text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan və Rusiya Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin həcminin artırılması imkanlarını nəzərdən keçirirlər. Bu gün Bakı-Novorossiysk marşrutu üzrə neft nəqlinin həcminin artırılaraq ildə 5 milyon tona çatdırılması məsələsi enerji təchizatı sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının gündəliyində du...
ANL
Azərbaycan nümayəndə heyəti İranda keçirilən II Beynəlxalq Novruz bayramı tədbirlərində iştirak etmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 27-28-də İranda keçirilən II Beynəlxalq Novruz bayramı tədbirlərində iştirak etmişdir. Bayram ...
ANL
Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olub. Vətəndaşlarımız xaos və anarxiya daşıyıcılarının deyil, inkişaf və yüksəliş təminatçısının tərəfindədirlər. Antiazərbaycan dairələrin tapşırığı ilə ifrat radikal müxalifət ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya v...
ANL
Bir müddət əvvəl yerli QHT-lərdən biri qrant layihəsi həyata keçirərək ölkə mediasının nümayəndələrinə pulsuz həkim müayinəsini təşkil etdi. Nəticələr gözləniləndən fərqli oldu. Bir sıra jurnalistlərin bəzi xəstəliklərə mübtəla olduğu üzə çıxdı. Bu məsələni təsadüfən xatırlatmadım. Sözümün canı var. Son günlər ölkənin ...
ANL
Radikal müxalifət Azərbaycanda sabitliyi pozmağa çalışan xarici qüvvələrin oyuncağına çevrilməməlidir. Müsahibimiz Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovdur. - İlyas müəllim, müxalifətin sosial bazası tükənən radikal qanadı mitinq keçirmək iddiasındadır. Sizcə bu addım daha çox süni gərginli...
ANL
AXCP antiazərbaycançı dairələrin ölkəmizdə süni gərginlik yaratmaqla bağlı sifarişlərini yerinə yetirir. Müsahibimiz Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır. - Radikal müxalifət yenidən küçələrə çıxmaq, vətəndaşları hakimiyyət əleyhinə qeyri-qanuni əməllərə sövq etmək istiqamətində fə...
ANL
Azərbaycan gəncliyi Heydər Əliyevin siyasi kursuna sadiqdir. Son zamanlar Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa cəhdlər biz gəncləri hiddətləndirir. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin möhkəmlənməsini, iqtisadi inkişafın geniş miqyas almasını, güclü vətəndaş cəmiyyətinin qurulmasını və hər...
ANL
Radikal müxalifət Azərbaycanı bir daha məhvə sürükləyə bilməyəcək. Azərbaycan sürətlə inkişaf edir. Bunu dünyanın beynəlxalq nüfuzlu maliyyə qurumları da öz hesabatlarında təsdiq edir. Azərbaycan MDB məkanında sosial-iqtisadi inkişaf tempinə görə lider ölkədir. Ölkəmizdə nəhəng enerji layihələri həyata keçirilib. Hazır...
ANL
Cəzasız qalmış cinayətlər. 1905-ci ildə silahlanmış erməni dəstələri Qafqazda etnik zəmində soyqırımı kimi dəhşətli bir cinayətin ilk müəllifləri olmuşlar. İki əsrdən artıq müddətdə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən təcavüzkar erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasətinin nəticələr...
ANL
Mənə bu hadisəni Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Güney Qışlaq kəndinin sakini Nəriman Ənnağı oğlu danışdı. XX əsrin əvvəlində baş vermiş bu qanlı hadisəni ona anası nağıl edib. Mən də erməni vəhşiliyinin bariz nümunəsi olan bu faciəni qələmə alıb oxucuların diqqətinə çatdırmağı özümə borc bildim. Balaca bi...
ANL
Mənə bu hadisəni Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Güney Qışlaq kəndinin sakini Nəriman Ənnağı oğlu danışdı. XX əsrin əvvəlində baş vermiş bu qanlı hadisəni ona anası nağıl edib. Mən də erməni vəhşiliyinin bariz nümunəsi olan bu faciəni qələmə alıb oxucuların diqqətinə çatdırmağı özümə borc bildim. Balaca bi...
ANL
Milli ruhu yaşadanlar. Bu kitab haqqında (Məfkurə Hüseynova (Adıgözəlova). "Eldar İsmayıl yaradıcılığının bəzi aspektləri") fikir söyləməyi ona görə lazım bildim ki, onun müəllifi mənim 40 illik iş yoldaşım, şeirə, bədii sözə hörmətlə yanaşan filoloq alimdir, tədqiqat obyekti isə 20 ilə yaxın bir müddətdə bizim doğma u...
ANL
Müxtəlif mədəniyyətlərin qovuşduğu Azərbaycan daha bir möhtəşəm ümumdünya məclisinə qucaq açır. Aprelin 7-9-da Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 5 qitədən çoxsaylı nümayəndələr iştirak edəcəkdir. Xəbər verdiyimiz kimi, bu il aprelin 7-dən 9-dək Azərbaycan daha bir möhtəşəm beynəlxalq tədb...
ANL
"Muğam aləmi" II Beynəlxalq muğam festivalına Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə yekun vurulmuşdur. Bir həftə ərzində Bakı "Muğam aləmi" II Beynəlxalq muğam festivalına ev sahibliyi etmişdir. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev...
ANL
İsrailin rusdilli jurnalistləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin üzvləri ilə görüşmüşlər. Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin vitse-prezidenti, "Moszelenstroy"un rəhbəri Mirəşrəf Fətiyevin təşkilatçılığı ilə Azərbaycana səfərə gəlmi...
ANL
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərhinə dair qərar qəbul etmişdir. F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsin...
ANL
Novruz bayramı Gədəbəydə də maraqlı, məzmunlu keçdi. Təbiiliyinə, rəngarəngliyinə, coşqunluğuna, əhatə dairəsinə və milli adət-ənənələrinin geniş təbliğinə görə də unudulmaz oldu. Bayram şənlikləri yeddi gün davam etdi. Rayon mərkəzindən tutmuş ən ucqar kəndlərə, sərhəd bölgələrinə kimi hər yanı bürüdü. Miskinlidə, Nov...
ANL
Azərbaycanı böyük uğurlara aparan iqtisadi inkişaf strategiyası. Mənsub olduğu xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmaq, milyonlarla insanın rəğbətini qazanaraq liderlik səviyyəsinə yüksəlmək heç də hər rəhbərə nəsib olmur. Yalnız hakimiyyəti millətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən və bunu əməli fəal...
ANL
Türkiyə Prezidenti "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqaviləni təsdiq etmişdir. AzərTAc Anadolu Agentliyinə istinadla xəbər verir ki, martın 28-də Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strate...
ANL
Azərbaycan ilə Meksika arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici siyasət idarəsinin rəhbəri xanım Patrisiya Espinoza ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ...
ANL
"Euronews" telekanalı "Azərbaycanda Novruz" adlı reportaj yayımlayır. AzərTAc xəbər verir ki, "Euronews" telekanalı "Azərbaycanda Novruz" adlı reportaj yayımlayır. Novruzun tarixi, adət-ənənələri haqqında ətraflı məlumat verilən reportajda vurğulanır ki, Novruz Azərbaycanın ən sevimli bayramlarındandır. Təbiətin oyanış...
ANL
Ölkəmizin siyasi və iqtisadi mövqeləri güclənən kimi antiazərbaycançı qüvvələr radikal müxalifəti fəallaşdırır. Zahid ORUC: "Müxalifətin süni qarşıdurma yaratmaq cəhdi, əslində, Qarabağdakı qondarma respublikanın rəsmiləşdirilməsinə hesablana bilər". Radikal müxalifət düşərgəsi böyük iddialarla yenidən mitinq həvəsinə ...
ANL
Radikal müxalifətin sosial bazası tam tükənib. Fərəc QULİYEV: "Bu qüvvələr xaricdəki ermənipərəst dairələrlə fəal əməkdaşlıq qurub". Radikal müxalifət dairələrinin Azərbaycanın əleyhinə fəaliyyət göstərən qüvvələrlə sıx əməkdaşlıq etdiyi heç kimə sirr deyil. Şübhəsiz ki, ifrat radikal müxalifətə "dayı"lıq edən antiazər...
ANL
Xam xəyallara düşməsinlər. Ötən əsrin sonlarında ölkəmizdə baş verən xaosu da görmüşük, özbaşınalığı daE Bu məmləkətin sakinləri nə Aydan təşrif buyurub, nə də okeanın o tayından. Həyat kimin haqlı, kimin haqsız olduğunu dəfələrlə göstərib. Əgər ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməs...
ANL
Doğrunu, yalanı çox dəqiq seçə bilirik. İşimin xarakteri ilə əlaqədar müxtəlif yaşlı, müxtəlif dünyagörüşlü insanlarla tez-tez görüşürəm. Görürəm ki, radikal müxalifətin kütləvi mitinqlərə çağırışı onlarda necə böyük qəzəb və hiddət doğurur. Biz xocalılılar radikal müxalifətin iç üzünə yaxşı bələdik. 1992-ci ildə iqtid...
ANL
Xalqın gözü tərəzidir. Uzun illərdir istehsalatda çalışıram. Keçən əsrin 90-cı illərinin əvvəllərində, AXC-Müsavat cütlüyünün qısa iqtidarı dövründə iqtisadi sahələrdə baş verən qanunsuzluq, sözün əsl mənasında dağıdıcılıq heç zaman yadımdan çıxmaz. Səs-küylü sexlərə birdən-birə sükut çökmüşdü. İşçilərin bir çoxu məcbu...
ANL
Azərbaycan gəncliyi radikal müxalifətin bədnam niyyətini qəbul etmir. Azərbaycanın bugünkü inkişafının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Biz gənclər də bu inkişafın, müstəqilliyimizin və ölkəmizin gələcəyinə istiqamətlənmiş siyasətin müasirləriyik. Respublikamızın ugurlu daxili siyasəti ilə yanaşı,...
ANL
Biz inkişafı dəstəkləyirik, mitinqi yox! Cəmiyyətin inkişafı ilk növbədə keçilən doğru yolla ölçülür. Çünki vətəninə, elinə, torpağına ləyaqətlə xidmət edənlər yaşadıqları və işlədikləri dövrdə keçilən yolda gördükləri işlərlə qarşılaşırlar. Yaxşı əməllərə görə minnətdarlıq, yarıtmaz işə, qulağının dibindən uzağı görmə...
ANL
Dövlətçiliyimizə qənim kəsilən radikal müxalifətin qarşısında ən kəskin sipər Azərbaycan gəncliyidir. Cəmiyyətimizin qəbul etmədiyi radikal müxalifət partiyalarının mitinq keçirmək niyyətinə düşməsi vətəninin, xalqının uğurları ilə fəxr edən hər bir azərbaycanlının hiddətinə səbəb olub. Biz bu müxalifətin iç üzünü, mər...
ANL
Gücümüzü qurub-yaratmağa sərf etməliyik. Bu gün Azərbaycana nə mitinq lazımdır, nə də iğtişaşlar. Yüz illərdən keçib gələn müqəddəs bir arzu-istəyimiz vardı - Azərbaycanı müstəqil görmək. Bu yolda qurbanlar verdik, oğullar itirdik. Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bütün sahələri...
ANL
Kurort turizminin inkişafı həmkarlar ittifaqlarının başlıca vəzifələrindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ilin "Turizm ili" elan olunması bu sahənin inkişafına, ölkənin turizm sənayesinin potensialının gücləndirilməsinə yeni perspektivlər açır. "Turizmin inkişafı üzrə Dövlət Proqramı"nın...
ANL
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilmişdir. Martın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari işlərin və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AzərTAc-a bildirmişlər ki, nazir Füzuli Ələkbərovun sədrliyi ilə ...
ANL
Cəzasız qalmış cinayətlər. 1905-ci ildə silahlanmış erməni dəstələri Qafqazda etnik zəmində soyqırımı kimi dəhşətli bir cinayətin ilk müəllifləri olmuşlar. XX əsrin əvvəllərində Bakının neft sənayesi sahəsində mövcud olan 167 müəssisəsindən cəmi 49-u azərbaycanlı kapitalistlərin əlində idi. Ermənilərin isə 55 firması v...
ANL
31 mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır. Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində bir sıra QHT-lərin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, deputatların, beynəlxalq və yerli QHT-lərin, KİV tə...
ANL
Vərəmlə mübarizədə Azərbaycan təcrübəsi əsas götürülür. Ümumbəşəri sosial bəla olan vərəm xəstəliyinə qarşı bütün dünyada, o cümlədən Azərbaycanda genişmiqyaslı mübarizə aparılır, vərəmin müalicəsi üzrə məqsədyönlü tədbirlər görülür, xüsusi qanun qəbul olunmuş, beynəlxalq təşkilatlarla əlaqəli surətdə müvafiq strategiy...
ANL
UŞAQ qatilləri. Ermənilərin hələ sovet dövründə bu rejimdən bəhrələnərək ötən əsrin 80-ci illərindən üzü bəri həyata keçirdikləri deportasiya, işğalçılıq və soyqırımı siyasəti yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması, qətlə yetirilməsi ilə nəticələndi. Azərbaycan xalqının mənəviyyatına, milli qür...
ANL
Aydın Sezgin: "Rusiyanın və Türkiyənin münasibətləri heç vaxt bu qədər yaxın olmamışdır". Rusiyanın və Türkiyənin münasibətləri heç vaxt bu qədər yaxın olmamışdır. Türkiyənin Moskvadakı səfiri Aydın Adnan Sezgin bu fikri İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko ilə görüşdə söyləmişdir. AzərTAc İTAR-TASS ag...
ANL
YAP Gənclər Birliyinin fəalları Qubadakı kütləvi məzarlığı ziyarət etmişlər. AzərTAc xəbər verir ki, martın 29-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) fəalları 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qubadakı kütləvi məzarlığı ziyarət etmişlər. Məlumat verilmişdir ki, burada qazıntı işləri...
ANL
İri fermer təsərrüfatlarının yaradılması torpaqdan daha səmərəli istifadə etməyə imkan verir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev 1993-cü il iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda ölkədə iqtisadi vəziyyət olduqca ağır idi. Azərbaycan beynəlxalq aləmdən təcrid olunmuşdu, ...
ANL
Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin ...
ANL
Xalqımıza qarşı törədilən cinayətlərə dolğun siyasi qiymət verən sənəd. Ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı həm də erməni yalanlarının dünyada ifşa olunması istiqamətində aparılan işlərin sistemli surətdə davam etdirilməsinə imkan yaratmışdır. Soyqırımı bütöv əhali qruplarının, etno...
ANL
Azərbaycan hakimiyyəti NATO qoşunlarının Liviyadakı hərəkətlərini təqdir edir. Azərbaycan hakimiyyəti BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Liviyanın hava məkanının qapadılması, dinc əhalinin müdafiəsi, habelə Liviya diktatoru Müəmmər Qəddafidən üsyançılara qarşı hərbi əməliyyatların dayandırılması və zorakılığa son qoy...
ANL
Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun və Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları azərb...
ANL
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yaymışdır. "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yaymı...
ANL
Üzü bəri baxan dağlar. Kəndimizi ovcuna alan, kövşənlərində ətirli çiyələk dərib şırran bulaqlarında baldırğan yığdığımız, Bakının nəfəs pörşəldən istisində zirvələrində qarın xarladığı, sıldırım gədiklərindən köhlən atla bir də keçmək arzusunu gəzdirdiyim dağları. Əslində, o dağları başqalarından fərqləndirən elə bir ...
ANL
Ermənilər tarixi torpaqlarımıza məqsədli şəkildə yerləşdirilmişdi. 1721-ci ildə İsveçlə çar Rusiyası arasında sülh müqaviləsi imzalandıqdan sonra yaranmış vəziyyətdən arxayınlaşan I Pyotr Qafqaza yürüşə çıxır. İki il ərzində Azərbaycanın Xəzəryanı bölgələrini və paytaxt Bakını işğal edir. Burada daha çox türk mənşəli m...
ANL
Zəngəzur faciələri. Azərbaycan Respublikası Dövlət Arxivinin məlumatlarında, rəsmi sənədlərdə, şahidlərin ifadələrində deyilir ki, erməni terror birləşmələri Zəngəzur qəzasında 115 Azərbaycan kəndini başdan-başa yandırıb külə döndərmişlər. Nəticədə təkcə Zəngəzur qəzasında 10068 nəfər günahsız soydaşımız öldürülmüş, yü...
ANL
Sarıqamışda, Ahılkələkdə, Şamaxıda qan su yerinə axıb. 1920-ci il aprelin 29-da İngiltərənin türklərə qarşı düşmənçiliyi ilə seçilən o zamankı baş naziri L.Georgi Qafqaz hadisələrinə icma palatasında münasibət bildirərkən demişdi: "...Çətinlik ondadır ki, Ermənistana vermək istədiyimiz geniş əraziyə erməniləri yerləşdi...
ANL
Yer üzünün zilləti. Ermənistan adlanan ərazidən soydaşlarımızın sonuncu deportasiyasından 23 il ötür. İki əsrdə ermənilərin xalqımızın başına gətirdikləri fəlakətlər 1988-ci ildə sonuncu deportasiya ilə nəticələndi. Ermənistan adlanan ərazidə boynu buruq qalmış yurd yerlərimiz bizi gözləyir. Ölkə Prezidenti İlham Əliye...
ANL
Qafqaz Müsəlmanları İdarəsi 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlamışdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlamışdır. Müraciətdə bildirilir...
ANL
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında soyqırımı qurbanlarının xatirəsi anılmışdır. Martın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, AHİK-nın sədri, Milli Məclisin deputatı Səttar ...
ANL
Məhkəmə sistemində şəffaflığın təmin edilməsi mövzusunda "dəyirmi masa" keçirilmişdir. Martın 30-da "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Məhkəmə-Hüquq Şurası ilə birgə, yerli QHT-lərin və beynəlxalq qurumların iştirakı ilə məhkəmə sistemində görülən işlər, əldə edilən nailiyyətlər və mövcu...
ANL
DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş müdavimlərin andiçmə mərasimi olmuşdur. Martın 30-da Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş müdavimlərin andiçmə mər...
ANL
Meksika Azərbaycan ilə parlamentlərarası əlaqələrə mühüm əhəmiyyət verir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya ilk rəsmi səfərinin ikinci günü - martın 29-da Konqresin Deputatlar Palatasında Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və palatanın beynəlxalq əlaqələr komitəsini...
ANL
Müsavatla AXCP-nin mövqeyi antiazərbaycançı şəbəkənin maraqları ilə tam üst-üstə düşür. Fəzail AĞAMALI: "Ölkəmizdə süni gərginlik və vətəndaş qarşıdurmasına zəmin yaratmaq üçün radikal müxalifətə xaricdən 40 milyon dollar ayrılıb". İddia və imkanları bir araya sığmayan radikal müxalifət fəaliyyəti ilə müstəqil Azərbayc...
ANL
Malayziyanın nüfuzlu "Oic today" jurnalında Azərbaycan haqqında məqalə dərc edilmişdir. Malayziyanın nüfuzlu "Oic today" jurnalının 31-ci buraxılışında Azərbaycanın tarixi, mədəniyyəti, təbii ehtiyatları, iqtisadiyyatı haqqında geniş məqalə dərc edilmişdir. Azərbaycanın Malayziyadakı səfirliyindən AzərTAc-a bildirmişlə...
ANL
"TRT" telekanalının Bakı nümayəndəliyinin Azərbaycanlıların soyqırımı günü ilə bağlı hazırladığı filmin təqdimatı olmuşdur. Martın 30-da Türkiyənin Azərbaycandakı səfirliyində "TRT" telekanalının Bakı nümayəndəliyinin 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı ekranlaşdırdığı "Niçin katledildik" ("Niyə qətl e...
ANL
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəkdə bu istiqamətdə real nəticələrə söykənən platformanın formalaşdırılmasına əsas olacaqdır. Xəbər verdiyimiz kimi, bu il aprelin 7-dən 9-dək Bakı daha bir möhtəşəm beynəlxalq tədbirə - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəkdi...
ANL
Toxunulmaz sərvətimiz. Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında nitq söyləyən Prezident İlham Əliyev humanitar elmlərlə bağlı bir sıra məsələləri diqqət mərkəzinə çəkərək bu sahədə aparılan bir sıra işlərin uğurlu və təqdirəlayiq cəhətlərindən danışaraq milli-mənəvi dəyərlərimizə, adət-ənənələrim...
ANL
Azərbaycanda sosial infrastruktur layihələri uğurla həyata keçirilir. Azərbaycan iqtisadi sahədə inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Yeni mərhələnin ən mühüm səciyyəvi cəhəti milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma pro...
ANL
Heydər Əliyevin geosiyasi təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə dövlətin sükanı arxasına keçməsi ilə ciddi xarici geosiyasi müdaxilələrə, kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, günü-gündən güclənən milli-vətəndaş qarşı...
ANL
Dövlətimizin gəncliyin inkişafı üçün istənilən layihəni reallaşdırmağa imkanı var. Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənclə görüşündə gənc nəsli maraqlandıran mühüm məsələlər müzakirə edildi. Mançestr Universitetinin "Mürəkkəb materiallar mühəndisliyi" ixtisası üzrə magis...
ANL
2010-cu il oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda erməni diasporundan olan jurnalistlər qarşısında verdiyi bəyanatlar, xüsusən də erməni tarixi ilə bağlı uydurmaları dünyanın hər yerində, xüsusilə də respublikamızda yalan və saxtakarlığın bariz nümunəsi kimi qarşılanmışdır. AzərTAc xəbər verir k...
ANL
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında "Sağlam həyat idmanla başlayır" mövzusunda tədbir keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında ümummilli liderin anadan olmasının 88-ci ildönümü ərəfəsində "Sağlam həyat idmanla başlayır" mövzusunda növbəti t...
ANL
Nikita Mixalkov: İrandan çıxarılan erməni ailələrini Dağlıq Qarabağda məskunlaşdıran məhz Qriboyedov olmuşdur. AzərTAc Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Oskar mükafatı laureatı, tanınmış rejissor Nikita Mixalkov Aleksandr Qriboyedov haqqında film çəkməyə hazırlaşır....
ANL
"Azərbaycanda dayanıqlı enerjinin inkişaf etdirilməsinə dəstək" layihəsi bərpa olunan enerji mənbələrindən praktiki istifadəyə imkan yaradacaqdır. BMT-nin İnkişaf Proqramı (BMTİP) artıq bir neçə ildir ki, Azərbaycanın "yaşıl iqtisadiyyat"a doğru irəliləməsinə yardım göstərir. AzərTAc xəbər verir ki, bu sözləri BMTİP-in...
ANL
Naxçıvanda müasir tipli səhiyyə ocaqlarının sayı ilbəil artır. Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurulması, onun maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanması prioritet istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən dövlət siyasət...
ANL
Pakistanda keçirilmiş "2011-ci il üzrə bahar festivalı" sərgisində Azərbaycan guşəsinə böyük maraq göstərilmişdir. Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkənin nüfuzlu ali təhsil ocağı olan Qayd-i Əzəm Universitetində "2011-ci il üzrə bahar festivalı" keçirilmişdir. Festival çərçivəsind...
ANL
Özbəkistanda Azərbaycan gəncləri günləri başa çatmışdır. Daşkənddəki Gənclər Yaradıcılıq Sarayında təşkil edilən təntənəli sərgidə gənc Azərbaycan rəssamları N.Vahabov, Ş.Qəhrəmanlı, A.Bandurina, L.Zeynalova, B.Yusifov, S.Məmmədov, A.Əziz Arif, H.Ələskərova, F.Salahova, N.Qocayev, X.Tağıyeva, A.Əmirova, A.Əzizov, R.Məm...
ANL
Bir ömrün kino salnaməsi. Xalqımızın tarixi keçmişini bugünə gətirən və sabaha aparan sahələrdən ən maraqlısı incəsənətin bir qolu olan kinodur. Teatr tamaşalarından fərqli olaraq, kinofilmlər daha uzunömürlü və yaşarlı hesab edilir. Kinonun incəsənət inciləri sırasına çıxarılmasında rejissorun dünyaya və hadisələrə fə...
ANL
Üzeyir Hacıbəyli "Arşın mal alan" operettasını 1913-cü ildə Peterburq Konservatoriyasında oxuyan zaman yazmışdır. O, bu əsəri əvvəlcə konservatoriyada dərs deyən müəllimi, professor Vasili Pavloviç Kalafatiyə, sonra onun məsləhəti ilə konservatoriyanın direktoru, böyük rus bəstəkarı A.Qlazunova təqdim etmişdi. Qlazunov...
ANL
Qarabağ həqiqətləri haqqında kitab Ukraynada nəşr olunmuşdur. Bu günlərdə akademik Budaq Budaqovun "Dağlıq Qarabağ və onun ətrafında hadisələr haqqında" kitabı Ukraynada işıq üzü görmüşdür. Sevastopol şəhərindəki "Delta" nəşriyyatı tərəfindən rus dilində çap olunmuş kitabda oxuculara Ermənistanın havadarlarının köməyi ...
ANL
Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskaytenin Azərbaycana rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Mayın 2-də Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Litva dövləti başçısının rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bay...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Dalya Qribauskaytenin təkbətək görüşü. Mayın 2-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Dalya Qribauskaytenin təkbətək görüşü olmuşdur. Prezident İlham ƏLİYEV qonağı salamlayaraq dedi: - Hörmətli xanım Prezid...
ANL
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Mayın 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Dalya Qribauskayte mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi: - Hörmətli xanım Prezident! Hörmətl...
ANL
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Mayın 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Dalya Qribauskayte mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi: - Hörmətli xanım Prezident! Hörmətl...
ANL
Heydər Əliyev Fondu ilə tanışlıq. Mayın 2-də Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte Azərbaycana rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunda olmuşdur. Litva dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar. Prezident İlham Əliyev və xanımı Mehriban Ə...
ANL
Ali qonağın şərəfinə. Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskaytenin şərəfinə rəsmi nahar verilmişdir. AzərTAc.
ANL
H.M.Paşayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə Hafiz Mi...
ANL
Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Bronislav Komorovskiyə. Hörmətli cənab Prezident! Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün Polşa xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Polşa əlaqələri dostluq və əməkdaşlıq zəm...
ANL
İzmirdə Avropa Məhkəməsinin gələcək fəaliyyəti müzakirə olunmuşdur. Avropa məkanında hüquq sistemlərinin təkmilləşdirilməsi və inkişafında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhkəməyə ildə 60 mindən çox şikayət daxil olur, insan haqlarının müdafiəsində mühüm presedentlər yar...
ANL
Azərbaycan səfirliyi İsveçrə Xarici İşlər Departamentinə etiraz notası vermişdir. Aprelin 29-dan Cenevrə şəhərində 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisi açılmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ermənistanın şərəf qonağı qismində iştirak etdiy...
ANL
Brüsseldə Avronest Parlament Assambleyasının təsis yığıncağı keçirilir. Belçikanın paytaxtı Brüsseldə Avronest Parlament Assambleyasının təsis yığıncağı keçirilir. İki gün davam edəcək iclasda Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə p...
ANL
Azərbaycan və Türkiyə birliyinin sarsılmazlığını göstərən növbəti qətiyyətli mövqe. Rəcəb Tayyib Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla əlaqələrimizin normallaşması mümkün deyil". Eyni dili, dini, tarixi paylaşan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı dinamik və çoxşaxəli xarakterə malik ...
ANL
Moskvada Azərbaycan etnomədəni komponentli məktəb əfsanəvi Kərim Kərimovun adını daşıyacaqdır. Moskvada 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta ümumtəhsil məktəbi bundan sonra Sosialist Əməyi Qəhrəmanı, Stalin, Lenin və SSRİ Dövlət mükafatları laureatı, Pilotlu Uçuşlar üzrə Dövlət Komissiyasının sədri (1966-...
ANL
Azərbaycan muğam sənəti ilə bağlı qanun layihəsi hazırlanıb. Mayın 2-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilmişdir. İclasda iki məsələ müzakirə edilmişdir. Əvvəlcə "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan...
ANL
Heydər Əliyev iqtisadi modeli müasir tərəqqinin əsasıdır. Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nadir və sanballı şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasət qrossmeysteri və əvəzedilməz lider - Heydər Əlirza oğlu Əliyev Azərbaycan tarixinin parlaq səhifələrini yazaraq ölkənin salnaməs...
ANL
İqtisadi inkişafdan modernləşməyə keçidi uğurla təmin edən lider. Azərbaycanın son illərdə ciddi makroiqtisadi uğurlara imza atması, beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsində aparıcı söz sahibi kimi çıxış etməsi, qlobal maliyyə böhranı şəraitində dinamik artım tempini qoruyub saxlaması dövlət idarəçiliyinin u...
ANL
Təşəbbüslər gerçəkliklə uzlaşır. "Qaradağ rayonu inkişaf edir, abadlaşır, yeni müəssisələr yaradılır. Qaradağ rayonu əslində ölkə miqyasında böyük sənaye mərkəzinə çevrilməlidir". Ölkəmizdə sosial-iqtisadi inkişafın yeni mərhələsi uğurla davam edir. Regionlarda, eləcə də Bakıətrafı qəsəbələrdə ayrı-ayrı sahələr üzrə ko...
ANL
Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 33-cü cildi çapdan çıxmışdır. "Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti apardığı iqtisadi-sosial siyasət nəticəsində xalqın rifah halını ilbəil yaxşılaşdıracaqdır. Bizim indiyə qədər gördüyümüz işlər, iqtisadiyyatda yaratdığımız əsaslar, Azərbaycanın zəngin təbii sərvətlərinin...
ANL
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin inzibati binasında yenidənqurma işləri aparılmış və yeni nəsil teleradio avadanlıqları quraşdırılmışdır. Mayın 2-də inzibati binasında yenidənqurma işləri aparılmış və yeni nəsil teleradio avadanlıqları quraşdırılmış Naxçıvan Muxtar Respubl...
ANL
Azərbaycan Ordusu təcavüzkar düşmən üzərində qələbəni təmin etmək əzmindədir. İyunun 26-da yaranmasının 93-cü ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Ordusu mövcudluq tarixinin genişmiqyaslı hərbi quruculuq və islahatlar mərhələsi kimi dəyərləndirilə biləcək mərhələsini yaşayır. Azərbaycan Silahlı Qüvvələrinin kəm...
ANL
Türkiyənin İğdır şəhərində Heydər Əliyev liseyinin rəsmi açılışı olmuşdur. Türkiyənin İğdır şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan liseyin rəsmi açılışı olmuşdur. Mərasimdə Baş nazir Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. Türkiyənin Baş naziri demişdir ki, bu mərasimdə iştirak məni...
ANL
İslam Konfransı Təşkilatı Komissiyasının 34-cü sessiyasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu haqqında qətnamə layihəsi qəbul edilmişdir. Keçən həftə Ciddə şəhərində keçirilmiş İslam Konfransı Təşkilatının (İKT) iqtisadi, mədəni və sosial məsələlər üzrə komissiyasının 34-cü sessiyasında Dialoq...
ANL
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestri fəaliyyətə başlamışdır. Aprelin 28-29-da Ədliyyə Nazirliyində icra hakimiyyəti orqanlarının, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin aidiyyəti əməkdaşları üçün metodiki seminarla...
ANL
"Vergilər Nazirliyinin əsas vəzifələrindən biri sahibkarlığın inkişafının gələcəkdə də stimullaşdırılmasıdır". Müsahibimiz vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirovdur. - Dünya maliyyə-iqtisadi böhranı dövründə Azərbaycanda real sektorun inkişafını stimullaşdırmaq üçün...
ANL
Bank nəzarətinin tənzimlənməsi. Prezident İlham Əliyevin davamlı, çevik siyasəti nəticəsində həyata keçirilən iqtisadi islahatlar ölkənin sosial-iqtisadi həyatında köklü dəyişikliklər yaratmış və uğurlu nəticələr əldə edilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı dinamik xarakter almış, dayanıqlı makro-iqtisa...
ANL
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Slovakiyada səfərdə olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Matsejkovanın dəvəti ilə aprelin 26-dan 29-dək...
ANL
Azərbaycanlı alim Beynəlxalq simpoziumda məruzə etmişdir. Dünyada məşhur türk coğrafiyaşünası və tarixçisi Övliya Çələbinin 10 cildlik "Səyahətnaməsi" on yeddinci əsrdə yaransa da bugünədək əhəmiyyətini itirməmişdir. Görkəmli səyyahın həyat və yaradıcılığına həsr olunan müxtəlif tədbirlər həm onun doğma vətəni Türkiyəd...
ANL
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsi müzakirə olunmuşdur. Mayın 2-də kənd təsərrüfatı naziri İsmət Abasov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət ...
ANL