text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin görüşü. Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasə...
ANL
"Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabının ingilis və ərəb dillərində variantlarının təqdimatı keçirilmişdir. Dünən M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva...
ANL
Nərgiz Paşayeva: Yüksək səviyyədə dəstəkləndiyimə görə fəxr edirəm. Xəbər verdiyimiz kimi, iyunun 20-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Rusiyanın yüksək dövlət mükafatını ...
ANL
Almatıdakı "Türkel" internet qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edən məqalə verilmişdir. Almatıdakı "Türkel" internet qəzetində AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyə...
ANL
ABŞ-ın nüfuzlu CNN telekanalının internet saytında Azərbaycanla bağlı material dərc edilmişdir. ABŞ-ın nüfuzlu CNN telekanalının internet saytında Azərbaycanla bağlı material dərc edilmişdir. rubrikasında bu dəfə Bakının görməli yerlərindən birini əks etdirən fotoşəkil dərc edilmişdir. Nümayiş olunan fotoda Şirvanşahla...
ANL
Qaçqınların faciəsi Avropa Şurasının gündəliyində. İyunun 21-də öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında Avropa Məhkəməsinə Fransa üzrə hakimin seçkisi, Mərakeş parlamentinin AŞ PA yanında demokratiya naminə əməkdaşlıq statusu ilə iştirakı barədə xahişi, Avropa Şurası ilə ...
ANL
Milli ideya: müstəqillik simvolundan dövlətçiliyin gələcək inkişaf modelinə doğru gerçəkləşən yolda. Etnik və siyasi millətçilik arasındakı fərqə gəldikdə isə etnik millətçilik xalqların inkişafının erkən çağlarında gərəkli olursa, siyasi millətçilik dünyanın Yeni və Ən yeni tarixi üçün səciyyəvi olmuşdur. Bu həm də xa...
ANL
Hər bir məmurun ümdə vəzifəsi xalqa layiqli xidmətdir. Hər bir dövlətin demokratik inkişafının əsas şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Dövlət qulluğunun bir sistem kimi səmərəli təşki...
ANL
"Türkiyə" qəzetində "Naxçıvan türk iş adamlarını gözləyir" başlıqlı məqalə dərc olunmuşdur. Türkiyənin nüfuzlu "Türkiyə" qəzetində Azərbaycanın qardaş ölkədəki səfirliyinin təşəbbüsü ilə dərc olunmuş "Naxçıvan türk iş adamlarını gözləyir" başlıqlı məqalədə Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və turizm i...
ANL
Bakıda "Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir" mövzusunda konfrans keçirilmişdir. İyunun 22-də "Hyatt Regency" hotelində 26 İyun - Dünya Narkotiklər Əleyhinə Mübarizə Gününə həsr olunmuş "Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir" mövzusunda konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, Narkotiklərə...
ANL
ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun rəsmisi Katrin Boynton Tərtər rayonunda olmuşdur. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun rəsmisi xanım Katrin Boynton Tərtər rayonunda olmuşdur. AzərTAc xəbər verir ki, K.Boynton əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla görüşmüş...
ANL
ABŞ Konqresində Azərbaycana dair brifinq keçirilmişdir. Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ABŞ Konqresində Ceymstaun Fondunun və "Eurasia Daily Monitor" nəşrinin aparıcı tədqiqatçısı Vladimir Sokorun iştirakı ilə konqresmenlərin aparat rəhbərləri və hüquq məsləhətçiləri üçün br...
ANL
Respublikaçı konqresmen Tod Yanq Azərbaycan üzrə işçi qrupuna qoşulmuşdur. ABŞ Konqresində Respublikaçılar Partiyasının təmsilçisi Tod Yanq Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupuna qoşulmuşdur. Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirmişlər ki, bununla qrupun üzvlərinin sayı 41 nəfərə çatmışdır. O, silah...
ANL
Ukrayna Polesyesində əfsanəvi general Hüseyn xan Naxçıvanskinin şərəfinə xatirə lövhəsi vurulmuşdur. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Volın vilayətində işçi səfərdə olduğu müddətdə bu vilayətin Rojişşe şəhərində Azərbaycanın və Ukraynanın görkəmli sərkərdələri Hüseyn xan Naxçıvanski və Pavlo Skoropadskin...
ANL
"Beynəlxalq kimya ili"nə həsr olunmuş sağlamlıq spartakiadasına yekun vurulmuşdur. YUNESKO tərəfindən 2011-ci ilin "Beynəlxalq kimya ili" elan olunması ilə əlaqədar ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin müəssisə və idarələri arasında 3 aya qədər davam etmiş sağlamlıq spartakiadasına yekun vurulmuşdur. Spartakiad...
ANL
Mən bu məqaləni mart ayının ikinci yarısında yazmışdım. Elə o zaman da "Yeni Müsavat" qəzetində xalq şairi Zəlimxan Yaqubla müsahibəni oxudum. Hətta "Ədəbiyyat qəzeti"nin redaktoru Ayaz Vəfalıya müsahibəni "Yeni Müsavat" qəzetindən götürüb bizim oxucular üçün dərc etməsini məsləhət bildim. Müsahibə təkrar dərc edildi. ...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri. İyunun 23-də Brüsseldə Krans Montana Forumunun rəsmi açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun "Azərbaycan: Şərqə doğru Avropanın qabaqcıl mayakı" sessiyasında iştirak et...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. - Xanımlar və cənablar, hörmətli dostlar! Əvvəlcə mən dəvətə görə bu Forumun sədrinə dərin təşəkkürümü bildirirəm. Bu, əslində, ölkəmizin müstəqilliyinin 20-ci ildönümünü qeyd etdiyi tarixə təsadüf edir. Belə bir mötəbər beynəlxalq Forumda iştirak etməkdən şərəf hissi duyuram...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniyanın Baş naziri Sali Berişanın görüşü. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Albaniyanın Baş naziri Sali Berişa ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyəti vurğulandı, Albaniyanın Azərbaycan...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders ilə görüşü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Belçika Krallığı Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bütün...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin OMV və RWE şirkətlərinin idarə heyətlərinin sədrləri Gerhard Roissi və Yurgen Qrosman ilə görüşü. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Avstriyanın OMV və Almaniyanın RWE şirkətlərinin idarə heyətlərinin sədrləri Gerhard Roissi və Yurgen Qrosman ilə görüşmüşdür. ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidentinin terrorizmlə mübarizə üzrə xüsusi və şəxsi müşaviri Jan-Lui Bruquye ilə görüşü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Fransa Prezidentinin terrorizmlə mübarizə üzrə xüsusi və şəxsi müşaviri Jan-Lui Bruquye ilə görüşmüşdür. Görü...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin adından Krans Montana Forumunun iştirakçılarının şərəfinə işçi nahar verilmişdir. İyunun 23-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin adından Krans Montana Forumunun iştirakçılarının şərəfinə işçi nahar verilmişdir. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva naharda işt...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı. Xəbər verdiyimiz kimi, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı olmuşdur. Avropa Parlamentinin sədri Yeji Buzek və Azərbaycan Pre...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı. Xəbər verdiyimiz kimi, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı olmuşdur. Avropa Parlamentinin sədri Yeji Buzek və Azərbaycan Pre...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı. Xəbər verdiyimiz kimi, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı olmuşdur. Xose Manuel Barrozu və Prezident ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı. Xəbər verdiyimiz kimi, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı olmuşdur. Xose Manuel Barrozu və Prezident ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Herman Van Rompey mətbuata bəyanatlarla çıxış etmişlər. Xəbər verdiyimiz kimi, iyunun 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Herman Van Rompey görüşdən sonra mətbuata bəyanatlarla çıxış etmiş...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Herman Van Rompey mətbuata bəyanatlarla çıxış etmişlər. Xəbər verdiyimiz kimi, iyunun 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Herman Van Rompey görüşdən sonra mətbuata bəyanatlarla çıxış etmiş...
ANL
Səfər başa çatdı. İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatmışdır. AzərTAc.
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasına işgüzar səfərə gəlmişdir. İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasına işgüzar səfərə gəlmişdir. Dövlətimizin başçısını Kazanın Beynəlxalq aeroportunda Tatarıstan Respu...
ANL
Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafından danışılmışdır. Mərakeş Krallığında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Krallığın keçmiş dövlət başçılarının - Kral V Məhəmmədin və Kral II Həsənin xatirəsini ehtiramla yad etmiş...
ANL
RF XİN: "Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynamalıdır". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın iyunun 24-də Kazanda, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin iştirakı ilə keçiriləcək görüşü ilə əla...
ANL
Azərbaycan Diplomatik Akademiyası Türkiyənin Orta Doğu Texniki Universiteti ilə daha sıx əməkdaşlıq edəcəkdir. İyunun 23-də xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, professor Hafiz Paşayev Türkiyənin Orta Doğu Texniki Universitetinin rektoru, professor Əhməd Açar ilə görüşmüşd...
ANL
Minskdə VI Belarus Beynəlxalq media forumu öz işini davam etdirir. Minskdə VI Belarus Beynəlxalq media forumu öz işini davam etdirir. Forumda 21 ölkədən olan jurnalistlər və media ekspertləri iştirak edirlər. Bu tədbirdə Azərbaycanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun ...
ANL
ABŞ Azərbaycan ilə hərbi əməkdaşlığa üstünlük verir. İyunun 23-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollander ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iki ölkə arasındakı hərbi əməkdaşlıq məsəl...
ANL
Böyük ürəkli - böyük Azərbaycanım! Mən tarixçi deyiləm. Amma, tariximiz qanımda qaynayır... Neçə vaxtdır düşüncələr axtarışındayam. Rahatlığın nə olduğunun yolundayam - yolçusuyam... Azərbaycanımın səsinin "Eurovision"dan, nəinki Avropaya, dünyaya "meydan oxuduğunu" eşidəndə, fikirlər dünyasına qərq oldum - hardandır, ...
ANL
Lənkəran Dövlət Universitetinin beynəlxalq əlaqələri genişlənir. Rusiyanın Orlov Dövlət Universitetinin və Moldova Beynəlxalq Universitetinin nümayəndələri Lənkəran Dövlət Universitetində (LDU) olmuşlar. Universitetdə keçirilən görüşdə fikir mübadiləsi aparılmışdır. Lənkəran Dövlət Universitetinin rektoru, əməkdar elm ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri. İyunun 24-də Kazan Kremlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olmuşdur. Kazan Kremlinin önündə Azərba...
ANL
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə naharı. İyunun 24-də Kazan Kremlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə naharı olmuşdur. AzərTAc.
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü olmuşdur. İyunun 24-də Kazan Kremlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), habelə təşkilatın fəaliyyətdə olan sədrinin ...
ANL
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanat qəbul etmişlər. İyunun 24-də Kazanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Ermənistan-Azə...
ANL
Səfər başa çatdı. İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır. Azərbaycan dövlətinin başçısını Kazanın Beynəlxalq aeroportunda Tatarıstan Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar. Həmin gün Prezident İlham Əli...
ANL
Prezidentin mətbuat xidmətinin məlumatı. İyunun 23-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Telefon söhbətində Amerika Birləşmiş Ştatlarının Prezidenti Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçiriləcək görüşü...
ANL
Xorvatiya Respublikasının Prezidenti zati-aliləri cənab İvo Yosipoviçə. Hörmətli cənab Prezident! Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Xorvatiya arasında yaranmış dostlu...
ANL
Sloveniya Respublikasının Prezidenti zati-aliləri cənab Danilo Türkə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Bu gün Azərbaycan-Sloveniya münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədi...
ANL
BMT-yə üzv ölkələr Azərbaycanın mövqeyini dəstəkləmişlər. BMT Baş Məclisinin 65-ci sessiyasının plenar iclasında Azərbaycanın həmmüəllifi olduğu qətnamə qəbul edilmişdir. Ermənistan tərəfinin qətnaməyə etirazlarına baxmayaraq, BMT-yə üzv ölkələr rəsmi Bakının haqlı mövqeyini dəstəkləmişlər. AzərTAc xəbər verir ki, BMT ...
ANL
"Kazan Vertolyot Zavodu" ASC ilə tanışlıq. İyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə "Kazan Vertolyot Zavodu" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə tanış olmuşdur. Burada müxtəlif təyinatlı, o cümlədən səhiyyədə, idman yarışlarında, mülki aviasiyada, yükdaşımada,...
ANL
Prezident İlham Əliyev 2013-cü ildə Kazanda keçiriləcək XXVII Universiadanın kəndi ilə tanış olmuşdur. İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə 2013-cü ildə Kazanda keçiriləcək XXVII Ümumdünya Universiadasının kəndi ilə tanış olmuşdur. Prezi...
ANL
Kazanın "İT-Park" - yüksək texnologiyalar parkı ilə tanışlıq. İyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Kazanda Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə "İT-Park" - yüksək texnologiyalar parkı ilə tanış olmuşdur. Dövlətimizin başçısına Tatarıstanda müasir informasiya texnologiyalarının tətbiqi ilə ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin "Euronews" telekanalına müsahibəsi. Xəbər verdiyimiz kimi, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə "Euronews" telekanalına müsahibə vermişdir. AzərTAc həmin müsahibənin mətnini təqdim edir. - Azərbaycan Prezi...
ANL
Parlamentin növbədənkənar sessiyası başa çatdı. İyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə iclas iştirakçılarını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi, ordumuza uğurlar arzuladı. Sonra gündə...
ANL
Bakıda "Obyektiv işəqəbul vasitəsilə dövlət qulluğunda şəffaflığın təmini" mövzusunda beynəlxalq "dəyirmi masa" keçirilir. İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə Bakıda "Obyektiv işəqəbul...
ANL
Brüsseldə Azərbaycan Respublikası adından Krans Montana Forumunun rəsmi naharı olmuşdur. İyunun 23-də axşam Brüsseldə Azərbaycan Respublikası adından Krans Montana Forumunun rəsmi naharı olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunmuşdur. İyunun 24-də Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdi...
ANL
Cənubi Amerika ölkələrindən olan diplomatlar Azərbaycan Diplomatik Akademiyasının sertifikatlarını almışlar. İyunun 24-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Cənubi Amerika və Karib Adaları diplomatları üçün keçirilən təlim kursu başa çatmışdır. AzərTAc xəbər verir ki, on gün ərzində diplomatlara Xəzər dənizi re...
ANL
Avropalı deputatlar Bakı Biznes Mərkəzində sərgi ilə tanış olmuşlar. Azərbaycanda səfərdə olan Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Bakı Biznes Mərkəzində ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar. İqtisadi inkişaf nazirinin müavini Niy...
ANL
Bakıda təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan-ABŞ müzakirələri keçirilmişdir. İyunun 24-də Bakıda 12-ci Azərbaycan-ABŞ təhlükəsizlik dialoqu keçirilmişdir. AzərTAc xəbər verir ki, müzakirələrin yekununda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köm...
ANL
Elmi əməkdaşlıq haqqında saziş imzalanmışdır. İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Fransanın Milli Elmi Araşdırmalar Mərkəzi (CNRS) arasında elmi əməkdaşlıq haqqında saziş imzalanmışdır. AzərTAc xəbər verir ki, sazişi EİF-in icraçı direktoru Elçin Babayev və CNRS-in ...
ANL
AMEA Rəyasət Heyətinin iclası keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası "Palçıq vulkanizmi sisteminin seysmogeoloji modeli" mövzusunun müzakirəsinə həsr edilmişdir. Akademiyadan AzərTAc-a bildirmişlər ki, iclası giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov aça...
ANL
Səmərqənddə "Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi" mövzusunda Beynəlxalq Konfrans işə başlamışdır. Qədim Səmərqənd şəhərində "Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi" mövzusunda Bey...
ANL
Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Döyüşün, yağı düşmənə qarşı mübarizənin milli yaşam tərzinə çevrildiyi ən qədim dövrlərdən Azərbaycan mübariz, qorxmaz, doğma yurd uğrunda canından keçməyə hazır cəsur insanların vətəni kimi tanınmışdır. Azərbaycan folklorunun günümüzə gəlib çatmış incilər...
ANL
Qürurumuz, güvənc yerimiz. XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir. Azərbaycan rəhbərliyinin iradəsi, xalqımızın vətənpərvərliyi və dönməzliyi sayəsində 1993-cü ilin noyabrından başlayaraq yenidən...
ANL
Azərbaycanın Tacikistandakı səfirliyi Silahlı Qüvvələrimizin yaradılmasının 93-cü ildönümü münasibətilə Düşənbədə rus və ingilis dillərində kitabça nəşr etdirmişdir. Ölkəmizin Tacikistandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümü münasibətilə Düşənbədə rus və ingilis dillərində "Proşşay...
ANL
Almaniyanın "Die Welt" qəzetində "Azərbaycanın gizlənmiş sərvətləri" sərlövhəli məqalə nəşr olunmuşdur. Almaniyanın "Die Welt" qəzetinin növbəti nömrəsində "Azərbaycanın gizlənmiş sərvətləri" sərlövhəli məqalə nəşr olunmuşdur. Məqalə Azərbaycanın neft gəlirlərinin ölkənin və Bakı şəhərinin inkişafında oynadığı rolun tə...
ANL
Malayziyanın "China Press" qəzetində Azərbaycanın səfirinin müsahibəsi dərc olunmuşdur. Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimovun bu ölkənin nüfuzlu nəşrlərindən olan "China Press" qəzetində geniş müsahibəsi dərc edilmişdir. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, çin mənşəli malayziyalılar tərəfindən ən çox oxu...
ANL
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıq göstərirlər. AŞ PA-nın yay sessiyasının dördüncü iş günündə "Sosial və iqtisadi sahələrdə qadınların rəhbər vəzifələrdə çalışması" məsələsi müzakirə edilmişdir. Bu mövzu ətrafında AŞ PA-nın Avropa Demokratik Qrupu adından çıxış edən Azərbaycan nümayəndə hey...
ANL
Azərbaycan Respublikasında dövlət qulluqçularının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərən aşağıdakı şəxslər təltif edilsinlər: 1-ci dərəcəli "...
ANL
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azər...
ANL
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsind...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Milanın "İnter" futbol klubunun prezidenti və sahibi Massimo Morattini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Milanın "İnter" futbol klubunun prezidenti və sahibi Massimo Morattini qəbul etmişdir. Görüşdə Azərbaycanda idmanın inkişafı sahəsində...
ANL
Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik dövlətdir. Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan hər zaman özünün görkəmli sərkərdələri, hərbi xadimləri ilə seçilib, tanınıb. Bu anlamda Azərbaycan özünün tarixi hərbi uğurları ilə fəxr edə bilər. Əlbəttə, bu, təkzibedilməz faktdır ki, mərkəzləşdirilmiş ...
ANL
Şəhidlər ölmürlər. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. İndi ölkəmiz...
ANL
Cümhuriyyət dövründə hərbi quruculuq. Ordu ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən əsas qüvvə və dövlət quruculuğunun mühüm tərkib hissəsidir. Azərbaycanda güclü ordunun yaradılması həmişə diqqət mərkəzində olmuşdur. Elə bu səbəbdəndir ki, xalqımız bütün əsrlərdə özünün görkəmli sərkərdələri, hərbi xadiml...
ANL
Ordu quruculuğunun çətin yolları. 1918-ci ilin mayında siyasi durumun son dərəcə gərgin vaxtında Cənubi Qafqazın üç dövləti müstəqilliyini elan etdi. Yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini qorumaq üçün ordusu, silah-sursatı yox idi. Vaxt itirmədən iyunun 4-də Batumda Osmanlı dövləti ilə danışıqlar a...
ANL
Böyük bir polkun komandiri olmuş, qvardiya polkovniki ilə dil tapmaq heç də asan deyildi. Nəhayət, sözümüz alındı. Neçə qat bükülmüş iri bir vərəqi ehmalca stolun üstünə sərdi. Çalın-çarpaz xətlərə baxdıqca yavaş-yavaş üzü nurlandı. Dodağında məmnun bir təbəssüm oyandı. Müxtəlif zolaqlar boyunca bir qırmızı xətt burula...
ANL
Ötən əsrin 90-cı illərinə - Qarabağ savaşı başlayana kimi istefada olan mayor Rafiq Bayramovun yaşadığı ömür yolu bir çoxunun yaşadığından o qədər də fərqlənmir - orta məktəbi qurtarıb, hərbi xidmətdə olub, sonra ali təhsil alıb. Evlənib, uşaqları olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Aldığı...
ANL
ATƏT-in sədri Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün yekunlarına dair açıqlama yaymışdır. İyunun 25-də ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün yekunları ilə bağlı açıqlama yaymışdır. Azər...
ANL
Müdafiə Nazirliyinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümü münasibətilə iyunun 25-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Müdafiə Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələ...
ANL
"Azərbaycanda dövlət qulluğu sektorunda islahatların dəstəklənməsi" Azərbaycan Almaniya layihəsinin dəstəyi ilə beynəlxalq "dəyirmi masa" başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə Bakıda ...
ANL
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Fransada səfərdə olmuşdur. Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Marianinin dəvəti ilə Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək Fransada işgüzar səfərdə olmuşdu...
ANL
Azərbaycanda QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi təcrübəsi Avropanın ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev "QHT-hökumət əməkdaşlığının effektiv m...
ANL
AFFA-nın prezidenti Massimo Moratti ilə görüşmüşdür. İtaliyanın "İnter" futbol klubunun prezidenti Massimo Moratti Bakıda səfərdədir. AFFA-dan AzərTAc-a bildirmişlər ki, iyunun 25-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevlə M.Moratti arasında görüş keçirilmiş və qarşılıqlı olaraq...
ANL
Florida ştatının Mayami-Deyd dairəsində mayın 28-i "Azərbaycanın milli bayram günü" elan edilmiş və Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınmışdır. Amerikanın şəhərləri və ştatları tərəfindən Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmasından ibarət zəfər yürüşü davam edir. Florida ştatının Mayami-...
ANL
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Dünya Gömrük Təşkilatının maliyyə komitəsinə üzv seçilmişdir. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Dünya Gömrük Təşkilatının (DGT) Belçika Krallığının Brüssel şəhərində yerləşən baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 117-c...
ANL
Nakam ömrün yadigarları. Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyan Hüseyn Cavid qəlbinin dediklərini yazan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyə tapınan bir mütəfəkkir idi. Həmişə haqq tərəfdarı olan bu şəxsiyyət ötən əsrdə ölkəmizi bürümüş haqsızlığın - repressiyanın qurbanı oldu. Bir taleyə dəym...
ANL
Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır. Əziz hərbçilər, əziz dostlar! Sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yeni uğurlar arzulayıram! Bugünkü hərbi parad müstəqilliyimizin 20-ci ildönümünə həsr edilibdir....
ANL
Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə təntənəli hərbi parad. İyunun 26-da Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silah...
ANL
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın Azərbaycana rəsmi səfəri. İyunun 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülm...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Fələstin Prezidenti Mahmud Abbasın təkbətək görüşü. İyunun 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın təkbətək görüşü olmuşdur. Görüşdə siyasi, humanitar və digər sahələrdə ikitər...
ANL
Dövlət başçılarının geniş tərkibdə danışıqları. İyunun 28-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş...
ANL
Azərbaycan və Fələstin prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. İyunun 28-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı. - ...
ANL
Azərbaycan və Fələstin prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. İyunun 28-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı. - ...
ANL
Ali qonağın şərəfinə. İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın şərəfinə rəsmi ziyafət verilmişdir. AzərTAc.
ANL
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycana rəsmi səfərə gəlmişdir. İyunun 28-də Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi dü...
ANL
Prezident İlham Əliyev Pakistanın Azərbaycandakı səfiri Əbdul Həmidi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Əbdul Həmidi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyevi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyevi qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli müna...
ANL
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram: 1. “İxtisarlar” bölməsində “AQUPDK” akronimindən sonra “AHİK - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası”, “ARPTK” akronimindən sonra “AS(İ)TMK - Azərbaycan Sahi...
ANL
Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində: 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə"də dəyişiklik edilm...
ANL