text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Panteleymon Juze – Azərbaycan tarixinin ərəb tədqiqatçısı. XX yüzilliyin əvvəllərindəki Azərbaycan elmi özünün beynəlmiləl səciyyəsi ilə seçilir. Ölkəmizdə elmin müxtəlif sahələrinin yaradılmasında və inkişafında digər millətlərə mənsub olan, lakin talelərini könüllü şəkildə Azərbaycana bağlayan elm adamlarının xidmətl... | ANL |
Anti-İslam təbliğatı və ya faciəli geriyə doğru irəliyə çağırış. Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli mömin dostlara. XXI əsrin başlanğıcından İslam əleyhinə təbliğat xeyli güclənmişdir. Ayrı-ayrı ölkələrdə baş verən terror hadisələrindən sonra gündəlikdən çıxmayan müsəlman ekstremizmi barədə iddialar, söhbətl... | ANL |
Keçən əsrin ibtidasında Mirzə Ələkbər Sabir yazırdı: Dindirir əsr bizi, dinməyiriz, Açılan toplara diksinməyiriz. Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ aftomobil minməyiriz... Bu misraların yazıldığı günlərdən yüz il keçib. Bakı dünyada ən çox əcnəbi avtomobillər olan şəhərlərdəndir indi. Hava balonları çoxdan sırada... | ANL |
Azərbaycan və dünya mədəniyyətində Firəngiz Əlizadə fenomeni. Hər bir insanın həyat yolu müəyyən mərhələlərdən ibarət olur. Arxaya dönüb baxanda bu yolda olan məşəqqətli günləri, uğurları, sevincləri, axtarışları görürsən. Görürsən və istər-istəməz özünə sual verirsən ki, daha nələr etmək olar, daha nələrə nail olmaq, ... | ANL |
“Öz millətin haqda nalayiq bir fikir oxuyur,ya eşidirsənsə, başını atıb rahat yata bilməzsən”. Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur. Artıq bir neçə həftədir “525-ci qəzet”in şənbə saylarında təhsil naziri Misir Mərdanovla söhbətimiz oxuculara təqdim edilir. Bu söhbətlərin hər birində nazirin təkcə təhsil... | ANL |
Əyyub Quliyevin dirijorluğu ilə “İspan simfonik obrazları” uğurlu alınıb. Mayın 4-də və 5-də Yessentuki şəhərinin F.Şalyapin adına Konsert zalında və A.Skryabin adına “Qafqaz Mineral Suları” Dövlət Filarmoniyasının Böyük zalında beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijo... | ANL |
“Yada düşdü” jurnalının daha bir sayı çapdan çıxıb. “Yada düşdü” ədəbi-bədii jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın ilk səhifəsində Cəmil Əlibəyovun “İnsanla yaşayır hər zaman insan” başlıqlı məqaləsi yer alıb. Məqalə görkəmli nasir İsa Hüseynova həsr olunub. Jurnalın “Qəlbimizə yazılan şeirlər” başlıqlı səhi... | ANL |
Musa Yaqubun yeni kitabı işıq üzü görüb. “DÖVRÜN DƏYİRMANI” ADLANAN KİTAB ŞAİRİN 75 İLLİYİ MÜNASİBƏTİLƏ NƏŞR OLUNUB. Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb. “Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəml... | ANL |
Pərvinin “Qar yağacaq” kitabı üçün İmza günü keçirilib. Aprelin 29-da “N.Nərimanov” metro stansiyasının yaxınlığındakı “Metro Park” Ticarət Mərkəzinin üçüncü mərtəbəsində yerləşən “Əli və Nino” kitab evində gənc yazar Pərvinin “Qar yağacaq” kitabının İmza günü olub. İmza gününə daha çox gənclər və kitabsevərlər toplaşı... | ANL |
Məşhur tarzən Azərbaycan musiqi sənətində mühüm yeri olan virtuoz ifaçılardan biridir. XX əsrin 60-cı illərində təməli qoyulmuş müasir tar ifaçılığı məktəbinin yaranması və təşəkkülü onun adı ilə bağlıdır. Hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın mahir ifaçısı, milli muğamlar... | ANL |
ADMİU-da VI Beynəlxalq konfrans keçirilib. Hər bir ali təhsil ocağının həyatında elmi-praktik konfransların əhəmiyyəti danılmazdır. Yetər ki, belə tədbirlər mövcud ehtiyacdan doğsun, qarşıda duran problemin həllinə yönəlsin, quru, boğazdan yuxarı sözlər yığınağı yox, elmin, təhsilin inkişafına xidmət etmiş olsun. Azərb... | ANL |
Füzulini niyə sevmədim. Şeirə münasibətdə həmişə olduğu kimi insanlar iki yerə bölünüb. Gözəl şeiri görən anda tanıyan, bir də bu cür mətnləri söz yığını hesab eləyənlər. “Niyə belədir” sualını verməyin indi yeri var məncə. Amma zövq müxtəlifliyini mübahisə, müzakirə müstəvisinə gətirməzdən öncə, belə bir önəmli faktı ... | ANL |
Qərbdə “Şərq ab-hava”sı yaradan şərqşünas. QORQUDŞÜNASLIĞIN YARADICISI HAYNRİX FRİDRİX FON DİTSİN 200 İLLİYİNƏ. “Kitabi-Dədə Qorqud” eposunun Azərbaycan ədəbi-estetik düşüncəsinin inkişafında mühüm və əlahiddə yeri var. Bu, onunla bağlıdır ki, “Qorqud” eposu bir tərəfdən milli ədəbi-bədii yaradıcılığın konkret bir mərh... | ANL |
Mövlanadan Mövlanaya Şəms yolu. ZƏLİMXAN YAQUBUN “MÖVLANA” POEMASI HAQQINDA DÜŞÜNCƏLƏR. Mövlanaya doğru. “Duymaq üçün könüllərin dərdini, İnildəyən neydə səni gəzirdim.”. Şərqin iki böyük dahisi: Mövlana və Şəms. Adları bizim üçün nə qədər tanış və hətta doğma görünsə də, düşüncələrinə çox az bələd olduğumuz bu mütəfək... | ANL |
Xameneyidən sonra. Ayətullah Xameneyidən sonra İranın ali dini rəhbəri kim olacaq? Son illər istər İranın daxilində, istərsə də bu ölkənin siyasi həyatı ilə maraqlanan xarici ekspertlər arasında müzakirə olunan məsələlərdən biri də budur. Bu da səbəbsiz deyil və ilk növbədə, İslam İnqilabının 73 yaşlı rəhbərinin səhhət... | ANL |
Həyatın hər cürə keşməkeşi, ömrün ağrı-acısı insanın tale yoldaşı olur. Və bu taleyində o nələr görmür, nələr yaşamır. İnsan var ki, həyatını, taleyini bir məqsədə, bir amala bağlayır və tutduğu bu yoldan kənara çıxmır. Və beləcə həyat yollarında müxtəlif istiqamətlərə yön alır –bəzən qalib gəlir, bəzən də məğlub olur.... | ANL |
Astaranın inkişafı, qazanılan uğurlar, bu günün reallığıdır. Astara respublikamızın dilbər guşəsində, cənub nöqtəsində yerləşir. Xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyev Astaraya səfərlərindən birində demişdir: “Astara müstəqil Azərbaycanın cənubunda qapısıdır, Azərbaycanın dayaq nöqtəsidir. Azərbaycanın süt... | ANL |
“Bizim elə gücümüz var ki, Xocalı soyqırımını Knessetdə nəinki müzakirəyə çıxara, hətta tanıda da bilərik”. AZƏRBAYCAN-İSRAİL BEYNƏLXALQ ASSOSİASİYASININ (AZİZ) BAŞ DİREKTORU LEV SPIVAKIN APA-nın YAXIN ŞƏRQƏ EZAM OLUNMUŞ XÜSUSİ MÜXBİRİNƏ MÜSAHİBƏSİ. – İsrail-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsini necə qiymətlə... | ANL |
Onu tələbəlik illərindən tanıyıram. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə təzəcə qəbul olunmuşdu. Mən artıq həmin vaxtlar universiteti bitirmək üzrəydim, filologiya fakültəsinin IV kursunda oxuyurdum. Şeirlərim dövri mətbuatda dərc olunur, efirdə səslənir, televiziyanın ədəbi-bədii məzmunlu veriliş... | ANL |
Çingiz Hüseynovun “Fətəli fəthi“ romanının yeni nəşri Moskvada təqdim olunub. Aprelin 27-də Moskvadakı Millətlər Evinin böyük zalında məhşur yazıçı, ədəbiyyatşünas alim, Rusiya Yazıçılar Birliyinin üzvü, professor Çingiz Hüseynovun “Fətəli fəthi” romanının yeni nəşrinin təqdimat mərasimi keçirilib. Tədbir Moskvada fəal... | ANL |
İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb. İstanbuldakı Beyoğlu bələdiyyəsinin sənət qalereyasında azərbaycanlı rəssam Timur Taştekinin yağlı boya rəsmlərindən ibarət sərgisi açılıb. APA-nın Türkiyə müxbirinin məlumatına görə, sərgidə Belçikada yaşayan türk rəssamı Sevim Ünalın da yağlı boya tabloları nümayiş etd... | ANL |
Muğam: klassik poeziya və irfan fəlsəfəsi ilə vəhdətdə. Muğam - musiqi janrı mədəniyyətimizin ən önəmli tərkib hissələrindən biridir. Xalqımız yüz illərdir ki, bu musiqini qoruyub, sonrakı nəsillərə ötürüb və inkişaf etdirib. Sevindirici haldır ki, xalqımız və dövlətimiz tərəfindən bu gün də muğama böyük önəm verilir v... | ANL |
"Qafqaz evi", əlbəttə, daha çox siyasətçilərin işlətdiyi bir ifadədir və bu ifadəni tez-tez işlədən siyasətçilərin heç də hamısına inanmaq olmur. İnanmaq olmur ki, dilindən "Qafqaz evi" ifadəsi düşməyən siyasət adamlarının hər biri ev tikməklə məşğuldur, ev yıxmaqla yox. Beynəlxalq təşkilatlar qarşısında xal yığmaqdan ... | ANL |
Onun bütün həyatını qarışdıran həmin gün yolu universitetə düşmüşdü, bir nəfər tələbəni tapşırıb geri dönürdü. Nədənsə yalnız bir tayı açılmış qapıdan çıxmaq istərkən yerindəcə mıxlanıb durdu. Qapının düz ortasında qaragöz, ağbəniz, ucaboy, incəbel bir qızla üz-üzə dayanmışdı. Qızın gözəllik aurası onu necə öz təsir da... | ANL |
"Türkdilli xalqların regional bir dilə ehtiyacı var". Müsahibimiz millət vəkili,professor Jalə Əliyevadır. - Jalə xanım, bu günlərdə Türkiyədə keçirilən birinci beynəlxalq türkoloji toplantıdan qayıtmısınız.... - Türkoloji toplantında 46 ölkədən türk dili və ədəbiyyatı müəllimləri iştirak edirdi. Ümumilikdə toplantıda ... | ANL |
Kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziyanın cəmiyyətin həyatında böyük önəm daşıdığı danılmazdır. Bütün dünyanı birləşdirən internetin yaranmasına rəğmən, TV proqramları və verilişləri hələ də insanların diqqətini cəlb edir, onları düşündürür və müzakirələrə səbəb olur. Ölkəmizdə baş verən Qarabağ müna... | ANL |
Rejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında filmləri Təhsil Nazirliyində nümayiş etdirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı dünən Təhsil Nazirliyində rejissor Vaqif Mustafayevin mərhum prezident haqqında çəkdiyi filmlərin nümayişi keçirilib. Tədbirdə çıxış edən təhsil na... | ANL |
Mayın 1-də görkəmli nasir və şair Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. M.S.Ordubadinin xatirə muzeyinin əməkdaşları, yaxın qohumları və ictimaiyyət nümayəndələri əvvəlcə yazıçının Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Sonra tədbir yazıçının xatirə muzeyində ... | ANL |
Türkü türkə tanıdan Türkoloq. Tofiq müəllimi şəxsən, yaxud mavi ekranlarda görüb tanımayanlara deyək ki, onun yaraşıqlı uca boy-buxunu, gümrah yerişi var. Klassik yunan profili sifətinin dərinliyində gizlənən gözlərindəki nüfuzedici cazibəni, çöhrəsindəki isti işığı, həmsöhbətini öz orbitinə çəkən səmimi auranı nə tökü... | ANL |
“Qəzet bolluğu heç kimə jurnalistikanı gözdən salmaq haqqı vermir”. Azərbaycan jurnalistikasının dəyərli nümayəndələrindən biri olan, bu sahədə usta qələm sahibi kimi tanınan İlyas Adıgözəlli 1938-ci ildə Borçalı mahalının Sadaxlı elində dünyaya gəlib. Orta məktəbi Sadaxlıda bitirib. 1962-ci ilin sonlarından bu günədək... | ANL |
VERGİLƏR NAZİRLİYİNİN OPERATİV NƏZARƏT İDARƏSİNİN RƏİSİ İLHAM ƏMİRƏLİYEV: “NAĞDSIZ ÖDƏNİŞLƏRİN HƏCMİNİN YÜKSƏLDİLMƏSİ VERGİLƏR NAZİRLİYİNİN DİQQƏT MƏRKƏZİNDƏDİR”. Müsahibimiz Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi İlham Əmirəliyevdir. – Nağdsız ödənişlərin stimullaşdırılması sahəsində ölkədə hansı tədb... | ANL |
Bənövşələrin şairi və ya güzgüdəki ADAM. Dünən səndən ötrü qalxıb, ərinmədən Ren çayının sahilinə qədər getdim, bəyəndinmi? Sabah-sabah nə Kölnün qurşun rəngli səmasını vecimə aldım, nə də hər dəfə sifətimə dəyəndə mənə Bakını xatırladan rüzgarına...Yorğun və halsız addımlarımda sənin şeirlərinin ağırlığı və gözlərimdə... | ANL |
BSU-da “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Dünən Bakı Slavyan Universitetində AMEA-nın Humanitar və İctimai elmlər bölməsi və BSU-nun birgə təşkilatçılığı ilə “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda III Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Ümummil... | ANL |
Gövhər Baxşəliyevanın “Məqalələr, məruzələr, müsahibələr...” iki cildliyi işıq üzü görüb. AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyevanın “Məqalələr, məruzələr, müsahibələr...” adlı iki cildlik kitabı bu günlərdə işıq üzü görüb. Redaktoru akademik Vasim Məmmədəliyev olan bu iki ... | ANL |
Nizami Gəncəvinin 870 illiyi BDU-nun filologiya fakültəsində qeyd olunub. Ötən gün Bakı Dövlət Universitetinin Filologiya fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbiri fakültənin dekanı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasın... | ANL |
5 yaşlı rəssamın sərgisi açılıb. Mayın 2-də “LN art centre” incəsənət mərkəzində 5 yaşlı azərbaycanlı rəssam Zəhra Aslanlının sərgisi təşkil olunub. Sərgi üç gün davam edəcək. Balaca rəssamın rəsm əsərləri, qrafika və dekorativ-tətbiqi sənət işləri böyük heyranlıqla qarşılanıb. Qeyd edək ki, Z.Aslanlı bu yaxınlarda, ad... | ANL |
Müharibə kabusu və Rasizadələr. İkinci Dünya müharibəsi illərində bütün SSRİ xalqlarının nümayəndələri kimi Azərbaycan oğul və qızları da ölkənin müdafiəsinə qalxdılar. O illərdə qələbənin təmin edilməsində Azərbaycan oğul və qızları ilə yanaşı Bakı nefti də mühüm rol oynadı. Elə bir azərbaycanlı ailəsi tapmaq çətindir... | ANL |
“Klassik Azərbaycan jurnalistikasından imtina etmək olmaz, əksinə, ona daha sıx bağlanmalıyıq”. PROFESSOR ŞAMİL VƏLİYEV: “HƏQİQƏTƏN JURNALİST OLMAQ İSTƏYƏN, ÖZÜNÜ JURNALİSTİKADA GÖRƏN, JURNALİST KİMİ YAŞAMAQ İSTƏYƏN TƏLƏBƏLƏRİN SEÇİMİ BİZƏ UĞUR GƏTİRƏ BİLƏR”. 2006-cı ildən Mətbuat tarixi kafedrasının professorudur. 198... | ANL |
Müsahibimiz Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyevdir. –Bəxtiyar müəllim, bu günlərdə ölkə prezidentinin orta məktəblərin buraxılış imtahanlarının aparılmasının Təhsil Nazirliyindən alınaraq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) səlahiyyətlərinə aid edilməsi ilə bağlı məlum... | ANL |
Müsahibimiz Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovdur. – Ziyafət müəllim, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasserin “Eurovision”nu boykot çağırışını necə dəyərləndirirsiniz? Nəzərə alaq ki, bu çağırışı Avropanın nüfuzlu dövlətinin və qurumlarından biri... | ANL |
Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” kitabının təqdimatı olub. “BU ÜÇ CİLDLİK FUNDAMENTAL TƏDQİQAT ƏSƏRİ TƏHSİL TARİXİMİZLƏ BAĞLI ELMİ ARAŞDIRMALARIN UĞURLU NƏTİCƏSİ VƏ BU SAHƏDƏ MÜHÜM NAİLİYYƏT KİMİ QƏBUL EDİLMƏLİDİR”. Dünən Bakıda təhsil naziri, professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” kitabının t... | ANL |
Cənnət çiçəyi. Firuz Mustafanın “Cənnət çiçəyi” adlı çoxqatlı və gərgin süjetə malik yenı əsərinin qəhrəmanı Cavad Əmirxanlı vicdanlı insan və istedadlı bir alim kimi ətrafında baş verən haqsızlıqlarla razılaşa bilmir, gərgin psixi sarsıntılar keçirir və nəticədə üzləşdiyi real situasiyadan baş çıxara biməyərək virtual... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Zemstvo sözü yer sözündən gəlir v... | ANL |
Əhməd Ağaoğlu: Malta sürgünü. Ən başlıcası isə hisslərini, həyəcanlarını, bəzən içini saran narahatlıq (şəxsi və ictimai planda) və qorxunu, bəzən müvəqqəti xarakterli ruh düşkünlüyünü də övladlarından gizlətmirdi. Oğul və qızları ailə ocağından uzaq düşmüş atalarının onları nə qədər sevdiyini ehtiraslı, həyəcanlı sözl... | ANL |
ORALARDA KİMLƏR VAR: SƏHİFƏNİN QONAĞI RAMİZ ORSƏR. Aprel ayının 19-da unudulmaz tənqidçi,siyasi xadim və türkoloq Aydın Məmmədovun ölümünün ildönümü idi. Bu nədənlə Azərbaycan Tərcümə Mərkəzində onun anılması saatları yaşandı. Mərkəzin sədri, yazar Afaq Məsud, mərkəzin əməkdaşları şair Zakir Fəxri,yazar Saday Budaqlı, ... | ANL |
Qan qohumları arasında evlilik. Məşhur Amerikalı antropoloq, professor Robin Foksun apardığı araşdırmaya görə, bəşəriyyət tarixində ailələrin təxminən 80 faizini qan qohumları arasında bağlanan izdivaclar gəlişdirmişdir. İzahı belə verilir ki, planetimizdə bəşər yayılışının əsasında duran insan varlıqlarının ilkin artı... | ANL |
İstər iqtisadi, istərsə də sosial, mədəni sahədə dinamik inkişaf edən respublikamızda artıq “mərkəz-əyalət” fərqləri az qala hər gün aradan qalxmaqdadır. Ancaq etiraf edək ki, bölgələrimizdə yaşayıb-yaradan qələm əhli onlara yuxarıdan aşağı baxan “mərkəzdə” yaşayan bəziləri tərəfindən hələ də “əyalət adamı” yarlığı ilə... | ANL |
XARİCİ ƏDƏBİYYATI ÇOX ŞİŞİRTMƏYİN, ONLAR BİZDƏN YUXARI OLDUQLARINI SANDIĞINIZ QƏDƏR DƏ BİZDƏN AŞAĞIDIRLAR. Kamalın əsərlərinin “Nobel”ə təqdim olumağıyla çağdaş Azərbaycan ədəbiyyatı ədəbiyyat sahəsində ən böyük tribunadan “Mən də varam” deyir. Çox arzu edərdim, Kamal o mükafata tez qalib gəlsin, ancaq bunun baş verəcə... | ANL |
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşa şəhərinin işğalının 20 ili ilə əlaqədar “Şuşa səsləyir” adlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd ictimaiyyəti işğaldan əvvəl muzeyin Şuşa filialından fədakarlıqla xilas olunan eksponatlarla tanış etmə... | ANL |
Səlahəddin Xəlilovun hikmət dünyası. Yazı masamın üstündə təxminən eyni zaman kəsiyində çap olunmuş, eyni müəllifin eyni mövzuda iki kitabı var. Hər ikisi Səlahəddin Xəlilovundur. Kitablardan birincisi bu yaxınlarda Moskvada nəşr olunub. “Aforizmlər kitabı.Seçilmişlərdən seçmələr” adlanır. İkincisi Bakıda nəşr olunub. ... | ANL |
Əjdər Ol “Gürcüstan Mədəniyyətinin Səfiri” medalı ilə təltif olunub. TANINMIŞ AZƏRBAYCAN YAZIÇISININ GÜRCÜSTANDA ÇIXAN KİTABININ TİFLİSDƏ TƏQDİMATI KEÇİRİLİB. Bu yaxınlarda Azərbaycanın dəyərli ədəbiyyat adamı, yazıçı-publisist, şair və dramaturq Əjdər Olun Gürcüstanda “Hərbi səhra komandirinin meymunu” adlı nəsr kitab... | ANL |
Görkəmli ədəbiyyatşünas Bəxtiyar Məmmədzadənin 65 illiyi qeyd olunub. YAZIÇILAR BİRLİYİNDƏ TƏŞKİL EDİLƏN TƏDBİRDƏ UNUDULMAZ ALİMƏ HƏSR OLUNMUŞ “XATİRƏLƏRDƏ YAŞAYAN BƏXTİYAR” KİTABININ TƏQDİMATI KEÇİRİLİB. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda mərhum alim, görkəmli ədəbiyyatşünas Bəxtiyar Məmmədzad... | ANL |
“Qazandığım uğurlara görə valideynlərimdən sonra ömür-gün yoldaşıma borcluyam”. Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur. İki həftədir “525-ci qəzet”in şənbə saylarında təhsil naziri Misir Mərdanovla söhbətimiz oxuculara təqdim olunur. Hər iki söhbətdə Misir müəllimi müxtəlif, fərqli rakurslarda göstərməyə ç... | ANL |
Kamilə Əliyeva: “Azərbaycan xalqı heç zaman işğal faktı ilə barışmayacaq”. Müsahibimiz millət vəkili, BDU-nun professoru Kamilə Əliyevadır. – Kamilə xanım, ölkə prezidentinin təhsillə bağlı son sərəncamını necə qiymətləndirirsiniz? Sizcə, bu sərəncam ölkədə təhsilin səviyyəsinin yüksəlməsinə öz töhfəsini verəcəkmi, ver... | ANL |
“Mətbuatın sonunun yaxınlaşdığını deyənlər mətbuat haqqında heç nə bilmirlər”. YUNUS OĞUZ: “DÜŞÜNÜRƏM Kİ, ÇAP MEDİASININ YÜKSƏLİŞİ HƏLƏ İRƏLİDƏDİR,ONUN DAHA SAYALI, UĞURLU VAXTLARI HƏLƏ BUNDAN SONRA OLACAQ”. Agentliyin yaranması, fəaliyyət yolu barədə danışmağınızı istərdik. Amma təsisçi qəzeti bizə verməyə razı olmadı... | ANL |
Məktəblilərin Heydər Əliyevə həsr olunan inşa yazı müsabiqəsinə yekun vurulub. Dünən “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cü ildönümü münasibətilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin nəticələrinə dair mərasim keçirilib.... | ANL |
Məşhur şərqşünas Minorskinin Kəngərlilərlə bağlı məktubu haqqında qeydlər. Rus şərqşünası Vladimir Fyodroviç Minorski Brüssel və Kembric universitetlərinin fəxri doktoru, Böyük Britaniya və Fransa akademiyalarının müxbir üzvü, bir çox beynəlxalq elmi cəmiyyətin fəxri üzvü olmaqla bərabər, İran və Türkiyədə diplomatik i... | ANL |
Sözümüzün Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” zirvəsi. Bəşər tarixində xüsusi mərhələ təşkil edən XX əsr yalnız inqilabi çevrilişləri, insanlığın iki dünya müharibəsi ilə qarşılaşması, bəşər övladının yer orbitindən kənara çıxması, super güclər tərəfindən yer kürəsinin siyasi xəritəsinin bir neçə dəfə yenidən çək... | ANL |
Jurnalistika IV hakimiyyət rolunda. Həsən bəy Zərdabi elmin, təhsilin, elmi-texniki tərəqqinin Azərbaycan xalqının müqəddəratı üçün əhəmiyyətini başa düşərək, “Əkinçi”nin səhifələrində bu problemlərin işıqlandırılmasına xüsusi diqqət yetirirdi. O, Azərbaycan ziyalılarının gənc nəslinə müraciət edərək yazırdı: “Ey elm t... | ANL |
Hüseynbala Mirələmov: “Mənəviyyatımızı işğal etməkdə olan yabançı meyllərin fəsadları Qarabağ müharibəsinin vurduğu zərbədən daha təhlükəli ola bilər”. Müsahibimiz millət vəkili, yazıçı Hüseynbala Mirələmovdur. –Hüseynbala müəllim, bir millət vəkili, bir söz adamı və bir vətəndaş olaraq, bəşər mədəniyyətinin yaranmasın... | ANL |
Qarabağ muzeyləri... Söz Azadlığını Müdafiə Fondu cari ilin yanvar ayından etibarən Qarabağ muzeyləri ilə bağlı kitabın hazırlanmasına start verib. Məqsəd işğal altında qalan maddi-mədəni irsimizin əsas ana xəttini təşkil edən muzeylər haqqında hərtərəfli şəkildə məlumatları dəqiqləşdirmək və geniş ictimaiyyətə çatdırm... | ANL |
İtirilmiş cənnət. İyirmi ildir ki sənsizəm, Şuşam mənim! Necə yaşadım sənsiz bu illəri?! Hətta el bayramlarında belə bir gözüm güldü, biri ağladı. Yuxumda səni tez-tez görürəm. Görürəm ki, qoynundayam yenə. Dolanbac küçələrin ilə addımlayıram. Üzeyir bəyin ev-muzeyinin önündən ötürəm, Xan qızı Natəvanın imarətinin yanı... | ANL |
Şəxsiyyət. yaxud MƏNİM TANIDIĞIM İKRAM KƏRİMOV. İkram Kərimovla tanışlığım ötən əsrin 80-ci illərin əvvəllərinə təsadüf edir. Onda o, Bakı şəhər prokurorunun I müavini vəzifəsində işləyirdi. Qardaşı Vətəndən xahiş edib, onunla görüşdüm. Bir mülki məsələ ilə bağlı məsləhət almaq istəyirdim. Açığını deyim, ilk baxışdan m... | ANL |
Şair olsa da, fəaliyyətinə müəllimliklə başlayıb, yaradıcı mühitdə bəzi sahələrə rəhbərlik etdiyi vaxtlar da olub. Partiya-sovet dövründə plenum üzvü və rayon qəzetinin baş redaktoru kimi həmişə rəyasət heyətində oturub. Hətta orada da şeir yazmağı unutmayıb. Ancaq harada olmasından və oturmasından, hansı vəzifə aparma... | ANL |
Böyük missiyanın əyani göstəriciləri. Çağdaş Azərbaycan dövlətçiliyinin baş memarı Heydər Əliyevin anadan olmasının 89 illiyi ərəfəsində ölkə ərazisində və onun hüdudlarından uzaqlarda Ulu Öndərə həsr olunan tədbirlər silsiləsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin də öz payı, öz töhfəsi vardır. ... | ANL |
Milli Kitabxanada Şuşanın işğalının 20 illiyinə həsr olunmuş “20 il Şuşasız” adlı kitab sərgisi və Şuşa barədə hazırlanmış kataloqun təqdimatı keçirilib. Tədbirdə Kitabxananın əməkdaşları, Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri iştirak ediblər. Milli Kitabxananın direk... | ANL |
Ölənlərin ruhu, qalanların yaddaşı. Dünyanın qəribə işləri varmış. Onda “Azərbaycan” qəzetinin Gəncə-Qazax üzrə bölgə müxbiri şair Aslan Kəmərli yol qəzasında həlak olmuşdu. Qəribədir, yenə də oktyabrın 10-da, yenə də həmin qəzetin həmin bölgə müxbiri, şair Eldar Nəsibli Sibirel ağır maşın qəzasına düşdü və dünyasını d... | ANL |
Jurnalistika IV hakimiyyət rolunda. Bütün elm sahələrində olduğu kimi, jurnalistikanın nəzəri sahəsində yaranan terminlərdə də bir-birinə yaxın, bir-birindən ancaq xüsusi çalarları ilə fərqlənən anlayışlar mövcuddur. Bu mənada jurnalistin sosial məsuliyyəti ilə jurnalistin məsuliyyəti anlayışları bir-birinə yaxınlıq, o... | ANL |
Dərin qatlardakı zəngin xəzinə. Xalq, dövlət və millət qarşısında xidmətlərinə görə tarix yazmış və adını tarixə yazdırmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi bioqrafiyası, dövlətçilik taleyi, idarəetmə məktəbi haqqında hələ onun sağlığında çoxsaylı sənədli filmlər, nəşrlər işıq üzü görüb, məqal... | ANL |
Azərbaycan mədəniyyəti İsveçrədə nümayiş etdirilib. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi öz fəaliyyət istiqamətinə uyğun olaraq davamlı şəkildə müxtəlif layihələr həyata keçirir. Əsasən Azərbaycan xalqının sahib olduğu milli-mənəvi dəyərlərin təbliğinə, onların dünya ictimaiyyətinə tanıdılmasına yönələn belə ... | ANL |
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində, Azərbaycan, ingilis, fransız və rus dillərində çap edilmiş “Xocalı-1992” kitabının nüsxələri ABŞ-ın Harvard Universitetinin kitabxanasında yer alıb. Bu barədə kitabın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə d... | ANL |
“İki sahil” qəzeti ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş xüsusi buraxılış hazırlayıb. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar hazırlanmış 76 səhifəlik xüsusi buraxılış dahi şəxsiyyətin Azərbaycana haki... | ANL |
Dünyanın ən zəngin ailələrindən olan Rokfellerlər Almaniyadan ABŞ-a mühacirət etmiş yəhudi mənşəli nəslin davamçılarıdır. Rokfellerlərin hazırkı maliyyə vəziyyəti haqqında dəqiq məlumatlar verilmir və bununla bağlı araşdırma aparmaq üçün ailə arxivləri ictimaiyyətə bağlıdır. Rokfellerlərin əsas maliyyə aləti olan “Chas... | ANL |
– Özünüzü Azərbaycan oxucusuna necə təqdim edərdiz? Adətən, təqdimat şairin öz dilindən olanda daha axıcı, rəngli və təsiredici olur. Orta məktəbi də Ərzurumda oxumuşam. Sonra Atatürk Universitetinin İqtisadi və idarə elmlər fakültəsindən məzun olmuşam. Həmin fakültədə illərlə işlədim və “yoruldum” demədim. İndi isə İs... | ANL |
Astarada kitab bayramı olub. Bu gün Astara şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi V ümumrayon kitab bayramı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, rayon icra hakimiyyətinin təşəbbüsü, rayon mədəniyyət və turizm şöbəsinin dəstəyi ilə reallaşan tədbir... | ANL |
Naməlum qəhrəmana abidə qoymaq. İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz minlərlə həmvətənimiz yurdundan-yuvasından qovulub, minlərlə oğul-qızımız şəhid olub, yaralanıb, itkin düşüb, əsir götürülüb. On səkkiz ildi atəşkəs müqaviləsi bağlanıb, danışıqlar gedir, amma torpağı işğa... | ANL |
Yarışan aviatorlarla mədəniyyət xadimləriydi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor sənəti” fakültəsinin “Bədən tərbiyəsi və İdman” kafedrası hər dərs ilində keçirdiyi tədbirlərin, kütləvi tamaşaların, müxtəlif növ idman yarışlarının miqyasını artırır, onları daha maraqlı, baxımlı edir. Se... | ANL |
Dan yeri qanla sökülən Şuşam... Şuşanın işğalının 20-ci ildönümü ərəfəsində hər gün efirdən həyəcanlı xəbərlər gəldi. Elə bil ki, Şuşa hələ zəbt olunmayıb, hələ işğal ediləcəyi gözlənilir və adamları ayıq-sayıq olmağa çağırırdılar. Şuşada isə nə dünyanın o başından gəlib istirahət edənlərin, nə də onun gözəlliyindən zö... | ANL |
Mətbuat və ictimai fikir tariximiz haqqında maraqlı tədqiqat işi. LALƏ OSMANQIZININ “ƏHMƏD BƏY AĞAOĞLUNUN PUBLİSİSTİKASI (“KASPİ” QƏZETİNİN MATERİALLARI ƏSASINDA )” MONOQRAFİYASI BARƏDƏ QEYDLƏR. Azərbaycan ictimai fikir tarixinin görkəmli şəxsiyyətləri – C.Məmmədquluzadə, Ə.Topçubaşov, Ü.Hacıbəyli, İ.Qaspiralı, Ə.Hüsey... | ANL |
Naməlum qəhrəmana abidə qoymaq. İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz minlərlə həmvətənimiz yurdundan-yuvasından qovulub, minlərlə oğul-qızımız şəhid olub, yaralanıb, itkin düşüb, əsir götürülüb. On səkkiz ildi atəşkəs müqaviləsi bağlanıb, danışıqlar gedir, amma torpağı işğa... | ANL |
Zahid Oruc: “Ərazimizi plastdarm kimi verməmək şərtilə İranla münasibətlərin çoxundan imtina etməliyik”. Müsahibimiz millət vəkili , Ana Vətən Partiyasının sədr müavini Zahid Orucdur. – Zahid bəy, son zamanlar bir sıra iqtidaryönlü siyasətçilər və millət vəkilləri, o cümlədən, siz özünüz çıxışlarınızda dəfələrlə bildir... | ANL |
Həyatım boyu tanıdığım onlarla Əlidən üçü məndən ötrü daha doğma, daha əziz olub. Tarixilik baxımdan bu üç Əlidən birincisi Həzrət Əlinin (s) adını və onun haqqındakı rəvayətləri uşaqlıqdan eşitmişəm. Vətənimiz müstəqillik qazanandan sonra Həzrət Əlinin (s) farscadan ana dilimizə sətri çevrilmiş kəlamlarını redəktə edə... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Molla Nəsrəddini bütün Şərq tanıy... | ANL |
Yeddi cildə sığmayan yetmiş beş il. Professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri”nin yeddi cildliyi haqqında düşüncələr. Görkəmli folklorşünas və ədəbiyyatşünas Qəzənfər Paşayevin həm imzası, həm əsərləri, həm də efirdən və ekrandan eşidilən fikir və düşüncələri geniş oxucu kütləsinə, elmi və ədəbi ictimaiyyətə yaxş... | ANL |
ORALARDA KİMLƏR VAR:SƏHİFƏNİN QONAĞI RAMİZ ORSƏR. Aprel ayının 19-da unudulmaz tənqidçi,siyasi xadim və türkoloq Aydın Məmmədovun ölümünün ildönümü idi. Bu nədənlə Azərbaycan Tərcümə Mərkəzində onun anılması saatları yaşandı. Mərkəzin sədri, yazar Afaq Məsud, mərkəzin əməkdaşları şair Zakir Fəxri,yazar Saday Budaqlı, b... | ANL |
Pərvinin həmsöhbəti “Yuğ” teatrının aktyoru,əməkdar artist Məmməd Səfadır. Pərvin: Məmməd Səfa müəllim, son günlərdə haqqınızda yazılan məqalələrlə, müsahibələrinizlə tanış olmuşam. Əksər hallarda sizin kinodakı fəaliyyətiniz işıqlandırılıb, mən bir qədər başqa tərəfdən yanaşmaq istərdim yaradıcılığınıza. Çəkdiyiniz “ü... | ANL |
Məni otuz il bundan əvvəl, Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olduğum dövrdə ötəri şəkildə toxunduğum bu mövzuya yenidən qayıtmağa vadar edən səbəb əsərlərinin axtarış ruhunu, tədqiqatçı kimi ilkin mənbələrə bələdliyini həmişə yüksək dəyərləndirdiyim akademik İsa Həbibbəylinin “525-ci qəzet”də çap edilmiş (1... | ANL |
BİR AXŞAM... Bir axşam otağıma qalxıb işığı yandırdım, sakitliyin ən qatı hissəsində diz çöküb ürəyimdə: - Yazdıqlarımı mənə izah et, dedim... ...və qəfildən səyriməyə başlayan işığın hərəkətindən, dörd bir yandan nisgil dolu tanış baxışlarla üzümə zillənən əşyaların halından hürküb cəld ayağa qalxdım. ÇEVRİLMƏ. İllər ... | ANL |
İlqar Fəhminin "Aktrisa" romanı: Özbək-Azərbaycan ədəbi əlaqələrinin yeni mərhələsi rakursunda. İlqar Fəhminin "Aktrisa" romanı gənc özbək tərcüməçisi Rüstəm Cabbarov tərəfindən Azərbaycan dilindən Özbək dilinə iki millət arasında çox qədim olan mədəni, maarifləndirici və ədəbi dostluğun nəticəsi kimi tərcümə edilmişdi... | ANL |
Sənətkarın yubileyi ölkə səviyyəsində qeyd ediləcək.Yubiley öncəsi Xalq artisti ilə görüşmək qərarına gəldik. Zəngləşdik, bizi evinə dəvət etdi. Sevinə-sevinə getdim. Çünki ağlım kəsəndən heyranı olduğum sənətkarla ünsiyyətdə olmaq məni sevindirirdi. Beləcə, başladıq hal-əhval tutmağa. Söhbətə başlamazdan əvvəl Habil m... | ANL |
Mehriban Əliyeva: "Eurovision" - müxtəlif ölkələrin, xalqların və mədəniyyətlərin ümumi təntənəsidir". Nüfuzlu "Business-year" jurnalının Azərbaycana həsr olunmuş 2012-ci il tarixli xüsusi buraxılışında birinci xanım, Heydər Əliyev Fondunun prezidenti,Milli Məclisin deputatı Mehriban Əliyevanın müsahibəsi dərc olunub. ... | ANL |
Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə. İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm həmin böyük evdə, hamının gözündən oğurlanıb babamın can verdiyi otağa girəndə, kişinin dünyaya, balalarına, qohumlara, mənə - nəvəsinə son dəfə baxan gözlərində hansı ifadə vardı... | ANL |
Mətbuatşünaslığa və ədəbiyyatşünaslığa dəyərli töhfə. Qarlı-boranlı bir qış günü. Azərbaycan Milli Elmlər Akademiyasının N. Gəncəvi adına Ədəbiyyat İnstitunda "Füyuzat" ədəbi məktəbi" mövzusunda doktorluq müdafiəsi kecirilirdi. Ölkənin sayseçmə alimləri yığışmışdı bura. Deyərdim ki, bu möhtəşəm elm məbədi uzun illərdir... | ANL |
“Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi böyük tarixi şəxsiyyətdir". Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur. Üç həftədir "525-ci qəzet"in şənbə saylarında təhsil naziri Misir Mərdanovla söhbətimiz oxuculara təqdim olunur. Söhbətlərdə Misir müəllimi müxtəlif, fərqli rakurslarda göstərməyə çalı... | ANL |
Son günlərdə Yazıçılar Birliyinə qarşı həmlələr yenidən qızışmaqdadır, özü də sarkazm, tikanlı atmacalardan ən çoxu Birliyin sədri Anarın payına düşür. Bir neçə müxalif yönəmli əhli-qələmin yazıları xüsusi barışmazlıqla fərqlənir. Açığını deyim: bu sicilləmələrin əksəriyyətindən sadəcə üfunət iyi gəlir və onlar hər bir... | ANL |
Adil Bağırov: "ABŞ-ın Azərbaycandakı səfir postuna Morninqstardan daha yaxşı namizədin olduğunu düşünmürəm". MÜSAHİBİMİZ ABŞ AZƏRBAYCANLILARI ŞƏBƏKƏSİNİN (USAN) BAŞ DİREKTORU ADİL BAĞIROVDUR. -Bu yaxınlarda Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin 20-ci il dönümü münasibətilə Vaşinqtonda silsilə tədbirlər o... | ANL |
Aydın Mirzəzadə: "Azərbaycana Avropada Şərq ölkəsi, Şərqdə isə bir Avropa ölkəsi kimi qiymət verilir". Müsahibimiz Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadədir. Necə hesab edirsiniz, bu müddət ərzində Azərbaycan-Avropa münasibətləri yüksələn xətt üzrəmi inkişaf edib, yoxsa bu müna... | ANL |
Bu gün Sənan Rüstəmovun şəhid olduğu gündür. Mayın 15-i xalqımızın qəhrəman oğlu, cəsur döyüşçü Azərbaycanın Milli Qəhrəmanı mərhum polkovnik-leytenant Şirin Mirzəyevin yaratdığı və rəhbərlik etdiyi 836 saylı hərbi hissənin kəşfiyyat dəstəsində ermənilərə qarşı vuruşan 19 yaşlı Sənan Əkbər oğlu Rüstəmovun həlak olduğu ... | ANL |
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında xalq yazıçısı Elçinin “Teleskop” pyesi əsasında hazırlanmış “Teleskop, yaxud yuxuda və gerçəkdə uçuşlar” tamaşasının premyerası gerçəkləşib. Səhnə əsərinin nümayişindən əvvəl jurnalistlərlə söhbətində Elçin pyes haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə,... | ANL |
Növbəti sayı yenicə işıq üzü görən “Azərbaycan” jurnalının bu nömrəsində 75 yaşlı şair Musa Yaqubun şeirləri yer alıb. “Poeziya” bölümündə Tofiq Məliklinin və İnqilab İsaqın şeirləri, həmçinin Mirzə Ələkbər Sabirin 150 illik yubileyi münasibətilə Etibar Etibarlının qələmə aldığı “Bir ömrün akkordları” poemasından bir p... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.