text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Unudulmaz... ZƏRDÜŞT ŞƏFİNİN ONSUZ KEÇƏN İLK DOĞUM GÜNÜNƏ. Aylar öncə göylərə doğulan insanın bu gün - yerdə doğulduğu gündür. Yeri doldurulan və bir də əsla doldurulamayacaq insanlar var həyatımızda. Bəziləri bu dünyadan karvanını zamansız çəkib getdikdən sonra geriyə sığınacaq tək bir liman qalar… Xatirələr. Bəlkə də... | ANL |
Görkəmli alim Qəzənfər Paşayevin 75 yaşı Yazıçılar Birliyində qeyd olunub. 525.az-ın məlumatına görə, tədbirin aparıcısı, AYB-nin katibi Arif Əmrahoğlu mərasimi açaraq yubilyarın həyat və yaradıcılığına nəzər salıb: “Biz bu gün bura Qəzənfər Paşayevin işığına yığışmışıq. Mən işıq sözünü təsadüfən işlətmədim. O, öz yüks... | ANL |
Uşaqların qayğısına qalaq. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri. Uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu gün uşaqlar insan hüquqları subyekti olaraq beynəlxalq səviyyədə diqqət mərkəzindədir. Onların problemlərinin həlli və hüquqlarının və ən yaxşı maraqlarının müda... | ANL |
əsrlərin, illərin o üzündən. Hələbdə dərisi soyulan da. Soyulduqca. başqa bir SÖZ göründü. Bu dərinlikdən, əsrlərin, qərinələrin qatlarından. Önünü kəsən qaranlıqların, bulanıq sulu sellərin gözünə. həmişə. şimşək kimi çaxdı SÖZ. Hər zaman bizimlədi. Yalnız gecələr oyaq qalır, biz yuxuya gedəndə. Nəzarətdən çıxıb. Yüyə... | ANL |
Əlibaba Məmmədov: “Əhmədxan müəllim tara, musiqiyə, muğama, bütövlükdə xalqa xidmət edirdi”. Xalq artisti, görkəmli muğam ustadı Əlibaba Məmmədov təkcə ölkəmizin musiqi ictimaiyyəti arasında deyil, eləcə də mətbuat təmsilçiləri arasında xüsusilə arzulanan, axtarılan, aranan bir həmsöhbətdir. Bizim həmkarlarımız da musi... | ANL |
Qızı İradə ali məktəbə qəbul olmadığından Əsurənin qanı yaman qaralmışdı. Müəllimlərə çəkdiyi xərc, ətək-ətək tökdüyü pullar kül kimi havaya sovrulmuşdu. Qızı deyirdi ki, guya imtahanda özünü pis hiss edib və buna görə, heç bildiklərini də yaza bilməyib. Bütün bunlar azmış kimi, İradə günlərin birində məsləhətsiz, fila... | ANL |
İşğal edilmiş ərazilərdə erməni vandalizmi. Taleyinə total dövlətlərin maraqlarının toqquşduğu məkanda mövcud olmaq yazılan, bu baxımdan tarixən potensial şikar gözündə görülən Azərbaycan bütün mövcud çətinliklərin öhdəsindən gələrək artıq ikinci onilliyi adlayan müstəqilliyini yaşamaqdadır. Ancaq elə bu qədər zamandır... | ANL |
Yeniləşən Azərbaycan ədliyyəsi. On ildən çoxdur ki, Azərbaycanın ədliyyə işçiləri öz peşə bayramlarını fərəhlə qeyd edirlər. Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində görülən əsaslı tədbirlər nəticəsində əldə edilən nailiyyətlərə uyğun olaraq ulu öndərimiz Heydər Əliyevin bizə bəxş ... | ANL |
Eyni yerdə doğulmadığımız kimi yaşıd da deyildik, başqa-başqa peşələrin daşıyıcısı idik, fərqli xarakterlərə malik idik, dünyagörüşümüz, həyat fəlsəfəmiz də bir-birinə bənzəmirdi. Elvina xanım Gəncədə, uzun illər hərbi komissar işləmiş Usubovların ailəsində dünyaya gəlmişdi. Kimyaçı alim idi, Bakı Dövlət Universitetini... | ANL |
Azay Quliyev: "Seçkilərin tam şəffaf keçirilməsinə zəmanət verə biləcək bir MSK-ya ehtiyacımız var". Millət vəkili, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Azay Quliyevin “525”-ə müsahibəsi. - Azay müəllim, məlum olduğu kimi, qarşıdan 2013-cü il növbəti prezident seçkiləri gəlir və b... | ANL |
Bu gün ədəbiyyat elə bir durumdadır ki, onu yaradanlar və oxuyanlar təxminən elə eyni kiçik çevrədən ibarətdir. Təəssüf ki, istisnalar azlıq təşkil edir. Nəyə görə insanlar bədii ədəbiyyat oxumağa meyl etmirlər? Niyə hamıdan və hər şeydən bəhs edən ədəbiyyat hamı üçün maraqlı deyil? Sovet dövründə ədəbiyyat, demək olar... | ANL |
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birgə keçirdikləri, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaxından köməkliyi sayəsində baş tutmuş tədbirdə KİV rəhbərləri, dövlət rəs... | ANL |
Həyatının məramı elm və xeyirxahlıq olan insan. 1979-1985-ci illərdə Azərbaycan Tıbb Universitetinin pediatriya fakültəsində, sonra Moskva şəhərində Rusiya Səhiyyə Nazirliyinin Uşaq xəstəlikləri İnistitutunda təhsil alıb və həkimlik təcrübəsi keçib. Beynəlxalq dərəcəli tibbi nəşrlərdə dərc olunmuş 25 elmi və araşdirma ... | ANL |
Tanrıyla söhbət ona olan eşqdir. İlahiyə, böyük Tanrıya eşq, onun səcdəgahında qul şəstliyi, bütün olmuş və olacaqlara görə Mövlaya şükranlıq, İslam fəlsəfəsinin poetik dərki və təsviri – bütün bunlar orta əsrlər Şərq şeiriyyətində aparıcı mövzulardan biri olub. Nəsimi, Yunis İmrə, Xətai, Füzuli lirikasının bakirə ətri... | ANL |
Yazar,dramaturq və alim Aslan Qəhrəmanlı şair Cavad Zeynalın “AXŞAM QƏRİBLİYİ” kitabına yazdığı ÖN SÖZDƏ qeyd eləyir :”Qarşımda hələ çap olunmamış bir kitabın kompüterdə yığılmış variantı var. “Axşam qəribliyi” adlandırılan bu kitabı gözdən keçirirəm, yadıma müəllifin – şair və nasir Cavad Zeynalın “Yazıçı” nəşriyyatın... | ANL |
Milli mətbuatımızın banisinə həsr olunmuş “Həsən bəy Zərdabi – 170” elektron bazasının təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Milli Kitabxana ilə birgə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinə həsr edilmiş tədbir keçirib. Tədbirdə “Həsən bəy Zə... | ANL |
Ərənlər iqlimində- Ali Akbaşın şeirləri. Ali Akbaş bir südəmər körpə qədər məsum, dünya kirinə bulaşmamış zirvə qarı. Dəli rüzgarların qalxıb əl-ətəkdən sovurduqları toz-torpaq onun “ağ başına” çatsa da, orada qərar tutmaz: yenidən alçaqlara çökər. Harda mükəmməl Türk baş qaldırsa, şairin mübarək “ağ başı” birə beşqat ... | ANL |
Bir məktubun ovqatı- Mirvarid Dilbazinin Mustafa Çəmənliyə məktubu. Bu gün bəlkə də ömründə bir dəfə dost-tanışına, sevgilisinə məktub yazmayanlar üçün məktubdan danışmaq çox qəribə səslənə bilər. Mobil telefon, internet əlaqəsi olan yerdə nə məktub?! Ancaq yaxın keçmişimizə qədər məktub yazmaq, arzu və istəkləri yazıl... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Plutarxın yazdığına görə, bir dəfə hansısa pers Sparta çarı Lisandrdan soruşdu ki, hansı dövlət idarəçiliyi ona başqalarından daha xoş gəlir. Belə prinsip məhz Karlın idarəçiliyinə də xas idi. Böyük Karl daim qələbələrə sahib olmurdu, onun ordusu İspaniyada özünə dəyən zərbən... | ANL |
Heydər Əliyev Sarayında dünya şöhrətli bəstəkar Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən “Fikrət Əmirov-90” Musiqi Festivalının təntənəli açılış mərasimi və qala-konsert təqdim edilib. 525.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə sarayın foyesində böyük sənətkarın həyat və ya... | ANL |
KAMAL ABDULLANIN “LABİRİNT” HEKAYƏLƏR KİTABI HAQQINDA. Kamal Abdullanın “Labirint” adlı kitabındakı hekayələr, doğrudan da, adamı labirintə, çıxılmazlığa salır. Ağlın, mifin və qəlbin gücü ilə yazılmış hekayələrdən “Labirint” hekayələr silsiləsinə – həyatla, düşüncəylə, ürəklə yazılmış hekayələrə, daha sonrasa “Bilgə ə... | ANL |
“Kimya üzrə kurikulum bu fənnin təlimini yeni keyfiyyət səviyyəsinə yüksəltməyə zəmin yaradacaq”. Təhsil islahatının hazırki mərhələsində ümumtəhsil məktəblərində təbiət fənlərindən olan kimyanın müasir tələblər səviyyəsində tədrisi mühüm vəzifələrdən biri kimi qarşıda durur. Müasir insanın həyatını kimyasız təsəvvür e... | ANL |
Lakin bu tələskənlik bəzi millət vəkillərinin, ilk növbədə isə TBMM başqanı Rauf Orbayın qəzəbinə səbəb olmuşdu. “Hakimiyyəti-milliyə” Türkiyə hökumətinin, yoxsa Rusiya Səfirliyinin mətbu orqanıdır?”- deyə hiddətlənən Rauf bəy Ağaoğlunun Mətbuat Ümum Müdirliyindən istefasını tələb etmişdi. Əhməd bəy əvvəlcə razılaşsa d... | ANL |
… sonra dan yerinin şəfəqləri sökülməyə başladı və bu dəfə də hələ səhərin gözü açılmamış – saat 5 radələrində – kişi sövq-təbii olaraq, elə yuxuda ikən səksəkə içində xoruzun o bədnam səsini gözləməyə başladı və doğrudan da on-on beş saniyədən – bu saniyələr yuxuda çox uzun çəkirdi – sonra qart bir xoruz banı yenə büt... | ANL |
Sığındığı yer Tanrı qucağı, güvəndiyi isə sevməyi bacaran oxucularıdır.Bəlkə bundan gözəl bir şey var?! Qəlbi sevgi ilə dolu, sevgidən sevə-sevə yazan, bəzən saatlarla ruhu özünü tərk edən, bəzən də kədərləri, ağrıları-acıları ilə qucaqlaşan, bəzən də anasız körpə kimitəkbaşına qalıb həsrət nəğməsi pıçıldayan şairdir Ə... | ANL |
Bu məqsədlə şəhər mədəniyyət sarayında keçirilən mərasimdə rayon icra hakimiyyətinin, yerli təşkilatların, ictimaiyyət nümayəndələrinin təmsilçiləri “Şabran”ın yaradıcı kollektivi ilə birgə yubiley duyğularını bölüşüblər. Azərbaycan Mətbuat Şurasının nümayəndələri və ətraf bölgələrdə çıxan qəzetlərin baş redaktorları d... | ANL |
İlk milli uşaq jurnalı “Dəbistan”ın xatirə nömrəsi yenidən nəşr edilib. Söz Azadlığını Müdafiə Fondu Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin 170 illiyi münasibətilə 104 ildən sonra “Dəbistan” jurnalının xatirə nömrəsini yenidən nəşr edib. Qeyd edək ki, layihənin ideya müəllifi Şamaxının millət vəkili, AVCİYA... | ANL |
Gender bərabərliyi – qadın hüquqları və onların qorunması. QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI “CEDAW ƏMƏLDƏ” ADLI LAYİHƏ HƏYATA KEÇİRİR. Cəmiyyətdə qadın hüquqları və onların qorunması aktual məsələ olaraq qalmaqdadır. Bu vasitə ilə cəmiyyətdə qadın zorakılığı əleyhinə maarifləndici missiyanı üzərinə götürən Rasional İnkişaf u... | ANL |
Yaxşılığın keşiyində dayanan insan- Madər Musayev 65. “Adamı heç harda heç nə gözləmir, gərək adam özü getdiyi yerə nəsə aparsın” – Hacı Madərlə hər yeni söhbətdən sonra bu müdrik deyimi xatırlayıram. Gəldiyim nəticə belə olur ki, o, ömrü boyu getdiyi yerə nəsə aparıb, kimdənsə nəsə ummayıb. Ən əsası odur ki, hər yerə ... | ANL |
Bakıda istedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı keçirilir. Bakıda Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə İstedadlı və yaradıcı gənclərin 2-ci Respublika Toplantısının açılışı olub. APA-nın məlumatına görə, tədbirdə baş na... | ANL |
Postmodernizm və təsəvvüf. Postmodernizm və təsəvvüf – bir birinə çox uzaq, müəyyən meyarlara görə hətta əks qütblərində dayanan bu iki təfəkkür sistemi arasında hansı qarşılıqlı əlaqələr ola bilər və bu əlaqələr müəyyən norma, prinsip və qanunauyğunluqlara əsaslanan elmi nəticələrə çatmaq baxımından nə dərəcədə sabit ... | ANL |
Canlı əfsanə. Ömrünün 86-cı ilini yaşayan sağlam, səmərəli, işgüzar, yaradıcı bir insan, müdrik ağsaqqal, görkəmli partiya – dövlət xadimi və ictimai xadim, elmin ayrı-ayrı sahələri, xüsusilə ədəbiyyat və insan fəlsəfəsinin bilicisi, həyatın – yaşam tərzinin, təsərrüfatın müxtəlif sahələrini təcrübəyə istinad edən zəng... | ANL |
Uşaq sözün düzünü deyər... BƏLKƏ ELƏ BUNA GÖRƏ ONLARI DİNLƏMƏK İSTƏMİRİK? Bu ifadənin təsadüfi yarandığına inanmıram. Fikrimcə, gül epiteti burada gəlişigözəl kəlmə olaraq seçilməyib. Çünki körpələrimizə, balalarımıza bu ad təkcə zahiri baxımdan yaraşdırılmayıb. Gül kəlməsi həm də zərif, xüsusi qulluq tələb edən, qaba ... | ANL |
Azərbaycan mühacirət mətbuatının tanınmış xadimi – Məmməd Sadiq Aran. Tanınmış mühacir və mətbuat xadimi olan Məmməd Sadiq Aran 1895-ci ilin dekabr ayında Zəngəzur qəzasının Sisyan bölgəsində Rud-bazarçay kəndində doğulmuşdur. İlk təhsilini evdə almış, fars və ərəb dillərini öyrənmişdir. Elə həmin illərdə də “Qurani-Kə... | ANL |
Ön və arxa cəbhənin sınanmış əsgəri. Ölkəmizin müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən mübarizələr dövrü Azərbaycan xalqının azadlıqsevər, vətənpərvər, qorxmaz övladlarını bir araya gətirib ayağa qaldırıb. Vətənin, xalqın səsinə səs verən belə cəsur, fədakar insanlardan biri də Cavid Rüstəm oğlu Rüstəmovd... | ANL |
Ənvər Özərən: “Azərbaycanda ilk türk özəl təhsil müəssisələrinin fəaliyyətinə Heydər Əliyev yol açıb”. “Gülüstan” sarayında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunan “Müasir Azərbaycan və “Çağ öyrətim” adlı konfrans keçirilib. “Etimada sədaqətlə 20 il” devizi altında keçirilən tədbirdə təhsil... | ANL |
Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasında İKT və internetin yeri. İnformasiya cəmiyyəti anlayışı XX əsrin 90-cı illərinin ortalarında yaranıb. Adından göründüyü kimi informasiyalı cəmiyyət ictimai həyatın bütün sahələrində, cəmiyyətin və şəxsiyyətin həyat fəaliyyətində informasiyanın rolunun durmadan artırı... | ANL |
Hüseyn Cavid yaradıcılığında qadın problemi. Sosial mədəni düşüncədə qadın problemləri bütün dövrlərdə mövcüd olmuş, cəmiyyətin həyatında çox mühim əhəmiyyət kəsb etmişdir. Həmin problemlər XIX və XX əsrlərdə Azərbaycan ziyalılarının, yazıçı və şairlərin marağını çəkmiş və onlar qadın azadlığı uğrunda ardıcıl mübarizə ... | ANL |
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli maarifçi və ictimai xadim, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. 525.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ədibin M.F.Axundzadə adına Azərbaycan Milli... | ANL |
BDU-da Hüseyn Cavidə həsr olunmuş tədbir keçirilib. Bu gün Bakı Dövlət Universitetində (BDU) böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib. 525.az-ın xəbərinə görə, konfransda çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, Hüseyn Cavid Azə... | ANL |
İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısında kino, teatr, ədəbiyyat məsələləri müzakirə edilib. Ötən gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin və Milli Elmlər Akademiyasının dəstəyi ilə İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısı çərçivəsi... | ANL |
Kütləvilik xarakteriylə cəmiyyətin mənəvi tərbiyəsi, düşüncə tərzinin formalaşması, zövqlərin biçimlənməsi kimi proseslərdə əhəmiyyətli və əvəzsiz yer tutan TV insanların siyasi, ictimai, mədəni, milli-mənəvi, hətta dini şüurunun yönləndirilməsində müstəsna rol oynayır. Televiziya sadəcə, efir yayımı funksiyasını həyat... | ANL |
Ötən həftə İctimai Televiziyanın ekranında “Carçıfilm” Yaradıcılıq Birliyində istehsal olunan “Döngələr” adlı 15 seriyalı bədii- televiziya filmi nümayiş etdirildi. Serialı izləyəndən sonra bu qənaətə gəldin ki, millətlərin mübarizə və tərəqqi yolu asan olmur. Bu mənada tarix Azərbaycan xalqını həmişə daha çox sınaqlar... | ANL |
Postmodernizm və təsəvvüf. Qloballaşma yeni sosial özünütəşkil tipi kimi bütün planet masştabında yalnız sosial institutların və onların fəaliyyətlərinin inteqrasiyası kimi deyil, həm də bilik, ideal davranış normaları, mənəvi dəyərlərin birləşdirilməsi kimi səciyyələnir. O, sosial həyatın bütün aparıcı sahələrində – i... | ANL |
Ədəbiyyatşünas-alim professor Kamran Dadaş oğlu Məmmədovun anadan olmasının 90 illiyinə. Bu fani dünyada onsuz da əzəli və əbədi yaşayan bir varlıq yoxdur . Əbədilik yalnız ulu Tanrıya məxsusdur. Ancaq o insan xoşbəxtdir ki, dünyasını dəyişəndən sonra xatırlansın, unudulmasın. Təbii və özünəməxsus xarakteri ilə seçilən... | ANL |
Bir şair-bəstəkarın taleyi. Keşməkeşli taleyi ötüb-keçən illərin dolaylarında az qala itib batsa da, mahnıları dillər əzbəridir. Sözləri də, melodiyası da Novruzlu İsgəndərə məxsusdur. Qasımov İsgəndər Hacı bəy oğluna. Bu barədə dönə-dönə yazılsa da, adı, ünvanı göstərilsə də ifaçılar, aparıcılar sanki qəsdə durublar, ... | ANL |
Bütün sözlər – bunların arasında acısı da olur, şirini də, təhqiri də, tərifi də – birinci üzə deyilir; eyni zamanda, insanın daxilində gedən prosesləri də ilk növbədə dözməyib üz büruzə verir: qızarır-bozarır, qaralır, saralır – baxır situasiyaya. Bütün bunlarla yanaşı, üz insanın zahiri və daxili hisslərini, düşüncəl... | ANL |
Qloballaşma dövründə kulturoloji innovasiyalar: reallıq və zərurətin kəsişməsində. Yaşadığımız zaman geosiyasi proseslərin intensiv xarakter alması ilə diqqət çəkir. İnformasiya texnologiyalarının hərtərəfli tətbiqi, ictimai həyatda kommunikativ və texnogen amilin rolunun artması qloballaşma proseslərini aktual və labü... | ANL |
Gəlin Qarabağı düşünək hərdən... Fikir düşüncələri. “Sanki kimsə bıçağı götürüb və yer üzündən hər şeyi silib, lakin evlərin bünövrələrini saxlayıb... Orda yaşayan ermənilər satıla biləcək hər şeyi daşıyıb...Ən dəhşətli xarabalıqlar Ağdamdadır...Bu şəhər indi vaxtilə Yaponiyanın atom bombasından zərər çəkmiş Naqasaki ş... | ANL |
Şair Salam Sarvan üçün “allah kəssin” düşüncələrindən…. səndən sonrası, içib göyə ulamaqmış, köçüb getməkmiş birdəfəlik. bütün adamlardan, daha. uçulmağa məhkum. vağzala gecikmiş qatar. fiti qədər ünvansızdı. mən səndə çoxdan boğulmuşdum... indi. islanmış küçük qədərəm. kimi gözləyirsən. Xərçəng göz yaşı boyda. nöqtə q... | ANL |
Bir yorğun torpağam dincə qoyulmuş, Daha əkilməyim, biçilməyim yox. Köhnə qarağacam içi oyulmuş. Bir də körpülənib keçilməyim yox. Bütün körpüləri keçmişəm daha. Səbr kasamı da içmişəm daha. Bircə yarpağıma gün düşənəcən. Nələr çəkdiyimi özüm bilmişəm, O gülən yarpağı üzüm bilmişəm. Yolda taleyimin yaşıl işığı, Kolda s... | ANL |
Böyük ideala söykənən kitab. Son illər Güney Azərbaycanda milli özünüdərk prosesi sürətlənib, milli və mədəni haqlar uğrunda hərəkata çevrilib. Bunu görməmək mümkün deyil. Tarix boyu Quzey Güneydəki hərəkata dəstək olub. Məsiağa Məhəmmədi bu ənənəni bu gün də davam etdirməyi vacib sayan ziyalılarımızdandır. Tanınmış şə... | ANL |
Aşıq Kamandar haqqında xatirələr. Aşıq Kamandar təzənəni tellərə yox, ürəklərə çəkirdi. Aşıq Kamandarın səsi boğazdan yox, ürəkdən gəlirdi. Aşıq Kamandar dərsini kitablardan yox, qırxlar pirindən, ələst aləmindən, ərənlər məclisindən almışdı. Boyu-buxunu da, yerişi-duruşu da, durumu-qırımı da, səs diapazonunun genişliy... | ANL |
Çinara ərəl ağacı da deyildiyini mən ilk dəfə 1984-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında (“Azərnəşr”) baş redaktor Cəmil Əlibəyovdan eşitmişəm. Onun bu hərəkəti həm də xalqımızın ucaboy, düz qamət mücəssəməsi saydığı çinar ağacının mərd ər əli kimi qatlanmaz, əyilməz olduğunu ifadə edirdi. O söhbətin getdiyi günlərdə... | ANL |
Nizaminin 870 illik yubileyində söylənmiş məruzə əsasında. Onun bu dünyadakı 68 illik ömründən qalan mirasın bədii-estetik və ictimai-fəlsəfi mündəricat və miqyası nəinki 68 ilin, hətta aradan keçən 870 ilin də çərçivələrinə sığışmır, buna görə də Nizami daima müasirdir, qərinələrin çağdaşıdır. Baxın, onun yaradıcılığı... | ANL |
Yazar,dramaturq və alim Aslan Qəhrəmanlı şair Cavad Zeynalın “AXŞAM QƏRİBLİYİ” kitabına yazdığı ÖN SÖZDƏ qeyd eləyir :”Qarşımda hələ çap olunmamış bir kitabın kompüterdə yığılmış variantı var. “Axşam qəribliyi” adlandırılan bu kitabı gözdən keçirirəm, yadıma müəllifin – şair və nasir Cavad Zeynalın “Yazıçı” nəşriyyatın... | ANL |
Mətbuat tariximizin öyrənilməmiş səhifəsi: Rəsulzadənin mühüm bir töhfəsi haqqında. Müstəqillik, azadlıq və demokratiya uğrunda mübarizə həmişə milli mətbuat orqanlarının nəşri və yayımı ilə sıx bağlı olub. Məhəmməd Əmin Rəsulzadə siyasi proseslərə rəhbərlik edərkən qəzet səhifələrində ictimai və konseptual xarakterli ... | ANL |
(Əvvəli ötən şənbə saylarımızda). Məktubda diqqəti çəkən başqa bir mühüm cəhət Türkiyənin gələcək inkişafının təmin olunması baxımından siyasi və iqtisadi sahələrdə rəqabət mühiti ilə bağlı irəli sürülən təkliflər idi. Diqqətəlayiq haldır ki, bütünlükdə qələbə eyforiyasının yaşanmasına baxmayaraq 1920-ci illərdə Atatür... | ANL |
Boğaza yığılan şairlər. Bu siyahı, divan şairlərinin doğum yeri kimi, İstanbulun – rəqibsiz – birinci yerdə olduğunu göstərir... Şairlərin doğum yerləri ilə bərabər, onları yetişdirən mühit də nəzərə alınarsa, o zaman İstanbulun əhəmiyyəti daha da artar... Özündə istedad hiss edən hər kəs xüsusi, yüksək təhsil almaq üç... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. (Əvvəli ötən şənbə saylarımızda). Onun gözlənilməz uğuru, 1189-cu ildə səlibçilərin işğallarının üç şəhərlə məhdudlaşmasına gətirib çıxardı. Çox güman ki, Səlahəddin onun Yerusəlimi işğal etməsinə Avropanın reaksiyasını qiymətləndirməmişdi, ona görə də xristianlar yeni səlib ... | ANL |
“Babam və mən” yaxud Mansurovlar nəsli fotoşəkillərdə. Uzun illər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Ekran dramaturgiyası” və “Televiziya rejissorluğu” fənnindən dərs deyən, ömrünün 40 ilini kino sənətinə həsr edən, monoqrafiyalar, dərsliklər müəllifi, professor Aydın Dadaşovun tədrisinin əsas qayəs... | ANL |
Müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqi: səviyyə və keyfiyyət əsas meyarlardır. Müəllimlərin işə qəbulu sahəsində yeni qaydaların tətbiqini zəruri edən bir sıra səbəblər olub: yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri tərəfindən ciddi ehtiyac olmadan müəllimlərin işə qəbul edilməsi; bir ... | ANL |
Sözün birləşdirmək gücü... 2011-ci ilin oktyabr ayında Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində keçirilən IV Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresində Xalq yazıçısı Anar “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edilmişdi. Bu il 22 – 23 noyabrda Qazaxıstanın paytaxtı Astanada həmin Konqresin V toplantısı... | ANL |
Avropalı diplomatın azərbaycanlı xanımı. AYGÜN İSMAYILOVA: “AVROPADA YAŞAMAQ MƏNƏ TƏK İNTUİSİYA İLƏ HƏRƏKƏT ETMƏYİ YOX, RASİONAL OLMAĞI DA ÖYRƏTDİ”. İlhamə Qasımlının təqdimatında “Qərib söhbət”. İnsan sevdiklərindən, böyüyüb boya başa çatdığı yerdən, mühitdən uzaqdadırsa, deməli, qəribdir. Bu layihə də biz Qəriblərin ... | ANL |
Bu gün Moskva Ədəbiyyatçılar Evinin böyük zalında tanınmış şərqşünas alim, türkoloq, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin rəhbəri Tofiq Məliklinin 70 illik yubileyi ilə bağlı təntənəli gecə təşkil olunub. Rusiya və Azərbaycan ədəbi- mədəni və ictimai birliklərinin nümayəndələrinin qatıldıgı təbdir Tofiq Məlik... | ANL |
Açıq cəmiyyət və mətbuat. XX əsrin sonu, XXI əsrin əvvəllərində Azərbaycanda müstəqillik, azadlıq, demokratiya dalğası ölkənin inkişafı və Qərb dəyərlərinə yanaşması ilə bərabər, KİV-in də çox sürətli tərəqqisi və cəmiyyətdə mövqelərinin möhkəmlənməsi ilə müşayiət olundu. Bu iqtisadi-siyasi, sosial–mədəni, intellektual... | ANL |
Teatra məhəbbət gətirən darmaturq və ya bu günün İlyas Əfəndiyevi. İlyas Əfəndiyev elə qələm sahiblərindədir , bəlkə də yeganə yazıçıdı ki, yaşayıb yaratdığı illərdə nə quruluşa, nə də ideologiyaya xidmət edib. Heç kommunist partiyasının üzvü belə olmayıb. Bu böyük yazıçı əqidəsinə və ədəbiyyata xidmət edib. Məhz bu ba... | ANL |
Mənəvi dəyərlərin qlobal böhranı. Bu gün də sanki tarix, daha doğrusu, mənəviyyatın böhran tarixi təkrarlanır. Yeni dövrdə gündəmə gələn, dünyanın və xalqların rəvan axarla gec-tez təkamül edərək irəliləməsini bəyan edən tərəqqi ideyası ötən əsrdə ciddi sınaqlara məruz qaldı. Dünyanı təhdid edən tənəzzül meyillərinin b... | ANL |
Şabalıd qoxulu İstanbul. Atamındır, müəllim kitablarına çox diqqətlidir. Söhbət Orxan Pamukun “İstanbul – xatirələr və şəhər” kitabından gedirdi. Bakıda havanı ilıq qoyub getməyimizə baxmayaraq, İstanbul qapısını üzümüzə yağışla açdı. Çox da böyük olmayan Atatürk Hava Limanında pasport qeydiyyatından keçmək üçün növbəy... | ANL |
Mətbuatımızın dəyərli söz sahibi. Vay səni, zəmanə, bu şivərək oğlanı da yaşlandırdın. Bizim “Xalq qəzeti”nin redaksiyasında iki İlqar var: biri məsul katib İlqar Rüstəmovdur, biri də bölgə müxbiri İlqar Həsənov. Hər ikisi mətbuat aləmində yetərincə tanınır. Hər ikisi ilə yaxın dostuq. Özü də bu dostluq təkcə firavan ç... | ANL |
Akademik İzzət Orucova: İnsanlıq, qadınlıq, alimlik ünvanı. Neft kimyası sahəsində mühüm elmi uğurlar qazanmış texnika elmləri doktoru, AMEA Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri Həqiqət Cavadova ilə söhbətimizdə ondan bir xahişim oldu: Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, döv... | ANL |
Rüstəm Fəvvarələr meydanına gəlib çatanda qızı həmişəki yay kafesində üzü küçəyə sarı oturmuş halda gördü. Havanın dözülməz bürküsü Rüstəmi taqətdən salmışdı və o, boğazının tamamilə quruduğunu hiss edirdi. Bakıda hər iyul ayındakı kimi yenə səmadakı buludları belə hürkütmüş əzazil hərarət hökm sürürdü. Göydən yerə odu... | ANL |
Aradan illər keçib, onun kədərli gözlərini indi də unuda bilmirəm. Bəlkə də Yaşar müəllim həyatda gördüyüm ən kədərli alimlərdən biriydi. Üzündə-gözündə gəzdirdiyi bu kədər müdriklik-ariflik işığında daha da gözəl və halal görünürdü. Ancaq onun mutluluq məqamları da yadımdadır. Ənənəvi akademik üslubu mükəmməl bilən bu... | ANL |
Yaddan çıxmır Nüsrət Kəsəmənli... Nüsrət Kəsəmənli mənim bu dünyada ŞAİR adına gördüyüm birinci şəxs idi. 1966-cı ildə, fevral ayında Bakıda yuxarı sinif şagirdlərinin respublika toplanışına gəlmişdik. Nüsrətlə orada tanış oldum. O, hamının diqqətini özünə cəlb eləmişdi. Təkcə oxuduğu şeirlərlə yox, ağıllı, məntiqi söz... | ANL |
Karvanın kitab yükü. Əslinə qalanda, mən tədbirin adını təhrif edirəm. Azı on gün əvvəl karvanın səfəri barədə məlumat almışdım. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Fizurə xanım Quliyeva zəng edib bərk-bərk tapşırmışdı ki, nəbadə tədbirdən boyun qaçırasan. “Başına gələn başmaqçı olar” məsəli yadıma... | ANL |
Oralarda kimlər var: Allahverdi Eminov-2. Dəmiryolçu ailəsində. Müxtəlif vaxtlarda Ali Təhsil Müəssisələrində dosent vəzifəsində çalışıb. Əsərləri : Araşdırmalar: Səməd Vurğunun poetikası, İsmayıl Şıxlının poetikası. Mir Cəlalın poetikası, Musa Yaqubun poetikası, Baba Mahmudovun musiqi fəlsəfəsi, Roman: “Payıza qədər”.... | ANL |
Açıq cəmiyyət və mətbuat. Görkəmli publisist Ə.Ağayev 1899-cu ildə “Şərqdə jurnalistikaya bir nəzər” adlı məqaləsində yazırdı: “...Şərq xalqları arasında dövri mətbuatın yayılmasına uzun müddət mane olmuş və hələ də onun inkişafına mane olan digər səbəb - müsəlman xalqları arasında hər hansı tənzimləyici bağlılığın olm... | ANL |
Britaniya generalının Bakı gündəlikləri. Denstervilin gündəliklərinin Bakı ilə bağlı səhifələrində ən çox təsadüf olunan heç şübhəsiz, “möcüzə” sözüdür. O, iyulun ikinci yarısından etibarən şəhərin yalnız “möcüzə” sayəsində duruş gətirdiyini təkrarlamaqdan yorulmurdu. Eyni zamanda özünün də bəzən belə bir möcüzə nəticə... | ANL |
Əli İldırımoğlunun 85 illiyinə. Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından bəhs edən “Fəryad və vicdan” essesini oxuculara təqdim edirik. Biz çox vaxt suallar yox, cavablar qarşısında aciz qalırıq. Biz cavablarımıza məhkumuq. Suallar ilahi nidasıdır... Cavablar insan əməlinin təqdi... | ANL |
Azərbaycan klassik maarifçilik məktəbində xalqın özünüdərk prosesinə təkan vermək, milli-mənəvi dəyərlərimizi zənginləşdirmək, milləti gözüaçıq və savadlı görmək arzusu ilə publisistikanın, ədəbiyyatın, elmi fəaliyyətin bir çox yararlı istiqamətlərindən istifadə etmiş böyük karifeylərimiz var. Bu məktəb bir vaxtlar öz ... | ANL |
Əruzşünas alim. Bir neçə il idi ki, İncəsənət Universitetində nəzəri fənləri, o cümlədən əruzu tədris edirdim. Akademiyanın bağında yazıçı dostum Əlibala Hacızadə ilə gəzişən Əkrəm Cəfərə rast gəldim. Ədəb-ərkan salamından sonra söhbətə qoşulub soruşdum: Ustad mən beş ilə əruzu tədris etmək səviyyəsində öyrənə bilərəm?... | ANL |
Misir Mərdanov: “Azərbaycanda təhsillə bağlı həyata keçirilən islahatlar tarixi zərurətdən irəli gəlib”. Azərbaycanın təhsil sistemində 10 ildən artıq bir müddətdə davamlı və məqsədyönlü şəkildə aparılan islahatlar dövlət müstəqilliyinin mühüm əlamətlərindən biridir. Müstəqillik yeni dövlətçilik ənənələrinin yaranmasın... | ANL |
"Əmək pensiyalarında daim artım müşahidə olunur”. Bu müddətdə sığorta-pensiya sistemində aparılan islahatlar və digər məsələlərlə bağlı suallarımızı Fondun Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev cavablandırıb. -Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində əhəmiyyətli yer tutan sahəl... | ANL |
Bütün inkişaf edən dünyanı, həyati, bəşəriyyəti sözə çevirmək!”. Pərvinin həmsöhbəti qazax şairi, yazıçı-ədəbiyyatşünası Oljas Süleymenovdu. Pərvin: Azərbaycana budəfəki səfərinizin “səbəbkar”ı Nizamidi. Bilirik ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə dahi şairimiz Nizami Gəncəvinin 870 illik yubile... | ANL |
Zamanın tarixə yazdığı qəhrəmanlıq. 1920-ci ilin sentyabr ayının axırlarında Naxçıvandan Şuşaya üç nəfəri əsir aparırdılar. Onlar naxçıvanlıların yaxşı tanıdıqları Rəhim xan və Cəfərqulu xan qardaşları, o biri isə Şahbaz ağanın oğlu İbrahim bəy Kəngərli idi. Elə aparılan əsirlərin üçü də Kəngərli idi. Rəhim xanın və Cə... | ANL |
Tədbirdə alimin “Qaralamasız yaşanan ömür” kitabı ictimaiyyətə təqdim olunub. Ötən gün Yazıçılar Birliyində (AYB) tanınmış alim, türkoloq Tofiq Məliklinin 70 illik yubileyi qeyd olunub. Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı Anar yubilyarı təbrik edərək onun AYB-nin Moskva bölməsinin rəhbəri kimi fəal... | ANL |
Həsən bəy Zərdabi ilə bağlı Türkiyədə nəşr edilən kitabın Bakıda təqdimatı olub. Oktyabrın 6-da Atatürk Mərkəzində Türkiyədə nəşr olunan “Hasan Melikzade Zerdabi ve Ekinci Gazetesi” kitabının təqdimat mərasimi keçirilib (“Modern.az). Təqdimat mərasimində Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı, kit... | ANL |
Vaqif Bəhmənli imzası geniş oxucu təbəqəsi və ziyalılar arasında geniş tanınır. Mən də Vaqif Bəhmənli yaradıcılığının vurğunlarındanam. Bu günə kimi onun bütün yazılarını oxumuş, gündəliyimdə qeydlər aparmış, şeirlərini, mətbuatda çıxan publisistik yazılarını saxlamışam. Şeir Vaqif Bəhmənlinin canına, beyninə, qanına h... | ANL |
Pərvinin həmsöhbəti Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, əməkdar artist Fikrət Verdiyevdir. Pərvin: Fikrət müəllim, bu il sizin üçün yubiley ilidir. Sizi bu münasibətlə təbrik edirəm. Gəlin geriyə qayıdıb başlanğıcı yada salaq. Bildiyimə görə ailənizdə ilk musiqiçisiniz... Fikrət Verdiyev: Təşəkkür edirəm. Sənə... | ANL |
Açıq cəmiyyət və mətbuat. Vətəndaş cəmiyyətinin bütün bu elementləri sıx inteqrasiya olunub, bir-birindən asılı vəziyyətdə və qarşılıqlı əlaqədədir. Eyni zamanda, vətəndaş cəmiyyətini dövlətlə tamamilə əlaqəsi olmayan bir sistem kimi təsvir etmək düzgün olmazdı. Belə ki, demokratik dövlətdə siyasi plüralizm və çoxparti... | ANL |
Şəhərə təzə başçı təyin edilmişdi. Yatanlar oyanmış, oyaqlar isə çalxantılı bir intizar içində fürsət gözləyirdilər. Fitrətən qaz ayıqlığına malik olan Şərbətalı bəy gözləyənlər arasında üstün cəhətləri sayəsində həmkarlarından seçilirdi. Maraqlılar təzə başçının tərcümeyi-halının görünən və görünməyən tərəflərini, nəy... | ANL |
Vaqif İbrahimoğlunun teatr dünyası Mədəniyyət. Çağdaş Azərbaycan teatrının istiqamətini təyin edən, öz yaradıcılığında milli teatr ənənələri ilə dünya teatr prosesinin qabaqcıl təcrübələrini üzvi şəkildə birləşdirən rejissorlardan biri də Vaqif İbrahimoğludur. Vaqif İbrahimoğlu bir rejissor kimi fəaliyyətə Eksperimenta... | ANL |
Qaranlıq düşsə də, axtardığı evi tez tapdı. Zəngi basdı, iki dəqiqə sonra rəngi azca getmiş, güllər həkk olunmuş dəmir darvaza açıldı. - Hə, keç içəri, - üstündə qırmızı qızılgüllər olan xalat geymiş, saçlarını zil qara rəngə boyamış dolubədənli, yaraşıqlı qadın hündürboylu, əzələli Ramizi həyətə buraxdı, darvazanı arx... | ANL |
Yaş altmışdır... (Tənqidçi-ədəbiyyatşünas Şirindil Alışanlı da bu yaşa gəlib çatdı). Biz eyni ədəbi nəslin nümayəndələri idik. Yetmişinci illərin ortalarında ədəbiyyata gəlmişik və bu nəslin nümayəndələrindən ikisi-Aydın Məmmədov və Nadir Cabbarlı neçə il öncə dünyalarını dəyişmişlər, qalanları isə -Kamil Vəli Nərimano... | ANL |
Yeniyetməydik və biz Azərbaycan radiosundan tez-tez səslənən xanəndə Ramiz Hacıyevin səsinin vurğunlarıydıq. Hələ televiziyalar çox yayılmamışdı deyə, üstəlik də şəkillərini görmədiyimiz üçün hərəmiz onu təxəyyülümüzdə bir cürə canlandırırdıq - gah bəstəboylu, arıq, gah uca qamətli, tosqun, gah qarabəniz, gah da kürən.... | ANL |
Zamanın mənəvi-estetik mənzərəsi Məmməd Araz poeziyasında. Xalq şairi Məmməd Arazın 50-ci illərin axırları və 60-cı illərdə yaratdığı bir çox poetik nümunələr onun ədəbi-nəzəri görüşlərinin hansı vüsət və ardıcıllıqla formalaşdığını parlaq şəkildə göstərir. Altmışıncılar nəslinin bədii-estetik axtarışları və uğurlarını... | ANL |
Oralarda kimlər var: Allahverdi Eminov-3Yazar. ALLAHVERDİ EMİNOV KİMDİR. Dəmiryolçu ailəsində. Müxtəlif vaxtlarda Ali Təhsil Müəssisələrində dosent vəzifəsində çalışıb. Əsərləri : Araşdırmalar: Səməd Vurğunun poetikası, İsmayıl Şıxlının poetikası. Mir Cəlalın poetikası, Musa Yaqubun poetikası, Baba Mahmudovun musiqi fə... | ANL |
Açıq cəmiyyət və mətbuat. Azərbaycanın zorla sürükləndiyi, 1987-ci ilin sonlarından başlayıb, 1991-1994-cü illərdə şiddətlənərək öz zirvəsinə çatdığı Dağlıq Qarabağ problemi ölkənin, eləcə də mətbuatın dinamik inkişafının qarşısına böyük sədd çəkdi. Yalançı yenidənqurma, Qorbaçovsayağı demokratiya bütövlükdə ölkəmizdə ... | ANL |
Britaniya generalının Bakı gündəlikləri. (Əvvəli ötən şənbə saylarımızda). Eyni zamanda ortaya başqa sual da çıxır: Bakı erməniləri özlərinin saydıqları, sərvətlərinə yiyələnmək istədikləri şəhər uğrunda nə üçün ürəklə, cani-dildən vuruşmurdular? Denstervil onları satqınlıq və xəyanətdə günahlandırmaq üçün əlində əsas ... | ANL |
Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından bəhs edən “Fəryad və vicdan” essesini oxuculara təqdim edirik. Belə gətirib ki, yazıçının uşaqlıq və gəncliyi uzun illər ermənilərlə ünsiyyətdə, başqa sözlə, qonşuluqda keçib. Ədibin ata yurdu Qubadlının Əliquluuşağı kəndi haqdanmı, nahaqd... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.