text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Sverdlovsk vilayəti Həmkarlar İttifaqları Federasiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bakıda səfərdə olan Rusiyanın Sverdlovsk vilayəti Həmkarlar İttifaqları Federasiyasının sədri Andrey Vetlujskixin başçılıq etdiyi nümayəndə heyəti iyunun 10-da Azərbaycan... | ANL |
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin yekunlarına dair bəyanat yaymışlar. ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 6-dan 9-dək Bakı, Dağlıq Qarabağ və Yerevana gerçəkləşdirdikləri səfərin nəticələri barədə bəyanat yaymışlar. ATƏT-in rəsmi saytına yerləşdirilmiş bəyanatda bildirilir ki, ATƏT-in fə... | ANL |
XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası sərgisi uğurla başa çatmışdır. Bakı Sərgi Mərkəzində keçirilən, Xəzəryanı regionda neft və qaz sahəsində ən böyük tədbir olan "Caspian Oil & Gas" - XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası, həmçinin 1-ci Xəzər Beynəlxalq energetika və alte... | ANL |
Görkəmli tədqiqatçı alim Rafael Hüseynovun əfsanəvi "Mixaylo"ya həsr etdiyi "İki xalqın övladı" kitabı Azərbaycan, ingilis və sloven dillərində nəşr olunmuşdur. Görkəmli tədqiqatçı alim, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Milli Azə... | ANL |
Hərbi münaqişələrin törətdiyi faciələr Avropa Şurasında müzakirə edilmişdir. Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası ərəfəsində qurumun Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər komitəsinin iclası keçirilmişdir. İclasda bir sıra ümumdünya və ümumavropa məsələləri ilə yanaşı, Azərbayca... | ANL |
İyunun 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 4 ay davam edən "Muğam müsabiqəsi-2011"in final mərhələsi başa çatmışdır. AzərTAc xəbər verir ki, gecə... | ANL |
Ali qonağın şərəfinə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri. Xəbər verdiyimiz kimi, iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Danilo Türkün adından dövlətimizin başçısının şərəfinə rə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyanın Baş naziri Borut Pahor ilə görüşü. İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Borut Pahor ilə görüşmüşdür. Dövlətimizin başçısını Baş nazir Borut Pahor qarşıladı. Görüşdə ölkəl... | ANL |
Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir. İyunun 10-da Lyublyanada Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk biznes forumda iştirak etmişlər. Forum iştirakçıları Azərbaycanın və Sloveniyanın dövlət başçılarını hərarətlə qarşıladılar.... | ANL |
Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir. İyunun 10-da Lyublyanada Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk biznes forumda iştirak etmişlər. Forum iştirakçıları Azərbaycanın və Sloveniyanın dövlət başçılarını hərarətlə qarşıladılar.... | ANL |
Sloveniyanın Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin memorial muzeyi açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev əfsanəvi qəhrəmanın memorialını ziyarət etmiş, muzeylə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti Danilo Türk iy... | ANL |
Prezidentlər İlham Əliyev və Danilo Türk birgə nahar etmişlər. İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev və Sloveniya Respublikasının Prezidenti Danilo Türk birgə nahar etmişlər. Bununla da dövlətimizin başçısı İlham Əliyevin Sloveniya Respublikasına ikigünlük rəsmi səfəri başa çatmışdır. AzərTAc. | ANL |
Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə. Hörmətli Dmitri Anatolyeviç! Sizi və bütün Rusiya xalqını dövlət bayramı - Rusiya Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Bu gün dost Rusiya cəmiyyət həyatının siyasi, sosial-iqtisadi və mənəvi s... | ANL |
Filippin Respublikasının Prezidenti zati-aliləri cənab III Beniqno Akinoya. Hörmətli cənab Prezident! Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf ... | ANL |
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq i... | ANL |
Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
"Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 6 may tarixli 106-IVQ nömrəli Qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu... | ANL |
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə. Azə... | ANL |
“Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası... | ANL |
"Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 124-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun icr... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 8.5-ci maddədə “müəyyən olunmuş qaydada Azərbaycan Respublikasını... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Milli iqtisadi potensialı milli ideya naminə səfərbər edən lider. Konkret tarixi şəraitdə müstəqillik nemətinə qovuşmuş xalqların milli mənafelərini qoruyaraq real hədəflərə doğru əzmlə irəliləməsi, mövcud resurslarından məqsədyönlü surətdə bəhrələnməsi prosesində milli ideya vacib rol oynamışdır. Hər bir dövlətin əraz... | ANL |
Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin işçi görüşü olmuşdur. Bu il iyunun 11-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanın Moskvada işçi görü... | ANL |
Azərbaycanın İsveç və Finlandiya ilə əlaqələrinin inkişafı məsələləri müzakirə olunmuşdur. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov İsveç Krallığına və Finlandiya Respublikasına səfəri çərçivəsində İsveç Parlamentinin sədri Per Vesterberq ilə görüşmüşdür. Azərbaycanın İsveçdəki səfirliyindən... | ANL |
Avropa Şurasında islahatların zəruriyyəti yenə diqqət mərkəzindədir. Artıq iki ildən çoxdur ki, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) hər sessiyanın gündəliyinə geniş müzakirələr doğuran bir məsələ daxil edilir. Bu, Avropa Şurasını islahatlar, mütərəqqi dəyişikliklər hesabına əvvəllər olduğundan da çevik bir ... | ANL |
"Eurovision-2011" yarışmasının qalibləri Eldar və Nigarın şərəfinə "Azərmarka" şirkəti tərəfindən marka çap olunur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nəfis şəkildə 15 min tirajla çap olunan markalarda qaliblərimizin fotosu həkk olunacaqdır. Markalar çap olunduqdan sonra kütl... | ANL |
Operamızın parlaq ulduzu. Azərbaycan musiqisi janrından asılı olmayaraq dili və dini bir-birindən fərqli millətlər və xalqlar tərəfindən sevilir. Bunun səbəblərindən əsası dilimizin musiqili, nəgməli, zərif və incə səslərdən ibarət olmasıdırsa, digəri ifaçılarımızın sənətə dərin məhəbbətidir. Xalq nəğmələrindən bəstəka... | ANL |
Azərbaycan teatrı yenidən Tbilisi səhnəsində. Təkcə respublikada deyil, onun sərhədlərindən çox-çox uzaqlarda və böyük salonlarda yaddaqalan obrazları ilə sevimli tamaşaçılarının asudə vaxtının səmərəli keçirilməsinə kömək göstərmiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bir qrup aktyoru may ayının son günləri... | ANL |
Müəllim fərəhi. Yevlaxda hamının tanıdığı, hörmətlə yanaşdığı ziyalılardan biri də "Kür" qəzetinin baş redaktoru, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızıdır. Belələrinə, adətən, "əhsən səni yetişdirən valideynlərə, əhsən sənin müəllimlərinə" deyə rəğb... | ANL |
Rayonumuzun tarixini özündə yaşadan qəzet. Əslində, qəzetin tarixi belə qısa deyil. Təəssüf ki, Hacıqabul rayonunda bu haqda ətraflı məlumat yox dərəcəsindədir. Aparılan araşdırmalardan isə məlum olmuşdur ki, qəzet Qazıməmməd rayonu yarandığı vaxtdan nəşr olunmağa başlamışdır. O, əvvəllər "Qazıməmməd bolşeviki", sonral... | ANL |
Milli Kitab Mükafatının qalibləri ilə görüş keçirilmişdir. Xəbər verildiyi kimi, ötən həftə - iyun ayının 4-də layihənin qaliblərinin adları acıqlanıb. Kamran Nəzirli isə Amerika ədəbiyyatı nümunəsinin ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsinə görə qalib elan edilib. ABŞ-ın Azərbaycandakı səfirliyi isə Ka... | ANL |
Prezidentin mətbuat xidmətinin məlumatı. İyunun 12-si axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının qazandığı ... | ANL |
Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana. Hörmətli cənab Baş nazir, əziz qardaşım! 12 iyun 2011-ci ildə Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Heç şübhə yoxd... | ANL |
Azərbaycan Respublikası və Rumıniya arasında 2011-ci il aprelin 18-də Bakı şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi v... | ANL |
Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 2011-ci il aprelin 5-də Bakı şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası və Yunanıstan... | ANL |
2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bənd... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına 2 nömrəli Əlavə - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişiklik edilməsi haqqınd... | ANL |
2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublika... | ANL |
2011-ci il martın 21-də Abu-Dabi şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezi... | ANL |
2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2011-2013-cü illər üzrə əməkdaşlıq barədə Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin... | ANL |
Nazirlər Kabinetində görüş. Azərbaycanda rəsmi səfərdə olan İsveç Krallığının xarici işlər naziri Karl Bildtin başçılıq etdiyi nümayəndə heyəti iyunun 13-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür. Azərbaycan ilə İsveç arasında qarşılıqlı əlaqələrin hazırkı durumu və inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə... | ANL |
İsveç Krallığının xarici işlər naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. İsveç Krallığının xarici işlər naziri Karl Bildt iyunun 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini eh... | ANL |
İsveç Krallığının xarici işlər naziri Karl Bildt İçərişəhəri gəzmişdir. İyunun 13-də İsveç Krallığının xarici işlər naziri Karl Bildt İçərişəhərlə tanış olmuşdur. "İçərişəhər" Dövlət Tarixi - Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, ilk növbədə qonağa Azərbaycan memarlığının incisi olan Qız qalası abidəsi... | ANL |
"Qloballaşma, milli ideya və müasir Azərbaycan" mövzusunda milli müzakirələr keçirilmişdir. İyunun 13-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə "Q... | ANL |
Azərbaycan ilə İsveç arasında siyasi dialoq yüksək səviyyədədir. İyunun 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri Karl Bildt ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlə... | ANL |
Monteneqroda görkəmli Azərbaycan rəssamı Hüseyn Əliyevin fərdi sərgisi açılmışdır. İyunun 11-də Monteneqronun Mədəniyyət Nazirliyi, Bar Şəhər Meriyası və ölkəmizin Rumıniyadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bar şəhər... | ANL |
Böyük Britaniyanın nüfuzlu "The Sun" qəzetində Azərbaycan haqqında geniş məqalə dərc edilmişdir. Böyük Britaniyanın nüfuzlu "The Sun" qəzetinin 13 iyun tarixli nömrəsində Azərbaycan haqqında geniş məqalə dərc edilmişdir. Məqalədə məşhur oçerklər müəllifi Oliver Harvi Bakıya Ceffri Çarlz Herst ilə birgə səfərindən yazır... | ANL |
Müstəqilliyi möhkəmləndirən mütərəqqi inkişaf strategiyası. Tarix sübut edir ki, müəyyən səbəblərdən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaq anında məsuliyyəti üzərinə götürmüş qətiyyətli liderlərinin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmiş, milli ide... | ANL |
Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının - BSANNA-nın V Baş Assambleyası keçirilmişdir. İyunun 13-də Bakıda Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın ev sahibliyi ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin ... | ANL |
QİƏT üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının V Baş Assambleyasının iştirakçıları İçərişəhərlə tanış olmuşlar. İyunun 13-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) AzərTAc-ın ev sahibliyi ilə Bakıda keçiri... | ANL |
AzərTAc-ın Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına prezidentliyi təşkilatın işinin ahəngini daha da artıracaqdır. Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya ... | ANL |
AzərTAc MDB və Avropa informasiya agentlikləri arasında özünə layiq yer tutur. Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc MDB və Avropa informasiya agentlikləri arasında özünə layiq yer tutur. AzərTAc xəbər verir ki, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Milli İnformasiya... | ANL |
Prezident İlham Əliyevin bu siyasi kursu Nərimanov rayonunun sosial-iqtisadi inkişafında həlledici amildir. Xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə keçidin - QURTULUŞun bəhrələri bu gün hər bir Azərbaycan vətəndaşının həyatında, o cümlədən ölkənin iqtisadi, siyasi, sosial və mədəni spektrində real, aydın təzahürlərlə ... | ANL |
Sumqayıt sürətli inkişaf yolunda yeni uğurlara imza atır. Şəhərdə yenidənqurma işləri geniş vüsət alır. Sosial-iqtisadi sahədə dinamik tərəqqisini yeni nailiyyətlər qazanaraq daha modern hala gətirən Azərbaycan üçün əsas xüsusiyyətlərdən biri yaşanan inkişafın davamlı xarakter daşıması məqsədilə möhkəm bazisin yaradılm... | ANL |
Fransada ABŞ-da və Avropada təhsil alan azərbaycanlı doktorantların konfransı keçirilmişdir. Azərbaycan Diplomatik Akademiyasının (ADA) təşəbbüs və təşkilatçılığı, Fransa Siyasi Elmlər İnstitutunun professoru, Belçika parlamentinin fəxri sədri An-Mari Lizinin dəstəyi ilə bu institutda Amerikada və Avropanın müxtəlif al... | ANL |
Fransanın Maliyyə Nazirliyinin internet səhifəsində Fransa və Azərbaycan şirkətlərinin gələcək əməkdaşlığına dair material yerləşdirilmişdir. Fransanın Maliyyə Nazirliyinin internet səhifəsində (www.minefe.gouv. fr/ministere finances/besson/ericbesson econumeriq) "Fransa və Azərbaycan şirkətləri arasında "Telekommunika... | ANL |
"Vergi nəzarətinin elektronlaşdırılması sahəsində ciddi hədəflər müəyyənləşdirmişik". Vergilər naziri Fazil Məmmədov Prezidentin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanından irəli gələn vəzifələr barədə söhbət açır. - Azərbaycan Respublikasının Prezidenti ... | ANL |
Elmi-texniki tərəqqi insanların sağlamlığı üçün təhlükəyə çevrilməməlidir. YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin Bakıda keçirilmiş 18-ci sessiyası bu baxımdan faydalı müzakirə və nəticələrlə yadda qaldı. XXI yüzillik elmi-texniki və mədəni tərəqqinin geniş vüsət alması ilə səciyyəvidir. Özlüyündə mütərəqqi mahiyy... | ANL |
Xalqın muğam xəzinəsi. "Balaca muğam ifaçılarını, adətən, Qarabağ bülbülləri adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ tor... | ANL |
Türkiyə sabitliyə və inkişafa səs verdi. Srağagün Türkiyədə keçirilmiş növbəti parlament seçkilərinin ilkin nəticələri artıq məlumdur. Gözlənildiyi kimi, seçki marafonu hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) qələbəsi ilə başa çatmışdır. Kürd azlığını təmsil edən Sülh və Demokratiya Partiyasının (SDP) dəstəklədiyi m... | ANL |
Almaniyada Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsi şərəfinə poçt markası buraxılmışdır. Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri, həmvətənimiz Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində Almaniyada Azərbaycanın "Eurovisi... | ANL |
Koreya Respublikasında açılmış 8-ci Beynəlxalq heykəltəraşlıq sərgisində Azərbaycanın xalq rəssamı, akademik Ömər Eldarovun "Bölünmüş millət" adlı sənət əsəri böyük maraq doğurmuşdur. İyunun 11-də Koreya Respublikasının Boryeong şəhərində yerləşən Geahva Sənət Parkında 8-ci Beynəlxalq heykəltəraşlıq sərgisi açılmışdır.... | ANL |
Həmişə öndə olan ziyalı. Yüksək intellekti, ictimai-siyasi fəaliyyəti və imzası ilə elmi-ədəbi mühitə yaxşı məlum olan ziyalılarımızdan biri də fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Şahlar Əsgərovdur. Təbiət elmləri sahəsində elmi məktəbi, dəyərli araşdırmaları, dəst-xəttilə seçilən Ş.Əsgərov... | ANL |
Görkəmli alimin fəlsəfi düşüncələri. Hərtərəfli və zəngin dərrakəsi, nəcib insani keyfiyyətləri ilə seçilən fəlsəfə elmləri doktoru Osman Əfəndi Azərbaycanın elmi ictimaiyyəti tərəfindən yüksək yaradıcı təfəkkürə malik, saf əqidəli, nəcib şəxsiyyət kimi tanınan ziyalıdır. Akademik Aslan Aslanovun onun yaradıcılıq isted... | ANL |
Azərbaycan xalçaçılıq sənətinin ərəb dünyasında daha geniş şəkildə təbliğinə həsr olunmuş tədbirlər müntəzəm xarakter almağa başlayıb. Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi və Qahirə Opera Evinin birgə orqanı "Əl-xəyal" jurnalının may-iyun ayları üzrə növbəti sayında Azərbaycanın gözəllik, incəsənət və zərif ... | ANL |
Ümumrusiya Azərbaycanlılar Konqresi Azərbaycan vətəndaşları üçün Rusiyanın ali məktəblərinə qəbul imtahanları keçirmişdir. Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) Rusiyada yaşayan Azərbaycan vətəndaşları üçün Rusiyanın ali məktəblərinə Moskvada qəbul imtahanları keçirmişdir. Azərbaycan Respublikasının Tələbə Qəbulu ü... | ANL |
Cenevrədə Beynəlxalq Əmək Konfransının 100-cü yubiley sessiyası keçirilir. İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının "Layiqli əmək vasitəsilə gələcəyin qurulması" mövzusunda 100-cü yubiley se... | ANL |
Milli Qurtuluş Günü ərəfəsində Rotterdamın Bakı küçəsinin təqdimatı və məlumat lövhəsinin açılışı ilə bağlı təntənəli mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin, Benilüks Azərbaycanlılar Konqresinin və Azərbaycan Holland Dostları Təşkilatının dəstəyi ilə Azərbaycanın Milli Qu... | ANL |
AMEA-da "Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən (XX əsrin 30-cu illəri)" kitabının təqdimatı olmuşdur. İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) filologiya elmləri doktoru, professor, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin tərtibçisi və elmi redakto... | ANL |
Ədliyyə Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir. Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir. Akademiyanın prorektoru - hüquq elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov Azərbaycanın müstəqillik tarixindən, müstəqilliyinin i... | ANL |
Azərbaycan ilə Özbəkistan arasındakı hərbi sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. İyunun 13-də ölkəmizə rəsmi səfərə gəlmiş Özbəkistanın müdafiə naziri general-mayor Kabul Berdiyev Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür. Fəxri xiyabanda ümummilli lider Heydər Əli... | ANL |
Azərbaycan Respublikası dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsindədir. Bu 20 il ərzində respublikamız bir çox tarixi sınaqlara məruz qaldı, hətta 1991-1993-cü illərdə hakimiyyətdə olan naşı siyasi qrupların səbatsızlığı ucbatından müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. O zaman ölkəni ağır durumdan ən çətin... | ANL |
2011-ci il martın 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Mərakeş Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini ... | ANL |
Nazirlər Kabinetində görüş. Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 14-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, Azərbaycan ilə Özbəkistan arasında tarixi dostluq əlaqələrinin hazırkı durumu və inkişaf... | ANL |
Özbəkistan Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycanda səfərdə olan Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyev iyunun 14-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür. Oqtay Əsədov demişdir ki, Azərbaycan və Özbəkistan xalqları arasında çox qədim mədəni, dini, tarixi d... | ANL |
Milli Məclisdə görüş. İyunun 14-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşüb. Qonaqları salamlayan Bahar Muradova bildirib ki, BQXK-nin Azərbaycan nümayəndəliyi işini yüksək səviyyədə qurub. Təşkilatın ictimaiyyət, mətbuat, dövlət qurumları i... | ANL |
Azərbaycan xalqının Milli Qurtuluş Günü ədliyyə qurumlarında geniş qeyd olunmuşdur. Azərbaycan xalqının əlamətdar bayramlarından olan Milli Qurtuluş Günü ulu öndər Heydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində, beynəlxalq aləmə in... | ANL |
BSANNA-nın Bakıda keçirilən V Baş Assambleyasının iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyində, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində və Müasir İncəsənət Muzeyində olmuşlar. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) AzərTAc-... | ANL |
Heydər Əliyev yeni Azərbaycan yaratdı. Hər bir xalqın, ölkənin tarixində tərəqqi dövrləri də olur, tənəzzül dövrləri də. İstiqamətindən asılı olmayaraq bu dönüş dövrləri mövcud tarixin, ictimai-siyasi reallıqlardan irəli gələn hadisələr kimi qəbul edilsə də, tarixi şəxsiyyətlərin adları ilə daha çox bağlıdır. Azərbayca... | ANL |
Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ili tamam olur. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli Sərəncamına əsasən müstəqilliyimizin 20-ci ildönümü böyük təntənə ilə qeyd ediləcək. Sərəncamda deyi... | ANL |
Tarix sübut edir ki, yeni müstəqillik qazanmış hər hansı bir dövlətin milli inkişaf yolunun başlanğıcdan düzgün müəyyənləşdirilməsi ilk növbədə onun mövcudluğunun qorunub saxlanılması, gələcək tərəqqisi baxımından vacib amildir. Dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarının elmi təməl üzərində qurulması, cəmiyy... | ANL |
Xilaskarlıq missiyası. Ölkələrin və xalqların tarixində, taleyində elə məqamlar olur ki, həmin çətin dövrlərdə yaranmış ağır siyasi-hərbi vəziyyət, ictimai-iqtisadi və mənəvi böhran Şekspirvari "olum, ya ölüm" sualını sərt şəkildə meydana qoyur. XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan belə bir gerçək sual... | ANL |
Hüquqi və demokratik inkişaf konsepsiyasının müəllifi. Taleyin sərt hökmü ilə neçə əsrlər gerçəkləşməyən xalqımızın müstəqil dövlət qurmaq arzusu dərin nisgilə çevrilsə də, daxili inama söykənən azərbaycanlılar qərinələr boyu milli kimliklərini qoruya, millət kimi mövcudluğunu təsdiq edə bilmişlər. Məhz bu inamın, mill... | ANL |
"Müstəqillik"dən müstəqilliyə gedən yol. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə hazırlaşan Azərbaycan Respublikası ötən illərdə nail olduğu böyük nailiyyətlərlə bu gün Cənubi Qafqazın lokomotiv dövləti kimi çıxış edir, iqtisadi və siyasi maraqlarını əzmlə qoruyur. İqtisadi sahədə keçid dövrü kimi səciyyələn... | ANL |
Milli Qurtuluş Günü Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təntənə ilə qeyd olunmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilmişdir. MTN-in ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki... | ANL |
Azərbaycan Ağsaqqallar Şurasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirmişdir. AzərTAc xəbər verir ki, tədbiri şuranın sədri, akademik Budaq Budaqov açaraq Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışmışd... | ANL |
Özbəkistanın müdafiə naziri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olmuşdur. Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iyunun 14-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elektron Hesablayıcı Maşınlar Zavodund... | ANL |
ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə bağlı mətbuat konfransı keçirmişdir. İyunun 14-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə bağlı mətbuat konfransı keçirmişdir. AzərTAc xəbər verir ki, ölkəmizdə işl... | ANL |
Milli Məclisin komandası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Parlament Kuboku-2011" futbol turnirinin qalibidir. İyunun 14-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Parlament Kuboku-2011" futbol turnirinin final qarşılaşması keçirilmişdir. Bakı Dövlət Universitetinin (BDU) idman k... | ANL |
Dövlət Miqrasiya Xidmətində Milli Qurtuluş Günü qeyd olunmuşdur. İyunun 14-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov 1993-cü ildə Azərbaycanın ... | ANL |
Qız qalasında muzey konservasiyası işlərinə başlanılmışdır. Qız qalası abidəsinin muzey konservasiyası işlərinə başlanılmışdır. Bərpa işləri Avstriyanın "Atelier Erich Pummer" şirkəti tərəfindən aparılır. Bu barədə AzərTAc-a məlumat verən şirkətin Azərbaycandakı nümayəndəliyi müdirinin müavini Çingiz Neymanzadə bildirm... | ANL |
Dinamik sosial-iqtisadi inkişafa xidmət edən mükəmməl strategiya. Bəşər tarixində mövcud olmuş bütün xalqlar üçün ən böyük milli sərvət olaraq dəyərləndirilən müstəqillik siyasi, iqtisadi, sosial, mədəni və digər vacib sahələr üzrə ümumi inkişafın istiqamət və mahiyyətini müəyyən edən önəmli faktordur. Dünyanın mövcud ... | ANL |
Azərbaycanın Tacikistandakı səfirliyində Milli Qurtuluş Günü münasibətilə mərasim keçirilmişdir. 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanın Tacikistandakı səfirliyində mərasim keçirilmişdir. Tədbirdə Tacikistanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, paytaxtdakı Hey... | ANL |
Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı dünyaya tanıtmış, onu beynəlxalq aləmdə nüfuz sahibi etmişdir. Azərbaycan Respublikaının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Elmi əsaslara söykənən strategiya müasirləşmə və davamlı inkişafın mühüm amili kimi" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Milli Qurtu... | ANL |
Azərbaycan-Serbiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Bu günlərdə Serbiya Respublikasında iki məşhur azərbaycanlının - ümummilli lider Heydər Əliyevin və dahi bəstəkar, ictimai-siyasi xadim Üzeyir bəy Hacıbəylinin abidələri ucaldılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi ... | ANL |
Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər... | ANL |
Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan R... | ANL |
Azərbaycan ilə Fransa arasında əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunmuşdur. İyunun 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Fransanın dövlət və xarici işlər və Avropa məsələləri üzrə naziri yanında beynəlxalq əməkdaşlıq naziri Anri dö Rənkurun başçılıq etdiyi... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.