text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! Azərbaycan Respublikasının milli bayramı Sizə ən səmimi təbriklərimi, Azərbaycan xalqına sülh və tərəqqi arzularımı çatdırmaq üçün mənə gözəl fürsət verir. Bu yaxınlarda Bakıya rəsmi səfərim ölkələrimiz arasında strateji t... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına kanadalılar adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Azərbaycan və Kanada əksər beynəlxalq təşkilatların üzvü olaraq bir çox məsələlər üzrə əməkdaş... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycan Respublikasının milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə tərəqqi və sülh arzu edirəm. Latviya ilə Azərbaycan arasında həqiqi dostluq, eyni zamanda, konstruktiv əlaqə... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Dost ölkənizin milli bayramı - Respublika Gününü qeyd etdiyi bir vaxtda Sizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissləri keçirirəm. Fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da inkişaf etd... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bizim dövlətin adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Fərəhlə qeyd edirik ki, son illərdə Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycan Respublikasının yaradılması gününün qeyd olunması münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına Laos xalqı adından və öz adımdan ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Mən inanıram k... | ANL |
Ölkəmiz müstəqillik illərində qüdrətlənmiş və dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya dövlət dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi ... | ANL |
"Əsrin müqaviləsi" sosial-iqtisadi inkişafın bünövrəsidir. Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Dərinsulu Günəşli" yataqlarının xarici şirkətlərlə birgə işlənməsi ulu öndər Heydər Əliyevin böyük nüfuzu, gərgin mübarizəsi və qətiyyəti sayəsində mümkün oldu. Sonradan "Əsrin müqaviləsi" adını alan "Azəri-Ç... | ANL |
Qurtuluşun təməli Gəncədə qoyuldu. Onun yenilməz sərkərdəsi ulu öndər Heydər Əliyevdir. Biz bütün çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın d... | ANL |
Vətəndən Vətənə qürurla baxırıq. Söhbət iki dövlətdən-bir millətdən - Türkiyə ilə Azərbaycandan gedir. Döğmalığı və yaxınlığı min illərə söykənən bu münasibətlər daim inkişaf edir, gündən-günə daha da dərinləşir. 70 illik sovet imperiyasının aramızda çəkdiyi qalın divarlar belə ikiyə bölümüş bu xalqlar arasındakı mənəv... | ANL |
Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə olunmuşdur. İyunun 3-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası (DQMK) "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi... | ANL |
Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri ilə görüşmüşdür. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ştatlara işgüzar səfəri çərçivəsində iyunun 1-də Vaşinqtonda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin ... | ANL |
Regional və beynəlxalq prosesləri müzakirə etmişlər. ABŞ-da işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 2-də Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Məşvərət Şurasının üzvü, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Zbiqnev Bjezinski ilə görüşmüşdür.... | ANL |
Azərbaycan regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. ABŞ-da işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 2-də region üzrə tanınmış mütəxəssislər - Brookinqs İnstitutunun ABŞ və Avropa Mərkəzinin direktoru xanım Fiona Hill, Corc Vaşinqton Univer... | ANL |
X Respublika Universiadasının qalibləri mükafatlandırılmışlar. İyunun 3-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin birgə qərarı ilə keçirilmiş ali məktəblərin X Respublika Universiadası qaliblərinin mükafatlandırıl... | ANL |
Nüfuzlu "Ouest France" qəzetində "Fransanın Leql şəhəri Azərbaycan ilə qardaşlaşır" sərlövhəli məqalə dərc olunmuşdur. Fransanın Normandiya bölgəsində nəşr olunan gündəlik "Ouest France" qəzetinin 2 iyun tarixli nömrəsində "Fransanın Leql şəhəri Azərbaycan ilə qardaşlaşır" sərlövhəli məqalə dərc edilmişdir. Yazıda qeyd... | ANL |
"Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nailiyyətləri" mövzusunda sərgi keçirilmişdir. İyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nailiyyətləri" mövzusunda sərgi keçirilmişdir. AME... | ANL |
Bakıda Azərbaycan və ABŞ üçün Biznes İmkanları VII biznes və investisiya konfransı keçirilmişdir. İyunun 3-də Bakıda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Azərbaycan və ABŞ üçün Biznes İmkanları 7-ci biznes və investisiya konfransı keçirilmişdir. Konfransda hər iki ölkənin dövlət və hökumət nüma... | ANL |
Texas ştatı Ermənistan silahlı qüvvələri və 366-cı alay tərəfindən Xocalı qırğını törədilməsi faktını tanımışdır. Amerikanın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır. Bu ştatın nümayəndələr palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın bu şəhərini... | ANL |
Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonu böyük maraq doğurur. Xəbər verdiyimiz kimi, iyunun 1-də Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesi zamanı şəhərin ən izdihamlı məkanlarının birində, məşhur Realto körpüsü yaxınlığındakı Qrand kanalın üzərində qə... | ANL |
YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakçıları İçərişəhərdə olmuşlar. YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Pilar Alvarez-Laso və Bakıda keçirilmiş YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyasının iştirakçıları İçərişəhərdə olmuşlar.... | ANL |
YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakçıları Azərbaycan bəstəkarlarının əsərlərini dinləmişlər. İyunun 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakçıları üçün konsert təşkil olunmuşdur. AzərTAc xəbər... | ANL |
Milli Aviasiya Akademiyası peyk məlumatlarının emalı üçün lisenziyalı proqram təminatı almışdır. Milli Aviasiya Akademiyası (MAA) aerofoto və peyk məlumatlarının emalı üçün nəzərdə tutulan lisenziyalı "PCİ Geomatica" proqram təminatı almışdır. AzərTAc xəbər verir ki, bu münasibətlə iyunun 3-də MAA-da Rusiyanın "Geo-Aly... | ANL |
Səhiyyə Nazirliyində əhalinin keyfiyyətli tibbi xidmətlə təminatı və kadr potensialının formalaşdırılması istiqamətində səhiyyə sistemində rezidenturaya qəbul məsələlərinə dair geniş kollegiya iclası keçirilmişdir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclası giriş sözü ilə açan nazir Oqta... | ANL |
Hərbi əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. İyunun 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Aleksandr Mişenko ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Səfər Əbiyev yeni təyina... | ANL |
Dünya iqtisadi ukladının dəyişkənlik motivasiyası: nanotexnologiyalar və Azərbaycan prioritetləri. Müasir dünya və bütövlükdə qlobal iqtisadiyyat nano-bum mərhələsinə qədəm qoyur. Bu reallıq nanotexnologiyaların və nanoelmin inkişaf sürəti ilə bağlıdılr. Nanotexnologiyalar innovasiya nailiyyəti kimi dünya iqtisadi ukla... | ANL |
Musiqimiz dünyanı fəth edir. Mərkəzi və Şərqi Asiyada yerləşən Çin Xalq Respublikası 10-dan artıq ölkə ilə həmsərhəddir. Çin Xalq Respublikasının paytaxtı Pekin şəhəridir. Bəşəriyyətin qədim mədəniyyət mərkəzlərindən sayılan bu ölkə üç min ildən artıq tarixə malikdir. Bir çox ixtiranın beşiyi olan Çin Xalq Respublikası... | ANL |
Heydər Əliyev ideallarına söykənən vətəndaşlıq missiyası. "Türk dünyasına xidmət" mükafatı Mehriban xanım Əliyevanın xeyriyyəçilik və hamilik missiyasına verilən önəmli beynəlxalq qiymətdir. Ölkəmizin inkişafı ilə yanaşı onun beynəlxalq miqyasda yüksək imiclə tanınması üçün hər bir azərbaycanlı ilk növbədə vətənin təəs... | ANL |
Ə.C.Əhmədzadəyə "Əməkdar mühəndis" fəxri adı verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Əhməd Cuma oğlu Əhmədzadəy... | ANL |
Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda meliorasiya və su təsərrüfatının inkiş... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Maldiv hökuməti və xalqı adından, habelə öz adımdan əlamətdar hadisə - Respublika Günü münasibətilə zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirmək istərdim. Eyni zamanda, icazə verin, Si... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi göndərirəm. Bu fürsətdən istifadə edərək cənabınıza iki ölkə aras... | ANL |
İsveçin Kralı əlahəzrət XVI Karl Qustava. Əlahəzrət! Milli bayramınız - İsveç bayrağı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İsveç münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkd... | ANL |
ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupuna yeni üzv qoşulmuşdur. ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı artmışdır. Ölkəmizin ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Respublikaçılar Partiyasının üzvü, konqresmen Adam Kinzinqer Nümayəndələr Palatasının Azərbaycan üzrə işçi qrupuna qoşul... | ANL |
Gədəbəydə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Gədəbəy Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə... | ANL |
Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransı keçirilir. İyunun 4-də Sankt-Peterburqdakı Tavriçeskiy sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üçüncü konfransı işə başlamışdır. İki gün davam edəcək bu tədbir RAGT-nin yaradılmasının ikinci ildönümünə həsr olunmuşdur. K... | ANL |
Azərbaycanın xarici işlər naziri Vaşinqtonun nüfuzlu araşdırma mərkəzlərindən biri olan Atlantik Şurada çıxış etmişdir. Azərbaycan Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Vaşinqtonun nüfuzlu araşdırma mərkəzlərindən biri olan Atlantik Şurada çıxış ... | ANL |
Azərbaycanın xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparmışdır. Azərbaycan Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov Birləşmiş Ştatlara işgüzar səfəri çərçivəsində iyunun 3-də ABŞ-ın dövlət katibi Hillari Klint... | ANL |
Hillari Klinton: Azərbaycan ilə əlaqələr ABŞ üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan ilə əlaqələr ABŞ üçün strateji əhəmiyyət daşıyır. AzərTAc xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Hillari Klinton Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə birgə keçirdiyi mətbuat konfransında demiş... | ANL |
Fransanın Qime Muzeyinin direktoru Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir. Fransanın məşhur Qime (Guimet) Muzeyinin direktoru Jak Jies Azərbaycana mayın 31-də başlamış və iyunun 7-dək davam edəcək səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir. AzərTAc xəbər verir ki, fransalı qonaq Qobustan D... | ANL |
"Azneft" İB-də Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. "Azneft" İstehsalat Birliyində idarə və müəssisə rəhbərlərinin, eləcə də podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş geniş müşavirə keçirilmişdir. Tədbiri giriş söz... | ANL |
AMEA-da bioetika problemlərinə həsr olunmuş seminar keçirilmişdir. İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin Bakıda keçirilmiş 18-ci sessiyası çərçivəsində "Bioetikanın öyrənilməsinin metod və metodologiyası" mövzusunda seminar təşkil olunmu... | ANL |
Martin Benrott: "Azərbaycanın hava nəqliyyatı getdikcə inkişaf edir". Gələn il ABŞ-ın "Boeing" korporasiyası Azərbaycanı bir neçə yeni təyyarə ilə təchiz edəcək. "Boeing"in Bakıda səfərdə olan vitse-prezidenti Martin Benrott bildirib ki, Azərbaycanla "Boeing" korporasiyası arasında 10 illik əməkdaşlıq mövcuddur. "Azərb... | ANL |
Dövlət başçısı gənclərin sürətlə irəliləməsinə yaşıl işıq yandırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi bütün gəncliyin tərəqqisində və intellektual mülkiyyətin dinamik inkişafında dönüş ya... | ANL |
Maraqlı və unudulmaz görüş. Artıq bir neçə gündür ki, Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) üzvləri Bakıya gəliblər. Məqsəd neçə ildən bəri bir ənənəyə çevrilən 15-ci "Türk dünyasına xidmət" mükafatını təqdim etmək idi. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın da qatıldığı tədbirdə türkdilli ölk... | ANL |
Sənət tarixində əbədiləşən aktyor. Teatr və kino sənətinin qüdrətli aktyorlarından biri olan əməkdar artist, respublika Dövlət mükafatı laureatı Hamlet Xanızadə cəmi 49 il ömür sürüb. Bu unudulmaz aktyor yaradıcılığı boyu can verdiyi obrazları ilə mədəniyyətimizin elə zirvələrini fəth etdi ki, yaratdıqları həmişəyaşar ... | ANL |
Məhəbbətin qələbəsi. Dünya musiqi xəzinəsinə 26 opera bəxş etmiş dahi italyan bəstəkarı Cüzeppe Verdinin türk sultanı İsmayıl paşanın sifarişi ilə yazdığı "Aida" operası musiqisinin zənginliyi və xəlqiliyi ilə tamaşaçıları heyran qoyduğuna görə uzun ömür qazanmışdır. Təqribən 150 il bundan əvvəl yazılmış "Aida" sənət ş... | ANL |
Azərbaycan Dövlət Nəşriyyatı bu günlərdə serb yazıçısı Milorad Paviçin "Xəzər lüğəti" kitabını nəfis şəkildə çap etmişdir. Kitabın Azərbaycan dilinə tərcüməsinə və nəşrinə ilk dəfə Azərbaycan Respublikasının Serbiyadakı səfirliyi maraq göstərmiş, "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov kitabı dilimizə çevirmişdir. ... | ANL |
"Təbəssüm" beynəlxalq festivalda mükafatlanıb. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının "Təbəssüm" rəqs qrupunun növbəti səfəri uğurlu alınıb. Kiyevdə "Paytaxt günləri" çərçivəsində mayın 25-dən 30-dək keçirilən "Günəşli şabalıd" II Beynəlxalq xeyriyyə festivalı... | ANL |
Fransada azərbaycanlı tədqiqatçının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitabı nəşr olunmuşdur. Fransanın tanınmış "L'Harmattan" nəşriyyatının "Diplomatiya və strategiya" adlı nəşrlər silsiləsi çərçivəsində Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Respubl... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatteri və UEFA prezidenti Mişel Platinini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də FİFA-nın prezidenti Yozef Blatteri və UEFA prezidenti Mişel Platinini qəbul etmişdir. Dövlətimizin başçısı Yozef Blatteri növbəti dəfə F... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyət... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Norveç Krallığının Vəliəh... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedi... | ANL |
Norveç Krallığı Vəliəhdinin şərəfinə rəsmi nahar. İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Norveç Krallığının Vəliəhdi Hookonun şərəfinə rəsmi nahar verilmişdir. AzərTAc. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazı... | ANL |
Bakıda Olimpiya stadionunun təməli qoyulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Bu münasibətlə paytaxtımızda keçirilən yubiley tədbirlərinin ən möhtəşəmi Bakı Olimpiya Stadionunun təməlinin qoyulmasıdır. İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əl... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni avtomobillərə baxış keçirmişdir. Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Avropa standartlarına cavab verən müasir avtomobillərin növbəti hissəsi paytaxta gətirilib. İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ... | ANL |
"Siyasi partiyalar haqqında" qanun layihəsi Venesiya Komissiyasına göndərilib. Azərbaycanda neçə müddətdir ki, "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi və yaxud yeni qanun layihəsinin qəbulu müzakirə edilməkdədir. Artıq Prezident Administrasiyası tərəfindən "Siyasi partiyalar haqqında" qanu... | ANL |
Çin parlament nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir. İyunun 5-də Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Ümumçin Xalq Nümayəndələri Yığıncağı daimi komitəsi sədrinin müavini Vang Zhaoguo Azərbaycana qeyri - rəsmi səfərə gəlmişdir. AzərTAc xəbər verir ki, Heydər Əliyev B... | ANL |
Norveç Krallığının Vəliəhdi Hookon Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycan Respublikasında səfərdə olan Norveç Krallığının Vəliəhdi, əlahəzrət Hookon iyunun 6-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Hey... | ANL |
Norveç Vəliəhdi Hookon Şəhidlər xiyabanını ziyarət etmişdir. İyunun 6-da ölkəmizdə rəsmi səfərdə olan Norveç Vəliəhdi Hookon Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişdir. Norveç Vəliəhdi Hookon "Əbədi məşəl" abidəsinin önünə əklil... | ANL |
Günter Ottinger: Azərbaycan Avropa İttifaqının enerji təminatında mühüm rol oynayır. İyunun 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşmüşdür. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərT... | ANL |
Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransı keçirilmişdir. Xəbər verdiyimiz kimi, iyunun 4-də Sankt-Peterburqun Tavriya Sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üçüncü konfransı keçirilmişdir. Konfrans gənclər təşkilatının ötən iki ildə fəaliyyətinə yekun vuraraq g... | ANL |
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqda Nizami Gəncəvinin adını daşıyan bağın açılışında iştirak etmişdir. İyunun 5-də Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur. Açılış məra... | ANL |
YENİ AZƏRBAYCANIN GƏLƏCƏYİNƏ BAXIŞLAR. Biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq! Heydər ƏLİYEV. Biz müs... | ANL |
Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçiləri peşə bayramlarını qeyd etmişlər. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) işçiləri 5 iyun – “Meliorator günü” peşə bayramını qeyd etmişlər. Əvvəlcə Cəmiyyətin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müas... | ANL |
Büdcə gəlirlərinin artımı sürətli inkişafın real göstəricisidir. İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin sınaqdan çıxmış təcrübəsi göstərir ki, hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amil məhz sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəli... | ANL |
Məqsəd əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaqdır. Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir sayılan bu sərgi "Bakı Ekspo" mərkəzində keçiriləcək və iyunun 10-da başa çatacaq. Dünən keçirilən mətbuat konfransında bu barədə ətraflı məlumat verildi. "İTE Group Plc" şirkətinin icraçı direktoru E... | ANL |
Qubada İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə "Regionlarda ixracyönümlü məhsul istehsalı: mövcud potensial və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda müvafiq dövlət qurumlarının, Quba-Xaçmaz regionu üzrə yerli icra hakimiyyəti orqanla... | ANL |
Azərbaycan səfirliyi Koreyada keçirilən Dünya Səyahət Sərgisində ermənilərin təxribatının qarşısını almışdır. İyunun 2-dən 5-dək Koreya Respublikasının paytaxtı Seulda 24-cü Dünya Səyahət Sərgisi keçirilmişdir. Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, sərgidə müxtəlif... | ANL |
"Dalğa Arena"nın açılış mərasimi keçirildi. Mərasimdə FİFA-nın və UEFA-nın prezidentləri iştirak etdilər. Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə tədbirlərə start verilmişdir. Dünən AFFA tərəfindən Mərdəkan qəsəbəsində inşa olunmuş Futbol Mərkəzində "Dalğa Arena" stadionunun və yardımçı meydançanın açılış... | ANL |
FİFA, UEFA və AFFA-nın prezidentlərinin iştirakı ilə mətbuat konfransı keçirildi. İyunun 6-da FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Azərbaycan futbolunun 100 illik yubileyinə və 17 yaşlı qızlardan ibarət komandalar arasında 2012-ci i... | ANL |
"Buta Palas"da Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş qəbul təşkil edilmişdir. Qəbulda FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini, bir sıra xarici ölkələrin futbol federasiyalarının prezidentləri, adlı-sanlı futbolçular və məşqçilər iştirak etmişlər. "Eurovision-2011" mahnı müsabiqəsi... | ANL |
Pakistanın nüfuzlu "Diplomatik fokus" jurnalında Azərbaycan ilə bağlı məqalə dərc olunmuşdur. Pakistanın nüfuzlu "Diplomatik fokus" jurnalında "Azərbaycan Pakistan və İqtisadi Əməkdaşlıq Təşkilatının digər ölkələri ilə dostluq münasibətlərini inkişaf etdirir" sərlövhəli məqalə dərc edilmişdir. M.Elahinin müəllifi olduğ... | ANL |
İsveçin Uterşberq şəhərində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır. İyunun 5-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşkilati dəstəyi ilə bu ölkənin qədim şəhərlərindən sayılan Uterşberqdə Azərbaycan rəssamları Eldar Babazadə və Müseyib Əmirovun əsərlərindən ibarət sərgi a... | ANL |
Ənənəvi bayram konserti. Tanınmış musiqiçilər nəsli yetirməsi ilə seçilən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 80 illik fəaliyyəti dövründə yaddaqalan tədbirləri silsilə xarakter daşıyıb. Maestro Niyazinin mənzil-muzeyində keçirilən tədbirdə də məhz adıçəkilən musiqi məktəbi şagirdlərinin yekun konserti ilə çıxı... | ANL |
Beynəlxalq konfransda Azərbaycan aliminin çıxışı maraqla qarşılanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun və Atatürk Mərkəzinin Beynəlxalq Əlaqələr şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel (Xəlilov) Amerika Birləşmiş Ştatlarının məşhur Harvard Universitetin... | ANL |
XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. - Hörmətli xanımlar və cənablar! Mən sizi Xəzər neft, qaz sərgi və konfransının açılışı münasibətilə təbrik edirəm. Ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Bu sərgi və konfrans artıq ənənəvi ... | ANL |
Bakıda XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransı işə başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir. İyunun 7-də Bakı Sərgi Mərkəzində XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransı işə başlamışdır. Azərbaycan Prezid... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycanın Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, yüksək səviyyədə mövcud olan əməkdaşlıq xalqlarımıza rifah gətirəcək, qardaşlıq əlaqələrimizi... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Azərbaycanın milli bayramının ildönümünün qeyd edilməsi mənə bu əlamətdar hadisə münasibətilə Sizi və dost ölkənin bütün xalqını təbrik etmək üçün xoş bir imkan verir. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələr... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! Bakıda 18-ci Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının açılışı münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində "Şərq-Qərb"... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. XVIII Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının açılışı münasibətilə zati-aliləri Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ülyahəzrət Kraliça hökuməti adından təbrik etmək istərdim. Son bir neçə il ərzində qlobal iqtisadi sistemdə gör... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli Prezident, dəyərli qardaşım! Möhtərəm iştirakçılar! Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının başlanğıcından bəri Azərbaycanın, həmçinin Orta Asiya bölgəsinin neft və qaz sənayesi məhsulları və xidmətlərinin təqdimatı, sektor təms... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli Prezident! XVIII Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının açılışı münasibətilə Sizi səmimiyyətlə salamlamaq istərdim. Yanvarda Bakıya səfər etməkdən məmnun oldum və təəssüf edirəm ki, bu gün şəxsən Sizinlə deyiləm. Bu sərgidə böy... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdi... | ANL |
R.M.Fətəliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbayc... | ANL |
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2010-... | ANL |
Sankt-Peterburq Azərbaycanla humanitar əlaqələri möhkəmləndirir. Bu fikir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko ilə görüşündə səslənmişdir. İyunun 6-da Smolnıda Sankt-Peterburqun qubernatoru Valentina Matviyenkonun Heydər Əliyev Fondunun vitse-prezid... | ANL |
R.Morninqstar: "ABŞ-Azərbaycan münasibətləri bütün sahələrdə, o cümlədən enerji əməkdaşlığı sahəsində sürətlə irəliləyir". İyunun 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransında işt... | ANL |
Azərbaycan, Türkmənistan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. İyunun 7-də Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Günter Ottinger və Türkmənistan Prezidentinin yanında Karbohidrogen Ehtiyatların... | ANL |
Kənan Yavuz: Türkiyə və Azərbaycan neft emalı və neft-kimya enerji sektorunda dünyanın ən önəmli mərkəzlərindən biri olacaqdır. İyunun 7-də işə başlayan XVIII Beynəlxalq Xəzər neft-qaz sərgisində iştirak edən "Petkim" neft-kimya şirkəti fəaliyyətləri və qarşıda görüləcək işlərlə əlaqədar mətbuat konfransı keçirmişdir. ... | ANL |
Norveç Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. İyunun 7-də Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyində nazir Natiq Əliyev Norveç Krallığının neft və energetika naziri Ola Borten Moenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, Natiq Əliyev Azərbaycanın müstəq... | ANL |
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2010-cu il 6 dekabr tarixli, 19952 saylı müraciəti ... | ANL |
Bakıda "MHŞT: şəffaflıq, hesabatlılıq və neft gəlirlərinin düzgün idarə olunması" mövzusunda seminar keçirilmişdir. İyunun 7-də Bakıda "Hyatt Regency-Naxçıvan" mehmanxanasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və Norveç Krallığının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "MHŞT: şəffaflıq, hesa... | ANL |
Azərbaycanın maliyyə naziri Samir Şərifov Kiyevdə MDB üzvü olan dövlətlərin maliyyə nazirlərinin daimi fəaliyyətdə olan müşavirəsinin V iclasında iştirak etmişdir. Xəbər verdiyimiz kimi, Kiyevdə MDB üzvü olan dövlətlərin maliyyə nazirlərinin 2008-ci il oktyabrın 10-da MDB üzvü olan ölkələrin dövlət başçıları şurasının ... | ANL |
Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiya hökumətləri genişzolaqlı çıxışın inkişaf strategiyasını hazırlamağa çağırır. Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiya dünyanın bütün ölkələrinin hökumətlərini təcili surətdə internetə genişzolaqlı çıxış üzrə çoxsahəli inkişaf planları hazırlamağa və reallaşdırmağa çağırı... | ANL |
YUNESKO-da informasiya texnologiyalarının inkişafı məsələsi müzakirə edilmişdir. İyunun 6-da YUNESKO-nun mənzil iqamətgahında Birləşmiş Millətlər Təşkilatı Baş katibinin himayədarlığı altında YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə genişzolaqlı internetin gələcək rəqəmsal inkişafda rolunu... | ANL |
Naxçıvan ziyarəti. Çoxdankı arzumuz idi, ailəlikcə "Əshabi-Kəhf" ziyarətinə getmək istəyirdik. Amma bir az işlərin çoxluğundan, bir az da hamılıqla vaxtı uzlaşdırmaq ehtiyacından günü-günə satırdıq. Günlərin birində tələbəlik dostum Əlövsət müəllimlə telefon söhbətimiz zamanı sözarası niyyətimizi dilə gətirincə, məni h... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.