text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ali qonağın şərəfinə. Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun şərəfinə rəsmi ziyafət verilmişdir. Dövlət başçıları ziyafətdə çıxış etmişlər. (Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdi... | ANL |
İnformasiya cəmiyyətinə birgə baxış: Mərkəzi Elmi Kitabxana və Kataloniya Milli Kitabxanasının bibliosferası. İspaniya kitabxanaları ilə təcrübə mübadiləsi aparmaq AMEA Mərkəzi Elmi Kitabxanasının uzun müddətdən bəri maraq dairəsində olan məsələlərdən biri idi. Bu peşə marağının müxtəlif səbəbləri vardı. Birinci səbəb ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının enerji, ətraf mühit, rabitə və nəqliyyat nazirini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İsveçrə Konfederasiyasının enerji, ətraf mühit, rabitə və nəqliyyat naziri xanım Doris Loytardı qəbul etmişdir. Dövlətimizin b... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın iqtisadiyyat nazirini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Latviya Respublikasının iqtisadiyyat naziri Daniels Pavlutsu qəbul etmişdir. Nazir Daniels Pavluts Latviyanın yeni hökumətinin ilk nümayəndəsi kimi Azərbaycana səfərindən... | ANL |
Qisas qiyamətə qalan deyil. Bir sıra detektiv roman və povestlər müəllifi olan yazıçı-hüquqşünas Tahir Kazımov bu dəfə oxucuları ilə görüşə "Qisas" adlı yeni kitabı ilə gəlib. Ona görə də oxucu təbii olaraq "Qisas"ı iki hissədən ibarət roman kimi qəbul edir. Romanda insan qətli ilə bağlı bir cinayət açılarkən üzə çıxan... | ANL |
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert olmuşdur. Respublikanın xalq artisti, professor Tofiq Bakıxanovun sinfinin hazırladığı konsert proqramında Aytən Həsənova ilə Cəmilə Abbasova fortepianoda, Gülnarə Əhmədova isə skripkada məharətlərini göstərmi... | ANL |
Diabetli xəstələrə hər cür dövlət qayğısı göstərilir. Son illər insanı sınağa çəkən, yaşam riskini ciddi problemlərlə üz-üzə qoyan xəstəliklərdən biri də şəkərli diabetdir. Bu xəstəlik artıq qlobal problem kimi ortaya çıxmışdır. 1991-ci ildən başlayaraq Beynəlxalq Diabet Federasiyasının və Ümumdünya Səhiyyə Təşkilatını... | ANL |
Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma. Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov noyabrın 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Bolqarı... | ANL |
Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Noyabrın 14-də təltif olunma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov mətbuata bəyanatlarla çıxış etmişlər. Bolqarıstan Prezidenti Georgi Pırvanovun bəyana... | ANL |
Vladimir Andreyçenko: Belarus ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar vardır. Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko başda olmaqla, parlament nümayəndə heyəti noyabrın 14-də Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda Belar... | ANL |
Azərbaycan ilə İspaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial vardır. Noyabrın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın Cənubi Qafqaz üzrə xüsusi səfiri Mariya Viktoriya Skola Pliyeqonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İşlər ... | ANL |
Azərbaycan Avropa Gənclər Parlamentinə tamhüquqlu üzv qəbul edilmişdir. Azərbaycan Avropa Gənclər Parlamentinə (AGP) tamhüquqlu üzv qəbul edilmişdir. AGP-nin Azərbaycan nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, bu barədə qərar təşkilatın noyabrın 11-13-də Berlində keçirilən iclasında qəbul olunmuşdur. Hazırda AGP Av... | ANL |
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitu... | ANL |
ABŞ-ın Kaliforniya ştatında Azərbaycan bayrağı dalğalandırılmışdır. Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki baş konsulluğundan AzərTAc-a verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Çapman Universitetində SSRİ-nin süqutundan sonra yaranan dövlətlərin müstəqilliyinin 20 illiyinə həsr edilmiş geniş konfr... | ANL |
MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında. Bir vaxtlar beynəlxalq təşkilatlardan, onlara üzv olan ölkələrdən və ümumiyyətlə, beynəlxalq təşkilatlar çərçivəsində cərəyan edən proseslərdən söhbət düşəndə yəqin ki, çoxlarımız Azərbaycan vətəndaşı olaraq bu məsələlərə həsədlə baxmışıq. Qəlbimizdən keçən bu olu... | ANL |
Azərbaycan ilə İordaniya arasında əlaqələr daha da inkişaf etdirilir. Noyabrın 14-də Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bu ölkənin ali təhsil və elmi tədqiqatlar naziri xanım Rovaida Al-Maaitah ilə görüşmüşdür. Səfirlikdən bildirmişlər ki, görüşdə diplomat Azərbaycanın Təhsil Nazirliyinin 2012-ci ilin aprel... | ANL |
Amerikalı politoloq U.Taubman: «Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisidir». Moskvada Karnegi Fondu və ABŞ-ın Milli Təhlükəsizlik Arxivinin birgə təşkilatçılığı ilə "Sovet İttifaqının süqutundan sonra milli münasibətlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda ABŞ və Rusiyadan olan... | ANL |
Bakı Dövlət Universitetinin bir qrup ziyalısının Azərbaycan ziyalılarına müraciəti. Hörmətli həmkarlar! Bakı Dövlət Universitetinin ağsaqqal ziyalıları adından bütün Azərbaycan ziyalılarına müraciət edirik. Biz şübhə etmirik ki, siz də bizim kimi ölkəmizin bugünkü sabitliyini ən böyük dəyərimiz hesab edirsiniz. Yaxşı x... | ANL |
İtaliyanın Beynəlxalq Siyasi Elmlər İnstitutu ilə SAM arasında Anlaşma Memorandumu imzalanmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva noyabrın 7-dən 12-dək İtaliyada səfərdə olmuşdur. Azərbaycanın İtaliyadakı səfirliyinin təşkil etdiyi səfər... | ANL |
Azərbaycanda Latviya Günləri başlamışdır. şüarı altında keçiriləcək tədbirlərin təntənəli açılış mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirlər Latviyanın Sərmayə və İnkişaf Agentliyi, bu ölkənin Azərbaycandakı səfirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı və Latviyanın ... | ANL |
Azərbaycan ilə Latviya arasında fövqəladə hallar sahəsində əməkdaşlıq vacibdir. Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Latviya Respublikasının iqtisadiyyat naziri Daniels Pavlutsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Fövqəladə Hallar Nazirliyind... | ANL |
Gürcüstanda nəşr olunan «Spektr» qəzetində «Azərbaycan dinamik inkişaf edən demokratik ölkədir» sərlövhəli məqalə dərc olunmuşdur. Gürcüstanın nüfuzlu "Spektr" qəzetində "Azərbaycan dinamik inkişaf edən demokratik ölkədir" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ye... | ANL |
Mərakeş Krallığının mədəniyyət nazirinin Azərbaycan Milli Kitabxanasında məruzəsi maraqla qarşılanmışdır. Azərbaycanda Mərakeş Krallığı Mədəniyyəti Günləri çərçivəsində noyabrın 13-də bu ölkənin mədəniyyət naziri Binsəlim Himmiş M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Mədəniyyət və bəşəri inkişafa ümidlər"... | ANL |
Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun Azərbaycan Respublikasına rəsmi səfəri. Ali qonağın şərəfinə. Xəbər verdiyimiz kimi, noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun şərəfinə rəsmi z... | ANL |
Azərbaycanın Baş naziri Artur Rasizadə və Bolqarıstan Prezidenti Georgi Pırvanov birgə işçi nahar etmişlər. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov noyabrın 15-də birgə işçi nahar etmişlər. Səmimi söhbət zamanı Azərbayca... | ANL |
Bolqarıstan Prezidenti Georgi Pırvanov Milli Məclisdə olmuşdur. Azərbaycana rəsmi səfəri çərçivəsində Bolqarıstan Prezidenti Georgi Pırvanov noyabrın 15-də Milli Məclisdə olmuşdur. Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov qarşılamışdır. Bolqarıstan Prezidenti əvvəlcə parlamentin iclas zall... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov noyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmi... | ANL |
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov noyabrın 15-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Bolqarıstan dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri Azərbaycanı... | ANL |
Dövlət Bayrağı Meydanı ali qonaqda zəngin təəssürat doğurmuşdur. Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov noyabrın 15-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Bolqarıstanın dövlət başçısına məlumat verilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayra... | ANL |
Səfər başa çatdı. Noyabrın 15-də Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun Azərbaycana rəsmi səfəri başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Bolqarıstan Respublikasının Prezidenti Georgi ... | ANL |
Əməkdaşlıq haqqında Memorandumun öhdəlikləri müzakirə olunmuşdur. Noyabrın 15-də Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Bolqarıstanın əmək və sosial siyasət naziri Totyu Mladenov ilə görüşmüşdür. Görüşdə hər iki ölkənin sosial-iqtisadi inkişafına dair məlumatlar verilmiş, nazirliklər ara... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Belarus parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonu qəbul etmişdir. Belarus parlamentinin Nümayəndələr Palatası... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarı qəbul etmişdir. Görüşdə Azərbaycan il... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul etmişdir. Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizdə turizm sektorunun inkişafına yaradılan... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Avropa Komissiyası sədrinin ... | ANL |
«Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bu sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərb... | ANL |
«Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli 1923 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası ... | ANL |
Keçmiş prezidentlərin təminatı haqqında Konstitusiya qanunu qəbul edildi. Noyabrın 15-də Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda ilk olaraq "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikası Konstitusiya qanunun... | ANL |
Azərbaycanın Baş naziri Belarus parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşmüşdür. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə noyabrın 15-də ölkəmizdə səfərdə olan Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşmüşdür. Baş nazir qeyd etmişdir ki, str... | ANL |
Belarus Parlamentinin nümayəndə heyəti Heydər Əliyev Fondunu ziyarət etmişdir. Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 15-də Heydər Əliyev Fondunda olmuşdur. Qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əli... | ANL |
Azərbaycan Belarusun Cənubi Qafqazdakı əsas tərəfdaşıdır. Azərbaycanda səfərdə olan Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko noyabrın 15-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür. Oqtay Əsədov Azərbaycan ilə Belarus arasındakı qədim dostluq əlaqələrindən danışmış, müstəqilliyimizi... | ANL |
Belarus parlamentinin Nümayəndələr Palatasının sədri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir m... | ANL |
Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqının mühüm tərəfdaşıdır. Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton ilə görüş... | ANL |
BMT-nin rəsmisi Andrey Abramov: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzv seçilməsi onun müstəqil bir dövlət olaraq dünya səviyyəsində özünü yenidən tanıtmasının bariz nümunəsidir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Azərbaycana səfərdə olan BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QH... | ANL |
ABŞ hökuməti Transxəzər boru kəməri layihəsini dəstəkləyir. ABŞ hökuməti Transxəzər boru kəməri layihəsini dəstəkləyir. İndi əsas məsələ Avropa İttifaqı, Azərbaycan və Türkmənistanın razılığa gəlməsidir. AzərTAc xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Mo... | ANL |
Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ilə görüşmüşdür. Xarici İşlər Nazirliyin... | ANL |
Azərbaycan ilə Mərakeş arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xarici işlər üzrə dövlət katibi Lətifə Axerbaş ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xi... | ANL |
Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi əsaslı təmirdən və mükəmməl texniki təchizatdan sonra istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur. Noyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəzi Neftç... | ANL |
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə olunan uşaqlara baş çəkmişdir. Noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (İDEA) təsisçisi Leyla Əliyeva Bakıdakı Talassemiya Mərkəzi ilə tanış olmuşdur. AzərTAc... | ANL |
CNN telekanalı Azərbaycan haqqında beşgünlük proqramın yayımına başlamışdır. CNN telekanalı Azərbaycan haqqında hazırladığı və "Eye on Azerbaijan" ("Azərbaycana nəzər") adlanan beşgünlük proqramının yayımına başlamışdır. AzərTAc xəbər verir ki, CNN kanalının tanınmış jurnalisti Cim Klensinin təqdimatı ilə noyabrın 14-d... | ANL |
Abşeron rayonu sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni və daha sürətli mərhələsinə qədəm qoyur. Beynəlxalq hüququn müstəqil subyekti olaraq modern tərəqqi yolunda inamla irəliləyən müasir Azərbaycanın inkişafı yeni nailiyyətlər hesabına daha dinamik hala gəlmiş, ölkəmiz dünya miqyasında möhtəşəm uğurların müəllifi q... | ANL |
Belə şou kimə lazımdır? Azərbaycan Dövlət Neft Akademiyasının bir qrup aliminin müraciəti. Azərbaycan Dövlət Neft Akademiyasında uzun müddət çalışan və hazırda kafedra müdiri vəzifələrini tutan əməkdaşlar olaraq son günlər müxalif mətbuatında "Eldar Namazov qrupu" adlı toplumun professor Rafiq Əliyevin kafedra müdiri v... | ANL |
Şərəfli ziyalı adını ləyaqətlə qorumalıyıq. Ziyalı məhfumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir. Ziyalıların cəmiyyətin inkişafında, problemlərin dərk edilərək həll edilməsində xidmətləri böyükdür. Azərbaycan cəmiyyətində də ziyalı sözünə hər zaman böyük dəyər verilib. Tə... | ANL |
Bu, milli birlik nümayişi deyil. Azərbaycanın keçdiyi çətin, kəşməkəşli, bir qədər də dəqiqləşdirsək, ağrı-acılı yolda xalqımızın nümayiş etdirdiyi birlik onun müstəqilliyinin bərpası dövründə özünü yüksək səviyyədə göstərmişdir. Keçmiş sovet imperiyasının 70 illik hakimiyyətindən qurtulmaq zorla həmin ittifaqa birləşd... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin m... | ANL |
Azərbaycan Hindistanda keçirilən Beynəlxalq ticarət sərgisində təmsil olunmuşdur. Azərbaycanın Hindistandakı səfirliyi bu ölkədə keçirilən Beynəlxalq Ticarət Sərgisində respublikamızın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə dair guşə ilə təmsil olunmuşdur. Sərgidə Heydər Əliyev Fondu, Xarici İşlər, M... | ANL |
Vadim Qusman: «Bakı Beynəlxalq Humanitar Forumu həm regional, həm də dünya miqyaslı möhtəşəm hadisədir». Rusiyanın İTAR-TASS Agentliyinin Böyük Britaniyadakı xüsusi müxbiri Vadim Qusman AzərTAc-ın müxbirinə müsahibəsində Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını bölüşərək demişdir: "Tamamilə aşkardır ki, ... | ANL |
Biri igid qaçaq, digəri alicənab insan kimi. Qıraq Kəsəmən kəndinin adı da dillər əzbəri idi. İndi nə kəndin izi-tozu qalır, nə də Qaçaq Kərəmin, İsrafil ağanın bir nişanəsi. Batan yurd yerinin, "itən" oğulların sorağı ilə Kürün sahilinə gəlmişik. Ağstafanın ən səfalı guşələrindən biridir. Göz işlədikcə uzanan geniş va... | ANL |
Uşaqların İkinci Ümumrespublika Forumunun iştirakçılarına. Hörmətli Forum iştirakçıları! Sizi - Uşaqların İkinci Ümumrespublika Forumunun iştirakçılarını və bütün uşaqları səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı, xoşbəxtlik və həyatınızda nailiyyətlər arzulayıram. Bu il Azərbaycanın öz dövlət müstəqilliyinin bər... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev «Euronews» kanalının Müşahidə Şurasının sədrini və İcraedici Şuranın baş direktorunu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da "Euronews" kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi q... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Oğuz rayonuna səfəri. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ... | ANL |
Oğuz şəhər mədəniyyət və istirahət parkı açılmışdır. Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir. Dövlətimizin başçısına məlumat verildi ki, son illər Oğuzda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, onların istirahəti üçün mühüm işlə... | ANL |
Oğuz Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Oğuz rayonuna səfəri çərçivəsində rayon məhkəməsinin inzibati binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı Oğuz Rayon M... | ANL |
Oğuzda Qəhrəmanlar parkı yaradılmışdır. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində Qəhrəmanlar parkının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı parkda ucaldılmış abidənin önünə gül dəstəsi qoydu. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılm... | ANL |
Prezident İlham Əliyev Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsini işə salmışdır. Prezident İlham Əliyev noyabrın 16-da Oğuz şəhərində qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısına məlumat verildi ki, bu müəssisə Azərbaycan Respublikası regionlarının... | ANL |
Azərbaycanın Baş naziri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşmüşdür. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə noyabrın 16-da Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketr... | ANL |
Milli Məclisdə görüş. Noyabrın 16-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xarici işlər və əməkdaşlıq naziri yanında dövlət katibi Lətifə Axarbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşd... | ANL |
Noyabrın 16-da Milli Məclisin İqtisadi siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə iclası keçirildi. İclasda "Azərbaycan Respublikasının 2012-ci dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə edildi. İclası aparan Milli Məclisin İqtisadi siyasət ko... | ANL |
Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlər çox yüksək səviyyədədir. Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 16-da Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İnayat Ullah Kakar ilə görüşmüşdür. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,... | ANL |
Dünya Bankı ilə növbəti kredit layihəsinə dair saziş imzalanmışdır. AzərTAc xəbər verir ki, noyabrın 16-da Azərbaycan Respublikası ilə Dünya Bankı arasında "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi" layihəsi üzrə kredit sazişi imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən Baş nazirin müavini ... | ANL |
Rusiyanın nüfuzlu «Moskovski komsomolets» qəzetində «Bakıya Londondan baxış» sərlövhəli məqalə dərc olunmuşdur. Rusiyanın nüfuzlu "Moskovski komsomolets" qəzetində "Baku" jurnalının ingilisdilli versiyasının birinci nömrəsinin çapdan çıxmasından bəhs edən "Bakıya Londondan baxış" sərlövhəli məqalə dərc olunmuşdur. Məqa... | ANL |
DTT-nin baş katibi Azərbaycanda miqrasiya sahəsində dövlət səlahiyyətlərini yerinə yetirən müstəqil qurumun yaradılmasını yüksək qiymətləndirmişdir. Azərbaycanda səfərdə olan Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai noyabrın 16-da Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müş... | ANL |
Həqiqət olduğu kimi deyilməlidir. Bəzən mətbuat səhifələrində yazılarda qeyri-dəqiqliyə, nəyinsə xatirinə saxtakarlığa yol verilir. Məsuliyyətsizlik üzündən cəmiyyətə sırınan belə ağ yalanlar ayaq tutub yerimək istəsə də, lakin üfürülmüş şar kimi tez də partlayır. Çox təəssüf ki, bir sıra mətbuat səhifələrində bu kimi ... | ANL |
Müstəqilliyimizin banisi. Tarixi təcrübə göstərir ki, xalqın zəngin mənəvi-intellektual potensialının, milli məfkurə və özünüdərk hissinin konkret zamanda parlaq üzə çıxması, qərinələr boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin məntiqi nəticəsi kimi reallaşır. ... | ANL |
Azərbaycan Uşaqlarının İkinci Ümumrespublika Forumu keçirilmişdir. Noyabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının İkinci Ümumrespublika Forumu keçirilmişdir. Ailə, Qadın və Uşaq Prob... | ANL |
Milli İcmaların Koordinasiya Şurasının yaranmasının 2-ci ildönümü qeyd olunmuşdur. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) tərəfindən noyabrın 16-da "Park İNN" hotelində Beynəlxalq Tolerantlıq Gününə və Azərbaycanda yaşayan Milli İcmaların Koordinasiya Şurasının yaranmasının 2-ci ildönümünə həsr ... | ANL |
Qafqaz universitetləri birliyinin ilk beynəlxalq simpoziumu. Naxçıvan Dövlət Universitetində Qafqaz Universitetlər Birliyinin Birinci Naxçıvan Beynəlxalq Gənclik Simpoziumu keçirilmişdir. Simpozium iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki heykəlini və muzeyini, Türkiyə Cümhuriyyətinin qur... | ANL |
CNN telekanalının hazırladığı «Azərbaycana nəzər» adlı beşgünlük proqramının ikinci verilişində «Bakı Ağ şəhər» layihəsindən bəhs olunmuşdur. Son illərdə Azərbaycanda gedən sürətli inkişaf prosesləri ölkəmizin bütün sahələrdə yüksək tərəqqiyə nail olması ilə müşayiət edilir. Bunun nəticəsində ölkəmizin beynəlxalq aləmd... | ANL |
Tahir Salahovun teatr rəssamlığı: yaradıcılığın təkamülü. Yaradıcılıq prosesi öz axarında yeni keyfiyyətlər kəsb edir, mürəkkəbləşir və zənginləşir. Yazıçı K.Q.Paustovski yaradıcılığın mahiyyətini bu sözlərlə dəqiq və lakonik ifadə etmişdir. Yaradıcılıq genişlənmədən, yeni mənalar kəsb etmədən bir yerdə dayanıb dura bi... | ANL |
Tələbə aviatorlar «Somaliyə yardım» kampaniyasında böyük fəallıq göstərmişlər. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən təşkil olunan və "Bir manat - Bir həyat" devizi altında həyata keçirilən "Somaliyə yardım" kampaniyası başa çatmışdır. Milli Aviasiya Akademiyasının ictimaiyyətlə əlaqə xidmə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri. Qaxda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfərə gəlmişdir. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində uc... | ANL |
Qaxın İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış körpü istifadəyə verilmişdir. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış tağvari metal körpünün açılışı mərasimində iştirak etmişdir. Dövlət başçısı "... | ANL |
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaxda "El Resort" mehmanxanasının açılışında iştirak etmişdir. Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da müasir turizm obyektlərinin inşası Azərbaycana yüksək... | ANL |
Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməli qoyulmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasi... | ANL |
Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Qax rayonunda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərkəzin eskiz layihələri ilə tanış olan dövlət başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzi bir hektara y... | ANL |
Prezident İlham Əliyev Qaxda «İçəribazar» qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur. Noyabrın 17-də Prezident İlham Əliyev Qax şəhərindəki "İçəribazar" qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur. Bildirildi ki, Qaxda XV... | ANL |
Qaxda avtovağzal kompleksi istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də "Qax-Avto" MMC-nin avtovağzal kompleksinin açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi. Dövlət başçısı köhnə və yeni avtovağzalın görüntülərini, eləcə də kompleks... | ANL |
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının yeni inzibati binasının açılışı olmuşdur. Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ... | ANL |
Prezident İlham Əliyev Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki rayonuna səfərə gəlmişdir. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül də... | ANL |
Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanışlıq. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Dövlət başçısı kompleksin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı. ... | ANL |
Şəkidə yeni mərkəzi xəstəxana istifadəyə verilmişdir. Açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Şəkiyə səfəri çərçivəsində mərkəzi xəstəxananın açılışında iştirak etmişdir. Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsd... | ANL |
«Green Hill İnn» mehmanxanası Şəkinin turizm potensialının daha bir əyani göstəricisidir. Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində "Green Hill İnn" mehmanxanasının açılışında iştirak etmişdir. Dövlət başçısı mehmanxananın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, beşm... | ANL |
«Aşağı Karvansaray» kompleksi əsaslı surətdə bərpa edilir. Noyabrın 17-də Prezident İlham Əliyev Şəki şəhərində "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olmuşdur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinə məlumat verdi ki, qədim abidələrlə zəngin bölgələrimizdən o... | ANL |
Prezident İlham Əliyev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binası ilə tanış olmuşdur. Noyabrın 17-də Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olmuşdur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verdi ki, 1973-cü ildə... | ANL |
Şəki şərab zavodu işə salınmışdır. Noyabrın 17-də Prezident İlham Əliyev "Aqroinvestkom" MMC-nin Şəki şərab zavodunun açılışında iştirak etmişdir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısının ölkəmizdə özəl sektorun, o cümlədən üzümçülüyün inkişafına göstərdiyi diqqət və qayğını əks etdir... | ANL |
Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə. Əlahəzrət! Omanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Oman arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın rifa... | ANL |
Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Andris Berzinşə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan-Latviya münasibətləri hərtərəf... | ANL |
Cenevrədə Transmilli Cinayətkarlığa qarşı 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum keçirilir. Noyabrın 16-da İsveçrənin Cenevrə şəhərində Krans Montana Forumunun təşkilatçığı ilə Transmilli Cinayətkarlığa qarşı 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum öz işinə başlamışdır. Tədbirdə 6... | ANL |
Bakıda «Baku» jurnalının ingilis dilində ilk nəşrinin təqdimatı keçirilmişdir. Noyabrın 17-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu "Baku" jurnalının ingilis dilində ilk nəşrinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər... | ANL |
Dünya geosiyasəti: Azərbaycandan baxış. Geosiyasəti dövlətin "coğrafi zəkası" adlandırırlar. Müxtəlif dövlətlərin və dövlətlərarası birliklərin nüfuz dairələrinin bölünməsi və yenidən bölünməsi qanunauyğunluqlarını öyrənən bu fənlərarası bilik sahəsi XXI əsrdə xüsusi diqqət obyektinə çevrilmişdir. Bu da təsadüfi deyild... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.