text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakıda "Azərbaycan muğamı və Orta Şərq musiqisi" mövzusunda elmi simpozium işini davam etdirmişdir. Martın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında "Muğam aləmi" II Beynəlxalq muğam festivalı çərçivəsində keçirilən "Azərbaycan muğamı və Orta Şərq musiqisi" mövzusunda elmi simpozium öz işini bölmə iclasında davam etdirm...
ANL
AzərTAc-ın inkişaf tarixinin böyük bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu fikir Türkiyənin "İletişim" elmi jurnalında dərc olunmuş məqalədə xüsusi vurğulanmışdır. Türkiyənin Qazi Universitetinin redaksiya heyəti ölkənin ən nüfuzlu 19 universitetinin görkəmli alimlərindən ibarət olan və beynəlxalq inde...
ANL
Hakim və prokurorlar korrupsiya ilə mübarizədə beynəlxalq təcrübəni öyrənirlər. Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsinə dair tapşırıqlarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən tədbirlər davam etdirilir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, vahid məhkəmə ...
ANL
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Kon...
ANL
Milli Məclisin bir qrup nümayəndəsi Novruz bayramı münasibətilə Qobustan rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür. Martın 16-da Milli Məclisin bir qrup nümayəndəsi Novruz bayramı münasibəti ilə Qobustan rayonunda məskunlaşmış Laçın, Cəbrayıl, Ağdam, Kəlbəcər, Xocalı, Şuşa və Füzuli rayonlarından olan məcb...
ANL
Dünya Bankının Vaşinqtondakı baş qərargahında Azərbaycan günləri keçirilir. Martın 15-də Dünya Bankının Vaşinqtondakı baş qərargahında Azərbaycan günlərinin rəsmi açılışı olmuşdur. "20 illik uğurlu tərəfdaşlığın təntənəsi" başlığı altında keçirilən ikigünlük tədbir çərçivəsində Dünya Bankı qrupuna daxil olan 187 dövlət...
ANL
Bakı Dövlət Universitetinin hüquq müəllimi Avropa Şurasının işgəncələrə qarşı komitəsinin sədri seçilmişdir. Avropa Şurasının qeyri-insani, yaxud insan mənəviyyatını alçaltmağa dair müraciətə, cəza və işgəncələrə qarşı komitəsi (CPT) Bakı Dövlət Universiteti beynəlxalq hüquq fakültəsinin professoru Lətif Hüseynovu özün...
ANL
İfrat radikal müxalifət yenə xəyanətkar mövqedədir. Bu düşərgə təmsilçiləri çirkin niyyətlərinə çatmaq üçün Azərbaycanın ən qatı əleyhdarları ilə də işbirliyinə gedirlər. Avratlantik məkana inteqrasiya kursu seçən Azərbaycanın demokratik dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul etməsi, zamanın nəbzinə və mü...
ANL
Ermənistan soyqırımı törədən və terrorçuluğu dəstəkləyən dövlətdir. 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Əsrlər boyu qonşu dövlətlərin ərazilərinə göz dikən ermənilər millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını rəhbər tutaraq son iki əsrdə "ictimai-mədəni", siyasi və hətta terrorçu təşkilatl...
ANL
Narkomaniya ilə mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir. Cəmiyyəti düşündürən ciddi problemlərdən biri də narkokorrupsiyanın qarşısına etibarlı sipər çəkilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin...
ANL
Bakıda "AutoShow" 7-ci Azərbaycan Beynəlxalq avtomobil sərgisi açılmışdır. Martın 16-da Bakı Sərgi Mərkəzində Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı, Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları M...
ANL
İstedadsızlar gəldi-gedərdi. Azərbaycan musiqisinin bəzəyi xalq mahnılarıdır. Mahnı xalqımızın şeirə və muğamlarımızın ölməzliyinə söykənən həyatilik rəmzidir. İnsanın kədərli və şən günlərində ona arxa duran, onu ovunduran və işıqlı gələcəyə səsləyən incəsənət növüdür. Axtarsaq da musiqiyə biganə qalan, onu sevməyən a...
ANL
Strasburqda Azərbaycan gənclər forumu başa çatmışdır. Strasburqda Avropa Şurası Parlament Assambleyası və Gənclər Mərkəzində keçirilən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) başa çatmışdır. AzərTAc xəbər verir ki, "Müstəqilliyimiz 20, Baxışlar 2020" devizi altında keçirilən ...
ANL
Kəlbəcərlilərin Novruz tonqalı ürəklərdə qalanır. Baharın ilk dəfə dağlarda duyulması da məhz bununla bağlıdır. Hər şeyin təzələndiyi bahar donlu günlərdə Novruz sovqatlı bayramın necə gəldiyini görmək və hiss etmək üçün uşaq olmaq istərdim. Uşaqlıq illərimin xatirə kələfinin dolaşıq ucundan tutub yol başladım. Kəndimi...
ANL
Uzunömürlülərin Novruz arzuları. Ulu Tanrı bizim yerlərdən səxavətini əsirgəməyib. Lerikin füsunkar təbiəti hələ iki əsr bundan əvvəl əcnəbi səyyahların diqqətini cəlb edib. Bir tərəfində şiş qayalı dağlar ucalır, bir tərəfi nadir ağaclarla zəngin meşələrdir. Buz bulaqları adla deyilir, otları və çiçəkləri can dərmanıd...
ANL
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilmişdir. İclas "Yaponiya zəlzələsi: geodinamik vəziyyət və faktlar" mövzusuna və digər məsələlərə həsr olunmuşdur. AzərTAc xəbər verir ki, tanınmış alim və mütəxəssislərin işt...
ANL
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim iştirakçı...
ANL
Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Martın 17-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Baş nazir A.Rasizadə Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə əlaqələ...
ANL
Ukraynanın müdafiə naziri Milli Məclisdə olmuşdur. Azərbaycanda səfərdə olan Ukraynanın müdafiə naziri Mixail Yejel martın 17-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür. O.Əsədov demişdir ki, Azərbaycan ilə Ukrayna arasındakı dostluq əlaqələrinin qədim tarixi vardır. Ölkələrimiz müstəqilliyini bərpa etdikdən so...
ANL
Novruz bayramı münasibətilə keçirilən jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) Müşahidə Şurasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist...
ANL
Penitensiar sistemdə islahatlara beynəlxalq maraq artır. Ədliyyə naziri Fikrət Məmmədov martın 17-də penitensiar sistemdə aparılan islahatlarla tanışlıq və təcrübə mübadiləsi məqsədilə respublikamızda səfərdə olan Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin direktoru Aleksandr Reymerlə görüşmüşdür. Ədliyyə ...
ANL
Azərbaycanla Ukrayna arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. Bakıda səfərdə olan Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyəti martın 17-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşmüşdür. Müdafiə Sənayesi Nazirliyinin mətbua...
ANL
Azərbaycan dövləti gəncliyin inkişafı ilə bağlı vacib işlər görür. Azərbaycan dövləti gəncliyin inkişafı ilə bağlı vacib işlər görür. AzərTAc xəbər verir ki bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov martın 17-də Bakı Əyləncə Mərkəzində partiyanın Gənclə...
ANL
Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir. Martın 16-da Azərbaycan Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il ...
ANL
Azərbaycan ziyalıları Prezident İlham Əliyevin böyük diqqət və qayğısını ölkəmizdən kənarda da hiss edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 15 mart tarixli sərəncamı ilə mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə əməkdar incəsənət xadimi fəxri adı almış professor Əflatun Nemətzadə AzərTAc-a bildi...
ANL
Əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun barelyefinin açılış mərasimi olmuşdur. Səbail rayonu, Üzeyir Hacıbəyli 37/43 ünvanında əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Fəraməz Maqsudovun barelyefinin açılış mərasimi olmuşdur. F.Q.Maqsudovun xatirəsinin əbədiləşdiril...
ANL
Korrupsiya ilə mübarizə üzrə beynəlxalq təcrübə öyrənilir. Məhkəmə fəaliyyətində korrupsiyaya qarşı səmərəli mübarizədə təcrübə mübadiləsi üçün ölkəmizə dəvət edilmiş türkiyəli hakimlər - Engin Durnagöl və Seyfullah Çakmah səfər çərçivəsində Məhkəmə-Hüquq Şurasının (MHŞ) və Hakimlərin Seçki Komitəsinin (HSK) üzvləri il...
ANL
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Martın 17-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə v...
ANL
Polis Akademiyasında Novruz bayramı qeyd olunmuşdur. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. Akademiya rəisinin müavini, polis polkovniki Qabil Zamanov Novruz bayramının xalqımızın tarixindəki yeri və rolu barədə məlumat vermiş, rəhbərlik adından şəxsi heyəti təb...
ANL
Azərbaycanda radikalizm tamamilə iflasa uğrayıb. Ölkəmizin dinamik inkişafı, beynəlxalq imicinin yüksəlməsi, regional güc mərkəzinə çevrilməsi antiazərbaycançı şəbəkəni yenə narahat etməkdədir. Elə bu şəbəkənin havasına oynayan radikal müxalifət aldığı tapşırıqlar əsasında respublikamızda ictimai rəyi çaşdırmaq üçün vu...
ANL
İfrat radikal müxalifət ümummilli maraqlara zidd addımlar atır. Xarici antiazərbaycan dairələrlə işbirliyinə gedən bu düşərgənin təmsilçilərinin ölkədə iğtişaş yaratmaq cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Azərbaycanın son 8 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar, elmi-intellektual sahələrdə əldə etdiyi ...
ANL
Azərbaycanın sığorta-pensiya sistemi dünyada mütərəqqi model kimi qəbul olunur. Müstəqil Azərbaycanın beynəlxalq səviyyədə böyük maraqla qarşılanan milli inkişaf modelinin ən səciyyəvi xüsusiyyətlərindən biri hökumətin fəaliyyətində sosialyönümlülüyün prioritetə çevrilməsidir. Konstitusion təminatı olan, insan amilinin...
ANL
Saysız-hesabsız miqdarda faktlar belə deməyə əsas verir ki, vuruşan ölkələrin əhval-ruhiyyəsində dünya faciəsinin aradan götürülməsi istiqamətində psixoloji dönüş baş vermişdir. Böyük müharibənin tezliklə başa çatacağına heç bir şübhə yoxdur. Lakin gələcəkdə onun daha dəhşətli özünüməhvetmə vasitələrilə yenidən başlanı...
ANL
Behbudağa Şahtaxtinskinin xidmətləri və aqibəti. Görkəmli dövlət xadimi, böyük diplomat Behbudağa Şahtaxtinski (1881-1924) Azərbaycan xalqının ictimai-siyasi həyatında və dövlətçilik tarixində mühüm rol oynamış, əhəmiyyətli tarixi xidmətlər göstərmişdir. O, sidq-ürəkdən hümmətçilik - bolşevizm ideallarına inanmış, bu s...
ANL
Bir memarın töhfələri. Dövlət mükafatı laureatı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının və Beynəlxalq Ekologiya Akademiyasının akademiki, memarlıq doktoru, professor Ramiz Əbdülrəhimov çoxşaxəli fəaliyyəti, səmərəli yaradıcılığı ilə seçilən görkəmli memardır. Onun hazırladığı layihələrin ünvanı çox geniş bir ...
ANL
Yumurtanı göyçək güllü boyardıq, Çaqqışdırıb sınanların soyardıq. Oynamaqdan bircə məgər doyardıq? Əli mənə yaşıl aşıq verərdi, İrza mənə Novruzgülü dərərdi. Qulamgilə qaçdım, şalı salladım, Fatma xala mənə corab bağladı, Xan nənəmi yada salıb ağladı. Böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyar uşaqlığında keçirdiy...
ANL
Vətən sevgisindən doğan qəhrəmanlıq. ...Onu xoş həyatından, min bir zəhmət hesabına qurduğu rahat işindən Vətən sevgisi ayırdı. Əbədi bir qəlb oduna çevrilən bu sevgisi qərib ölkədə rahat ömür sürməsinə imkan vermədi. Daha doğulduğu torpaqdan, elindən-obasından ayrı dura bilmirdi. Vətəninin dar günündə olması doğma yur...
ANL
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik. Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram. Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəli...
ANL
Bakının inkişafı üçün hamı çalışmalıdır. Paytaxt şəhərlər həmişə izdihamlı, qonaqlı-qaralı olur. Hər hansı bir ölkəyə gələnlər çox zaman yalnız onun paytaxtında olmağa vaxt tapır və həmin şəhərdə gördüklərinə əsasən ölkə haqqında fikir yürüdürlər. Paytaxt həm də ona görə diqqət çəkir ki, hansı bölgədə yaşamalarından as...
ANL
Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Pre...
ANL
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsi...
ANL
S.X.Qurbanova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarş...
ANL
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-ci, 17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məcli...
ANL
Bir sıra qanunlara əlavələr və dəyişikliklər edildi. Milli Məclisin iclasında. Martın 18-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Deputatları salamlayan spiker Oqtay Əsədov onları Novruz bayramı münasibətilə təbrik etdi. Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq İctimai Televiziya və Radio...
ANL
Azərbaycan fəlsəfəsi beynəlxalq meridianlarda. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin əsərlərinin xülasəsi Beynəlxalq İndeks Mərkəzinin ABŞ-da nəşr olunan "Philosopher''s İndex" məcmuəsinə daxil edilmişdir. Ölkəmizdə elmin inkişafının mühüm göstəricilərindən biri də Azə...
ANL
Azərbaycan fəlsəfəsi beynəlxalq meridianlarda. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin əsərlərinin xülasəsi Beynəlxalq İndeks Mərkəzinin ABŞ-da nəşr olunan "Philosopher''s İndex" məcmuəsinə daxil edilmişdir. Ölkəmizdə elmin inkişafının mühüm göstəricilərindən biri də Azə...
ANL
Polis Akademiyasını bitirmiş sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşlara xüsusi rütbələr verilmişdir. Martın 18-də Daxili İşlər Nazirliyində müxtəlif illərdə Polis Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların zabit vəzifələrinə təyin edilmələrinə həsr ...
ANL
Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş son tədbirlər barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının məlumatı. 2011-ci il yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında göstəriş vermişdir ki, ölkənin iqtisadi inkişafına...
ANL
Azərbaycanın aqrar sektoru daxili bazarı ərzaqla tam təmin etmək imkanlarına malikdir. Azərbaycan torpaq-iqlim şəraitinə görə kənd təsərrüfatı üçün əlverişli ölkədir. Hələ qədim zamanlardan burada yaşayan əhali taxılçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq və heyvandarlıqla məşğul olub. Daxili və xarici ...
ANL
Əli Həsənov: "Radikal müxalifət partiyaları və dairələri Azərbaycan dövlətinin, millətinin maraqlarına dair məsələlərdə pozucu mövqedən çıxış edirlər". Xalqın dəstəyindən tamamilə məhrum olan, nüfuzunu, sosial dayaqlarını və ictimai-siyasi proseslərə təsir imkanlarını tamamilə itirmiş radikal müxalifət partiyaları ənən...
ANL
Radikal müxalifət Azərbaycan gəncliyini çirkin məqsədlərinə cəlb edə bilməz. Əvvəllər yalnız seçkilər ərəfəsində ən müxtəlif hoqqalarla varlığını sübut etməyə çalışan radikal müxalifət deyəsən, antiazərbaycançı şəbəkədən yeni "tövsiyələr" alıb. Maraqlıdır ki, bir müddət əvvələ qədər radikal düşərgə Qərbin bəzi siyasi d...
ANL
Niderlandda Azərbaycanın kənd təsərrüfatı sektorunun dinamik inkişafına və perspektivlərinə dair geniş təqdimat keçirilmişdir. Azərbaycanın Niderlanddakı və bu ölkənin Bakıdakı səfirlikləri, Krallığın Ticarətə Yardım üzrə Şurası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan İnvestisiya Şirkəti, Ha...
ANL
Moskvada Azərbaycan və Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilmişdir. Moskvada Azərbaycan Respublikası və Rusiya Federasiyası iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın on üçüncü iclası olmuşdur. İclası komissiyanın Rusiya tərəfdən sədri, RF hökuməti sədrinin müavini...
ANL
Ali Məhkəmədə görüş. Azərbaycanda səfərdə olan Mərakeşin ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyəti martın 18-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür. Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə R.Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu ...
ANL
Fələstinin Azərbaycandakı səfiri AzərTAc-da olmuşdur. Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman martın 18-də Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-da olmuşdur. Görüşdə Azərbaycan və Fələstin xalqları arasındakı tarixi, mədəni əlaqələrdən söhbət açılmışdır. AzərTAc-da olmağından məmnunluğunu...
ANL
Tanınmış türk bəstəkarı Əhməd Şəfəqin mətbuat konfransı olmuşdur. Martın 18-də Beynəlxalq Mətbuat Mərkəzində tanınmış türk bəstəkarı Əhməd Şəfəqin mətbuat konfransı olmuşdur. AzərTAc xəbər verir ki, "Kaspi" qəzetinin təşkilatçılığı ilə keçirilmiş mətbuat konfransında tanınmış ziyalılar, Türkiyədən gəlmiş jurnalistlər v...
ANL
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin yekunlarına dair bəyanat yaymışlar. ATƏT-in Minsk qrupunun həmsədrləri martın 15-dən 17-dək Bakı, Yerevan və Dağlıq Qarabağa gerçəkləşdirdikləri səfərin nəticələri barədə bəyanat yaymışlar. Bəyanatda bildirilir ki, həmsədrlər səfər müddətində Azərbaycan və Erm...
ANL
"İzvestiya Soveta Raboçix i Voennıx Deputatov" ("Fəhlə və hərbçi deputatları sovetinin xəbərləri") qəzetinin az qala hər nömrəsində baş məqalələr müsəlmanlara həsr olunur. Bu məqalələrin müəllifi müsəlman ictimai təşkilatları və müsəlman millətçiliyinin ziyanı haqqında danışır. O, müsəlman milliyyətçiliyindən tədricən ...
ANL
Behbudağa Şahtaxtinskinin xidmətləri və aqibəti. Siyasi görüşlərinin səviyyəsi etibarilə də Behbudağa Şahtaxtinski XX əsrin əvvəllərinin bolşevik dövlət xadimləri arasında fərqlənmişdir. Rəsmi dövlət orqanlarına təqdim etdiyi hesabatlarda və məktublarda onun analitik siyasi təfəkkürünün üstün imkanları qabarıq şəkildə ...
ANL
Ömrün fəsilləri. Mənalı ömür yaşamış, əsərləri zamanın bütün dönəmlərində öz aktuallığıını qoruyub saxlayan görkəmli ədib İlyas Əfəndiyevin yaradıcılığına qələm və söz adamlarının söylədiyi fikirlərdən ibarət "İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" toplusunun Muzey Mərkəzində təqdimat mərasimi keçirildi. Tədbiri giriş s...
ANL
Bakı-İzmir-Bakı aviareysi açılmışdır. Martın 18-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-İzmir-Bakı marşrutu ilə ilk sərnişin aviareysini yerinə yetirmişdir. Bakıdan uçan ilk təyyarədə olan 117 sərnişini və "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsini İzmirin "Adnan Menderes" Beynəlxalq hava ...
ANL
Bakıda II Beynəlxalq muğam müsabiqəsi davam edir. Martın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II Beynəlxalq muğam müsabiqəsi öz işini davam etdirmişdir. AzərTAc xəbər verir ki, "Muğam aləmi" II Beynəlxalq muğam festivalı çərçivəsində keçirilən müsabiqənin ikin...
ANL
Xalq yaradıcılığı bayrama yeni rəng gətirib. Milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişaf etdirilməsində böyük və əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev çıxışlarının birində Novruzun yaranma tarixinə toxunaraq deyib: "Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi onlardan qalm...
ANL
Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi. Azərbaycan Prezidenti İlham Əliyev şənlikdə iştirak etmişdir. Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 19-da Bak...
ANL
Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. - Əziz dostlar, hörmətli xanımlar və cənablar! Mən sizi və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına bu bayram günlərində xoşbəxtlik, cansağlığı arzulayıram. ...
ANL
O yurda dönə biləydik. Yurdumuza yaz gəlir, yenə də təbiət öz hüsnünü dəyişir. Çöllər, düzlər yaşıl örpəyə bürünməkdədir. Yerin üzündəki bu çağlayışa sanki göylər də tab gətirmir. Gecə-gündüz bulud göz yaşlarını torpağa ələyir. Beləcə, təbiətin naz vaxtı, yaz baxtı başlayır. Qışın buz bağrını öz zərif ləçəkləri ilə yar...
ANL
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə əməyi sayəsində Novruz bayramı və Azərbaycan aşıq sənəti 2009-cu ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi. Ötən ilin fevralında BMT Baş Məclisinin 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan edildi. Əslində, Novruz elə sü...
ANL
Novruz ulu tariximiz, müqəddəs ənənəmizdir. Hava soyuq keçsə də, yavaş-yavaş baharın ətri duyulur. Evlərdə, könüllərdə isə çoxdan bahardır. Neçə gündür həyətlərdə, ev-eşikdə yır-yığış gedir, səliqə-sahman işləri görülür. Səmənilər göyərdilir, şəkərbura, paxlava, qoğal bişirilir. Gəncə əsilli, köklü diyardır. Bu yerlərd...
ANL
Novruz bayramı tarixi mənbələrdə. Azərbaycan xalqı özünün erkən əkinçilik, maldarlıq təsəvvürləri ilə bağlı rəngarəng bayramlarını yaratmışdır. Ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan bu bayramları xalqımız bir-birindən oynaq, şirin və lətafətli nəğmələr, erkən təsəvvürlərlə bağlı miflər, ayin, etiqad, ə...
ANL
Sumqayıtın Novruz növraqı. Bütün bayramları maraqlı töhfələrlə qarşılamaq Sumqayıtda artıq ənənə şəklini alıb. İlk çərşənbədən başlayaraq şəhərin bayram əhval-ruhiyyəsinin əvvəlki illərdən fərqi o saat nəzərə çarpırdı. Müxtəlif yerlərdə Novruzun rəmzi olan səməni xüsusi işıqlandırma ilə quraşdırılmışdı, reklam tablolar...
ANL
Bəzən xatirələr də şam kimi alışa bilirmiş. Alovun dilinin kövrək titrəyişləri musiqi kimi səslənərək ömrü şəkil-şəkil geriyə vərəqləmək gücünə qadir imiş. İbn Sinanın arxasınca müdriklərin oxşar kəlamını xatırlayıram: eyni sulara iki dəfə girmək olmur, çünki həmişə sular axıb gedir, yeniləri gəlir. Lakin insan təfəkkü...
ANL
Azərbaycan cəmiyyətində radikal müxalifətə yer yoxdur. Martın 11-də mitinqin baş tutmamasından sonra Fəvvarələr meydanında icazəsiz aksiya keçirməyə cəhd edən Müsavat Partiyası ölkədə süni qarşıdurma yaratmaqda maraqlı olduğunu ortaya qoydu. Lakin hələ də meydan eyforiyası ilə yaşayaraq antikonstitusion vərdişlərindən ...
ANL
Parisdə azərbaycanlı deputat Avropada ali təhsilin inkişaf modellərini təqdim etdi. Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, Elm və Təhsil komitəsinin qurumun Fransa paytaxtındakı ofisində keçirilən növbəti toplantısı bir sıra ciddi məsələlərin müzakirəsi ilə diqqəti cəlb etmişdir. Yaz sessiyasının gündəliyində...
ANL
Daxili İşlər Nazirliyində orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqə komissiyasının iclası keçirilmişdir. Novruz bayramı ərəfəsində - martın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə nazirlikdə orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqə komissiyasının iclası ...
ANL
Azərbaycan ilə Surinam arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev martın 17-18-də Surinamda rəsmi səfərdə olmuşdur. Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, martın 18-də A.Mehdiyev Su...
ANL
Rənglərin harmoniyası. Sənət aləmində. Naxçıvanlı rəssam İlham Mirzəyev Berlində keçirilən beynəlxalq sərgidə birinci yeri tutub. Qəribə, adi çərçivələrə sığmayan təlatümlü bir insandır. Onu tanımayan ilk baxışdan müharibə iştirakçısı, hərbiçi kimi qəbul edər, həmsöhbətinin rəssam olduğunu ağlına da gətirməz. 80-ci ill...
ANL
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti Rusiyanın Şimali Qafqaz regionunda səfərdə olmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti martın 15-dən 17-dək Rusiya Federasiyasının (RF) Şimali Qafqaz regionunda səfərdə olmuşdur. QMİ-nin mətbuat ...
ANL
Daşkəsən belə təntənə görməmişdi. "Azərbaycanın Uralı" sayılan Daşkəsəndə martın 18-də hava da çox xoş idi. Çaparlar şəhər boyu dolaşır, insanları Novruz bayramına səsləyirdilər. Hər yandan mahnılar ucalır, şən gülüşlər eşidilir, adamlar dəstə-dəstə mərkəzi meydana axışırdılar. Güllü-çiçəkli meydanda xonçalar düzülmüşd...
ANL
Coğrafi məlumatlar sistemi üzrə treninqlər. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin struktur vahidlərində, yerli qurumlarında informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə edilir. Dövlət torpaq kadastrı xəritələri, digər tematik xəritələr bu sistemin ən son nailiyyətlərinin tətbiq edilməsi yolu ilə i...
ANL
Füzuli rayonunda Novruz şənliyi keçirilmişdir. Horadiz şəhərindəki Olimpiya-İdman Kompleksinin stadionunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir. Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova və insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova iştirak etmişlər. AzərTAc xəbər verir ki, qona...
ANL
Əsrlərin əks-sədası. Təbiətindən gələn uca hissləri ilə insanpərvər, humanist epitetləri adının qabağında əbədi yarlıq olan Azərbaycan xalqı tarixinin ən qarışıq, çətin məqamlarında da beynəlmiləl tərkibə rəvac verən amilləri dəyişməyi düşünməyib, həmişə ona uzanan əldən tutub, sədaqəti əvəz ummadan "köynəyinin yaxasın...
ANL
Türkiyənin Azərbaycandakı səfirliyində Novruz bayramı qeyd olunmuşdur. Martın 19-da Türkiyənin Azərbaycandakı səfirliyində Novruz bayramı münasibətilə qəbul təşkil edilmişdir. Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici dövlətlərin ölkəmizdəki səfirləri, türkiyəli iş adamları və ictimaiyyəti...
ANL
Avropa Parlamentində “Avropa İttifaqı-Azərbaycan münasibətləri: mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilmişdir. Martın 17-də Brüsseldə Avropa Parlamentində parlamentin Almaniyadan olan üzvü İsmayıl Ərtuğun himayəsi və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə Belçika-Azərbaycan Dostluq Cəmiyyəti t...
ANL
Novruz nəğmələri. Sən gələndə yaz olur. Xoşdur dədənin sazı, Yazda ötkəm avazı. Səndən mən can istərəm, Damara qan istərəm. Qanım təmiz gərək, Dosta sanım gərək. Sənsiz qanım olmaz, Cansız sanım olmaz. İllətimin loğmanı, Yamanlığın amanı, Səməni, ay səməni, Göyərdərəm mən səni. Göyərdərəm mən səni. Başım, dişim ağrımas...
ANL
Ordubadın memarlıq inciləri. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən "Azərbaycanın incisi" adlandırılan Ordubad təkcə təbii gözəllikləri, relyefi, flora və faunası ilə öyünmür. Burada tarixilik baxımdan diqqəti cəlb edən qədim yurd yerləri və məskənlər, həmçinin tarixi abidələr rayonda məskunlaşmış etnosla...
ANL
Azərbaycanın Tacikistandakı səfirliyi cəbhə bölgəsində erməni snayperinin qətlə yetirdiyi doqquz yaşlı azərbaycanlı Fariz Bədəlovla əlaqədar məlumatlar toplusu yaymışdır. Azərbaycanın Tacikistandakı səfirliyinin müşaviri İlham Zamanovun verdiyi məlumata görə, cəbhə bölgəsində erməni snayperinin qətlə yetirdiyi doqquz y...
ANL
Tarixi həqiqətlərin əks-sədası. Qədim və tarixi torpaqlarımızda erməni daşnaklarının soydaşlarımıza vəhşicəsinə divan tutması, onları öz yurd-yuvalarından didərgin salaraq qaçqına çevirməsi, minlərlə insanı qətlə yetirməsi faktlarla sübuta yetirilib. Tarix boyu davam edən bu qəddarlıq müxtəlif vaxtlarda çap edilən kita...
ANL
Uşaqlıq çağları böyüklərin ən çox yaddaqalan xatirələr dünyasıdır. Bütün hallarda uşaq dünyası özəllikləri ilə al-əlvan rənglərdən toxunmuş xalçaya bənzəyir: ilmələri göyqurşağından rəng alan minbir çeşnili, bənzəri olmayan naxışlı. Uşaq dünyasını olduğu kimi oxuculara təqdim edən nəşrlərin arasında "Tumurcuq" qəzetini...
ANL
Novruz bayramı Milanda da qeyd olunmuşdur. Azərbaycanın İtaliyadakı səfirliyi Novruz bayramı münasibətilə Milanda ziyafət təşkil etmişdir. Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, "Milan Marriott" mehmanxanasında keçirilmiş ziyafətdə diplomatik nümayəndəliyimizin dəvəti ilə 150-dək qonaq iştira...
ANL
"Buta" İncəsənət Mərkəzi Fransada və İngiltərədə Növrəsli qardaşlarının konsertlərinin təşkilatçılarından biri olmuşdur. "Buta" İncəsənət Mərkəzi yarandığı gündən etibarən istedadlı musiqiçilər Şahin, Arslan, Nurlan və Tərlan Növrəsli qardaşları ilə əməkdaşlıq edir. Bu müddətdə "Buta" İncəsənət Mərkəzinin iştirakı ilə ...
ANL
Şuşanın sənət aşiqləri. Şuşa təkcə əsrarəngiz təbiəti ilə deyil, xalqımızın milli-mənəvi dəyərlərinin beşiyi kimi də daim əziz tutulub, qonaq-qaralı olub. Azərbaycanın mədəniyyət tacı sayılan Şuşanın başı daim dumanlıdır. Əsrlərin yadigarlarını sinəsində saxlayan Şuşa bir könül şüşəsi kimi həm də çox incə və zərif idi....
ANL
Üzümçülük: mövcud vəziyyət, problemlər və perspektivlər. Azərbaycan tarixinin islama qədərki dövrünə aid mənbələr sübut edir ki, bu diyarda üzüm hələ qədim zamanlardan həm təzə halda, həm də emal sənayesində istifadə olunmaq məqsədilə becərilmişdir. Lakin üzümçülük və şərabçılığın sənaye əsasları ilə inkişafının təməli...
ANL
Müdafiə sənayesinin inkişafı ölkəmizin hərbi qüdrətini daim gücləndirir. Azərbaycanda yeni fəaliyyətə başlayan sənaye müəssisələri arasında xüsusən strateji əhəmiyyət kəsb edən müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyətə başlaması respublikamızın kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətdir...
ANL
Banqladeş Xalq Respublikasının Prezidenti zati-aliləri cənab Zillur Rəhmana. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Banqladeş arasında t...
ANL
II Beynəlxalq muğam festivalı çərçivəsində “Azərbaycan muğamının dostları” adlı görüş-konsert olmuşdur. Martın 19-da Azərbaycan Dövlət Muğam Teatrında “Azərbaycan muğamının dostları” adlı görüş-konsert keçirilmişdir. AzərTAc xəbər verir ki, “Muğam aləmi” II Beynəlxalq muğam festivalı çərçivəsində keçirilən konsert İraq...
ANL
Yunanıstan Respublikasının Prezidenti zati-aliləri cənab Karolos Papulyasa. Hörmətli cənab Prezident! Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Yunanıstan dövlətlərarası münasibətlərinin inkişafı, beynəlxalq qu...
ANL
Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Pakistan günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı, ist...
ANL
Sahə Qiymətləndirmə Missiyasının nəticələri işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətin aparılması ilə bağlı Azərbaycanın narahatlığının əsaslı olduğunu təsdiqləmişdir. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyət...
ANL
Azərbaycanın milli təhlükəsizlik orqanlarının şəxsi heyəti peşə bayramını qeyd etmişdir. Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 92 il ötür. AzərTAc xəbər verir ki, peşə bayramı münasibətlə milli təhlükəsizlik naziri ...
ANL
Milli Məclisdə görüş. Martın 28-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Komissiyasının sədri Sonq Kvanq Honun başçılıq etdiyi nümayəndə heyəti il...
ANL