text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə\" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 214-IVQD nömrəli Qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu... | ANL |
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Pensiya yaşına çatmamış istefada olan Konstitusiya Məhkəməsinin hakimi pensiya yaşına çatana qədər fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı məbləğində dövlət ... | ANL |
«Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında» Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: "Cinayət mühakimə icraatı iştirakçıl... | ANL |
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 1-ci maddədə: 1.1. dördüncü abzasda “prokurorluğun müstəntiqləri,” sözlərindən sonra “prokurorluğun əməliyyatçıları,” sözləri əlavə edilsin;. 1.2. dördüncü və beşinci abzaslar müvafiq olaraq beş... | ANL |
«Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 10.0.5-ci maddədə "Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqləri," sözlərindən sonra "korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm... | ANL |
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının ərazisində əcnəbi işçi qüvvəsini cəlb... | ANL |
Bakıda XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılmışdır. Noyabrın 23-də Bakı Sərgi Mərkəzində Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya ... | ANL |
Astanada «Müstəqilliyin 20 ili: kütləvi informasiya vasitələri və cəmiyyət» devizi altında Avropa və Asiyanın media nümayəndələrinin VI forumu başa çatmışdır. Rusiyanın "RİA Novosti" İnformasiya Agentliyinin dəstəyi ilə "Müstəqilliyin 20 ili: kütləvi informasiya vasitələri və cəmiyyət" devizi altında Astanada keçirilən... | ANL |
Astanada Xəzərin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanınhazırlanması üzrə xüsusi işçi qrupunun 30-cu iclası keçirilmişdir. Astanada Xəzərin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 30-cu iclası keçirilmişdir. İclasda Azərbaycan, Qazaxıstan, Rusiya, T... | ANL |
BMT-nin Avropa İqtisadi Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcəkdir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubişlə görüşmüşdür. Nazirlikdən AzərTAc-a bildirmişlər ki, Əli Abbasov "BakuTel 2011" 17-ci Beynəlxalq telekommunika... | ANL |
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Argentina Beynəlxalq Əlaqələr Şurası arasında saziş imzalanmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Argentina Beynəlxalq Əlaqələr Şurası (CARİ) arasında əməkdaşlıq və elmi mübadilə haqqında saz... | ANL |
Bakıda CAREC Proqramının 10-cu Nazirlər Konfransı keçirilmişdir. Noyabrın 23-də Bakıda Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 10-cu Nazirlər Konfransı keçirilmişdir. Tədbirdə CAREC Proqramına üzv olan 10 ölkənin (Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan,... | ANL |
Noyabrın 23-də Bakıda keçirilən Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 10-cu Nazirlər Konfransının yekunu ilə əlaqədar mətbuat konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kurado CAREC çərçivəsində görülən işlərdən, gələ... | ANL |
Sənaye və Energetika Nazirliyində İsveç nümayəndə heyəti ilə görüş olmuşdur. Noyabrın 23-də Azərbaycan Respublikası sənaye və energetika naziri Natiq Əliyev İsveçin xarici işlər üzrə dövlət katibi Frank Belfraqenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Sənaye və Energetika Nazirliyindən AzərTAc-a bildirmiş... | ANL |
İş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında həmkarlar ittifaqlarının rolu məsələsi müzakirə olunmuşdur. Noyabrın 23-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Fridirix Ebert Fondunun birgə təşkilatçılığı ilə "İş yerlərində ayrı-seçkiliyin qarşısı... | ANL |
Argentinada «Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il ərzində» mövzusunda konfrans keçirilmişdir. Latın Amerikasının xarici siyasət üzrə aparıcı "beyin mərkəzləri"ndən biri olan Argentina Beynəlxalq Əlaqələr Şurasında (CARİ) "Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il ərzində" adlı konfrans keçirilmişdi... | ANL |
Argentinanın Milli Kitabxanasında Azərbaycan ilə bağlı nəşrlərdən ibarət fond yaradılmışdır. Argentinanın paytaxtı Buenos-Ayresdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində akademik, ictimai və mədəni tədbirlər həftəsi başlamışdır. Azərbaycanın Xaric... | ANL |
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda İşçi Qrupunun iclası keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) informatika fənni üzrə respublika ümumtəhsil məktəblərinin V-IX sinifləri üçün "Qiymətləndirmə standartlarının təkmilləşdirilməsi" və "Ümumtə... | ANL |
Auditorlar Palatası Berlində strateji əməkdaşlıq barədə sazişlər imzalamışdır. Auditorlar Palatasının sədri Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti Berlin şəhərində Beynəlxalq Mühasiblər Federasiyasının şura iclasında iştirak etmişdir. Palatadan AzərTAc-a bildirmişlər ki, tədbirdə hesabat və təşkilati işlərlə... | ANL |
Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 40-cı Baş Assambleyasında iştirak edir. Noyabrın 23-də Soçidə Avropa Olimpiya Komitəsinin 40-cı Baş Assambleyası öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, assambleyada Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, gə... | ANL |
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2-ci «Fənlərin dostluğu olimpiadası» ilə bağlı mətbuat konfransı keçirilmişdir. Noyabrın 23-də Azərbaycan Universitetinin Hədəf Elm, Təhsil və Tədris Mərkəzi ilə birgə təşkil etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2-ci "Fənlər... | ANL |
Bakıda «Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri» mövzusunda beynəlxalq konfrans keçirilir. Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda dördüncü beynəlxalq konfrans işə başlamışdır. Azər... | ANL |
CNN: Muğam Azərbaycanın mistik xalq musiqisidir. Muğam Azərbaycanın sirli-sehrli ənənəvi musiqisidir. AzərTAc xəbər verir ki, CNN telekanalının "Azərbaycana baxış" layihəsi çərçivəsində reportajlarından biri məhz bu nadir sənətə həsr olunmuşdur. Reportajda tanınmış muğam ifaçısı Alim Qasımov demişdir: "Muğamı ona vurğu... | ANL |
Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə noyabrın 26-dək keçiriləcək "2+1" adlı eksperimental teatr festivalına start verilib. Bu münasibətlə Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilmiş mətbuat konfransında festivala hazırlıqla bağlı jurnalistlərə ətraflı məlumat verilmişdir. Azərbay... | ANL |
Xəzərə neft dağılmalarının qarşısını almaq üçün ölkədə bütün imkanlar var. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) timsalında Xəzərdə karbohidrogenlərin hasilatı ilə bağlı fövqəladə vəziyyətlərin qarşısının alınması üçün bütün imkanlara malikdir. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "Yanacaq-energetik... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyada əsaslı təmir edilərək Bakıya gətirilmiş sərnişin vaqonları ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Bakı dəmir yolu stansiyasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilə... | ANL |
Bakının «Nizami» kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra açılmışdır. Noyabrın 24-də Bakının "Nizami" kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər. Azərbaycanın birinci xan... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibinin müavini Hüseyn Diriözü qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də NATO Baş katibinin müavini Hüseyn Diriözü qəbul etmişdir. Azərbaycana səfərindən məmnunluğunu bildirən Hüseyn Diriöz ölkəmizdə keçirəcəyi görüşlər barədə dövləti... | ANL |
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri zati-aliləri cənab Jelko Komşiçə. Hörmətli cənab Sədr! Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapan dostluq və əməkdaşlıq münasib... | ANL |
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində qulluq keçən dövlət qulluqçularına müalicə müavinəti ödənilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası... | ANL |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2011-ci ilin dekabr ayında Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun anadan olmasının 90 ili tamam olur. Zəngin və ç... | ANL |
2011-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanmış «Avropa Qeyri-Hökumət Təşkilatları/ Vətəndaş Cəmiyyətləri məsləhətləşmə tədbirinin, Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının və FAO-nun Avropa üzrə iyirmi səkkizinci Regional Konfransının keçirilməsi məqsədilə Azərbaycan Respublikası hökumətini... | ANL |
Milli Məclisdə 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatmışdır. Milli Məclisin noyabrın 24-də keçirilmiş iclasında "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin və büdcə zərfinə daxil olan digər qanunların layihələrinin müzakirəsi davam etdirilmişdir. Milli Məclisin... | ANL |
Ramiz Mehdiyev: Rusiya-Azərbaycan münasibətləri inkişafın yüksək mərhələsindədir. Noyabrın 24-də Kremldə Rusiya Federasiyasının Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin ilə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin görüşü olmuşdur. Görüşdə iki ölkə arasında münasib... | ANL |
Bakıda «Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə» mövzusunda beynəlxalq seminar keçirilir. Noyabrın 24-də Bakıda NATO-nun dəstəyi ilə Dövlət Sərhəd Xidməti tərəfindən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda beynəlxalq seminar işə başlamışdır.... | ANL |
Vergilər Nazirliyində «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə» mövzusunda konfrans keçirilmişdir. Noyabrın 24-də Vergilər Nazirliyində "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə" mövzusunda konfrans keçirilmişdir. Konfransda nazirliyin struktur rəhbərləri, Baş Prokurorluq yanında Korrupsiya... | ANL |
Böyük ədib Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Noyabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçiril... | ANL |
Salyan müasir şəhərə çevrilir. Salyan ölkəmizin qədim yaşayış məskənlərindən biridir. Rayon ərazisində təxminən 2 ay bundan əvvəl aşkar olunmuş məzarlıq, buradakı əşyayi-dəlillər bunu bir daha sübuta yetirir. Belə ki, Ələt-Astara magistral şose yolunun tikintisi üçün Salyan şəhərindən 2-3 kilometr kənarda yerləşən Baba... | ANL |
Bakıda «Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq» mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Noyabrın 24-də Bakıda "BakuTel-2011" 17-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ... | ANL |
«BakuTel-2011» Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları konfransında İKT texnologiyaları sektorunun perspektivləri müzakirə olunmuşdur. Noyabrın 24-də Bakı Sərgi Mərkəzində "BakuTel-2011" Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları konfransı keçirilmişdir. Tədbir... | ANL |
Ermənilərin UNESCO-da irəli sürdükləri iki nominasiya qəbul edilməmişdir. Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, noyabrın 23-də İndoneziyanın Bali adasında qurumun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin VI sessiyası öz işinə başlamışdır. Tədbirdə ke... | ANL |
Azərbaycanın regionları davamlı inkişaf edir. Prezident İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri bunu bir daha təsdiqlədi. Ölkədə infrastruktur layihələrinin gerçəkləşdirilməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsidir. H... | ANL |
Albaniya Respublikasının Prezidenti zati-aliləri cənab Bamir Topiyə. Hörmətli cənab Prezident! Albaniya Respublikasının milli bayramı - Bayraq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Albaniya münasibətl... | ANL |
Mavritaniya İslam Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd uld Əbdüləzizə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkda... | ANL |
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti... | ANL |
“Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi qeydiyyat orqanı işçil... | ANL |
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya ke... | ANL |
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə: 14.3.1. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə -10 manat;. 15-ci maddədə “mə... | ANL |
«Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən qərara alır: "Psixiatriya yardımı haqqında" Azərbayca... | ANL |
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi... | ANL |
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 204-IVQD nömrəli Qanununun tətbiqi haqqında və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan... | ANL |
“Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2002-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 604 nömrəli Fərmanında əlavə və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 noyabr tarixli 811 nömrəli Fərmanında dəyişikliklər edilm... | ANL |
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ... | ANL |
2011-ci il sentyabrın 14-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Litva Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyas... | ANL |
«Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 224-IVQD nömrəli qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndin... | ANL |
Miqrasiya prosesləri və bələdiyyələr. Keçən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda miqrasiya axınının meydana gəlməsi Dağlıq Qarabağ münaqişəsinin törətdiyi problemlər və əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi ilə əlaqədar idi. Bir tərəfdən erməni işğalına məruz qalmış rayonların əhalisi təhlükəsiz ər... | ANL |
Qəbələdə «Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah» devizi ilə gənc ekoloqların beynəlxalq düşərgəsi başa çatmışdır. Beynəlxalq düşərgədə gənc ekoloqların Qəbələ Bəyannaməsi qəbul edilmişdir. Qəbələdə Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təşkilatçılığı ilə "Ekoloji idarəçi... | ANL |
Leyla xanım Əliyeva yüksək bacarıqlı rəhbər xüsusiyyətləri nümayiş etdirir. "Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Ətraf Mühit Kampaniyasının təsisçisi Leyla xanım Əliyeva yüksək bacarıqlı rəhbər xüsusiyyətləri nümayiş etdirir. Onun son dövrlərdə gördüyü işlər göz qabağındadır və biz bu işləri yüksək qiymətlənd... | ANL |
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı. binasının yenidən qurulması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan teatr sənətinin inkişafında xüsusi rolunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Sabit Rəhman a... | ANL |
Qəbələdə keçirilən beynəlxalq düşərgə gənc ekoloqlar arasında əməkdaşlığın qurulması baxımından gözəl imkandır. Qəbələdə keçirilən beynəlxalq düşərgə gənc ekoloqlar arasında əməkdaşlığın qurulması baxımından gözəl imkandır. Bu düşərgə həmçinin gənclərin maarifləndirilməsi baxımından da böyük əhəmiyyətə malikdir. Bu söz... | ANL |
Qəbələdə keçirilən beynəlxalq düşərgə ekoloji problemlərin həlli istiqamətində müzakirələrin aparılması baxımından əla fürsətdir. Qəbələdə keçirilən beynəlxalq düşərgə ekoloji problemlərin həlli istiqamətində müzakirələrin aparılması baxımından əla fürsətdir. Bu düşərgə gənc ekoloqlar və ümumiyyətlə, ətraf mühitin qoru... | ANL |
C.Əliyevin «Dostluq» ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmət... | ANL |
Qəbələ beynəlxalq düşərgəsində irəli sürülən prinsiplər bütün dünyada qəbul edilməlidir. "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə Qəbələdə keçirilən beynəlxalq düşərgədə irəli sürülən prinsiplər bütün dünyada qəbul edilməlidir. Bu sözləri düşərgədə iştirak edən Böyük Britaniyanın "EcoMuslim" tə... | ANL |
Gənc ekoloqların Qəbələ Bəyannaməsində bütün dünyanın diqqət yetirməli olduğu çox vacib prinsiplər öz əksini tapmışdır. Gənc ekoloqların Qəbələ Bəyannaməsində bütün dünyanın diqqət yetirməli olduğu çox vacib prinsiplər öz əksini tapmışdır. Biz gənclərin səsinə səs verməli, bu prinsiplərin həyata keçməsi üçün əlimizdən ... | ANL |
Qəbələdə keçirilən beynəlxalq düşərgənin təkcə Azərbaycan üçün deyil, bütün region üçün faydalı nəticələri olacaqdır. "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə Qəbələdə keçirilən beynəlxalq düşərgənin təkcə Azərbaycan üçün deyil, bütün region üçün faydalı nəticələri olacaqdır. Bu sözləri AzərTAc... | ANL |
sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sa... | ANL |
«Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)» Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 201... | ANL |
Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar. «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi. haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ko... | ANL |
Prezident İlham Əliyevə ölkə. əhalisinin 95 faizi etimad göstərir. Böyük Britaniyanın nüfuzlu "Populus Limited" şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri bunu bir daha təsdiq edir. Siyasətşünaslıq elmi liderin uğur qazanmasında inteqrativ funksiyanı xüsusi önə çəkir. İnteqrativ funksiya cəmiyyətin bütövlüyünün və ... | ANL |
Moskvada Ümumrusiya Azərbaycan. Konqresinin III qurultayı keçirilmişdir. Moskvada, "Prezident-otel"də Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) III qurultayı keçirilmişdir. "Ümumrusiya Azərbaycan Konqresinin III qurultayının çağırılması haqqında" qərara əsasən keçirilən qurultayın işində Azərbaycan Respublikası Prezident... | ANL |
Azərbaycan Respublikasının yubiley medalının təsviri. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, ortası dairəvi olmaqla səkkizbucaqlı formal... | ANL |
Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə. Təltif edilən şəxslər. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə ... | ANL |
Ədalət mühakiməsinin səviyyəsi yüksəlir. "Ədalət mühakiməsi" anlayışı istənilən ictimai quruluşda hər zaman diqqət mərkəzində olmuş və hər bir dövrdə bu məhfum ətrafında da müxtəlif konseptual fikirlər irəli sürülmüşdür. "Ədalət mühakiməsi" anlayışı subyektiv təfəkkürün məhsulu sayıldığından, yəni yalnız insan cəmiyyət... | ANL |
Mahaçqalada Rusiya-Azərbaycan biznes forumu keçirilmişdir. Mahaçqala şəhərində Azərbaycan və Şimali Qafqaz regionu sahibkarlarının iştirakı ilə Rusiya-Azərbaycan biznes forumu keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə hər iki tərəfdən kənd təsərrüfatı, tikinti,... | ANL |
Bu layihəni Bakıda həyata keçirmək mənim üçün böyük şərəf olmaqla yanaşı, həm də olduqca maraqlıdır. Qarşılıqlı əməkdaşlıq və müxtəlif yerlərdə həyata keçirilən layihələr insanı çox zənginləşdirir. Bu layihəni Bakıda həyata keçirmək mənim üçün böyük şərəf olmaqla yanaşı, həm də olduqca maraqlıdır. AzərTAc xəbər verir k... | ANL |
«Atəşgah» tarix-mədəniyyət abidəsi sığortalandı. Tarixi, milli mədəni sərvətlərdən olan abidələrin qorunması istiqamətində dövlət əhəmiyyətli tədbirlərin son illər sayı xeyli artıb. Ölkəmizdə fəaliyyətdə olan qeyri-hökumət təşkilatları da bu yönümdə bir sıra layihələrin müəllifinə çevrilib. Heydər Əliyev Fondunun bu is... | ANL |
Fransa İnkişaf Agentliyi Azərbaycanda alternativ və bərpa olunan energetika sahəsində layihələri maliyyələşdirmək niyyətindədir. Fransa İnkişaf Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Paskal Qrinqrau Bakıda sənaye və energetika nazirinin müavini Natiq Abbasovla görüşü zamanı qurumun Azərbaycanda bir sıra sahələrdə, əs... | ANL |
Azərbaycanlı deputatlar Baltik Assambleyasının medalları ilə təltif edilmişlər. Noyabrın 25-də Tallinndə Baltik Assambleyasının 30-cu sessiyası keçirilmişdir. Sessiya çərçivəsində Baltik Assambleyasının 20 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər təşkil edilmişdir. Tədbirlərdə Latviya, Litva və Estoniya parlam... | ANL |
Bakıda Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan "BakuTel-2011" 17-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi başa çatmışdır. Sərgi "Microsoft" korporasiyasının sponsorluğu, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəy... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul etmişdir. Tbilisi şəhərinin meri Qiqi Uqulava Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlət başçısına çatd... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir vilayətinin valisi Mustafa Cahit Kıracın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Türkiyə Respublikası İzmir vilayətinin valisi Mustafa Cahit Kıracın başçılıq etdiyi nümayəndə heyətini qəbul e... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin «Formula Vlasti» (Hakimiyyət Formulu) proqramının müəllifi və parıcısı Mixail Qusmana müsahibə vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin "Formula Vl... | ANL |
Qambiya Respublikasının Prezidenti zati-aliləri cənab Yəhya Cammehə. Hörmətli cənab Prezident! Qambiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Qambiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və... | ANL |
2010-cu il noyabrın 11-də Roma şəhərində imzalanmış «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma Memorandumu»nun təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyas... | ANL |
2011-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərman... | ANL |
2011-ci il sentyabrın 21-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Argentina Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azə... | ANL |
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimində iştirak etmişdir. Noyabrın 28-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iş... | ANL |
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikanın dinlərarası dialoq naziri ilə görüşmüşdür. İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva noyabrın 28-də Vatikanın dinlərarası dialoq naziri Jan-Lui Toran ilə görüşmüşdür. Gö... | ANL |
Azərbaycan Futuroloqlar Cəmiyyətinin 5 illik yubileyi qeyd edilmişdir. Noyabrın 28-də "Hilton-Baku" hotelində Minilliyin layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin (AFC) 5 illik yubileyi və "Gələcək nəsillərlə üz-üzə" IV ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi ... | ANL |
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. Tarif (qiymət) Şurasının Katibliyindən AzərTAc-a bildirmişlər ki, iclasda aidiyyəti qurumların müraciəti əsasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi... | ANL |
Bakıda Azərbaycanla Türkiyənin iş adamları bir araya gəldilər. Noyabrın 28-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və Türkiyənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes-forumu keçirilmişdir. Forumda hər iki tərəfdən qida sə... | ANL |
Gəncə Dövlət Universitetində biokimyəvi məsələlər müzakirə edilmişdir. Gəncə Dövlət Universitetində "Biokimyəvi nəzəriyyələrin aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Universitetin rektoru professor Elman Məmmədov Rusiya, Türkiyə və Gürcüstan alimlərinin də iştirak etdikləri konfransı giriş sö... | ANL |
Qəbələdə keçirilən beynəlxalq düşərgə gəncləri ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Qəbələdə keçirilən beynəlxalq düşərgə gəncləri ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirmək baxımından xüsusi əhəmiyyətə malikdir. ... | ANL |
Tristan Azbejin: Qəbələ beynəlxalq düşərgəsinin nəticələrinin uğurlu olacağına əminik. Macarıstanın hakim Fidesz - KDNP partiyasının ətraf mühit məsələləri üzrə müşaviri Tristan Azbejin AzərTAc-a müsahibəsində gənc ekoloqların Qəbələdə keçirilən beynəlxalq düşərgəsinin uğurla başa çatdığını söyləmişdir. O demişdir: "Bi... | ANL |
Daniela Çibodal: «Biz, gənc ekoloqlar Qəbələdə keçirilən beynəlxalq düşərgənin nəticələrini yüksək qiymətləndiririk». "Biz, gənc ekoloqlar Qəbələdə keçirilən beynəlxalq düşərgənin nəticələrini yüksək qiymətləndiririk. Bu düşərgə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərin bir araya gələrək fikir mübadiləsi aparm... | ANL |
Bazar iqtisadiyyatı və planlaşdırma. XX əsrin 90-cı illərinin əvvəllərində radikal bazar islahatları nəticəsində sovet məkanında, o cümlədən Azərbaycanda sovet dövründə formalaşmış planlaşdırma sistemi ləğv edildi. Lakin islahatların ilk illərinin uğursuzluqları bazar iqtisadiyyatında dövlətin roluna və planlaşdırmaya ... | ANL |
Həmkarlar ittifaqlarının cəmiyyətdə rolu artır. Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzv... | ANL |
Bakıda «İqtisadi inkişaf dövründə elm və texnologiya statistikası və göstəriciləri» mövzusunda milli seminar-treninq keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və UNESCO-nun təşkilatçılığı ilə "Hilton-Baku" otelində "İqtisadi inkişaf dövründə elm və texnologiya statistikası və göstəri... | ANL |
Tələbələr Beynəlxalq müsabiqədə «Qran-pri» mükafatına layiq görüldülər. Qazaxıstanın Almatı şəhərində 2011-ci ilin noyabrında "Beynəlxalq tələbə tamaşaları" festivalı keçirildi. Festivala dəvət almış Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri bu beynəlxalq tədbirə ciddi hazırlaşmışdılar. Bu mə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.