text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Gəncədən ucalan yol. Dövlət Aqrar Universitetinin qədim binasının birinci mərtəbəsində zəngin bir muzey fəaliyyət göstərir. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə yaradılmış İstiqlal muzeyidir. Bəlli olduğu kimi, Xalq Cümhuriyyəti iyirmi üç aylıq ömrünün üç ayını məhz burada keçirmişdir. Muzeydə cümhuriyyətin ilk... | ANL |
Otto Hauzer "Avropalı olaraq hiss edən və düşünən" Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsini yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə etmişdir. Almaniyanın Deutsche Presse Agentur xəbər agentliyinin Azərbaycanın Almaniya Federativ Respublikasındakı (AFR) fəxri konsulu Otto Hauzerlə ölkələrimizin tarixi əl... | ANL |
Bakıda 17-ci Azərbaycan Beynəlxalq qida sənayesi sərgisi açılmışdır. Açılışda çıxış edən Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov, Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç və "İteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov sərgilərə işlərində müvəffəqiyyət arzulamış... | ANL |
Bakıda "Plastex Caspian" 1-ci Xəzər Beynəlxalq plastik kütlələr və kauçuk sərgisi açılmışdır. Mayın 25-də Bakı Sərgi Mərkəzində Azərbaycanda ilk dəfə "Plastex Caspian" 1-ci Xəzər Beynəlxalq plastik kütlələr və kauçuk sərgisi açılmışdır. AzərTAc xəbər verir ki, üç gün davam edəcək "Plastex Caspian" layihəsi bütün dünyad... | ANL |
Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi tarixlər məlum olmuşdur. Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi tarixlər açıqlanmışdır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən AzərTAc-a bildirmişlər ki... | ANL |
Əhməd Davudoğlu: "Bakı ilə müqayisədə Yerevan geridə qalmış bir kənd kimi görünür". Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TRT kanalında "Açı" proqramında politoloqlarla söhbətində Azərbaycanda gedən tərəqqidən bəhs etmişdir. Əhməd Davudoğlu demişdir ki, "hər dəfə Bakıya gedərkən şəhərin gözəlləşməsindən qürur ... | ANL |
Prezident İlham Əliyev Serbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçin etimadnaməsini qəbul etmişdir. Səfir Zoran Vayov... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Fieldin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Britaniya-Azərbaycan parlament qrupunun sədri, Konservativ Partiyasının, "Cities of London and Westminster" əraz... | ANL |
Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tut... | ANL |
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdiklər... | ANL |
Q.M.İsrafilova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Qalib Malik oğlu İsrafilova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi ve... | ANL |
Q.M.İsrafilovun Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanınd... | ANL |
M.A.Əliyevin Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Məhərrəm Abış oğlu Əliyev A... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan dövlət quruculuğu işində dərin iqtisadi və sosial dəyişikliklərin həyata keçirilməsində, beynəlxalq aləmdə öz mövqeləri... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Cənab Prezident, Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə şəxsən Sizə, eləcə də bütün Azərbaycan xalqına ən səmimi arzularımı çatdırır, xoşbəxtlik, rifah və uğurlar arzulayıram. Fransa ilə Azərbaycan arasında qurulmuş münasibətlərin k... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli Prezident, əziz qardaşım! Dost və qardaş Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə zati-alilərinizi, əziz qardaşımı türk xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycanın müstəqilliyini qazandığı gündən bəri ke... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Dərin məmnuniyyət hissi ilə zati-alinizə və Azərbaycan xalqına ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırır və daha firavan gələcək üçün xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzu... | ANL |
Məişət zorakılığının qarşısının alınmasına dair konfrans keçirilmişdir. Mayın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi Azərbaycanda gender əsaslı zorakılıqla Mübarizə layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirildi. Xatırladaq ki, son onillikdə b... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli Prezident Əliyev! Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ölkənizin və vətəndaşlarınızın gələcək tərəqqisi və rifahı naminə Sizə səmimi təbri... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə özümün və Xorvatiya Respublikası vətəndaşlarının ən səmimi təbriklərini çatdırır, ölkənizə və vətəndaşlarınıza firavanlıq arzulamaqdan məmnunluq duyuram. Zat... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Azərbaycan Respublikası Milli bayramını - Respublika Gününü qeyd edərkən, mən də bu münasibətlə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi yetirir, Sizə və xalqınıza rifah və firavanlıq arzulayıram. | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbrikimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Bu fürsətdən məmnuniyyətlə istifadə edərək, eyni zamanda, Sizə şəxsi əmin-amanlıq, Azərbaycan xalqına... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Əziz qardaşım! Qardaş Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu əziz gündə Azərbaycan xalqının haqlı qürur, xoşbəxtlik və sevinc duyğularına ürəkdən şərik oluruq. İki ölkə arasında sarsılmaz təm... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Ölkənizin Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Hindistan xalqı adından təbrik etməkdən məmnunluq duyuram. Münasibətlərimiz sıx tarixi və mədəni əlaqələrimizə, eyni zamanda, sülh və inkişaf ist... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Azərbaycan Respublikasının öz Milli bayramını qeyd etdiyi bir vaxtda respublikanıza və Azərbaycan xalqına bəslədiyim səmimi arzuları zati-alinizə çatdırmaqdan çox məmnunam. Tanrıdan ölkənizdə sülh və əmin-amanlıqla dolu gələcək təmin etmək məqsədil... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri qardaşım İlham Heydər oğlu Əliyevə. Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından zati-alinizə ən səmimi təbriklərimizi çatdırıram, Sizə cansağlığı və xo... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə. Cənab Prezident! Azərbaycan Respublikasının Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına öz adımdan, eyni zamanda, xalqımın adından səmimi təbriklərimi çatdırıram. Almaniya gələcəkdə də Sizin ölkənizlə ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Zivər bəy Əhmədbəyov parkının açılışında iştirak etmişdir. Mayın 26-da metronun "Nizami" stansiyasının qarşısındakı Zivər bəy Əhmədbəyov parkı açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abu... | ANL |
Nazirlər Kabineti qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)"nın "İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçi... | ANL |
Parlamentlərarası əlaqələr inkişaf edir. Mayın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Fieldin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonaqları parlamentdə salamlayan spiker Oqtay Əsədov Azərbaycanla Böyük Britaniya arasında əla... | ANL |
Azərbaycanın xarici işlər naziri İndoneziyada bir sıra ikitərəfli görüşlər keçirmişdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Bali adasında keçirilən Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransı və hərəkatın 50 illik yubiley tədbiri çərçivəsində ikitərəfli görüşlər keçirmişdir. Azərbaycanın... | ANL |
Respublika Günü Küveytdə qeyd edilmişdir. 28 May - Respublika Günü və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə ölkəmizin Küveyt Dövlətindəki səfirliyi tərəfindən rəsmi ziyafət təşkil olunmuşdur. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, ziyafət Əl-Küveyt şəhərində yerləşən və dünya... | ANL |
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 28 May - Respublika Günü qeyd olunmuşdur. 28 May Azərbaycanın istiqlaliyyəti və hürriyyəti uğrunda mübarizə salnaməsinin və tarixinin ən şanlı səhifələrindəndir. Çünki çox qısa zaman kəsiyində AXC qədim tarixə və mədəniyyətə malik xalqımızın mətinlik, ... | ANL |
Müsəlman Şərqinin ilk demokratik parlamenti. Xalqımızı milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, çətin olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda fəxr və qürur hissi doğurur: 93 il əvvəl - 1918-ci il mayın 28-də müsəlman Şərqində müstəqilliyini ilk bəyan edən respublika olmuş Azərbaycan tarixən can a... | ANL |
Britaniya-Azərbaycan parlament qrupunun nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar. Azərbaycanda səfərdə olan Britaniya-Azərbaycan parlament qrupunun nümayəndə heyəti mayın 26-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri... | ANL |
Prezident Kitabxanasında "Tarix.gov.az" portalı təqdim edilmişdir. Mayın 26-da Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun "Tarix.gov.az" portalının təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov 28... | ANL |
ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanatla çıxış etmişlər. "Böyük səkkizlik" ölkələrinin Fransanın Dovil şəhərində keçirilən sammiti çərçivəsində ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanatla çıxış etmişlə... | ANL |
Azərbaycan Diplomatik Akademiyasında Əfqanıstanın dövlət rəsmiləri üçün treninq sona çatmışdır. Azərbaycan Diplomatik Akademiyası (ADA) və Cenevrənin Təhlükəsizlik Siyasət Mərkəzinin ADA-da 2 həftə davam edən "Dövlət İdarəçiliyi Kursu: Keçid Dövrünün Tənzimlənməsi" mövzusunda təlimlər başa çatmışdır. Tədbirə Əfqanıstan... | ANL |
"Eurovision-2011" müsabiqəsində ən çox tamaşaçı səsini Azərbaycan təmsilçiləri qazanmışlar. Avropa Yayım Birliyi (EBU) "Eurovision-2011" mahnı müsabiqəsi ilə bağlı münsiflər heyətinin və tamaşaçıların səsverməsini rəsmən açıqlamışdır. Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal münsiflərdən 182 bal almışlar. B... | ANL |
Nigar Camal və Eldar Qasımovla görüş. Mayın 26-da "Azercell" Telekom MMC-nin prezidenti Ali Ağan Azərbaycana qələbə gətirən sənətçilərlə - Nigar Camal və Eldar Qasımovla görüşüb. "Azercell" şirkətinin əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə Ali Ağan şirkət adından gənc müğənniləri təbrik edib və bütün Azərbaycanı... | ANL |
Yazıçı-publisist Elmira Axundovanın "Dostlarımın gözəl çöhrəsi" kitabının təqdimatı olmuşdur. Mayın 26-da Milli Məclisin deputatı, əməkdar jurnalist, yazıçı-publisist Elmira Axundovanın "Dostlarımın gözəl çöhrəsi" (rus dilində) kitabının təqdimatı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli... | ANL |
Məqsəd yüksək ixtisaslı kadrlar hazırlamaqdır. Zəngin elmi-pedaqoji ənənələrə malik Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ölkəmizdə təhsilin inkişafına sanballı töhfələr vermişdir. Bu ali məktəbin iqtisadiyyatın ən müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərini, cəmiyyət hə... | ANL |
Ottava radiosunda Azərbaycan haqqında veriliş. Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfir F.Şəfiyev beynəlxalq mədəniyyət məsələlərindən bəhs edən Ottava 97.9 FM CHİN radiosunun efirində yayımlanan 1 saatlıq proqramın qonağı olmuşdur. Azərbaycana həsr olunmuş verilişdə səfir ölkəmizin tarixi... | ANL |
Qanunun aliliyi demokratiyanın mühüm şərtidir. Bu gün ölkəmizin ən mühüm, ağrılı problemi Qarabağ məsələsidir. Problemin doğurduğu böyük fəsadlardan biri isə elindən-obasından didərgin düşmüş, yaxınlarını itirmiş, hər cür məhrumiyyətlərə qatlaşmış 1 milyona yaxın qaçqın və məcburi köçkündür. Bu insanların illərlə qazan... | ANL |
Generalın xatirəsi ehtiramla yad edildi. Böyük Vətən müharibəsinin qələbə ilə başa çatmasında Azərbaycan oğullarının misilsiz qəhrəmanlıqları olmuşdur. 1941-1945-ci illərdə sovet mətbuatında gedən yazılarda "Qartallar" adlandırılan Azərbaycan oğullarından biri də general-mayor Akim Abbasov idi. Respublika Hərb Tarixi M... | ANL |
Prezident İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir. Salona toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Azərbaycanın dövlət himni səsləndi. Dövlət başçısı rəsmi qəbulda nitq söylədi. Azərbaycan Prezidenti İlham Əliyevin... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir. Abi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədr müavini, Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Rusiya Federasiyası hökumətinin sədr müavini, Rusiya Federasiyası Olimpiya Komitəsinin prez... | ANL |
Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda idmanın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının... | ANL |
Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 2011-ci il 7-9 aprel tarixlərində Azərbaycan Respublikasında 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! Respublika Günü və müstəqilliyinizin iyirminci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm. Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir. Birləşmiş Ştatlar reg... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Koreya Respublikasının xalqı adından Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı ikitərəfli əlaqələr... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Milli bayramınız - Respublika Gününün keçirilməsi dost Azərbaycan xalqına İtaliya xalqı adından ən xoş arzularla sülh, anlaşma və rifah diləmək üçün önəmli bir fürsətdir. Səmimi qəlbdən arzu edirəm ki, ölkələrimiz arasında dostluq, üm... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! Milli bayramınız - Respublika Günü münasibətilə Sizin ölkənizə və Azərbaycan xalqına firavanlıq arzulayıram. Azərbaycan Cənubi Qafqazda Polşanın çox vacib tərəfdaşıdır, iki dövlətin hökumətləri arasındakı fəal dialoq və ar... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri, cənab Prezident! Macarıstan Respublikasının xalqı adından, həmçinin öz adımdan Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim. Macarıstan Cənub... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Sizi Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qazaxıstan ilə Azərbaycan arasındakı qardaşlıq və dostluq əlaqələrini nəzərə alaraq ikitərəfli münasibətləri daha da inkişaf et... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Ölkələrimiz arasındakı mövcud ikitərəfli əlaqələri zənginləşdirən dialoqu və anlaşmanı gələcəkdə də da... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! Öz adımdan və Livan xalqı adından ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram. General Mişel S... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. İcazə verin, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edim. Fürsətdən istifadə edib iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da ölkələrimizin mənafelərinə uyğun olaraq u... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Möhtərəm Prezident! Azərbaycan Respublikasının Milli bayramını - Respublika Gününü qeyd etməyə hazırlaşdığı bir vaxtda Sizi Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi duyuram. Zati-ali... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və Sizin şəxsinizdə Azərbaycan xalqını öz adımdan və Şimali Kipr xalqı adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin hör... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! İcazə verin, Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə təbrik edim. Azərbaycanın ictimai-siyasi həyatda sanballı uğurlarını, ölkənizin mühüm iqtisadi, resurs və insan po... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Respublika Günü münasibətilə Qırğızıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin. Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdiri... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Ölkənizin Milli bayramı - 28 May Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və İrlandiya xalqı adından səmimi təbriklərimi çatdırır və ən xoş arzularımı bildirirəm. Fürsətdən istifadə edərək, Azərbaycan xalqına səadət və tərəqqi arzulayır... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Çox hörmətli Prezident! İcazə verin, ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi bildirim və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım. | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, şəxsən Sizə və Azərbaycan xalqına xoş arzularımı bildirir və firavanlıq arzu edirəm. | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Qətər Dövlətinin xalqı adından və öz adımdan ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan Respublikasının xalqına ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına davamlı... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram. Anibal Kavaku SİLVA, Portuqaliya Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edir və ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənəcəyinə əmin olduğumu təsdiqləyirəm. Sizə ən yüksək ehtiramımı bildirirəm. Raul KAS... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına bildirdiyim ən xoş arzulara və ən səmimi təbriklərə ölkəmizin birinci xanımı da qoşulur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqına tərəqq... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycanın Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Sinqapur xalqı adından səmimi təbriklərimi, davamlı sülh, inkişaf və rifah arzularımı çatdırıram. Hörmətlə, Sellapan Rama NATAN, Sinqapur Resp... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə. Zati-aliləri! Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, eləcə də Avstraliya hökuməti və xalqı adından ən xoş arzularımızı çatdırıram. Avstraliya və ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri qardaşım İlham Heydər oğlu Əliyevə. Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu! Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına daha böyük tərəqqi və fi... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, qardaş Azərbaycan xalqına davamlı inkişaf və rifah, Sizə cansağlığı və xoşbəxtlik arzularımı çatdırmaqdan məmnunluq duyuram. Ən yüksək ehtiram... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, qardaş Azərbaycan xalqına davamlı tərəqqi, Sizə cansağlığı və xoşbəxtlik arzu edirəm. Ən yüksək ehtiramla, Təmim bin Həməd Al TANİ, Q... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan zati-alinizi və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edir, gün... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Rusiya Federasiyası Stavropol diyarının bütün sakinləri adından Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Stavropol diyarı və Azərbaycan Respublikası dostluq telləri ilə bir-birinə bağlıdır. Bizim... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Çox hörmətli İlham Heydər oğlu! MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından Milli bayram - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Cənab Prezident, Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə möhk... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! İcazə verin Sizi Milli bayramınız - Respublika Günü münasibətilə təbrik edim. Xahiş edirəm, Azərbaycanın hərtərəfli inkişafı və firavanlığı naminə yüksək dövləti işlərinizdə və zəfərlərinizdə uğur diləklərimi, ən xoş arz... | ANL |
"2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər təsdiq edildi. Mayın 27-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədov 28 May - Respublika Günü münasibətilə deputatlar adından Azərbaycan xalqını təbrik etdi. Prezident İlham Əliyevin rəhbərliyi al... | ANL |
Bir kərə yüksələn bayraq. Ümummilli lider Heydər Əliyev ömrünün son ilində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 85 illiyi münasibətilə Azərbaycan xalqına müraciətində millətimizin suveren və demokratik respublika quruculuğundakı ilk tarixi təşəbbüsünə və uğuruna çox yüksək qiymət vermişdir. Ulu öndərin müraci... | ANL |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Gorus-2010: absurd teatrı mövsümü" kitabı müzakirə edilmişdir. Mayın 27-də, Respublika Günü ərəfəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-... | ANL |
Fuad Ələsgərov: "Səkkiz nəfər, o cümlədən Eynulla Fətullayev Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü əsasında əfv olunub". Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə əlaqədar... | ANL |
Bir milləti, iki dövləti birləşdirən körpü. "Naxçıvanın inkişafında, xüsusilə, onun 1990-cı illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün tikilməsi və bütövlükdə Türkiyədən alınan dəstək çox mühüm rol oynamışdır". Bu bir həqiqətdir ki, ulu öndər Heydər Əliyev Naxçıvand... | ANL |
Cümhuriyyətin ən gənc naziri. Tarixdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərin tərcümeyi-halına baxdıqda onlarda oxşar cəhətlərin olduğunu görürsən. Talelərindəki bənzərlik, hətta bu insanların mübarizələrində də öz əksini tapır. Moskvada, Sankt-Peterburqda və Avropanın digər şəhərlərində yüksək təhsil alan, xüsusən, Q... | ANL |
Çin Azərbaycanı bölgədə özünə vacib tərəfdaş hesab edir. Çin Xalq Respublikasında keçirilən Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün Pekində səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri ilə mayın 27-də Çin Kommunist Partiyasının Mərkəzi Komitəsində (ÇKP MK) görüş olmuşdur. Görüşdə iki ölkə arasında m... | ANL |
Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri uğurla başa çatmışdır. Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri mayın 27-də uğurla başa çatmışdır. İki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtdırmaq məqsədi daşıyan tədbirin təşkilatçıla... | ANL |
Azərbaycan Respublikası hökuməti "Microsoft" şirkəti ilə proqram təminatının qanuniləşdirilməsinə dair saziş imzalamışdır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ABŞ-a işgüzar səfəri çərçivəsində mayın 27-də Azərbaycan Respublikası hökuməti ilə "Microsoft" şirkəti arasında saziş imzalanmışdır. Bu sə... | ANL |
Azərbaycanın statistikası Avropa standartları səviyyəsində təkmilləşdirilir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin intensivləşməsi, qonşuluq siyasəti sahəsində əldə olunmuş nailiyyətlər ölkəmizin statistikasının Avropa standartlarına, xüsusilə, Avropa Statistika Sistemin... | ANL |
Prezidentinin əfv haqqında sərəncamı icra edilmişdir. Azərbaycan Respublikası Prezidentinin mayın 26-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı mayın 27-də vaxtında icra olunmuşdur. Əfv olunmuş 90 məhkumdan Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə cəzaçəkən 82 nəfərə əfv h... | ANL |
Türkün bayraq sevgisi. Hər bir xalqın ruhunu, mənəvi aləmini ifadə etməyin müxtəlif yolları, vasitələri var. Kimi oxumaqla, kimi rəqslə, kimi mətbəxi ilə özünü dünyaya tanıtmağa çalışır. Min illərdən keçib gələn türk adının, türk tarixinin yanında isə həmişə uca tutulan bir bayraq, bu bayrağa şəhid olan oğullar var. Sö... | ANL |
Respublika Gününə həsr edilmiş kitab bayramı keçirilmişdir. Filarmoniya bağında 28 May - Respublika Gününə həsr edilmiş Kitab bayramı keçirilmişdir. AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin IV Ümumrespublika ənənəvi kitab bayramı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı il... | ANL |
Cümhuriyyət hökuməti Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını yüksək qiymətləndirirdi. Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra beynəlxalq xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik taleyimizin... | ANL |
ABŞ konqresmenləri Azərbaycanı milli bayram - Respublika Günü münasibətilə təbrik etmişlər. Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, ABŞ Konqresinin üzvləri Bill Şuster və Virciniya Foks Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə ABŞ Nümayəndələr Palatas... | ANL |
Azərbaycanın Türkiyədəki səfirliyi 28 May - Respublika Günü münasibətilə Ankaradakı "Sheraton" hotelində rəsmi qəbul təşkil etmişdir. Türkiyə Baş nazirinin müavini Cəmil Çiçək, daxili işlər naziri Osman Günəş, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner, deputatlar, tanınmış ictimai-siya... | ANL |
Parisdə Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir. Azərbaycanın Fransadakı səfirliyi və ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyi Parisin məşhur Dofin zalında 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişlər. Səfir Elçin Əmirbəyov qonaqları qəbul etmişdir. Tədbirdə Fransanın rəsmilər... | ANL |
Mayın 26-da Azərbaycanın Avstriyadakı səfirliyində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir. Ölkəmizin Avstriyadakı müvəqqəti işlər vəkili Şamil Ələsgərov və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vyanadakı hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev səfirliyə gələn qonaqları s... | ANL |
Tbilisidə Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə tədbir keçirilmişdir. Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi Y.Mikeladze adına Milli İncəsənət Mərkəzində qədim xalçaların sərgisini açmışdır. Muzeyin direktoru Leyla Əliyeva demişdir ki, sərgi Azərbaycanın 28 May – Respublika Gün... | ANL |
Mihael Hoffman: "Plastex-2011" sərgisinə regionda biznesin inkişafı baxımından böyük əhəmiyyət veririk. Azərbaycanda keçirilən "Plastex-2011" sərgisinə regionda biznesin inkişafı baxımından böyük əhəmiyyət veririk. Məhsullarımızı Bakıda artıq tanıyırlar. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda ilk dəfə açılan "... | ANL |
Dünya Tütünlə Mübarizə Gününə həsr olunmuş seminar keçirilmişdir. Mayın 27-də "İrəli" Gənclik Mərkəzində 31 May Dünya Tütünlə Mübarizə Gününə həsr olunmuş tibbi maarifləndirmə seminarı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Assosiasiyasının "Tütünə Yo... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.