text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Qusarda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir. Qusar Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş ... | ANL |
İrpendə yenidənqurma və abadlaşdırmadan sonra akademik Zərifə Əliyevanın adını daşıyan Dostluq parkının təntənəli açılış mərasimi olmuşdur. Kiyevin peyki - İrpen şəhərciyində yenidənqurma və abadlaşdırma işlərindən sonra görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın büstünün ucaldıldığı, Azərbaycan xalqının bu ş... | ANL |
Parisdə AŞ PA-nın monitorinq və siyasi məsələlər komitələrinin yığıncağı keçirilmişdir. Mayın 30-31-də Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) monitorinq və siyasi məsələlər komitələrinin yığıncağı keçirilmişdir. Monitorinq komitəsinin iclasında Ukrayna, Albaniya və Serbiya i... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Çoxmillətli Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dağıstan və Azərbaycan xalqlarımızın zəngin mədəni və qar... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Sizi və bütün Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Dost Azərbaycan xalqı dövlət quruculuğu, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafı sahəsində çoxəsrlik ənən... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Sizi və bütün Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu gün dünyada çox yüksək elmi və texnoloji potensiala malik olan azad və demokratik dövlət kimi ilbəil möhkəmlənən Azər... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupu adından Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram. Bu əlamətdar... | ANL |
Novruz Məmmədov: Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə böyük əhəmiyyət verir. Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə iyunda planlaşdırılan görüşünə təkcə biz yox, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu və həmsədr ölkələrin pr... | ANL |
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyə Quru Qoşunlarının təlim və doktrina komandanı ilə görüşmüşdür. Mayın 31-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Quru Qoşunlarının təlim və doktrina komandanı, ordu generalı Saldıray Berki... | ANL |
Azərbaycan və Gürcüstan ədliyyə orqanları arasında əməkdaşlıq inkişafdadır. Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir. Zəngin müqavilə-hüquq bazası əsasında ədliyyə nazirlikləri arasında səmərəli əməkdaşlıq qurulmuş, q... | ANL |
Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı və Azərbaycan hökumətinin dəstəyi ilə keçirilən tədbirin açılış mərasimində 80-ə ... | ANL |
Qing-Li Hu: Bu sessiya dünyada mövcud olan qlobal problemlərin həllinə təkan verə bilər. Azərbaycan paytaxtında keçirilən bu sessiya dünyada mövcud olan qlobal problemlərin həllinə təkan verə bilər. Bu sözləri YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin üzvü, Şanxay Sizyatun Universitetinin professoru Qing-Li Hu A... | ANL |
YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının Bakıda keçirilməsi Azərbaycan üçün əhəmiyyətli hadisədir. YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının Bakıda keçirilməsi Azərbaycan üçün əhəmiyyətli hadisədir. Bu sözləri mayın 31-də YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsi... | ANL |
Ərəb dünyasının nüfuzlu "Cümhuriyyə" qəzetinin bir səhifəsi Azərbaycana həsr edilmişdir. Misir və ərəb dünyasının aparıcı "Cümhuriyyə" qəzetinin 28 may tarixli nömrəsinin bir səhifəsi "Azərbaycanın istiqlaliyyəti" sərlövhəsi altında Azərbaycana həsr edilmişdir. Bu, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci i... | ANL |
Azərbaycanda "İmkanlara məhdudiyyət yoxdur" adlı kampaniya başlanır. 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə (YUNİSEF) əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş "İmkan... | ANL |
Nyu-Yorkda 28 May - Respublika Günü münasibətilə rəsmi bayraqucaltma mərasimi keçirilmişdir. Nyu-Yorkun məşhur Bowling Green bağında 28 may - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 93-cü ildönümü münasibətilə Azərbaycan bayrağını ucaltma mərasimi keçirilmişdir. Azərbaycan Amerika Cəmiyyət... | ANL |
ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etmişdir. Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ABŞ-ın dövlət katibi Hillari Klinton 28 may - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. Təbrik bəyanatında H.Klin... | ANL |
Fransanın nüfuzlu jurnalında Azərbaycan iqtisadiyyatından bəhs edən məqalə dərc olunmuşdur. Parisdə iqtisadiyyat məsələlərindən bəhs edən həftəlik "Yeni iqtisadçı" ("Le Nouvelle Economiste") jurnalının mayın 26-da işıq üzü görmüş son nömrəsində Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilmiş "Av... | ANL |
Misirin və ərəb dünyasının nüfuzlu "Əl-Əhram" qəzetində "Şərqin ilk parlamentli demokratik respublikası" adlı məqalə dərc edilmişdir. 28 may - Respublika Günü münasibətilə Misirin və ərəb dünyasının nüfuzlu "Əl-Əhram" qəzetinin 28 may tarixli nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin "Şərqin ilk par... | ANL |
Macarıstanın İctimai Televiziyasında 28 May - Respublika Gününə həsr olunmuş proqram yayımlanmışdır. Macarıstanın İctimai Televiziyası olan DunaTV-nin efirində Azərbaycanın 28 may - Respublika Gününə həsr olunmuş proqram yayımlanmışdır. Proqrama qonaq qismində qatılan ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev 191... | ANL |
Polşada Azərbaycanın milli bayramı qeyd edilmişdir. Azərbaycanın Polşadakı səfirliyi Varşavanın "Hyatt Regency" mehmanxanasında 28 may - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, mərasimdə Polşa Prezidenti Administrasiyasının, hökumətinin üzvləri, Varşavada akkredi... | ANL |
Moskvada Respublika Günü münasibətilə təntənəli qəbul olmuşdur. Moskvada - "Avropa" Ticarət-Əyləncə Mərkəzində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi 28 May - Respublika Günü münasibətilə təntənəli qəbul təşkil etmişdir. Əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilmişdir. Tədbir iştirakçıların... | ANL |
Səhərin aydınlığı, gələcəyin xoşbəxtliyi. 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür. Bu bəxtəvərlik uşaqlarla bağlıdır. Bəşəriyyətin sevə-sevə oxuduğu Viktor Hüqonun məşhur "Dünyada ən böyük himn uşaq qığıltısıdır" fikri illərdir ki, dilimizin əzbəridir. Çünki uşaq həyatın davamı, xoş gələcəyimiz, varlığımızın əbədi s... | ANL |
Dünya Azərbaycanın sığorta-pensiya sistemini beynəlxalq model olaraq qəbul edir. DSMF-nin Ağcabədi rayon şöbəsində əhaliyə xidmət zamanı şəffaflıq əsas prinsipdir. Dinamik inkişafını yeni nailiyyətlərə imza atmaqla davam etdirən Azərbaycanda iqtisadi sferada həyata keçirilən siyasət sosialyönümlü problemlərin kompleks ... | ANL |
Bakı dəbdə olan Avropa paytaxtına çevrilir. "Eurovision"da "məxməri qələbə" Azərbaycan üçün yeni imkanlar açır. Mayın 30-da Rusiyanın nüfuzlu nəşri "Nezavisimaya qazeta"nın internet saytında Nazim Cavadovun "Bakı dəbdə olan Avropa paytaxtına çevrilir" sərlövhəli məqaləsi verilmişdir. AzərTAc həmin məqaləni təqdim edir.... | ANL |
Berlində "Xocalı" abidəsinin açılışı olmuşdur. Mayın 30-da Berlində çoxdan gözlənilən hadisə baş vermişdir. Almaniya paytaxtının Şteqlits-Selendorf inzibati dairəsində 1892-ci ildə yaradılmış məşhur Qotfrid-Benn kitabxanasının həyətində "Xocalı" abidəsinin açılışı olmuşdur. Abidənin ucaldılmasının təşəbbüskarı Salxab M... | ANL |
Dövlət Aqrar Universitetində bu məsələ səriştəli qurulub. Bu günlərdə aqrar universitetdə növbəti məzun yarmarkası təşkil olunmuşdu. İyirmi yeddi rayonun məsul işçiləri, doxsan üç təşkilatın nümayəndələri gəlmişdilər. Bu, son illərdə Dövlət Aqrar Universitetində keçirilən üçüncü məzun yarmarkasıdır. Azərbaycan Dövlət A... | ANL |
"Beyləqan"la Beyləqana səyahət. Vəsimə İsmayılqızının "Beyləqan" adlı ensiklopedik toplusu nəfis tərtibatla, orijinal üslubda nəşr olunmuşdur. Bölmələr mövzusunun ruhuna uyğun məqalə, şəkil, xəritə, sxem və cədvəllərlə zənginləşdirilmişdir. Müəllif hər bir məqaləni bir elmi mənbə səviyyəsində təqdim edir. Məqalələr kit... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya səfəri. İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün paytaxt Romaya gəlmişdir. AzərTAc. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Moldova Prezidentinin vəzifəsini icra edən Marian Lupunun görüşü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Romada onun üçün ayrılmış iqamətgahda Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Marian Lupu ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Moldo... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "Edison" şirkətinin baş icraçı direktoru Bruno Leskörü qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də onun üçün ayrılmış iqamətgahda İtaliyanın "Edison" şirkətinin baş icraçı direktoru Bruno Leskörü qəbul etmişdir. Görüşdə Azərbaycan Respubli... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Technip-İtaly (Teknip İtaliya) şirkətinin baş icraçı direktoru Marko Villanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də onun üçün ayrılmış iqamətgahda neft-qaz və neft-kimya sənayesi üçün mühəndis və texnoloji avadanlıq istehsal edən Technip-İtaly (... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bir neçə gün əvvəl Bakıda keçirdiyimiz səmimi görüşü, açıq və səmərəli müzakirəni xatırlayaraq Sizi bir daha əmin etm... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Sizi və bütün qardaş Azərbaycan xalqını ən mühüm hadisə, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Fərəhlə qeyd edirəm ki, Gürcüstan ilə Azərbaycan arasında tarixən formalaşmış müstəsna ikitərəfl... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! İcazə verin, Sloveniya xalqı adından və öz adımdan Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim, ölkənizə hərtərəfli inkişaf və rifah arzu edim. Bu münasibətlə 2011-ci il iyun ayının... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi diləyir, ən xoş arzularımı bildirirəm. Karl QUSTAV, İsveçin Kralı. | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Milli bayramınız - Respublika Gününün qeyd edilməsi münasibətilə Zati-alinizə təbriklərimi çatdırmaq, Sizə cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək diləmək və ən xoş arzularımı bildirmək istərdim. | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Əs-səlamu aleykum va rəhmətullahi va bərəkatuhu. Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan olduqca məmnunam. Ölkələrimiz arasındakı ... | ANL |
İtaliya Respublikasının Prezidenti zati-aliləri cənab Ciorcio Napolitanoya. Hörmətli cənab Prezident! Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğuru... | ANL |
Göyün yeddinci qatında. "Azal" müstəqil Azərbaycanın uğurlarını dünyaya car çəkir. Təyyarə bələdçisi xüsusi bir təbəssüm və nəzakətlə salona daxil olan sərnişinlərə yerlərini tapmaqda, əllərindəki əşya və yol çantalarını yerləşdirməkdə kömək edir. Bir azdan hamı bir nəfər kimi qoruyucu kəmərləri taxacaq, tavandakı xəbə... | ANL |
"Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir" mövzusunda "dəyirmi masa" keçirilmişdir. İyunun 1-də Yeni Azərbaycan Partiyasının (YAP) və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşkilatçılığı ilə "Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir" mövzusunda "dəyirm... | ANL |
Azərbaycan ilə BMT arasında əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində mayın 31-də Nyu-Yorkda BMT-nin baş qərargahında təşkilatın baş katibi Pan Gi Mun ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görü... | ANL |
Azərbaycanın xarici işlər naziri İKT-yə üzv dövlətlərini ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməyə çağırmışdır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində mayın 31-də Nyu-Yorkda BMT-nin baş qərargahında İslam Konfransı Təşkilatın... | ANL |
Azərbaycanın xarici işlər naziri Ərəb Dövlətləri Liqasının BMT yanında daimi nümayəndələri ilə görüşmüşdür. ABŞ-da işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də Nyu-Yorkda Ərəb Dövlətləri Liqasının BMT yanında daimi nümayəndələri ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat x... | ANL |
Ankarada İKT İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 27-ci iclası keçirilmişdir. Ankarada İslam Konfransı Təşkilatı (İKT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 27-ci iclası keçirilmişdir. İclasda təşkilata üzv ölkələrin, o cümlədən Azərbaycanın ekspertləri iştirak etmişlər. Türkiyə Prezidenti Abdullah... | ANL |
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SəsTV-yə müsahibəsi. - Novruz müəllim, ABŞ, Rusiya və Fransa prezidentlərinin Dovil bəyanatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında imkanların tükənmədiyini deməyə əsas verirmi? Fransanın Dovil şəhərində "Böyük səkkizl... | ANL |
SABİRABAD Muğanın inkişaf rəmzinə çevrilir. Sabirabad rayonu Aran iqtisadi zonasında yerləşir. Tarixi çox qədimlərə söykənir. Ölkənin iki böyük çayı - Kürlə Araz burada qovuşur. Burada əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Ötən əsrin 70-ci illərinədək bu rayon geridə qalmış yaşayış məskəni olub. Muğanın... | ANL |
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Səudiyyə Ərəbistanının aparıcı təhsil ocaqlarında olmuşdur. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev və icraçı dekan Fariz İsmailzadə Səudiyyə Ərəbistanı Krallığının aparıcı təhsil ocaqları ilə əməkda... | ANL |
Azərbaycan ilə Ermənistan arasında "dondurulmuş münaqişə" qaynamağa başlayır. ABŞ-ın nüfuzlu "The New York Times" qəzetinin 1 iyun tarixli nömrəsində "Azərbaycan ilə Ermənistan arasında "dondurulmuş münaqişə" qaynamağa başlayır" sərlövhəli məqalə dərc olunmuşdur. AzərTAc həmin məqaləni təqdim edir. Xurmayı saçları çiyi... | ANL |
Ədliyyə orqanlarında müasir texnologiyaların tətbiqi diqqət mərkəzindədir. Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə iyunun 1-də nazirliyin kollegiya iclası keçirilmişdir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə, ulu öndər Heydər Əliyevin humanizm ideyalarına daim sadiq qalan Prezi... | ANL |
Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetində olmuşdur. Kuba inqilabının öndəri Fidel Kastronun oğlu, Kuba Respublikası Dövlət Şurasının elmi işlər üzrə məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetində olmuş, rektor, akademik Abel Məhərrəmovla görüşmüşdür. Qona... | ANL |
Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası işini davam etdirir. İyunun 1-də Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyası öz işini davam etdirmişdir. AzərTAc xəbər verir ki, YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Pilar Alvarez-Lasonu... | ANL |
Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası işini davam etdirir. İyunun 1-də Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyası öz işini davam etdirmişdir. AzərTAc xəbər verir ki, YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Pilar Alvarez-Lasonu... | ANL |
Belə mötəbər tədbir Azərbaycanda gedən inkişaf proseslərini dünyaya nümayiş etdirmək imkanı yaratmışdır. Bakıda YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının keçirilməsi bütün dünya ölkələri üçün maraqlıdır. Bu sözləri Bakıda keçirilən YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiya... | ANL |
Yeni Dövlət Proqramı bütün gənc təbəqələri əhatə edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında bir qrup gənclə keçirdiyi görüşdə iştirak etmiş gənclərdən biri Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi, Prezident təqaüdçüsü Günay Daşdəmirovadır. Eyni zamanda, Azərbaycan D... | ANL |
Bakıda 15-ci "Türk dünyasına xidmət" mükafatının təqdimatı keçirilmişdir. İyunun 1-də Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) Bakıda 15-ci "Türk dünyasına xidmət" mükafatının təqdimatını keçirmişdir. AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycan və türk dünyasının böyük şəxsiyyətləri - ulu öndərləri Heydər Ə... | ANL |
Kanada parlamentində Azərbaycan Respublika Gününün qeyd edilməsi barədə bəyanat səsləndirilmişdir. Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mayın 31-də Kanadanın Ontario əyalətinin parlamentində deputat Monte Kvinter Azərbaycanın milli bayramı - Respublika Gününün qeyd edilməsi bar... | ANL |
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı YUNESKO-nun nəzdində fəaliyyət göstərən təşkilata üzv seçilmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı YUNESKO-nun nəzdində fəaliyyət göstərən Uşaq və Gənclər Teatrları Beynəlxalq Təşkilatının (ASSİTEJİ) İcraiyyə Komitəsinə üzv seçilmişdir. Teatrın mətbuat xidmətindən Azə... | ANL |
Azərbaycan-İsveç Federasiyasının XII qurultayı keçirilmişdir. İsveç Krallığının Stokholm şəhərində Azərbaycan-İsveç Federasiyasının XII qurultayı keçirilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, krallığın Umea, Uppsala, Stokholm, Lund və digər şəhərlərindən 60-dan çox azərbaycanlının qatıldığı tədb... | ANL |
Lakin o, kinofilmlərdə, qədirbilən tamaşaçıların qəlbində yaşayır. Hər dəfə oynadığı rollara baxdıqca böyük sənətkarı yad edir, həyatdan vaxtsız köçdüyünə acıyırıq. Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin aktyorluğa olan həvəsi onu tərk etməyib. 1958-ci ildə M.Əliyev adına Azərbaycan... | ANL |
Elin, mahalın, nəhayət millətin, xalqın tarixi onun yaddaş salnaməsi sayılan folklorunda yaşayır. Ağız ədəbiyyatı kimi təqdim olunan folklor nümunələri də təbii ki, ayrı-ayrı müəlliflərin yaradıcılığından seçmələrdir. Müəyyən səbəblər üzündən, ən əsası isə sırf xalqın məişət və həyat tərzindən, dərd-sərindən danışdığı ... | ANL |
Vergilər uşaqların gözü ilə. Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyinin təşəbbüsü və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının dəstəyi ilə "Uşaq dünyası" qalereyasında "Vergilər uşaqların gözü ilə" adlı növbəti rəsm müsabiqəsinə yekun vurulmuşdur. Avropadaxili Vergi Administrasi... | ANL |
Mayın 31-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Aberdin-Bakı marşrutu ilə ilk sərnişin aviareysini yerinə yetirmişdir. Bakıdan uçan ilk təyyarədəki sərnişinləri Aberdin aeroportunda QSC-nin Böyük Britaniya üzrə baş təmsilçisi Kamran Qacar və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nümayə... | ANL |
Rüstəm Rəhimov: "Uşaq futboluna diqqət artırılmalıdır". Xəbər verdiyimiz kimi, iyunun 6-da ölkə futbolunun 100 illiyi münasibətilə yubiley tədbirləri keçiriləcək. Bir əsrlik tarixi ərzində Azərbaycan futbolunun uğurları az olmamışdır. O vaxt Bakının "Neftçi" klubu keçmiş SSRİ-nin ən güclü komandalarından sayılırdı. Müx... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş təntənəli bayram mərasimində iştirak etmişdir. İyunun 2-də Romada İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş rəsmi parad keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliy... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Ciorcio Napolitanonun adından verilmiş ziyafətdə iştirak etmişdir. İyunun 2-də axşam Romanın "Kurinale" sarayında İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş bayram mərasiminə qatılan nümayəndə heyətlərinin başçılarının şərəfinə konsert p... | ANL |
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti cənab Yozef Blatterə. Hörmətli cənab Blatter! Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu məsul vəzifəyə seçilməyiniz dünya futbolunun inkişafı, milyonl... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Cənab Prezident! Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə İspaniya Hökuməti və xalqı adından, həmçinin öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim. Cənab Prezident, Sizə cansağlığı, dost Azərbaycan xalqına sü... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. İcazə verin, milli bayramınız münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və öz adımdan Sizə cansağlığı, xoşbəxtlik, ölkənizin xalqına sülh və tərəqqi arzu edim. Təşkilatının baş direktoru. | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! Azərbaycan Demokratik Respublikasının yaranması gününün qeyd olunması münasibətilə Litva xalqı adından və öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə qüvvət, müdriklik və daimi cansağlığı, ölkənizin ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Cənab Prezident, Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına çatdırdığım səmimi təbriklərə Kamboca Hökuməti və xalqı da qoşulur. Həmçinin Sizə cansağlığı, Azərbaycan xalqına... | ANL |
ABŞ konqresmenləri Respublika Günü münasibətilə Azərbaycanı təbrik etmişlər. Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 93-cü ildönümü münasibətilə müxtəlif ştatları və siyasi partiyaları təmsil edən 8 konqresm... | ANL |
Məqsəd Azərbaycanı müasir dövlətə çevirməkdir. Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bunun üçün islahatların davam etdiriləcəyini bir daha vurğuladı. Ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, habelə imperiya daxilində bir araya gətirilm... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Venesiya Biennalesində ölkəmizin pavilyonunun rəsmi açılış mərasimində iştirak etmişdir. İtaliyanın Venesiya şəhərində növbəti Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesi öz işinə başlamışdır. İyunun 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunu... | ANL |
Heydər Əliyevin nitqində neologizmlər. Ulu öndər Heydər Əliyev deyirdi: "Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini hələ tam dərk edə bilməmişik. Ulu öndərin canından əziz sandığı Azərbaycan dili də, digərləri kimi, inkişaf edir, zənginliyini qoruyur, ... | ANL |
Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası başa çatmışdır. İyunun 2-də Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyası işini başa çatdırmışdır. AzərTAc xəbər verir ki, Avstriya Federal Dəftərxanası Bioetika Komissiyasının sədri xanım Kristian Dramlın sədrliyi ilə keçən i... | ANL |
YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakçıları Azərbaycan muğamlarını dinləmişlər. İyunun 2-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakçıları üçün muğam axşamı keçirilmişdir. AzərTAc xəbər verir... | ANL |
İtaliyada 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilmişdir. Azərbaycanın İtaliyadakı səfirliyi "Rome Cavalieri Hotel"də 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil etmişdir. Tədbirdə İtaliya rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elm və mədəniyyət x... | ANL |
Azərbaycan Argentina mətbuatında. 28 May - Respublika Günü Argentinanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Bu münasibətlə ölkə mətbuatında çoxsaylı məlumatlar verilmiş, video və audio reportajlar yayımlanmışdır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ilk olar... | ANL |
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Goran... | ANL |
Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur. İyunun 2-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. İclasda "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edildi. Komitənin sədri Ziyad Səmədzadə layihə barədə məlumat verərək qeyd... | ANL |
Azərbaycanın mülki aviasiya işçiləri peşə bayramlarını qeyd etmişlər. Azərbaycanın mülki aviasiya işçiləri iyunun 2-də peşə bayramlarını - Mülki Aviasiya Gününü qeyd etmişlər. AzərTAc xəbər verir ki, Azərbaycan mülki aviasiyasının 73-cü ildönümünə həsr olunmuş mərasimdə əvvəlcə Prezident İlham Əliyevin Mülki Aviasiya G... | ANL |
Azərbaycanın mülki aviasiya işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər. Azərbaycanın mülki aviasiya işçiləri iyunun 2-də peşə bayramlarını - Mülki Aviasiya Gününü qeyd edirlər. AzərTAc xəbər verir ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, Milli Aviasiya Akademiyasının,... | ANL |
Azərbaycan Milli Aviasiya Akademiyasında "Aviasiya uşaqların gözü ilə" mövzusunda bayram tədbiri keçirilmişdir. İyunun 2-də Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü və 2 iyun - Mülki Aviasiya İşçilərinin peşə bayramına həsr o... | ANL |
Sietl şəhərində "Boeing" şirkətinin "Azərbaycan Hava Yolları" QSC üçün hazırladığı yeni "Babək" təyyarəsinin təqdimatı olmuşdur. Mayın 31-də aviasiya sahəsinin lideri olan "Boeing" şirkətinin ABŞ-ın Sietl şəhərində yerləşən Everett zavodunda "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) yeni "Boeing 767-30... | ANL |
AzərTAc xəbər verir ki, təyyarəyə qalxan pilləkənlərin qarşısında rəmzi qırmızı lent kəsilmişdir. Tədbir iştirakçıları "Babək" adlandırılan təyyarənin rahat interyeri, müasir dizaynı və qabaqcıl texnologiyası ilə yaxından tanış olmuşlar. Uçuş zamanı heç bir problem yaşanmamış, təyyarə sistemləri qaydasında fəaliyyət gö... | ANL |
Daha bir uğursuz sülh prosesi. Tanınmış jurnalist, "Karneqi" Fondunun analitiki Tomas de Vaal ABŞ-ın nüfuzlu "The National İnterest" jurnalında "Daha bir uğursuz sülh prosesi" adlı məqalə ilə çıxış etmişdir. AzərTAc həmin məqaləni təqdim edir. Beynəlxalq xəbərlərin bolluğu ilə seçilən indiki vaxtda "Böyük səkkizlik" öl... | ANL |
Hər yüz min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan MDB məkanında sonuncu yerlərdən birini tutur. İyunun 2-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Adel Mohammad Adaileh ilə görüşmüşdür. Daxili İşlər Nazirliyinin (DİN) ... | ANL |
Azərbaycanın xarici işlər naziri dünya KİV-nə Ermənistanın işğalçı siyasəti haqqında məlumat vermişdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-York şəhərində ABŞ-ın "Thompson Reuters", "CNN", "Associated Press", "İnner City Press", "Summit Energy" kimi aparıcı KİV-lərin... | ANL |
Deputat Desiree Pethrus: "İsveç parlamentinin "erməni soyqırımı"nı qəbul etməsi tarixi səhvdir". İsveç parlamentinin qondarma "erməni soyqırımı"nı tanıması tarixi səhvdir. AzərTAc xəbər verir ki, bu sözləri İsveç parlamentinin xarici işlər komitəsinin, İsveç Xristian Demokrat Partiyasının xarici işlər üzrə komissiyasın... | ANL |
Ataxan Paşayevin "Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar" əsəri türk dilində nəşr etdirilmişdir. Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) maliyyə dəstəyi və ATİB-in təsisçisi olduğu Azərbaycan Türkiyə Tarixi Araşdırmaları Fondunun (ATAF) təşkilatçılığı ilə Azərbayca... | ANL |
Azərbaycan musiqisi dünyanı dolaşır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 20 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Amerika Birləşmiş Ştatlarının Hyuston, Los-Anceles, Santa-Monika, San-Fransisko və Vaşinqton şəhərlərində konsert... | ANL |
Azərbaycanlı dirijorun beynəlxalq uğurları. Sankt-Peterburq Dövlət Filarmoniyasının Böyük zalında keçirilən iki nüfuzlu beynəlxalq musiqi festivalının qala-konsertində A.Toskanini adına dirijorların IX beynəlxalq müsabiqəsinin qalibi, gənc azərbaycanlı maestro Əyyub Quliyev də iştirak edib. Builki festival dünyanın 12 ... | ANL |
Teatr və kino sənətində silinməz izləri qalan sənətkarlarımızdan biri də Dövlət Film Fondunda 90 illik yubileyi qeyd olunan əməkdar artist Ətayə Əliyevadır. Əməkdar incəsət xadimi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev tədbiri açaraq görkəmli aktrisanın yaradıcılıq yolundan danışıb. Yazıçı-publisist, professor A... | ANL |
İtaliyada buraxılmış musiqi diskində xanəndə Qoçaq Əsgərov və onun rəhbərlik etdiyi “Turan” ansamblının ifası yer almışdır. İtaliyada Azərbaycan mədəniyyətinin təbliğinə həsr edilmiş diskin işıq üzü görməsi ilə bağlı mətbuat konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən YUNESKO-nun qeyri-maddi mə... | ANL |
Lənkəran Dövlət Universitetində mədəniyyət və incəsənət bayramı. Lənkəran Dövlət Universitetində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə hazırlıqla bağlı tədbirlər planına uyğun olaraq mədəniyyət və incəsənət bayramı keçirilmişdir. Tədbir Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunmuşdur. Univers... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatmışdır. İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyi və Respublika Günü münasibətilə paytaxt Romada keçirilmiş təntənəli bayram mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti ... | ANL |
Bakı şəhərinin, kənd və qəsəbələrinin problemlərinin həlli dövlətin diqqət mərkəzindədir. Hər bir dövlətin sabit və davamlı inkişafının ümdə şərtlərindən biri onun yeni dövrün tələblərinə cavab verən müasir infrastruktura malik olmasıdır. İnfrastrukturun müasirləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkar... | ANL |
X.Ə.Qasımovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Xuraman Əkrəm qızı Qasımova "Şərəf" ordeni ilə t... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə icazə verin, Çin Xalq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırım.... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.