text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
ÜNS Yaradıcılıq Səhnəsində Maqsud İbrahimbəyovun yeni kitabının təqdimatı olub. ÜNS Yaradıcılıq Səhnəsində tanınmış nasir, kinodramaturq, Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Şikayət qəbul edilmir” (“Objalovanie ne podlejit”) kitabının təqdimat mərasimi keçirilib. 77 yaşının tamam olduğu gündə gerçəkləşən mərasimi giri...
ANL
Ədəbiyyatşünaslığın yeni konsepsiyası və XIX əsr ədəbi irsimiz. Klassik ədəbi irsin tədqiqi, öyrənilməsi bütün dövrlərdə ədəbiyyatşünaslığın mühüm vəzifəsi olub. Keçən əsrlərin ədəbiyyatında xalqımızın məişəti, psixologiyası, əxlaq kompleksi mühafizə olunub, günümüzə qədər qorunub. Bu dəyərləri üzə çıxarmaq, onun elmi ...
ANL
Eduard Şevardnadze: “Heydər Əliyev Gürcüstan – Azərbaycan dostluğunu uca zirvələrə qaldıran, yenidən qurub möhkəmləndirən tarixi şəxsiyyətdir”. Müsahibimiz Gürcüstanın eks-prezidenti Eduard Şevardnadzedir. Tbilisiyə ezamiyyət zamanı ziyarət etdiyimiz ilk məkan bu dəfə də dəyişməmişdi: şəhərin mərkəzində, Kürün sahilind...
ANL
Dilarə Əliyeva-Leyla Eradze dostluğu: Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin parlaq səhifəsi. Görkəmli Azərbaycan kartveloloqu, Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin kamil bilicisi və tədqiqatçısı, mahir tərcümələri ilə gürcü ədəbiyyatını öz xalqına tanıdan, Gürcüstanın əməkdar mədəniyyət işçisi, ömrünün son ill...
ANL
“Şərq qapısı”nda tanıdığım dəyərli mətbuat xadimi və unudulmaz insan. ƏMƏKDAR JURNALİST MƏMMƏD MƏMMƏDOVUN VƏFATININ BİRİNCİ İLDÖNÜMÜ TAMAM OLUR. Məmməd müəllimlə tanışlığım bir təsadüf idi. Onu əvvəllər nə görmüşdüm, nə də qiyabi tanıyırdım. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin “Mətbuat tarixi” istiqaməti üzrə ...
ANL
Qorxmaz Hüseynov: “Bakının Master Planını hazırlayırıq”. Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib. Q.Hüseynov bildirib ki, dövlət büdcəsindən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına ayrılan vəsaitlərin həcmi ilbəil artır. Müsahibəni ixti...
ANL
Elmira Axundova: “Yeni qanunda cavanlar, gənc ailələr üçün müəyyən imtiyazlar nəzərdə tutulacaq”. Müsahibimiz Milli Məclisin (MM) Sosial siyasət komitəsinin üzvü Elmira Axundovadır. – Elmira xanım, “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsinin taleyi nə yerdədir? Bu yöndə konkret hazırlıq işlərinə başlan...
ANL
İnqrid Delterne: “Avropa Yayımlar Birliyinin imicinə xələl gələcəyinə inanmıram”. Mayın axırlarında Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçiriləcək. Bu ölkəni insan hüquqlarının pozulmasına görə tez-tez tənqid edirlər. Xanım İnqrid Delterne “Eurovision” mahnı müsabiqəsini təşkil edən Avropa Yayımlar Birliyinin r...
ANL
Azərbaycan folklorşünaslığında Vəli Xuluflu imzası. Vəli Xuluflu folklorumuzun toplanması, nəşri və tədqiqi ilə ardıcıl məşğul olan fədakar ziyalılarımızdan biri kimi tariximizdə öz yerini tutub. İbtidai təhsilini 1905-1907-ci illərdə mollaxanada almış V.Xuluflu sonralar təhsilini “Mədrəseyi-ruhaniyyə”də davam etdirib ...
ANL
Əhməd Cavadın yubileyi Türkiyədə geniş qeyd edilib. Mayın 11-12-də Türkiyədə türkdilli ölkələrin mədəniyyət təşkilatı TÜRKSOY tərəfindən görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın 120 illik yubileyi qeyd olunub. Ayın 11-də Avrasiya Yazarlar Birliyində Əhməd Cavada həsr olunmuş şeir gecəsində Birliyin səd...
ANL
Ailə mədəniyyəti, yaxud mədəni ailə anlayışı. O qədər gözəl olmasa da, ağıllı-kamallıydı. Əksər qızlarımız kimi onu da ali məktəbdə təhsil almağa icazə verməmişdilər. Amma işlədiyi sovxozda biliyi, bacarığına görə briqadir təyin etmişdilər. Çünki oğuldan çox canı yanırdı ailəyə, ata-anaya dayaq olurdu. Bu qız həmişə bi...
ANL
Azərbaycançılıq mollanəsrəddinçilərin fərdi yaradıcılıq kontekstində: Məmməd Səid Ordubadi. Görkəmli mollanəsrəddinçi, Azərbaycançılıq məfkurəsinin daşıyıcısı, Azərbaycan tarixi romanının yaradıcısı, şair, dramaturq, tərcüməçi, publisist, ictimai xadim Məmməd Səid Ordubadinin bu il 140 illiyi tamam oldu. “Molla Nəsrədd...
ANL
Başqa saytlardan geri qalmamaq üçün öz üslubumuzu və istiqamətimizi müəyyənləşdirməyə çalışırıq”. “QAYNAR.İNFO”NUN BAŞ REDAKTORU FƏRİD ŞAHBAZLI: “BİZİM PORTAL CİDDİ QƏBUL OLUNAN, ETİBARLI MƏNBƏ ROLUNU OYNAYAN İNTERNET ÜNVANLARINDAN BİRİ KİMİ TANINIR”. İnternet xəbər məkanında öz yeri olan “Qaynar.info” xəbər portalının...
ANL
Elxan Poluxov: “Azərbaycan-CAR münasibətləri qarşılıqlı hörmət əsasında qurulub”. Müsahibimiz Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxovdur. –Elxan müəllim, may ayında Azərbaycanla CAR arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü tamam olur. Siz ötən müddəti iki ölkənin münasi...
ANL
Qasım Türkan Təbrizin tanınmış jurnalistlərindəndir. Onun nəşriyyatı və nəşr etdirdiyi qəzet var. Bu müsahibə mənim Qasım Türkanla ilk tanışlığım deyil. O, əvvəllər də mənim haqqımda məqalələr yazmış, öz qəzetində və “Mehri Azadi” qəzetində dərc etdirmişdir. “Mehri Azadi” qəzetini daha mötəbər qəzet hesab etdiyi üçün “...
ANL
Dünyanın hər guşəsindən görünən insan. Möhtərəm Şeyx həzrətləri! Bu məktubu Sizin rəhbərlik etdiyiniz Azərbaycan nümayəndə heyətinin ötən ay Səmərqənd və Buxaraya 4 günlük səfərindən az sonra yazmağı qərara aldım. Möhtəşəm səfər zamanı bir daha əmin oldum ki, Siz dünyanın hər bir güşəsindən görünən və daim diqqət mərkə...
ANL
Əsrlər boyu poeziya mənəvi sərvət sayılıb, şair sözü bütün dövrlərdə müqəddəs tutulub. Ədəbiyyat peşə olmaqdan öncə sənət, yazı olmaqdan əvvəl alın yazısı, taledir. Şairlik doğuluşdan Xəlil Rzanın da alnına yazılmışdı... Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümay...
ANL
Bahar Muradova: "Həmsədrləri dəyişib yerinə hansı ölkələri gətirək ki?”. “HƏMSƏDRLƏR BMT TƏHLÜKƏSİZLİK ŞURASININ ÜÇ DAİMİ ÜZVÜDÜR – ONLARIN YERİNƏ HANSI ÖLKƏLƏRİ GƏTİRMƏK OLAR Kİ, ERMƏNİSTANI ÖZ MÖVQEYİNDƏN ÇƏKİNDİRƏ BİLƏN ADDIMLAR ATSINLAR?”. Müsahibimiz Milli Məclis (MM) sədrinin müavini, Azərbaycanın ATƏT Parlament ...
ANL
Azərbaycan dialektologiyasına dəyərli bir töhfə. Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Milli varlığımızı mədəni təməllərə bağlayan məhz ana dilimizdir. Ana dilimiz millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizd...
ANL
Səmimi sözün hikməti. Əlli illik zəngin yaradıcılıq yolu keçmiş şair Əvəz Mahmud Lələdağ poeziyasının leytmotivi vətənə, el-obaya olan tükənməz məhəbbətdir. Onun şeir və poemalarında qürbətdə qalan yurd yerlərimiz ürək ağrısı ilə anılır. Əvəz Mahmud Lələdağ bir şair kimi ulu sözün səmimiyyətinə qəlbən inanır və bu səmi...
ANL
Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, xalq artisti Emin Sabitoğlunun 75 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə musiqinin müxtəlif janrlarında bir çox də...
ANL
Örnək həyat yaşayan müəllim. Bu ən sadə təqdimatıdır professor Nəsir Əhmədlinin. Ötən ay 70 yaşı tamam olan müəllimim onun haqqında indi yazmağımı düşünürəm ki, adi qarşılayacaq. “Əsl müəllim necə olmalıdır” sualı hər zaman insanları düşündürüb. Müəllimə müxtəlif təriflər verilib, müəllimin kimliyini hərə bir cür izah ...
ANL
Arı pətəyinə bənzəyən sadır düşərgəsinin üzərinə qərib bir axşam düşürdü. Yavaş-yavaş əl-ayaq yığışırdı. Hər çadır bir ailənin ümid yerinə, pənahına çevrilmişdi. Qarabağ müharibəsindən qurtulub sağ qalan insanların nəzərində həmin çadırlar doğrudan da nicat işığı kimi qiymətli bir şey idi. Hər çadır özü boyda bir kədər...
ANL
Mənə elə gəldi ki, bu əməliyyat əvvəlki dörd əməliyyatdan daha ağır keçdi... Qələmi əlimə alandan təxminən bir saat əvvəl şair Zəlimxan Yaqubu yuxuda gördüm. Gördüm şairi bir rayonun orta məktəbinə oxucularla görüşə çağırıblar. Zəlimxan müəllim məni də ora dəvət edib. Müəllimlər, tələbələr məktəbin böyük həyətinə topla...
ANL
Müasir Azərbaycan ədəbiyyatında yeni nəslin ən parlaq nümayəndəsi sayılan Qismət noyabrın 5-də ailə həyatı quracaq. Bu münasibətlə istedadlı qələm dostumuza səmimi təbriklərimizi və ən xoş arzularımızı ünvanlayır, oxucularımıza isə Qismətin poetik yaradıcılığının yeni nümunələrini təqdim edirik. sən dodağında qırmızı q...
ANL
"Mən belə aktyorlardan həmişə çəkinmişəm" - Ramiz Novruz. “TAMAŞAÇINI BİR DƏFƏ ALDATMAQ OLAR”. – İlk dəfə Sumqayıt Dram Teatrında fəaliyyətə başlayan Ramiz Novruz nə səbəbə görə teatrı tərk etdi? –Sumqayıt Dram Teatrında ilk rolum Tofiq Kazımovun “Murad və kələkləri” pyesində olub. Sonra Nəriman Həsənzadənin “Nəriman” ...
ANL
Rafiq Yusifoğlunun Könül Səltənəti. Məncə, Allah şairlərə təkcə yazmaq yox, həm də təkrar-təkrar doğulmaq istedadı verib... Şair hər yeni kitabı ilə dünyaya təzədən göz açır. Bu məntiqlə Rafiq Yusifoğlunun bir yaşı hələ tamam olmayıb. Sobadan deyirəm, ona görə ki, Rafiq müəllimin yaradıcılığında “çiy”, “bişməmiş” söz t...
ANL
Korifey yazıçı haqqında bənzərsiz əsər. Mənim məktəb illərim bəşəriyyətin ən böyük kəşfi kitablara hədsiz maraq olan dövrə düşüb. O vaxt kəndlərdə radio və televiziyanın nə olduğunu demək olar ki, bilmirdik. Kitabları hərisliklə oxuyurduq. Yaxşı yadımdadır, M.S.Ordubadinin əsərləri əl-əl gəzirdi. Məktəbimizin kitabxana...
ANL
Müsahibədə yazarın üslubuna toxunulmayıb,sadəcə bəzi sözlər bizim türkcəyə uyğunlaşdırılıb. Bu fikirdə bir yanlışım olursa, məni bağışlasınlar: məncə dünya ədəbiyyatının çox böyük bir bölümünü QÜRBƏT VƏ YA BİZİMCƏ MÜHACİR ƏDƏBİYYAT deyə bir ab-hava, bir moral,bir ovqat yaşamaqdadır və hətta türk şeirində və türk ədəbiy...
ANL
Ancaq Sabirin də alibisi var idi və qəhrəmanının dili ilə: “lakin düzəlmir halətim!” deyə fəryad edirdi. Sözüm ondadır ki, Kainatın böyük yarımkeçiricisi olan Əlahəzrət Zaman amansızlıqla keçib getdi və bizim nəsil də gəlib 60 yaşına çatdı. İlk öncə, nəslimizin hələlik yeganə akademiki, Azərbaycan ədəbiyyatının görkəml...
ANL
Ədəbi dünyanın fədaisi. Mən artıq IV kursa adlamışdım. Adətən yuxarı kurs tələbələri elə sentyabrın ilk günlərində I kursa qəbul olunan tələbələrlə maraqlanırlar. Əksəriyyəti öz rayonundan olan yerlilərini axtarır. Məlum məsələdir ki, tələbələrin böyük bir qismi yataqxanada qalırdı və bu yataqxana həyatı müxtəlif xüsus...
ANL
Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından bəhs edən “Fəryad və vicdan” essesini oxuculara təqdim edirik. (Əvvəli ötən şənbə saylarımızda). Əli İldırımoğlu öz əxlaq və mənəviyyat platformasında ardıcıl və bəzi hallarda sərtdir. O kəndin təmizliyini, bakirəliyini, əxlaqi mükəmməlliy...
ANL
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Şəxsiyyət anlayışı barədə. (Xeyirə kahin xidməti, şərə qarşı isə məğlubedilməz qladiator cəsarəti göstərən R.A.-ya). (Əvvəli ötən şənbə saylarımızda). 620-570-ci illər) Afina ilə müharibədə qoşunlara komandanlıq edəndə afinalı sərkərdəni döyüşə çağırmış və aldatmaqla onu öldü...
ANL
Nurəngiz Günə məktub. Əziz Nurəngiz xanım! Bir neçə il əvvəl, Sizin və görkəmli türk şairi Cəmal Sürəyanın şeirlərini təhlil edən geniş bir məqalə yazmışdım. İndi yubileyiniz ərəfəsində düşünürəm: görəsən, nəyi deyə bilməmişəm və nəyi deməliyəm? Özünü təkrarlamağın məlum dozasını nəzərə almasaq, bunu xoşlamıram, Sizin ...
ANL
Azərbaycanda təhsil strategiyası: məqsədyönlü addımlar, aydın perspektivlər. Hər bir ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyası keyfiyyətli təhsil mühitinin formalaşdırılması ilə səciyyələnir. Belə ki, millətin təhsilinin və elmi potensialının inkişaf etdirilməsi, öz növbəsində, müasir cəmiyyətin davamlı və din...
ANL
“İstəyimiz odur ki, İlham Əliyev yenidən prezident olsun”. ELDAR İBRAHİMOV: “BİZİ İSTƏMƏYƏN QÜVVƏLƏR DAXİLDƏ BAŞ VERƏN HƏR BİR MƏSƏLƏNİ ŞİŞİRDİB BEYNƏLXALQ TƏŞKİLATLARA ÖTÜRÜR”. Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimovun 525-ə müsahibəsi. – Eldar müəllim, qarşıdan...
ANL
Qərənfil Xəlilova: “Carçıfilm” günləri həmkarlarımıza orijinal hədiyyəmizdir”. “Televiziyada onun cəfasına, ağrı-acısına dözə bilən, bu işdən aldığı zövq uğrunda çox şeydən imtina etməyi bacaranlar çalışmalıdırlar”. 6 noyabr – Azərbaycanda televiziya və radio işçilərinin peşə bayramıdır. Bu münasibətlə radio-televiziya...
ANL
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi 60 illik yubileyi ilə bağlı professor Vilayət Quliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Vilayət müəllim! Sizi – Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsini, istedadlı tənqidçini və ədəbiyyat tarixçisini, fədakar elm xadimini, ədəb...
ANL
Səhər tezdən şəhərin rəngi dəyişilmişdi elə bil. Yağışdan yenicə qurtulan Bakı deyildi sanki. Daha çox yaz aurası, hətta Novruz bayramından öncə tez-tez beyinə gələn tonqal ətri hiss olunurdu. Məhz beyinlə duyulur belə qoxular. Çünki insan yaddaşındakı xatirələrdən gəlir. Bəzən adətlərimizin bir azca dərininə gedib bəz...
ANL
Vilnüs-Bakı: Mədəniyyət körpüləri. 1988-ci ildə qurulmuş Litva azərbaycanlıları cəmiyyətinin fəaliyyət yönümlərindən biri Litva-Azərbaycan ədəbi, mədəni, elmi və ictimai-siyasi əlaqələrində müxtəlif dövrlərdə yeni önəmli ilişkilər yaratmış, eləcə də onları yüksək dərəcədə zənginləşdirmiş elm, mədəniyyət və incəsənət xa...
ANL
Auditoriyanın maraq, düşüncə və zövqünü oxşamaq. AZƏRBAYCAN TELEVİZİYASI VƏ RADİOSUNUN YARADICI KOLLEKTİVİ İŞÇİLƏRİ ÖZ ÜMDƏ VƏZİFƏSİNİ BUNDA GÖRÜR. Yəqin ki, bir çox sahələrlə müqayisədə televiziya və radioda çalışmaq daha maraqlı və cəzbedicidir. Amma bu, əlbəttə, insanın sağlamlığına və təhsilinə cavabdeh olan həkim ...
ANL
Bütün zəmanələrin yazıçısı- Çarlz Dikkens. Azərbaycanda dünyanın zəka sahiblərinin, incəsənət xadimlərinin, alimlərin və ədiblərin fəaliyyəti hər zaman dəyərləndirilib. Onlar xalqımızın qəlbində və qan yaddaşında əbədilik qazanıblar. Belə simalardan biri də XIX əsr ingilis ədəbiyyatının dünya şöhrətli yazıçısı Çarlz Di...
ANL
Teleradio işçilərinin peşə bayramı qeyd olunub. Srağagün – noyabrın 5-də Opera və Balet Teatrında Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin milli radiomuzun yaranmasının 86 illiyi münasibətilə təşkil etdiyi təntənəli gecə keçirilib. 525.az-ın verdiyi məlumata görə, Müslüm Maqomayevin bəstələdiyi “RV-8” radio m...
ANL
Məryəm xanımın heyranlığı. Mətbuat konfransları, Məryəm Əlizadə və Aydın Talıbzadənin moderatorluğu ilə plenar iclaslar, Cənubi Afrika Respublikasının tanınmış teatr ulduzu Tembi Mıtşalinin iştirakı ilə “Qadın intizarı” tamaşası hələ qarşıdaydı. ... Çərçivəyə, protokola sığmayan incəsənət adamları üçün yəqin ki, ən can...
ANL
Qlobal iqtisadi böhran və ərəb dünyasında çaxnaşma. İqtisadi böhranların siyasi fəsadları Böhran tarixi inkişaf prosesinin bir mərhələsidir. İstər sivilizasiya müstəvisində, istər iqtisadi sahədə inkişaf-yüksəliş-pik-durğunluq-böhran və yenidən inkişaf siklləri bəşəriyyətin zəruri həyat yoludur. İqtisadi sahədə hər bir...
ANL
Latviyalı müğənni: «Azərbaycan mənə unudulmaz təəssürat bağışladı». «Avroviziya-2012» mahnı müsabiqəsində Latviyanın təmsilçisi Linda Amantova: «Mən azərbaycanlıların qonaqpərvərliyinə heyranam». - Linda xanım, Azərbaycana xoş gəlmisiniz! İlk öncə Sizdən səhnə ləqəbinizin tarixçəsi barədə soruşmaq istərdik. Başqaları ü...
ANL
“Mədəniyyətlər arasında körpülərin yaranması üçün ünsiyyət vacibdi”. Pərvinin həmsöhbəti Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkusdu. Pərvin: Hörmətli Deyvidas, Azərbaycana xoş gəlmisiniz. Bildiyimə görə, bundan öncə başqa konfrans və tədbirlər çərçivəsində ölkəmizə səfərləriniz olub. Deyvidas Staponkus: Tə...
ANL
Yaddaşımın küncündən... Tez-tez yazılarıma eyni kəlmələrlə başlamağımın təqsiri məndə, yaxud qələmdə deyil: sadəcə, həqiqətə zərrə qədər də əl qatmaq istəmirəm, hər şeyi olduğutək təqdim eləmək istəyirəm. Şənbə günüydü. Evdə oturub hansısa qəzetin təzə nömrəsini vərəqləyə-vərəqləyə mənzilin bir küncünü təşkil edən bağl...
ANL
Narahat yazıçı haqqında düşüncələr. Səliqə-sahmanla geyinmiş yeniyetmə şagirdlər bir qədər həyəcanlı və daha çox da maraq dolu baxışlarla məktəbin foyesinə daxil olan hər bir qonağı çox diqqətlə nəzərdən keçirir, sonra da gələnin yazıçı-dramaturq Hüseynbala Mirələmov olub-olmadığı barədə öz aralarında xısınlaşırdılar. ...
ANL
“İki çocuğun Avropaya səyahəti”: əski əlifbadan latına. Böyük ədibin əsərlərinin səkkiz cildliyi və bir neçə romanları ayrı-ayrı kitab halında çap olunmuşdur. Bu, keçən əsrin ikinci yarısında təkcə Məmməd Səid Ordubadinin deyil, geniş mənada Azərbaycan yazıçılarının azsaylı, bəlkə də ilk səkkizcildliklərindən biri idi....
ANL
İRADƏƏ. İnsanın kimliyini onun başqalarına olan münasibəti ilə müəyyən etmək lazımdır. Mənə yaxşı olan, amma başqalarına pis olan yaxşı insan sayıla bilməz. Mən onu başqalarına olan münasibətdə tanımışam. Şəxslər haqqında ilk dəfə ondan yazmışam. Onda şəxsi tanışlığım yox idi. Onu verilişlərindən, filmlərindən və məqal...
ANL
Müsahibədə yazarın üslubuna toxunulmayıb,sadəcə bəzi sözlər bizim türkcəyə uyğunlaşdırılıb. Bu fikirdə bir yanlışım olursa, məni bağışlasınlar: məncə dünya ədəbiyyatının çox böyük bir bölümünü QÜRBƏT VƏ YA BİZİMCƏ MÜHACİR ƏDƏBİYYAT deyə bir ab-hava, bir moral,bir ovqat yaşamaqdadır və hətta türk şeirində və türk ədəbiy...
ANL
bir ömürdə qoşalaşdı, İki eşqin çələngini hörüm, ölüm sonra gəlsin. başına pərvanə kimi, Bu ağacın çiçəyini. Sevən könül qoy dönməsin. yad torpağın yad daşına, Eldən-elə ürəyimdə. Aşiqlərin ürəyinə, sevənlərin yaddaşına, Hər misramı çəmən kimi. Bu dünyadan cavan getmək, gəlib yüzü haqlamaq var, Qocalıq var, xəstəlik va...
ANL
Yazıçı Afaq Məsudun Kulis.az internet jurnalına müsahibəsi. - Bioqrafiyanıza baxdıqda yaşıdlarınıza nisbətən tez məşhurlaşdığınızı görürük. 80-ci illərdə artıq yazıçı kimi özünüzü təsdiq etmişdiniz. Hətta bəziləri elə bilir ki, yaşınız çoxdur. Mənim özümə də elə gəlir ki, mən fiziki ömrümdən daha uzun ömür yaşamışam. B...
ANL
Arğalısı itən dağlar. Ahıllıq zirvəmdən arxaya baxdım. Ömrün səksən beş baharında, səksən beş qəhərində keçdiyim dolayları, döngələri, enişləri, yoxuşları göz önünə gətirdim. Qələm əhli kimi elləri, obaları, şəhərləri, kəndləri, üzləşdiyim mərdləri, namərdləri, xoş və bəd əməlləri xatırladım. Kağız-vicdan deyilən mətbu...
ANL
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Şəxsiyyət anlayışı barədə. (Əvvəli ötən şənbə saylarımızda). Təbabətin atası sayılan Hippokrat ilk dəfə insan orqanizminə, bütün təbiətin tabe olduğu tarazlıq qanununa tabe olan mikrokosmos kimi baxmağa başladı. İnsanın fəaliyyətinə də belə səbəblə şərtlənən münasibət bəsləni...
ANL
Mustafa Çəmənlinin "Ölüm mələyi". Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dəyərli yazıçı-publisist Mustafa Çəmənlinin “Ölüm mələyi” tarixi romanının təqdimat mərasimi keçirilib. 525.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) əməkdaşlarının da işt...
ANL
Müəllim hazırlığı: müasir standartlar və günün tələbləri. Son illər müəllim hazırlığı sahəsində aparılan islahatlar çərçivəsində bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlanması üçün yeni kurikulum tərtib edilib və onun ölkənin üç ali pedaqoji təhsil müəssisəsində eksperiment şəklində tətbiqinə başlanılıb....
ANL
Diplomat düşüncəli ədəbiyyat adamı- Vilayət Quliyev -60. 1970-ci ilin 1 sentyabrında indiki Azərbaycan Dövlət İqtisad Universitetinin binasında həmin il o zaman ölkədə yeganə universitet olan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş ilk tələbələr ikinci mərtəbənin dəhlizinə yığışıb həyəcanla...
ANL
Yazıçı və publisist Pərvinə məktub. Hörmətli Pərvin, qələmindən çıxan yazıları ilk dəfə nə vaxt oxuduğum yadımda olmasa da, iki cəhət yaxşı yadımdadır. Böyük qızımın adını daşımağın və təfəkkürün. Yazılarından hasil etdiyim qənaətlər qədərincədir. Hər şeydən əvvəl sənin təvazökarlığın, müşahidə qabiliyyətin, dünyagörüş...
ANL
Pərvinin həmsöhbəti dünyaşöhrətli Polşa rejissoru, dramaturqu Kşiştof Zanussidir. 1958-ci ildən çəkməyə başladığı həvəskar filmlərin uğur qazanması, mükafatlara layiq görülməsi onu daha da həvəsləndirmiş və o, Lodz Kino məktəbinin rejissorluq fakültəsinə daxil olmuşdur. Diplom işi – “Əyalətlinin ölümü” ekran əsərinə gö...
ANL
Orxan Pamukun şəhəri və dünyası. Başqa qonaqların sırasında mən türk yazıçısı Orxan Pamuku da dəvət etmişdim. O, dəvətimizi məmnuniyyətlə qəbul etdi və məşhur jurnalist, rəhmətlik İrfan Ülkü ilə birlikdə ilk dəfə Azərbaycana gəldi. O zaman Orxan hələ Nobel laureatı deyildi, lakin bundan qabaq da Türkiyədə onu çoxları s...
ANL
Hansı hisslər keçirirsiniz? Zamanın, vaxtın göz qırpımında ötüb keçməsinin hüznüylə bahəm, həm də havayı ötməyən, sevinci-kədəri, ağrısı-acısıyla dopdolu yaşanan iki sanballı onillik qürur hissi də verir. – Yubileyi qeyd etmək fikriniz varmı? – Keçən il 19 illiklə bağlı təbriklərin içərisində mədəniyyət və turizm nazir...
ANL
"Məlumatlı olsaydı, soruşmazdı ki, Naxçıvan niyə Azərbaycandan aralı düşüb". Prezident Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsi. - Novruz müəllim, Avropa Komissiyasının Elektron məsələləri üzrə vitse-prezidenti Neelie Kroes bu günlərdə Azərbaycanda internet azadlığı barədə bir n...
ANL
Şirindil Alışanlının 60 illiyi Yazıçılar Birliyində qeyd olunub. Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda ədəbiyyatşünas alim Şirindil Alışanlının 60 illik yubileyilə bağlı tədbir keçirilib. O, çıxışında bildirib ki, Şirindil Alışanlı müasir elmi nəzəriyyəyə dərindən bələd olan, dayanmadan bu sahədə müt...
ANL
İşıqlı ziyalı,dəyərli alim. PROFESSOR VAQİF ABBASOVUN 60 İLLİYİNƏ. Bəzən elə məqam yetişir ki, illərlə tanıdığın, hörmət etdiyin, işığına uçunduğun bir insan haqqında ürək sözlərini başqalarına çatdırmağa ehtiyac duyursan. Bu payız günlərinin birində xəbər tutdum ki, oktyabrın 5-də görkəmli Azərbaycan alimi və ziyalısı...
ANL
Mən bir gənc adamam əlimdə əsa. Üzümdə həyatdan minbir cizgilər... Mən bir gənc adamam həyat buraxsa. Bir əsir yaşaram yaşlı deməzlər! Əlini mənə doğru uzatdığında bir an qarşımda gənc araşdırmacı Vüqar Şəmsizadənin durduğunu zənn etdim. Eynilə haqsızlıqların qarşısında bəzən vicdanın susduğu kimi. Ədəbiyyat, insanı hə...
ANL
Sabir Rüstəmxanlının “Əbədi sevdası”. ...Bu gün elə iddialar eşidirsən ki, təəccüblənməyə bilmirsən. Kimsə sözü hörmətsiz edən cızmaqarası ilə gah dili yaşatdığından dəm vurur, gah da Allahın onu seçib xüsusi istedad verməsindən danışır. Amma imzalar içində SÖZÜ boy verən və bir azadlıq mücadili kimi sözünü qanıyla yaz...
ANL
“Tarixini, keçmişini yaşatmağı bacaran xalqlar tarix səhnəsindən heç vaxt silinmirlər. Müxtəlif rejimlərin gətirdiyi qadağalar, qoyduğu tabular, verdiyi fərmanlar xalqın öz qan yaddaşını unutdura bilmirsə, deməli bu xalq həqiqətən əbədi yaşar xalqdır”. 525.az-ın məlumatına görə, bu fikirləri bu günlərdə Türkiyənin Anka...
ANL
Azərbaycan jurnalistlərinin sevimli müəllimi, qocaman professor Şirməmməd Hüseynov “525-ci qəzet”in 20 illik yubileyi ilə bağlı qəzetimizə təbrik məktubu göndərib. Sevimli müəllimimizə dərin minnətdarlığımızı bildirir, təbrik məktubunun mətnini oxuculara təqdim edirik. Hörmətli Rəşad bəy, jurnalist həmkarlarım! qəzetin...
ANL
"Onlar təkcə universitetimizi deyil, həm də Azərbaycan mədəniyyətini təbliğ edirlər.". Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev Böyük Britaniyanın Suffolk Universitetinə səfəri ilə bağlı mülahizə və düşüncələrini bölüşür. – Hörmətli Timuçin müəllim, Böyü...
ANL
“Teatr konfransı” təhlil müstəvisində. Azərbaycan teatrı tarixində, təbii ki, mən yerli mədəniyyət şəbəkəsində avropatipli peşəkar teatrın təşəkkül və inkişaf tarixini nəzərdə tuturam, teatr konfransı keçirmək ənənəsi olmayıb, o da ki ola beynəlxalq formatda. Bir zamanlar bu, Azərbaycan teatr ictimaiyyətinin arzularını...
ANL
İnsanları mənəvi saflığa çağıran görkəmli alim və müəllim. Cari ilin noyabr ayında Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli şərqşünas və islamşünas alimi, ensiklopedik bilik sahibi, əməkdar elm xadimi, filoloji elmlər doktoru, akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illik yubileyinin təntənəli şəkild...
ANL
Tarixdə yaşamaq haqqı. Görkəmli şərqşünas-alim, müəllim Vasim Məmmədəliyevi yaxından tanıyanların təəssüratları belə bir fikri xülasə etməyə əsas verir ki, “o bir sirri-xudadır”. Nədir bunun səbəbi? Nədən Vasim müəllimin kimliyində özünü göstərən şəxsiyyət həqiqətləri bu nəticəyə gəlməyə imkan verir? Zənnimcə hamımızın...
ANL
Kamal Abdullanın Minotavrsız labirinti, yaxud Borxeslə səsləşmələrlə... Yazıçı Kamal Abdullanın “Labirint” hekayələr toplusunun təqdimat mərasimi oldu. Kitabın ön sözünün müəllifi Salam Sarvan, redaktoru isə Aqşin Yeniseydi. İş elə gətirdi ki, bir neçə gün əvvəl Bakı Slavyan Universitetində keçirilən təqdimat- müzakirə...
ANL
Səhnəyə dönən auditoriya. Bu illər ərzində “Bəxt üzüyü” filmindən gələn şöhrət, eləcə də televiziya, radio, Kütləvi İnformasiya Vasitələrinin tez – tez mənə müraciət etməsi, gündəlik qəzet və jurnallarda çıxan müsahibələrim, xarici ölkələrdəki kinofestivallar və mədəniyyət günləri yaradıcı həyatımda yaranmış “boşluğu” ...
ANL
Akademik Milli Dram Teatrında daha bir premyera Brextin “Kuraj və uşaqları” tamaşaçılara təqdim olundu. Dünən Akademik Milli Dram Teatrında Bertolt Brextin əsəri əsasında hazırlanmış “Kuraj və uşaqları” tamaşasının premyerası keçirildi. 525.az-ın məlumatına görə, dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi k...
ANL
Populyar bir qəzetin 20 il mövcud olması ciddi ictimai-mədəni hadisəsidir, mətbuat tariximizin parlaq bir səhifəsi, istiqlal havasının var olması, mətbuat azadlığının nəbzinin hələ vurması deməkdir. Bu qəzeti 20 il yaşatmaq, onu təhlükələrdən sovuşdurub, daşlı-kəsəkli yollardan keçirib, burulğanlardan qoparıb bugünə gə...
ANL
Bu gün Bakı Dövlət Universitetinin əməkdaşları “525-ci qəzet”in redaksiyasını ziyarət ediblər. 525.az-ın məlumatına görə, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev, mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova və universitetin nəzdində fəaliyyət göstərən “Bakı Universiteti” qəzetinin baş redakt...
ANL
Nazim Hikmətin Səməd Vurğuna şeir. Arxivimdəki əlyazmaları arasında Nazim Hikmətin bir şeiri var. Şeiri mən hardansa köçürmüşəm. Türkiyə türkcəsində yazılan və “Samet Vurğuna” adlanan şeirin altında Nazimin imzası və şeirin yazılma tarixi, nə vaxt və harada yazılması qeyd olunub: “Nazim Hikmet. Nazim Hikmətin kitabxana...
ANL
Akademik Vasim Məmmədəliyevin 70 illiyi qeyd olunub. Bakı Dövlət Universitetində görkəmli alim, ilahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetin...
ANL
Üzümə gülən küçə. Hazırda qədim Şabran torpağının az qala hər qarışında gedən geniş abadlıq-quruculuq işləri yaşadığım küçədən də yan keçməyib. Bu günlərdə küçəmizdə növbəti abadlıq-quruculuq işləri-asfaltlaşdırma gedirdi və mən də iş üstündə olan, görülən işlərlə yaxından maraqlanıb öz göstərişlərini verən rayon İcra ...
ANL
Professor Vilayət Quliyevə yubiley məktubu Şərqlə Qərbin qovşağında fütuhat. Əzizim Vilayət, möhtərəm Ədib! Azərbaycan yazıçılarının X qurultayında dediyin sözlər yadıma düşür: Elə bil ki, gənclik həbs müddətidi, onu nə vaxt qurtaracağıq ki, bizi də nəzərə alacaqlar. Fəqət, sən həmişə mənim üçün gəncsən. Çünki, bir zam...
ANL
Səhər erkəndən yola çıxmalıydıq. Əslində hazırlanmaq sözü də bir bəhanə. Evdə o otaqdan bu otağa dolanıb dururam. Axşamdan dilimə yamanmış yanıq bir türkü heç cür yaxamı buraxmır. Allahım nədir bu türkülərin əlindən çəkdiyim? Daha bir yuxusuz gecəyə mərhaba! Ustad Aşıq Veysəlin sanki ərşdən gələn yanıq, müdrik və insan...
ANL
Özümə kişiyana söz vermişdim: nə Əsməri, nə də Leylanı itirib-axtardı yoxdur. Miskin, kədərli yataqxana otağına çəkilib dəlicəsinə yazmaq ən gözəlidir. Bir həftə dayanmadan kompüterin klaviaturalarını döyəcləməkdən yorulmadım, uşaqlar evə gəlib gözlərimdə qızartı görəndə əvvəlcə başıma ağıl qoymağa çalışır, sonra bir-b...
ANL
Payız gülləri, yaxud bütün sevgilərin bitdiyi yerdə. Sabah tezdən sənin uyuduğun o qəbristanlığa gedəcəm. Bizim doğma kəndimizdən cəmi altı kilometr aralı düşmüş o kəndə. Səni biraz doğma, bir az ögey, bizim kəndimizdən cəmi altı kilometr aralı o kənddə dəfn edəndə içimdəki sənsizlik ağrısı o kəndin ağrısına qarışdı. T...
ANL
Vaqif Bayatlıdan bəy atlı şeirlər. Hər iki dünyanın. ən eşqli musiqisini. kişi ürəyi, barmaqları yox, eşqli qadın ayaqları bəstələr. Göyüzü ulduz bitirər, ulduz da adam gətirər, yeni qurbanlar yetirər, rahat olar bütün çiyinlər. Fərid və Qismət bəylərə təzəcə nişanlanmış böyükçölə, o şairləri fəth edən. cəsur, gözəl xa...
ANL
Pərvinin həmsöhbəti teatr rejissoru, əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti Azər Paşa Nemətdir. Azər Paşa Nemət. Bülbül adına orta musiqi məktəbini bitirib. Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyirmiş... Amma birdən-birə nə baş ve...
ANL
Ömrünün 80-ci ilinə qədəm qoymuş Qənbər Şəmşiroğlunun həyat yolu işıqlı salnamə və bir müdriklik düsturudur. Hələ qədimdən filosoflar bu fikirdə olublar ki, müdriklər təkcə işıqlı düşüncələri gəzdirənlər deyil, həm də öz ömürlərini bu tərzdə yaşayanlar, gerçək həyatdakı davranışları ilə başqalarına nümunə olanlardır. B...
ANL
Yazar,dramaturq və alim Aslan Qəhrəmanlı şair Cavad Zeynalın “AXŞAM QƏRİBLİYİ” kitabına yazdığı ÖN SÖZDƏ qeyd eləyir :”Qarşımda hələ çap olunmamış bir kitabın kompüterdə yığılmış variantı var. “Axşam qəribliyi” adlandırılan bu kitabı gözdən keçirirəm, yadıma müəllifin – şair və nasir Cavad Zeynalın “Yazıçı” nəşriyyatın...
ANL
Əli İldırımoğlunun 85 illik yubileyi Yazıçılar Birliyində qeyd olunub. Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Əli İldırımoğlunun 85 illik yubileyilə bağlı tədbir keçirilib. O, Sovet dövrünün ən məhşur qəzetlərindən olan “Kommunist”də çalışıb, eyni zamanda da ardıcıl şəkildə ədəbi fəaliyyətlə məşğul o...
ANL
Bir qartal da havalanıb zirvə qaşından... (Tərcüməçi məsuliyyəti və istedadı haqqında söz). “A.S.Puşkin və Azərbaycan” mövzusunda Azərbaycan filoloqları dissertasiyalar müdafiə etmiş, elmi monoqrafiyalar yazmışlar və bu tədqiqatların böyük əksəriyyəti sovet dönəmində aparılmışdır. Bu tədqiqatlar, ümumiyyətlə, Azərbayca...
ANL
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Şəxsiyyət anlayışı barədə. (Xeyirə kahin xidməti, şərə qarşı isə məğlubedilməz qladiator cəsarəti göstərən R.A.-ya). (Əvvəli ötən şənbə saylarımızda). Xristianlıq üçün onun ən böyük xidməti imperiyanın şimalında və şərqində olan bütpərəst tayfaları bu dinə keçirməsi idi. Saks...
ANL
Hörmətli Rəşad müəllim! Bu gün yaranmasının və ilk sayının çapdan çıxmasının 20 illik yubileyini bayram etdiyimiz “525-ci qəzet”i araya-ərsəyə gətirən sizlərin fərəh və qürur hissiniz tamamilə təbiidir. Müasir milli mətbuatımızın öncüllərindən sayılan, müstəqilliyimizin müjdəçisi olan “525-ci qəzet”in yubileyi münasibə...
ANL
Hörmətli Rəşad müəllim! Sizi və rəhbərlik etdiyiniz kollektivi “525-ci qəzet”in yaranmasının 20 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycan dövlətinin tərəqqisi, xalqımızın riyfahı, firavan həyatı, milli maraqlarının qorunması, onun öz yerini dunya miqyasında tapması naminə həyata keçirilən işlə...
ANL
Qəzetinizin 20 yaşını ürəkdən təbrik edirəm! “525-ci qəzet” ilk addımını atan gündən öz yolunu düzgün müəyyən etmiş və tarazlığını itirmədən irəliləməkdədir. Orta mövqeli olmaq, obyektiv münasibəti qorumaq bütün dövrlərdə olduğu kimi indi də çətin və yorulmazlıq tələb edən bir yaradıcılıq tərzidir. İqtidar və yaxud müx...
ANL
Orda çalışmaq, həm də muvəqqəti çalışmaq üçün. Ona görə müvəqqəti ki, o dövrün populyar qəzetlərindən olan “Hürriyyət”də təsisçi ilə baş redaktor arasında olan şəxsi problemlərə görə bu qəzetin kollektivi istefa edəndən sonra uşaqların çoxu hərə bir yerdə özünə iş axtarırdı. Burda dostum Kamil Həmzəoğlu çalışır, bir mü...
ANL
Ali təhsildə nostrifikasiya proseduru: yeniliklər və irəliləyişlər. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlərə dair sərəncama əsasən Azərbaycan “Avropa regionunda ali təhsil sahəsində ixtisasların ...
ANL
Görkəmli alim və ictimai xadim. Azərbaycan daim özünün dünya şöhrətli alimləri, ictimai xadimləri, müəllim, həkim və səhiyyə işçiləri ilə fərqlənib, vətənimizin başını hər yerdə uca edən, ona şan-şöhrət gətirən ləyaqətli övladları ilə fəxr edib. Bu möhtəşəm ənənə bütün dövrlərdə olduğu kimi bu gün də davam edir. Doğma,...
ANL
Makedoniyalı İskəndərdən üzü bəri həqiqi dövlətçilik təfəkkürünə malik bütün böyük hökmdarlar həmişə çevrələrində müdrik, təcrübəli, dünyagörmüş, əqidə və iman sahibi, kökləri ilə xalqa bağlı ziyalıların, alim və filosofların cəmləşməsinə mühüm diqqət yetiriblər. Hökmdarın özünə inamı, xalq arasında nüfuz və hörməti nə...
ANL