text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
N.F.Qasımovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun ...
ANL
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq qərara alıram:...
ANL
2010/2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərba...
ANL
“Əmək miqrasiyası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-c...
ANL
“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 3.1-ci bəndə “icazələrin” sözündən sonra “, habelə Azərbaycan Respubl...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham Əliyev, Azərbaycan Respublikasının Prezi...
ANL
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikası məhkəmələri hakimlərinin xidməti vəsiqələrinin nümunələrini bu Əsasnamənin tələblərini n...
ANL
Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılmışdır. İyunun 28-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) binasında Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin rəsmi açılışı olmuşdur. Açılışda Baş nazirin müavini Elç...
ANL
Azərbaycanın və Rusiyanın daxili işlər nazirlikləri arasında saziş imzalanmışdır. Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyev iyunun 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, ...
ANL
Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılması yüksək qiymətləndirilmişdir. İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Dövlət Sosial Müdafiə Fondunun, Beynəlxalq Sosial Təminat Assosiasiyasının və Beynəlxalq Pensiya və Sığorta Fondları As...
ANL
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə kursantların növbəti buraxılış mərasimi keçirilmişdir. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə kursantların növbəti buraxılış mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, müdafiə naziri Səfər Əbiyev məzun və onların valideynlərinə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərin...
ANL
Astana görüşlərində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsi məsələsi müzakirə olunmuşdur. İyunun 27-dən 28-dək Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazirlərinin (XİN) 38-ci sessiyası çərçivəsində Azərbaycan Respublika...
ANL
Astanada İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında qurumun adı dəyişdirilərək İslam Əməkdaşlıq Təşkilatı adlandırılmışdır. İyunun 28-də Astanadakı Müstəqillik Sarayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirləri Şu...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdə fəaliyyət göstərən səfirlərin xanımları ilə görüşmüşdür. İyunun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizdə fəaliyyət göstərən səfirlərin xanım...
ANL
Latviya Azərbaycan ilə həm Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanda səfərdə olan Baltik Assambleyası sədrinin müavini, Latviya parlamentinin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Yanis Reirs və onu müşayiət edən şəxslər iyunun 28-də Milli ...
ANL
Latviya Azərbaycanın Avropaya inteqrasiyasını dəstəkləyir. Azərbaycan ilə Latviya arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Dövlət başçılarının qarşılıqlı səfərləri, keçirdikləri görüşlər və imzalanmış çoxsaylı ...
ANL
Yanis Reirs: "Azərbaycan sürətlə inkişaf edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır". "Biz çox istərdik ki, Baltik Assambleyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirəyə çıxarılsın və bu məsələyə ədalətli qiymət verilsin". Bu fikirlər iyunun 28-də Milli Məclisdə A...
ANL
Dövlət İdarəçilik Akademiyasında "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-201...
ANL
Azərbaycan nümayəndə heyəti Tehranda keçirilmiş Beynəlxalq konfransda iştirak etmişdir. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-mayor Eldar Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 25-26-da Tehranda keçirilmiş "Terrorçuluqla beynəlxalq mübarizə" konfransında iştirak etmişdir. Səfər çər...
ANL
Azərbaycanın xarici işlər naziri İKT-ni Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməyə çağırmışdır. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyunun 27-dən 28-dək Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazirlərinin (XİN) ...
ANL
Azərbaycanın Mətbuat Şurası ilə Özbəkistanın Müstəqil Çap KİV-ləri və İnformasiya Agentliklərinin İnkişafına Dəstək İctimai Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Səmərqənddə keçirilən "Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi" möv...
ANL
ABŞ Dövlət Departamenti Kazan görüşündə gözlənilən nəticənin əldə edilmədiyini bildirmişdir. ABŞ Dövlət Departamentinin iyunun 27-də təşkil etdiyi gündəlik brifinqdə müzakirə olunan beynəlxalq məsələlərdən biri də Azərbaycan və Ermənistan dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın Kazan ...
ANL
Hesablama Palatasının sədri Qazaxıstanın Ali Audit Qurumunun yaranmasının 15-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir. Qazaxıstan Respublikasının Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsi Astana şəhərində Komitənin yaradılmasının 15 illiyinə həsr edilmiş "Dövlət maliyyə nəz...
ANL
Naxçıvan Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib. Naxçıvan Dövlət Universitetində "Tədris prosesinin təkmilləşdirilməsinin pedaqoji-psixoloji problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. NDU-nun rektoru akademik İsa Həbibbəyli konfransın əhəmiyyətinə toxunaraq bunun tədris prosesini...
ANL
Almaniyada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş poçt markası dövriyyəyə buraxılmışdır. Almaniyanın Maqdeburq şəhərində üzərində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi şəxsi fədakarlığa, döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, xalqımızın döyüş...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Metropoliteninin "Dərnəgül" stansiyasının açılışında iştirak etmişdir. İyunun 29-da Bakının 7-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin növbəti - "Dərnəgül" stansiyasının açılışı olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Paytaxt...
ANL
Bakı Tennis Akademiyasının mərkəzi kortu istifadəyə verilmişdir. İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışında iştirak etmişlər. İnşaatçılar və Tennis Akademiyasının əməkdaşları dövlətimizin başçısını və xanımını hərarət...
ANL
Prezident İlham Əliyev Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verildi ...
ANL
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın Azərbaycana rəsmi səfəri. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas iyunun 29-da Heydər Əliyev Fondunda olmuşdur. Fələstin Dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar. Prezid...
ANL
Azərbaycanın Baş naziri Artur Rasizadə və Fələstin Prezidenti Mahmud Abbas birgə nahar etmişlər. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas birgə nahar etmişlər. AzərTAc.
ANL
Bakıda Prezident Mahmud Abbasın iştirakı ilə Fələstin Dövləti səfirliyinin rəsmi açılışı olmuşdur. İyunun 29-da Bakıda Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olmuşdur. Mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas iştirak etmişdir. Fələstin Dövlətinin başçı...
ANL
Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram. Ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas iyunun 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuş...
ANL
Şəhidlər xiyabanını ziyarət. Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas iyunun 29-da Azərbaycanın azadlığı və bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fələstin Prezidenti Mahmud Abbas "Əbədi mə...
ANL
P.İ.Paşayevin Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Paşa İsfəndiyar oğlu Paşayev Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. ...
ANL
E.Ə.Xudiyevin Gəncə Şəhəri Kəpəz Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Eldəniz Əmir oğlu Xudiyev Gəncə Şəhəri Kəpəz Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Resp...
ANL
M.M.Mustafayevin Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Məharət Mustafa oğlu Mustafayev Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV, Azər...
ANL
Ç.Y.Muxtarovun Gəncə Şəhəri Kəpəz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Çingiz Yadulla oğlu Muxtarov Gəncə Şəhəri Kəpəz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İ...
ANL
"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda əyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 151-IVQD nömrəli qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Məhkəmə-Hüquq Şurası haqqında" ...
ANL
"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi aqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 27 may tarixli 132-IVQD nömrəli qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bənd...
ANL
"Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 152-IVQD nömrəli qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Pr...
ANL
"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 150-IVQD nömrəli qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Resp...
ANL
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. hakimlərin vəsiqələrinin nümunələrini təsdiq edir;”. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
ANL
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Prezidenti.
ANL
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. 2.1-ci maddədə “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları” sözləri “inzibati-iqtisadi məhkəmələr v...
ANL
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Azərbaycan ordusu budur! "Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülmüşdür. Bu gün keçirilən paradda hərbi potensialımızın kiçik bir hissəsi nümayiş etdiriləcəkdir. Biz müasir silahlar, sursatlar, hərbi texnika alırıq və bu proses davam etdiriləcəkdir. Son illər ərzində hərbi poten...
ANL
Əli HƏSƏNOV: "Kazan görüşü bir daha göstərdi ki, Ermənistanla daha sərt dildə danışmaq, ona daha sərt təzyiqlər göstərmək lazımdır". - Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünü necə qiymətləndirirsiniz? Amma hər halda, hər bir görüş və görüşdə ortaya qoyulan məsələ, ona tərəflərin yanaşması ermən...
ANL
Moskvada MDB İqtisadi Şurasının 50-ci iclası keçirilmişdir. Moskvada, Ümumrusiya Sərgi Mərkəzində (ÜSM) Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 50-ci iclası keçirilmişdir. Azərbaycan iclasda baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Nümayəndə heyətinə x...
ANL
Moskvada MDB ölkələrinin mədəniyyəti və xalq ənənələri festivalı çərçivəsində Azərbaycan Respublikası günü keçirilmişdir. İyunun 29-da Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində (ÜSM) Azərbaycan Respublikası günü keçirilmişdir. Bu tədbir Birliyin 20 illiyinə həsr edilmiş festival çərçivəsində təşkil olunmuşdur. MDB ölkələr...
ANL
Milli Məclisdə görüş. Dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Baltik Assambleyası (BA) sədrinin müavini, Latviya parlamentinin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Yanis Reirs və onu rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşlər. G...
ANL
Səfər başa çatdı. Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 29-da başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası ...
ANL
Ankarada Türkiyə-Azərbaycan münasibətlərinə dair konfrans keçirilmişdir. Xəbər verdiyimiz kimi, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Ankarada səfərdədir. Səfər çərçivəsində Türkiyə Xa...
ANL
Dövlət Sosial Müdafiə Fondu ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. İyunun 29-da Bakıda Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Moldovanın Milli Sosial Sığorta Kassası (MSSK) arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında proto...
ANL
Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstan Konstitusiya Məhkəməsinin yubiley mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 25-26-da gürcüstanlı həmkarı Georgi Papuaşvilinin dəvəti ilə Gürcüstan Konst...
ANL
Kamil Nəcəf oğlu Nəcəfzadə. Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, xalq rəssamı, iki dəfə Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamil Nəcəf oğlu Nəcəfzadə 2011-ci il iyunun 29-da ömrünün 82-ci ilində vəfat etm...
ANL
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Muzeylərin müasir durumu və inkişaf perspektivləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilir. İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində "Muzeylərin müasir durumu və inkişaf perspektivləri" mövzusunda beynəlxalq elmi konf...
ANL
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xalqımızın milli sərvəti adlandırmışdı. Zaman keçdikcə, illər ötdükcə bu fikirlərin nə qədər müdrikcəsinə və uzaqgörənliklə deyildiyinin bir daha şahidi oluruq. Çünki müstəqillik kimi mənəvi sərvət ötən 20 il ərzində xalqımıza və dövlətimizə mühüm nailiyyətlər ...
ANL
BDU ilə Xarkov Milli Universiteti arasında memorandum imzalanmışdır. Azərbaycanda səfərdə olan V.N.Karazin adına Xarkov Milli Universitetinin birinci prorektoru professor Vladimir Aleksandrovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 29-da Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Ab...
ANL
Kənd təsərrüfatı naziri FAO-nun 37-ci sessiyasında iştirak etmək üçün Romada rəsmi səfərdədir. Kənd təsərrüfatı naziri İsmət Abasovun başçılıq etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 37-ci sessiyasında iştirak etmək üçün Roma şəhərində rəsmi səfərdədir. Tədbirdə 2012-2015-ci illər ü...
ANL
Şimşək ömrü. Xalqının işıqlı gələcəyi üçün ömrünü odlara tapşıran, bu yolda ən çətin döngələrdən min bir əziyyətlə keçən Həsən bəy Zərdabi əsl fədai və millət aşiqi idi. Xalqının maariflənməsi naminə seçdiyi mübarizə yolu onun adını bir çox sahələrdə ilkinlər sırasına yazdı. O, elə bir zamanda dünyaya gəlmişdi ki, ətra...
ANL
Moskvada MDB-nin 20 illiyinə həsr olunan dövlətlərarası sərgi açılmışdır. Moskvada Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunan dövlətlərarası sərgi açılmışdır. Sərgidə MDB-yə üzv ölkələrdən rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər. A...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə dəyişiklik və əlavə edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikas...
ANL
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 27-də Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək eni...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın "NİRO İnvestment Group" şirkətinin rəhbəri Nikolae Dumitrunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Rumıniyanın "NİRO İnvestment Group" şirkətinin rəhbəri Nikolae Dumitrunun başçılıq etdiyi nüma...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başç...
ANL
Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə. Hörmətli cənab Prezident! Əziz qardaşım! Görkəmli ictimai-siyasi xadim Nəcməddin Ərbakanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının möhkəmlənməsi və inkişafına dəyərli töhfələr vermiş Nəcməddin Ərbakan ölk...
ANL
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar İordaniya və Mərakeşdə Azərbaycanın bu ölkələrdəki səfirlikləri ilə birgə silsilə tədbirlər keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ problemi ilə əlaqəda...
ANL
Sumqayıt hadisələri ilə bağlı www.sumqait.com internet saytının təqdimatı olmuşdur. Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Sumqayıt hadisələri ilə bağlı www.sumqait.com internet saytının təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmilə...
ANL
İnkişafın Azərbaycan modeli: sığorta-pensiya sisteminin uğurlu islahatı. Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-bir...
ANL
Tarixi saxtalaşdıranlara əsaslandırılmış elmi cavab. Akademik Ramiz Mehdiyevin Azərbaycan xalqının tarixini saxtalaşdıranlara qarşı yazdığı "Gorus-2010: absurd teatrı mövsümü" adlı əsəri sanballı və dəyərlidir. Xalqımızın soykökünün, qədim və müasir tarixinin, 5 min illik şərəfli keçmişimizin hərtərəfli və geniş tədqiq...
ANL
Fevralın 28-də Beynəlxalq Mətbuat Mərkəzində "Vətən uğrunda!" QHT Koalisiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir. Ziyalıların, QHT və ictimaiyyət nümayəndələrinin...
ANL
Azərbaycanın və Xorvatiyanın məhkəmə orqanları arasında əlaqələr genişlənir. Bakıda səfərdə olan Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatin fevralın 28-də Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür. Görüşdə R.Rzayev xalqlarımızın vahid ideya birliyi və həmrəyliyi ilə bağlı fikirlərini bölüşmüş, b...
ANL
Meksikanın və Kosta Rikanın nüfuzlu qəzetlərində Xocalı faciəsindən bəhs edən məqalələr dərc edilmişdir. Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfir İ.Muxtarovun məqalələrində Xocalı faciəsinin təfərrüatları, erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, Ermənistanın Azə...
ANL
Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Avstraliyada silsilə tədbirlər keçirilmişdir. Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Avstraliyada silsilə tədbirlər keçirilmişdir. Fevralın 25-də Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyəti (AATDC) və Türk Quruluşları Federasiyasının təşəbbüsü ilə Avstraliyanın ...
ANL
Xocalı soyqırımı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məktub ünvanlanmışdır. Fevralın 22-də Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi tərəfindən Xocalı soyqırımı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məktub ünvanlanmış və bu sənəd BMT-də rəsmi şəkildə yayılmışdır. Azə...
ANL
Ermənilərin Xocalıda törətdiyi vəhşiliklər haqqında məqalə İsveçin aparıcı xəbər saytında dərc edilmişdir. İsveçdə ən çox müraciət edilən, İsveç siyasətçiləri və ölkənin ekspertlər birliyinin nümayəndələri arasında çox populyar xəbər və analitik saytlardan olan newsmill.se nəşrində İra Bağırovanın Xocalı soyqırımından ...
ANL
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının Türkiyə Koordinatorluğu bəyanat yaymışdır. "Xocalıya ədalət" beynəlxalq kampaniyasının Türkiyə Koordinatorluğu "Xocalı soyqırımı" ilə bağlı bəyanat yaymışdır. AzərTAc xəbər verir ki, bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçularının bəşəriyyətin ən ...
ANL
1 mart Ümumdünya Mülki Müdafiə Günüdür. Hazırda bu təşkilata dünyanın 55-ə yaxın ölkəsi qoşulub. BMMT -nin əhatə etdiyi dövlətlərdə məqsəd dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir. Azərbaycan Resp...
ANL
Ocağınızda od, evinizdə nur olsun. Boz ay nə qədər dumanlı, çiskinli libasa bürünərək bizi üşütmək istəsə də, ömrü qısadır. Çünki bu dəyişkən havalar bir-birinə bağlanaraq bizi Novruza - güllü yaza sarı aparmaqdadır. İllərdir ki, xalqımız Novruzu böyük məhəbbətlə gözləyir, səbirsizliklə qarşılayır və yüksək ovqatla qey...
ANL
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Dövlətimizin başçısı İlham Əliyev konfransda iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bakı Biznes Mərk...
ANL
Prezident İlham Əliyevin giriş nitqi. Bugünkü iclas dövlət inkişaf proqramının icrası ilə bağlıdır. Belə toplantılar mütəmadi qaydada keçirilir. Ondan sonra ikinci proqram qəbul edildi və bu gün proqramın icrası ilə əlaqədar müzakirələr aparacağıq. Birinci proqramın qəbul edilməsi, demək olar ki, ölkəmizin inkişafında ...
ANL
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Dünyada gedən prosesləri də izləyirik. Görürük ki, özəl sahibkarlığın inkişafı ölkələrin ümumi inkişafını təmin edir. Düzdür, Azərbaycanın zən...
ANL
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi. - Bu gün iqtisadi inkişaf naziri görülmüş işlər haqqında geniş məlumat verdi. Dörd rayonun i...
ANL
Ç.Ə.Sultanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Çapay Əli oğlu Sultanov "Şö...
ANL
Tatarıstan Prezidenti Rüstəm Minnixanov Azərbaycana səfərə gəlmişdir. Martın 1-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda Tatarıstan Respublikasının Prezidentini Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri ...
ANL
Bakıda fransız məktəbinin tikintisi ilə bağlı niyyət bəyannaməsi imzalanmışdır. Martın 1-də Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız məktəbinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalanmışdır. Heydər Əliyev Fondunda imzal...
ANL
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura ilə görüşmüşdür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mart...
ANL
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşmüşdür. Martın 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban ...
ANL
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Türkiyənin Bilkənd Universitetinin idarə heyətinin rəhbəri Əli Doğramacı ilə görüşmüşdür. Martın 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı...
ANL
Konstitusiya Məhkəməsində Xorvatiya Respublikası Ali Məhkəməsinin nümayəndə heyəti ilə görüş olmuşdur. Martın 1-də Konstitusiya Məhkəməsində Azərbaycanda işgüzar səfərdə olan Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko Hrvatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. AzərTAc xəbər verir ki, görü...
ANL
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə yeni internet portalı - Etika.az saytı yaradılmışdır. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə yeni internet portalı - Etika.az saytı yaradılmışdır. Komissiyadan AzərTAc-a bildirmişlər ki...
ANL
"Bələdiyyələrin işində korrupsiya ilə mübarizə inzibati nəzarət qaydasında gücləndirilir" mövzusunda növbəti seminar-müşavirə keçirilmişdir. Martın 1-də Xırdalan şəhərində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi "Bələdiyyələrin işində korrupsiya ilə mübarizə inzibati nəzarət qaydasında gücləndirilir" mövzusunda ...
ANL
Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan hökuməti arasında xoş münasibətlər mövcuddur. Martın 1-də Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev ölkəmizdə səfərdə olan Dünya Səhiyyə Təşkilatı (DST) Avropa regional direktoru xanım Suzanna Yakab ilə görüşmüşdür. Nazirlər Kabinetinin mətbuat xidmətindən Azər...
ANL
Azərbaycan ilə Xorvatiya arasında hüquqi sahədə əməkdaşlıq genişlənir. Azərbaycan ilə Xorvatiya arasında hüquqi sahədə əməkdaşlıq genişlənir. AzərTAc xəbər verir ki, bu sözlər ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Azərbaycanda səfərdə olan Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvati ilə gör...
ANL
Sumqayıt hadisələri sovet rəhbərliyinin və erməni dairələrinin Azərbaycan xalqına qarşı təxribatı idi. Qarşılarına qoyduqları məkrli niyyətə yetmək üçün hər cür vəhşiliyə, insanlığa sığmayan qanlı cinayətlərə imza atan ermənilər hətta öz millətlərindən olanların belə, qanını tökməkdən çəkinməyiblər. 1988-ci il fevralın...
ANL
Vətənpərvər ziyalı. Müdrikcəsinə deyilmiş bir ifadə var: ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir. Belələrindən biri filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. Teymur müəllim müasir cəmiyyətimizdə özünəməxsus yer...
ANL
Dünya palçıq vulkanları atlası Bakıda nəşr olunacaqdır. Palçıq vulkanizmi problemi geologiya elminin çox vacib istiqamətidir. Palçıq vulkanlarının tədqiqi geologiyanın, geokimyanın və geofizikanın, xüsusilə, Yer təkinin dərinlik quruluşunun və faydalı qazıntı yataqlarının axtarışının bir sıra nəzəri və praktiki məsələl...
ANL
Gədəbəy qızıl-gümüş məskənidir. Dağlar diyarının məhsulları dünya bazarlarına çıxır. Bu yerlər yaxın vaxtlaracan əsasən kartofu və mal-qarası ilə tanınırdı. İki il bundan əvvəl Prezident İlham Əliyev Gədəbəyə səfəri zamanı qızıl-gümüş mədəninin açılışına xeyir-dua verdi. Gədəbəy qızılı indi "Ayrum" brendi ilə dünya baz...
ANL
Vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində yeni mərhələ. Azərbaycanda uğurla həyata keçirilən məhkəmə hüquq islahatları nəticəsində ölkəmizdə əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq sistemi yaradılıb, qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun qanun və məcəl...
ANL
Hərbi qulluqçuların sosial müdafiəsi Ali Baş Komandanın daim diqqət mərkəzindədir. Hərbçilərin sosial müdafiəsi dövlət rəhbərliyinin daim diqqət mərkəzində olan əsas məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçu...
ANL