloomberg" informasiya agentliyinin xüsusi müxbiri Yuri Hamberə müsahibə vermişdir. Dövlət... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev "The Wall Street Journal"a müsahibə vermişdir. Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "The Wall Street Journal"ın müxbirlərinə müsahibə vermişdir. Dövlətimizin başçısı Ermənistan-Azərba... | ANL |
Prezident İlham Əliyevin "Chevron" korporasiyasının vitse-prezidenti Cey Prior ilə görüşü. Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Chevron" korporasiyasının vitse-prezidenti Cey Prior ilə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Chevro... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin RWE şirkətinin baş icraçı direktoru ilə görüşü. Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosman ilə görüşmüşdür. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə RWE şirk... | ANL |
"Edisson" şirkətinin baş icraçı direktoru ilə görüş. Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Edisson" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, xüsusən də enerji sahəsind... | ANL |
Prezident İlham Əliyevin bp şirkətinin baş icraçı direktoru ilə görüşü. Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda bp şirkətinin baş icraçı direktoru Toni Heyvord ilə görüşmüşdür. Söhbət zamanı bp şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyy... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü. Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olmuşdur. Görüşdə əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Azərbaycana... | ANL |
A.Ə.Əliyevə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında gömrük qanunvericiliyinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə "Azərba... | ANL |
V.A.Heydərova "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan iqtisadiyyatının inkişafında səmərəli fəaliyyətinə görə Vaqif Abas oğlu Heydərova "Əməkdar mühəndis" fəxri adı verilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
N.X.Məmmədova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsinin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Nazim Xeyr... | ANL |
R.E.Məmmədovun Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Rəşad Eynəddin oğlu Məmmədov Qazaxıstan Re... | ANL |
R.E.Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq qərara alıram: Rəşad Eynəddin oğlu Məmmədova birinci dərəcəli fövqəla... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.