text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Mədəniyyətin inkişafına xidmət edən tədris müəssisəsi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yarandığı gündən ölkədə milli mədəniyyətin inkişaf səviyyəsi bu tədris müəssisəsinin yetişdirdiyi kadrların sayəsində mümkün olmuşdur. Milli mədəniyyətin inkişafı, zənginləşməsi kimi müqəddəs bir missiyanın ağı...
ANL
Dünən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sahil bağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş gül bayramı keçirilmişdir. Tədbirdə rayonun ərazisində yerləşən idarə və müəssisələrin, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul etmişdir. Vadim Zaytsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamla...
ANL
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 1941-1945-ci illər Böyü...
ANL
Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanın iqtisadi inkişafındakı xidmətlərinə görə Məmməd Əhməd oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif ed...
ANL
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikas...
ANL
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərba...
ANL
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis e...
ANL
Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında bu günə qədər aqrar sahədə keçirilən islahatların nəticəsi olaraq həmin sektorda əsaslı dəyişikliklər...
ANL
İçərişəhərlə tanışlıq. Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 3-də dünya mədəni irs abidələrindən olan İçərişəhəri gəzmişlər. Gəzinti zamanı L...
ANL
Azərbaycan xalçaları Litva Prezidenti xanım Dalya Qribauskayteni valeh etmişdir. AzərTAc xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Litva Prezidenti xanım Dalya Qribauskayte mayın 3-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında olmuşdur. Hörmətli qonağa gül dəstəsi təqdim edilmişdi...
ANL
Azərbaycanın Baş naziri Artur Rasizadə və Litva Prezidenti Dalya Qribauskayte birgə işçi nahar etmişlər. Mayın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte birgə işçi nahar etmişlər. Səmimi söhbət zamanı Azərbaycan il...
ANL
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte mayın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş...
ANL
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte mayın 3-də Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qaro...
ANL
Avronest Parlament Assambleyası təsis olunmuşdur. AzərTAc xəbər verir ki, mayın 3-də Brüsseldə Avronest Parlament Assambleyası təsis edilmişdir. Azərbaycanın da təmsil olunduğu qurumun təsis toplantısına Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə pa...
ANL
"Azərbaycan gəncliyi İlhamla irəli" adı altında gənclərlə görüş keçirilmişdir. Mayın 3-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi və respublikamızın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə gənclərlə "Azərbaycan gəncliyi İlhamla irəli" adı altında görüş keçirilmişdir. AzərTAc xəbər verir ki,...
ANL
Əli Əhmədov: Azərbaycan gəncləri ulu öndər Heydər Əliyev irsinə dərin hörmətlə yanaşırlar. Gənclərin ulu öndər Heydər Əliyev irsini dərindən öyrənməsi, ümummilli liderin siyasətinin həyata keçirilməsi, bu dahi şəxsiyyətin Azərbaycan xalqına gətirdiyi faydalarla bağlı informasiyaların yenilənməsinə və genişlənməsinə böy...
ANL
Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının qərargahında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müza...
ANL
Azərbaycan Respublikası Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-a verdiyi müsahibəsində Azərbaycan gəncliyinin inkişafı və gənc nəslin qarşısında duran əsas vəzifələrlə əlaqədar bir sıra aktual məsələləri şərh etmişd...
ANL
AzərTAc xəbər verir ki, müzakirələrdə dövlət proqramının hazırlanması ilə bağlı konkret təkliflər nəzərdən keçirilmiş, gənclərin problemlərinin həllinə təsir edən mexanizmlərə baxılmışdır. Əvvəlcə işçi qrupları çərçivəsində gənclərin sosial müdafiəsi və sağlamlığı, məşğulluğu və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi,...
ANL
Argentinanın "Revista Megatrade" jurnalında Azərbaycan ilə bağlı geniş məqalə dərc olunmuşdur. Latın Amerikasında geniş oxucu auditoriyasına malik "Revista Megatrade" jurnalında "Qafqazın sürətlə inkişaf edən ölkəsini tanıyaraq" sərlövhəli geniş məqalə dərc edilmişdir. AzərTAc xəbər verir ki, yazıda Azərbaycanın son dö...
ANL
Müasir Azərbaycan Heydər Əliyev ideyaları ilə uğurlu inkişaf yolundadır. Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf trayektoriyası istər dünya ölkələri, istərsə də bey...
ANL
Müqəddəs missiya. Qədim və kəşməkəşli tarixə malik Azərbaycan xalqı əsrlər boyu öz müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin təbii sərvətlərinə, əlverişli geosiyasi mövqeyinə görə vətənimiz daim güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb. Bununla belə, xalqımız öz mövcudluğunu qoruy...
ANL
Azərbaycan və Belarusun təhlükəsizlik strukturları arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant Vadim Zaytsev mayın 3-də ölkəmizə rəsmi səfərə g...
ANL
Konstitusiya Məhkəməsi plenumunun iclası olmuşdur. Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi plenumunun növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin müraciəti və S.Xəlilovanın şikayəti üzrə konstitusiya işinə baxılmışdır. Konstitusiya Məhkəməsi plenumu iş üzrə hakim...
ANL
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Rusiya-Azərbaycan mədəni əlaqələri AzərTAc və İTAR-TASS agentliklərinin fotoşəkillərində". Mayın 3-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Rusiyanın ölkəmizdəki səfirliyi tərəfindən Azərbaycan Dövlət Teleqraf Agentliyi (Azər...
ANL
Çexiyanın sığorta-pensiya orqanının nümayəndə heyəti Azərbaycanda səfərdədir. Çexiya Respublikasının sığorta-pensiya orqanının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Mayın 7-dək davam edəcək səfər zamanı iki ölkə arasında sosial təminat sahəsi ilə bağlı yeni saziş layihəsi və bir sıra digə...
ANL
Özbəkistan Azərbaycan ilə hüquqi əməkdaşlığın inkişafında maraqlıdır. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanda səfərdə olan Özbəkistanın baş prokuroru Rəşitjan Kodirov mayın 3-də ədliyyə naziri Fikrət Məmmədov ilə görüşmüşdür. Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq m...
ANL
Özbəkistan Respublikası Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunda olmuşdur. Azərbaycan və Özbəkistan respublikaları prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Özbəkistan Respublikasının baş prokuroru Rəşitjan Kodirovun rəhbərlik etdiyi nümayəndə hey...
ANL
Özbəkistanın baş prokuroru Ali Məhkəmədə olmuşdur. Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının baş prokuroru Rəşitjan Kodirovun başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür. Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ramiz Rzayev Özbəkistan...
ANL
Özbəkistanın baş prokuroru Azərbaycanın daxili işlər naziri ilə görüşmüşdür. Mayın 3-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistanın baş prokuroru Rəşitjan Kodirovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən A...
ANL
“Elektron imza”nın istifadəsi üçün yaradılmış infrastrukturun təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, mayın 3-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Microsoft” korporasiyasının artıq ənənəyə çevrilmiş “Microsoft Innovation Day" (Microsoft İnnovasiyalar günü) çərçivəsində Milli Sertifikasiya Xidmətləri ...
ANL
Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilmişdir. Mayın 3-də Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya...
ANL
Mətbuat Şurasında Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı “dəyirmi masa” keçirilmişdir. Azərbaycan Mətbuat Şurasında 3 May - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı “dəyirmi masa” keçirilmişdir. AzərTAc xəbər verir ki, YUNESKO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının və Beynəlxalq Mətbuat İnstitutunun ...
ANL
Dərin və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda tarixən sufilik digər təriqətlərlə bərabər əsasda inkişaf etmişdir. Həmin illərdə mən müntəzəm olaraq Azərbaycana dair jurnal alırdım. Bu ölkə ilə bağlı bütün məlumatları izləyirdim. Bilirəm ki, dərin və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda tarixən suf...
ANL
Filologiya elmləri doktoru Abid Tahirlinin növbəti kitabı "İdrak işığında" adlanır. Müəllif ayrı-ayrı illərdə qələmə aldığı və mətbuatda dərc etdirdiyi ədəbi-tənqidi, elmi-publisistik məqalələrinin bir qismini bu kitab vasitəsilə yenidən oxuculara təqdim edir. Yeni nəşr Azərbaycan ədəbiyyatının və publisistikasının gör...
ANL
Azərbaycan-Ukrayna əməkdaşlığı yeni mərhələyə qədəm qoymuşdur. Ulu öndər Heydər Əliyevin xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev Ukrayna ilə də ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Sovet dönəmindən mövcud olan iqtisadi əlaqələrin davam etdirilməsi hər iki dövl...
ANL
Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 34-cü kitabı çapdan çıxmışdır. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 34-cü kitabı çapdan çıxmışdır. Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. AzərTAc xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ü...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli...
ANL
B.A.Nağdəliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan...
ANL
Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir. Mayın 3-də http://www.baltic-course.com/rus/baltija portalında "İlham Əliyev: Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir" sərlövhəli məqalə yerləşdirilmişdir. Bu məqalə Litva Prezidenti Dalya Qribauskaytenin Azərbaycana rəsmi ...
ANL
Müasir İncəsənət Muzeyində "Sənət inciləri" adlı sərgi açılmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgi ilə tanış olmuşdur. Mayın 4-də Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə Bakıdakı Müasir İncəsənət Muzeyində "Sənət inciləri" adlı maraqlı sərgi açılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev F...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın məşhur "Van Cleef & Arpels" evinin prezidenti Stanislas de Kersiz ilə görüşmüşdür. Mayın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva "Sənət inciləri" sərg...
ANL
Mehriban xanım Əliyeva: "Azərbaycan dövləti Luvr Muzeyində aparılan bərpa işlərinə maddi dəstək vermişdir". Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 4-də Müasir İncəsənət Muzeyində Fransanın məşhur Luvr Mu...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tanınmış fransız kinoaktrisası Katrin Denev ilə görüşmüşdür. Mayın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Müasir İncəsənət Muzeyində tanınmış fransız kinoaktri...
ANL
Əli Həsənov: "İctimai Palatanın iflası təbiidir". "Freedom House"a qeyri-ciddi təşkilat kimi yanaşırıq". Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi. - Azərbaycanda hazırkı ictimai-siyasi durumu necə qiymətləndirirsiniz? Ölkə öz ahəngi ilə yaşayır, parlament ...
ANL
"Azərbaycanda aqrar islahatlar: Tənəzzüldən ərzaq təhlükəsizliyinə doğru" kitabı çapdan çıxmışdır. Akademik Qərib Məmmədovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyinə ithaf etdiyi "Azərbaycanda aqrar islahatlar: Tənəzzüldən ərzaq təhlükəsizliyinə doğru" kitabı çapdan çıxmışdır. Kitabın redaktoru tari...
ANL
YAP Qadınlar Şurası "Tarix və müasirlik. XXI əsrin çağırışlarına cavab" mövzusunda konfrans keçirmişdir. Mayın 4-də Yasamal Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Tarix və müasirlik. XXI əsrin çağrışlar...
ANL
Azərbaycanlı deputat Avronest Parlament Assambleyası sədrinin müavini və büro üzvü seçilmişdir. Xəbər verdiyimiz kimi, mayın 3-də Avropa Parlamentinin Brüsseldəki mənzil-iqamətgahında Avronest Parlament Assambleyasının (PA) təsis yığıncağı keçirilmişdir. Yığıncaqda ölkəmizi Milli Məclis Sədrinin birinci müavini Ziyafət...
ANL
Serbiyanın Xarici İşlər Nazirliyinin binasında Azərbaycan salonu açılmışdır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyada rəsmi səfərdədir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində mayın 3-də azərbaycanlı nazirin və Serbiyanın xarici siyasət idarəsinin ...
ANL
bp və AMEC yeni müqavilə imzalayıblar. bp və AMEC şirkətləri bu günlərdə yeni müqavilə imzalayıblar. Müqavilə AMEC tərəfindən mühəndis-texniki və kiçik layihələrin idarə edilməsi xidmətlərinin göstərilməsini nəzərdə tutur. Müqavilənin dəyəri 600 milyon ABŞ dolları həcmindədir. Yeni müqavilə də AÇG və "Şahdəniz" dəniz q...
ANL
Azərbaycanın müasirləşməsi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, ictimai-siyasi və sosial həyatda tərəqqinin - müasirləşmənin otuz ildən artıq bir dövrünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi həqiqətdir. Heydər Əliyev 1969-cu ilin ikinci yarısı...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiq edilmişdir. GİRİŞ. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)" ölkənin bütün regio...
ANL
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası keçirilmişdir. Mayın 4-də Nəqliyyat Nazirliyində Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda Baş nazirin müavini, komissiyanın sədri Abid Şərifov çıxış edərək respublikamızın ...
ANL
Luvr Muzeyinin direktoru Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Ölkəmizə səfərə gəlmiş Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret mayın 4-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında tikinti işləri...
ANL
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Şuşanın, Laçının və Kəlbəcərin işğalı günləri ilə bağlı bəyanat yaymışdır. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Şuşanın, Laçının və Kəlbəcərin işğalı günləri ilə bağlı bəyanat yaymışdır. Bəyanat BMT-nin baş katibi Pan G...
ANL
Aşqabadda "Türk xalqlarının mədəni irsi" mövzusunda Beynəlxalq festival və elmi konfrans ümumtürk mədəniyyət bayramına çevrilmişdir. Türkmənistanın paytaxtı Aşqabadda "Türk xalqlarının mədəni irsi" mövzusunda Beynəlxalq festival və elmi konfrans keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərT...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Sabirabad və Saatlı rayonlarına səfəri. Sabirabadda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhəri...
ANL
Prezident İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonr...
ANL
Sabirabadın Qasımbəyli kəndində ictimaiyyətin nümayəndələri ilə görüş. Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin açılışından sonra Qasımbəyli kəndində əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbinə gəlmi...
ANL
Qasımbəyli kəndində əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanışlıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Sabirabadın Qasımbəyli kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdən sonra əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbin binası ilə tanış olmuşdur. Dövlətimizi...
ANL
Prezident İlham Əliyev Qasımbəyli kəndində tikilmiş yeni evlərlə tanış olmuşdur. Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Sabirabadın Qasımbəyli tam orta məktəbi ilə tanışlıqdan sonra ötən ilin mayında Kür çayının daşması nəticəsində bu kənddə evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olmuşdur...
ANL
Sabirabadın Əsgərbəyli kəndinin sakinləri ilə görüş. Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Qasımbəylidə tikilmiş yeni evlərlə tanışlıqdan sonra Əsgərbəyli kəndində olmuşdur. Dövlət başçısı onu səmimiyyətlə qarşılayan kənd sakinləri ilə görüşüb söhbət etmişdir. Sakinləri salamlayan Prezident İlham ƏLİYEV dedi: G...
ANL
Prezident İlham Əliyev Saatlı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Sabirabada səfərini başa çatdıraraq Saatlı rayonuna gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzindəki parkda ucaldılmı...
ANL
Prezident İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Prezident İlham Əliyevə yolun tex...
ANL
Saatlı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş. Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Saatlı-Musalı-Məzrəli avtomobil yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar. Rayon ictimaiyyətinin nümayəndələri...
ANL
Prezident İlham Əliyev "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Saatlı "Aqroservis" filialının açılışında iştirak etmişdir. Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşdən sonra "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Saatlı "Aqroservis" filialının açılışında iştirak etmişdir. Filial...
ANL
Bəhreynin Kralı əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə. Əlahəzrət! Nənəniz Şahzadə Muza bint Həməd Al Xəlifənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə, bütün Bəhreyn xalqına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! İlham ƏLİYEV, ...
ANL
Küveyt Dövlətinin Əmiri əlahəzrət Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabaha. Əlahəzrət! Qardaşınız Şeyx Xalid Əl-Əhməd Əl-Cabir Əl-Sabahın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! İlham ƏLİYE...
ANL
Bakı Dövlət Universitetində "Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi keçirilmişdir. Mayın 5-də Bakı Dövlət Universitetində "Heydər Əliyev məktəbi"nin ümummilli liderin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş məşğələsi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının məsul əməkdaş...
ANL
AzərTAc-ın voleybol komandası ölkə KİV-ləri arasında keçirilən turnirin qalibi olmuşdur. Mayın 5-də Azərbaycan Voleybol Federasiyasının idman zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə kütləvi informasiya vasitələrinin komandaları arasında keçirilən voleybol turnirinə yekun vurulmuşd...
ANL
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Viktor Ozerovun şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2009-cu il 2 iyul tarixli qə...
ANL
Almaniyanın Azərbaycandakı səfiri YAP-ın sədr müavini ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, mayın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ilə görüşmüşdür. Ə.Əhmədov Azərbaycan ilə Almaniya arasında si...
ANL
Heydər Əliyevin xarici siyasət xətti və müasirlik. Ölkəmizin ən yeni tarixinin bütöv bir dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit böyük siyasətçi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dün...
ANL
"Əgər güclü ictimai nəzarət olmasa, əgər Azərbaycanda azad cəmiyyət formalaşmasa, bizim iqtisadi uğurlarımızın gələcəyi olmayacaq, ancaq müvəqqəti xarakter daşıyacaqdır. Ona görə də son illər ərzində Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölk...
ANL
Boris Tadiç: Serbiya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəkləyir. Serbiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu mayın 4-də bu ölkənin Prezidenti Boris Tadiç qəbul etmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmət...
ANL
Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur. Mayın 4-5-də Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Monteneqronun xarici işlər naziri Milan Roçenin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bild...
ANL
Səlahəddin Xəlilovun “Elm haqqında elm” kitabı Elmin İnkişafı Fonduna təqdim olunmuşdur. AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun “Elm haqqında elm” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna (EİF) təqdim olunmuşdur. Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik Ramiz Mehdiyev, ...
ANL
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Heydər Əliyev və məcburi köçkün gənclər" mövzusunda tədbir keçirilmişdir. Mayın 5-də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı qaçqın və məcburi köçkün məktəblilə...
ANL
Azərbaycan və Litvanın vergi orqanları arasında texniki əməkdaşlıq haqqında saziş imzalanmışdır. Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri Modestas Kaseliauskasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir. Səfərdə məqsəd vergitutma sahəsində iki ölkənin ve...
ANL
Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Serbiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 4-də bu ölkənin parlamentinin sədri, xanım Slavitsa Cukiç-Deyanoviç ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildir...
ANL
Bakı Apelyasiya Məhkəməsinin hakimləri və əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar. Mayın 5-də Bakı Apelyasiya Məhkəməsinin hakimləri və əməkdaşları Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara fondun fəaliyyəti haqqında ətraflı ...
ANL
"Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir" mövzusunda elmi konfrans keçirilmişdir. Mayın 5-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlılarının İcması" İctimai Birliyinin qərargahında Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı "Şuşa Azərbaycanın tarixi mədəniyyət mə...
ANL
Dövlət İdarəçilik Akademiyasında elmi konfrans keçirilmişdir. Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında aspirant və dissertantların "Heydər Əliyevin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu strategiyası" mövzusunda elmi konfransı keçirilmişdir. DİA-nın Mətbuat və...
ANL
Heydər Əliyevin sosial müdafiə strategiyası bu gün uğurlu bəhrələrini verir. Dövlət Sosial Müdafiə Fondunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyə...
ANL
Naxçıvan Dövlət Universitetində Heydər Əliyev həftəsi keçirilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümu münasibətilə Naxçıvan Dövlət Universitetində ənənəvi "Heydər Əliyev həftəsi" çərçivəsində silsilə tədbirlər keçirilir. Öncə ulu öndərin Naxçıvan şəhərindəki abidəsi ziyar...
ANL
"Heydər Əliyev və qadın siyasəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Mayın 5-də Beynəlxalq Mətbuat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə "Heydər Əliyev və qadın siyasəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, nazirliklərin, ...
ANL
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar. Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı ziyarətə g...
ANL
Milli dövlətçiliyimiz məhz Heydər Əliyevin müdrik və yenilməz iradəsi sayəsində yeni inkişaf dövrünə qədəm qoymuşdur. Mayın 5-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, akademiyanın prorektor...
ANL
Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin birgə təşəbbüsü ilə diffamasiya haqqında qanun layihəsi ətrafında müzakirələr aparılmışdır. Mayın 5-də Azərbaycan Mətbuat Şurasının (MŞ) və ATƏT-in Bakı ofisinin birgə təşəbbüsü ilə diffamasiya haqqında qanun layihəsi ətrafında müzakirə keçirilmişdir. AzərTAc xəbər verir ki, t...
ANL
Fransa Senatı qondarma erməni soyqırımını inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsini rədd etmişdir. Xəbər verdiyimiz kimi, Fransa Senatı qondarma erməni soyqırımını inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsini rədd etmişdir. Senatın müzakirələrində iştirak edən 290 senatorundan 270-i qanun layih...
ANL
Azərbaycanda "İnsan alverinə qarşı mübarizə həftəsi" çərçivəsində tədbirlər həyata keçiriləcəkdir. AzərTAc xəbər verir ki, bu barədə ATƏT-in Bakı ofisinin Daxili İşlər Nazirliyi, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə birlikdə mayın 5-də "Landmark" mehmanxanasında keçirdiyi mətbuat konfransında məlumat veri...
ANL
Bazar iqtisadiyyatının Azərbaycan modeli. İqtisadi potensialından asılı olmayaraq müasir dövrdə hər bir dövlətin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardan biri də məhz milli lider amilidir. Milli lider fenomeninin müəyyən etdiyi mütərəqqi inkişaf modeli ölkənin mövcud potensialını hərəkətə gətirməklə yanaşı, on...
ANL
Əlillərin hüquqlarının müdafiəsi daha da təkmilləşdirilir. 5 may - Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Günüdür. Bu münasibətlə mayın 5-də Ombudsman Aparatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Əlil Təşkilatları İttifaqı ilə birgə "Əlilliy...
ANL
Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda II beynəlxalq konfrans işini davam etdirir. Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda II beynəlxalq elmi konfrans işini bölmə iclasları...
ANL
Fransanın Luvr Muzeyinin direktoru Anri Luaret Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur. Fransanın Luvr Muzeyinin direktoru Anri Luaret mayın 5-də Bakının yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur. Qonağa məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin İmişli və Ağcabədi rayonlarına səfəri. İmişlidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Saatlıya səfərini başa çatdıraraq İmişli rayonuna gəlmişdir. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin İmişli şəhərinin m...
ANL
Prezident İlham Əliyev İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Prezident İlham Əliyev mayın 5-də İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə yolun əvvəlki və indiki vəziyyətini əks etdirən foto...
ANL
Prezident İlham Əliyev İmişlidə "Azərsun Holdinq" şirkətinin müəssisələri ilə tanış olmuş, yem fabrikinin açılışında, kəllə qənd zavodunun təməlqoyma mərasimində iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də İmişli rayonuna səfəri çərçivəsində "Azərsun Holdinq" şirkətinin müəssisələri ilə tanış olmuş,...
ANL
İmişlidə Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Prezident İlham Əliyev mayın 5-də İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı kompleksin açılışını bildirən lenti kəsdi. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə bildirdi ki, bu, ölkədə istifadəyə veri...
ANL