text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Neçə gündür ki, Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Xətai rayonunun ərazisində - metronun "Əhmədli" stansiyasının yaxınlığındakı "Bakı" kinoteatrının qarşısında bal və arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir. Yarmarkaya hər çiçəyi, otu min bir dərdin dərmanı olan ölkəmizin 42 rayonun...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Buzovna qəsəbəsində yeraltı piyada keçidlərinin açılışında iştirak etmişdir. Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində avtomobillərin və piyadaların daha sıx olduğu Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba...
ANL
Üç səviyyəli Mərdəkan yol qovşağı istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Xəzər rayonunda Heydər Əliyev Beynəlxalq Aeroportundan Zuğulbaya gedən magistralda üç səviyyəli Mərdəkan yol qovşağının açılışında iştirak etmişdir. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin baş...
ANL
Bakının Ziya Bünyadov prospektində tikintisi davam etdirilən yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanışlıq. Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planı çərçivəsində paytaxtın Ziya Bünyadov prospektində tikintis...
ANL
Prezident İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olmuşdur. Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olmuşdur. Nəqliyyat naziri Ziya Məmmədov mərkəzdə görülən işlər barədə dö...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Rusiya Federasiyası...
ANL
Azərbaycan Şimali Qafqazla əməkdaşlığın genişlənməsinə maraq göstərir, ölkəmizi bu diyarla dərin tarixi əlaqələr birləşdirir. Oktyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəs...
ANL
Azərbaycanın və Rusiyanın daxili işlər nazirləri sərhəd regionlarında güc nazirliklərinin qarşılıqlı fəaliyyəti barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, oktyabrın 4-də Quba şəhərində Azərbaycanın daxili işlər naziri general-polkovn...
ANL
Azərbaycan ilə Rusiyanın Şimali Qafqaz subyektləri arasında əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Oktyabrın 4-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin başda olmaqla Rusiya nümayəndə heyətinin Azərbaycana s...
ANL
Yaqub Eyyubov: Azərbaycan Rusiya və onun subyektləri ilə ikitərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan Rusiya ilə hərtərəfli əməkdaşlığa xüsusi diqqət yetirir. Bizi Rusiya ilə dostluq, mehriban qonşuluq telləri, ikitərəfli münasibətlərin çox geniş spektri üzrə möhkəm əlaqələr bağlayır. AzərTAc x...
ANL
Bakıda Rusiyanın Şimali Qafqaz Federal Dairəsinin tərkibinə daxil olan subyektlərin sərmayə layihələrinin təqdimatı keçirilmişdir. Oktyabrın 4-də Bakıda Rusiya Baş nazirinin müavini və Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin Azərbaycana rəsmi səfəri çərçivəs...
ANL
Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Zəngin tarixə və bənzərsiz təbiətə malik Quba rayonu Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamışdır. Rayonun ərazisində 134 tarixi...
ANL
Azərbaycan Avropa İttifaqının «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin Polşaya işgüzar səfəri bunu bir daha təsdiq etdi. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geo...
ANL
Paris və Moskvadan sonra Azərbaycan mədəniyyəti Berlini heyran etdi. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin təbliği istiqamətində həyata keçirilən tədbirlər qürur hissləri doğurur. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsindədir. Artıq...
ANL
İranlı nazir ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyn oktyabrın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin...
ANL
Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial vardır. Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, oktyabrın 4-də nazir Elmar Məmmədyarov Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Piter Beytmen ilə görüşmüşdür. Etimadnaməsinin surətini n...
ANL
Azərbaycan ilə Belçika arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Oktyabrın 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Belçikanın xarici siyasət idarəsinin ikitərəfli işlər üzrə baş direktoru Qeert Muyllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Xari...
ANL
ABŞ ilə Azərbaycan arasında hərbi əlaqələrin perspektivləri müzakirə olunmuşdur. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev oktyabrın 4-də ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ABŞ ilə Azərbayc...
ANL
Mixail Şvıdkoy: «Bakı beynəlxalq humanitar forumu bir növ intellektual Davosa çevrilə bilər». Bakı beynəlxalq humanitar forumu bir növ intellektual Davosa çevrilə bilər. Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bu fikri oktyabrın 10-11-də Bakıda ke...
ANL
Azərbaycanlı tələbə aviatorun qələbəsinin əks-sədası. Xəbər verdiyimiz kimi, bu ilin baharında Milli Aviasiya Akademiyasının (MAA) tələbəsi Emil Vahablı Moskvada keçirilən A.F.Mojayski adına 8-ci Beynəlxalq Aviasiya Olimpiadasından zəngin "qənimətlə" qayıtmışdı. Təxminən 40 ölkənin gənc aviasiya tədqiqatçılarının qoşul...
ANL
Müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Oktyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. ...
ANL
Akademik Ömər Eldarov Beynəlxalq Sokrat mükafatına layiq görülmüşdür. Dekabrın 12-də Böyük Britaniyanın Oksford şəhərində keçiriləcək Oksford Liderlər Sammiti çərçivəsində "İnternational Socrates Award Ceremony" mükafatının təqdimat mərasimi olacaqdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından AzərTAc-a bildirmişlər ...
ANL
Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri vəfat etmişdir. Danimarkadakı Azərbaycan diasporunun fəal üzvü, Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Elxan Hüseynov vəfat etmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Hüseynov Azərbaycan həqiqətlərinin Danimark...
ANL
XX əsrdə həyatımızın elə bir sahəsi yoxdur ki, oradan Üzeyir bəyin nəhəng şəxsiyyəti görünməsin, qeyri-adi nəfəsi duyulmasın, hiss olunmasın. O, hansı sahədə fəaliyyət göstəribsə, hara toxunubsa, orada qeyri-adi bir istedad nümayiş etdirib. O, ən böyük publisist, ən böyük bəstəkar, ən böyük vətənpərvər idi. Ümummilli l...
ANL
Qafqazın əbədi düşmənləri. Əgər yenidən bu dünyaya qayıtmaq, yenidən yaşamaq şansını versəydilər, bəzilərinin möcüzə kimi arzuladığı fürsətdən düşünmədən imtina edərdim. Mənə yaşamağa elə bu ömür də yetərlidir. İkincisinə ehtiyac yoxdur, qoy başqaları yaşasın. Müharibəyə yola düşən jurnalist ölümlə təsəvvürünə gətirdiy...
ANL
Sənədlər şahidlik edir. 1917-ci ilin fevralında Rusiyada baş vermiş siyasi hadisələrdən istifadə edən erməni millətçiləri Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün zorakılıq və terror əməliyyatlarına başladılar. Xarici dövlətlərdən dəstək və külli miqdarda yardım alan S.Şaumyan (həmin ilin oktyabr ayında...
ANL
Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, onlar böyük hörmət və yüksək ehtiramla qarşılanmışlar. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bu gün də hər bir kəs qazandığı biliklərə, həyatdakı mövqeyinə, şəxsiyyət kimi formala...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev İnterpolun baş katibi Ronald Noblu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İnterpolun baş katibi Ronald Noblu qəbul etmişdir. Görüşdə İnterpol təşkilatı ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, əl...
ANL
Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarına. Hörmətli konfrans iştirakçıları! Sizi - Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarını salamlayır və konfransın işə başlaması münasibətilə təbrik edirəm. 1992-ci ildə yaradılmış Sənayeçilər və...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2011-ci ildə tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Abbas Fəttah oğlu Zamanovun 100 illiyi tamam olur. Özünün zəngin elmi fəaliyyəti ilə Abbas Zamanov milli ədəbiy...
ANL
Gəncləşən gənclik şəhəri - Şirvan. Şirvan şəhəri (keçmiş Əli Bayramlı) burada yaşayan indiki yaşlı və orta nəslin gözləri qarşısında yaranıb, inkişaf edib, boy atıb. Keçən əsrin ortalarında burada ölkənin həyatında mühüm rol oynayan istilik-elektrik stansiyası tikilib istifadəyə verildi. Həmin dövrdə neft sənayesi də s...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində mühüm layihələr həyata keçirib. Bunların arasında Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması layihəsi önəmli yer tutur. Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar A...
ANL
«Müasir Azərbaycan dövrün baxışında». Azad və müstəqil yaşamaq, öz hüquqlarını suveren şəkildə həyata keçirmək hər bir xalq üçün daim ən böyük milli sərvət hesab olunub və bəşəriyyətin geridə qoyduğu tarix indi də bu reallığı dəyişməyib. Dünyanın ən qədim sakinlərindən sayılan Azərbaycan xalqı da milli müstəqilliyini ə...
ANL
AŞ PA Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirdiyi «yerli özünüidarəetmə orqanlarına seçkilər»i pisləyən bəyanat qəbul etmişdir. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) erməni separatçılarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində sentyabrın 18-də keçirdiyi qanunsuz bələdiyyə s...
ANL
Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır. XX əsrin sonlarında sosializm sisteminin dağılması dünyanın siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Artıq yaxın onilliklər ərzində dünyanın siyasi xəritəsində yeni yarana biləcək müstəqil dövlətlərin meydana çıxacağı labüd idi. Baş verə...
ANL
Londonda «Baku» jurnalının ingilisdilli versiyasının təqdimatı keçirilmişdir. Rusiyada çıxan populyar "Baku" jurnalı yayım coğrafiyasını genişləndirir. Oktyabrın 4-də Londonda "Baku" jurnalının ingilisdilli versiyasının ilk nömrəsinin təqdimatının keçirilməsi bunun əyani təsdiqidir. Mərasimdə Heydər Əliyev Fondunun vit...
ANL
Şərəfli ömür yolu. Ötən əsrin əvvəllərində coşqun fəaliyyət göstərən Azərbaycan ziyalılarının elə mütərəqqi, vətənpərvər nümayəndələri olub ki, onları bu gün ehtiramla xatırlamaq vətəndaşlıq borcumuzdur. Tarixin və zamanın ağır sınaqlarından alnıaçıq çıxan fədakar ziyalılarımızın şərəfli əməllərini müasir nəslə çatdırm...
ANL
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. May ayında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və Amerika Hüquqşünaslar Assosiasiyasının "Onlayn canlı hüquq" layihəsi uğurla başa çatdırılmış, proqramın iştirakçısı olan 15 şagirdə müvafiq sertifikatlar verilmişdir. Yeni dərs ilindən isə Azərbaycan Respublikasının İnsan hüqu...
ANL
(Y.Babayevin mənim məqaləm əsasında söylədiyi "müxtəlif mənbələr" ifadəsinin arxasında onun görmədiyi və təsəvvür etmədiyi qədər çox qaynaq durur və bu mənbələri mən "Bir daha Nəsiminin adı haqqında" adlı məqaləmdə bir-bir araşdırmaya cəlb edərək tarixilik və mötəbərlik baxımından dəyərləndirmişəm). Yəni bu deyilənlərd...
ANL
Xalq artisti, müğənni Nazpəri Dostəliyevanın Milli.Az xəbər portalına müsahibəsi. Şirvan bölgəsinin yaşlı insanları, yəqin ki, Aşıq Əhmədalını yaxşı xatırlayarlar. Bu ustad sənətkarın ocağından çıxan xalq artisti, müğənni Nazpəri Dostəliyevanı isə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından çox uzaqlarda tanıyırlar. A...
ANL
"Telekanalları bu günə qoyan tamaşaçılardır". Müsahibəyə getməzdən öncə də bilirdim ki, nəsə əndrəbadi bir söhbət alınacaq. Təbii ki, sözün yaxşı mənasında. Çünki dilindən hələm-hələm tərif eşitmədiyim İradə Tuncay müsahibim haqda xoş sözlər demişdi. Elə ilk sualdan da düşündüyümün yanlış olmadığını başa düşdüm. Beləli...
ANL
Mən Anarı ancaq Üzeyir Hacıbəyovla müqayisə edə bilərəm. Cins şalvar, idman ayaqqabısı... Bəlkə də uzun müddət yaşadığı Türkiyə mühiti Tofiq Abdinə təsir edib. Özünün də dediyi kimi, həyatla mübarizə aparır. Qocalmaq fikri yoxdur. Çalışır ki, gənclərlə oturub-dursun, gənclərə dəstək versin. Tofiq abiylə işlədiyi Tərcüm...
ANL
Dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı Bakı Dövlət Universitetində elmi-praktiki konfrans keçirilmişdir. Oktyabrın 5-də Bakı Dövlət Universitetində (BDU) müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmiş elmi-praktik konfransın plenar iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, konfransı giriş...
ANL
Ankarada «Türkdilli respublikalar müstəqilliklərinin 20-ci ilində» mövzusunda beynəlxalq toplantı keçirilir. Oktyabrın 5-də Ankaradakı "Rixos" otelində Türkiyə Nazirlər Kabineti Xalq Diplomatiyası İdarəsi və Türkiyənin Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Türkdilli respublikalar m...
ANL
İranın mədəniyyət və islami irşad naziri Gəncəyə gəlmişdir. İran İslam Respublikasının Azərbaycanda keçirilən mədəniyyət günlərinin bir qrup iştirakçısı bu ölkənin mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseynin rəhbərliyi ilə oktyabrın 5-də Gəncəyə gəlmişdir. Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə...
ANL
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi İranın «Fars Xəbər Agentliyi» və «Tehran Tayms» kütləvi informasiya vasitələrinın yaydıqları yanlış məlumatlara qəti etirazını bildirir. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan tarixi dostluq və qarşılıqlı hörmət ənənələri bu gün hər iki tərəfdən döv...
ANL
Öz müqəddəratını təyin etmək hüququ: həqiqətlə yalan arasında. Xalqların öz müqəddəratını təyinetmə hüququ beynəlxalq hüququn iki mənbəyində - 1966-cı ildə qəbul olunmuş insan hüquqları ilə bağlı beynəlxalq paktda, BMT Baş Məclisinin müxtəlif bəyannamələrində, dövlətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatlarının ...
ANL
«Bu mənim peşəmdir» müsabiqəsi keçirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin (AHİK) qərarı ilə "Bu mənim peşəmdir" adlı təsviri və tətbiqi sənət üzrə ümumrespublika müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsində məqsəd bu sahədə istedadlı insanları üzə çıxarmaq, onlara düzgün istiqa...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul etmişdir. Dövlə...
ANL
Nazirlər Kabinetində Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçıları ilə görüş keçirilmişdir. Oktyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin Bakıda keçirilən işgüzar konfransının iştirakçılarından bir qrupunu qəb...
ANL
Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun tabeliyinin dəyişdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi və elmi-tədqiqa...
ANL
Sabirabad rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Sabirabad rayonunun sosial-iqtisadi və mədəni həyatı...
ANL
Sabirabad rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin «Tərəqqi» medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Sabirabad rayonunun ictimai-siyasi həyatında xidm...
ANL
A.N.Əsgərovun Qazax Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Ayaz Nəriman oğlu Əsgərov Qazax Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ...
ANL
R.A.Hüseynovun Qazax Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Rauf Arif oğlu Hüseynov Qazax Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsind...
ANL
Bakıda «YARAT müasir incəsənət məkanı» təşkilatının «Ön söz» sərgisi açılmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir. Bakıda "YARAT müasir incəsənət məkanı" təşkilatının "Ön söz" adlı sərgisi açılmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılış mərasimind...
ANL
Bakıda Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransı keçirilmişdir. Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın (ASK) təşkilatçılığı ilə Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin "Sənayeçilər və sahibkarlar təşkilatları ilə ...
ANL
Misirin nüfuzlu «Əl-Əhram» qəzetində Azərbaycanın zəngin qaz ehtiyatı barədə məqalə dərc edilmişdir. Misirin nüfuzlu KİV-lərindən olan "Əl-Əhram" qəzetində "Azərbaycan Fransanın "Total" şirkəti ilə əməkdaşlıqda Xəzər dənizində nəhəng qaz yatağı kəşf etmişdir" sərlövhəsi altında məqalə dərc olunmuşdur. Azərbaycanın Misi...
ANL
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclası keçirilmişdir. Oktyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclası keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan...
ANL
Azərbaycan İnterpolla işbirliyinə xüsusi əhəmiyyət verir. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 6-da Bakıda səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşmüşdür. R.Usubov Daxili İşlər Nazirliyi ilə Beynəlxalq Polis Təşkilatı arasında sıx əlaqələrin mövcudluğu...
ANL
Azərbaycanın hüquq-mühafizə orqanları ilə İnterpol arasında əməkdaşlıq uğurla davam etdirilir. Oktyabrın 6-da baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşmüşdür. Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Z.Qaralov Beynəlxalq Cinayət Poli...
ANL
Bu gün dinamik inkişaf edən Azərbaycan dünyada öz layiqli yerini tutmuşdur. Oktyabrın 6-da Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə MSK-nın sədri Məzahir Pənahov açaraq müstəqilliyin Azərbaycan xalqına as...
ANL
Mərkəzi Seçki Komissiyası işçi qrup yaratmışdır. Oktyabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə komissiyanın 2011-ci il 29 sentyabr və 1 okyabr tarixli iclaslarının protokolları təsdiq edilmişd...
ANL
Ölkə nəqliyyatının inkişaf dinamikası yüksəlir. Ölkəmizdə uğurla həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar nəticəsində əldə edilmiş dinamik inkişaf nəqliyyat-yol kompleksində də görülən işlərə mühüm təkan vermişdir. Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsi ölkənin nəqliyyat sektorunun müasir s...
ANL
Azərbaycanın energetika sistemi dünya standartları səviyyəsində yenidən qurulur. "Bakıelektrikşəbəkə" ASC paytaxtın və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görür. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və müasir mərhələdə Prezident İlham ...
ANL
Koreyalılarla görüş keçirilmişdir. Koreya Milli Tədqiqatlar Fondunun (KMTF) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri İnho Kim və həmin şöbənin Amerika-Avropa Əməkdaşlıq Mərkəzinin rəhbəri Von-Keun Çoi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) olmuşlar. Əvvəlcə AMEA ilə əm...
ANL
Gen mühəndisliyi ilə bağlı reallaşdırılan layihələrin və müasir biotexnologiyaların tətbiqi tibb elminə böyük töhfələr verə bilər. Beynəlxalq forumun "Biotexnologiyalar və etikanın problemləri" mövzusunda bölmə iclası Azərbaycan Tibb Universitetində keçirilmişdir. İclası açan ATU-nun rektoru, Milli Məclisin deputatı, a...
ANL
Azərbaycan alimlərinin məruzələri maraqla qarşılanmışdır. Bu həftə çərçivəsində Milli İKT sammiti, ICTExpo 2011 Milli informasiya texnologiyaları sərgisi, həmçinin bir sıra elmi-praktiki konfranslar təşkil olunuur. Budəfəki həftə də Daşkənddə baş tutmuşdur. Beynəlxalq tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyasının İn...
ANL
AŞ PA-nın payız sessiyasında azərbaycanlı deputatlar Ermənistanın ünvanına sərt ittihamlar səsləndirmişlər. Oktyabrın 5-də öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Ermənistanda demokratik təsisatların fəaliyyəti ilə bağlı müzakirə keçirilmişdir. Ermənistan üzrə həmməruzəçilər Co...
ANL
Avropa Şurası ədalətsiz yanaşmalarını islah etmək yolunda addım atmışdır. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Hüquqi işlər və insan haqları komitəsinin geniş müzakirələrlə keçirilmiş iclasında Azərbaycana münasibətdə çoxdan bəri mövcud olan bir ədalətsiz və qeyri-obyektiv yanaşmanın arada...
ANL
Azyaşlı azərbaycanlı qızın qətlə yetirilməsini pisləyən sənəd qəbul edilmişdir. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva azyaşlı azərbaycanlı qızın ermənilər tərəfindən qətlə yetirilməsini pisləyən ikinci sənəd hazırlamışdır. Bəyanata AŞ PA-da təmsil olunan...
ANL
Sumqayıtda Azərbaycanın sığorta-pensiya sisteminin inkişafı ilə bağlı «dəyirmi masa» keçirilib. Sumqayıtda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanın sığorta-pensiya sistemi: inkişaf tarixi" mövzusunda "dəyirmi masa" keçirilib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İc...
ANL
Bakıda müstəqilliyin bərpasının 20-ci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilir. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi "Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu" mövzusunda beynəlxalq...
ANL
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2010-2011-ci dərs ilinin nəticələrinə görə fərqlənmiş tələbələri mükafatlandırmışdır. Oktyabrın 6-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən verilən təqaüdlərin ali məktəblərin tələbələrinə təqdimetmə mərasimi keçirilm...
ANL
Azərbaycan və Avstriya prezidentlərinin geniş tərkibdə görüşü. Oktyabrın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan dövlətinin ...
ANL
Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin Azərbaycan Respublikasına rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Oktyabrın 7-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı me...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin təkbətək görüşü. Oktyabrın 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif ...
ANL
Ali qonağın şərəfinə. Oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Avstriyanın Federal Prezidenti Haynts Fişerin və xanımı Margit Fişerin şərəfinə rəsmi ziyafət verilmişdir. Mərasimdə çıxış edən Prezident İlham Əliyev Avstriyanın dövlət başçısın...
ANL
Dövlət başçılarının birgə işçi lançı. Oktyabrın 7-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Nikola Sarkozi ilə birgə işçi lançı olmuşdur. AzərTAc.
ANL
Azərbaycanın birinci xanımının Fransa Respublikasının «Şərəf Legionunun Zabiti» dövlət ordeni ilə təltif olunması mərasimi. Oktyabrın 7-də Fransa Prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni...
ANL
Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Nikola Sarkozi mərasimdə iştirak etmişlər. Oktyabrın 7-də Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Nikol...
ANL
Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma. Fransa Respublikasının Prezidenti Nikola Sarkozi oktyabrın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fransa Respub...
ANL
Səfər başa çatdı. Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri oktyabrın 7-də başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fransa Respublikasının Prezidenti Nikola Sarkozini ...
ANL
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Fransa İnkişaf Agentliyi arasında anlaşma memorandumu imzalanmışdır. Oktyabrın 7-də Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Fransa İnkişaf Agentliyi arasında FİA Qrupunun Azərbaycanda ...
ANL
Prezidentin mətbuat xidmətinin məlumatı. Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın anasının vəfatı ilə bağlı ona başsağlığı vermiş, Türkiyənin Baş nazirinə və onun ailəsi...
ANL
Prezidentin mətbuat xidmətinin məlumatı. Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng etmişdir. Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arz...
ANL
Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana. Hörmətli cənab Baş nazir! Əziz qardaşım! Ananız Tənzilə Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! İlha...
ANL
Moskvada QİƏT üzvü olan dövlətlərin kənd təsərrüfatı nazirlərinin birinci görüşü keçirilmişdir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan dövlətlərin kənd təsərrüfatı nazirlərinin birinci görüşündə iştirak etmişdir. Rusiya Federasiyasını...
ANL
Gənclər təşkilatları anlaşma memorandumu imzalamışlar. "İrəli" İctimai Birliyinin (İB) ofisində "AIESEC Azərbaycan"ın idarə heyətinin üzvləri ilə keçirilmiş görüşdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Qurumun mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə "AIESEC Azərbaycan"ın prezidenti Aleks Apet...
ANL
"Müasir Azərbaycan dövrün baxışında" ikicildliyinin təqdimat mərasimi keçirilmişdir. Oktyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində "Müasir Azərbaycan dövrün baxışında" adlı ikicildlik kitabın təqdimat mərasimi keçirilmişdir. İdeya rəhbəri akademik Ramiz Mehdiyev olan ikicildliyi "Azərbaycan" qəzetinin redaksiyası hazırl...
ANL
Bayrağın uca olsun, gözəl Gəncə! Azərbaycan Xalq Cümhuriyyətinin ilkin vətəni qədim Gəncə həmişə milli ənənələrə sədaqətli olub. 1918-ci il sentyabrın 9-da məhz Gəncədə üzərində ağ aypara və səkkizguşəli ulduz olan göy, qırmızı və yaşıl rəngli bayraq Azərbaycanın milli bayrağı kimi qəbul edildi. O gərgin illərdə bu qəd...
ANL
Mühəndislik Akademiyasının illik hesabat-seçki yığıncağı. Azərbaycan Mühəndislik Akademiyasının (AMA) illik hesabat-seçki yığıncağı keçirilmişdir. AMA-dan AzərTAc-a bildirmişlər ki, yığıncağın gündəliyinə Mühəndislik Akademiyasının hesabat məruzəsinin müzakirə olunması, nəzarət-təftiş komissiyasının hesabatı, qurumun r...
ANL
Azərbaycanlı deputat Avropa Şurasında Ermənistanın terrorçu mahiyyətini ifşa edən kəskin çıxış etmişdir. Terrorçuluğun bəşəriyyət üçün ən ciddi təhlükə mənbələrindən olması beynəlxalq təşkilatların əksəriyyətində, o cümlədən də Avropa Şurasında daim diqqət mərkəzindədir. Avropa Şurası Parlament Assambleyasının payız se...
ANL
Polşanın Torun şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi silsilə tədbirlərlə əks olunur. Azərbaycan Respublikasının Polşa və Macarıstandakı səfirliklərinin birgə təşəbbüsü ilə Polşanın Torun şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə silsilə tədbirlər...
ANL
Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı işə başladı. Oktyabrın 6-da Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı öz işinə başlamışdır. Toplantıda ölkəmizi Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov təmsil edir. Tədbirin açılışında çıxış edən Ə.Amaşov ötən topla...
ANL
Unudulmaz alimin cavidşünaslıq fəaliyyəti. Keçən yüzilliyin 50-ci illərinin əvvəllərində Hüseyn Cavid günəşi Stalin repressiyasının bir anda dağılan qatı dumanı arxasından öz şüalarını Azərbaycan ziyalılarının üzərinə salarkən bu dahi şair və mütəfəkkirin sənətini ilk dəyərləndirənlər arasında akademik Məmməd Cəfərlə y...
ANL
Ermənistanda siyasi böhran ən gərgin mərhələsinə qədəm qoyur. Hakimiyyətdaxili çəkişmələrin artması və müxalifətin fasiləsiz etiraz aksiyalarına başlaması ölkədə xaotik vəziyyət yaradır. Sosial-iqtisadi tənəzzülü getdikcə geniş vüsət alan Ermənistan özünün növbəti siyasi böhranını yaşamaqdadır. Buna əsas səbəb həm haki...
ANL
Xalq yazıçısının virtual muzeyi yaradıldı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı, Dövlət mükafatı laureatı, dramaturq İlyas Əfəndiyevin virtual muzeyinin təqdimatı oldu. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə "Musiqi dünyası" jurnalının elektron nəşrlər mərkəzinin mütəxəssisl...
ANL
Antik dövrə aid yaşayış yeri aşkar olunmuşdur. Salyan rayonunun Çuxanlı kəndi ərazisində Ələt-Astara magistral yolunun çəkilişi zamanı qədim yaşayış yerinin izlərinə rast gəlinmişdir. Həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri professor Arif Məmmədovu...
ANL
Bakıda keçirilən boks üzrə XVI dünya çempionatı başa çatmışdır. Prezident İlham Əliyev çempionatın final mərhələsinin qarşılaşmalarını izləmişdir. Bakıda keçirilən boks üzrə XVI dünya çempionatı oktyabrın 8-də başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Boks...
ANL