text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati X... | ANL |
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 66-IVQD nömrəli Qanununun tətbiq edilməsi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tə... | ANL |
Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Dövlət və hökumət rəsmilərinin, Milli Məclis deputatlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanda dövlət qadın siyasətinə dair film göstərilmişdir. Ulu öndər Heydər Əliyevin qadın ... | ANL |
Yalnız iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demokratik və şəffaf cəmiyyət qurmaq olar. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə yanvarın 27-də keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası ölkə həyatında yeni ... | ANL |
İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilmişdir. Martın 4-də İqtisadi İnkişaf Nazirliyində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun... | ANL |
Bədən Tərbiyəsi və İdman Günü paytaxtda geniş qeyd olunmuşdur. Bununla əlaqədar bu gün bir çox tədbirlər keçirilmişdir. AzərTAc xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunun önündə Gənclər və İdman Nazirliyi müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar təşkil etmişdir. Bayram münasibətilə keçirilən tədbi... | ANL |
İdman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər. Əlamətdar gün münasibətilə idman ictimaiyyətinin, müvafiq qurumların nümayəndələri martın 5-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı üzərinə əklil qoymuşlar. Gör... | ANL |
Milli Paralimpiya Komitəsi 15 illik yubileyini qeyd etmişdir. Martın 5-də Bakı Əyləncə Mərkəzində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi yaranmasının 15 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilmişdir. İştirakçılar foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına və idman... | ANL |
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupunun yeni həmsədri fəaliyyətə başlamışdır. Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a verilən məlumatda bildirilir ki, Demokratlar Partiyasının üzvü, konqresmen Dənyel Boren ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun həmsədri q... | ANL |
122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımova həmyerliləri ilə görüşmüşdür. Martın 5-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Flora Qasımova doğma şəhərin ziyalılar... | ANL |
Azərbaycan Respublikası və Dominika Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında rəsmi sənəd imzalanmışdır. Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyində qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası və Dominika Birliyi arasında dipl... | ANL |
Şəffaflığın təmin edilməsində auditin rolu. İqtisadi inkişafın Azərbaycan modelinin uğurla reallaşdırılması yüksək inkişaf tempini təmin etməklə yanaşı, həm də Azərbaycan iqtisadiyyatını ümumdünya maliyyə böhranının təsirindən qoruyub saxlamağa imkan vermişdir. Bu işdə şəffaflıq amilinə ölkəmizdə diqqət ayrılması mühüm... | ANL |
Dövlət gənclərə böyük diqqət və qayğı göstərir. Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq ... | ANL |
Hövsan soğanı. Xalq seleksiyaçılarının çoxillik zəhməti və ciddi səyləri ilə bu gün Hövsan soğanı kimi tanıdığımız çox qiymətli ərzağın Abşeronda "məskunlaşmasının" maraqlı tarixçəsi vardır. Rəvayətə görə, hələ orta əsrlərdə yerli şeyxlərdən biri Məkkə ziyarətindən qayıdarkən orada uzunsov soğan görür və bu soğanın baş... | ANL |
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik. Hörmətli xanımlar! Sizi, bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Builki qadınlar bayramı ölkə... | ANL |
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə. Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentləri martın 5-də Rusiya Federasiyası Prezidentinin dəvəti ilə Soçidə görüşm... | ANL |
A.T.Məlikova "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanın neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə Azər Teymur oğlu Məlikova "Əməkda... | ANL |
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 63-IVQD nömrəli qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prez... | ANL |
Sənədin icrasının ikinci ilinin yekunlarına həsr edilmiş konfransda qarşıda duran prioritet vəzifələr də müəyyənləşdirildi. Ölkəmiz neft sənayesinin inkişafından böyük həcmdə maliyyə resursları əldə edir və dövlət qeyri-neft sektorunu inkişaf etdirmək üçün bu vəsaitdən səmərəli şəkildə istifadə etməyə qərar verib. Regi... | ANL |
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı çapdan çıxmışdır. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri -"Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı çapdan çıxmışdır. M... | ANL |
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi arasında Memorandum imzalanmışdır. AzərTAc xəbər verir ki, martın 7-də Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Türkiyənin Xarici İşlər Nazirliyinin Stra... | ANL |
Bülənt Aras: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun əsas problemidir". AzərTAc xəbər verir ki, martın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru, xarici işlə... | ANL |
Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru, xarici işlər nazirinin müşaviri professor Bülənt Arasın başçılıq et... | ANL |
Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Bülənt Aras Ağdam rayonunda olmuşdur. Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru, xarici işlər nazirinin müşaviri professor Bülənt Arasın başçılıq etdiyi nümayəndə heyəti Ağdam rayonunda olmuşd... | ANL |
Benilüks Azərbaycanlıları Konqresinin dünya azərbaycanlılarına müraciəti. Mərkəzi ofisi Hollandiyanın paytaxtı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dinc yolla ... | ANL |
BMT-yə üzv dövlətlərin nümayəndəliklərinə Xocalı qətliamı ilə bağlı məktub göndərilmişdir. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Xocalı qətliamı ilə bağlı BMT-nin Baş katibinə məktub ünvanlamışdır. Məktub BMT-yə üzv dövl... | ANL |
"Xan bağı" bizim tarixi sərvətimizdir. Azərbaycan Prezidenti bu sözləri Gəncədə əsaslı yenidənqurma işləri aparılmış "Xan bağı" mədəniyyət və istirahət parkı ilə tanış olanda dedi. Bağmanda onun 52 hektar bağı var idi. Səfərə gedən tacirlərə nadir ağaclar gətirməyi sifariş verərdi. Əcnəbi qonaqlar da hədiyyə olaraq ona... | ANL |
"Naxçıvan Aqrolizinq" imkanlarını artırır. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti 5 il əvvəl yaradılıb. Bir müddət muxtar respublika Meliorasiya və Su Təsərrüfatı Agentliyinin tabeliyində olan müəssisə az sonra müstəqil quruma çevrilib. O vaxtdan da ASC fəaliyyətini xeyli genişləndirib. Xidmətin bu çür təşkilində... | ANL |
Ədliyyə Akademiyasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Akademiyadan AzərTAc-a bildirmişlər ki, Ədliyyə Akademiyasının prorektoru hüquq elmləri üzrə fəlsəfə doktoru İlham Ab... | ANL |
Azərbaycan qadını müqəddəs dəyərlər simvoludur. Cəmiyyətin tərəqqisində qadınların böyük rolu var. Zərif cinsin nümayəndələri ən müxtəlif - siyasi, ictimai, sosial və digər bu kimi statuslarda kişilərdən heç də geri qalmadıqlarını hər zaman təsdiq ediblər. Təbii Azərbaycan cəmiyyətində də qadınların özünəməxsus yeri və... | ANL |
Danışığından, sözündən-söhbətindən qəlbinin də beləcə incə olduğu aydın sezilir. Amma onun harada çalışdığını biləndə, xasiyyəti ilə işi arasında yaranan paradoksa təəccüblənməyin. Sənəm Abdullayeva Neft Daşlarında işləyir. "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin elektrik avadanlıqları və elektrik təchizatı kirayə... | ANL |
Bakı Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Bakı Dövlət Universitetində (BDU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov 8 Mart - Beynəlxalq Qadınlar Gününün tarixindən danışmış, Heydər ... | ANL |
Gəncədə əlil qadınlar üçün bayram şənliyi keçirilmişdir. Gəncədə əlil qadınların iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilmişdir. Bayram şənliyində çıxış edən Gəncə Əlil Qadınlar Cəmiyyəti ictimai birliyinin sədri Elmira İsmayılova demişdir ki, hazırda şəhərdə 8 min nəfərdən art... | ANL |
Ağdamda Beynəlxalq Qadınlar Günü qeyd olunmuşdur. 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ağdam rayonundakı "Araz" şadlıq evində bayram tədbiri keçirilmişdir. Qadınları əlamətdar bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov Azərbaycan qadınlarının respublikanın ictimai-siyasi ... | ANL |
Şahbuz təbiətin əsrarəngiz gözəllikləri ilə zəngindir. Dağların şəffaf göz yaşı olan bulaqları, mineral suları ilə ad-san qazanıb. Min bir dərdin əlacı olan dərman bitkiləri, meyvələri adları və tamları ilə fərqlənir. Şahbuz həm də uzunömürlülər məskənidir. Təbiətlə yanaşı, insanların bir-birilərinə xoş və səmimi münas... | ANL |
Mamırlaşan çiçəklər. Ötən əsrin sonlarında namərd qonşularımız tərəfindən başlanan torpaq iddiası ac əjdaha kimi qədim yurd yerlərimizi qara caynağına keçirdi. Ölkə rəhbərliyinin də başı kreslo həşirinə qarışmışdı. Buna baxmayaraq, yurd sevgili insanlar torpaq uğrunda savaşa qalxdılar. Onlar cəsarətlə düşmən üstünə get... | ANL |
Gəncəni güllə bəzəyən Nazlı. Gülləri hamı sevir, əzizləyir. Nazlı xanım isə gülləri duyur, güllərin dilini bilir. Hər kəs ya bir dibçəkdə gül bəsləyir, uzaqbaşı yığcam həyətdə nəsə əkir. Nazlı xanım isə bütün Gəncəni bəzəyir. Gəncənin küçə və meydanlarında, bağ və xiyabanlarında, harda bir gül-çiçək görsəniz, bilin ki,... | ANL |
Görüşə körpə gəlib... Şərqin müdrik kəlamlarından birində deyilir ki, dünyada ən müqəddəs səs bizi böyüdən, ərsəyə gətirən anaların səsidir. Büllurluğuna, duruluğuna, aydınlığına görə ən təmiz səs isə suyun səsidir. Ömür çərçivəmizdə yaddaşımızı təzələyən nə qədər səsin, zəngulənin, xoş avazın hənirinə sığınmışıq, doyu... | ANL |
Əsgər anası. Onu hamı belə çağırırdı. Sıravi əsgərdən tutmuş, zabitə, komandirəcən. Həlim səsi, mehriban üzü, qayğı dolu baxışları və bir də şəfalı əlləri ilə hər kəsin köməyinə çatmağa tələsirdi... Erməni işğalçıları torpaqlarımıza hücum edəndə Bakıda rahatlıq tapa bilmirdi. Fikri-zikri döyüş bölgələrində, ön xətdəki ... | ANL |
Mehriban nəfəsli məhəbbətində. Kim deyər xəsisdir ana ürəyi? Xeyr, tükənməyən səxavətində. Üfüqsüz dənizdir ana ürəyi. Bəzən od-alovlu şimşəyə bənzər, Bəzən bir yanıqlı tütəyə bənzər. Dəysə ayağına bir çayın daşı, Göynəyər ananın qəlbinin başıE. Yıxılsan, yaranı yuyar göz yaşı, Büllurdan təmizdir ana ürəyi. Səndən zama... | ANL |
Deyirlər qadını azad olmayan cəmiyyət inkişaf edib irəli gedə bilməz. Qadınına, uşağına, qocasına hörmət qoyulmayan hər bir cəmiyyət, ictimai-siyasi quruluş gec-tez dağılmalıdır. Tarixən anaya, uşağa, qocaya xüsusi münasibətilə seçilən Azərbaycanda ikinci dəfə müstəqillik qazanıldıqdan sonra bu vacib məsələyə xüsusi hə... | ANL |
Polis Akademiyasında 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilmişdir. Martın 6-da DİN-in Polis Akademiyasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə akademiyanın şəxsi heyətinə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun daxili işlər orqanları qadın əməkdaşlarına və iş... | ANL |
Onu zəhmət ucaldıb. Xalqımız gözəllik , zəriflik, ülvülük rəmzi olan qadının adını həmişə uca tutub. Azərbaycan qadını da bütün dövrlərdə öz iradəsi, zəkası və istedadı ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib və indi də göstərir. Odur ki, tariximizin, mədəniyyəti... | ANL |
Maraqlı sərgi. Bakının Xəzər rayonunun Nizami adına Mədəniyyət Mərkəzində gənc modelyer-dizayner Rəfiqə Hüseynovanın fərdi sərgisi açıldı. Sərgidə müəllifin 70-dən artıq əl işləri - dekorativ, portret, natürmort, gül kompozisiyaları, biser, muncuqlarla işlənmiş aksesuarlar təqdim olundu. Tamaşaçılar tərəfindən maraqla ... | ANL |
Xalq yazıçısı İsmayıl Şıxlının xatirə barelyefi açılmışdır. Martın 7-də xalq yazıçısı İsmayıl Şıxlının uzun illər yaşadığı Üzeyir Hacıbəyli küçəsindəki 27 nömrəli binanın qarşısında onun xatirə barelyefinin açılış mərasimi keçirilmişdir. Respublikamızın elm, mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin iştir... | ANL |
Novruzun gözəl çərşənbələrindən üçüncüsü martın 8-də yurdumuza qədəm qoyur. Xalq arasında ona Yel çərşənbəsi, Külək çərşənbəsi, Hava çərşənbəsi, Yelli çərşənbə, Küləkoyadan çərşənbə deyirlər. Beləcə, Boz ayın müqəddəs çərşənbələrindən sayılan və təbiətin ünsürləri ilə bağlı olan Sudan içdik, Oddan keçdik, indi də Küləy... | ANL |
Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilmişdir. Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətin... | ANL |
Prezident İlham Əliyevin giriş nitqi. - Ölkəmizdə aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Ölkəmiz inkişaf edir, güclənir. Bu, özünü həm statistik göstəricilərdə göstərir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda görürük. Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük ... | ANL |
- Bugünkü iclasın əminəm ki, çox böyük əhəmiyyəti olacaqdır. Çünki bu iclasda nəinki şəhərdə və qəsəbələrdə görülmüş işlər müzakirə edildi, eyni zamanda, ən əsası ondan ibarətdir ki, gələcək addımlarımız bu yaxınlarda müəyyən olunacaqdır. Biz yaxşı bilirik ki, ölkədəki vəziyyət necədir, həm bölgələrdə, həm Bakıda, həm ... | ANL |
"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli fərmanında dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fər... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin... | ANL |
Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tu... | ANL |
Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tu... | ANL |
R.F.Tahirova general-mayor hərbi rütbəsinin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Polkovnik Ramiz Firudin oğlu Tahirova general-mayor hərbi rütbəsi verilsin. İlham ƏLİYEV, Azərbaycan Re... | ANL |
Ş.İ.Məmmədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Qərargahı rəisinin birinci müavini ... | ANL |
General-leytenant B.H.Eyyubovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətl... | ANL |
T.O.Məmmədovaya "Əməkdar jurnalist" fəxri adı verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının "Əsgər" qəzetində çoxillik səmərəl... | ANL |
İ.S.Novruzova "Əməkdar artist" fəxri adı verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi... | ANL |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularını təltif etmək haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükə... | ANL |
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Azərbaycan Respublikası Konstitusiyasının 11... | ANL |
İmişlidə "Bələdiyyələrin işində korrupsiya ilə mübarizə inzibati nəzarət qaydasında gücləndirilir" mövzusunda seminar-müşavirə keçirilmişdir. Martın 9-da Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təşkilatçılığı ilə İmişli şəhərində "Bələdiyyələrin işində korrupsiya ilə mübarizə inzibati nəzarət qaydasında güclə... | ANL |
Tehranda Azərbaycan və İran arasında dövlətlərarası müştərək komissiyanın səkkizinci iclası başa çatmışdır. Martın 7-də Tehranda Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın səkkizinci iclası başa çatmışdır. Xar... | ANL |
Özbəkistan Prezidenti 2011-2015-ci illər üçün Özbəkistan və Azərbaycan hökumətləri arasında iqtisadi əməkdaşlığa dair Sazişi təsdiq etmişdir. AzərTAc Daşkənddə yayımlanan "gazeta.uz" saytına istinadla xəbər verir ki, Özbəkistan Prezidenti İslam Kərimov "2011-2015-ci illər üçün Özbəkistan Respublikası hökuməti və Azərba... | ANL |
Yeni Azərbaycan Partiyasının rəhbərliyi gənclərlə görüşmüşdür. YAP Nərimanov rayon təşkilatının qərargahında partiya rəhbərliyinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəalları ilə görüşü olmuşdur. AzərTAc xəbər verir ki, görüşdə çıxış edən gənc fəallar görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açmış, gə... | ANL |
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda əmək fəaliyyəti qanunvericiliklə tənzimlənir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda əmək fəaliyyəti qanunvericiliklə tənzimlənir. Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirmişlər ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda haq... | ANL |
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar. AzərTAc xəbər verir ki, martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması ilə bağlı birgə bəyanatla çıxış etmişlər. Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri prezidentlərin martın 5... | ANL |
Biz döyüş əmrini gözləyirik. Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Vətənə və xalqa sədaqət andına daim sadiqdir. "Azərbaycan dövləti, dövlətçiliyinin inkişafı və möhkəmlənməsi üçün Daxili Qoşunların xidməti yüksək səviyyədədir və məni qane edir". Memarı ulu öndər Heydər Əliyevin olduğu müstəqil Azərbaycan demokrat... | ANL |
Azərbaycan müxalifəti və ya iflasa aparan yolun tənha piyadası. Göz eyni nöqtəyə baxmaqdan, dil eyni yalanı danışmaqdan, qulaq eyni səfsəfəni eşitməkdən yoruldu. Amma müxalifət yorulmadı. Onun tuği-lənət olub bu millətin boğazına keçmiş radikal qanadı 18 ildən bəridir ətrafa yalan, böhtan, xəyanət püskürür, xalqı xırda... | ANL |
Güclü cəmiyyətin zəif müxalifəti. Yaxud bizə hansı müxalifət lazımdır? Hər bir normal, demokratik cəmiyyətdə vətəndaşların sosial fəallığının, siyasi yetkinliyinin hərarət və səviyyəsini müəyyənləşdirən meyarlardan biri, bəlkə də, öncülü seçki institutudur. Ölkədəki prezident, bələdiyyə və parlament seçkilərindən ötən ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə ... | ANL |
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luc Truyensin etimadnaməsini qəbul etmişdir. Səfir fəxri q... | ANL |
Prezident İlham Əliyev Qvatemalanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arturo Duarte Ortizin etimadnaməsini qəbul etmişdir. Səfir ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Paraqvayın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Paraqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marsial Bobadilya Qilyenin etimadnaməsini qəbul etmiş... | ANL |
Prezident İlham Əliyev Sloveniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Yazbetsin etimadnaməsini qəbul etmişdir. Səfir fəxri ... | ANL |
Prezident İlham Əliyev Tailandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Arbhorn Manasvaniçin etimadnaməsini qəbul etmişdir. Səfir fəxr... | ANL |
Prezident İlham Əliyev Sudanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammed Hussein Hasan Zarougun etimadnaməsini qəbul etmişdir. Səfir... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Armando Xuan Xose Maffeinin etimadnaməsini qəbul e... | ANL |
Albaniya Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Martın 10-da Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Albaniya Baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinaston ilə görüşmüşdür. Qonağı səmimiyyətlə salamlayan Baş nazir A.Rasizadə E.Hacinastonun Bakıya səfərinin ikitərə... | ANL |
Albaniya Azərbaycanla iqtisadi, ticarət əlaqələrinin genişlənməsində maraqlıdır. Azərbaycanda səfərdə olan Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinaston martın 10-da Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür. Görüşdə Oqtay Əsədov qonağın Azərbaycana ilk səfərinin ölkələrimiz arasında əlaqə... | ANL |
Albaniyanın Baş nazirinin müavini və xarici işlər naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Albaniyanın Baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinaston martın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil... | ANL |
Albaniya Baş nazirinin müavini və xarici işlər naziri Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşmüşdür. Martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında Azərbaycanda səfərdə olan Albaniya Baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinaston ilə görüşmüşdür... | ANL |
Edmond Hacinaston: Təmas xəttində azyaşlı azərbaycanlının erməni snayperi tərəfindən öldürülməsini qətiyyətlə pisləyirik. Təmas xəttində azyaşlı azərbaycanlının erməni snayperi tərəfindən öldürülməsini qətiyyətlə pisləyirik. Belə hallar qəbulolunmazdır. Bu sözləri martın 10-da Azərbaycanda rəsmi səfərdə olan Albaniyanı... | ANL |
Edmond Hacinaston: Albaniya Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Martın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinaston ilə görüşmüşdür. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında müzakirə ... | ANL |
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Bu əlamətdar gün münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi martın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və... | ANL |
Azərbaycanın müdafiə naziri Brüsselə yola düşmüşdür. Martın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Brüsselə yola düşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Səfər Əbiyev Brüsselə NATO Baş katibinin dəvəti ilə Şimali Atlantika Şurasının İSAF əməliyyatına... | ANL |
Milli Məclis Sədrinin müavini Bahar Muradova seçicilərlə görüşmüşdür. Milli Məclisin Sədr müavini Bahar Muradova Füzuli rayonunda səfərdədir. Martın 9-da Bahar xanım Muradova rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə ulu öndər Heydər Əliyevin abidə kompleksini ziyarət etdi, abidənin önünə tər çiçəklər düzdü. Ray... | ANL |
Akademik Milli Dram Teatrı əsaslı təmirdən sonra ilk dəfə tamaşaçıları "Qarabağnamə" ilə salamlamışdır. Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əsaslı təmirdən sonra ilk dəfə qapılarını teatrsevərlərin üzünə açmışdır. AzərTAc xəbər verir ki, teatrın yaradıcı heyəti Milli Teatr Günündə teatrsevərlərə g... | ANL |
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ABŞ Prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi Elis Qastın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,... | ANL |
ABŞ Prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi Səngəçal neft və qaz terminalı ilə tanış olmuşdur. Azərbaycanda səfərdə olan ABŞ Prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi Elis Qast martın 10-da Səngəçal neft və qaz terminalı ilə tanış olmuşdur. Terminal ilə tanışlıq Xəzər Enerji Mərkəzindən başlanmı... | ANL |
Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı məsləhətləşmələr aparılmışdır. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ankarada işgüzar səfərdədir. Səfər çərçivəsində Türkiyənin xarici işlər nazirinin müavini Firidun Sinirlioğlu ilə məsləhətləşmələr aparılmışdır. Sonra Türkiyə xarici işlər naziri müavininin kö... | ANL |
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan ilə bağlanmış iki sazişin təsdiq olunmasına dair qanunları imzalamışdır. Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirmişlər ki, Prezident Abdullah Gül Azərbaycan ilə bağlanmış iki sazişin təsdiq olunmasına dair qanunları imzalamışdır. Türkiyə Prezidenti "Azərbaycan Respubl... | ANL |
Heydər Əliyev Mükafatı Komissiyasından. Heydər Əliyev Mükafatı Komissiyasından AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, komissiyanın Əsasnaməsinə müvafiq qaydada təqdim edilən namizədlərin siyahısı mükafatın verilməsinə iki ay qalmış mətbuatda dərc edilməlidir. Əsasnamənin bu tələbini nəzərə alaraq komissiya məlu... | ANL |
AŞ PA Siyasi komitəsinin yığıncağı keçirilmişdir. Martın 9-da Avropa Şurasının (AŞ) Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Siyasi komitəsinin növbəti yığıncağı keçirilmişdir. Komitə üzvləri yığıncağın gündəliyinə çıxarılmış Parlament Assambleyasının islahatı, Avropa Şurasına Lissabon müqaviləsi... | ANL |
BSU-nun jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və işlə təmin olunmaq üçün şərait yaradılacaqdır. Martın 10-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tə... | ANL |
İnkişafın Azərbaycan modeli: nəzəri-metodoloji kontekstdə. Tarixən formalaşmış elmi nəzəriyyələr göstərir ki, praktikada qazanılmış uğurlu nəticələrin izahı inkişafın sabit və dayanıqlı səciyyə daşıması baxımından son dərəcə vacibdir. Konkret elmi postulatlara, nəzəri konstruksiyalara əsaslanmayan inkişaf prosesinin uz... | ANL |
Hər an döyüşə hazır əsgər. O həm də ən müasir silaha və mükəmməl hərbi vərdişlərə malikdir. Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində, bütün strukturlarında maddi-texniki təchizatın, sosial məsələlərin həllinin, o cümlədən hərbi bilik və bacarıqların, döyüş qabiliyyətinin artırılması üçün yaradılan şəraiti... | ANL |
Qeyri-nağd ödəniş sisteminin inkişafı ölkədə daha şəffaf və çevik maliyyə sisteminin formalaşmasını təmin edəcəkdir. Son illər idarəçilikdə formalaşmış müsbət ənənələrdən biri məhz budur ki, hökumətin fəaliyyəti hər rüb üzrə adekvat dəyərləndirilir, hər bir mərhələdə görülən işlərlə bağlı ictimaiyyətə geniş məlumat ver... | ANL |
Qədim yaradıcılıq sahəsinin yeni inkişaf mərhələsi. Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyimizi qazandıqdan sonra öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli teatra diqqət və qayğı daha da artırıldı. Aktyor və rejissorların səmərəli, mükəmməl fəaliyyət göstərmələr... | ANL |
"Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri" kitabı nəşr olunmuşdur. "Elm" Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzində Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev və dosent Şahin Ağayevin "Azərbaycanda elmin problemləri və inkişaf perspektivlə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.