text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“Müəllim özünü cəmiyyətin ən dəyərli üzvlərindən biri kimi hiss etməlidir”. BAKIDAKI 220 SAYLI MƏKTƏBİN DİREKTORU ALMAZ ƏSGƏROVA 12 İLLİK SİSTEMİN QƏBUL EDİLMƏSİNİN AZƏRBAYCANDA TƏHSİL SAHƏSİNDƏ ATILAN ÇOX UĞURLU ADDIM OLA BİLƏCƏYİ FİKRİNDƏDİR. Məktəb insan həyatının ikinci dünyasıdır. Həm də elə bir dünyadır ki, hər k...
ANL
Misir Mərdanov: “Əsl müəllim tarix boyu xalqın milli sərvəti kimi dəyərləndirilib”. İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdı. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söylənmişdi. Müqəddəs “Qurani-Kərim” biliyə yiyəl...
ANL
XALQ ŞAİRİ SƏMƏD VURĞUNUN ÖMÜR-GÜN YOLDAŞINA YAZDIĞI ŞEİRLƏR HAQQINDA. Hər bir kəsin həyatında elə təsadüflər baş verir ki, onlar insanların taleyini dəyişir, sonrakı ömür yoluna işıq tutur, onu müəyyənləşdirir. 1970-ci illərin sonlarında Səməd Vurğun muzeyinə—bu müqəddəs ocağa işə düzəlməyim mənim də həyatımda, düşünc...
ANL
Bir ömür payını hərə bir cür yaşayır. Yerin səthi bir olmadığı kimi, adamlar da bir boyda, bir ölçüdə, bir xasiyyətdə olmurlar. Lakin hər bir adamın ömrü o zaman mənalı olur ki, aydın məqsəd yolunda inamlı addımlar atır, yerişinə-duruşuna, hərəkətinə fikir verir, niyyəti saf, əməlləri düz olur. Bu cəhətdə fikir verənlə...
ANL
Moskvada Yunus Oğuzun “Əmir Teymur – Zirvəyə doğru” kitabının təqdimatı olub. Dünən Rusiyanın paytaxtı Moskva şəhərində tarixçi-alim, türkoloq, tarixi romanlar müəllifi Yunus Oğuzun böyük türk sərkərdəsi, fateh Əmir Teymurdan bəhs edən “Əmir Teymur – Zirvəyə doğru” tarixi romanının rus dilində nəşrinin təqdimat mərasim...
ANL
Şabranda İmza günü. Martın 10-da Şabran şəhər kitab evində yazıçı-dramaturq Elçin Hüseynbəylinin yeni kitabı üçün İmza günü keçirilib. “Yolayrıcında qaçış” romanı ilə şabranlıların görüşünə gələn Elçin Hüseynbəyli rayon ictimaiyyətinin nümayəndələrilə görüşüb. Tədbirdə rayon rəhbərliyi, orta məktəb müəllimləri, Şabran ...
ANL
Ədəbiyyatımızın azadlıq və mübarizə carçısı. Xalq şairi Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan ədəbiyyatının, eləcə də milli təfəkkür və özünüdərk tarixinin ən parlaq simalarındandır. Poeziyamıza yeni fəlsəfi məzmun, ictimai-siyasi kəsər, milli mənəvi-əxlaqi mündəricat gətirən görkəmli söz ustası respublikamızda müstəqil...
ANL
Dəyişməz funksiyaların dəyişən texnologiyası. Jurnalistika özünün inkişaf tarixində bir sıra inqilabi sıçrayışlar yaşamışdır. Qəzet istehsalı, tirajlanma texnikasının yaranması, vaxtı ilə möcüzə təsiri bağışlayan radionun, sonra isə televiziyanın meydana gəldiyi tarixi məqamlar buna sübutdur. Bu möcüzələrin daha bir he...
ANL
Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru professor İlham Rəhimovun işıq üzü görmüş “Prestupnost i nakazanie” monoqrafiyasını hüquq elminin tarixində ən sanballı əsərlərdən biri hesab etmək olar. Öncədən müəllifin geniş axtarıcılığını, elmi yaradıcılığını, hər material üzərində gərgin əməyini, ən maraqlı ...
ANL
Almaniya-Azərbaycan münasibətlərinin dərin kökləri. Almaniya-Azərbaycan əlaqələrinin kökləri təxminən XV əsrə təsadüf edir. XV-XVI əsrlərdə Azərbaycan ərazisinə səfər etmiş səyyah, alim və diplomatlardan Şitilbergi, Tektanderi, Olariusu və Kempferi xüsusi qeyd etmək istərdim. Əgər A. Olarius Şamaxıda yaşadığı və çalışd...
ANL
Fəzail Ağamalı: “ATƏT-in Minsk qrupu formatından imtina olunmalıdır”. Müsahibimiz Milli Məclisin (MM) üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalıdır. –Fəzail bəy, ötən həftə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərlərini reallaşdırdı. Sizcə, heç olmasa, bu səfərin Ermənistan-Azərbaycan münaq...
ANL
İsmayıl Ömərov: “Ermənistan təmsilçisinin Azərbaycanda çıxışı bütün dünyaya bizim birgə sülh mesajımız ola bilərdi”. “İNANMIRAM Kİ, BU YARADICI İNSANLARIN QƏRARIDIR... İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovun APA-ya müsahibəsi. Buna münasibətiniz necədir? – “Eurovision” Mahnı Müsa...
ANL
Türkiyəli yazarlara Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatı təqdim olunub. YAQUB ÖMƏROĞLU, ƏLİ AKBAŞ VƏ İMDAT AVŞAR BU MÜKAFATA TÜRK DÜNYASI VƏ AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏBLİĞİ YÖNÜNDƏKİ XİDMƏTLƏRİNƏ GÖRƏ LAYİQ GÖRÜLÜBLƏR. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Avrasi...
ANL
Yazıçı və kinodramaturq Əli Qafarovun xatirə gecəsi keçirilib. ELMİRA AXUNDOVA: “MƏN BU TƏDBİRDƏ ÇIXIŞ EDƏNLƏRİN SÖZLƏRİNDƏN BİR DAHA ANLADIM Kİ, ƏLİ QAFAROV AZƏRBAYCAN KİNOSU TARİXİNDƏ SİLİNMƏZ İZLƏR BURAXIB”. Mədəniyyət və Turizm Nazirliyi ilə Dövlət Film Fondunun təşəbbüsünün nəticəsi olaraq, Muzey Mərkəzində yazıçı...
ANL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində beynəlxalq konfrans. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 90 illik yubileyi yaxınlaşdıqca bu qocaman təhsil ocağının keçirdiyi tədbirlərin sayı, məzmunu və miqyası da genişlənir. Universitetin Elmi Şura zalında baş tutan “Mədəni...
ANL
“İndi dövlət qurumlarından informasiya almaq işi nisbətən asanlaşıb”. NURƏDDİN HEYDƏROV: “BÜTÜN İMKANLARIMIZI SƏFƏRBƏR EDİB RƏQABƏTƏ DAVAM GƏTİRMƏYƏ, İNFORMASİYA MƏKANINDA MÖVQEYİMİZİ QORUMAĞA, GÜCLƏNDİRMƏYƏ ÇALIŞIRIQ”. “Azadinform” İnformasiya Agentliyinin baş direktoru Nurəddin Heydərov 1999-cu ildən müxtəlif mətbuat...
ANL
Mətbuatda təhsil və məktəb mövzusu: “Azərbaycan müəllimi”nin fəaliyyət yoluna bir nəzər. Milli təhsil, yeni tipli məktəb və demokratik mətbuat ənənələrinin bünövrəsi XIX əsrdə qoyulsa da, Azərbaycan təhsili, elmi və mədəniyyəti, həmçinin mətbuatı əsasən XX əsrdə hərtərəfli inkişaf yolu keçib və hazırda bu yol davam etm...
ANL
“Anar Azərbaycan xalqının həyatında mühüm rol oynayanvə ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olan bir ziyalıdı...”. Gənc yazar Pərvinin Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə Xalq yazıçısı Anar haqqında söhbəti. Pərvin: Rəşad müəllim, bu yaxınlarda x...
ANL
ADAM STERLİNQ: “ MİNSK QRUPU DAĞLIQ QARABAĞ MÜNAQİŞƏNİN SÜLH YOLU VƏ UZUN MÜDDƏTLİ NİZAMLANMASI ÜÇÜN YEGANƏ VASİTƏDIR. Müsahibimiz ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqdir. –Cənab Sterlinq, fevralın 28-də ABŞ-la Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü tamam oldu. Siz ötən 2...
ANL
Yaddaşımdakı “Novruz”. Adamlar fərqli olduqları kimi, onların zövqü, dünyaya baxışları da müxtəlif olur. Elə bayramlara da münasibət belədir. İnsanın könlünün sevindiyi bütün bayramlara münasibətim yaxşıdı. Amma mənim uşaqlıq yaddaşıma həkk olan ən gözəl bayram unudulmaz xatirələrlə dolu xalqımızın milli, sevimli bayra...
ANL
“Qardaş qələmlər” dərgisinin Anara həsr edilmiş sayının təqdimatı olub. Ötən gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında türk dünyasının ədəbiyyat dərgisi olan “Qardaş qələmlər”in Xalq yazıçısı Anara həsr edilmiş sayının təqdimat mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, t...
ANL
“Sonu olmayan dəhliz”, yaxud Günayın səssiz harayı. Mart ayının 11-də Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş filmin təqdimatında iştirak etdik. Film Böyük Britaniya, Litva, Estoniya və Finlandiya kinematoqrafçılarından ibarət ...
ANL
“Azərbaycan reallığında heç bir internet saytını qəzetə rəqib görmürəm”. ƏMƏKDAR JURNALİST NATİQ MƏMMƏDLİNİN SÖZLƏRİNƏ GÖRƏ, MÜASİR “KASPİ” ÖZ SƏLƏFİNİN ƏNƏNƏLƏRİNİ DAVAM ETDİRMƏYƏ, ÜMUMMİLLİ QƏZET PROFİLİ İLƏ FƏALİYYƏT GÖSTƏRMƏYƏ ÇALIŞIR. “Əkinçi” qəzeti fəaliyyətini dayandırdıqdan sonra uzun illər ana dilli mətbuatın...
ANL
Yaddaş “cığırlarının” kəsişməsində yaranan tarix. Bir dövlət adamının həyat yolu: İnsanın həyat yolunun üfüqlərinə nəzər salmağın çətinliyini hər kəs bilir. Çünki bu yol onu qət edənin elə daxili duyğuları və yaşantıları ilə bağlıdır ki, kənardan onları hiss etmək olduqca çətindir. Bəlkə elə buna görədir ki, bəzi yazı ...
ANL
Sirli aləmin təfəkkür aynası. Taleyini bədii söz sənətinə həsr edən sənətkar həyatı və yaradıcılığını qələmə almaq, onun yaradıcılıq laboratoriyasını başdan-ayağa araşdırmaq həm çətindir, həm də məsuliyyət tələb edir. Əgər həmin qələm sahibinin yaradıcılıq ampulası çoxşaxəlidirsə, çoxjanrlıdırsa, çəkilən çətinliyin, mə...
ANL
Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının müəllimi İlhamə Qəsəbovanın tərtib etdiyi “XX əsr Qazax aşıqları və el şairləri” toplusu nəşr olunub. Məlum olduğu kimi, Qazax mahalı aşıq sənətinin dərin kök saldığı bölgələrdən biridir. Topluda Mirzə Səməd, Aşıq Məmmədyar, Canallı Aşıq Məhəmməd, Hacı Qaracayev, Şıxlı M...
ANL
Xoş gördük, Mirzə Fətəli Axundzadə! Hər kəsə yaxşı məlumdur ki, nəinki Azərbaycanda, hətta cəmi Qafqazda, Orta Asiyada, yaxın və qonşu türk-müsəlman ölkələrində Qərbyönümlü mədəni tərəqqinin formalaşmasında Mirzə Fətəli Axundzadənin müstəsna dərəcədə böyük rolu olmuşdur. Mirzə Fətəli Axundzadə babamız Şərq qiyafətli, A...
ANL
“Meşəçiliyin inkişafı üçün ölkəmizdə ideal şərait var”. 1949-cu ildə orta məktəbi bitirdikdən sonra Gəncə şəhərindəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsinə daxil olub. 1954-cü ildə institutu müvəffəqiyyətlə bitirən gənc mütəxəssis Ümummittifaq Meşə Layihəsi Birliyinin göndərişi ilə Zaqaf...
ANL
Gənc duyğuların izi ilə. Bu günlərdə Azərbaycan Yazıçılar Birliyində “Ulduz” jurnalının Gənc Ədiblər Məktəbi üzvlərinin yaradıcılığına həsr olunmuş sayının geniş müzakirəsi keçirilib. Gənc tənqidçi Elnarə Akimova həmin müzakirədə xüsusi məruzə ilə çıxış edib. Həmin məruzəni oxucuların diqqətinə çatdırırıq. Jurnalda gən...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). On illik bir həyatı düşünürkən. V...
ANL
(Başlanğıcı ötən şənbə sayımızda). Məhəmmədəmin bəy sarayda bulunduğu müddətcə də Azərbaycanla əlaqəsini kəsməyib. Azərbaycanın, o sıradan Şəkinin tanınmış kişiləri onun yanına gələrək yardımlarından faydalanıblar. Məhəmmədəmin bəy İstanbulda onun şeirlər divanını nəşr etdirmək istəyib, əsəri senzor baxışından da keçir...
ANL
Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər. (MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR). Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağı...
ANL
ONLAR YENE İŞ BAŞINDA. İlk baş redaktorluq bəxtəvərliyi də Tağı Şahbazi Simurqun bəxtinə düşüb). Doxsan yaşlı bu jurnalın bütün fəaliyyəti ərzində, mənim də bir o qədər gənc olmadığımı nəzərə alsaq, bu jurnalla bağlılığım sıxı olmayıb və mən bu jurnalda heç zaman cani-dildən və könüldən çap olunmamışam ... Ta ki... Heç...
ANL
Pərvinin həmsöhbəti Xalq artisti Fuad Poladovdur. Pərvin: Fuad müəllim, son günlərdə bir neçə müsahibənizi oxumuşam. Tamaşaçılarınıza özünüz haqda lazımi qədər informasiya vermisiz. Ona görə lap əvvəldən başlamayaq. Fuad Poladov: Razıyam, Pərvin xanım! Doğrusu, “necə oldu ki, sənətə gəldiz” və “Dram teatrından niyə get...
ANL
İnsan həyatının mənası onun hansı məqsədə xidmət etməsi ilə müəyyənləşir. Lakin məqsədi insan özümü seçir, yoxsa o, dünyaya müəyyən bir məqsəd üçünmü gəlmişdir (gətirilmişdir)? Əlbəttə, insanın öz istəkləri, məqsədləri, yaradıcılıq planları vardır. O nələrinsə yaradıcısı, müəllifidir. İnsanın həyatı ona potensial olara...
ANL
Uğurlu tərcümə toplusu. Müstəqillik dövründə bədii tərcüməyə tələbatın artması sübuta ehtiyacı olmayan nəsnələrdəndir. Ancaq keyfiyyətli, orijinalın maksimum koloritini verə bilən, ikinci əldə orijinaldakı əsas həyəcan və hisləri oyada bilən tərcüməyə... Məsiağa Məhəmmədinin “Tərcümə çələngi” kitabı bu baxımdan haqqınd...
ANL
Təhsil Nazirliyinin BMT İnkişaf Proqramı ilə əməkdaşlığı müsbət nəticələr verib. BMT İnkişaf Proqramı, Qlobal Fond, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Norveç Qaçqınlar Şurası ilə Azərbaycanın Təhsil Nazirliyi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bugünədək Nazirlik həmin qurumlarla birgə təhsil sahəsi üzrə çoxsa...
ANL
Ömrün yarpaqtökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq etdiyin, təmasda olduğun insanların itkisi necə də ağır olur. Qələm götürüb vida sözü yazmaq ondan da betər olur. Bəkir müəllimlə çərşənbə günü rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutunda iş otağında görüşdük, səmimi söhbət etdik. Təzəcə siqn...
ANL
İstedadlı publisistlərin öz mətnlərini yalnız real faktlar üzərində qurmaları çoxdandır ki, məndə onlara qarşı rəğbət hissi doğurur. Mən özüm öz əsərlərimdə həmişə uydurma “dopinq”lərdən istifadə edirəm. Bu təxminən hündürlüyə tullanma yarışına bənzəyir – yerin cazibə qüvvəsinin öhdəsindən gələ bilmək üçün biri yalnız ...
ANL
Bəli, təəccüblənməyin. Yəqin ki, sizlərdən kimsə Göygölün ayağında qərar tutan Toğanadakı yolayrıcında “KƏLBƏCƏR 80 km.” yazılmış lövhəni görüb. Yol yoldaşlarım–silah-sursat apardığımız üçün silahdaşlarım deyə biləcəyim şəxslər polis işçiləri rəhmətlik Şakir, Nurəddin, sürücümüz Ocaqverdi idilər. Həmin vaxtlar kimin nə...
ANL
Tişə ustası Cəlal Qaryağdı. Azərbaycan heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında onun əvəzsis xidmətləri olub. O, həmçinin Azərbaycan heykəltəraşlıq məktəbinin banilərindən sayılır. Özünün bədii yaradıcılıq fəaliyyəti və çoxsaylı diqqəti cəlb edən yaradıcılıq nümunələri ilə adını Azərbaycan təsviri sənət...
ANL
“Anadolu atəşi” Heydər Əliyev Sarayında çıxış edib. Türkiyənin tanınmış rəqs qrupu “Anadolu atəşi” Bakıda Heydər Əliyev Sarayında çıxış edib. “Troya” əfsanəsini canlandıran rəqqasların üç günlük konsert proramının ilk günü anşlaqla keçib. APA-nın məlumatına görə, “Troya” proqramı ilə çıxış edən “Anadolu atəşi”ni izləyə...
ANL
Sübhün idrak işığında. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən görkəmli mütəfəkkir, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da geniş şəkildə qeyd olunmaqdadır. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrını...
ANL
Qalanların yaddaşında... Esse-portret. Ulu Tanrının, Allahın gözəl adları “Əsmai-hüsna” adlanır. Bu yazımı da ucqar bir dağ rayonunda ömrünü insanların sağlamlığı keşiyində durmağa həsr etmiş bu nəcib peşə sahiblərindən biri – Əli həkimə və onun doğmalarına həsr edirəm. Dünyada uzun ömürlülər diyarı kimi tanınan dağlar...
ANL
“Molla Nəsrəddin” jurnalı və dövri mətbuata münasibət məsələsi. XX əsrin ilk onilliklərində Azərbaycan dövri mətbuatı sahəsində çox mürəkkəb, qarma-qarışıq bir vəziyyət hökm sürürdü. Bu söz xüsusilə millətçi elita mətbuatına aiddir. 1905-1907-ci illərin məlum hadisələrindən sonra elita mətbuatı sahəsində ən çox fəallıq...
ANL
İnnovativ təşəbbüslər qəzetləri xilas edə bilmir. Son dövrlər nəşrə başlayan bəzi qəzetlərdə müəyyən yeniliklərin olunduğunun şahidi olduq. Yüksək dizayn, rəngarəng yazılar, tanınmış imzalar, bir çox maraqlı dairələri və ümumilikdə cəmiyyəti düşündürən, onların diqqətini cəlb edən şərhlər, balanslaşdırılmış mövqe və di...
ANL
Arif Hüseynovun “Azərbaycan nağıli”. Novruz bayramı ərəfəsində Bakı Xətaı Sənət Mərkəzi sənətsevərlərə yaddaqalan sənət töhfəsi hədiyyə etib. Buradakı miniatür sənəti qalereyasında görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynovun “Azərbaycan nağılı” adlı fərdi sərgisi açılıb. Burada onun xalqımızın şifahi ədəbi ya...
ANL
Pianoçular üçün dərslik. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Akademiyanın rektoru SSSR-i Xalq artisti, professor Fərhad Bədəlbəylinin təşkilatçılığı ilə musiqi məktəblərində tədris alan pianoçular üçün dərslik hazırlanıb. Dərsliyi hazırlayanlar professor Fərhad Bədəlbəyli, professor Oqtay Rəcəbov, dosent...
ANL
Azərbaycanlı ifaçı Frankfurtu fəth etdi. Almaniyanın Frankfurt-Mayn şəhərinin Motsart adına Qədim opera konsert salonunda Almaniyanın musiqi kolleclərində, habelə onların xarici ölkələrdəki tərəfdaş universitetlərində təhsil alan və 20 min avroluq mükafat fondu olan nüfuzlu Alman fortepiano mükafatı (Deutscher Pianiste...
ANL
Gülüşündə kədər gəzdirən şair, yaxud. Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, filologiya elmləri namizədi, pedaqoq Sərdar Zeynal öz xarakteri, mənəvi-psixoloji durumu, çoxtərəfli fəaliyyəti, sərlövhəyə çıxartdığım epitetləri ilə fərqlənən şairdir. Onun elmi və bədii yaradıcılıq yolu əlinin v...
ANL
“Alman ictimaiyyəti bizi və digər diaspor təşkilatlarını tam bir Azərbaycan nümayəndəliyi kimi qəbul edir”. SAMİRA PATZER-İSMAİLOVA: “ BU DA ONU GÖSTƏRİR Kİ, DİASPORUMUZ İNKİŞAFDADIR”. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) 4 il bundan öncə yaranıb. Mərkəzin məqsədi Almaniyada fəaliyyət göstərən cəm...
ANL
“Tələbə-məzun dövlət elektron məlumat sistemi” təqdim olunub. Dünən Bakıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, “Tələbə-məzun dövlət elektron məl...
ANL
Qəlbi nurla dolu şair və həkim. PAŞA QƏLBİNURUN 60 İLLİYİNİN İŞIĞINDA. Haqqında söhbət açmaq istədiyim şəxs “iki ürəkli, dörd biləklidir”. Qəhrəmanımın “birinci can”ı – həkim olaraq insanların sağlamlığının keşiyində durmaqdan ibarətdirsə, onun “ikinci can”ı ədəbiyyatımıza xidmət edən – şairlikdir. Bu baxımdan da mən b...
ANL
Şair fərdiyyəti. Türkiyədən Türk Dünyası Yazarlar Birliyinin sədri Yaqub bəy Öməroğlu məşhur türk şairi, “Qardaş Qələmlər” dərgisinin baş redaktoru Əli Ağbaş və ədəbiyyatımızı sevə-sevə təbliğ və tərcümə edən dostumuz şair-nasir İmdad Avşar. Ötən il Anar Türk dünyasında İlin Ədəbiyyat Adamı ödülünə layiq görülmüşdü. O ...
ANL
Dayılarımın ən balacası Şəmildir. Vallah düz sözümdü, Şəmil mənim balaca dayımdır. Onunla aramızda cəmi üçcə yaş fərq var. Babamla nənəmin son birgə yaradıcılıq məhsuludur o. Şəmil Allahın bəlasıdır, amma nənəm onu çox istəyir. Şəmil doğulandan bir il sonra babamı maşıb vurub və Şəmilə dərman almağa gedən kişi evə tabu...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Bir az da tarixdən: “Ənuşirəvani-...
ANL
Əbu Turxanın hikmət dünyası. Yerlərə baxıram bağçalı, bağlı, Göylərə baxıram, qapısı bağlı... Səməd Vurğunun bu məşhur misralarında “göylər” dedikdə, əslində nə nəzərdə tutulur? Axı, Allahı göydə axtarmaq elə yerdə axtarmaq qədər sadəlövh bir təsəvvürdür. Lakin göyün bəlkə başqa, məcazi bir mənası da vardır? Şərq və Qə...
ANL
Ağsuda Aşıq Şakir Günü. USTAD AŞIĞIN 90 İLLİK YUBİLEYİ GENİŞ MƏRASİMLƏ QEYD OLUNUB. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi növbəti dəfə saz-söz həvəskarlarını Ağsu rayonunda bir araya topladı. Soyuq, çiskinli hava, dumana qərq olmuş Ağsu dolayları qonaqların vaxtında məkana...
ANL
Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər. MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR. Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağıza...
ANL
Məcid Məcidinin filmləri və ya əqidənin təntənəsi. Məcid Məcidi 1959-cu ildə doğulub Tehran Universitetinin incəsənət fakültəsini bitirib. 1980-ci ildən aktyor kimi fəaliyyətə başlayan, rejissor kimi çəkdiyi “Partlayış”, “İmtahan günü”, “Sonuncu kənd” və sair filmlərindən sonra öz ssenarisi üzrə 1996-cı ildə ərsəyə gət...
ANL
M.Füzuli demişkən, dərd çoxdur. Yazmalı dərdlər lap çoxdur. Deyən dərd əlindən kefə düşübsüz. Dərdin çoxluğu tək-tək dünyaya gələn insanların çoxluğudur. İnsan dünyanın dərdinə-sərinə yarıyır. İnsan dərddən macal tapmaz: – Dərdini quzu tək qırpıb gedəsən. Bu mizan-tərəzi mən daşı çəkməz. Özünü daşlara çırpıb gedəsən. Q...
ANL
Amma Aqillə bağlı ürək sözlərini demək, haqqında yazmaq üçün bir il gözləməyə nə hacət? Aqil elə adamdı ki, ən az görüb tanıyan kəs də onun barəsində məmnunluqla, ağızdolusu danışa bilər. Bütün sözlərin, müşahidələrin cəmini, toplusunu bir yerə yığıb, ən müxtəlif məqamlarda – kədərin adamın cızdağını çıxardığı, sevinci...
ANL
Türkçülük ideologiyasının tarixində çox böyük rol oynamış Türk Ocaqlarının 100 yaşı tamam oldu. Və bu möhtəşəm yubileyin ilk məclisləri Bakıda keçirildi. Baş bakan yardımçısı Bəkir Bozdağın başçılığı ilə böyük bir nümayəndə heyətinin iştirak etdiyi bu məclislərdə çox şeylərdən danışdıq. Mən bir daha gördüm ki, türklər ...
ANL
Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması təhsildə vacib sahələr kimi. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sahələrinin prioriteti Təhsil Nazirliyinin strategiyasını müəyyənləşdirmək, dövlət təhsil siyasətinin və prioritetlərinin formalaşdırılması üzrə təkliflər hazırlamaq, təhsil s...
ANL
Dünyanın hər guşəsindən görünən insan. Şahı-Zində haqqında əfsanə. Məhəmməd peyğəmbərin əmisi oğlu Qasim ibn-Abbas Məkkə hakimi olanda kiçik bir orduyla Səmərqəndə gəlir. Bir dəfə qoşun namaz qılarkən Pənckənd dağından bütpərəstlər hücum edir, onun qoşununu qır-tök edir.. güya Qasim ibn Abbas da oxla qətlə yetirilir. B...
ANL
“Molla Nəsrəddin” jurnalı və dövri mətbuata münasibət məsələsi. Düşməni dostundan çox olan mühərrirlər. Mətbuatın qərəzsizliyi prinsipinə sadiq qalan “Molla Nəsrəddin” həqiqətin söylənildiyi məqamda istənilən mətbu orqanın tərəfini saxlayıb. Bu fikrin təsdiqi üçün belə bir fakta diqqət yetirək. Lakin heç bir qəzet və j...
ANL
“Bamsı Beyrək” boyunda gülüş kultu və obrazın ikiləşməsi. Doğuluş simvolu olan, magik mahiyyət daşıyan gülüş folklorda kult səviyyəsinə qaldırılır və bu kultun izləri “Dədə Qorqud” eposunda da özünü göstərir. Təsadüfi deyil ki,Qorqud Ata kimi bir övliya eposun “Bamsı Beyrək” boyunda müəyyən qədər komik biçimdə təqdim e...
ANL
Ana dilimizin fədakar təəssübkeşi – professor Qara Məşədiyev. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, Milli Məclis yanında Toponimiya komissiyasının üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyev uzun illərdir Azərbaycan dilinin keşiyində dayana...
ANL
Cəfər Cabbarlının həyatı və mühiti yeni təfəkkür işığında. ASİF RÜSTƏMLİNİN BÖYÜK DRAMATURQA HƏSR OLUNMUŞ MONOQRAFİYASI HAQQINDA QEYDLƏR. Azərbaycan ədəbiyyatının, xüsusən dramaturgiyasının ən görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlı qısa ömür sürsə də, dövrünün ən qüdrətli qələm sahibi kimi xatirələrdə qalmışdır...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Teatro və ədəbiyyatımızda şayani-...
ANL
Səhər yuxusunun şirin vədəsində sol böyrünə, elə bil, xəncər soxdular. Diksinib ayıldığında, gözləri hələ yarıyumuluykən kiminsə cod səsi yuxunun axırıncı vaqelərinin içindən Fərhad Qürublunun qulağına yavaşdan, amma təkidlə pıçıldadı ki, tez ol, dur ayağa, get yazı masasının üstündən Səvvab Təbrizinin iki gün əvvəl ox...
ANL
Nəzərə alsaq ki, indi 2012-ci ildi ( hər dəfə bu sözləri yazanda kompüter sarsaqladı və eyni şeyi düz üç dəfə yazmalı oldum, bu da o demək idi ki, yazı çətin gedəcək,baxaq görək) incəsənət dünyasında bu gün üçün nadir sənətlərdən biri olan bədii qiraət- səhnə danışığı sənətinin bizim ölkəmizdə tanınmış nümayəndələrində...
ANL
“Ölümlərin ucuz vaxtı”nın qiymətli poeziyası. ƏJDƏR OLUN “YAŞA” ŞEİRLƏR KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. Təyyarədə Naxçıvana uçuram. Uçuşun nə vaxt bitdiyini bilməmişəm. Elə bil ovsun içindəyəm. Əjdərin “ağır qranit sinə daşının altında qiyamət günü də ayağa qalxmağa gücü çatmayacaq” Namiq Abdullayevin həyatını anladan şede...
ANL
“Bamsı Beyrək” boyunda gülüş kultu və obrazın ikiləşməsi. Folklorda, o cümlədən qəhrəmanlıq eposunda gücün bir göstəricisi vuran qoldursa, bir göstəricisi də ağıldır, kələkdir. “Dədə Qorqud” eposunda ağılın ən böyük təmsilçisi Qorqud Ata olduğuna görə yumoristik kələkbazlığı bu obrazda da axtarmalı oluruq. Məsələn, baş...
ANL
“Ümumdünya tarixi” üçcildliyi. TELMAN ORUCOV: “BU ÜÇCİLDLİK GENİŞ MÜTALİƏ VƏ AXTARIŞLARIN NƏTİCƏSİ OLARAQ ÜZƏ ÇIXIB”. Bu günlərdə ictimai xadim Telman Orucovun “Ümumdünya tarixi” adlı kitabı işıq üzü görüb. Xatırladaq ki, son illər T.Orucov mətbuatda tirixi, fəlsəfi və siyasi mövzularda iri həcmli məqalələrlə çıxış edi...
ANL
Örnək jurnalist, əvəzsiz baş redaktor, əsl mətbuat fədaisi. Amma Allahın məsləhət bildiyi ömür bitmişdi. Hər gün yorulmadan yeni bir yazı üzərində işləyən Məmməd müəllim əbədi dünyaya, hamıdan çox sevbdiyi anasının yanına getmək üçün yola çıxmışdı. Bu qədər yorğunluqdan sonra ana qucağı çəkmişdi onu, ana dizlərinə başı...
ANL
Gülşən Kəngərli: “Füzuli – mənim taleyimdir, onun sehrindən xilas olmaq müşküldür”. Müsahibimiz – füzulişünas alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbiyyat və Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli 1970-ci ildə Naxçıvanın Şərur bö...
ANL
Bir daha Mirzə Fətəli Axundovun dəfni haqqında. Böyük müasirinin toxunduğu məsələlərin hamısından “qan iyi” gəldiyinə diqqət çəkən Mirzə Cəlil həm Firudin bəy Köçərlinin, həm də özünün Mirzə Fətəlinin dəfni ilə bağlı mülahizələrini şübhə altına alan aşağıdakı sətirləri yazmağa da tərəddüd etməmişdi: “Aşkardır ki, Mirzə...
ANL
“Təhsil sahəsində islahatlar inqilabi yox,təkamül yolu ilə həyata keçirilməlidir”. Pərvinin həmsöhbəti təhsil naziriMisir Mərdanovdur. Artıq bir neçə həftədir “525-ci qəzet”in şənbə saylarında təhsil naziri Misir Mərdanovla söhbətimiz oxuculara təqdim edilir. Bu söhbətlərin hər birində nazirin təkcə təhsillə yox, həm d...
ANL
Fuad Ələsgərov: “Eurovision” ərəfəsində təhlükəsizliyin təmini hər bir vətəndaşın məsuliyyətidir”. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun Trend-ə müsahibəsi. 2011-ci il aprelin 2-də zorakılıqla müşayiət olunan mitinqdən sonra onun təşkila...
ANL
“Soyuq röya”nın verdiyi hərarət. Bu yazını fikrimdən bilgisayara keçirməyə hazırlaşırdım ki, Bakıdan Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu və “Kardeş kalemler” dərgisinin genel yayın yönətməni Əli Ağbaşla birlikdə İmdad Avşarın Azərbaycan Yazıçılar Birliyinin B.Vahabzadə adına uluslararası mükafatına layi...
ANL
Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” adlı şeirlər və poemalar kitabı işıq üzü görüb. Kitaba şairin son illərdə yazdığı və indiyədək çap olunmamış şeirləri, poemaları daxil edilib. Kitaba “Şair fərdiyyəti” başlıqlı ön söz yazmış mərhum akademik Bəkir Nəbiyev Fikrət Qocanın “özünə bənzəyən şair” olduğu fikrini...
ANL
“Tərcüman” qəzeti: türk dünyasının mətbuat və ictimai fikir tarixində yeni mərhələ. Tarixin və taleyin hökmü ilə pərən-pərən düşmüş türk xalqları XIX əsrdə çar Rusiyasının ruslaşdırma, “parçala, hökm sür” kimi mənfur siyasəti nəticəsində tənəzzül edir, ətalət və cəhalət bataqlığında boğulurdu. Dar düşüncəli mövhumatçıl...
ANL
Güllələnmiş körpə gülüşlərinin poeziyası... Azərbaycanın işğal olunmuş ayrı-ayrı rayonları barədə mətbuatda, eləcə də “Qarabağa aparan yol” qəzetinin səhifələrində bir çox məqalələr yazmışam. Çünki Şuşanın əzəməti, görünüşündəki Tanrı qüdrətinin qeyri-adiliyi məni həmişə susdurub. Qorxmuşam ki, zəif ifadələrim, bəsit f...
ANL
Azərbaycan jurnalistlərinin ağsaqqalı Şirməmməd Hüseynovun belə bir sözü var: “Böyük şəxsiyyətlərdən yazmaq üçün öncə özün şəxsiyyət olasan gərək”. Bu gün ədəbiyyatşünaslığa, mətbuatşünaslığa dair faydalı və məhsuldar araşdırmaları ilə tanınan Alxan Bayramoğlunun böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirə müraciət etm...
ANL
Gülşən Lətif: “Artıq Niderlandda Azərbaycan tanınır, maraqla qarşılanır”. MÜSAHİBİMİZ “ANA VƏTƏN” AVROPA AZƏRBAYCANLI QADINLAR BİRLİYİNİN SƏDRİ, AZƏRBAYCANIN ƏMƏKDAR MƏDƏNİYYƏT XADİMİ GÜLŞƏN LƏTİFDİR. – Gülşən xanım, siz mədəniyyətimizin inkişafında diasporun rolunu necə qiymətləndirirsiniz? – Diasporumuz ölkəmizi təms...
ANL
Bakıda dekorativ-tətbiqi sənət nümunələrinin beynəlxalq satış-sərgisi açılıb. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Azərbaycan xalçaçıları” İctimai Birliyinin təşəbbüsü, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə dekorativ-tətbiqi sənət nümunələrinin beynəlxal...
ANL
10 yaşlı yubilyarın sənət töhfələri. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi yaxınlaşdıqca bu qocaman təhsil ocağının fakultə və kafedraları arasında sanki elan olunmamış bir yarış başlanıb. Axı,onların hər birinin yaranma tarixi, keçdiyi yollarda üzləşdiyi çətinliklər, başlıcası isə...
ANL
Vaqif Sultanlının “İnsan dənizi” romanı Böyük Britaniyada. Ədəbiyyatşünas və yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanı Böyük Britaniyada ingilis dilində nəşr olunub. Azərbaycan ədəbiyyatının təbliğində növbəti bir addım olan roman Michael Brannokun redaktəsində oxuculara təqdim edilib. Realist və şərti-metaforik ü...
ANL
“Tərcüman” qəzeti: türk dünyasının mətbuat və ictimai fikir tarixində yeni mərhələ. Şəxsi həyatı və yaradıcılığı, bütün ruhu ilə Azərbaycana bağlı olan “möhtərəm ata” (Şəfiqə xanım Əfəndizadə), “sevimli pədər” (Əliabbas Müznib) İ.Qaspiralı dəfələrlə Qafqaza – Bakı, Tiflis, Naxçıvan, Şəki, Şamaxıya... səyahət etmiş, azə...
ANL
XXI əsr Azərbaycan teatrı mədəniyyətlərarası dialoq məkanında. XX əsrin sonu Azərbaycan teatrları üçün həbsxanadan yenicə buraxılmış insan taleyinə bənzəyən bir vəziyyəti özündə ehtiva edirdi. Halbuki, Azərbaycan teatrları XIX əsrin ikinci yarısında istər Tiflisdə, istər Azərbaycanda, istərsə də İrəvanda azad düşüncə s...
ANL
Peyğəmbərin alim ada. Təkrarən oxudum, yenə sirr açılmadı, gizli qaldı. Və yenə inadımdan dönmədim, dönə-dönə oxuyub, axırda bu nəhəng kitabı əzbərlədim, amma əvvəlki kimi heç nə anlaya bilmədim. Axırda məyus olub öz-özümə pıçıldadım: bu kitab dərkolunmazdır. Bir dəfə bazarda cildçinin bir kitabı bərkdən təriflədiyini ...
ANL
Vətənpərvərlik dolu “Dolu”. Ötən əsrin 70-ci illərində yaradıcılığa başlayan Aqil Abbas sonralar ədəbiyyat xəzinəmizi “Evləri köndələn yar”, “Ən xoşbəxt adam”, “Batmanqılınc”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Saçın ucun hörməzlər”, “Qiyamət gecəsi”, “Qarda açan qan çiçəyi” kimi bir birindən gözəl, oxunaqlı, ə...
ANL
Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, Xalq artisti Sara Qədimovanın 90 illik yubileyi keçirilib. Tədbiri əməkdar incəsənət xadimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev açaraq Sara Qədimovanın həyat və yaradıcılığından danışıb: “Sara Qədimovanın adı musiqi tariximizə qızıl hərflərlə yazılıb. O,...
ANL
“İrfan” jurnalının növbəti sayı nəşr edilib. “İrfan” ictimai fikir jurnalının növbəti sayı çapdan çıxıb. Jurnalın “İrfani baxış” adlı bölümündə yer alan “Bir ovuc insan” başlıqlı məqalədə Nurlan Məmmədzadə kamil insanın cəmiyyətdəki mövqeyindən və əhəmiyyətindən bəhs edib. Elşən Rzayevin qələmə aldığı “Bəşəriyyətin ümu...
ANL
“Tərcüman” qəzeti: türk dünyasının mətbuat və ictimai fikir tarixində yeni mərhələ. (Əvvəli ötən saylarımızda). İ.Qaspiralı Rusiya imperiyasındakı türk xalqlarının tarix, din, dil, adət-ənənə birliyini nəzərə alaraq onların daha da yaxınlaşması, əqidə, məslək baxımından birləşməsi, tərəqqi etməsi üçün ortaq ədəbi dil f...
ANL
Səni axtarırıq... ADMİU-nun professoru, Əməkdar incəsənət xadimi Tariyel Vəliyevin əziz xatirəsinə. Gözlərim önündəsən. Ağlı-qaralı saçlarınla, dodaqlarından heç vaxt əskik olmayan təbəssümünlə, mülayimliyinlə, mehribanlığınla, səmimiyyətinlə... Səni gənclik illərindən tanıyırdım. Bir vaxt Azərbaycan Dövlət Televiziya ...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Siyasi intriqalar. Bu fəqərə alma...
ANL
Yazıçı-publisist Novruz Nəcəfoğlunun povest və hekayələr kitabı Türkiyə türkcəsində işıq üzü görüb. Ankaranın “Bengü” nəşrlər evinin yayımladığı kitabın tərtibçisi tanınmış Türkiyə yazarı İmdat Avşardır. Onun kitaba yazdığı ön sözü təqdim edirik. Qarşımdakı bu kitab qardaş Azərbaycanın tanınmış dövlət adamlarından biri...
ANL
Şair Ağa Laçınlının yeni işıq üzü görmüş əsərlər toplusunun təqdimatı olub. Keçdiyimiz günlərdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda unudulmaz şair, dəyərli alim və pedaqoq Ağa Laçınlının yaradıcılığını geniş əks etdirən əsərlər toplusunun təqdimat mərasimi keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyin...
ANL