text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azadlığın şirin dadı... XX əsrin əvvəllərində, dünyanın hər yerində olduğu kimi, Rusiya imperiyasının da daxilində bir narahatlıq, təlatüm yetişməkdə idi. İllərlə əsarətdə qalan xalqlar oyanıb azadlıq, müstəqillik istəklərini dilə gətirirdilər. Xalqların arzu və istəyini bəyan edənlər isə dövrün tanınmış ziyalıları, əl...
ANL
Bakıda "Azərbaycan dünya ədəbiyyatında" mövzusunda Beynəlxalq simpozium işə başlamışdır. Mayın 27-də Bakıda Xəzər Universitetinin təşkilatçılığı ilə "Azərbaycan dünya ədəbiyyatında" mövzusunda Beynəlxalq simpozium işə başlamışdır. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının və X...
ANL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş ənənəvi mini futbol turnirinin qalibləri mükafatlandırılmışlar. Mayın 27-də Beynəlxalq Mətbuat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı "Şərq" qəzetinin təşkilatçılığı ilə kütləvi informasiya vasit...
ANL
Ağdaşda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət. Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Azərbaycan Preziden...
ANL
Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində oktyabrın 30-da Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı yolun texniki-iqtisadi göstəricilərini, ...
ANL
Ucarda Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur. Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar rayonuna səfərə gəlmişdir. Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə abidən...
ANL
Ucarlı şahmatçılara dəyərli töhfə. Oktyabrın 30-da Prezident İlham Əliyev Ucar rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak etmişdir. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, şahmat kompozisiyası formasında tikilmiş bu tədris ocağının ümumi sahəsi 820 kvadra...
ANL
Prezident İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti ...
ANL
Prezident İlham Əliyev Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonuna səfərə gəlmişdir. Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət e...
ANL
Ağsu mədəniyyət və istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra açılmışdır. Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsuda mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Dövlət başçısına məlumat verildi ki, parkın 9 metr hündürlüyü...
ANL
Ağsuda Regional Qaz İstismar Sahəsinin açılışı olmuşdur. Dövlət başçısına məlumat verildi ki, Ağsuda Regional Qaz İstismar Sahəsi üçün yeni inzibati binanın tikintisi ətraf rayonların da qazlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliye...
ANL
Ağsu şəhər stadionunun açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Ağsu şəhər stadionunun açılışında iştirak etmişdir. Dövlət başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsdi. Bu müasir idman qurğusunun təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Meh...
ANL
Ağsuda yeni çörək zavodu istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Ağsuda çörək zavodunun açılışında iştirak etmişdir. Dövlət başçısı zavodu işə saldı. İstehsal prosesi ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, müəssisə əsas sexdən və yardımçı sahəl...
ANL
Ağsuda işə salınan «Az-Granata» MMC-nin şirə və şərab emalı zavodu ən müasir standartlara cavab verir. Prezident İlham Əliyev oktyabrın 30-da Ağsuda "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunun açılışında iştirak etmişdir. Bildirildi ki, zavodun fəaliyyətə başlaması regionların sosial-iqtisadi inkişafı dövlət pro...
ANL
Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi açılmışdır. Oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, mərkəzin təməli 2009-cu il oktyabrın 29-da Prezident İlha...
ANL
«Şərədil» istirahət mərkəzi ilə tanışlıq. Oktyabrın 30-da Prezident İlham Əliyev Ağsu rayonundan qayıdarkən Şamaxıdakı "Şərədil" istirahət mərkəzi ilə tanış olmuşdur. Bildirildi ki, son illərdə Azərbaycanda turizm infrastrukturunun yaradılması istiqamətində dövlətimiz tərəfindən ardıcıl addımlar atılır. Bu baxımdan "Az...
ANL
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax issəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olmuşdur. Oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonundan qayıdarkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yeni...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Koreyanın SK şirkətlər qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Koreyanın SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Çey Tae-von rəhbərlik etdi...
ANL
Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqə...
ANL
Azərbaycan Respublikasında kənd təsərrüfatı işçilərinin «Tərəqqi» medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətlərinə görə a...
ANL
Azərbaycan Respublikasının kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəx...
ANL
N.N.Nəsrullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərba...
ANL
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Əbdüləziz Buteflikaya. Hörmətli cənab Prezident! Əlcəzairin milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əmək...
ANL
Kənar dövlət maliyyə nəzarəti iqtisadi inkişafın əsas şərtlərindən biridir. "...maliyyə intizamı, maliyyə resurslarının xərclənməsinə nəzarət - bu, həmişə diqqət mərkəzində olmalıdır, indi isə buna daha da böyük ehtiyac var". Azərbaycan Respublikası Hesablama Palatasının yaradılması ümummilli lider, böyük dövlət xadimi...
ANL
Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi sahəsində ölkənin bütün bölgələrində, o cümlədən Ağdaş rayonunda ...
ANL
Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Ucar rayonunda da uğurla həyata keçirilir. Dövlət proqramının icrası nəticə...
ANL
Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Son illərdə Ağsu rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, ümumi məhsul buraxılışı 3,8 dəfə, sənaye məhsulunun həcmi 5,0 dəfə artmış, bir sıra sosial y...
ANL
Respublika Uşaq Klinik Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Prezident İlham Əliyev görülmüş işlərlə tanış olmuşdur. Noyabrın 1-də Respublika Uşaq Klinik Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müali...
ANL
Prezident İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Mədə...
ANL
Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Prezident İlham Əliyev noyabrın 1-də Dənizkənarı Milli Parkda "Kiçik Venesiya şəhərciyi" adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Erginin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Ədliyyə naziri Sadullah Ergin Tür...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədrini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul etmişdir. Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşin ...
ANL
Bakıda EPEG Konsorsiumunun üçüncü iclası keçirilmişdir. Noyabrın 1-də Bakıda EPEG Konsorsiumunun üçüncü iclası keçirilmişdir. İclası giriş sözü ilə açan "Delta Telekom" şirkətinin texniki direktoru Rahid Ələkbərli tədbirin əhəmiyyətini qeyd etmişdir. Baş nazirin müavini Abid Şərifov çıxış edərək demişdir ki, bu gün Azə...
ANL
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Nyu-Yorkda ABŞ-ın «Uşaqların Xərçəng və Qan Fondu»nun yüksək mükafatı təqdim ediləcəkdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi L...
ANL
Azərbaycan-Türkiyə: hüquqi sahədə əməkdaşlıq genişlənir. Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafı çərçivəsində hüquqi əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verilir. 2001-ci ildə ulu öndər Heydər Əliyevin Türkiyəyə səfəri zamanı ədliyyə nazirlikləri arasında ...
ANL
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitus...
ANL
Kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli sərəncamına əsasən noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günüdür. Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyi noyabrın 1-də tədbir keçirmişdir. Kənd təsərrüfatı naziri İs...
ANL
Azərbaycan daha bir beynəlxalq sərgiyə ev sahibliyi edir. Bu gün Bakıda beynəlxalq "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" sərgisi öz işinə başlayır. Sərgi noyabrın 2-dən 4-dək Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "İteca Caspian" şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Eko...
ANL
«Xəzər: Ətraf Mühit üçün Texnologiyalar» Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçılarına. Hörmətli xanımlar və cənablar! Sizi - "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə bu xeyirxah işinizdə uğurlar diləyirəm. Fərəhləndirici hald...
ANL
Gəncə yeni yüksəliş yolundadır. Son vaxtlar Gəncə şəhərində görülən işlərin miqyası o qədər genişdir ki, onları tam əhatə etmək, bir söhbətdə, bir yazıda cəmləşdirmək qeyri-mümkündür. Şəhər başdan-başa yenidən qurulur. Həm iqtisadiyyatı sürətlə inkişaf edir, həm də abadlıq-quruculuq işləri getdikcə geniş vüsət alır. Ba...
ANL
Süleyman Dəmirəl - Türkiyənin 9-cu Cümhurbaşqanı. İndi bu barədə düşünmək istəsək, yaxud da xatırlamağa çalışsaq, heç vəchlə yada sala bilməyəcəyik bu Türkiyə sevdasının haçan ürəyimizə, qəlbimizə girib, qanımıza, iliyimizə işləyib vücudumuzu fəth etdiyi anı, günü. Nazim Hikmətin, Mehmet Akif Ərsoyun şeirləri, Rəşad Nu...
ANL
Dostluğun və əməkdaşlığın inkişafında türkdilli dövlətlər arasında yeni səhifələr açılır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 2009-cu ildə beynəlxalq hökumətlərarası təşkilat kimi Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan və Türkmənistan tərəfindən təsis edilib. Əməkdaşlıq Şurasının qüvvədə olan iki sənəd...
ANL
Azərbaycan dünyanın turizm mərkəzlərindən birinə çevrilir. Turizm bir çox ölkədə aparıcı gəlir sahələrindəndir. Çoxşaxəli bir sahə olmaqla turizmin inkişafı üçün əsas şərtlərdən biri, bəlkə də birincisi ölkənin coğrafi mövqeyi, tarixi abidələrinin çoxluğu, təbii sərvətlərin bolluğu və təbii ki, ölkədə ictimai-siyasi sa...
ANL
AzərTAc-ın tarixi və müasir həqiqət axtarışı. İndi zaman həmişəkindən daha artıq sürətlə dəyişir və bir çox hallarda özünün qeyri-səlis həqiqətləri, təzadları ilə maraq doğurur. Hər gün dünyada baş verən "informasiya partlayışları" zənginliyi və əlvanlığı ilə cəlbedicidir. Bu rəngarənglik içərisində ən vacib olanı tapm...
ANL
Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması qaydaları. Ölkəmizdə yerli özünüidarəni həyata keçirən bələdiyyələrə seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Xatırladaq ki, bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər A...
ANL
«Mədəniyyət» qəzetinin xüsusi nömrəsi çap edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin orqanı olan "Mədəniyyət" qəzetinin bu günlərdə xüsusi nömrəsi işıq üzü görmüşdür. Nəfis tərtibatla çap edilmiş bu nömrə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmişdir. AzərTAc xəbər ver...
ANL
Mədəniyyət və Turizm Nazirliyi, UNİMA - Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY-un təşkilatçılığı ilə hazırlanan festival Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Balaca tamaşaçılar bu festivalda Böyük Britaniyadan, Türkiyədən, Gürcüstandan, Başqırdıstandan, Litvadan, Estoniya...
ANL
Türkiyəli dövlət qulluqçuları Azərbaycanda səfərdədir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) AzərTAc-a bildirmişlər ki, Türkiyə Respublikasının beş dövlət orqanını təmsil edən on rəhbər işçidən ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir. Səfər çərçivəsin...
ANL
Fransız jurnalı Azərbaycanın turizm imkanlarından yazmışdır. Fransada nəşr olunan "Səyahətlər aləmində" jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən "Qafqaz sıra dağları ilə Xəzər dənizi arasında" adlı məqalə dərc olunmuşdur. Azərbaycanın coğrafi quruluşundan bəhs edən yazının əvvəlində ölkəmizin Qafqaz sıra ...
ANL
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi qurumun Baş Konfransının 36-cı sessiyasında erməni nazirinin çıxışına tutarlı cavab vermişdir. Oktyabrın 29-da UNESCO-nun Baş Konfransının 36-cı sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirələrdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin UNESCO i...
ANL
Moskvada «Azərbaycanın gənc musiqiçiləri beynəlxalq müsabiqələrin laureatlarıdır» adlı konsert olmuşdur. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda "Azərbaycanın gənc musiqiçiləri beynəlxalq müsabiqələrin laureatlarıdır" adlı konsert olmuşdur. Azərbaycanın Rusiyadakı səfirliyinin təşkil ...
ANL
Novruz bayramı ATƏT-in Vyanadakı rəsmi bayramlar siyahısına daxil edilmişdir. Novruz bayramı ATƏT-in baş katibi tərəfindən daimi əsaslarla ATƏT-in Vyanadakı rəsmi bayramlar siyahısına daxil edilmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, baş katib bu qərarı Azərbaycan Respublikasını...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın elm, texnologiya və produktiv innovasiya nazirini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonu qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycan ilə ...
ANL
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salem Xalif...
ANL
Bolqarıstan Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Rosen Plevneliyevə. Hörmətli cənab Plevneliyev! Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan və Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq əlaqələri birləşdirir...
ANL
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi zati-aliləri xanım Hillari Klintona. Hörmətli xanım Klinton! Ananız xanım Doroti Rodemin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. İlham ƏLİYEV, Azərbaycan Respublika...
ANL
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərba...
ANL
Azərbaycanın bölgələri sürətlə və davamlı inkişaf edir. Prezident İlham Əliyevin Ağdaş, Ucar və Ağsu rayonlarına səfəri bir sıra mühüm sosial obyektlərin açılışı ilə əlamətdar oldu. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələn başlıca vəzifələr əhalinin sosial rifah halı...
ANL
Türkiyənin ədliyyə naziri Konstitusiya Məhkəməsində olmuşdur. Noyabrın 2-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Erginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. AzərTAc xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqla...
ANL
Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur. Noyabrın 2-də Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Sadullah Erginin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür. Görüşdə Ali Məhkəmənin sədri Türkiyənin ədl...
ANL
Hesablama Palatasının 10 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Noyabrın 2-də Hesablama Palatasının 10 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfransda Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədza...
ANL
«Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı» çərçivəsində tədbirlər keçirilir. Avropa Birliyinin "Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı" çərçivəsində Mədəniyyət Proqramı Regional Monitorinq və İmkanların Gücləndirilməsi Bölməsinin təşkilatçılığı ilə "Park İnn"-də keçirilən "dəyirmi masa"da dövlət müstəqilliyimizin bərpasını...
ANL
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Nyu-Yorkda «Həyata Açar» fəxri mükafatı təqdim edilmişdir. Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla xan...
ANL
İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Azərbaycanda keçirilmiş monitorinqin nəticələrindən razıdır. İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında apardığı monitorinqin nəticəl...
ANL
İqtisadi İnkişaf Nazirliyi ilə Argentinanın Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Noyabrın 2-də Azərbaycanda səfərdə olan Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonun başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadi İnkiş...
ANL
Yefim Pivovar: Bakı Beynəlxalq Humanitar Forumu nadir hadisədir. Bakı Beynəlxalq Humanitar Forumu nadir hadisədir. Dünyada elm, mədəniyyət və incəsənətin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün belə məkanlar olduqca azdır. Humanitar, siyasi forumlar vardır, lakin Bakıda təqdim edildiyi və həyata keçirildiyi kimi...
ANL
Bakıda «Xəzər: ətraf mühit üçün texnologiyalar» mövzusunda beynəlxalq sərgi açılmışdır. Noyabrın 2-də Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində "Xəzər: ətraf mühit üçün te...
ANL
Azərbaycan xarici siyasətinin daha bir mühüm uğuru. BMT Təhlükəsizlik Şurasına üzvlük respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldəcəkdir. İkinci Dünya müharibəsindən sonra beynəlxalq birlik yeni münaqişələrin qarşısının alınması məqsədilə qarşılıqlı əməkdaşlıq tədbirlərini, o cümlədən gələcək nəsilləri yeni pro...
ANL
Türk tarixinin ən qədim səhifələri açılır. Bu günlərdə filologiya elmləri doktoru, BDU-nun professoru Qara Namazov ümumtürk dünyasının və onun ayrılmaz bir parçası olan Azərbaycanın indiyədək heç kəsə məlum olmayan ən qədim tarixini öyrənmək baxımından çox böyük əhəmiyyətə malik "Ceyms Çorçvodun tarixi kəşfləri" kitabı...
ANL
ATƏT-in baş katibi: «Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya biləcək». ATƏT-in baş katibi Lamberto Zannyer "TodayTs Zaman" qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin mühüm rol oynaya biləcəyini vurğulamışdır. Türkiyəni regionun mühüm bir ölkəsi adlandıran baş katib qe...
ANL
Tələbələrimiz Berkli Universitetində təhsil almaq şansı qazandılar. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Texniki Universiteti ilə ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetinin arasında rəsmi müqavilə imzalanmışdır. Son illər Azərbaycan dövlətinin və ölkə başçısı İlham Əliyevin xüsusi diq...
ANL
Bakıda 1-ci Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində elmi simpozium keçirilmişdir. Noyabrın 2-də Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən 1-ci Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Mi...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədrini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Münxen Təhlükəsizlik Konfransının sədri Volfanq İşingeri qəbul etmişdir. Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaq...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamı qəbul etmişdir. Əsəd Alam Dünya Bankının vitse-prezidenti Filip Le Uerunun salamların...
ANL
Qırğız Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Almazbek Atambayevə. Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı mövcud dostluq və əməkdaşlıq münasibətlərinin tarixi ənənələri xalqla...
ANL
Bakıda TürkPA-nın beynəlxalq əlaqələr komissiyasının birinci iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, noyabrın 3-də Azərbaycan Respublikasının Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq əlaqələr komissiyasının birinci iclası keçirilmişdir. Azərbaycan, Qazaxıstan, Türkiyə və ...
ANL
TürkPA türkdilli ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Noyabrın 3-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq əlaqələr komissiyasının birinci iclasının iştirakçıları ilə görüşdü. Qonaqları salamlayan Milli Məclisin Sədri TürkPA-nın yaradılm...
ANL
«Azərbaycan xalçaları - İrəvan qrupu» monumental kitabın təqdimat mərasimi keçirilmişdir. Noyabrın 3-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunmuş "Azərbaycan xalçaları - İrəva...
ANL
Vladimir Doroxin: Azərbaycanda başqa sahələrlə yanaşı, seçkilərlə bağlı da böyük nailiyyətlər əldə edilmişdir. Noyabrın 3-də Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, M.Pənahov...
ANL
9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir. Noyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı və Üçüncü Sektor Qeyri-Hökumət Təşkilatları (QHT) Koalisiyası 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirmişlər. AzərTAc xəbər verir ki, tədbir...
ANL
«Sehrli qutu»nun əbədiyaşar sirləri. Ötən əsrin ortalarından başlayaraq dünyada geniş və sürətlə yayılan televiziya kanalları tamaşaçıları öz cazibəsində saxlamaqdadır. Milyonlarla insan hər gün radio və televiziyanın köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən, yeniliklərdən xəbər tutur. İstə...
ANL
Fransanın nüfuzlu «La Tribune et Moi» jurnalında Bakı haqqında məqalə dərc olunmuşdur. Fransanın nüfuzlu turizm nəşrlərindən olan "La Tribune et Moi" ("Tribuna və Mən") jurnalında ölkəmizin paytaxtı Bakı və onun tarixi abidələrindən söhbət açan "Neft buruqları və nəhəng tikinti meydançaları ilə əhatə olunmuş Azərbaycan...
ANL
Naxçıvanın müstəqillik dövrü tarixinə həsr olunmuş qiymətli tədqiqat əsəri. Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinini sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin "Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2...
ANL
Alim ömrünün görünməyən səhifələri. Xalqımız akademik, əməkdar elm xadimi Asəf Nadirovu yaxşı tanıyır. O, Azərbaycan elminin tərəqqisinə, iqtisadiyyatının inkişafına böyük töhfələr vermiş görkəmli alimdir. Akademikin bu günlərdə təzəcə çapdan çıxmış "Həyat insanlara xidmət edəndə və onlara səmimi olanda daha mənalı və ...
ANL
Tədbirdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil etmişdir. Toplantı çərçivəsində təşkilata üzvlük və dəyişikliklər, maliyyə, büdcə, planda nəzərdə tutulan seminar və konfranslar, katibliyin gələcək fəaliyyəti və s. məsələlər müzakirə olun...
ANL
Rusiyanın nüfuzlu elmi jurnalının xüsusi əlavəsi AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinə həsr edilmişdir. Yaşadığımız informasiya cəmiyyəti dövründə İT sahəsində aparılan elmi tədqiqatların işıqlandırılması, əldə olunan nəticələrin dəstəklənməsi və beynəlxalq səviyyədə müzakirəyə çıxarılması məqsədlə...
ANL
Azərbaycanda milyon illərlə yaşı olan dəniz nəhənglərinin yeni sümükləri aşkarlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun alimləri Bakının Abşeron rayonunun Pirəkəşkül kəndində apardıqları qazıntılar zamanı milyon illərlə yaşı olan dəniz nəhənglərinin yeni sümüklərini aşkarlamışlar. ...
ANL
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nyu-Yorkda Azərbaycan incəsənətinin ABŞ-da daha yaxşı tanıdılması yollarını müzakirə etmişdir. Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın (International Dialogue for Environ...
ANL
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik. Hörmətli həmvətənlər! Müqəddəs Qurban bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İslamın bir din kimi tamamlanmasını və hidayət yolu olaraq bəşər...
ANL
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! İllik həcc ziyarəti başa çatdığı bir vaxtda Mişel və mən Qurban bayramı münasibətilə Amerika və bütün dünya müsəlmanlarına və xüsusən də islamın əsas sütunlarından biri ilə bağlı mərasimin uğurla yerinə yetirilməsi münasib...
ANL
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkəmizdə elmi tədqiqatların müasir standartlar səviyyəsində ap...
ANL
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının 2.2-ci bəndinə əsasən, "Azərbaycan Respublikası müd...
ANL
Azərbaycan UNESCO-nun dörd yardımçı qurumuna üzv seçilmişdir. Noyabrın 4-də UNESCO Baş Konfransının 36-cı sessiyası çərçivəsində təşkilatın yardımçı qurumlarına seçkilər keçirilmişdir. Azərbaycan qurumun nəzdində fəaliyyət göstərən Beynəlxalq Hidroloji və Kommunikasiyanın inkişafı üzrə beynəlxalq proqramların hökumətlə...
ANL
Azərbaycanın rus və yəhudi icmaları Rusiya Prezidenti Dmitri Medvedevə müraciət etmişlər. Tam əlaqə" proqramında Azərbaycan Respublikasının və Azərbaycan xalqının ünvanına açıq-aşkar təhqiramiz ifadələr işlədilmişdir. Bununla əlaqədar, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin və parlamen...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. Xarici siyasətdə beynəlxalq iqtisadi əlaqələr faktoru. Ölkəmizin müstəqillik dövründə beynəlxalq iqtisadi təşkilatlarla münasibətlərinin qurulması tarixinə diqqət yetirdikdə isə ilk növbədə dünyanın ən böyük maliyyə qurumlarından biri kimi xarakterizə olunan Dünya Bankı ilə əlaqə...
ANL
Ölkəmizin konkret məsələlərlə bağlı fikirlərinə hər kəs qulaq asacaqdır. Xəbər verildiyi kimi, oktyabrın 24-də Azərbaycan böyük səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Azərbaycan diplomatiyasının bu böyük qələbəsi ilə əlaqədar agentliyimizin xüsusi müxbiri ölkəmizin BMT yanında daimi nüm...
ANL
Fuad Ələsgərov: «Ştrasserin bəyanatı onun obyektivliyinə ciddi şübhələr yaradır, Azərbaycana qarşı qərəzli münasibət bəslədiyini göstərir». Azərbaycan Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov APA-ya verdiyi müsahibədə AŞ PA məruzəçisi Kristof Ştrasserin Azərbaycana səfə...
ANL
Azərbaycanın şanlı oğlu xatirələrdə yaşayır. Noyabrın 1-də Moskvada tanınmış azərbaycanlı biznesmen və xeyriyyəçi Aydın Qurbanovun "Azərbaycan dünyası" ("Mir Azerbaydjana") beynəlxalq jurnalının və "Dədə Qorqud" Milli Xeyriyyə Fondunun təsis etdiyi "Vətən Övladı" qızıl ordeni ilə təltif edilməsi (ölümündən sonra) məras...
ANL
Bakıda «Avropa İttifaqına inteqrasiyada Avronest Parlament Assambleyası və vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığının rolu» mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Noyabrın 4-də Bakıda "Avropa İttifaqına inteqrasiyada Avronest Parlament Assambleyası və vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığının rolu" mövz...
ANL
Pakistanın nüfuzlu «Centreline» jurnalında Bakı Beynəlxalq Humanitar Forumuna dair məqalə dərc olunmuşdur. Pakistanın nüfuzlu "Centreline" jurnalında nəşrin baş redaktoru, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Ansar Mahmud Battinin bu mötəbər tədbir ilə bağlı məqaləsi və səfir Daşqın Şikarovun müsahibəsi dərc...
ANL