text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Misirin "Əl-Xəyal" jurnalında Azərbaycanın milli xalçaçılıq sənətinə həsr olunmuş məqalə dərc edilmişdir. YUNESKO-nun Dünya mədəni irsi siyahısına salınmış Azərbaycan xalçaçılıq sənətinin Misirdə və ərəb dünyasında daha geniş şəkildə təbliği məqsədilə Misir Ərəb Respublikasının (MƏR) Mədəniyyət Nazirliyi və Qahirə Oper... | ANL |
FİFA-nın və AFFA-nın rəhbərləri İçərişəhərdə olmuşlar. Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizə gəlmiş FİFA-nın prezidenti Yozef Blatter və AFFA-nın rəhbəri Rövnəq Abdullayev Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olmuşlar. "İçərişəhər" Dövlət Tarix-Mema... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Serbiyaya rəsmi səfərə yola düşmüşdür. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Meh... | ANL |
Belqradın "Nikola Tesla" hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Serbiya Respublikasına rəsmi səfərə gəlmişdir. Belqradın "Nikola Tesla" hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Serbiyanın yüksək vəzifəli ... | ANL |
Rəsmi qarşılanma mərasimi. Serbiya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Serbiya" Palatasının qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Serbiya Preziden... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin təkbətək görüşü. İyunun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqt... | ANL |
Geniş tərkibdə danışıqlar. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Serbiya Prezidenti Boris Tadiç Azərbaycanı ölkəsinin mühüm tərəfdaşı adlandırdı... | ANL |
Azərbaycan-Serbiya sənədləri imzalanmışdır. Prezident İlham Əliyevin və Prezident Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olmuşdur. "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında f... | ANL |
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mətbuata bəyanatlarla çıxış etmişlər. - Mətbuat konfransına gəldiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. İndi isə böyük... | ANL |
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mətbuata bəyanatlarla çıxış etmişlər. - Mətbuat konfransına gəldiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. İndi isə böyük... | ANL |
Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcə... | ANL |
"Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Xərclərin istiqamətləri Məbləğ (manatla). Azərbaycan Respublikasının Dövlət Sosial. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Dövlət qulluğunda olmanın yaş həddi. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orq... | ANL |
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında və “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan R... | ANL |
Tarixi qayıdış. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ilə Azərbaycanın xilasının və əsl müstəqilliyinin təməli qoyuldu. Xalqların, dövlətlərin üzləşdikləri fəlakətlərin aradan qaldırılmasında şəxsiyyətlərin qətiyyəti, prinsipiallığı, tutduqları mövqe və xarizması böyük əhəmiyyətə ma... | ANL |
Dövlətin idmana qayğısının daha bir təzahürü. Bakı Olimpiya Stadionu təkcə ölkənin deyil, həm də regionun ən möhtəşəm futbol arenası olacaq. Proqram idmanın ən populyar növünün müasir maddi-texniki bazasının yaradılmasına, onun kütləviləşdirilməsinə və nəticə etibarilə beynəlxalq yarışlarda uğurlar qazanmağa xidmət edi... | ANL |
Avropa İttifaqının komissarı Azərbaycana səfərinin yekununa dair mətbuat konfransı keçirmişdir. Azərbaycanda şəffaflıq, demokratiya, güclü lider və hökumət vardır. Bütün bunların bir yerdə olması deməyə əsas verir ki, Azərbaycan doğru yoldadır. AzərTAc xəbər verir ki, bu sözləri Avropa İttifaqının enerji məsələləri üzr... | ANL |
Amerika Dünya İşləri Şuralarının nümayəndələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar. Azərbaycanda səfərdə olan Amerika Dünya İşləri Şuraları (WACA) analitik beyin mərkəzinin üzvləri iyunun 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin s... | ANL |
Azərbaycan nümayəndə heyəti jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfransın işində iştirak edir. AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov və ölkəm... | ANL |
“İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabı və www.mediaclimate.org saytı təqdim edilmişdir. İyunun 8-də Mətbuat Şurası, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi “İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabını, www.mediaclimate.... | ANL |
"Bərabər hüquq və imkanlar" adlı sosial çarx təqdim edilmişdir. İyunun 8-də Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) təşəbbüsü və Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış "Bərabər hüquq və imkanlar" adlı sosial videoçarxın təqdimat mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, Milli Məclisin deputatları... | ANL |
Oğuzda "Heydər Əliyev - mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitabının təqdimat mərasimi olmuşdur. Oğuz şəhərində "Heydər Əliyev - mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitabının təqdimat mərasimi olmuşdur. AzərTAc xəbər verir ki, nəşrdə ulu öndər Heydər Əliyevin müxtəlif tədbirlərdə mənəvi dəyərlərin və... | ANL |
Bakıda inzibati hüquqa həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. İyunun 8-də Bakıda Azərbaycan Respublikası Ali Məhkəməsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Vətəndaş və dövlət - Şərqi Avropa cəmiyyətlərində inzibati hüquq özünü necə doğruldur?" mövzusunda beynəlxalq konfra... | ANL |
Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçakın başçılıq etdiyi nümay... | ANL |
Araz Əzimov: Azərbaycan beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsipləri çərçivəsində çeviklik və kompromislərə hazırdır. Mayın 26-da Fransanın Dovil şəhərində keçirilmiş "Böyük səkkizlik" ölkələrinin sammiti çərçivəsində ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ... | ANL |
Rusiyanın Azərbaycandakı səfirliyi xarici pasport alınması üçün ərizələrin onlayn-rəsmiləşdirməsini tətbiq etmişdir. Rusiyanın Azərbaycandakı səfirliyi xarici pasport və Rusiya vətəndaşlığı alınması üçün ərizələrin onlayn-rəsmiləşdirməsini tətbiq etmişdir. Məlumatda deyilir ki, səfirliyin rəsmi saytının konsul xidmətlə... | ANL |
V.Doroxin: "Rusiya Azərbaycanla strateji münasibətlərini bundan sonra da inkişaf etdirəcəkdir". AzərTAc xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyi iyunun 8-də "İnterfaks-Azərbaycan" informasiya agentliyinin mətbuat mərkəzində Rusiya ilə Azərbaycanın əməkdaşlığının aktual problemlərinə həsr edilmiş mətbuat konfr... | ANL |
Kayseridə "Nabukko"ya Dəstək Sazişi imzalanmışdır. İyunun 8-də Türkiyənin Kayseri şəhərində "Nabucco Gas Pipeline International GmbH" korporasiyası və beş tranzit ölkənin (Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) məsul nazirlikləri arasında "Nabukko" Layihəsinə Dəstək Sazişlərinin (LDS) imzalanması məras... | ANL |
Şahzadə Hookon: "Azərbaycan öz neft ehtiyatlarından çox səmərəli istifadə edir". AzərTAc xəbər verir ki, Norveç Krallığının vəliəhdi, Bakıda ikigünlük səfərdə olan Hookon iyunun 7-də öz səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirmişdir. Vəliəhd demişdir ki, Bakıda iki unudulmaz gün keçirmişdir, azərbayca... | ANL |
Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan Respublikası sənaye və energetika naziri Natiq Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun (QİÖF) baş katibi Leonid Boxanovski ilə görüşmüşdür. Görüşdə tərəflər qaz bazarının problemlərini müzakirə etmiş və 2011-ci ilin noyabr ayında Qətər... | ANL |
Naxçıvan ziyarəti. Naxçıvanın - bu qədim yurdun havasında nur yağışından çıxmış çiçəklərin ətir-qoxusu vardı, təndir, çörək-bərəkət tamı beləcə bu torpağın canına hopub buğlanırdı... Naxçıvan şəhərinin mərkəzində dolaşırıq, müşahidə etdiyimiz mənzərələr, torpaq üzərindən çox, dahiyanə bir rəsm əsərində nəqş olunmuş kim... | ANL |
Gəncədə Nizami Gəncəvinin 870 illiyinə hazırlıqla bağlı yığıncaq keçirilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə hazırlıqla bağlı yığıncaq keçirilmişdir. AzərTAc xəbər verir ki, Gəncə ictimaiyyəti nümayəndələrinin, ziyalıların v... | ANL |
Almaniyanın The European Circle internet jurnalı Azərbaycanda yaşayan almanların tarixi haqqında reportaj yayımlamışdır. Almaniyanın The European Circle internet jurnalı Azərbaycan haqqında, xüsusilə də Azərbaycanda yaşayan almanların tarixi ilə bağlı iki hissəli reportaj yayımlamışdır. “Alman irsinə malik olan ölkə” ... | ANL |
Ədliyyə Nazirliyində Gürcüstanın ölkəmizdəki səfiri ilə görüş keçirilmişdir. İyunun 8-də ədliyyə naziri Fikrət Məmmədov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Gürcüstan arası... | ANL |
Parisdə Fransa ilə Azərbaycan arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. İyunun 7-də Parisdə Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla Fransa Respublikasının energetika, sənaye və rəqəmli iqtisadiyyat naziri Erik... | ANL |
Pakistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatmışdır. Nazir Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmid ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşmüşdür. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ə.Həm... | ANL |
Moskva vilayətində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilmişdir. Moskva vilayətindəki "Bor" sağlamlıq kompleksinin əsas korpusunda Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbir Domodedovo şəhər dairəsi... | ANL |
Dünya şöhrətli kuturye Pyer Karden Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna beynəlxalq mükafat təqdim etmişdir. Dünya şöhrətli fransız dizayneri Pyer Karden Moskvada Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna "Rusiyaya məhəbbətlə" beynəlxalq mükafatını təqdim etmişdir. AzərTAc İTAR-TASS agentliyinə isti... | ANL |
Əhalinin səmərəli məşğulluğunun təmin edilməsinin strateji istiqamətləri. Azərbaycanın öz müstəqilliyinə qovuşması və bazar münasibətləri sisteminə keçməsi əhalinin məşğulluğu və onun həll edilməsi mexanizmi sahəsində də bir çox yeni və mürəkkəb sosial-iqtisadi problemlərin yaranmasına səbəb olmuşdur. Bu problemlərin t... | ANL |
İlin axırınadək Azərbaycanda yüksək texnologiyalı və enerjiyə qənaət edən məhsul istehsalı nizama salınacaqdır. Belarus Milli Elmlər Akademiyası (BMEA) idarə heyəti sədrinin müavini Sergey Raxmanovun başçılığı ilə Bakıda səfərdə olan Belarus nümayəndə heyəti Azərbaycan Milli Aviasiya Akademiyasında (AMAA) olmuşdur. AMA... | ANL |
Azərbaycan Tunelçilər Birliyi Beynəlxalq Tunel Assosiasiyasına tamhüquqlu üzv qəbul edilmişdir. Azərbaycan Tunelçilər Birliyi (ATB) Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilən Beynəlxalq Tunel Assosiasiyasının Baş Assambleyasında (İTA) qurumun tamhüquqlu üzvü kimi təsdiq edilmişdir. AzərTAc xəbər verir ki, beyn... | ANL |
El gözü tərəzidir: həmişə yaxşını pisdən ayırmağı bacarır. Xüsusilə də geniş dünyagörüşü, zövqü olan adamlara hər şeyi zorla qəbul etdirmək mümkün deyil! İnsanların ürəyinə yol tapmaq üçün gərək elə söz seçib, elə ifadə işlədəsən ki, sənə qulaq asa, söylədiyindən nəticə çıxara bilsinlər. Müxtəlif məclislərdə, toplantıl... | ANL |
Şəhərlərimiz mədəniyyət paytaxtlarına çevrilir. Qədim tarixə malik olan ölkəmizi Cənubi Qafqazda fərqləndirən bir məziyyəti də onun zəngin mədəniyyəti, musiqisi, milli-mənəvi dəyərlərə sadiqliyidir. Son illər respublikamıza gələn əcnəbilər xalqımızın istedadına, adət-ənənəsinə, eləcə də qonaqpərvərliyinə məftun olduqla... | ANL |
Moskvada Rusiyanın azərbaycanlı gənclərinin "AMOR" jurnalının növbəti nömrəsi çapdan çıxmışdır. Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) "AMOR" jurnalının qurumun iyunun 4-5-də Sankt-Peterburqda keçirilən üçüncü konfransına həsr olunmuş növbəti nömrəsi çapdan çıxmışdır. "AMOR" jurnalının baş redaktor... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri. Serbiyanın Baş naziri Mirko Tsvetkoviçin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə işçi nahar verilmişdir. Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 8-də Serbiyanın Baş naziri Mirko Tsvetkoviçin adından Azərbaycan Prezi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Milli Assambleyasının sədri Slavitsa Djukiç-Deyanoviç ilə görüşü. Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikası Milli Assambleyasının sədri xanım Slavitsa Djukiç-Deyanoviç ilə görüşmüşdür. Görüşdə qeyd o... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Taşmaydan parkının açılış mərasimində iştirak etmişdir. İyunun 8-də Belqradda Taşmaydan parkının açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak etmişlər. Dövlətimizin başçısına məlumat verildi ki, Taşmaydan parkı Belq... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Taşmaydan parkının açılış mərasimində iştirak etmişdir. İyunun 8-də Belqradda Taşmaydan parkının açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak etmişlər. Dövlətimizin başçısına məlumat verildi ki, Taşmaydan parkı Belq... | ANL |
Serbiyanın Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstü açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç iyunun 9-da Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün ... | ANL |
Serbiyanın Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstü açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç iyunun 9-da Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün ... | ANL |
Prezident İlham Əliyev Azərbaycanın Serbiyadakı səfirliyinin açılışında iştirak etmişdir. İyunun 8-də Belqradda Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin iqamətgahının açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlət başçısı səfirliyin açılışını bildirən rəmzi lenti kəsdi. Prezident... | ANL |
Serbiya Prezidenti Boris Tadiçin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir. Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 8-də Serbiya Respublikasının Prezidenti Boris Tadiçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir. AzərTAc. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Boris Tadiç ilə işçi nahar etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev iyunun 9-da Serbiya Respublikasının Prezidenti Boris Tadiç ilə işçi nahar etmişdir. | ANL |
Səfər başa çatdı. İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri başa çatmışdır. Belqradın "Nikola Tesla" hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Serbiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndə... | ANL |
Portuqaliya Respublikasının Prezidenti zati-aliləri cənab Anibal Kavaku Silvaya. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Portuqaliya Günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı mövcud münasibətlərin, dostluq və əməkdaşlıq ... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət ... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddə... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi ha... | ANL |
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları... | ANL |
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işç... | ANL |
Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə... | ANL |
“Tarixin izi ilə… Yaqub Mahmudov” sənədli filmi böyük maraqla qarşılanmışdır. İyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) istehsalı olan “Tarixin izi ilə… Yaqub Mahmudov” sənədli televiziya filminin... | ANL |
Milli Məclisin Sədr müavini Bahar Muradova Füzuli rayonunda olmuşdur. Milli Məclisin Sədr müavini Bahar Muradova iyunun 8-də və 9-da Füzuli rayonunda səfərdə olmuşdur. Vitse-spiker rayon rəhbərliyi ilə birlikdə bu günlərdə bölgədə baş vermiş təbii fəlakətin nəticələri ilə tanış olmuşdur. İntensiv yağan dolu və leysan n... | ANL |
Rusiyanın milli bayramı şərəfinə. İyunun 9-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Rusiya Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qonaqları salamlayaraq hər iki ölkənin sürətlə inkişaf etdiyini vurğulamı... | ANL |
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitu... | ANL |
WACA üzvləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin qərargahında olmuşlar. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Amerika Dünya İşləri Şuraları (WACA) analitik beyin mərkəzinin üzvləri "Azərbaycan Respublikası Dağlıq Q... | ANL |
Azərbaycan nümayəndə heyəti Vyanada Avropa və Mərkəzi Asiya ölkələri üçün forumda iştirak etmişdir. İyunun 8-9-da Vyanada Dünya İqtisadi Forumunun (Davos Forumu) regional konfransı keçirilmişdir. Konfransda 13 ölkənin dövlət və hökumət başçıları, nazirlər, müxtəlif beynəlxalq və regional şirkətləri təmsil edən 500-dən ... | ANL |
Baş Prokurorluqda "Cinayət prosesində insan hüquqlarının təmin edilməsi problemləri və onların həlli yolları" mövzusunda konfrans keçirilmişdir. İyunun 9-da Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində "Cinayət prosesində insan hüquqlarının təmin edilməsi problemləri və onların həlli yolları" mövzu... | ANL |
Kənd təsərrüfatı kooperativləri istehsalın və səmərəliliyin artırılmasına böyük töhfələr verə bilər. Milli Məclis Aqrar siyasət daimi komitəsinin hazırladığı "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanunun qəbulunda məqsəd ölkəmizdə kənd təsərrüfatı kooperasiyanın formala... | ANL |
Nquyen Tien Dunq: Azərbaycan Vyetnamın enerji sektorunun inkişafına köməyini əsirgəmir. İyunun 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası sərgi və konfransı çərçivəsində Azərbaycanda səfərdə olan ... | ANL |
Bakıda cəmiyyət dəstəkli polis işinə dair İkinci Beynəlxalq konfrans keçirilir. İyunun 9-da Bakıda ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə cəmiyyət dəstəkli polis işinə dair İkinci Beynəlxalq konfrans öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, konfransda ATƏT-in və Azərbaycan dövlətinin rəsmiləri ilə yanaşı, hüquq-... | ANL |
Akademik Arif Paşayev "İlin elm adamı" fəxri adına layiq görülmüşdür. Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev Qafqaz Universitetinin professor-müəllim və tələbələri arasında keçirilən sorğuya əsasən, "İlin elm adamı" fəxri adına layiq görülmüşdür. AzərTAc xəbər verir ki, bununla əlaqədar iyun... | ANL |
Milli Aviasiya Akademiyasında kosiki karate-do üzrə Azərbaycan yığmasının üzvləri mükafatlandırılmışlar. İyunun 9-da Milli Aviasiya Akademiyasında (MAA) 2011-ci il mayın 13-15-də Rusiyanın Noqinsk şəhərində keçirilmiş kosiki karate-do üzrə Açıq Dünya Kuboku və MDB çempionatında uğur qazanmış Azərbaycanın kişilərdən və ... | ANL |
Azərbaycan Texniki Universitetində "Xüsusi texnika və texnologiya" fakültəsinin yaradılmasına razılıq verilmişdir. Ölkəmizin Silahlı Qüvvələrinin təminatında yerli istehsalın genişləndirilməsi və xaricdən asılılığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə... | ANL |
Şair Ağa Laçınlının əlyazmaları Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivinə verilmişdir. Tanınmış şair və alim Ağa Laçınlının əlyazmalarının bir hissəsi (şeir, poema) Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunmuşdur. Arxivin direktoru Maarif Teymurov AzərTAc-a bildirmişdir k... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri. "Joze Puçnik" hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Sloveniya Respublikasına rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Lyublyananın "Joze Puçnik... | ANL |
Rəsmi qarşılanma mərasimi. İyunun 9-da Sloveniya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Brdo qəsrinin önündə Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Sloveniya Prez... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün təkbətək görüşü. İyunun 9-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün təkbətək görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında münasibətlərin müx... | ANL |
Geniş tərkibdə danışıqlar. İyunun 9-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə ... | ANL |
Azərbaycan-Sloveniya sənədləri imzalanmışdır. İyunun 9-da Prezident İlham Əliyevin və Prezident Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Sloveniya sənədlərinin imzalanması mərasimi olmuşdur. "Sloveniya Respublikası hökuməti və Azərbaycan Respublikası h... | ANL |
Azərbaycan və Sloveniya prezidentlərinin birgə mətbuat konfransı. - Bu gün Sloveniya Respublikasının ali qonağı ölkəmizə rəsmi səfər edən dost Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Əslində bu, cavab səfəridir. İndi isə növbəti cavab səfəri baş tutur. Əslində bu səfər ikitərəfli münasibətlərimizin... | ANL |
Azərbaycan və Sloveniya prezidentlərinin birgə mətbuat konfransı. - Bu gün Sloveniya Respublikasının ali qonağı ölkəmizə rəsmi səfər edən dost Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Əslində bu, cavab səfəridir. İndi isə növbəti cavab səfəri baş tutur. Əslində bu səfər ikitərəfli münasibətlərimizin... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Milli Assambleyasının prezidenti Pavel Qantar ilə görüşü. İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikası Milli Assambleyasının prezidenti Pavel Qantar ilə görüşmüşdür. Prezident İlham Əliyev Sloveniya Respublikasının Milli Assambleyas... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Lyublyana şəhər meriyasında olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev Sloveniyaya rəsmi səfəri çərçivəsində iyunun 9-da Lyublyana şəhər meriyasında olmuşdur. Dövlətimizin başçısını meriyanın qarşısında Lyublyananın meri Zoran Yankoviç qarşıladı. Z.Yankoviç Prezident İlham Əliyevi s... | ANL |
Ali qonağın şərəfinə. İyunun 9-da Sloveniya Respublikasının Prezidenti Danilo Türkün adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir. AzərTAc. | ANL |
Səfər başa çatdı. İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Lyublyananın "Joze Puçnik" beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan P... | ANL |
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə. Ülyahəzrət! Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Bu g... | ANL |
Elm adamlarına daha bir qayğı. Dövlət başçısına minnətdarlıq. Möhtərəm Prezident! Ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı Bakı Dövlət Universitetinin böyük kollektivi yaş həddinin ali təhsil müəssisələrinə şamil edilməməsi ilə bağlı qəbul etdiyiniz müdrik qərarı böyük sevinclə q... | ANL |
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti son günlər dörd yeni qərar qəbul etmişdir. "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 82-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan ... | ANL |
Azərbaycanın müdafiə naziri Brüsseldə İSAF əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşdə iştirak etmişdir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Brüsseldə NATO Müdafiə Nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatlarına töhfə verən... | ANL |
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ali təhsil və elmi tədqiqat müəssisələrinə şamil olunmayacaqdır. Milli Məclisin iclasında. İyunun 10-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdi, Azərba... | ANL |
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rusiyalı həmkarı Sergey Narışkinlə Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini müzakirə etmişdir. Moskvadakı "Prezident otel"də Bakı Humanitar Forumuna hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası olmuşdur. İclasda Azərbaycan Respublikas... | ANL |
Ramiz Mehdiyev: Bakı Beynəlxalq Humanitar Forumu ümumbəşəri qarşılıqlı humanitar əlaqələr problemini əhatə edir. Moskvada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin iştirakı ilə Bakı Beynəlxalq Humanitar F... | ANL |
İsmayıllıda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir. İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi ... | ANL |
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Berlində səfərdə olmuşdur. Almaniyanın qabaqcıl universitetlərindən biri olan Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının işi ilə tanış olmaq, eləcə də universitetin tələbələri qarşısında ölkəmiz haqqında məruzə ilə çıxış etmək ... | ANL |
Rusiyalı alim MDU-nun Bakı filialında məruzə ilə çıxış etmişdir. M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında elmi-pedaqoji ictimaiyyətin MDU-nun kimya texnologiyası və yeni materiallar kafedrasının müdiri, kimya elmləri doktoru, professor Viktor Avdeyevlə görüşü olmuşdur. MDU-nun Bakı filialın... | ANL |
MDU-da Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr edilmiş ekspertlər seminarı keçirilmişdir. Moskvada ekspertlərin "Azərbaycan Respublikası. Müstəqilliyin 20 ili" mövzusunda seminarı keçirilmişdir. Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə MDU-nun tarix fakültəsi tərəfindən təşkil edilmiş semina... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.