text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ermənistanın «mədəni təxribat»ı baş tutmadı. Azərbaycanın maddi-mədəniyyət abidələrini saxtalaşdırmağa can atan ermənilərin bəd niyyətləri bu dəfə baş tutmayıb. Belə ki, noyabrın 20-dən dekabrın 1-dək İndoneziyanın Vali adasında UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 6-cı...
ANL
Daşkənddə «Özbəkistanda ana və uşaqların sağlamlığının qorunması: Sağlam ana sağlam uşaq» mövzusunda forum keçirilmişdir. Daşkənddə Özbəkistan Səhiyyə Nazirliyi Dünya Səhiyyə Təşkilatı (DST), BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə "Özbəkistanda ana və uşaqların sağlamlığının qorunması: Sağlam ana-sağlam uşaq" mövzusunda...
ANL
Albertin 3 yaşına çatmasına baxmayaraq, danışa və yeriyə bilməməsi ailə üçün dərdə çevrilmişdi. Anası Paulina qarğıdalı alveri ilə məşğul olan varlı bir kişinin qızı idi. Atasının çətinliyə düşəndə özünü itirməməsi ona da keçmişdi. Albertin atası German nə biləydi ki, vaxt gələcək həqiqətən də oğlu fizika sahəsindəki k...
ANL
«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanması barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də, son onillikdə Azərbaycanda makroiqtisadi ...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu”nda dəyişiklik edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Prezidenti.
ANL
«Sənətkarlıq Paytaxtı» İsmayıllıda infotur keçirildi. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası, xalq yaradıcılığının təbliği istiqamətlərində aparılan islahatlara uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "2010-2014- cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı uğ...
ANL
Azərbaycanın görkəmli rejissoru. mötəbər mükafata layiq görülmüşdür. Görkəmli kino və televiziya xadimi, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayev mötəbər mükafata layiq görülmüşdür. AzərTAc xəbər verir ki, 13-cü Avrasiya Teleforumu çərçivəsində Avrasiya ölkələri peşəkar mediasə...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vatikanda müqəddəs taxt-tacın dövlət katibi ilə görüşmüşdür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyaya səfəri çərçivəsində noyabrın 29-da Vatikanda müqəddəs taxt-tacın dövlət katibi, kardinal Tarçizio Bertoni ilə görüşmüşdür. G...
ANL
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq. Şurasının 12-ci iclası keçirilmişdir. Noyabrın 25-də Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 12-ci iclası keçirilmişdir. İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Xarici İşlər Nazirliyi...
ANL
Mədəniyyətlərin birgəyaşayışının Azərbaycan təcrübəsi. "Azərbaycanın həm keçmiş dövrdəki, həm də artıq iyirmi illik müstəqillik təcrübəsi onu göstərir ki, multikulturalizmin çox müsbət nəticələri var. Multikulturalizmə qarşı çıxış edənlər bu məsələni daha da geniş təhlil etməlidirlər. Müsbət təcrübəyə malik olan ölkələ...
ANL
Lüksemburqda təşkil olunmuş beynəlxalq yarmarkada Azərbaycan guşəsi xüsusi maraq doğurmuşdur. Avropanın kiçik dövlətlərindən biri olan Lüksemburqda hər il ənənəvi beynəlxalq yarmarka təşkil olunur. Azərbaycan belə möhtəşəm tədbirdə ilk dəfə təmsil olunmuşdur. Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq...
ANL
«Hər bir istehlakçı öz hüquqlarını bilməlidir». mövzusunda seminar keçirilmişdir. Bakı Dövlət Universitetində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda növbəti seminar k...
ANL
Almaniyanın «Thüringer Zeitung» qəzetində. Azərbaycan haqqında söhbət açılmışdır. Almaniyanın "Thüringer Zeitung" qəzetinin 2011-ci il 18 noyabr tarixli sayında almaniyalı jurnalist Rixard Kisslerin Azərbaycan haqqında "Təbii qaz təzyiq vasitəsi kimi" adlı məqaləsi dərc olunmuşdur. Məqaləyə Azərbaycanın müstəqillik uğr...
ANL
Minilliklərdən gələn səslər və ya tar-kamança necə yaranıb. Qədimlərdən bugünə qədər Azərbaycanda dörd qrupa aid xalq çalğı alətləri mövcud olub. Onların şahı tar sayılsa da, aşıq ədəbiyyatının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, xalqımıza məxsus saz digər bütün musiqi alətləri sırasında ən qocamanıdır. Tarın ad...
ANL
Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilmişdir. Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, qurumun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin İndoneziyanın Bali adasında keçirilən növbəti altıncı...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun etimadnaməsini qəbul etmişdir. Səfir...
ANL
Qəbələdə «Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah». devizi ilə gənc ekoloqların beynəlxalq düşərgəsi keçirilir. Noyabrın 25-də Qəbələdə Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təşkilatçılığı ilə "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə gənc ekoloqlar...
ANL
Əli Həsənov: AzərTAc ilə Qətər Xəbərlər Agentliyi arasında imzalanmış memorandum Azərbaycan həqiqətlərinin ərəb dünyasında geniş yayılmasında mühüm rol oynayacaqdır. Noyabrın 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkəmizdə səfərdə olan Qətər X...
ANL
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Ətraf Mühit. Kampaniyasının təsisçisi Leyla xanım Əliyeva Qəbələdə. bir sıra nüfuzlu təşkilatların rəhbərləri ilə görüşmüşdür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla xanım Əliyeva noya...
ANL
Korrupsiya ilə mübarizə sahəsində. mühüm institusional islahatlar. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının. hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri. Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi. - Azərbaycan Prezidentinin 2011-ci il noyabrın 24-də imzaladığı Qanunda nəzərdə tutulmuş ticarət, məişət və ...
ANL
AzərTAc ilə Qətərin QNA agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Noyabrın 29-da Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Qətər Xəbərlər Agentliyi (QNA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışd...
ANL
Azərbaycanın dinamik inkişafı, həyata keçirilən uğurlu. islahatlar və gələcəyə hesablanmış neft strategiyası. ölkəmizin perspektivi ilə bağlı müsbət fakir söyləməyə imkan yaradır. Azərbaycanın dinamik inkişafı, həyata keçirilən uğurlu islahatlar və gələcəyə hesablanmış neft strategiyası ölkəmizin perspektivi ilə bağlı ...
ANL
Azərbaycan hakimiyyəti, cəmiyyəti ölkədəki sabitliyi kifayət. qədər möhkəm təməllər üzərində bərqərar edib. Əli Həsənov: "Rafiq Tağı Azərbaycan hakimiyyəti ilə problemi olan insan deyildi". Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytına ...
ANL
Nazirlər Kabineti son günlər. üç yeni qərar qəbul etmişdir. Nazirlər Kabineti son günlər üç yeni qərar qəbul etmişdir. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanına əsasən və Fövqəladə Hallar Nazirliyinin təklifi...
ANL
Qətər Xəbərlər Agentliyinin baş direktoru ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Qətər Xəbərlər Agentliyinin baş direktoru Əhməd Səad əbduləziz əl-Buayneyn və xəbərlər redaksiyasının müdiri Abdullah Əbdürrəhman noyabrın 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri,...
ANL
Qətər Xəbərlər Agentliyinin (QNA) baş direktoru Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşdur. Bakıda səfərdə olan Qətər Xəbərlər Agentliyinin (QNA) baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn, xəbərlər redaksiyasının müdiri Abdullah Əbdürrəhman və AzərTAc-ın baş direktoru Aslan Aslanov noyabrı...
ANL
Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu noyabrın 29-da Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, ulu öndərin abidəsini ziyarət etmişdir. Diploma...
ANL
Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvan toplantısına hazırlıq məqsədi ilə Üçtərəfli İqtisadi Komitənin birinci iclası Tehranda işə başlamışdır. Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda keçirilməsi nəzərdə tutulmuş toplantıya hazırlıq məqsədi ilə üç ölkə mütəxəssislərin...
ANL
Uzaq olduğu qədər də yaxın Bolqarıstan. "Məmnunam ki, dialoqun, həmçinin mədəniyyətlərarası mübadilələr sahəsində əlaqələrin genişləndirilməsi üçün iradə və istək vardır. Bolqarıstan öz regionunda, Azərbaycan isə öz regionunda mədəniyyətlərarası dialoq sahəsində vacib rol, hətta deyərdim ki, lider rolu oynayır.". Georq...
ANL
Ankit Xandelval: Qəbələdə keçirilən beynəlxalq düşərgə gənc ekoloqları ətraf mühit problemlərinin həllində daha fəal iştiraka ruhlandırdı. "Qəbələdə keçirilən beynəlxalq düşərgə biz gənc ekoloqları ətraf mühit problemlərinin həllində daha fəal iştiraka ruhlandırdı. Bu düşərgə bizim maariflənməmiz və qarşılıqlı əməkdaşl...
ANL
Qəbələdə keçirilən beynəlxalq düşərgə yaranmaqda olan qlobal ekoloji problemlərin həllində gənclərin rolunu artıracaq. "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə gənc ekoloqların Qəbələdə keçirilən beynəlxalq düşərgəsi yaranmaqda olan qlobal ekoloji problemlərin həllində gənclərin rolunu artıraca...
ANL
Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının 40-cı iclası. Noyabrın 29-da Bakıda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının 40-cı iclası keçirilir. AzərTAc xəbər verir ki, iclas iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın üm...
ANL
Berlində keçirilən «Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü» adlı tədbirdə erməni nümayəndələrinin dialoqda iştirak etməkdən imtinaları alman təşkilatçıları tərəfindən pislənilmişdir. Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü" adlı tədbir keçirilmişdir. Tədbir Azad Berlin Uni...
ANL
Azərbaycan dost Pakistan xalqı ilə əlaqələri daha da gücləndirmək niyyətindədir. Azərbaycan dost və qardaş ölkə olan Pakistanda sel və daşqınlardan zərər çəkənlər üçün maliyyə yardımı göndərmişdir. Türkiyənin Anadolu xəbər agentliyi İslamabaddan xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov 2 milyon A...
ANL
Nizami Gəncəvinin 870 illik yubileyinin Rusiya Dövlət Ermitajında keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşmüşdür. Baş konsulluqdan AzərTAc-a bildirmişlər ki, görüşdə Nizami Gəncəvinin 870 illik yubi...
ANL
Bolqarıstan Elmlər Akademiyasının prezidenti AMEA-da olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Nikola Sabotinov ilə görüş keçirilmişdir. Akademiyadan bildirmişlər ki, görüşdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov və AMEA Rəyas...
ANL
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 199-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqın...
ANL
«Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 5-ci maddənin birinci cümləsindən "müvafiq...
ANL
Azərbaycanda demokratik seçki ənənələri formalaşıb. Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması dövlət müstəqilliyinin bərpasından sonra əldə edilən böyük tarixi nailiyyətlərdən biridir. 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası ölkədə demokr...
ANL
Almaniya Federativ Respublikasının Prezidenti. zati-aliləri cənab Kristian Vulfa. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Almaniya münasibətləri hərt...
ANL
Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Li Men Baka. Hörmətli cənab Prezident! Koreya Respublikasının milli bayramı - Dövlətin Yaranması Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin daim m...
ANL
Azərbaycanda İKT-nin inkişafı sahəsində böyük uğurlar qazanılır. Ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Böyük uzaqgörənliklə aparılan iqtisadi islahatların nəticəsidir ki, qeyri-neft sektoru tərəqqi yoluna çıxmış, iqtisadiyyatın enerji amilindən asılılığı azalmışdır. İnfrastruktur layihələr, sosial məsələlər uğu...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. "İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgü...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya işgüzar səfəri. Prezident İlham Əliyev Varşavada Avropa İttifaqının «Şərq tərəfdaşlığı» sammitində iştirak etmişdir. Sentyabrın 30-da Polşanın paytaxtı Varşavada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammiti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ...
ANL
Azərbaycan təhsili müstəqillik illərində. Azərbaycan ictimaiyyəti ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük qürur hissi ilə qeyd edir. Lakin Azərbaycan bu illər ərzində çox böyük tarixi yol keçibdir. Əsası müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq, ...
ANL
Doğma yurda qayıdacağımız gün uzaqda deyil. Xocavənd rayonunun işğalından 19 il ötür. 1988-ci ildə yenidən baş qaldıran erməni separatizminin tarixi kökləri ermənilərin XIX əsrdə çar Rusiyasının birbaşa yardımı ilə tarixi Azərbaycan vilayətlərində məskunlaşdırılmasından sonrakı dövrdən başlanır. Həmin vaxtdan tarixi ər...
ANL
Türkiyənin «Today`s Zaman» qəzeti Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qanunsuz «seçkilər»lə bağlı məqalə dərc etmişdir. Türkiyənin "Today`s Zaman" qəzeti Dağlıq Qarabağdakı separatçı və qondarma rejimin keçirdiyi qanunsuz "seçkilər"lə bağlı məqalə dərc etmişdir. Məqalədə qeyd olunur ki, Ermənistanın Azərbayc...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Maltanın Baş naziri Lourens Qonzi ilə görüşü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Varşavada Maltanın Baş naziri Lourens Qonzi ilə görüşmüşdür. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. AzərTAc.
ANL
Səfər başa çatdı. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasına işgüzar səfəri başa çatmışdır. Varşavanın "Şopen" Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Polşanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri yola saldılar. Həmin gün Prezident İlham Əliyev Bakıya qayıt...
ANL
Azərbaycanda hüquqi və demokratik dövlət ideyası gerçəkləşmişdir. Ötən 20 ildə həyata keçirilən islahatlar Azərbaycanda məhkəmə sisteminin müstəqilliyini təmin etmişdir. Ötən əsrin sonlarına doğru soyuq müharibənin başa çatması ilə bağlı obyektiv tarixi proseslərin, habelə uzunmüddətli mücadilənin məntiqi yekunu olaraq...
ANL
GUAM çərçivəsində Avropaya inteqrasiya perspektivləri haqqında bəyanat imzalanmışdır. GUAM üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başa çatandan sonra əməkdaşlıq və Avropaya inteqrasiya perspektivləri haqqında Varşava Bəyanatı imzalanmışdır. AzərTAc xəbər verir ki, GUAM XİNŞ-in XV iclası Polş...
ANL
Azərbaycan Prokurorluğu dövlətçiliyin maraqlarına xidmət edən təsisat kimi ulu öndər Heydər Əliyev siyasəti və qayğısı nəticəsində təkmilləşmişdir. Müasir və müstəqil Azərbaycanın ən yeni tarixinin yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına müvafiq olaraq hər il oktyabr ayının 1-i Proku...
ANL
Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilmişdir. Oktyabrın 1-də - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü ərəfəsində Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəb...
ANL
Milli Məclisin payız sessiyası öz işinə başladı. Sentyabrın 30-da Milli Məclisin payız sessiyası Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə işinə başladı. Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi, siyasi, mədəni və digər sahələrdə...
ANL
MSK-nın nəzdində ekspert qrupu və Nəzarət-təftiş xidməti yaradılmışdır. Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə komissiyanın 2011-ci il 19 sentyabr tarixli iclasın protokolu təsdiq edilm...
ANL
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri Sabirabadda olmuşdular. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, komitənin üzvləri və ekspert qrupu Sabirabad rayonunun Çölbeşdəli və Axısxa kəndlərində təşkil edilmiş istehsal kooperativlərinin üzvləri ilə görüşmüşlər. Sabirabad Rayon İcra Hakimiy...
ANL
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Nəzarət-təftiş xidmətinin yaradılması barədə Mərkəzi Seçki Komissiyasının Qərarı. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 97-ci maddəsinə və "Mərkəzi Seçki Komissiyası yanında nəzarət-təftiş xidməti haqqında Əsasnamə"yə uyğun olaraq seçki komissiyalarına ayrılmış ...
ANL
Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir. Sentyabrın 29-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycan Respublikasının dövlət müs...
ANL
Birinci xanım Mehriban Əliyeva Berlindəki «Berlin-Baku-Galeri» sərgi salonunda və Azərbaycanın Almaniyadakı səfirliyində olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Almaniyaya səfəri çərçivəsində sentyabrın 30-da Berlindəki "Berlin-Baku-Galeri" sərgi salonunda olmuşdur. Bakıdakı "Qız qalası" rəsm qalereyasın...
ANL
Mərkəzi Seçki Komissiyasının 19 sentyabr 2011-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı. Sədr Məzahir Pənahov. Katib Mikayıl Rəhimov.
ANL
Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə Mərkəzi Seçki Kom...
ANL
Qobustan sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. Ölkəmizin iqtisadi uğurları və bu nailiyyətlərin zaman-zaman daha da artması beynəlxalq müstəvidə Azərbaycanın mövqeyinin möhkəmlənməsinə təsir edir. Bütün bunlar isə bir daha təsdiq edir ki, Azərbaycanın gələcək perspektivləri çox ümidvericid...
ANL
Fəsillər, illər yaranışdan üzü bəri dəyişməz ahəngi ilə bir-birini əvəzləyir. Tarixdə ikinci dəfə müstəqilliyinə qovuşan doğma Azərbaycan sürətli yüksəliş dövrünü yaşayır. Qarabağın dilbər güşəsinə çevrilmiş Ağcabədi rayonunun Taxta körpü adlanan ərazisi bir neçə il əvvəllərə kimi boz səhranı xatırladırdı. Əsrlərlə su ...
ANL
Əməkdaşlığın yeni uğurları. Hər bir xalqın tarixi ilk növbədə onun maddi-mədəniyyət abidələrində yaşayır. Ona görə də bütün hallarda həmin daş yaddaşların qorunub saxlanması və gələcək nəsillərə çatdırılması mühüm məsələlərdəndir. Zəngin təbii sərvətlərə məxsus Azərbaycan torpaqlarında da tarixin yaşıdı, inkişafın göst...
ANL
2 oktyabr Beynəlxalq Qeyri-Zorakılıq Günüdür. Orada insanlar sülhə, dözümlülüyə, anlayışa, zorakılıqdan imtina mədəniyyətini öyrənməyə və ona əməl etməyə təşviq olunur. Oktyabrın 2-si dünya şöhrətli hind filosofu, Hindistan azadlıq hərəkatının lideri Mahatma Qandinin anadan olduğu gündür. Bu hindli azadlıqsevər ölkəsin...
ANL
Torpaq onu sevənləri həmişə sevindirir. Bir də görürsən, günlərlə hava elə quraqlıq keçir, gün elə yandırıb yaxır ki, istidən, yağmursuzluqdan bağrı cadar-cadar olan torpağa heyfsilənirsən. Hərdən də az qala, aylarla davam edən yağışlar torpağın şirəsini yuyub aparır, səpilən toxum zay olur, gözünü məhsula dikənlərin ü...
ANL
Yaddaşlarda yaşayanlar. Tanınmış tərcüməçi, ədəbiyyatşünas Elxan Xəlil oğlu İbrahimov XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmuşdur. Elxan orta məktəbi əla qiymətlərlə bitirib elə həmin il Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olsa da, "vətən xaini" övladı olduğundan təhsil...
ANL
Bakıda türkdilli ölkələrin I Tibb Konqresi işə başlamışdır. Sentyabrın 30-da Azərbaycan Tibb Universitetində (ATU) türkdilli ölkələrin "Tibbdə yeni nailiyyətlər" adlı I Tibb Konqresi işə başlamışdır. AzərTAc xəbər verir ki, konqres iştirakçıları əvvəlcə universitetin foyesindəki ulu öndər Heydər Əliyevin büstü önünə ək...
ANL
Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirmişdir. Sentyabrın 30-da Bakıda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olmuşdur. AzərTAc xəbər verir ki, AHİK sədri, Milli Məclis...
ANL
«Müstəqil Azərbaycanda sosial təminat» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Sentyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı "Müstəqil Azərbaycanda sosial təminat" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. ...
ANL
Azərbaycan gənclərinin VI Forumu çərçivəsində keçirilən toplantıda Bakı şəhər gənclərinin gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışılmışdır. Sentyabrın 30-da Azərbaycan gənclərinin VI Forumu çərçivəsində Bakı şəhər gənclərinin zona toplantısı keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə forumun fəaliyyətin...
ANL
Bakıda keçirilən ikinci Beynəlxalq kitab sərgi-yarmarkası başa çatmışdır. Yarmarkanın işində fəal iştirakına görə AzərTAc da diplomla təltif olunmuşdur. Bakı İdman Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilmi...
ANL
Müstəqil ölkənin müasir prokurorluğu. "Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmi...
ANL
Görkəmli alim, qayğıkeş müəllim, şəfqətli həkim. Azərbaycan tibb elminin, tibb təhsili sisteminin, ölkə səhiyyəsinin inkişafında mühüm xidmətləri olan görkəmli alimlərdən biri də anadan olmasının 90 illik yubileyini qeyd etdiyimiz əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, qayğıkeş həkim, gözəl müəllim, bacarıqlı sə...
ANL
Müqəddəs borc. Ümumiyyətlə, respublikamızda ahıllar pensiyaçıların 28 faizini təşkil edirlər. Onların böyük əksəriyyəti, 40 milyondan çoxu Rusiyada yaşayır. Bir faktı qeyd etməyə dəyər ki, harada yaşamalarından asılı olmayaraq, ahıl insanların böyük bir qismi fəal həyat tərzinə malikdir. Onlar hamı kimi qayğı çəkir, ça...
ANL
Mələk nənənin qocalıq diləyi. Astaranın Siyatük kəndi bir qədər ucqardadır - Talış dağlarının ətəyində qədim yurd yeridir. Ən böyük əmanəti də əsrdən çox yaşı olan qocalarıdır. Qapısını döydük, o tərəfdən səs-səmir gəlsə də, hələ ki darvazanı açmağa tələsmir. Bizə bələdçilik edən nəvəsi Sədailin səsini eşidəndən sonra ...
ANL
Xəzərin sahilində ekoloji tədbir keçirilmişdir. Sumqayıt Rəsm Qalereyasına toplaşan "Azərikimya" İstehsalat Birliyinin kollektivi ARDNŞ-in Ekologiya İdarəsinin, "Qızıl Aypara" Cəmiyyətinin, Sumqayıt Şəhər Təşkilatının, Təhsil İdarəsinin, məktəblərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə "Plane...
ANL
Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Hu Szintaoya. Hörmətli cənab Sədr! Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Biz Azərbaycan ilə Çin arasındakı ...
ANL
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Oktyabrın 3-də Bakının mərkəzində yerləşən "Hilton Baku" otel kompleksinin açılışı olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu. Prezid...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ailə və sosial siyasət naziri xanım Fatima Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Türkiyə Respublikasının ailə və sosial siyasət naziri xanım Fatima Şahinin başçılıq etdiyi nü...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni qəbul etmişdir. İran İslam Respubli...
ANL
Azərbaycan Respublikasının təhsil işçilərinə «Əməkdar müəllim» fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə aşağıdakı təhsil ...
ANL
Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri təltif edilsinlər...
ANL
Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir. Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycan Res...
ANL
Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir. Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycan Res...
ANL
Azərbaycanda qadın və uşaq problemlərinin həlli sahəsindəki tədbirlər yüksək qiymətləndirilmişdir. Oktyabrın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Türkiyə Respublikasının ailə və sosial siyasət naziri xanım Fatima Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşm...
ANL
Milli Məclisdə MDB PA-nın hüquq məsələləri daimi komissiyasının iclası olmuşdur. Oktyabrın 3-də Azərbaycan Respublikasının Milli Məclisində MDB Parlamentlərarası Assambleyasının (MDB PA) hüquq məsələləri daimi komissiyasının iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, MDB-nin üzv olan 7 dövlətin nümayəndəsinin iştira...
ANL
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti "Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Azərbaycan Re...
ANL
Milli Məclisdə «Demokratiya və vətəndaşların seçki hüquqları» mövzusunda beynəlxalq seminar keçirilmişdir. Oktyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisində "Demokratiya və vətəndaşların seçki hüquqları" mövzusunda beynəlxalq seminar keçirilmişdir. AzərTAc xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini Ziy...
ANL
Bakıda «XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti» mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Oktyabrın 3-də Azərbaycan Respublikasının Milli Məclisində "XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlamışdır. Türkdilli Ölkələrin Parlament ...
ANL
Sumqayıt XXI əsrin xariqələr məkanına çevrilir. Azərbaycanın dinamik və modern inkişafının əsas ünvanlarından birinə çevrilən Sumqayıt bu gün sürətli intibahının yeni mərhələsini yaşamaqdadır. Abadlıq və quruculuq işlərinin daha geniş vüsət aldığı gənclər şəhəri günü-gündən simasını gözəlləşdirməkdə, təkcə daimi sakinl...
ANL
Əməkdar elm xadimi, professor Tamerlan Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir. Oktyabrın 3-də Azərbaycan Tibb Universitetində əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçiri...
ANL
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Geridə qalan illər kino lenti tək göz önündən keçdikcə, o qədər də böyük olmayan bu zaman kəsiyində hansı böyük çətinliklərdən, sınaqlardan, təlatümlərdən çıxdığımızın daha çox fərqində oluruq. Həyata keçirilən uğurlu iqtisadi siyasət Azərbaycanın...
ANL
Əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Qafqaz ölkələri və türk dövlətləri arasında əlaqə-ünsiyyət getdikcə genişlənir. Belə bir qarşılıqlı münasibətlər türk dövlətləri, türkdilli təhsil ocaqları arasında iş birliyinin daha da genişləndirilməsini tələb edir. Bununla əlaqədar olaraq hələ 2009-cu ildə Türkiyənin Elazıx şə...
ANL
Bakıda bitki genetik ehtiyatlarından səmərəli istifadəyə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Oktyabrın 3-də Bakıda "İqlim dəyişikliyinə davamlılığa nail olmaq üçün bitki genetik müxtəlifliyinin öyrənilməsi və istifadəsi" mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası ...
ANL
Görkəmli yazıçı İlyas Əfəndiyevin xatirəsi yad olunmuşdur. Azərbaycan ədəbiyyatı və teatrı tarixində silinməz iz qoymuş İlyas Əfəndiyevin vəfatından 15 il ötür. XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyev milyonlarla oxucunun və tamaşaçının məhəbbətini qazanmışdır. ...
ANL
Ermənistan nümayəndə heyəti Alt Komitənin yığıncağında iştirak etməkdən növbəti dəfə boyun qaçırmışdır. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin iclası olmuşdur. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, A...
ANL
Ədliyyə orqanlarında elektron xidmətlərin tətbiqi dairəsi genişlənir. Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilmişdir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Prezident İlham Əliyevin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsin...
ANL
Üzeyir Hacıbəyli III Beynəlxalq musiqi festivalı qonaqların böyük marağına səbəb oldu. 2009-cu ildən başlayaraq Azərbaycan professional musiqisinin banisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü ilə əlaqədar sentyabr ayında Bakıda Beynəlxalq musiqi festivalı keçirilir. I və II Üzeyir Hacı...
ANL
Azərbaycan Vaşinqtonda keçirilmiş türk mədəniyyəti festivalında uğurla iştirak etmişdir. Azərbaycan ABŞ paytaxtında keçirilən 9-cu illik türk mədəniyyəti festivalında uğurla təmsil olunmuşdur. Mədəniyyətimizi əks etdirən iki guşə - ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) və Qarabağ Fondunun guşələri festivala gələn yüzlər...
ANL