text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Şəki Regional Ədliyyə Şöbəsində seminar-müşavirə keçirilmişdir. Şəki Regional Ədliyyə Şöbəsində "Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması və qarşısının alınması" mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə regionda fəaliy...
ANL
Pakistanın ingilisdilli "The Daily Mail" qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc olunmuşdur. Pakistanın ingilisdilli "The Daily Mail" qəzetində Aamir Mahmud Bhattinin "Xocalı soyqırımı - XX əsrin ən böyük faciəsi" adlı məqaləsi dərc olunmuşdur. Məqalədə bildirilir ki, 1992-ci il fevralın 26-da Ermənistan silahl...
ANL
"Frankfurter Allgemeine Zeitung" qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc olunmuşdur. "Frankfurter Allgemeine Zeitung" qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc olunmuşdur. "Azərbaycan Avropa İttifaqına qaz satışına razılıq verdi" sərlövhəli məqalədə bildirilir ki, Azərbaycan Avropanın "Cənub" boru kəməri si...
ANL
Rəsmi Bakı BMT-də islahatların tərəfdarıdır. Martın 2-də Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 19-cu ildönümü tamam olur. Yenicə müstəqillik qazanmış respublikamız 1992-ci il martın 2-də bu mötəbər beynəlxalq təşkilatın sıralarına daxil olmaqla, dövlət müstəqilliyinə siyasi-hüquqi təminatı gücləndirmə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovu qəbul etmişdir. Dövlətimizin başçısı Tatarıstan Prez...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin b...
ANL
Bolqarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Georgi Pırvanova. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Bolqarıstan əlaqələrinin bugünkü inkişaf səviyyəsi məmnunluq doğurur...
ANL
N.K.Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2011-ci ilin mart ayında tanınmış ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Nikolay Konstantinoviç Baybakovun 100 illiyi tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tut...
ANL
Azərbaycanın Baş naziri Artur Rasizadə və Tatarıstan Prezidenti Rustam Minnixanov birgə şam etmişlər. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də birgə şam etmişlər. Səmimi söhbət zamanı Az...
ANL
Azərbaycan-Tatarıstan əlaqələri uğurla inkişaf edir. Martın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov ilə görüşmüşdür. Qonağı parlamentdə salamlayan spiker Oqtay Əsədov Azərbaycan və Tatarıstan arasında əlaqələrin tarixi kök...
ANL
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun Azərbaycana işgüzar səfəri. Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli l...
ANL
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun Azərbaycana işgüzar səfəri. Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüy...
ANL
Heydər Əliyev Fondu ilə tanışlıq. Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də Heydər Əliyev Fondunda olmuşdur. Qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fond haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, fond ümu...
ANL
Azərbaycan ilə Tatarıstan arasında fövqəladə halların nəticələrinin aradan qaldırılmasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Martın 2-də Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov arasında görüş olmuşdur. Tərəflər fövqəl...
ANL
Tatarlar Azərbaycan dövlətinin diqqət və qayğısını yüksək qiymətləndirirlər. Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də bu respublikanın Bakıdakı daimi nümayəndəliyində Tatar Cəmiyyətinin nümayəndələri ilə görüşmüşdür. Tədbirdə cəmiyyətin sə...
ANL
İçərişəhərlə tanışlıq xoş təəssürat yaratmışdır. Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də İçərişəhərlə tanış olmuşdur. Gəzinti zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunələrindən biri olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğ...
ANL
Səfər başa çatdı. Martın 2-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun Azərbaycana işgüzar səfəri başa çatmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda Tatarıstan Respublikasının Prezidentini Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Novruz Məmmədov, iqtisadi inkişaf naz...
ANL
Bakıda "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlamışdır. Martın 2-də Bakıda "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, konfransı Beynəlxa...
ANL
Azərbaycanın ərazi bütövlüyünün bərpası işində gənclər Ali Baş Komandana daim dəstək olacaqlar. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə gənclər təşkilatları fəallarının dövlət və hökumət qurumlarının rəhbərləri ilə görüşləri çərçivəsində növbəti tədbir martın 2-də Baş nazirin...
ANL
Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunmuşdur. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 28-dən martın 2-dək siyasi məsləhətləşmələr keçirmək məqsədi ilə Macarıstanda səfərdə olmuşdur. Səfərin birinci günü X.Xələfov Macarıstan parlamenti sədrinin müav...
ANL
Budapeştdə Azərbaycan XİN başçısının müavini Xələf Xələfovun brifinqi olmuşdur. Azərbaycanın Macarıstandakı səfirliyində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Macarıstan dövlət orqanlarının nümayəndələri və bu ölkədə akkreditə edilmiş əcnəbi diplomatlar və jurnalistlər üçün brifinq keçirmişdir. Görüşü...
ANL
Azərbaycan və Sloveniya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır. Ölkəmizdə rəsmi səfərdə olan Sloveniya Respublikasının müdafiə naziri xanım Lyubitsa Yelusiçin martın 2-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür. Sloveniyalı qonağın Müdafiə Nazirliyində təntə...
ANL
Azərbaycan hərbçiləri Çində keçirilən “Milli hərbi təhlükəsizlik və idarəetmə kursu”nda iştirak edirlər. Martın 1-də Çin Xalq Respublikasının (ÇXR) Pekin şəhərində “Milli Hərbi Təhlükəsizlik və idarəetmə kursu” başlamışdır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, eyni vaxtda Çinin Şiçzyaçjua...
ANL
Azərbaycanın Bosniya və Herseqovinada diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır. Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır. AzərTAc xəbər verir ki, paytaxt Sarayevoda təşkil olunan rəsmi açılış mərasimində Azərbaycanın iqamətgahı Buxarestdə olmaqla Bosniya və Herseqov...
ANL
Azərbaycanın uzunmüddətli inkişaf strategiyası korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini tələb edir. Müsahibimiz Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovdur. - Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli iclasında Azərbaycan Respu...
ANL
Ermənilər beynəlxalq hüququn normalarına əməl etmirlər. BMT-nin qətnamələri icra olunmamış qalır. Terrorçuluq bütün zamanlarda Ermənistanın dövlət siyasətinin taktiki silahlarından biri olub. Bu məsələ dəfələrlə beynəlxalq kürsülərdən səslənib, faktlarla sübut olunub. Ermənistanda terror təşkilatlarının yaranmasının və...
ANL
Naxçıvanda quruculuq və abadlıq işləri təhsil sahəsini də əhatə edir. Naxçıvan Muxtar Respublikasındakı inkişaf və tikinti-quruculuq işləri Naxçıvan Dövlət Universitetində də təzahürünü tapmışdır. Bir-birinin ardınca yeni tədris korpusları tikilib istifadəyə verilmiş, məktəbin maddi-texniki bazası gücləndirilmiş, təhsi...
ANL
Şimal bölgəsinin əhalisi Siyəzən Regional Müalicə Tibbi-Diaqnostika Mərkəzinin xidmətindən razıdır. Son illər əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülmüş, o cümlədən tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Ölkədə onlarca xəstəxana, poliklinika...
ANL
Uğurlar da var, həllini gözləyən problemlər də... Goranboylular Prezident İlham Əliyevin bu yerlərə səfərinin xoş təəssüratı ilə yaşayırlar. Dövlət başçısı 688 məcburi köçkün ailəsi üçün tikilən və birinci mərhələdə 165 ailənin məskunlaşdığı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimd...
ANL
Korrupsiya ilə mübarizə ədliyyə orqanlarının diqqət mərkəzindədir. Prezident İlham Əliyevin korrupsiya ilə mübarizənin gücləndirilməsi üzrə tapşırıqlarının icrası məqsədilə Ədliyyə Nazirliyi tərəfindən təsirli tədbirlərin görülməsi davam etdirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu ...
ANL
Azərbaycan Beynəlxalq Bankının Almaniya nümayəndəliyi Beynəlxalq iqtisadi forumda iştirak etmişdir. Bu yaxınlarda Polşanın Torun şəhərində İnteqrasiya və Əməkdaşlıq Birliyinin və Polşa Milli Təsərrüfat Bankının (MTB) təşkilatçılığı ilə Beynəlxalq iqtisadi forum keçirilmişdir. Forumun məqsədi Polşa şirkətləri, potensial...
ANL
İfrat radikal müxalifətin demokratiya böhranı. Bu düşərgə təmsilçiləri xalqla yox, bu xalqın əleyhinə olanlarla təmasda olmağa daha çox üstünlük verirlər. Bəşəriyyətin inkişaf tarixinin müasir mərhələsi aydın göstərir ki, istənilən cəmiyyətin və onun yaratdığı dövlətçiliyin tərəqqisində ən vacib aspektlərdən biri demok...
ANL
Yaxud həmişə var olanlar haqqında yeni kitab. Saysız-hesabsız publisist yazılar və bir sıra kitablar müəllifi olan peşəkar jurnalist Flora Xəlilzadə bu dəfə oxucularının görüşünə "Yazdıqlarım" kitabı ilə gəlib. Əslində "Yazdıqlarım" yeddi cilddən ibarət olacaq. Onun işıq üzü görən birinci cildinin adı isə "Ədəbiyyat-əb...
ANL
Qış turizminin inkişafı üçün yeni layihə hazırlanmışdır. Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi bu sahənin infrastrukturunun, o cümlədən ölkəmiz üçün yeni olan turizm sahələrinin inkişafına təkan verəcəkdir. Bu mənada Qusar rayonu ərazisində inşası uğurla davam etdirilən Şahdağ qış-yay turizm kompleksi ge...
ANL
Özünəqəsd, yoxsa ailə və cəmiyyət qarşısında günah?! Əsrin bəlasına düçar olanların xilasına çalışmaq hər kəsin doğma vəzifəsinə çevrilməlidir. Neçə il əvvəl həkim dostlarımdan birinin həyəcanla, bəlkə də vahiməli notlarla dilə gətirdiyi əhvalatı unuda bilmirəm. Haradakı söhbət narkomaniyadan, əsrin bəlasının törətdiyi...
ANL
Dərddən güclü. "Onlar vaxtı və şəraiti üstələməyi bacaran insanlardır. Onlar qaliblərdir" Qədim yunan deyimi. Bir insanı sevmək - sevməmək qədər asandır. Sevmək istəməyəndə həmişə bəhanə tapmaq mümkün olduğu kimi, sevməyə də, nədənsə, həmişə əsas tapmaq olur. İkiqat Paralimpiya çempionu İlham Zəkiyevin taleyində olduğu...
ANL
Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co." müəssisəsi istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir. Martın 3-də Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co." müəssisəsi istifadəyə verilmişdir. Azərbaycan Respu...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi Bakı cihazqayırma zavodunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi Bakı cihazqayırma zavodunun y...
ANL
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi "Cihaz" İstehsalat Birliyinin "Sənayecihaz" Elm-İstehsalat Mərkəzini yenidənqurmadan sonra işə salmışdır. Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi "Sənayecihaz" Elm-İstehsalat Mərkəzini yenid...
ANL
"Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsəd...
ANL
"Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanunund...
ANL
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan hakimlər istisna olmaqla). Azə...
ANL
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafındakı xidmətlərinə görə a...
ANL
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında elm, təhsil və səhiyyənin inkişafındakı xidmətlərinə gör...
ANL
İ.İ.Ağayevin Bərdə rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: İlham İsa oğlu Ağayev Bərdə rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən a...
ANL
V.İ.İsayevin Bərdə rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Vidadi İsa oğlu İsayev Bərdə rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİY...
ANL
V.İ.İsayevin Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Vidadi İsa oğlu İsayev Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində...
ANL
C.F.Cəfərovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Ceyhun Fərrux oğlu Cəfərov Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin. İlh...
ANL
Azərbaycanın əfsanələr, folklor və sənətkarlıq paytaxtları elan olunmuşdur. Bu münasibətlə martın 3-də Muzey Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son illər ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətind...
ANL
Bakı Dövlət Universitetində ekologiya və torpaqşünaslıq fakültəsinin açılışı olmuşdur. Bakı Dövlət Universitetində (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin, "Ekoloji kimya və ətraf mühitin mühafizəsi", həmçinin ekoloji monitorinq üzrə laboratoriyaların açılışı olmuşdur. AzərTAc xəbər verir ki, tanınmış alimlərin,...
ANL
Aztəminatlı ailələr üçün "Özünədəstək" - ünvanlı sosial yardım layihəsinin tətbiqinə başlanılmışdır. Aztəminatlı ailələri yoxsulluq vəziyyətindən çıxarmaq üçün "Özünədəstək" - ünvanlı sosial yardım layihəsinə start verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) AzərTAc-a bildirmişlər ki, Azərbayca...
ANL
Parisdə bu ilin aprelində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq üzrə İşçi Qrupunun yekun iclası olmuşdur. Xəbər verdiyimiz kimi, Azərbaycan hökumətinin təşəbbüsü ilə bu il aprelin 7-dən 9-dək Bakıda miqyasının genişliyinə, iştirakçıların tərkibinə, tərəfdaş qismində cəlb olunan beynəl...
ANL
"Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda beynəlxalq konfrans başa çatmışdır. Martın 3-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda beynəlxalq konfrans öz işini başa çatdırmışdır. AzərTAc xəbər verir ki, konfransda "Ayna-Zerka...
ANL
Azərbaycanın və Rusiyanın ədliyyə orqanları arasında əməkdaşlıq hər iki ölkənin tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğun həyata keçirilir. Bakıda səfərdə olan Rusiya Federasiyası Ədliyyə Nazirliyinin nümayəndə heyəti Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə g...
ANL
Əməkdaşlıq protokolu imzalanmışdır. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov fevralın 28-dən martın 3-dək Mərakeş Krallığında səfərdə olmuşdur. Nazirlikdən AzərTAc-a bildirmişlər ki, martın 1-də A.Rəhimov Mərakeş Krallığı gənclər və idman naziri M.Bejkhayat ilə görüşmüşdür. Görüşdə M.Bejkhayat öt...
ANL
Azərbaycan sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu fikir II Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirilmişdir. Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatması, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması yeni nailiyyətlərl...
ANL
Bayağılıqdan əl çəkin! Görəsən, zövqümüzə, dilimizə, milli-mənəvi dəyərlərimizə qarşı təcavüzlərə nə vaxt son qoyulacaqdır? Azərbaycan teatr tarixi kifayət qədər maraqlı və mükəmməl əsərlərlə zəngindir. Teatrsevərlər hər zaman onun qayğısına qalaraq inkişafına, pərvəriş tapmasına zəmin yaradıblar. İllərlə teatr səhnələ...
ANL
Azərbaycanın bölgələri davamlı inkişaf edir. Ölkə başçısı İlham Əliyevin respublikamızın qərb bölgəsinə səfəri bunu bir daha təsdiqləyir. Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin səciyyəvi cəhətlərindən biri milli iqtisadiyyatın yüksəl...
ANL
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə əsasən qərara alır: Maddə 1. Hava limanlarında sərnişinlərin gediş-gəl...
ANL
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
ANL
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 28.2-ci maddənin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Müvafiq dövlət orqanı vakant olan vəzifələr barədə mütəmadi olaraq (ən azı ayda bir dəfə) müvafiq icra hakimiyyəti ...
ANL
"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq "Aviasiya haqqında" Azərbaycan Respu...
ANL
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə ...
ANL
Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğ...
ANL
Ombudsman parlamentə hesabat verdi. Martın 4-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini bölüşdülər. Sonra Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bah...
ANL
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mətyu Brayzə ilə görüşmüşdür. Martın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva...
ANL
"Son dərəcə ağıl və nəzakət nümayiş etdirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz çıxışı ilə biz fransızları heyran qoydu". Bu fikir Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin ...
ANL
Günahsız müqəssirlər. Oqtay Sadıqzadənin sürgün xatirələri. Xalq rəssamı Oqtay Sadıqzadə ilə məni tanış edən onun anası - alovlu tribun şair, mübariz ruhlu, çağırış hayqırtılı şeirlər müəllifi və XX əsrin repressiya qurbanlarından olan Umgülsüm xanım Sadıqzadə, daha doğrusu, bu vətənpərvər şairənin yaradıcılığı olubdur...
ANL
Günahsız müqəssirlər. İş elə gətirib ki, mənim rəssamlıq fəaliyyətim də, sürgünə gedən yolum da Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi ilə başlayıb. Nizami Gəncəvi mövzusunda verilmiş sifarişlər (məsələn, "Kolxozçular tarlada N.Gəncəvinin əsərlərini oxuyarkən" və s.) əsasında çəkdiyimiz tabloları Bədii Şuran...
ANL
Ermənilər nə qədər cəhd etsələr də, qanlı əməllərini gizlədə bilməyəcəklər. Azərbaycan Xalq Cümhuriyyəti yaranan ərəfədə ölkəmizin ərazisi 114 min kvadratkilometr idi. 1920-ci ilin əvvəllərindən başlayaraq 1988-ci ilədək Kremlin "xeyir-duası" ilə Azərbaycan əraziləri hissə-hissə Ermənistana verildi. Sovet hakimiyyətini...
ANL
Ali Məhkəmənin növbəti plenumu olmuşdur. Martın 4-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir. Ali Məhkəmənin sədri Ramiz Rzayev plenum iclasını açaraq bildirmişdir ki, mənəvi dəyərlərə böyük zərbə vuran, qloballaşan dünyada bəşəriyyətin ümumi bəlasına çevrilən ...
ANL
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin saytı təqdim edilmişdir. Martın 4-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin "Karabakh.az" saytı təqdim olunmuşdur. Prezident Administrasiyası və Nazirlər Kabineti nümayəndələrin...
ANL
Azərbaycan Diplomatik Akademiyasının 5 illik yubileyi qeyd olunmuşdur. AzərTAc xəbər verir ki, martın 4-də Azərbaycan Diplomatik Akademiyasının 5 illik yubileyi qeyd edilmişdir. Mərasimdə akademiyanın rektoru Hafiz Paşayev gənc diplomatların xarici siyasətimizin inkişafında fəal iştirak etdiyini vurğulayaraq təhsil oca...
ANL
Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilmişdir. Martın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi barədə" məsələyə baxılmışdır...
ANL
TürkPA-nın Astanada keçiriləcək ikinci plenar iclasına hazırlıq məsələləri müzakirə olunmuşdur. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Bişkekdə Qırğızıstan parlamenti - Joqorku Keneş sədrinin müavini Asilbek Jeenbekov ilə görüşmüşdür. A.Jeenbekov Joqorku Keneşin iş planı, ölkədə...
ANL
Davamlı inkişaf strategiyası Goranboy-Naftalan bölgəsinin sürətli tərəqqisinə təkan verib. Hər bir ölkədə hakimiyyətin xalqa xidmət səviyyəsi, ilk növbədə, onun ictimai öhdəliklərə sadiqliyi əsasında müəyyənləşir. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim insanların etimadını doğrultmağa çalışır. Vətəndaş mən...
ANL
Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir. Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən bilavasitə asılıdır. ...
ANL
Məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan hallarla bağlı qəti tədbirlər görülür. Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilmişdir. MHŞ-dən AzərTAc-a bildirmişlər ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Prezident İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tələb...
ANL
Azərbaycanın bütün bölgələri qəbul edilən dövlət proqramlarının icrası nəticəsində öz simasını dəyişir, əhalinin sosial həyatı yaxşılaşır. Bunu Şabran rayonunun timsalında da görmək mümkündür. Ötən il şabranlılar üçün əlamətdar olmuşdur. Dövlət başçısı iki dəfə Şabrana səfər etmiş, ölkə iqtisadiyyatının prioritet sahəl...
ANL
Qax rayonunda əhəmiyyətli layihə və proqramlar uğurla icra edilir. 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirələrinə həsr olunmuş yığıncaqda Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev geniş hesabat məruzəsi ilə çıxış etdi. Məruzədən bir daha bəlli oldu ki, ötən i...
ANL
Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı qərb bölgəsində uğurla yerinə yetirilir. Gəncə-Qazax iqtisadi rayonu qərb bölgəsinin 11 şəhər və rayonunu əhatə edir. İqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur. Kənd təsərrüfatı və sənaye məhsulları ilə yanaşı, zəngin faydalı qazıntıları ilə tanınır....
ANL
Elm mübarizlik tələb edir. Müdrik bir el məsəlində deyilir: qəlbi elm, mübarizə və insana məhəbbət uğrunda çırpınmayan adamlar nahaq yerə anadan olurlar. Belə adamlar nahaq yerə analarının cavanlığını əlindən alırlar. İnsan təbiətin yaratdığı möcüzədir. Görünür, təbiət insanı yaradarkən onun üzərinə digər canlılara xas...
ANL
ABŞ konqresmeni: "Biz Xocalı faciəsi qurbanlarını xatırlayarkən azərbaycanlılarla birgə kədərlənirik". AzərTAc xəbər verir ki, Şimali Karolina ştatından olan konqresmen Syu Vilkins Mirik ABŞ Konqresində 19 il əvvəl Azərbaycanda törədilmiş Xocalı faciəsinin tanınması məsələsini qaldırmışdır. Konqresin Nümayəndələr Palat...
ANL
Klublar təkcə mədəniyyət müəssisələri deyil. Bir vaxtlar yalnız mədəniyyət müəssisələrinin tərkibinə daxil edilən və funksiyaları yalnız insanların mədəni istirahəti və asudə vaxtını səmərəli təşkil etməkdən ibarət olmayan, uşaq və yeniyetmələrin, eləcə də gənclərin istedadlarının üzə çıxarılmasında klublar müəyyən rol...
ANL
Martın 4-də Azərbaycan Mətbuat Şurasında ölkəmizin ilk qadın mətbu orqanı olan "İşıq" qəzetinin 100 illik yubileyi qeyd edilmişdir. Mətbuat Şurasının idarə heyətinin üzvlərinin, qadın jurnalistlərin və KİV təmsilçilərinin iştirakı ilə keçirilmiş mərasimdə şura sədri Əflatun Amaşov bütün qadın jurnalistləri təbrik etmiş...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri. Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasın...
ANL
Soçinin "Adler" Beynəlxalq Aeroportunda qarşılanma. Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. Dövlətimizin başçısını Soçinin "Adler" Beynəlxalq Aeroportunda şəhərin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşıladılar. AzərTAc.
ANL
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü. Martın 5-də Soçidə "Grand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olmuşdur. ...
ANL
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri birgə bəyanat qəbul etmişlər. AzərTAc İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, martın 5-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü olmuşdur. Martın 5-də Soçinin "Adler" Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), habelə təşkilatın fəa...
ANL
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə dağ xizəksürmə mərkəzində olmuşlar. Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Soçidə keçirilmiş üçtərəfli görüşündən sonra dövlət başçıları dağ xizəksürmə mərkəzində olmuşlar. Dövl...
ANL
Səfər başa çatdı. Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır. Azərbaycan dövlətinin başçısını Soçinin "Adler" Beynəlxalq Aeroportunda şəhərin meri Anatoli Paxomov və digər rəsmi şəxslər yola saldılar. Dövlətimizin başçısı həmin gün axşam Bakıya q...
ANL
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Dövlət qulluqçuları haqqında məlumatların vaxtında, tam və ya düzgün verilməməsi. Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatlar...
ANL
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən qərara alır: Maddə 1. Avtomobil nəqliyyatı ilə sərnişin və ba...
ANL
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən qərara alır: Maddə 1. Dəniz və çay limanlarında (körpülərində), ...
ANL
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə m...
ANL
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. 2-ci maddənin beşinci abzasında “məhdudiyyət ...
ANL
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 1 fevral tarixli 56-IVQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər t...
ANL
"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 30 dekabr tarixli 41-IVQD nömrəli qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezi...
ANL
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanun...
ANL