text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qeyri-neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu ilə bağlı konfrans keçirilmişdir. Noyabrın 4-də Bakıda İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun (İİN İİETİ), eləcə də Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) təşkilatçılığı ilə "Qeyri-neft ixracının artırı...
ANL
«Azərbaycan xalçaları» jurnalının ilk nömrəsinin təqdimatı olmuşdur. Noyabrın 4-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında "Azərbaycan xalçaları" jurnalının ilk nömrəsinin təqdimatı olmuşdur. Jurnalın baş redaktoru "Azərilmə"nin direktoru, professor Vidadi Muradovdur. AzərTAc xəbər ve...
ANL
Göyçayda VI nar bayramı keçirilmişdir. Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 4-də VI nar bayramı keçirilmişdir. Göyçay şəhərində, Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda, ulu öndərin adını daşıyan park və prospektdə keçirilən bayram tədbirində Milli Məclisin deputatları, xarici ölkələrin A...
ANL
Azərbaycan rabitəsinin yaranmasının 130 illiyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan olunmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Azərbaycan rabitəsinin yaranma...
ANL
Ölkəmizdə ilk dəfə «Bayraq festivalı» keçirilmişdir. Noyabrın 4-də Bakı İdman Sarayında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayraq festivalı" keçirilmişdir. AzərTAc xəbər verir ki, festival Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmışdır. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə təş...
ANL
Qaradağ rayonunda hər iki valideynini itirmiş məktəblilərə Heydər Əliyev Fondu tərəfindən qış geyimləri və hədiyyələr təqdim olunmuşdur. Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli məktəbin hər iki valideynini itirmiş 25 şagirdinə Qurban bayramı münasibətilə Heydər Əliyev Fondu tərəfindən qış geyimləri və hədi...
ANL
Bir ailənin faciəsi. Şəmkir mahalının Koltəhnəli kəndinin ağsaqqalı Namazalı kişi 1880-ci ildə rəhmətə gedəndə oğlu Məhəmmədin yeddi yaşı təzə tamam olmuşdu. Bacısı Səkinə yaşca Məhəmməddən böyük olsa da, əkin-biçin və mal-qara işlərinin ağırlığı Məhəmmədin üstünə düşmüşdü. Bığ yeri tərləyəndən həmkəndliləri ilə Gəncəy...
ANL
Bakıda IV Beynəlxalq təhsil sərgisinin təqdimat mərasimi keçirilmişdir. Noyabrın 4-də "Kaspi" Təhsil Mərkəzində Bakıda IV Beynəlxalq təhsil sərgisinin təqdimat mərasimi keçirilmişdir. Gənclərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş təqdimat mərasimində "Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyev sə...
ANL
«Eurovision-2012» mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli seçim turunun ilk dinləmələrinə başlanılmışdır. "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli seçim turunun ilk dinləmələrinə başlanılmışdır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimai...
ANL
Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi. Hər bir xalqın ən müqəddəs rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dö...
ANL
mərhəmətin və xeyirxahlığın təntənəsidir. Dünyada bayramı olmayan xalq yoxdur. Hər bir xalqın mərasim folklorunun bəzəyi bayramlardır. Onlar dünya xalqlarını bir-birinə yaxınlaşdıran və qovuşduran mədəni dəyərlər məcmusudur. Bayramlar xalqların ən yüksək mənəvi-əxlaqi dəyərlərini, etik-estetik görüşlərini, bəşəri duyğu...
ANL
Türkiyə vətəndaşı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərmişdir. Türkiyənin Van bölgəsində baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın ilk yardım göstərən dövlət olması qardaş ölkədə böyük məmnunluqla və sevinclə qarşılanmışdır. Türkiyə vətəndaşı, əczaçı Mehmet E...
ANL
Görkəmli rəssamın solmayan rənglər dünyası yeni almanaxda. Azərbaycanın əsrarəngiz gözəlliklərini, bənzərsiz təbiət möcüzələrini bir çox rəssam tablolara həkk etmişdir. Ancaq bir-birindən fərqli rəng duyumlarının ecazkar cazibəsində xalq rəssamı Hüseyn Əliyevin yaratdıqları diqqəti daha çox cəlb edir. Sözsüz ki, bunun ...
ANL
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bir qrup müəllimi ilə AzərTAc-da görüş olmuşdur. Noyabrın 5-də Azərbaycan Dövlət Teleqraf Agentliyində bu il oktyabrın 10-11-də Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAc-ın həmsədrliyi ilə keçirilmiş "Sosial jurnalistika və yüksək texnologiyalar" mövzusu...
ANL
Bakıda IV Beynəlxalq Təhsil Sərgisi açılmışdır. Noyabrın 5-də "Kaspi" Təhsil Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda IV Beynəlxalq Təhsil Sərgisi açılmışdır. AzərTAc xəbər verir ki, "Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyevanın gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə təhsil nazirinin müavini ...
ANL
Beynəlxalq Təhsil Sərgisi təhsillə bağlı Dövlət Proqramına «Kaspi» Təhsil Mərkəzinin verdiyi dəstəkdir. IV Beynəlxalq Təhsil Sərgisi Azərbaycan dövlətinin təhsil proqramına "Kaspi" Təhsil Mərkəzinin verdiyi dəstəkdir. AzərTAc xəbər verir ki, bu sözləri IV Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimində iştirak edən "Ka...
ANL
Aqşin Mehdiyev: «Ermənistan rəhbərliyi dərk etməlidir ki, demokratiya qılıncla inkişaf etdirilə bilməz». Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev Ermənistan rəsmilərinin davranışı və qoşunların təmas xəttində atəşkəsin pozulması ilə bağlı BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurası...
ANL
Ağdam Qarabağın musiqi beşiyidir. Azərbaycanın musiqi beşiyi olan Qarabağda Ağdamın özünəməxsus yeri var. Bu əsrarəngiz diyarda küləyin əsməsi, suların axması, yarpaqların xışıltısı da sanki bir nəğmədir. Burada el şənliklərinin də, yas mərasimlərinin də mayasında muğam dayanır. Bu qədimdən-qədim Oğuz elinin övladları ...
ANL
Bayraq bir millətin özünüdərki, Qeyrəti, məsləki, əqidəsidir. İliyindən keçib, canından gələn, Dilində göyərən haqqın səsidir. Ulu əcdadımın Qobustandakı. Qayada cizgisi, Qavaldaşıdır. Yüz illər, min illər yol keçib gələn, Nəsillər yaşadan qan yaddaşıdır. Xətai idrakı, Babək qılıncı, Koroğlu sazının öz simidir o. Babam...
ANL
Dalğalan, bayrağım, dalğalan ki sən, İnamla döyünsün ürəklərimiz! Yüksəl zirvələrə, öyünsün Vətən, Qarşında baş əyib, səcdə edək biz! Dalğalan, bayrağım, məğrur dalğalan, Azadlıq rəmzitək Azərbaycanın! Qürurla şam edək ürəyimizi, Torpağımız üstə, daşımız üstə! Nurlu gələcəyə harayla bizi, Vüqarla dalğalan başımız üstə!...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev İsrailin milli infrastruktur nazirini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da İsrail dövlətinin milli infrastruktur naziri Uzi Landaunu qəbul etmişdir. Nazir Uzi Landau İsrail dövlətinin Prezidenti Şimon Peresin salamlarını dövlətimizin başçıs...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Norveçin «Statoil Hydro» şirkətinin Baş icraçı direktorunu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Norveçin "Statoil Hydro" şirkətinin Baş icraçı direktoru Helge Lundu qəbul etmişdir. "Statoil Hydro" şirkətinin Baş icraçı direktoru Helge Lund ...
ANL
Ağsu rayonunda yeni xəstəxananın tikintisi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Ağsu rayonunda yeni Mərkəzi Xəstəxananın tikintisinə başlanılması üçün Azərbaycan Respublik...
ANL
Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xidmətlərinə görə aşağıdakı...
ANL
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə aşağı...
ANL
Azərbaycan Texniki Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda mühəndis kadrların hazırlanması və texniki elmlərin inkişafındakı xidmə...
ANL
Azərbaycan Texniki Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda mühəndis kadrların hazırlanması və texniki elmlərin inkişafındakı xidmətlərinə...
ANL
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin işçilərinin əməkhaqları barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncam. Azərbaycan Respublikası Konstitusiyasının ...
ANL
Ş.H.Hacıyevin «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hümmət oğlu Hacıyev "Şöh...
ANL
Milli Məclisin Sədri Oqtay Əsədov MDB ölkələrinin Parlamentlərarası Assambleyasının iclasında iştirak etmişdir. Sankt-Peterburqun Tavriya Sarayında MDB ölkələrinin Parlamentlərarası Assambleyasının (MDB PA) iclası olmuşdur. İclasda Milli Məclisin Sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan nümayəndə heyəti iştirak etmi...
ANL
Azərbaycan Milli Məclisinin Sədri general-leytenant Aleksandr Voloxu mükafatlandırmışdır. Rusiyanın şimal paytaxtında səfərdə olan Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Füzuli rayonunun keçmiş hərbi komendantı, istefada olan daxili xidmət general-leytenantı Aleksandr Voloxu Azərbaycan Respublikası Milli Məclisi...
ANL
Akademik Cəlal Əliyev: Elmlə məşğul olan insanın əsas məqsədi həmişə gələcəyə baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir. Elmlə məşğul olan insanın əsas məqsədi həmişə gələcəyə baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir. Dünyada həyata keçirilən hər hansı bir elmi p...
ANL
Macarıstan Respublikasının Prezidenti Pal Şmitt Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Macarıstan Respublikasının Prezidenti Pal Şmitt noyabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə ...
ANL
Noyabrın 10-da Bakıda "Kempinski Badamdar" otelində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmış əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda biologiya elminin inkişafına həsr olunmuş seminar keçirilmişdir. Tədbirdə akademiklər Mahmud Kərimov, Cəlal...
ANL
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Noyabrın 10-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi və Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) birgə təşkilatçılığı ilə Kon...
ANL
Görkəmli bəstəkar Sevil xanım Əliyevanın musiqi albomu dünya şöhrətli «Yuniversal Myuzik»də işıq üzü görmüşdür. Azərbaycanın musiqi mədəniyyəti daha bir dünya miqyaslı uğura imza atmışdır. Sevil xanım Əliyeva ilk azərbaycanlı bəstəkardır ki, onun əsərləri MDB ölkələrinin mədəniyyəti tarixində özünəməxsus yer tutmuş "Yu...
ANL
Leyla Əliyeva: «Baku» jurnalı mənim üçün bir növ incəsənətdir. "Baku" jurnalının "Baku İnternational" adlanan ingilisdilli versiyasının Böyük Britaniyada çapdan çıxması münasibətilə Moskvada təqdimat mərasimi ərəfəsində Rusiyanın İTAR-TASS agentliyində Heydər Əliyev Fondunun vitse-prezidenti, jurnalın baş redaktoru Ley...
ANL
Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin genişləndirilməsi ilə bağlı qətnamə layihəsi təqdim etmişdir. Azərbaycan və Ruanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin genişləndirilməsi ilə bağlı BMT-yə birgə qətnamə layihəsi təqdim etmişlər. Sənəd BMT Baş Məclisini...
ANL
Eymon Gilmor: «İrlandiya Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir». İrlandiya Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir. Rusiya mətbuatına istinadla bu sözləri İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor Rusiyaya səfəri zamanı b...
ANL
Azərbaycan ilə İsrail arasında daha sıx əməkdaşlıq üçün böyük potensial vardır. Noyabrın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrailin milli infrastruktur naziri Uzi Landau ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə U.Landau Azərbaycanı BMT Təhl...
ANL
Azərbaycan ilə Çin arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunmuşdur. Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədovun başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir....
ANL
Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə tədbirlər keçirmişdir. RF nümayəndəliyi. Heydər Əliyev Fondunun RF nümayəndəliyi Rusiya Müftiləri Şurası (RMŞ) ilə birlikdə müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirmişdir. Artıq xoş ənənə halını almış xeyriyyə aksiyasını Heydər Əliyev Fondunun vitse-pre...
ANL
Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə tədbirlər keçirmişdir. Türkiyə təmsilçiliyi. Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi AİRMED şirkətinin maliyyə dəstəyi ilə Türkiyənin Bursa şəhərində azərbaycanlı tələbələr üçün Qurban bayramı münasibətilə tədbir keçirmişdir. Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi ...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanın ordusu Cənubi Qafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmişik və gərək bunu möhkəmləndirək. Bu ü...
ANL
Bayrağımız qürur mənbəyimizdir. Bayraq, gerb və himn hər bir dövlətin, millətin rəsmi atributudur. Bu atributlar hər bir millət üçün o qədər müqəddəsdir ki, qərar tutduğu yüksəklikdən enməməsi üçün ona canlar fəda olunur. Uğrunda canlar fəda olmuş bayraqlardan biri də üçrəngli, ay-ulduzlu hilalımız - Azərbaycan bayrağı...
ANL
Argentina Azərbaycanla əməkdaşlıqda maraqlıdır. AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao və onun rəhbərliyi altında bir qrup nümayəndə heyətilə görüş keçirildi. Qonaqlar AzScienceNet, Tədris-İnnovasiya və Multimedia mərkəzlərinin fəali...
ANL
Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyətinin Brüsselə səfəri. Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndə heyəti noyabrın 6-7-də NATO-nun Brüsseldəki mənzil qərargahına səfər etmişdir. ADA-nın müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Anar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibind...
ANL
Cəlil Məmmədquluzadənin əsərləri macar dilində. Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin əsərləri indiyədək kitab halında daha çox Şərq dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Belə ki, İran İslam Respublikasında müxtəlif illərdə görkəmli yazıçının ayrı-ayrı əsərləri bir neçə dəfə çapdan buraxılmışdır. Naxçıvan D...
ANL
Saçlarına çox erkən dən düşmüşdü. Min ilin qocasına bənzəyirdi. Dünyasını dəyişəndə bildik ki, heç 65 yaşını da tamamlamadı şair Tofiq Mahmud. Həyat eşqli, gülərüz, xeyirxah, qələm sahiblərinə həssaslıqla yanaşan, Vətəni ürəkdən sevən, torpağa bağlı, onun şəninə bir-birindən maraqlı şeirlər qoşan istedadlı şair, nasir,...
ANL
Cəmiyyət həyatında gənclərin fəal iştirakının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətidir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü təntənə ilə qeyd etdiyimiz bir dövrdə keçirilən Azərbaycan gəncliyinin VI forumu çox əlamətdar və tarixi bir hadisə kimi yaddaşlara köçdü. İlk...
ANL
Macarıstan Respublikasının Prezidenti Pal Şmittin Azərbaycan Respublikasına rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Noyabrın 11-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmittin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydan...
ANL
Təkbətək görüş. Noyabrın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin təkbətək görüşü olmuşdur. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin...
ANL
Geniş tərkibdə danışıqlar. Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin təkbətək görüşü başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçıları...
ANL
Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimi olmuşdur. Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasim...
ANL
Ali qonağın şərəfinə. Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmittin şərəfinə rəsmi ziyafət verilmişdir. Prezident İlham ƏLİYEV Macarıstan dövlətinin başçısını və nümayəndə heyətini Azərbaycanda bir daha salamlad...
ANL
Azərbaycan və Macarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Noyabrın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstan Respublikasının Prezidenti Pal Şmitt mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı....
ANL
Azərbaycan və Macarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Noyabrın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstan Respublikasının Prezidenti Pal Şmitt mətbuata bəyanatlarla çıxış etmişlər. Macarıstan Respublikasının Prezidenti Pal Şmit...
ANL
Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstan Prezidenti Pal Şmitt biznes forumda iştirak etmişlər. Noyabrın 11-də Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstan Prezidenti Pal Şmitt biznes forumda i...
ANL
Heydər Əliyev Fondu ilə tanışlıq. Noyabrın 11-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmitt Heydər Əliyev Fondunu ziyarət etmişdir. Macarıstanın dövlət başçısını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar. Prezident İlham Əliyev ali qona...
ANL
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmitt noyabrın 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məza...
ANL
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmitt noyabrın 11-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Macarıstan dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəq...
ANL
Azərbaycanın Baş naziri Macarıstan Prezidenti ilə görüşmüşdür. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə noyabrın 11-də ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmitt ilə görüşmüşdür. Macarıstan Prezidenti Azərbaycana rəsmi səfərindən məmnunluğunu ifadə etmişdir. Prezident Pal Ş...
ANL
Azərbaycanın Baş naziri Macarıstan Prezidenti ilə görüşmüşdür. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə noyabrın 11-də ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmitt ilə görüşmüşdür. Macarıstan Prezidenti Azərbaycana rəsmi səfərindən məmnunluğunu ifadə etmişdir. Prezident Pal Ş...
ANL
Prezident Pal Şmitt Bakıda görkəmli macar bəstəkarı Ferens Listin anadan olmasının 200 illiyinə həsr olunmuş konsertdə iştirak etmişdir. Noyabrın 11-də Macarıstan Respublikasının Prezidenti Pal Şmitt Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində "ÜNS yaradıcılıq səhnəsi" Teatrında görkəmli macar bəstəkarı Ferens ...
ANL
Səfər başa çatdı. Macarıstan Respublikasının Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfəri noyabrın 11-də başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Macarıstan Respublikasının Prezidenti Pal Şmitti hava...
ANL
Müstəqil Azərbaycanın Əsas Qanunu. İnsan təfəkkürünə söykənən hər bir fəaliyyətin hüquqi çərçivəyə salınması tarix boyu özünü doğrultmuş obyektiv zərurətdir. Təsadüfi deyil ki, dünyada ilk qanunların qəbulundan başlayaraq hüquqi nizamlama məhz həyatın bütün sferalarında münasibətlərin tənzimlənməsində, sivil xarakter a...
ANL
Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 11-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu önd...
ANL
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsidir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsidir. Bu fikir noyabrın 11-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Konstitusiya G...
ANL
Ziyalılıq meyarı. Cəmiyyətdə ziyalı missiyasına, ziyalı sözünə daim ehtiyac olub. Normal inkişaf məcrasında olan ölkələrdə ziyalının əsas vəzifəsi daşıdığı statusun mahiyyətinə uyğun olaraq, məhz ən mükəmməl ideyaların cəmiyyət həyatında tətbiqinə yardımçı olmaq, obyektiv və qərəzsiz mənəvi arbitrə çevrilmək, xalqının ...
ANL
Abdullah Gül Türkiyə-Azərbaycan uzunmüddətli iqtisadi və ticari əməkdaşlıq Proqramı və İcra Planının təsdiq olunmasına dair qanunu imzalamışdır. Türkiyə Prezidenti Abdullah Gülün sərəncamı ilə Türkiyə-Azərbaycan uzunmüddətli iqtisadi və ticari əməkdaşlıq Proqramı və İcra Planının ratifikasiya olunmasına dair Türkiyə Bö...
ANL
Azərbaycanın AFR-dəki səfirliyi Yerevanın Xankəndindəki əlaltısı Bako Saakyanın Bundestaqa səfəri haqqında məlumatı araşdırır. Bir neçə gün bundan əvvəl sensasiya doğurmaq iddiasını gizlətməyən Ermənistan KİV-ləri Yerevanın Xankəndindəki əlaltısı Bako Saakyanın AFR-in qanunvericilik orqanına səfəri və onun "bir qrup de...
ANL
Heydər Əliyev Fondunun əlil uşaqlarla bağlı kampaniyası davam edir. Noyabrın 11-də "Park Bulvar" Əyləncə-Ticarət Mərkəzində Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondu (UNİSEF) uşaqlar üçün "Təcriddən inteqrasiyaya doğru" adlı tədbir təşkil etmişdir. AzərTAc xəbər verir ki, aksiya daim uşaq və internat evləri ilə sıx təm...
ANL
Azərbaycan ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir. Noyabrın 11-də Azərbaycan ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir. İclasda Macarıstan tərəfini Milli İqtisadiyyat Nazirliyinin d...
ANL
Azərbaycan ilə Macarıstan arasında hüquqi əməkdaşlıq genişlənir. Macarıstan Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ədliyyə işçilərinin tədr...
ANL
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Konstitusiya Günü qeyd olunmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişl...
ANL
ABŞ-da yaşayan azərbaycanlı alim və ictimai xadim Dövlət İdarəçilik Akademiyasında olmuşdur. Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ABŞ-da yaşayan azərbaycanlı alim və ictimai xadim, Yell Universitetinin (ABŞ) professoru Firuz Kazımzadə ilə görüş keçirilmişdi...
ANL
Avstriyanın nüfuzlu gündəlik "Der Standard" qəzetində "Dağlıq Qarabağ. Azərbaycan siyasi həll tələb edir" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun Avstriya mətbuat nümayəndələri ilə görüşündə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın iqtisa...
ANL
Onlar poeziya adlı bir gülüstanın qoşa qanadları idilər. Özlərinə məxsus ayrı-ayrı yaradıcılıq üslubları olsa da, məramda, məqsəddə bir ürəyə dönürdülər. Xalq şairləri Mədinə Gülgün və Balaş AzəroğluE Uzun illər bir ocağın başında əyləşərək övladlar böyütdülər, kitablar yazdılar. Azərbaycan poeziyasına öz töhfələrini b...
ANL
Azərbaycan dünyada müstəqil xarici siyasət aparan ölkə kimi qəbul edilir. Diplomatik fəaliyyətin effektivliyi ayrı-ayrı ölkələrin daxili və xarici siyasətinin liberal xarakteri - hamılıqla qəbul olunmuş demokratik dəyərlərə tolerant münasibəti, beynəlxalq sülh və təhlükəsizliyə layiqli töfhə verməsi, iqtisadi əməkdaşlı...
ANL
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mövqeyini gücləndirir. Qloballaşan dünyada dövlətlərin milli təhlükəsizliyinin qorunması enerji məsələsi ilə də bağlıdır. Xüsusən son illərdə dünyada cərəyan edən, ələlxüsus əvvəlcədən proqnozlaşdırılmayan müxtəlif siyasi və iqtisadi proseslər - yeni müharibə ocaqlarının ya...
ANL
Azərbaycandan Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkənlərə növbəti yardım göndərilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən noyabrın 12-də səhər saatlarında avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş i...
ANL
Moskvada populyar «Baku» jurnalının ingilisdilli versiyasının təqdimatı olmuşdur. Moskvadakı Ostojenka küçəsində yerləşən "Multmedia Art Muzey"də populyar "Baku" jurnalının ingilisdilli "Baku İnternational" versiyasının birinci nömrəsinin təqdimatı keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalın...
ANL
Anar Ələkbərov: «Baku» jurnalı və onun ingilisdilli versiyası Azərbaycan mədəniyyətinin xaricdə geniş tanıdılması işinin mühüm tərkib hissəsidir. "Baku" jurnalı və onun ingilisdilli versiyası Azərbaycan mədəniyyətinin daha geniş coğrafiyada tanıdılması işinin mühüm tərkib hissəsidir. Heydər Əliyev Fondunun icraçı direk...
ANL
«Milliyət» qəzetində AzərTAc-ın xüsusi müxbirinin Azərbaycanın zəlzələ bölgəsinə yardımı haqqında məqaləsi dərc olunmuşdur. Türkiyənin nüfuzlu "Milliyət" qəzetində Azərbaycanın qardaş Türkiyədəki zəlzələ bölgəsinə yardımından bəhs edən "Dar gündə qardaşa güvənilir" başlıqlı məqalə dərc olunmuşdur. AzərTAc-ın Türkiyədək...
ANL
Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun Azərbaycan Respublikasına rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Noyabrın 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğal...
ANL
Bu bizim ümumi, eyni zamanda, çətin və şərəfli tariximizi xatırladır. Onlardan biri qurultay adlanır və həmin tədbirdə dörddəbir milyon şəxs iştirak edir. Əslində, həmin tədbirlər çərçivəsində biz öz ümumi köklərimizi müzakirə edirik.". Macarıstan Prezidentinin bu günlərdə ölkəmizə rəsmi səfəri bir çox cəhətdən yaddaqa...
ANL
Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü. Noyabrın 14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun təkbətək görüşü olmuşdur. Görüşdə son illərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müx...
ANL
Mərakeş Krallığının mədəniyyət naziri Heydər Əliyev Fondunda olmuşdur. Mərakeş Krallığının mədəniyyət naziri Binsəlim Himmiş Azərbaycana səfəri çərçivəsində noyabrın 12-də Heydər Əliyev Fondunda olmuşdur. Qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barə...
ANL
Konstitusiya Məhkəməsi plenumunun növbəti iclası olmuşdur. Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun xüsusi Konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair Azə...
ANL
Ziyalı adına kölgə salmayaq. Ziyalı sözü, ziyalı mövqeyi tarix boyu bütün cəmiyyətlərdə böyük rol oynayıb. Çünki əsl ziyalılar öz əməlləri ilə daim tərəqqiyə, xalqın intibahına xidmət ediblər. Elə buna görə də təsadüfi deyildi ki, dahi siyasətçi, görkəmli dövlət xadimi, xalqımızın böyük oğlu Heydər Əliyev ziyalıların c...
ANL
Geniş tərkibdə danışıqlar. Noyabrın 14-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirak...
ANL
Gəlin ədalətli və səmimi olaq. Lakin bu sözün mənası olduqca dərin və genişdir, yəni nurlu, işıqlı deməkdir. Sözün kökündə dayanan işıq, nur da təkcə özünün birbaşa mənasında deyil, bilik, ağıl, zəka, dünyagörüşü və s. anlayışında qəbul edilir. Beləliklə, ziyalı nur saçan, öndə gedən, başqalarına işıqlı yol göstərən, n...
ANL
Şəxsi maraq milli mənafedən üstün tutulmamalıdır. Hər bir xalqın tarixində daha çox yadda qalan onun ziyalısı, sərkərdəsi, dövlət başçısı olur. Azərbaycan xalqı da özünü tanıyandan və bəşəriyyətə təqdim edəndən ziyalılarının zəkasından bəhrələnib. Ziyanın işıq, nur olduğunu isə, əlbəttə, sadə əmək adamından, elm xadiml...
ANL
Azərbaycan-Bolqarıstan sənədləri imzalanmışdır. Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olm...
ANL
AĞDAŞ - sürətli inkişafın yeni ünvanı. "Ağdaş indi müasir, gözəl rayona çevrilməkdədir. İstirahət etmək, yaşamaq, işləmək üçün bütün şərait vardır. Mən rayonda gedən dəyişiklikləri görürəm, qiymətləndirirəm. Ağdaşın gələcək inkişafı üçün də əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq ki, rayon daha da gözəl, daha...
ANL
Samux müasirləşir. Lüksenburq kəndində təqribən eyni vaxtda iki mühüm obyektin açılışı oldu. Əvvəlcə mobil tipli su təmizləyici qurğusu işə başladı. Sonra üçmərtəbəli məktəb binası istifadəyə verildi. Beləcə, Samuxun yeni-yeni ünvanları aybaay, ilbəil artır. Samux, ölkəmizin təzə rayonlarından biri, müstəqilliyin yaşıd...
ANL
Ali ordenlərlə təltif olunma mərasimi. Noyabrın 14-də Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimindən sonra Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: - Hörmət...
ANL
Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri. Seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, seçkilərə hazırlıq dövründə və səsvermə günü Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələbl...
ANL
Məhəmməd Hadi İrəvanda. Azərbaycanın mütəfəkkir romantik şair və publisistlərindən olan Məhəmməd Hadi dövrün müxtəlif mətbuat orqanlarında çalışıb onlarla əməkdaşlıq edirdi. imzası ilə çap edilmişdir. Üçüncü yazı "Hərbzədə müsəlmanlar" adlanır. Yazılara verilən qeydlərdən aydın olur ki, M.Hadi İrəvan quberniyasına "Açı...
ANL
Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Noyabrın 14-də təltif olunma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı. ...
ANL