text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qurumun baş katibinə müraciət etmişdir. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qurumun baş katibi Pan Gi Muna məktub göndərmişdir. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, sənəddə E...
ANL
Dövrün tələbinin dolğun ifadəsi. Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyə, milli mənafeləri qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir mütəxəssislərdən asılı olacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubiley mərasimindəki çıxışında ölkə...
ANL
İqtisadi uğurların əldə edilməsində Azərbaycan modeli. İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanın elə də böyük olmayan zaman kəsiyində belə bir nailiyyətə imza atmasını şərtləndirən əsas amillərdən biri həyata keçirilən uğurlu islahatlardır. Ümummilli lider Heydər Əliyevin ötən əsrin son onillyində xalqın tə...
ANL
Ölkə vətəndaşlarının hüquq və mənafelərinin qorunması dövlətin strateji vəzifələrindəndir. Respublikamız müstəqillik qazanandan sonra ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmış və hazırda uğurla davam etdirilən sosial-iqtisadi strategiya Azərbaycana böyük nailiyyətlər, siyasi dividendlər gətirmişdir. Ölkə iqt...
ANL
Qarabağ və Xocalı soyqırımı mövzusundakı müsabiqə ilə bağlı növbəti "dəyirmi masa" keçirilmişdir. Yanvarın 8-də Azərbaycan Mətbuat Şurası və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin "Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək" layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsab...
ANL
Nə dünyaya gəlişimiz, nə də yaşadığımız ömür bizim istək və arzumuzla müəyyənləşir. Bizi xəlq edənin möcüzəsi və bəxşişidi bunlar. 1970-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Sumqayıtda müəllim işləyib. Bir tərəfdə bədii yaradıcılıqla məşğul olan Rafiq Yusifoğlu həm də "Göyərçin" jurnalının baş reda...
ANL
Yadıma dağların, düzlərin düşür, Kül altda uyuyan közlərin düşür, Yoluma dikilən gözlərin düşür, Qubadlım, biz sənsiz sönmüş ocağıq, Nə üzlə qoynuna qayıdacağıq?! Qızıldaş əzəldən sinə dağlıdı, Çayzəmiyə gedən yollar bağlıdı, Bu miskin görkəmin məni ağrıdır, Qubadlım, biz sənsiz sönmüş ocağıq, Nə üzlə qoynuna qayıdacağ...
ANL
Sahibkarlığın inkişafı dövlət üçün prioritet məsələdir. Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatması inkişaf üçün daha böyük imkanlar açmışdır. Sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənən bu inkişaf xətti Azərbaycanı regionun lider dövlətinə çevirmiş və dünya miqyasında nüfuzunu gücləndirmişdir. Ö...
ANL
Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Qloballaşan dünyanın əsas güc mərkəzlərindən biri kimi kifayət qədər geniş coğrafi arealda iqtisadi, siyasi və mədəni birlik modelinə çevrilmiş Avropa İttifaqı əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına, demokratik inkişaf səviyyəsinə ...
ANL
Aqrar inkişafın büdcə təminatı. Hazırda iqtisadçı ekspertlərin ən çox müzakirə etdikləri məsələ dünyanı bürüyən maliyyə və iqtisadi böhranın hansı dövlətə nə dərəcədə zərər vurması və ölkələrin 2010-cu ildə inkişaf perspektivləridir. Çox fərəhli haldır ki, bütün xarici ekspertlər Azərbaycan Respublikasında həyata keçir...
ANL
Tanınmış alim, dəyərli ziyalı. Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir. Ədalətə, haqqa, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən, həqiqətən də insanlığı səciyyələndirən, onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyə...
ANL
Azərbaycanda bütün sosial-iqtisadi proqramlar uğurla icra edilir. Azərbaycanda yola saldığımız ötən ildə də bütün sahələrdə inkişafın müşahidə olunması və bu uğurlu nəticələrin nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi iqtisadi inkişaf srategiyasının düzgünlü...
ANL
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin yekunlarını elan etmişdir. Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, komissiya Azərbaycan Respublikasında 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiy...
ANL
Küveytin "Kuwait-1" dövlət peyk kanalında Azərbaycana həsr olunmuş film nümayiş etdirilmişdir. Azərbaycanın Küveytdəki səfirliyindən bildirmişlər ki, yanvarın 9-da bu ölkənin "Kuwait-1" dövlət peyk kanalında Azərbaycan Respublikasına həsr olunmuş iyirmi dəqiqəlik film mümayiş etdirilmişdir. Səfirliyin Küveytin İnformas...
ANL
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. Yanvarın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, iclasda 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə...
ANL
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir. Son illəri Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının keyfiyyətcə yeniləşdiyi, mühüm sosial-iqtisadi nailiyyətlər dövrü kimi xarakterizə etmək olar. Qlobal enerji layihələrinin uğurla tamamlanması, iqtisadiyyatın şaxələndirilməsi...
ANL
Xocalı qətliamı İsveçdə yaradılmış "Beynəlxalq müharibə qurbanları Memorialı" layihəsinə daxil edilmişdir. İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya ədalət" kampaniyasının səyi ilə Xocalı qətliamının adı İsveçdə ...
ANL
Ali məktəblər üçün "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olmuşdur. Yanvarın 11-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) ali məktəblər üçün yeni "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olmuşdur. Xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildi...
ANL
Dövlət Neft Fondunun 10 illiyi ilə bağlı "Azərbaycanın sərvətləri" nəşrlər toplusu çapdan çıxmışdır. Ötən il dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılmasının 10 illiyi təntənəli surətdə qeyd olunmuşdur. Yubiley münasibətilə Dövlət Neft Fondu tərəfindən "Azərbaycanın sərvətləri" adlı nəşrlər to...
ANL
Pakistanın nüfuzlu "Daily İttehad" qəzetinin iki səhifəsi Azərbaycana həsr edilmişdir. Pakistanın geniş oxucu kütləsinə malik, gündəlik ingilis və urdu dilli "Daily İttehad" qəzetinin 8 yanvar tarixli nömrəsinin iki səhifəsi Azərbaycana həsr edilmişdir. Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, ötən ilin...
ANL
Azərbaycanda enerji təhlükəsizliyinin etibarlı təminatı daim güclənir. Sosial-iqtisadi sahədə sürətlə irəliləyən, həyata keçirdiyi demokratik islahatlar, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gördüyü işlərlə seçilənlər sırasında yer alan Azərbaycanı xarakterizə edən mühüm xüsusiyyətlərdən biri də...
ANL
Azərbaycan ilə Qətər arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Qətər İnformasiya Agentliyinin (QNA) məlumatına görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu Əmirə təqdim etmişdir. Məktubda Azərbaycan ilə Qətər arasında əməkdaşlıq əlaqələri və müştərək maraq doğuran məsələlərdə...
ANL
İqtisadi inkişafa görə zəngin il. Azərbaycan xalqının rifah halının yüksəlişinə xidmət edən sosial-iqtisadi islahatlar kursunun davamlılığının təmin edilməsi ölkə vətəndaşlarının gündəlik həyatında özünü qabarıq şəkildə büruzə verir. İqtisadiyyatın sürətli inkişafına hesablanan çoxsaylı dövlət proqramlarının uğurla icr...
ANL
Məmməd Səid Ordubadinin ev-muzeyi yenidənqurmadan sonra açılmışdır. Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov demişdir ki, tarixi şəxsiyyətlər, ədiblər, vətənpərvər övladlar yaşadıqları yeri tanıdır, şöhrətləndirirlər. Məmməd Səid Ordubadi də dövrünün imkanlarına uyğun olaraq fəa...
ANL
Azərbaycanın İndoneziyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir. Azərbaycanın İndoneziyadakı səfirliyindən bildirmişlər ki, yanvarın 12-də Cakarta İncəsənət İnstitutunda 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir. Səfir İbrahim Hacıyev qanlı faciə barədə məlumat vermiş...
ANL
Azərbaycan Respublikasının "Ekoloji atlas"ı böyük elmi-praktik dəyərə malikdir. Bu gün dünyanın ən qlobal problemlərindən biri ekologiyanın qorunmasıır. Bu problemin həlli üçün külli miqdarda maliyyə vəsaiti ayrılır, beynəlxalq seminarlar, müşavirələr keçirilir, dünya alimləri çıxış yolları axtarırlar. Problemin həlli ...
ANL
Görkəmli alim, mahir pedaqoq. Tanınmış riyaziyyatçı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Əliheydər oğlu Babayev sağ olsaydı, 75 yaşı tamam olardı. O, məşhur riyaziyyatçı Əşrəf Hüseynovun elmi məktəbinin ən istedadlı, ləyaqətli davamçı...
ANL
Şərəfli ömrün mənası. Şəddat Cəfərov Azərbaycanın ilk poliqrafçı alimi, iqtisad elmləri namizədidir. İndi ömrünün 70-ci zirvəsində dayanan Şəddat Cəfərovun həyat yolu müxtəlif döngələrdən, çətinliklərdən keçdiyindən bioqrafiyası çox zəngindir. Şəddat Cəfərov poliqrafiyanın əlifbasından tutmuş texniki vasitələrinə kimi ...
ANL
Akademik Abel Məhərrəmovun elmi əsərlərinin biblioqrafiyası çapdan çıxmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru, əməkdar elm xadimi Abel Məmmədəli oğlu Məhərrəmovun 1973-2009-cu illəri əhatə edən elmi əsərlərinin biblioqrafiyası nəşr edilmiş...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət bayrağı meydanında inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Dövlət bayrağı meydanına gələrək burada həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Dövlət başçısına Dövlət bayrağı meydanında görül...
ANL
Xorvatiya Respublikasının Prezidenti zati-aliləri cənab İvo Yosipoviçə. Hörmətli cənab Prezident! Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Xorvatiya dövlətlərarası münasibətləri, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaş...
ANL
V.Y.Talıbovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Türkiyənin Baş naziri: "Azərbaycan torpaqlarının işğaldan azad olunması bizim üçün həyati əhəmiyyət daşıyır". Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfəri çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşündəki çıxışında Cənubi Qafqazda davamlı və möhkəm sülhün təm...
ANL
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət irəliləyiş yalnız Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkündür. Xəbər verdiyimiz kimi, yanvarın 11-dən 12-dək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətində rəsmi səfərdə olmuşdur. Səfər çərçivəs...
ANL
Yeni Naxçıvan: inkişafdan intibaha. XX əsrin doxsanıncı illərinin başlanğıcında görkəmli dövlət xadimi, böyük öndər Heydər Əliyevin taleyin hökmü ilə Naxçıvanda yaşayıb-fəaliyyət göstərməsi çətin və mürəkkəb şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması baxımından mühüm tarixi hadisə idi. Ümummilli lide...
ANL
ARDNŞ ilə İran Milli Qaz İxrac Şirkəti arasında qısamüddətli saziş imzalanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildirmişlər ki, yanvarın 13-də ARDNŞ-də Azərbaycan təbii qazının İrana ixracı haqqında qısamüddətli sazişin imzalanması mərasimi keçirilmişdir. Tədbirdə ARDNŞ-in ...
ANL
İctimai və humanitar elmlərin tədrisi və tədqiqi dövrün-zamanın yeni tələbləri səviyyəsində olmalıdır. Elmi ictimaiyyətimiz, təhsil işçilərimiz çox yaxşı başa düşür və həm də yüksək qiymətləndirirlər ki, Azərbaycanın elmi inkişafa daha çox meyilli olması və təhsilimizin dünya standartlarına uyğun yenidən qurulması dövl...
ANL
Azərbaycanın istiqlaliyyəti 90 il əvvəl beynəlxalq səviyyədə tanındı. Dövlətçilik ənənəsi qədim olan Azərbaycanın yaxın və uzaq dövlətlərlə əlaqələri zəngin tarixə malikdir. XIX yüzilliyin əvvəllərində növbəti dəfə torpaqları işğal olunmuş Azərbaycan xalqı 100 il sonra milli dövlətçiliyinə qovuşaraq bütün türk aləmində...
ANL
Qətərin nüfuzlu "Al-Doha magazine" jurnalında Azərbaycan haqqında geniş məqalə dərc olunmuşdur. Azərbaycan xalqı gülərüz, qonaqpərvər və həyatsevər xalqdır. Milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlarla çox asanlıqla ünsiyyət qururlar. Bu sözlər Qətərin ərəb dilli nüfuzlu "Al-Doha magazine" jurnalının dekabr ...
ANL
Moskvada "Vokruq Sveta" seriyasından "Azərbaycan" bələdçisi nəşr edilmişdir. Moskvada "Vokruq Sveta" seriyasından "Azərbaycan" bələdçisi nəşr edilmişdir. Odlar yurdu barədə məlumatların toplandığı nəşr Rusiya oxucusunu ölkəmizin mədəniyyəti ilə tanış edir. Bələdçi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmiz...
ANL
Xalqın tarixi taleyi ilə bağlı xüsusi əhəmiyyət kəsb edən bir hadisə barədə söhbət düşərkən mütləq qan yaddaşı ifadəsi işlədilir. Bu, bir növ həmin faktın müstəsnalığını, fövqəladiliyini nişan verir. Bəlkə də qəribə görünə bilər, amma maye təbiətdə əsas informasiya daşıyıcısi kimi xarakterizə olunur. Qan da insan orqan...
ANL
20 Yanvar dairəsində "Şəhidlər" xatirə memorial kompleksi yaradılmışdır. Metronun "20 Yanvar" stansiyası üzərindəki dairədə 20 Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Xatirə kompleksi Qanlı Yanvar faciəsinin 20-ci ildönümü günü açılacaqdır. 20 Yanvar dairəsindəki parkda ucaldılmış xatirə ...
ANL
Xəzər neftinin yorulmaz tədqiqatçısı. Prezident İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə görkəmli alim, neftçi-geoloq, ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ-nin əməkdar neftçisi, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi ü...
ANL
Mənalı ömrün unudulmaz məqamları. Ömrünün 32 ilini Azərbaycan televiziya və radiosunun inkişafına sərf etmiş, tanınmış jurnalist Tahir Paşazadənin çoxlarına örnək olan mənalı və şərəfli ömür yolundan bəhs edən "Bir portretin nağılı" kitabında Vətənə, xalqa, torpağa bağlı bir insanın həmişəyaşar obrazı canlandırılıb. Mü...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı Milli parkdakı Yaxt-klubda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Dənizkənarı Milli parkdakı Yaxt-klubda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlət başçısına burada aparılan yenidənqur...
ANL
Prezident İlham Əliyev Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Dövlət başçısına quru yük liman məntəqə...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsr...
ANL
Haiti Respublikasının Prezidenti zati-aliləri cənab Rene Prevala. Hörmətli cənab Prezident! Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Haiti xalqına şəxsən ö...
ANL
Prezident İlham Əliyev görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik yubiley mərasimində iştirak etmişdir. Yanvarın 14-də "Buta" sarayında görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri ...
ANL
Gürcüstanın Batumi şəhərində enerji məsələləri üzrə konfrans keçirilmişdir. Yanvarın 14-də Gürcüstanın Batumi şəhərində enerji məsələləri üzrə konfrans keçirilmişdir. Konfransda 11 ölkədən nümayəndə heyəti, Avropa Komissiyası nümayəndəliyinin rəhbəri Her Eklund iştirak etmişdir. Azərbaycan konfransda Baş nazir Artur Ra...
ANL
Azərbaycanın dinamik inkişafına yönəlmiş xarici siyasət xətti ötən il də uğurla davam etdirilmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, 2009-cu ildə baş vermiş beynəlxalq proseslər yüksək dinamikliyi və qloballaşma çağırışlarının kəskinləşməsi ilə səciyyələnmişdir. Dünya siyasətinin ümumi və...
ANL
Sahibkarlara dövlət qayğısı iqtisadi inkişafa zəmin yaradan əsas amillərdən biridir. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası sayəsində ölkənin tərəqqisində yüksək dinamizm təmin olunmuşdur. Ölkə başçısı işlək mexanizmlər əsasında islahatların davamlığını, ardı...
ANL
İctimai və humanitar elmlərin tədrisi və tədqiqi dövrün-zamanın yeni tələbləri səviyyəsində olmalıdır. Son vaxtlar müdafiə etmək istəyənlərin sayı xeyli artmışdır ki, bu da şuraların işində müəyyən qədər gərginlik yaradır. Bunun da bir səbəbi odur ki, müdafiə üçün dissertasiyalar çox vaxt ayrı-ayrı elmi müəssisələr, in...
ANL
Elmi və ictimai fəaliyyətin vəhdəti. Azərbaycan xalqı tarixən həyatını elmə, təhsilə sərf etmiş, gənclərin maariflənməsi, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsi, intellektual gələcəyi yolunda əzmlə çalışmış dərin zəka sahibləri, ziyalıları ilə qürur duymuş, onları qorumuş, özünün milli sərvəti saymışdır. Məhz be...
ANL
Qəzetlər çıxmırdı. Yanvarın 19-da Az.TV-nin enerji bloku partladıldığından televiziya verilişləri də dayanmışdı. 20 Yanvar qırğınından dərhal sonra informasiya blokadasını yararaq iki milyon tirajla nəşr olunan isə təkcə "Səhər" qəzeti idi. Məzahir Süleymanzadənin "Nurlan" nəşriyyat-poliqrafiya müəssisəsində çapdan çıx...
ANL
Tədbirlər planı təsdiq edilmişdir. Bakı Şəhər Mədəniyyət və Turizm idarəsi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin anılması üçün 20 Yanvar faciəsinin 20-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq etmişdir. Plan çərçivəsində mədəniyyət evləri və...
ANL
Bu gün də yorulmadan çalışan, elm və istehsalat sahəsində səmərəli fəaliyyətini davam etdirən akademik Xoşbəxt Yusifzadə. Azərbaycan neftinin canlı əfsanəsi, əməkdar mühəndis, SSRİ-nin fəxri neftçisi, neft sənayesinin korifeylərindən biri, görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin 80 illik yubileyi münasibəti...
ANL
Milli kino salnaməsini yaradanlar. Azərbaycan kinosunun keçmişi, bu günü və gələcəyi barədə düşünəndə gözlərim qarşısında Aydın Kazımzadənin nurlu çöhrəsi, çoxcəhətli yaradıcılığı və pedaqoji fəaliyyəti, yazdığı kitablar canlanır. Əli qələm tutan yazarlar-jurnalistlər, kinoşünaslar, tədqiqatçılar arasında kino sənətimi...
ANL
Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik yubiley mərasimi keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Xəbər verdiyimiz kimi, yanvarın 14-də "Buta" sarayında görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vits...
ANL
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hök...
ANL
Azərbaycan Respublikasının doqquz milyonuncu vətəndaşının sosial müdafiəsi ilə bağlı bəzi tədbirlər haqqında. 2010-cu il yanvarın 15-də respublikamızın doqquz milyonuncu sakini Əhmədli İlham İlkin oğlunun dünyaya gəlməsi ilə Azərbaycan artıq doqquz milyonluq əhalisi olan bir ölkəyə çevrildi. Bu hadisənin tarixi əhəmiyy...
ANL
M.N.Əliyevin Azərbaycan Respublikasının İspaniya Krallığında, Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Mə...
ANL
E.B.Hüseynovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səl...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Mo...
ANL
Prezident İlham Əliyev Respublika mehmanxanasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Respublika mehmanxanasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Prezident İlham Əli...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Səbail rayonunda "Dalğa Plaza" İş Mərkəzinin açılışında iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Səbail rayonunda "Dalğa Plaza" İş Mərkəzinin açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Dalğa P...
ANL
Nazirlər Kabineti məzunların qızıl və gümüş medallarla təltif olunması qaydalarını təsdiq etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş medallarla təltif olunması qaydalarını təsdiq etmişdir. Qaydalara əsasən, ümumtəhsil məktəbində oxuduğ...
ANL
Azərbaycan ilə Qətər arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunması haqqında saziş imzalanmışdır. Yanvarın 12-də Dohada "Azərbaycan Respublikası hökuməti və Qətər Dövləti hökuməti arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunmaları haq...
ANL
Vətən övladları şəhidlikləri ilə tarixdə silinməz izlər qoydular. Ölkəmiz tarix boyu çox faciələrlə üzləşib. Lakin onların heç biri xalqımızın xatirə yaddaşında 1990-cı ilin qanlı 20 Yanvar faciəsi qədər əbədi yaşamaq hüququ qazanmayıb. Sinəsi qan gölməçələri, qoynu insan cəsədləri, küçə və meydanları acı fəryadlarla d...
ANL
20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Yanvarın 15-də Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, 20 Yanvar hadisəsi ...
ANL
Qiymətli tədqiqat əsəri. Bu günlərdə "Çaşıoğlu" nəşriyyatında general-mayor Hafiz Musayevin beynəlxalq terrorçuluğun aspektlərini və ona qarşı mübarizənin prinsip və xüsusiyyətlərini müfəssəl şəkildə əks etdirən "Beynəlxalq terrorçuluğa qarşı mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin prinsip və xüsusiyyətləri...
ANL
Ukraynada yaşayan azərbaycanlı türkoloq. Hazırda vətənimizdən uzaqlarda 50 milyondan artıq soydaşımız yaşayır. Onların arasında yüksək intellektuala malik şəxsiyyətlər, görkəmli elm və mədəniyyət xadimləri də az deyil. Belə görkəmli elm xadimlərimizdən biri qardaş Ukraynada yaşayan, qəlbi daim Azərbaycanla döyünən Fərh...
ANL
Azərbaycanın ixrac potensialı artır. Qlobal maliyyə böhranı şəraitində inkişaf etmiş dövlətlərin iqtisadiyyatında geriləmə müşahidə olunsa da, Azərbaycanda artım meyillərinin nəzərə çarpması uğurla aparılan iqtisadi siyasət xəttinin məntiqi nəticəsidir. İqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq islahatları...
ANL
Ermənistanla imzalanmış protokolların Türkiyə parlamentində müzakirəyə çıxarılmasının heç bir əhəmiyyəti yoxdur. Türkiyə Böyük Millət Məclisi (TBMM) xarici əlaqələr komissiyasının sədri Murad Mərcan bildirmişdir ki, parlamentin komissiyasında rədd ediləcəyi ehtimalı böyük olan Ermənistanla imzalanmış protokolları müzak...
ANL
Litvanın təhsil və elm nazirinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur. Bakıda səfərdə olan Litvanın təhsil və elm naziri Gintaras Styaponaviçyusun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 16-da Heydər Əliyev Fondunda olmuşdur. Nümayəndə heyətinə ümummilli lider Heydər Əliyevin xatirəsinə eh...
ANL
Avropa dəyərlərinə sadiqlik nümunəsi. Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarından sayılan Avropa Şurasına tamhüquqlu üzvlüyünün 9-cu ildönümü tamam olur. 2001-ci il yanvarın 17-də Avratlantika məkanının hüquqi-siyasi atmosferinin müəyyənləşməsində vacib rol oynayan, geosiyasi arealda demokratik və liberal siyasi-...
ANL
Şəhidlər xiyabanı Azərbaycan xalqının əbədi ziyarətgah yeridir. Azərbaycanın müasir tarixinə xalqımızın qəhrəmanlıq salnaməsi və ən böyük faciələrdən biri kimi daxil olmuş 20 Yanvar hadisələri milli azadlıq mübarizəsində əbədi yer tutur. Məhz həmin gün Azərbaycanın igid oğulları vətənin azadlığı uğrunda misilsiz şücaət...
ANL
Hər zaman ürəyi azadlıq, müstəqillik təşnəli olan xalqımız arzusuna nail olmaq üçün 1990-cı ildə bir qanlı tarix yaşamalı oldu. Şərəfli mübarizə gününün iştirakçıları - şəhidlər və şahidlər həmin gündən millətin qəhrəmanı kimi əbədiləşdi. Bakı qan gölünə bülənd olduğu vaxt xalq tarixi yaddaş və ədalət naminə İctimai də...
ANL
Şəhidlərimiz - iftixar mənbəyimiz. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının sadiq keşikçisi "qəhrəman" sovet ordusu qoşunlarının Bakıda törətməyə başladığı vəhşiliklər barədə xəbər ildırım sürəti ilə Gürcüstana çatdı. Gürcülər xəbəri təəccüblə qarşılamadılar, çünki onlar 1989-cu il aprelin 9-da s...
ANL
ADU ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Yanvarın 15-də Ankarada Azərbaycan Dillər Universiteti (ADU) ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Sənədi universitetlərin rektorları Səməd Seyidov və Cemal Taluğ imzalamışlar. Tədbiri açan Cemal Taluğ rəhbərlik et...
ANL
Fundamental elmə sanballı töhfə verən alim. Altıncı sinifdə oxuyanda düzəltdiyim "Elektrikləşmiş Azərbaycan xəritəsi" lövhəsinə görə vilayət gənc texniklər stansiyasının qalibi olaraq mükafatlandırıldım. Lövhədə Azərbaycanın xəritəsi üzərində təbii sərvətləri elektrik lampaları ilə qeyd etmişdim. Beynəlxalq Ekoenergeti...
ANL
2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 18-də Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclas...
ANL
2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi: - Möhtərəm cənab Prezident! Hörmətli müşavirə iştirakçıları! Yola saldığımız 2009-cu il dövlətimizin iqtisadi qüdrətinin, idarəetmə qabiliyyətinin səviyyəsinin qiymətlə...
ANL
Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarını qəbul etmişdir. Xəbər verildiyi kimi, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul etm...
ANL
2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi. Bizim seçdiyim...
ANL
A.B.Bədəlovun Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında. Akim Bədəl oğlu Bədəlov Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentl...
ANL
İctimai düşüncə zamanın çağırışına cavab verməlidir. XXI əsrin başlanğıcı bütövlükdə dünya siyasətinin transmilliləşməsi, qloballaşma proseslərinin geniş vüsət alması dövrü kimi səciyyələnsə də, hər bir xalqın milli özünəməxsusluğunun qorunub saxlanması "instinkt"indən irəli gələn, lokalizasiya adlandırılan əks cərəyan...
ANL
20 Yanvar faciəsinə ilk dəfə Naxçıvan Ali Məclisində siyasi və hüquqi qiymət verilib. Qədim bir türk məsəlində deyilir: "Azadlıq ağacı vətənpərvərlərin qanı ilə suvarılır". O gün yeni tariximizin kədərli, eyni zamanda qəhrəmanlıq səhifəsini təşkil etməklə bərabər milli azadlıq mübarizəmizdə dönüş nöqtəsinə çevrildi. Xa...
ANL
Prezident Kitabxanası tərəfindən hazırlanmış "Təcavüz. Yanvarın 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən hazırlanmış "Təcavüz. Kitabxananın direktoru Mayıl Əhmədov bildirmişdir ki, 1990-cı ilin yanvarında Bakıda və Azərbaycanın bəzi rayonlarında törədilən qanlı qırğı...
ANL
Bədii plakatın dili ilə. Təsviri incəsənətin geniş yayılmış növlərindən biri olan plakat orta əsrlərdə meydana gəlmişdir. Bütün Avropaya sürətlə yayılan bu sənət növü XIX əsrin sonunda Fransada daha geniş inkişaf etmişdir. Almanca "plakat" fransızca "placard" sözündən olan bu ifadə elan, afişa mənasındadır. Yarandığı i...
ANL
Tanınmış amerikalı "Xocalıya ədalət" adlı mahnı yazmışdır. "Xocalıya ədalət" beynəlxalq məlumat-təşviqat kampaniyası çərçivəsində tanınmış amerikalı rep ifaçısı Toni Bləkmən eyniadlı mahnı yazmışdır. Bununla əlaqədar yanvarın 18-də Bakıda mətbuat konfransı keçirilmişdir. Tədbirdə iştirak edən İslam Konfransı Təşkilatı ...
ANL
Azərbaycan Respublikasının ayırdığı yardım Luvr muzeyinin xalçalar kolleksiyasının bərpa edilməsinə sərf olunmuşdur. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinə istinadla bildirmişlər ki, Fransanın tanınmış "Fiqaro" qəzetinin 2009-cu il 8 dekabr tarixli...
ANL
Azərbaycan nümayəndə heyəti Vyanada beynəlxalq turizm yarmarkasında iştirak etmişdir. Yarmarkada dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 820-dən çox şirkət iştirak etmişdir. Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı, A...
ANL
Xalqımızın qəhrəmanlıq salnaməsi. 1990-cı ilin qanlı yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edildi. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. Bu hadisə nəinki Azərbaycanı,...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibə vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da "Euronews" telekanalının müxbiri Laura Davideskuya müsahibə vermişdir. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, aparılan danışıqların ge...
ANL
Yeni Azərbaycan Partiyası 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirmişdir. Yanvarın 19-da Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Milli Məclis deputatlarının, parlamentdə təmsi...
ANL
Həmin gecə Bakıya yeridilən sovet ordu hissələri xalqımıza vəhşicəsinə divan tutdu. Bu, torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmış və azadlıq idealları ilə yaşayan xalqımıza qarşı qəsd idi. Bu vəhşiliyin, hücumun məqsədi xalqın milli-azadlıq əzmini boğmaq idi. Qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı tö...
ANL
Faciələrimizin ibrət dərsləri. Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə, tükənməz təbii sərvətlərə və əlverişli geostrateji mövqeyə malik olduğundan əsrlər boyu bütün güclü dövlətləri, fatehləri özünə cəlb etmiş, işğalçıların təcavüzlərinə məruz qalmış, aramsız davam edən soyqırımlarının və deportasiyaların qurbanı ...
ANL
Həmin gecə Bakıya yeridilən sovet ordu hissələri xalqımıza vəhşicəsinə divan tutdu. Bu, torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmış və azadlıq idealları ilə yaşayan xalqımıza qarşı qəsd idi. Bu vəhşiliyin, hücumun məqsədi xalqın milli-azadlıq əzmini boğmaq idi. Qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı tö...
ANL
Milli qürur günü. İyirminci yüzilliyin 80-ci illərinin ortalarından Azərbaycanda xalqımızın müstəqillik uğrunda mübarizəsinin yeni mərhələsi başlandı. Hərəkatın mütəşəkkilliyinə erməni millətçiləri tərəfindən süni surətdə yaradılan uydurma Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən dərin sosial-siyasi hadisələ...
ANL