text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Düşünülmüş, sürətli və davamlı inkişaf. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva...
ANL
Mənəvi ucalıq və elmi dərinlik. Bir yazıçı kimi az-çox yazıçılıq təcrübəmdən bilirəm ki, xəyalın gətirdiyi hikmətləri real gerçəkliyin müşahidəsi gətirə bilməz. Çünki xəyal, bədii təxəyyül ilahi aləmlərin lacivərd vadilərinə baş vurub gəlir. mənə çox doğma olan bir mərasimdə idim, Milli Aviasiya Akademiyasında müxbir ü...
ANL
Azərbaycan və Rusiya: fəlsəfə körpüsü. Ölkələri ən çox coğrafi və tarixi tellər birləşdirir. Amma bundan daha mühüm olan hər bir xalqın ruhu, ruhlar arasında bağlantılardır. Azərbaycan həm Şərq ilə Qərbin, həm də Şimal ilə Cənubun qovuşuğunda olmaqla coğrafi baxımdan mərkəzi bir yer tutur. Lakin bu mərkəzçilik yalnız c...
ANL
Fransa Cənubi Qafqaz ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir. "Fransa Prezidenti Nikola Sarkozi Bakıdan aldığı təəssüratlar nəticəsində Azərbaycana bir daha səfər etməli olacağını deyib". Bunu ANS-ə müsahibəsində Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib. "Düşünürəm ki, Fransa Prezidentin...
ANL
Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyə Baş nazirinin anasının dəfn mərasimində iştirak etmişdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğanın dəfn mərasimində iştirak etmişdir. Şeyxülislam Allahşükür Paşazadə İstanbulun "...
ANL
Azərbaycan ilə Serbiya arasında münasibətlər dinamik inkişaf edir. Azərbaycan ilə Serbiya arasında münasibətlər son illər dinamik şəkildə və səmərəli inkişaf edərək, yeni müstəviyə - strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bu, ilk növbədə Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Boris Tadiçin müstəsna x...
ANL
AzərTAc ilə ELTA informasiya agentlikləri arasında imzalanmış əməkdaşlıq sazişi Azərbaycan-Litva münasibətlərinin möhkəmlənməsinə layiqli töhfə verəcəkdir. Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Litvanın ELTA informasiya agentliyinin baş direktoru xanım Qrajina Ramanauskayte-Tiumeneviyene və Litva Elmlər Akad...
ANL
AŞ PA Dağlıq Qarabağda keçirilən qanunsuz seçkiləri qətiyyətlə pislədi. Beynəlxalq qurumlar bununla işi bitirməməli, separatçı rejimi birdəfəlik susdurmalıdır. Ermənistanın separatçı rejimi 21 ildir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və qəbul edilmiş ərazilərinin 20 faizini işğal edərək Dağlıq Qarabağda "mü...
ANL
Avropa Şurasında Ermənistanın növbəti fitnəkarlığı və onun ifşası. Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Ermənistan nümayəndə heyətinin üzvləri məzmunu saxtakarlıqdan ibarət bir bəyanat hazırlamış, nüfuzlu beynəlxalq təşkilat çərçivəsində bütün uğursuzluqlarını ört-basdır etmək üçün bundan bir vasitə kimi ist...
ANL
Güllələnəndən 25 il sonra verilən bəraət. Süleyman ağanın Gəncəyə getməsi ilə əlaqədar mehtərlər faytonu gözdən keçirir, digər hazırlıq işləri görürdülər. Bu arada xidmətçilərdən biri qaça-qaça Süleyman ağanın yanına gəlib dedi: - Ağa, Çuğulludan bir nəfər gəlib, sizi görmək istəyir. Darvazanın ağzında dayanan atlı həy...
ANL
Qəsrlər. Qəsrlər yaşayış və müdafiə funksiyalarını özündə birləşdirən, orta əsrlərin yadigarı, zəngin feodallara məxsus tikililər olub və yüzillər boyu sərt sınaqlara məruz qalsalar da, günümüzədək gəlib çıxmışlar. Milli memarlıq nümunələri olan belə tikililərin əhəmiyyəti müxtəlif dövrlərdə diqqətdən kənarda qalmayıb....
ANL
Bir kəndin tarixçəsi. İnsan taleləri bənzərsiz olduğu kimi, kəndlərin də öz tərcümeyi-halları, fərqli qismətləri olur. Mənim doğulub boya-başa çatdığım Xucbala kəndi də qeyri-adi kəndlərdən biridir. Ancaq reallıqdan uzaq, ideal və əfsanəvi kəndin mifik surətini yaratmaq fikrində deyildim. Hər şeyi olduğu kimi qələmə al...
ANL
Avropa Azərbaycan Cəmiyyəti İmişlidə yaşayan fransız qadının Fransaya səfərini təşkil etmişdir. Avropa Azərbaycan Cəmiyyəti 1947-ci ildən Azərbaycanın İmişli rayonunun Murğuzəlli kəndində yaşayan, əslən fransalı xanım İvonna Botto-Şirməmmədovanın cari il oktyabrın 9-dan 18-dək Fransaya səfərini təşkil edəcəkdir. AAC-da...
ANL
Bakıda «XXI əsr: ümidlər və çağırışlar» devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişdir. Oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Fo...
ANL
Bakıda «XXI əsr: ümidlər və çağırışlar» devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişdir. Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey NARIŞKİN forumun yüksək səviyyədə təşkilinə və...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikası və Rusiya Feder...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəli qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəli qəbul etmişdir. Görüşdə ulu öndər Heydər Əliyev ilə Süleyman Dəmirəlin keçirdiyi görüşlər,...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rudolf Şuster arasında bundan ə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd ed...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO- nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun ...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov ilə görüşmüşdür. Oktyabrın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov ilə görüşmüşdür. Bolqarıstanın sabiq Prezident...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünya şöhrətli alim, akademik Sergey Kapitsa ilə görüşmüşdür. Oktyabrın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban xanım Əliyeva Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən dünya şöhrətli alim, akademik, "Oç...
ANL
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin oktyabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azər...
ANL
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə rəsmi ziyafət verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə oktyabrın 10-da "Buta" sarayında rəsmi ziyafət verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əl...
ANL
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin AzərTAc-ın baş direktoru Aslan Aslanova «Dostluq» ordenini təqdim etmişdir. Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanova Rusiya Federasiyasının "D...
ANL
Bakıda «XXI əsrin humanitar çağırışları» kitabının təqdimat mərasimi olmuşdur. Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində oktyabrın 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "XXI əsrin humanitar çağırışları" kitabının təqdimat mərasimi olmuşdur. Azərbaycanın mədəniyyət və turizm naziri Əbü...
ANL
MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XIV iclası keçirilmişdir. Oktyabrın 10-da Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XIV iclası keçirilmişdir. AzərTAc xəbə...
ANL
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad olunmuşdur. Oktyabrın 10-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri-şərqşünas alim, tərcüməçi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın dünyaya göz açdığı gündür. Qədirbilən xalqımız hər il bu günü alimin...
ANL
Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışlar. Oktyabrın 10-da görkəmli ziyalı, böyük şərqşünas alim və parlaq şəxsiyyət Aida xanım İmanquliyevanın anadan olmasından 72 il keçir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) görkəm...
ANL
Şikayətlənmək üçün əsas yoxdur. Bu ibrətamiz mükaliməni ilk dəfə 1972-ci ildə respublika Elmlər Akademiyasının indiki Hüseyn Cavid prospektindəki binasının foyesində eşitmişəm. İllər keçəcək, xalq yazıçısı, ədəbiyyatşünas Elçin görkəmli alim Abbas Zamanovun "Sabir bu gün" kitabına (1985) yazdığı müqəddimədə həmin mükal...
ANL
Bakıda «Sərhədlər üzərindən əlaqələrin qurulması» mövzusunda beynəlxalq konfrans keçirilir. Oktyabrın 10-da Azərbaycan Respublikasının Milli Məclisində GUAM Parlament Assambleyası (PA) və Baltik Assambleyasının birgə təşkilatçılığı ilə "Sərhədlər üzərindən əlaqələrin qurulması" mövzusunda beynəlxalq konfrans keçirilmiş...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevaylı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də ABŞ-ın Kaliforniya Texnologiya...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Əl-Cəzirə televiziya kanalının müxbirinə müsahibə vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Əl-Cəzirə televiziya kanalının müxbiri Devid Frosta müsahibə vermişdir. Müsahibədə dövlətimizin başçısı Azərbaycanın müstəqilliyinin 20 illik dövründə ölkəmi...
ANL
İspaniyanın Kralı əlahəzrət I Xuan Karlosa. Əlahəzrət! Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-İspaniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəml...
ANL
«Sərhədlər üzərindən əlaqələrin qurulması» adlı beynəlxalq konfrans bölgədəki həqiqətlərin geniş coğrafi məkanda insanlara çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı beynəlxalq konfransın iştirakçıları oktyabrın 11-də Milli Məclisin sədri Oqtay Əsədovla g...
ANL
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Azərbaycana rəsmi səfərə gəlmişdir. Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer oktyabrın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərə...
ANL
Azərbaycanın Baş naziri Artur Rasizadə və Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl birgə nahar etmişlər. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl oktyabrın 11-də birgə nahar etmişlər. Səmimi söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında münasibətlərin, o cümlədə...
ANL
Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən, Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl oktyabrın 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan...
ANL
Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl Dövlət Bayrağı Meydanı ilə tanış olmuş, Milli Parkı gəzmişdir. Oktyabrın 11-də Türkyənin IX Prezidenti Süleyman Dəmirəl Azərbaycana səfəri çərçivəsində Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-d...
ANL
Süleyman Dəmirəl: Azərbaycana hər səfərimdə ilk vəzifəm əziz dostum, böyük dövlət və siyasi xadim Heydər Əliyevin məzarını ziyarət etməkdir. Azərbaycana hər səfərimdə ilk vəzifəm əziz dostum, böyük dövlət və siyasi xadim Heydər Əliyevin məzarını ziyarət etməkdir. AzərTAc xəbər verir ki, bu sözləri Fəxri xiyabanda xalqı...
ANL
Sergey Narışkin: Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq bütün istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edir. AzərTAc xəbər verir ki, Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin bu sözləri Bakı Beynəl...
ANL
Bakı mənə xoş təəssürat bağışlamışdır. Bu mənim Bakıya ilk səfərimdir. Şəhərinizin necə sürətlə inkişaf etdiyinin, geniş tikinti işlərinin şahidi oldum. Axşamlar binalar işıqlandırılanda Bakı xüsusilə gözəlləşir. Bakı mənə xoş təəssürat bağışlamışdır. AzərTAc xəbər verir ki, bu sözləri UNESCO-nun baş direktorunun müavi...
ANL
Bakı mənə xoş təəssürat bağışlamışdır. Bu mənim Bakıya ilk səfərimdir. Şəhərinizin necə sürətlə inkişaf etdiyinin, geniş tikinti işlərinin şahidi oldum. Axşamlar binalar işıqlandırılanda Bakı xüsusilə gözəlləşir. Bakı mənə xoş təəssürat bağışlamışdır. AzərTAc xəbər verir ki, bu sözləri UNESCO-nun baş direktorunun müavi...
ANL
Oljas Süleymenov: Bu cür vətəndaş forumları bəşəriyyətin inkişaf proqramlarının müəyyən edilməsi baxımından vacibdir. Bu cür vətəndaş forumları bəşəriyyətin inkişaf proqramlarının müəyyən edilməsi baxımından vacibdir. AzərTAc xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən görkəmli yazıçı Ol...
ANL
Viktor Sadovniçi: İndi sürətlə inkişaf edən Bakı hər dəfə yeni və başqa bir şəhər təsiri bağışlayır. Forum iştirakçılarının ümumi fikri budur ki, indi sürətlə inkişaf edən Bakı hər dəfə yeni və başqa bir şəhər təsiri bağışlayır. Bu çox yaxşıdır ki, belə bir şəhərlə, onun memarlıq üslubu və mədəniyyəti ilə tanış olursan...
ANL
Aleksandr Avdeyev: Azərbaycan Avropa ilə Asiya arasında körpüdür. Forumun beynəlxalq formatı çox vacib olan əsas mövzu ilə tam uzlaşır. Ölkələrin hərtərəfli inkişafı və müasirləşməsi zamanı biz unutmamalıyıq ki, insanın intellektini maarif və mədəniyyət formalaşdırır. AzərTAc xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq ...
ANL
İSESKO-nun baş direktoru: «Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu forum dünyada təhlükəsizliyin təmin olunmasına və xalqlar arasında dialoqun inkişafına zəmin yaradır». Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu forum sülh naminə çalışan insanlara dünyada təhlükəsizliyin tə...
ANL
Bakının gözəlliyi, yeni, müasir tikililər adamı heyran qoyur. Bakının gözəlliyi, yeni, müasir tikililər adamı heyran qoyur. AzərTAc xəbər verir ki, bu sözləri Argentina İslam Mərkəzinin nümayəndəsi Xulio Made demişdir. Tədbirə dəvətə görə minnətdarlıq edən Xulio Made bildirmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumunun...
ANL
Azərbaycan ilə UNESCO arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən UNESCO-nun baş direktorunun müavini Yanis Karklinsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətində AzərTAc-a bildi...
ANL
AŞ PA mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmi...
ANL
Jan Pol Karteron: Forumun keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu vardır. Forumun keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu vardır. AzərTAc xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Krans Montana Forumunun prezidenti Jan Pol Karteron söyləm...
ANL
Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatmışdır. Forumun Bəyannaməsi qəbul olunmuşdur. Oktyabrın 11-də Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum işini yeddi bölmə iclasında davam etdirmişdir. "Sosial jurnalistika və yüksək texnologiyalar", "İnkişafın iqtisadi modellərinin huma...
ANL
«Multikulturalizm: nailiyyətlər və problemlər» mövzusunda maraqlı müzakirələr aparılmışdır. Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm: nailiyyətlər və problemlər" mövzusunda bölmə iclası oktyabrın 11-də "Hilton Baku" hotelində keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin, filos...
ANL
Bakı Dövlət Universitetində keçirilən bölmə iclasında «Dünyanı dəyişən müasir texnologiyalar» mövzusu geniş şərh edilmişdir. "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumunun "Dünyanı dəyişən müasir texnologiyalar" mövzusunda bölmə iclası Bakı Dövlət Universitetində (BDU) keçirilmişdi...
ANL
Bəşəriyyət mövcud ehtiyatlardan qənaətlə istifadə etməyə başlamalıdır. İnkişaf, qloballaşma, Yer kürəsinin ehtiyatlarına qənaət, demoqrafik böhran - bütün bu məsələlər Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Elmlərin konvergensiyası" panel iclasında müzakirə mövzuları idi. Alimlər xəbərdarlıq edirlər k...
ANL
Gen mühəndisliyi ilə bağlı reallaşdırılan layihələrin və müasir biotexnologiyaların tətbiqi tibb elminə böyük töhfələr verə bilər. Beynəlxalq forumun "Biotexnologiyalar və etikanın problemləri" mövzusunda bölmə iclası Azərbaycan Tibb Universitetində keçirilmişdir. İclası açan ATU-nun rektoru, Milli Məclisin deputatı, a...
ANL
Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində iqtisadi inkişaf modellərinin humanitar aspektləri müzakirə edilmişdir. Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Beynəlxalq Muğam Mərkəzində keçirilən "İqtisadi inkişaf modellərinin humanitar aspektləri" adlı bölmə iclasında "İnsan "simalı" iqtisadiyyat"a həsr olunan b...
ANL
«Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi» mövzusunda bölmə iclası maraqlı diskussiyalarla yadda qalmışdır. Bakı Beynəlxalq Humanitar Forumunun "Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi" mövzusunda bölmə iclası Gənc Tamaşaçılar Teatrında keçirilmişdir. Rusiya Federasiyası Prezidentinin Mədəniyyətl...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Ümumiyyətlə, xarici siyasətdə bizim prioritetlərimiz kifayət qədər dəqiq ifadə edilmişdir. Biz istəyirik, çalışırıq ki, bütün ölkələrlə çox səmimi, rəvan, proqnozlaşdırıla bilən münasibətlərimiz olsun və hesab edirəm ki, buna nail olmuşuq. Biz etibarlı tərəfdaşlarıq. Biz özümüzü...
ANL
Azərbaycan-Fransa əməkdaşlığı yeni inkişaf mərhələsində. Fransa Prezidentinin ölkəmizə rəsmi səfəri əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə verəcək. Avropanın ən böyük və nüfuzlu dövlətlərindən biri olan Fransa ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbay...
ANL
Təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Qloballaşan dünya mütərəqqi proseslərlə yanaşı, dövlətlərin təhlükəsizliyi baxımından müəyyən potensial təhdidləri də ön plana çıxarır. Elə buna görə də təsadüfi deyil ki, müasir dövr təhlükəsizlik sahəsində tədbirlərin davamlı və daha çevik olmas...
ANL
AzərTAc ilə Litvanın ELTA informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Oktyabrın 11-də Bakı Beynəlxalq Humanitar Forumunun "Sosial jurnalistika və yüksək texnologiyalar" panel iclası çərçivəsində Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc ilə Litvanın ELTA informasiya agentliyi arasında ə...
ANL
Hüquq sistemimiz müstəqilliyimizlə bərabər inkişaf edir. Bu günlərdə Azərbaycan xalqı özünün dövlətçilik tarixində ən əlamətdar bayramlardan olan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edəcəkdir. Qədim tarixi köklərə və dövlətçilik ənənələrinə malik olan xalqımız hələ 1918-ci ildə Şərqdə ilk demokratik...
ANL
Hüquqi dövlət demokratik, hüquqi islahatlardan qaynaqlanır. Ötən əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa edən Azərbaycan bu tarixi hadisənin 20-ci ildönümünü qeyd etməyə hazırlaşır. Xalqımız əsrlər boyu azadlıq, müstəqillik kimi ideallara qovuşmaq, taleyini sərbəst şəkildə müəyyənləşdirmək üçün qanlı mübarizə...
ANL
Məhkəmə hakimiyyətinin müstəqilliyi təmin olunub. Müstəqil Azərbaycan ötən 20 ildə cəmiyyətdə qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatına xidmət edən çevik islahatlar həyata keçirmiş, məhkəmə-hüquq sisteminin müasirləşməsinə, ədalət mühakiməsinin səmərəliliyinə nail olmuşdur. İnkişaf etmiş ölkələrin təcrübəs...
ANL
AMEA-da görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilmişdir. Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş el...
ANL
Beynəlxalq «Caspian Air Cargo» sammitində aviasiyanın perspektivləri müzakirə olunmuşdur. Oktyabrın 11-də Heydər Əliyev Beynəlxalq Aeroportunun "Şeraton" hotelində "Silk Way" aviaşirkəti və "Evroaviainternasional" "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birgə "Yük aviadaşımaları" mövzusunda "Caspian Air ...
ANL
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Oktyabrın 11-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Qurumun mətbuat...
ANL
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Milli Təhlükəsizlik Nazirliy...
ANL
«Sərhədlər üzərindən əlaqələrin qurulması» adlı beynəlxalq konfransda bir sıra vacib məsələlər müzakirə olunmuşdur. Oktyabrın 11-də Milli Məclisdə GUAM Parlament Assambleyası və Baltik Assambleyasının "Sərhədlər üzərindən əlaqələrin qurulması" mövzusunda birgə təşkil etdikləri beynəlxalq konfransın yekunlarına həsr olu...
ANL
Qayğı real nəticələr verir. Dövlətin və Heydər Əliyev Fondunun diqqəti sayəsində Qəbələ səhiyyəsi sürətlə inkişaf edir. Azərbaycandakı tərəqqinin özünü qabarıq büruzə verdiyi sferalardan biri də səhiyyədir. Bu sahə ilə bağlı dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin, aparılan islahatların real nəticələri artıq gö...
ANL
Bir kəndin tarixçəsi. Birinci dünya müharibəsindən əvvəl malakan kəndində necə olursa gözlənilmədən yatalaq xəstəliyi yayılır, ölənlərin sayı artır. Malakanlar da Allaha qədərsiz dərəcədə bağlı insanlar olduqları üçün belə qənaətə gəlirlər ki, deyəsən, xucluların qarğışına düçar olublar və Tanrı onları cəzalandırıb. Ey...
ANL
Haqqın qələbəsini əks etdirən əsər. 2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi tamam olacaq. Ötən ilin aprelində Prezident İlham Əliyev bu böyük şəxsiyyətin anadan olmasının 200 illiyi ilə bağlı sərə...
ANL
Veteran güləşçilər dünya çempionatında üç medal qazandılar. Hazırda ölkəmizi dünyanın idman arenalarında tanıdan, bayrağımızı beynəlxalq yarışlarda yüksəklərə ucaldan təkcə uşaq, gənclər və əsas komanda üzvləri deyil, həm də veteran idmançılardır. Gənclərlə yanaşı, onlara da lazımi diqqət və qayğı göstərilir. Bunun müq...
ANL
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin Azərbaycana rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Oktyabrın 12-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı m...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin təkbətək görüşü. Oktyabrın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Avstriya Respublikasının Federal Prezidenti Haynts Fi...
ANL
Azərbaycan və Avstriya prezidentlərinin geniş tərkibdə görüşü. Oktyabrın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan dövlətinin ...
ANL
Azərbaycan-Avstriya sənədlərinin imzalanması mərasimi olmuşdur. Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Avstriya sənədlərinin imzalanması m...
ANL
Azərbaycan və Avstriya prezidentləri birgə mətbuat konfransı keçirmişlər. Oktyabrın 12-də Azərbaycan-Avstriya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin mətbuat konfransı olmuşdur. Dövlət başçıları əvvəlc...
ANL
Azərbaycan və Avstriya prezidentləri birgə mətbuat konfransı keçirmişlər. Oktyabrın 12-də Azərbaycan-Avstriya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin mətbuat konfransı olmuşdur. Dövlət başçıları əvvəlc...
ANL
Prezidentlər İlham Əliyev və Haynts Fişer Azərbaycan-Avstriya biznes-forumunda iştirak etmişlər. Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin iştirakı ilə Azərbaycan-Avstriya biznes-forumu keçirilmişdir. Forum iştirakçıları Azərbaycan...
ANL
Bakıda dahi bəstəkar Volfqanq Motsartın abidəsinin açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Avstriya Prezidenti Haynts Fişer mərasimdə iştirak etmişlər. Oktyabrın 12-də Bakının mərkəzində dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən olan Volfqanq Amadeus Motsar...
ANL
Heydər Əliyev Fondu ilə tanışlıq. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer və xanımı Margit Fişer oktyabrın 12-də Heydər Əliyev Fondunda olmuşlar. Avstriyanın dövlət başçısını və xanımını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılad...
ANL
Ali qonağın şərəfinə. Oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Avstriyanın Federal Prezidenti Haynts Fişerin və xanımı Margit Fişerin şərəfinə rəsmi ziyafət verilmişdir. Mərasimdə çıxış edən Prezident İlham Əliyev Avstriyanın dövlət başçısın...
ANL
Avstriya Prezidenti Haynts Fişer Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür. Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer oktyabrın 12-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür. Avstriya Prezidenti Haynts Fişer ölkəmizə səfərindən məmnun qaldığını bildirmişdir. ...
ANL
Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafı üçün mükəmməl hüquqi baza vardır. Azərbaycanda rəsmi səfərdə olan Avstriya Prezidenti Haynts Fişer oktyabrın 12-də Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar. Avstriya Prezidenti...
ANL
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Oktyabrın 12-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad e...
ANL
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer oktyabrın 12-də ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri q...
ANL
Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdür. Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl oktyabrın 12-də ölkəsinə getməzdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə g...
ANL
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə "Azərbayc...
ANL
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə «Əməkdar mühəndis» fəxri adı verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xi...
ANL
F.İ.İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbayc...
ANL
İçərişəhərlə tanışlıq. Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer oktyabrın 12-də İçərişəhərlə tanış olmuşdur. AzərTAc xəbər verir ki, ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və...
ANL
Səfər başa çatdı. Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin Azərbaycana rəsmi səfəri oktyabrın 12-də başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Avstriya Prezidenti Haynts Fişeri hava lima...
ANL
Bakıda Azərbaycan-Avstriya biznes-forumu keçirilmişdir. Oktyabrın 12-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes-forumu keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirə kənd təsərrüfatı, qida sənayesi, tikinti,...
ANL
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Nobel mükafatı laureatı Əhməd Zevayl ilə görüşmüşdür. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev oktyabrın 12-də ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobe...
ANL
Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl ATİB-in nümayəndə heyəti ilə örüşmüşdür. Türkiyənin IX Prezidenti, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) fəxri üzvü Süleyman Dəmirəl Azərbaycana səfəri çərçivəsində ATİB-in nümayəndə heyəti ilə görüşmüşdür. Süleyman Dəmirəl bildirmişdir ki, Bakı şəhəri müsbət mənada ...
ANL
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilmişdir. Oktyabrın 12-də Daxili İşlər Nazirliyində (DİN) "Cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, vətəndaşların şikayətlərini doğuran səbəb və amillərin aradan qaldırılması" və "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin...
ANL
Dağlıq Qarabağ münaqişəsinin həlli və Cənubi Qafqazda vəziyyətlə bağlı fikir mübadiləsi aparılmışdır. Ankarada səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür. Görüşdə iki dost və qardaş ölkə arasında əlaqələrin daha da inkişafı, Azərbayc...
ANL
İordaniyanın iki mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində qeyri qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq əməkdaşlığını dayandırmışdır. Azərbaycanın İordaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, İordaniyanın iki aparıcı mobil operatorunun Azərbaycanın işğal olunmuş ərazilə...
ANL