text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş. Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev İmişli Olimpiya İdman Kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. İctimaiyyətin nümayəndələri dövlət başçısını hərarətlə qarşıladılar. Prezident İlham ƏLİYEV çıxış edərək dedi: - Əziz ... | ANL |
Prezident İlham Əliyev İmişlidə Araz çayının yeni qolunun üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etmişdir. Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində Araz çayının yeni qolunun üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etmişdir. Dövlət başçısı körpünün te... | ANL |
Prezident İlham Əliyev Ağcabədi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Mayın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlmişdir. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül də... | ANL |
Ağcabədidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanışlıq. Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Ağcabədiyə səfəri çərçivəsində rayonun mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olmuşdur. Dövlət başçısının diqqətinə çatdırıldı ki, ölkəmizdə aparılan abadlıq-... | ANL |
Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi ilə tanışlıq. Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi şəhərinin mərkəzində yerləşən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur. Azərbaycan Prezidentinə məlumat verildi ki, 1,7 hektar ərazisi olan parkda yerləşən Qarabağ Muğam Mərkəzi 200... | ANL |
Prezident İlham Əliyev Ağcabədidə əsaslı təmirdən sonra istifadəyə verilən rayon mədəniyyət evində görülən işlərlə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədiyə səfəri çərçivəsində mayın 6-da şəhərin Heydər Əliyev prospektində yerləşən və əsaslı təmirdən sonra istifadəyə verilən Yaqub Məmmədov adına ray... | ANL |
Ağcabədi şəhərində Şahmat Məktəbinin yeni binası istifadəyə verilmişdir. Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospektində yeni inşa olunan Şahmat Məktəbinin binasının açılış mərasimində iştirak etmişdir. Dövlət başçısı binanın açılışını bildirən lenti kəsdi və məktəblə yaxından tanış o... | ANL |
Ağcabədidə Mərkəzi Rayon Xəstəxanasının təməli qoyulmuşdur. Mayın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi şəhərinin Hüsü Hacıyev küçəsində inşa olunacaq 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının təməlqoyma mərasimində iştirak etmişdir. İnşaatçılar Azərbaycan Prezidentini hərarətlə qarşıladılar. Dövlət başçıs... | ANL |
Prezident İlham Əliyev Ağcabədi rayonunun Ağabəyli kəndində tikilən "Atena" süd məhsulları kombinatının açılışında iştirak etmişdir. Mayın 6-da Ağcabədiyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev rayonun Ağabəyli kəndində tikilən "Atena" süd məhsulları kombinatının açılışında iştirak etmişdir. Dövlət başç... | ANL |
Ağcabədi şəhərində yeni süd emalı zavodu işə salınmışıdır. Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi şəhərində yeni süd emalı zavodunun açılışında iştirak etmişdir. Dövlət başçısının diqqətinə çatdırıldı ki, son illərdə ölkəmizdə davamlı sosial-iqtisadi yüksəliş nəticəsində kənd təsərrüfatının inkişafı ölkənin bütün r... | ANL |
Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsi yenidənqurmadan sonra açılmışdır. Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Dövlət başçısı yolun... | ANL |
Qaradolaq kəndi ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Ağcabədi-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin açılışından sonra Qaradolaq kəndi ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Kənd sakinləri dövlət başçısını hərarətlə qarşıladılar. Prezident İlham ƏLİYE... | ANL |
Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Mayın 6-da Ağcabədidə Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonunda olmuşdur. Mayın 6-da Ağcabədiyə səfərini başa çatdıran Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonuna gəlmişdir. Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyev rayonun mərkəzində ümumm... | ANL |
Parlament neft sazişlərini təsdiq etdi. Mayın 6-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Əvvəlcə Şuşanın ermənilər tərəfindən işğalı zamanı həlak olan soydaşlarımızın xatirəsi yad edildi. Milli Məclisin Sədri Oqtay Əsədov 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin ildönümü münasibətilə xalqımızı v... | ANL |
Heydər Əliyevin xarici siyasət strategiyası və Azərbaycanın milli təhlükəsizliyi. Ötən əsrin sonlarında dünyada bir sıra dəyişikliklərin baş verməsi nəticəsində Şərqlə Qərb arasındakı qarşıdurma və gərginlik tədricən aradan qalxdı və beləliklə "soyuq müharibə" başa çatmış oldu. Həmin proseslərin nəticəsi olaraq bir sır... | ANL |
Azərbaycanı beynəlxalq hüququn müstəqil subyektinə çevirən lider. XXI əsr tarixə sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə yüksəldən qloballaşma əsri kimi daxil olmuşdur. İnkişaf səviyyələrində, din və mədəniyyətlərində, tarixi ənənələrində mövcud olan fərqlərə baxmayaraq, qlobal proseslər dünya ölkələrinin və xalq... | ANL |
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev burada oxumuşdur. Azərbaycan Dövlət Neft Akademiyasında Azərbaycan xalqının böyük oğlunun barelyefinin açılışı olmuşdur. Mayın 6-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ə... | ANL |
Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş mərasim keçirilmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası rayon təşkilatının ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş toplantısı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Yasama... | ANL |
"Ulu Heydər" kitabının təqdimatı olmuşdur. Mayın 6-da Beynəlxalq Mətbuat Mərkəzində "Ulu Heydər" kitabının təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə ithaf edilmiş kitab şair-publisist Mirkazım Seyidovun nəfis tərtibatda çap olunmuş növbəti əsəridir. Azərbayc... | ANL |
Müsabiqənin qalibləri mükafatlandırılmışlar. Məktəblilərin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinə yekun vurulmuşdur. AzərTAc xəbər verir ki, mayın 6-da "Gülüstan" sarayında müsabiqə qaliblərini mükafatlandırma mərasimi keçirilmişdir. Müsabiqə Heydər Əliyev ... | ANL |
Prezident Kitabxanasında "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilmişdir. Mayın 6-da Prezident Kitabxanasında Milli Elmlər Akademiyasının (MEA) müxbir üzvü, Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitab... | ANL |
DİA-da elmi konfrans keçirilmişdir. Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) professor-müəllim heyətinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Heydər Əliyevin milli inkişaf strategiyası fəaliyyətdədir" mövzusun... | ANL |
BSU-nun məktəb-lisey kompleksində şagird-tələbə elmi konfransı keçirilmişdir. Bakı Slavyan Universitetinin (BSU) məktəb-lisey kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları ugrunda" mövzusunda ənənəvi şagird-tələbə elmi konfra... | ANL |
Olimpiadada 11 ali məktəbin tələbə və magistrləri iştirak etmişlər. Azərbaycan Dövlət İqtisad Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Vergilər" mövzusunda V olimpiada keçirilmişdir. Olimpiadada Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 11 ali ... | ANL |
Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 44-cü illik toplantısında Azərbaycanın maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir. Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, illik... | ANL |
Azərbaycan ilə Monteneqro arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial vardır. Monteneqroya rəsmi səfəri çərçivəsində mayın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkənin Prezidenti Filipp Vuyanoviç, Baş nazir İqor Lukşiç, parlamentin Sədri Ranko Krivokapiç və Bar şəhərinin meri Jark... | ANL |
Fövqəladə Hallar Nazirliyində görüş. Polşanın Azərbaycandakı səfiri Mixail Labenda mayın 6-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə K.Heydərov FHN-in strukturu, fəaliyyət istiqamətləri, həyata keç... | ANL |
Rusiya arxivində Azərbaycan mədəni irsinə aid olan, lakin ermənilərin öz adlarına çıxdığı nümunələr aşkar edilmişdir. Mayın 6-da Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransı illərboyu aktual olan bir problemə - Azərbaycan xalqının mədəni irsinə erməni... | ANL |
Mayın 6-da Bakı Biznes Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində azərbaycanlıların göstərdikləri şücaəti işıqlandıran "Yaşayan tarix" layihəsinin təqdimatı keçirilmişdir. AzərTAc xəbər verir ki,... | ANL |
Şəmkirdə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr edilmiş toplantı keçirilmişdir. Şəmkirdə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi ilə əlaqədar toplantı keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Nazim Veysov Azərbaycan Re... | ANL |
Azərbaycan həm ön, həm də arxa cəbhədə döyüşürdü. "Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təş... | ANL |
1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasına başlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 3 may 2011-ci il tarixli "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və m... | ANL |
Milli Aviasiya Akademiyasında faşizm üzərində böyük Qələbənin 66-cı ildönümü qeyd olunmuşdur. Faşizm üzərində böyük Qələbənin 66-cı ildönümü ərəfəsində Milli Aviasiya Akademiyasının (MAA) Mülki Aviasiya Muzeyində tədbir keçirilmişdir. Tədbirdə MAA-nın müəllim-tələbə heyəti və Nərimanov rayonundakı 201 nömrəli məktəbin ... | ANL |
Azərbaycan tələbələrindən ermənilərə ağır zərbə. Estoniyanın paytaxtı Tallin şəhərində Avropa Tələbələr Birliyi İdarə Heyətinin 60-cı iclası keçirilir. ATB-dən AzərTAc-a bildirmişlər ki, idarə heyətinin iclası ilə yanaşı, mayın 2-dən 4-dək tələbə birliklərinin iştirakı ilə ali təhsilin maliyyələşdirilməsi mövzusunda se... | ANL |
İsveçrənin Xarici İşlər Federal Departamenti Azərbaycan səfirliyinin etiraz notasına cavab vermişdir. İsveçrənin Xarici İşlər Federal Departamenti Azərbaycan səfirliyinin etiraz notasına cavab vermişdir. Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, aprelin ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Xəbər verdiyimiz kimi, mayın 6-da Ağcabədidə Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibk... | ANL |
- Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatının inkişafı hesabına həm işsizliyin aradan qaldırılmasına nail olacağıq, həm yerli istehsalın inkişafını təmin edəcəyik və həm də ölkə iqtisadiyyatı daha da dayanıqlı olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin təxminən 50 ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonunda olmuşdur. Xəbər verdiyimiz kimi, mayın 6-da Ağcabədiyə səfərini başa çatdıran Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Prezident İlham Əl... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş... | ANL |
ABŞ-ın nüfuzlu CNN telekanalında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında reportaj yayımlanmışdır. AzərTAc xəbər verir ki, mayın 7-dən başlayaraq ABŞ-ın nüfuzlu "CNN International" televiziyasında ANS telekanalının jurnalisti Sevinc Osmanqızının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezident... | ANL |
Azərbaycan ordusu qısa vaxt ərzində qarşısına qoyulan vəzifəni yerinə yetirməyə qadirdir. Azərbaycanın hərbi qanunvericilik bazası gücləndiriləcəkdir. AzərTAc xəbər verir ki, bu barədə Milli Məclis Sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov jurnalistlərə müsahibəsində məlumat v... | ANL |
"Heydər Əliyev və Azərbaycanın müasirləşmə strategiyası". Yeni Azərbaycan Partiyası mayın 7-də "Gülüstan" sarayında partiyanın yaradıcısı, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın müasirləşm... | ANL |
Milli təhlükəsizlik orqanları ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd etmişlər. Mayın 7-də general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şəxsi heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək... | ANL |
Azərbaycanın iqtisadi inkişaf naziri Almaniyaya səfəri çərçivəsində Bavariyada olmuşdur. Mayın 6-da Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Almaniyaya səfəri çərçivəsində Bavariya Əyalətinin paytaxtı Münhen şəhərində olmuşdur. Şahin Mustafayev Bavariya Federal Torpağının... | ANL |
Heydər Əliyev və parlamentarizm ənənələri. "Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq... Azərbaycanda bu siyasətin alternativi yoxdur". Mübarizə... | ANL |
Azərbaycan müasirləşmə yolu ilə sürətlə irəliləyir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və kəşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Bu partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cə... | ANL |
Müstəqil Azərbaycan dövlətinin təməl prinsipləri və müasirlik. Dövlət müstəqilliyinin bərpasından sonra qarşıda duran ən ümdə vəzifələrdən biri müstəqil dövlət quruculuğunu həyata keçirmək idi. Qısa müddət ərzində dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın dövlət müstəqilliyi faktik və hüquqi cəhət... | ANL |
Yüksək hümanizmə əsaslanan islahatların müəllifi. Hər bir xalqın özünütəsdiq əzmini təcəssüm etdirən siyasi irsi onu zamanın bütün sınaqlarından üzü ağ çıxararaq zəfərə, təkamülə aparır. Bəşər tarixi göstərir ki, bu siyasi irs əsasən xalqların üzdə olan rəhbərlərinin, sərkərdələrinin, görkəmli şəxsiyyətlərinin fəaliyyə... | ANL |
Ankarada ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş sərgi açılmışdır. Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi və İbrahim Çeçen Vəqfinin təşkilatçılığı ilə qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı rəssamların əs... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Mərakeşdə də qeyd olunmuşdur. Mayın 6-da Azərbaycanın Mərakeşdəki səfirliyində Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin, Rusiya, Ukrayna və digər ölkələrin səfirlərinin və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əl... | ANL |
AzərTAc-da ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Mayın 7-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini e... | ANL |
Leyla Əliyeva: Onun həyata qayıtmasını arzu edən təkcə mən deyildim. Jurnalın bu nömrəsində redaktor sütununda dərc edilmiş "Mövcudluq" sərlövhəli material diqqəti cəlb edir. Bu yazının müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Konfransı Təşkilatının ... | ANL |
Gəncədə gül bayramı. Son vaxtlarda şəhərdə geniş miqyas almış abadlıq və quruculuq işlərinin əsas istiqamətlərindən biri də yaşıllıqla, gül-çiçəklə bağlıdır. Parklarda, xiyabanlarda, bağlarda, yolların kənarlarında, yaşayış məhəllələrində yaşıl zolaqlar salınır, müxtəlif güllər ətrafı bəzəyir. Mayın 7-də mərkəzi meydan... | ANL |
Xatirəyə çevrilən ömür yolu. O, 1932-ci il mayın 9-da doğulmuşdu və ağlı kəsəndən sonra təsəvvürünə belə gətirməzdi ki, vaxt gələcək, həmin günü bəşəriyyət alman faşizmi üzərində qələbə günü kimi qeyd edəcək, həmin tarixi gün həmişə bayram əhvali-ruhiyyəsi doğuracaq, təqvimdə özünəməxsus məna daşıyacaq. O zaman kiçik H... | ANL |
Müharibə dövründə belə deyirdilər. Kiçik leytenant İsrafil Məmmədovun taqımı Novqorod yaxınlığında, Pustınka kəndinin yanında mühüm bir qərargahı qoruyurdu. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, gəncəli döyüşçü şəxsən özü yetmiş nəfərə yaxın alman əsgərini və zabitini öldürərək qərargahı xilas etdi. Bu hünərə g... | ANL |
Azərbaycanın milli diviziyalarının rəşadətli döyüş yolu. İkinci dünya müharibəsi dövründə qələbənin əldə olunmasında Azərbaycan xalqının, Bakı neftinin və hər bir vətəndaşın böyük əməyi olmuşdur. Misilsiz rəşadətlər göstərmiş Azərbaycanın beş atıcı diviziyası isə Mozdokdan Berlinədək ağır döyüş yolu keçmişdir. Hər ilin... | ANL |
Adil İsgəndərov məktəbi. 1936-cı ildə Akademik Milli Dram Teatrına qədəm basan Adil İsgəndərov bu sənət məbədində baş rejissor, sonra isə direktor işləyib. Təsadüfi deyil ki, o vaxtlar bu sənət ocağı "Adil İsgəndərov teatrı" adlanırdı. Bir-birinin ardınca quruluş verdiyi "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşaları tea... | ANL |
Bəxtiyar Vahabzadə Əskişəhərdə də çox sevilir. Əskişəhər Türkiyənin qədim şəhərlərindən biridir. Anadolunun mərkəzində yerləşir. Burada iki ali məktəb fəaliyyət göstərir - Anadolu və Osman Qazi universitetləri. Hər iki universitetdə Azərbaycandan gələn alimlər dərs deyirlər, həm də ölkəmizi təmsil edən gənclər burada t... | ANL |
Unudulmaqda olan xalq sənəti nümunələri. Xalqımızın özünəməxsus və maraqlı olduğu qədər də zənginliyi ilə seçilən folklor nümunələrindən biri də xalq oyunlarıdır. Tarixi çox qədimlərə gedən, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını yaşadan bu oyunlar nəsildən-nəslə keçərək bugünümüzədək gəlib çatıb. ... | ANL |
Bu ŞƏHƏR hamını özünə çəkib - yaxından, uzaqdan hamının ziyarət yerinə çevrilib. Axtarsaq, ona bu sevgi, bu həsrət də elə özündən doğub, öz gözəlliyindən, öz qeyri-adiliyindən yaranıb. Baxmayaraq ki, elə bu mövzuda 1993-cü ildə - işğalın birinci ildönümündə hazırladığım verilişlərin birində bu sualıma müxtəlif insanlar... | ANL |
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir. Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakıda möhtəşəm Gül bayramı təşkil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Gül bayramında olmuşdur. Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti... | ANL |
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Mayın 10-da "Buta" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmas... | ANL |
1941-1945-ci illər Böyük Vətən müharibəsində Azərbaycan övladlarının qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev 9 may - Qələbə bayramı münasibətilə Bakıda keçirilən mərasimdə iştirak etmişdir. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 66-cı ildönümü münasibətilə mayın 9-da Bak... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda olmuşdur. Dövlətimizin başçısı İlham Əliyev alman faşizminə qarşı müharibədə misilsiz r... | ANL |
Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər t... | ANL |
Gədəbəy Rayon Məhkəməsinin hakimi H.T.Hüseynovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü və 114... | ANL |
A.R.Rzayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə Anar Rəsul oğlu Rzayevə Heydər Əliyev Mükafatı ... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Prezi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir. İSESKO-nun baş direktoru xalqımızın ümummilli lideri Heydər Əliyevin doğ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Milli Assambleyası Müdafiə Komissiyasının sədr müavini Mişel Vuazenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Fransa Milli Assambleyası Müdafiə komissiyasının sədr müavini Mişel Vuazenin başçılıq etdiyi n... | ANL |
Azərbaycan-Fransa münasibətlərinin inkişafı daha dinamik xarakter alır. Mayın 10-da Milli Məclisin Sədri Oqtay Əsədov Fransa Milli Assambleyasını təmsil edən bir qrup deputatla görüşmüşdür. Fransalı deputaları Azərbaycanda salamlamaqdan məmnunluq ifadə edən Milli Məclisin Sədri ümummilli lider Heydər Əliyevin anadan ol... | ANL |
İstanbulda BMT-nin az inkişaf etmiş ölkələrə yardımla bağlı konfransı keçirilmişdir. Azərbaycanın Baş naziri Artur Rasizadə konfransda iştirak etmişdir. İstanbulda Lütfi Kırdar Konqres Mərkəzində BMT-nin Az İnkişaf Etmiş Ölkələrin IV Konfransı (LDC-IV) keçirilmişdir. Azərbaycanın Baş naziri Artur Rasizadə konfransda iş... | ANL |
Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq. Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ma... | ANL |
Latviyanın birinci xanımı Lilita Zatlere ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakıda təşkil edilmiş Gül bayramında iştirak etmişdir. Ölkəmizdə səfərdə olan Latviya Respublikasının birinci xanımı Lilita Zatlere mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadi... | ANL |
Latviya Respublikasının birinci xanımı Lilita Zatlere ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycan Respublikasında səfərdə olan Latviya Respublikasının birinci xanımı Lilita Zatlere mayın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və q... | ANL |
Latviyanın birinci xanımı Lilita Zatlere Azərbaycan xalçalarına heyranlıqla tamaşa etmişdir. Azərbaycan Respublikasında səfərdə olan Latviya Respublikasının birinci xanımı Lilita Zatlere mayın 10-da "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında olmuşdur. Hörmətli qonağa gül dəstəsi təqdim ... | ANL |
Əhalinin sosial müdafiəsinin mükəmməl modelini yaradan lider. Bəşəriyyətin mövcudluq salnaməsi belə bir həqiqəti aydın şəkildə sübuta yetirmişdir ki, hər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri yüksək səmərəliliyə malik sosial siyasətin həyata keçirilməsidir. Belə vəziyyətdə həm bütö... | ANL |
Azərbaycan elmi və təhsilində uğurlu islahatların müəllifi. Hər bir xalqın tarixində müstəsna xidmətləri olan böyük şəxsiyyətlərin elm və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider ... | ANL |
Milli-mənəvi dəyərlərin böyük hamisi. Xalqlarının taleyində müstəsna rol oynayan liderlər bir qayda olaraq milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynamış, milli tərəqqi üçün dayanıqlı əsasların, mütərəqqi inkişaf strategiyasının müəllifinə çevrilmişlər. Tarix özündən sonra layiqli irs... | ANL |
Siyasətdə zəfər rəmzi. Azərbaycan xalqının taleyində həlledici rol oynamış ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Unudulmaz görüşlər" kitabında xalq yazıçısı Anar bu böyük şəxsiyyətin canlı portretini bir cümlə ilə belə ifadə etmişdir: "Dünyaya qalib gəldi, qalib getdi!". Onun həyatının başlanğıcından sonuna qədər... | ANL |
Heydər Əliyev ideyalarından ilham alan mərhəmət ünvanı. Dövlət müstəqilliyinin 20-ci ilinə qədəm qoyan Azərbaycan Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyib inkişaf edir. Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanı... | ANL |
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 9 May - Qələbə Günü münasibətilə mərasim keçirilmişdir. Mayın 9-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə faşizm üzərində Qələbənin 66-cı ildönümünə həsr edilmiş mərasim keçirilmişdir. AzərTAc xəbər verir ki, fondun əməkdaşı İlqar Mustafayev mərasimdə iştirak edən 100 müharibə iştirak... | ANL |
Prezident Kitabxanasının ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən elektron resursu və veb-saytı yenilənmişdir. Bütün dövrlərin dahi şəxsiyyətlərinin həyat və fəaliyyətinin araşdırılması daim gündəlikdə olan mövzudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsi bu baxımdan bitib-tükənməy... | ANL |
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi özünün 6 nəşrini elektron formatda yenidən çap etmişdir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) ümummilli liderimizin anadan olmasının 88-ci ildönümü ərəfəsində özünün 6 nəşrini elektron formatda yenidən çap etmişdir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi... | ANL |
Ürəklərdə yaşayır. Əlli ilə yaxın təsərrüfat işlərində çalışmışam. El-oba arasında az-çox hörmətim olub. Deputat seçilmişəm. Müxtəlif məclislərdə, görüşlərdə iştirak etmişəm. Sosialist Əməyi Qəhrəmanı adını almışam. Həyatımda əlamətdar günlər az olmayıb. Amma ulu öndər Heydər Əliyevlə olan görüşləri ömür boyu unuda bil... | ANL |
Mətbuat Şurası ilə ATƏT-in Bakı ofisi arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Ölkəmizdə səfərdə olan ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç mayın 10-da Mətbuat Şurasında (MŞ) olmuşdur. MŞ-dən AzərTAc-a bildirmişlər ki, sədr Əflatun Amaşov qurumun əsas məqsədinin media-ictimaiyy... | ANL |
"İki sahil" qəzetinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Xüsusi buraxılış"ı çap olunmuşdur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə "İki sahil" qəzetinin "Xüsusi buraxılış"ı çap olunmuşdur. "İk... | ANL |
Milli Aviasiya Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd olunmuşdur. Mayın 10-da Milli Aviasiya Akademiyasında (MAA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə akademiyanın müəllim və tələbə... | ANL |
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda ümumrespublika elmi-praktiki konfransı keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və bu elm müəssisəsində fəaliyyət göstərən "Heydər Əliyev mə... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilmişdir. Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 10-da Fransanın görkəmli sərkərdəsi Napoleon Bonapartın yaralı əsgərlərinin vaxtilə müalicə olunduğu Əlil Milli Ordu Muzeyində müasir Azərbayca... | ANL |
Tanınmış jurnalist Tofiq Rüstəmovun xatirəsi doğma yurdu Qubada anılmışdır. Qubada görkəmli ictimai xadim, jurnalist və alim Tofiq Rüstəmovun 75 illiyi münasibətilə mərhumun xatirəsini anma mərasimi keçirilmişdir. Tədbirdə Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvləri, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fa... | ANL |
Naxçıvanda kardioloji konfrans keçirilib. Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Ürək-damar xəstəliklərinin müalicəsinin bugünü və gələcəyi" mövzusunda elmi-praktiki konfrans keçirildi. Naxçıvan MR Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti, ... | ANL |
İstanbuldakı TÜYAP sərgi mərkəzində Türkiyə Prezidenti Abdullah Gülün himayəsi ilə "IDEF-2011" X Beynəlxalq müdafiə sənayesi sərgisi açılmışdır. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti sərgidə iştirak edir. Nümayəndə heyətlərində 29 nazir, silahlı qüvvələrin 4 qərargah rəis... | ANL |
Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qurumların yerləşdiyi inzibati binanın rəsmi açılışı olmuşdur. Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeliyində olan 7 qurumun yerləşdiyi inzibati binanın və nazirliyin akademiyasının yem... | ANL |
Şuşanın işğalının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir. Azərbaycan səfirliyinin təşəbbüsü ilə Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin 19-cu ildönümü ilə bağlı mayın 9-da Fransa Beynəlxlaq Əlaqələr İnstitutunda (İFRİ) "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini necə həll etməli:... | ANL |
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Xəbər verdiyimiz kimi, mayın 10-da "Buta" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydə... | ANL |
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. Bu gün ulu öndər Heydər Əliyevin doğum günün... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.