text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakıda "Dünya Ürək Günü"nə həsr olunmuş "Mən ürəklə işləyirəm" adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Sentyabrın 25-də Bakıda "Dünya Ürək Günü"nə həsr olunmuş "Mən ürəklə işləyirəm" adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda azərbaycanlı kardioloqlarla yanaşı, Türkiyə, İran, Rusiyadan mütəxəssislər i...
ANL
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər Rayonunun Qala və Şüvəlan qəsəbələrində iməcilik keçirilmişdir. Sentyabrın 25-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər İnkişaf Fondu və "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti Xəzər rayonunun Şüvəlan və Qala qəsəbələrində orta məktəb şagirdləri ilə birlikdə "Təmizlik naminə"...
ANL
Azərbaycan İslam Konfransı Təşkilatının növbəti Sammitinin Bakıda keçirilməsini təklif etmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu barədə Nyu-Yorkda İKT-nin üzvü olan dövlətlərin xarici işlər nazirlərinin illik görüşündə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov ad...
ANL
"Dinc yanaşı yaşamaq üçün gənclərin həmrəyliyi" mövzusunda mədəniyyətlərarası və dinlərarası beynəlxalq layihə həyata keçirilmişdir. Azərbaycanın Gənclər və İdman Nazirliyinin, "Gəncliyin Şöləsi" Gənclərin İnkişafı İctimai Birliyinin, Avropa Şurasının Avropa Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı və Quba şəhərl...
ANL
Görkəmli dilçi-alim. XX əsrin Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi, istedadlı alim, pedaqoq və elm təşkilatçısı, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov 80 il mənalı ömür sürmüşdür. Alimin Azərbaycan dili, ümumi dilçilik, onomalogiy...
ANL
Vyanada "Şuşanın dağları". Bu ölkədə keçirilən konsert hamını məftun etdi. İstedadlı və gənc dirijor Əyyub Quliyevin xoş sorağı dünyanın ən möhtəşəm konsert salonlarından gəlir. Sentyabr ayı bu istedadlı musiqiçinin həyatında yaddaqalan günlərlə naxışlandı. Ayın əvvəlində Rusiyanın Kislovodsk şəhərində keçirilən bir yu...
ANL
Aşqabadda keçirilən "Xoca Əhməd Yasəvi və Şərqin sufi ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan alimləri də iştirak etmişlər. Aşqabadda "Xoca Əhməd Yasəvi və Şərqin sufi ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda ABŞ, Türkiyə, Rusiya, Əfqanıstan, Bolqarıstan, Gürcüstan,...
ANL
Gələcəyə ünvanlanan şeirlər. Azərbaycan Dövlət Muğam Teatrında qocaman pedaqoq, el şairi İsa Cavadoğlunun yenicə çapdan çıxmış "Ya qismət" adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi. Tədbiri filologiya elmləri doktoru Qəzənfər Paşayev aparırdı. Milli Məclisin deputatı Qənirə Paşayeva, filologiya elmləri doktoru...
ANL
Bakıda "Ölüm növbəsi" bədii filminin premyerası olmuşdur. Teatr Xadimləri İttifaqının tamaşa salonunda dövlət sifarişi ilə "Sınaq-film" prodüser mərkəzində çəkilmiş "Ölüm növbəsi" bədii filminin premyerası keçirilmişdir. Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi, Fikrət Əliyev, operatoru...
ANL
N.Nərimanov adına kitabxanada "İnformasiya-kommunikasiya texnologiyaları yenilikləri" mövzusunda tədbir keçirilmişdir. Bakının Badamdar qəsəbəsindəki N.Nərimanov adına kütləvi kitabxanada "İnformasiya-kommunikasiya texnologiyaları yenilikləri" silsiləsindən növbəti tədbir keçirilmişdir. Kitabxanadan AzərTAc-a bildirmiş...
ANL
Azərbaycan Tokioda keçirilən Beynəlxalq turizm sərgisində iştirak edir. Azərbaycan sentyabr ayının 24-də Yaponiyanın Tokio şəhərində açılmış "JATA" Beynəlxalq turizm sərgisində iştirak edir. Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmiz Azərbaycan Turizm Assosiasiyasının nümay...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Özbəkistana rəsmi səfərə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Meh...
ANL
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Özbəkistan Respublikasına rəsmi səfərə gəlmişdir. Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə bəzədilmiş "Daşkənd-2" hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü....
ANL
Özbəkistan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi. Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 27-də Özbəkistan Prezidentinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur. İqamətgahın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ö...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun təkbətək görüşü. Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun təkbətək görüşü olmuşdur. Öz...
ANL
Geniş tərkibdə görüş. Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 27-də Daşkənddə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Özbəkistan Prezide...
ANL
Azərbaycan-Özbəkistan sənədləri imzalanmışdır. Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev ...
ANL
Dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 27-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəndə rəsmi səfərinin uğurla keçdiyini vurğu...
ANL
Müstəqillik meydanı kompleksi ilə tanışlıq. Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 27-də Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzindəki Müstəqillik meydanı kompleksinə gəldilər. Hərbi orkestrin ifasında səslənən musiqinin sədaları a...
ANL
Prezident İlham Əliyev Özbəkistan Senatının binası ilə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Özbəkistan parlamentinin yuxarı palatası - Senatın binası ilə tanış olmuşdur. Özbəkistan dövlətinin başçısı İslam Kərimov Prezident İlham Əliyevə milli və müasir üslubları özündə birləşdirən bina h...
ANL
Forumlar Sarayı ilə tanışlıq. Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzində yerləşən Forumlar Sarayına gəldilər. Milli memarlıq üslubunda tikilmiş bu möhtəşəm bina haqqında dövlətimizin başçısına məlumat verildi. Bildiri...
ANL
"Həzrəti-İmam" məscid kompleksi ilə tanışlıq. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov sentyabrın 27-də Daşkənddəki "Həzrəti-İmam" məscid kompleksində olmuşlar. Komplekslə tanışlıq zamanı məlumat verildi ki, bu möhtəşəm məscid Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə 2007-ci ...
ANL
Daşkənddə ulu öndər Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışı olmuşdur. Sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prez...
ANL
Azərbaycan Prezidentinin şərəfinə. Sentyabrın 27-də Daşkənddə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər. (Rəsmi ziyafətdən geniş hesabat qəzetin növbəti nömrəsin...
ANL
Mərakeş Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Mərakeş Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Bu fikir sentyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının Sədri Abdelvahed Radinin başçılıq etdiyi ...
ANL
Mərakeş Krallığı Parlamentinin nümayəndə heyəti Heydər Əliyev Fondu ilə tanış olmuşdur. Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamentinin nümayəndə heyəti sentyabrın 27-də Heydər Əliyev Fondu ilə tanış olmuşdur. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun tarixi ...
ANL
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir. Sentyabrın 27-də Moskvada YUNESKO-nun və Rusiya Federasiyası hökumətinin təşkilatçılığı ilə kiçikyaşlı uşaqların tərbiyəsi və təhsili məsələlərinə həsr edilmiş "Millətlərin sərvətinin yaranması" mövzusunda Ümumdünya konfransının açı...
ANL
İrina Bokova: Mehriban Əliyeva beynəlxalq birliyin diqqətini məktəb yaşına çatmamış uşaqların problemlərinə cəlb etmişdir. YUNESKO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Azərbaycanın fəal mövqeyini yüksək qiymətləndirmişdir. Bu barə...
ANL
"Kamolot" Gənclər İctimai Hərəkatının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda keçirilən Özbəkistan Gəncləri günləri çərçivəsində bu ölkənin "Kamolot" Gənclər İctimai Hərəkatının nümayəndə heyəti sentyabrın 27-də Fəxri xiyabana gələrək xalqımızın üm...
ANL
İranlı qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Azərbaycanda səfərdə olan İran İslam Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Əli Ağaməhəmmədinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, mü...
ANL
Ankarada 7-ci Beynəlxalq Anadolu mədəniyyət festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilmişdir. Ankaranın Etimesqut bələdiyyəsinin keçirdiyi 7-ci Beynəlxalq Anadolu mədəniyyət və incəsənət festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilmişdir. Festivalın keçirildiyi meydanda ölkəmizin Türkiyədəki səfirliyi tərəfin...
ANL
Nadir istedad sahibləri, klassik sənətkarlar öz yaradıcı təfəkkürləri ilə əsrlərin qovğalarından sıyrılaraq həmişə gələcəyə üz tutublar. Belə şəxsiyyətlər həqiqətən, xoşbəxtdirlər. Çünki onların yaratdıqları həmişə yaşamaqda davam edir. Ədəbiyyatımızın əbədi ömür sahibləri çoxdur. Füzulidən üzü bəri neçə şairin, nasiri...
ANL
Festival çərçivəsində opera sənətimizin şah əsəri "Leyli və Məcnun" nümayiş olunmuşdur. Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Üzeyir Hacıbəyli-125" Beynəlxalq musiqi festivalı çərçivəsində "Leyli və Məcnun" operası nümayiş etdirilmişdir. Şərqin ilk opera tamaşası, artıq 102 ildir ki, tea...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri. Geniş tərkibdə görüş. Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətləri...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri. Geniş tərkibdə görüş. Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətləri...
ANL
Dövlət başçılarının mətbuat üçün bəyanatları. Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə sənədlərin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Özbəkistan Prezidenti İslam KƏRİMOV bəyanatla çıxış edərə...
ANL
Daşkənddə ulu öndər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur. Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur. Açılış mərasimində Azərbayca...
ANL
Səfər başa çatdı. Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri başa çatmışdır. Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə bəzədilmiş "Daşkənd-2" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Hava limanında Prezi...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev İranın birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə ...
ANL
Bakı Fond Birjasının 10 illik yubileyi ilə əlaqədar bir qrup şəxsin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı Fond Birjasının 10 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsi...
ANL
Azərbaycan ərzaq təhlükəsizliyini gücləndirir. Görülən məqsədyönlü tədbirlər nəticəsində yaxın perspektivdə quşçuluq məhsullarına tələbat tamamilə yerli istehsal hesabına ödəniləcək. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını xarakterizə edən mühüm amillərdən biri də ölkədə məcmu istehsal həcminin ildən-ilə artmas...
ANL
Tehranda Azərbaycan Mədəniyyəti günlərinin rəsmi açılışı olmuşdur. Sentyabrın 27-də Tehran şəhərindəki "Niyavəran" Mədəniyyət Sarayında Azərbaycan Mədəniyyəti günlərinin açılış mərasimi olmuşdur. Mərasimdə İran rəsmiləri, səfirlər, Tehranda fəaliyyət göstərən beynəlxalq təşkilatların və Azərbaycanın ayrı-ayrı dövlət qu...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellenin etimadnaməsini qəbul...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanisin etimadnaməsini qəbul etmişdir. ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erling Şönsberqin etimadnaməsini qəbul etmişdir...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsi və tikintisi işlərinin gedişi ilə tanış olmuşdur. Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairə...
ANL
Azərbaycan ilə İran arasında iqtisadi sahədə əməkdaşlıq daim inkişafdadır. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Artur Rasiza...
ANL
Çexiya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Sentyabrın 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Çexiya Respublikası Senatının Avropa İttifaqı Məsələləri Komitəsinin sədri Ludek Sefziqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Parlamentin Sədri qonaqları səmimi salamlayaraq son ...
ANL
Azərbaycan alimləri Pekində keçirilən 15-ci Beynəlxalq Fotosintez Konqresində uğurla iştirak etmişlər. Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin və Çin Elmlər Akademiyası Botanika İnstitutunun "Ərzaq və Yanacaq üçün Fotosintez Tədqiqatları və Perspektivlər" devizi altında keçirdikləri konqresdə 43 ölkədən 1000...
ANL
Bakıda "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi açılmışdır. Sentyabrın 29-da Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi açılmışdır. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət...
ANL
Prezident təqaüdçüsü, "Şöhrət" ordenli jurnalist Şamil Şahməmmədovla üzbəüz söhbət. Nəsir İmanquliyev məktəbini keçmişik. Bu məktəbin təşəkkülündə müəyyən xidməti olan Sizdən də çox şey öyrənmişəm. Azərbaycan jurnalistikasında xüsusi yeri olan, lakin son bir neçə ildə "cəmiyyətdə az görünən" Şamil Şahməmmədovun yaradıc...
ANL
Ədəbi tənqidin itirilmiş nüfuzu. Rəsmi və qeyri-rəsmi fəaliyyət göstərən nəşriyyatlar çoxaldıqca onların əksəriyyətinin istehsal etdiyi çap məhsulunun - makulaturanın da sayı artmaqdadır. Təsadüfən bir müəllifin kitab təqdimatında iştirakımız zamanı (üç saat çəkən bu mərasimdə) vərəqlədiyimiz yeni nəşrdə sözü, cümləsi ...
ANL
Karikaturaçı rəssamın fərdi sərgisi açılmışdır. Sentyabrın 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda karikaturaçı rəssam Hafiz Nəsiroğlunun xalq rəssamı Əzim Əzimzadənin 130 illik yubileyinə həsr olunmuş fərdi sərgisi açılmışdır. AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyin...
ANL
Bakıda Sinqapurun "T'ang" simli kvartetinin konserti ilə Beynəlxalq musiqi festivalı başa çatmışdır. Sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Sinqapurun "T'ang" simli kvartetinin konserti ilə "Üzeyir Hacıbəyli-125" Beynəlxalq musiqi festivalına yekun vurulmuşdur. AzərTAc xəbər verir ki, dahi Azərbaycan bəstəkarının...
ANL
Xeyirxahlığın fəlsəfəsi və fəlsəfəsiz xeyirxahliq. Xeyirxah olmaq üçün nə etmək, yaxud nəyi etməmək lazımdır? Xeyirxahlığı maddi ölçüsündə zənginlik şərtləndirir, yoxsa bu mənəvi məziyyətdir, ruhani ehtiyacdır, qannan, iliknən, tərbiyəynən süzülüb gələn genetik yaddaşın bir qəlpəsidir? Hər nədirsə, təşnə insanın dodaql...
ANL
Bakıda Dünya Turizm Gününə həsr olunmuş təntənəli mərasim olmuşdur. Sentyabrın 29-da Bakı Biznes Mərkəzində Dünya Turizm Günü ilə bağlı təntənəli mərasim keçirilmişdir. AzərTAc xəbər verir ki, hökumət rəsmiləri, Bakıda akkreditə olunmuş xarici ölkə səfirliklərinin və turizm sənayesində səmərəli fəaliyyət göstərən özəl ...
ANL
Yeni filmlərdə nədən danışılır. Yüzillikdən uzaq bir məsafəni qət etmiş Azərbaycan kinosunun bu gün inkişaf etmiş dövlətlərin ekran və efirlərində geniş şəkildə işıqlandırılması, təbii ki, qürur doğurur. Çünki həmin ekran əsərlərində xalqımızın tarixindən, mədəniyyətinin zənginliyindən söhbət açılır. Tarixi və şərəfli ...
ANL
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbriki. - Hörmətli xanımlar və cənablar! Əziz həmvətənlər! Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Yeni ildə sizə cansağlığı, xoşbəxtlik arzulayıram. 2009-cu ildə ölkələr öz imka...
ANL
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalının, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" və "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun...
ANL
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalının, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” və “Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu....
ANL
Ətraf mühitin qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir. Son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaratmışdır. Siyasi a...
ANL
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Bursada tədbir keçirmişdir. Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə Bursadakı Uludağ Universitetində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir. Tədbirdə ...
ANL
Xocavəndli məcburi köçkünlər Həmrəylik Günü və Yeni il bayramını təntənə ilə qeyd etmişlər. Beyləqan rayonu ərazisində salınmış "Yeni Xocavənd" qəsəbəsində məskunlaşmış xocavəndli məcburi köçkünlər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını təntənə ilə qeyd etmişlər. Dekabrın 30-da Xoc...
ANL
"Uşaq ili"nin yekunlarına həsr olunmuş sərgi açılmışdır. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda "Uşaq ili"nin yekunlarına həsr olunmuş sərgi açılmışdır. Rəssamlar İttifaqı ilə "Da art" Təsviri İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində mərkəzin di...
ANL
Azərbaycan diasporunun etibarlı hamisi. Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas ol...
ANL
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarında xidmətdə yüksək nəticələr əldə edən, vergi sisteminin inkişafında fəal iştirak edən və xüsusi xidmətləri olan vergi orqanlarının əməkdaşları təltif edil...
ANL
Medalın üz tərəfində dairənin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca "VERGİLƏR NAZİRLİYİ" sözləri həkk olunmuşdur. Medalın arxa tərəfi hamar səthlidir və mərkəzdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı və onun üstündə "10 İLLİYİ" sözləri, habelə dairənin yuxarı ...
ANL
"Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə. "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarının xüsusi rütbəsi olan əməkdaşları aşağıdakılara görə təltif edilirlər: 1.1.Azərbaycan...
ANL
"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə. "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə aşağıdakı şəxslər təltif olunurlar: 1.1. vergi sisteminin inkişafı sahəsində göstərdikləri səmərəli əməkdaşlığa görə Azərbayca...
ANL
"Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalının təsviri. "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı bürüncdəndir, lövhə şəklində tərtib edilmişdir. Diametri 42 mm olan lövhə dairə şəklində hamar hissə və kənarlardan qabarıq şəkildə səkkizgu...
ANL
"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalının təsviri. "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 50 mm olan lövhədən ibarətdir. Medal səkkizguşəli ulduz formasındadır, ön tər...
ANL
İqtisadi inkişaf tempinə görə dünyanın lider dövləti. Böyük Britaniyanın nüfuzlu "Ekonomist" jurnalı böhranla müşayiət olunan 2009-cu ildə Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən dövləti kimi xarakterizə edir. 2009-cu il əksər dünya ölkələrində qlobal böhranın güclənməsi ilə müşayiət olunsa da, respublikam...
ANL
Böyük azərbaycançı ədib. Məlum olduğu kimi, görkəmli yazıçı, böyük demokrat ədib Cəlil Məmmədquluzadə Azərbaycanın milli istiqlalına şərəflə xidmət etmiş qüdrətli sənətkardır. Onun adı dünya ədəbiyyatının klassikləri sırasında da iftixarla çəkilir. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlunun nəzərində Cəlil Məmmədquluza...
ANL
2009-cu ildə Azərbaycanda bütün istiqamətlərdə irəliləyiş, inkişaf müşahidə olundu. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu fikirləri bəyan etmişdir. Azərbaycanın sosial-iqtisadi imkanlarının ildən-ilə artması, dünyanın inkişaf etmiş...
ANL
Sosialyönümlü siyasətə sadiqlik nümunəsi. Əhalinin təbii qaza görə borclarının silinməsi Azərbaycanda insan amilinə həssas münasibətin təzahürüdür. Son illər Azərbaycanda ən müxtəlif sahələrdə həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə də sosial problemlərin aradan qaldırılması ...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə Abid Qoca oğlu Şərifov "Şərəf" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Myanma İttifaqının Dövlət Sülh və İnkişaf Şurasının sədri zati-aliləri baş general cənab Tan Şveyə. Hörmətli cənab Sədr! Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Myanma arasındakı münasibətl...
ANL
Azərbaycanın pravoslav xristian icmasına. Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzularımı yetirirəm. Səmavi dinlər Azərbaycanda yüz illər boyu sülh və anlaşma şəraitində, dinc yanaşı fəaliyyət göst...
ANL
Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə. Hörmətli cənab Prezident! Lakki Marvat şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldıq. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, t...
ANL
Elmin və təhsilin tərəqqisi cəmiyyətin, dövlətin inkişafının əsasıdır. Hərbi xərclərdən sonra ikinci yerdə təhsilə ayrılan xərclərdir. Bu, Azərbaycan dövlətinin prioritetlərini göstərir və bizim siyasətimizin ən bariz nümunəsidir. Çünki hər bir ölkənin inkişafı üçün ən başlıca şərt o ölkənin təhsilinin səviyyəsidir. Əg...
ANL
Azərbaycanda Ekologiya ili başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilmişdir. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Azərbaycan dövlətinin başçısının bu təklifi ilə Yer kürəsində təbiətin ...
ANL
Azərbaycanın uşaq və gənclərin sülh şəbəkəsinin üzvləri Heydər Əliyev Fondunda olmuşlar. Azərbaycanın uşaq və gənclərin sülh şəbəkəsinin üzvləri yanvarın 5-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara fondun tarixi və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyr...
ANL
Gəncəni dəyişdirən doqquz səfər. Əsrlər boyu tarixçi və diyarşünasların, arxeoloq və etnoqrafların, yaxın-uzaq ellərdən Azərbaycana üz tutan səyyahların maraq dünyasını zənginləşdirən Gəncə şəhəri Qafqazın ən qədim və füsunkar guşələrinin biri kimi tanınmışdır. Özünün 2500 ildən artıq enişli-yoxuşlu tarixi ərzində Gənc...
ANL
Bakının daş yaddaşı - İçərişəhər. Dövlət müstəqilliyimizi qazandıqdan sonra milli mədəniyyət sahəsinə xüsusi diqqət verildi. Azərbaycan dövləti tarixin müəyyən məqamlarını özündə əks etdirən abidələrin qorunmasında, bərpasında və gələcək nəsillərə çatdırılmasında bir sıra vacib tədbirlərin həyata keçirilməsi ilə bağlı ...
ANL
Azərbaycan beynəlxalq birliyin daha güclü tərəfdaşına çevrilir. Dünya miqyasında Azərbaycanı xarakterizə edən əsas cəhətlərdən biri ölkənin nüfuzunun sürətlə artması, qlobal maliyyə böhranı şəraitində öz iqtisadi inkişaf tempini və ümumi daxili məhsulun yüksək artım səviyyəsini qoruyub saxlaya bilməsi, regionda lider s...
ANL
E.O.Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan...
ANL
M.N.Nəcəfbəylinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Murad Nizami oğlu Nəcəfbəyli Azər...
ANL
E.O.Əmirbəyovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərə...
ANL
M.N.Nəcəfbəyliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsini rəhbər tutaraq qərara alıram: Murad Nizami oğlu Nəcəfbəyliyə fövqəladə və səlahiyyətli səfir diplo...
ANL
T.İ.Əliyevin Azərbaycan Respublikasının Fransa Respublikasında və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Ta...
ANL
Sahibkarlığın sürətli inkişafına xidmət edən siyasət. "Azərbaycanda iqtisadiyyatın inkişafı üçün bütün lazımi tədbirlər görülür. Dövlət sahibkarlığın inkişafını dəstəkləyir və növbəti illərdə bu dəstək daha da böyük olacaqdır. Biz bundan sonrakı illərdə də iqtisadi inkişafa böyük diqqət göstərəcəyik və əminəm ki, qarşı...
ANL
Heydər Əliyev Fondu fiziki qüsuru olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir. Cəmiyyətimizin bir hissəsini təşkil edən fiziki qüsurlu insanlara göstərilən diqqət və qayğı son illər xeyli artmışdır. Bu sahədə Heydər Əliyev F...
ANL
Küveytin nüfuzlu "Gulf Traveller" jurnalında Azərbaycana həsr edilmiş məqalə çap edilmişdir. Azərbaycanın Küveytdəki səfirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşəbbüsü ilə Küveytdə və Körfəz regionunda turizm sahəsində aparıcı jurnal olan "Gulf Traveller"in redaktoru Əhməd Əbi Sibo ölkəmizdə səfərdə olmuşdur....
ANL
Sabitlik, tərəqqi və inkişaf ili. 2009-cu ildə qlobal böhranı inamla dəf edən Azərbaycan qarşıya qoyduğu məqsədlərin böyük qismini uğurla reallaşdıra bildi. Tarixən mürəkkəb siyasi reallıqları düzgün dəyərləndirərək lazımi məqamda doğru seçim etməyi, qətiyyət göstərməyi bacaran xalqlar istənilən çətin sınaqlarda...
ANL
Qürbətdə vətən eşqilə döyünən ürək. Dünyada ən müdrik fəlsəfə millətlərarası dostluq fəlsəfəsidir. Biz bu fəlsəfənin real gücünü əsası 2001-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və o vaxtadək Rusiyada pərakəndə dəstələr şəklində fəaliyyət göstərən bütün regional təşkilatları öz ətrafında birləşd...
ANL
"Çinar-çap" nəşriyyatı tanınmış qələm sahibi Xeyrəddin Qocanın anadan olmasının 60 illiyi ilə bağlı "Xeyrəddin Qoca-60" xüsusi bukletini buraxmışdır. Yeni nəşrdə yazıçının avtobioqrafiyasına qısa nəzər salınmış, yaradıcılığı barədə yığcam məlumat verilmiş, görkəmli yazıçıların, elm və mədəniyyət xadimlərinin onunla bağ...
ANL
Birləşmiş Millətlər Təşkilatı 2010-cu ili "Beynəlxalq Bioloji Müxtəliflik İli" elan etmişdir. BMT bununla dünya ictimaiyyətinin diqqətini planetin təbiətini qorumaq, ondan səmərəli istifadə etmək, Yer kürəsinin ekoloji sistemlərinin qorunub saxlanması və təbiətin xüsusilə qiymətli obyektlərini müdafiə etmək üçün səylər...
ANL
Xalqın güvənc yeri. "Azərbaycan Ordusu çox sürətlə inkişaf edir. Azərbaycanda ordu quruculuğu çox sürətlə gedir. Biz həm hərbi potensialımızı gücləndiririk, həm də orduda hazırlıq səviyyəsi yüksəlir və beləliklə, ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir". Tarixə çevrilən 2009-cu ildə Azərbaycan Ordus...
ANL
Azərbaycan iqtisadiyyat sahəsində 2009-cu il üzrə MDB və region ölkələri arasında liderdir. Dünyanın nüfuzlu nəşrlərindən hesab edilən "İnternational Living" jurnalı ölkələrin 2009-cu il üçün kateqoriyalar üzrə reytinq göstəricilərini açıqlamışdır. Hesabatda Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisad...
ANL
Mədəniyyət xəzinəsinin töhfələri. Bu gün Azərbaycan təkcə iqtisadi göstəriciləri ilə deyil, həm də mədəniyyət və turizm sahəsindəki nailiyyətləri ilə diqqət çəkməkdədir. İllər öncə ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə göstərdiyi qayğı müstəqil Azərbaycan...
ANL