text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan və Monteneqro prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Sentyabrın 16-da Azərbaycan- Monteneqro sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin Bəyanatı. - Hörmətli cənab Prezi...
ANL
Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfəri. Müasir İncəsənət Muzeyi ilə tanışlıq. Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 17-də Müasir İncəsənət Muzeyi ilə tanış olmuşdur. Ali qonağa məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-n...
ANL
Heydər Əliyev Fondu ilə tanışlıq. Sentyabrın 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç Heydər Əliyev Fondunda olmuşdur. Monteneqronun dövlət başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı. Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin x...
ANL
Səfər başa çatdı. Monteneqronun Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfəri sentyabrın 17-də başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Monteneqro Prezidenti Filip Vuyanoviçi hava limanında Azər...
ANL
Ali qonağın şərəfinə. Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviçin şərəfinə rəsmi ziyafət verilmişdir. Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi: - Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Bir ...
ANL
Azərbaycan Respublikasının Qanunu. Bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, s...
ANL
Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı üçün böyük potensial vardır. Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da Baş nazir Artur Rasizadə ilə görüşmüşdür. Ali qonağı ölkəmizdə görməkdən məmnun olduğunu deyən Baş nazir dövlətlərimiz arasında əlaqələrin bu səfərdən sonra dah...
ANL
Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə...
ANL
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanda səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılamışlar. Prezident Filip Vuyan...
ANL
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşd...
ANL
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqronun Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Monteneqronun Prezidenti Filip Vuyanoviç "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu. ...
ANL
İçərişəhərlə tanışlıq. Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da İçərişəhərlə tanış olmuşdur. AzərTAc xəbər verir ki, gəzinti Qız qalası və "Xanəgah" kompleksi ilə tanışlıqdan başlamışdır. Monteneqro Prezidentinə məlumat verilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası ...
ANL
Elmin və insanlığın zirvəsində. “Öz əsərlərində yaşayanlar ölmürlər”. Azərbaycan elminin çoxəsrlik inkişafı tarixində XX əsrin xüsusi yeri var. Məhz bu zaman ölkəmizdə elmin ən müxtəlif sahələrinin çağdaş metodologiya əsasında sistemli inkişafı və çiçəklənməsi başlanır. Digər elm sahələri ilə yanaşı, ictimai və humanit...
ANL
Azərbaycanın birinci xanımı Parisdə beynəlxalq konqresdə iştirak etmişdir. Xəbər verdiyimiz kimi, sentyabrın 15-də Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq konqres keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konqresin açılışında iştirak etmişdir. Birinci xanım Mehriban Əliyevanı Parisi...
ANL
Fransanın paytaxtında Azərbaycana həsr olunmuş sərgi və incəsənət ustalarının konserti böyük maraq doğurmuşdur. Birinci xanım Mehriban Əliyeva tədbirlərdə iştirak etmişdir. Sentyabrın 15-də Parisin 7-ci rayonunun meriyasının binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycana həsr olunmuş sərgi açılmış, ölkəmizi...
ANL
Novruz Şərq ölkələrində. Qaranlıq və soyuq qışdan sonra təbiətin dirçəlişinin, ilıq baharın gəlişinin rəmzi olan Novruz bayramı qədim dövrlərdən Şərq xalqlarına yadigar qalan ən nəcib, xoş əhval-ruhiyyəli, sevimli bayramlardan biridir. Bahar bayramı xeyirxah hisslərin, insani duyğuların, mərdliyin və dostluğun tərənnüm...
ANL
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu fikir birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Parisdə keçirilən beynəlxalq konfransda dönə-dönə vurğulanmışdır. Sentyabrın 16-da Avropa Parlamentinin Parisdəki ofisində "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" mövzusu...
ANL
Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Bu fikir Parisdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi beynəlxalq konfransda səslənmişdir. Xəbər verdiyimiz kimi, sentyabrın 16-da Avropa Parlamentinin Parisdəki ofisində "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" mövzusunda ...
ANL
Azərbaycanın xarici işlər naziri BMT Baş Məclisinin 66-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcəkdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-da Nyu-Yorka səfərə gedəcəkdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan n...
ANL
Mehriban xanım Əliyevanın çıxışı. - Hörmətli xanımlar və cənablar! Əvvəlcə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun gücləndirilməsinə həsr olunmuş bu konfransda sizi salamlayır, sizə təşəkkürümü bildirirəm. Mən, həmçinin bugünkü tədbirin təşkilinə verdiyi bütün dəstəyə görə hörmətli dostumuz xanım Rəşidə...
ANL
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar yeni vəzifələrə təyin olunmuşlar. Sentyabrın 16-da Daxili İşlər Nazirliyində Polis Akademiyasının əyani şöbəsini bu il bitirmiş məzunların Bakı BPİ-nin, həmçinin Nəqliyyatda Baş Polis İdarəsinin paytaxtda yerləşmiş orqan və hissələrində orta rəis heyəti vəzifələrinə...
ANL
Mühasiblərin və auditorların III Avrasiya Forumunun iştirakçıları Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılmışlar. Bakıda keçirilmiş mühasiblərin və auditorların III Avrasiya Forumunun iştirakçıları sentyabrın 17-də Heydər Əliyev Fondunu ziyarət etmişlər. Qonaqlara ümummilli lider Heydər Əliyevin ...
ANL
Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüş. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov ilə görüşmüşdür. Türkiyə parlamentinin sədri türkdilli ölkələrin qanunverici orqanları arasında əməkdaşlığa böyük əhəmiyyət verdiyini, bu bax...
ANL
ADA-nın Kitab Mərkəzində uşaqlar üçün filmin nümayişi keçirilmişdir. AzərTAc xəbər verir ki, Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzi 3-6 yaşlı uşaqlar üçün məşhur "Maşınlar" cizgi filminin nümayişini keçirmişdir. Qeyd olunmuşdur ki, son illərin ən uğurlu layihələrindən olan bu cizgi film iki dəfə "Oska...
ANL
BTC-nin çəkilməsi tarixi hadisə idi. Keçən əsrin 80-ci illərinin sonunda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də təsərrüfatsızlıq hökm sürməyə başlamışdı. Hasilat azalmışdı və vəziyyəti düzəltmək üçün isə bir tədbir görülmürdü. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə haki...
ANL
Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 35-ci cildi çapdan çıxmışdır. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən ...
ANL
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilmişdir. Sentyabrın 16-da Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılığı ilə keçirilən müzakirələrdə üç mətbu orqanla...
ANL
Bu ilin oktyabrında müstəqilliyinin bərpasının 20-ci ildönümünü təntənəli şəkildə qeyd etməyə hazırlaşan Azərbaycan Respublikasının ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyi böyük sarsıntı və çətinliklər milli dövlətçilikdə lider amilinin müstəsna rolunu bir daha təsdiqləyir. Müstəqil Azərbaycanı iqtisadi sahəd...
ANL
Regional məsələlər komitəsinin iclasında. Sentyabrın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2011-ci ilin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitənin sədri Arif Rəhimzadə yeni sessiyanın başlanması münasibəti ilə komitə üzvlərini təbrik etdi. İclasda əvvəlcə 2011-ci ilin yaz və növbədənkə...
ANL
Macar ədəbiyyatının daha bir nümunəsi orijinaldan ana dilimizə çevrilmişdir. Azərbaycan bayrağını təhqir etmiş erməni hərbçisi Qurgen Markaryanı qətlə yetirdiyinə görə Budapeştdə ömürlük həbs cəzası çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərov macar ədəbiyyatının daha bir nümunəsini orijinaldan ana dilimizə çevirmiş...
ANL
Sumqayıtda Şəhər Günü bayramı. Bu gün səhər ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldığı eyniadlı prospektdən Şəhər Günü bayramına start verildi. Bütün gələn bayramları bir-birindən maraqlı qarşılamaq, onlara yeni çalarlar qatmaq Sumqayıtda artıq ənənəyə çevrilmişdir. Müstəqilliyimizin 20 illiyi ərəfəsində keçir...
ANL
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Ukraynada beynəlxalq konfransın işində iştirak edir. Sentyabrın 16-da Ukrayna paytaxtında bu ölkənin Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində "İnsan hüquqlarının konstitusiya ədliyyə orqanları tərəfindən müdafiəsi: fərdi müraciət imkanları və problemlər" möv...
ANL
Azərbaycan tədqiqatçısı Vaşinqtonda Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda çıxış etmişdir. Sentyabrın 15-də Vaşinqtonun nüfuzlu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin 20 illiyi: nailiyyətlər və çətinliklər" mövzusunda konfrans keç...
ANL
İllər görməmişik bu illər kimi. Hər tərəf al qumaşa bürünüb. Yollar boyunca, binaların fasadlarında, bağlarda və parklarda bu sözlər diqqəti cəlb edir: "Dövlət müstəqilliyinin 20 ili mübarək!". Bayram tədbirlərinin mərkəzi Heydər Əliyev parkıdır. İnsan əlindən tərpənmək olmur. Əvvəlcə kütləvi nümayiş başlanır. Torpaqla...
ANL
Görəsən, necə yaranıb buradakı dağlar, dərələr, çaylar, şəlalələr, zümrüd donlu meşələr, öz görkəmi ilə müxtəlif canlıları xatırladan sal qayalar. İlahi qüdrəti ilə bu yerlərə nə vaxt sığal çəkilib, tumar verilib. Bunu heç kim dəqiq bilmir. Amma bütün bunlar bu gün yaşayıb ömür sürən Lerik əhalisinin əcdadlarının gözün...
ANL
Haqqın dərgahında haqsızlıq. Qəfil xəbər yayılır ki, filankəs rəhmətə gedib. Qohum-əqrəba, dost-tanış, yaxınlar, doğmalar dərhal yas yerinə yığışır. Gələnlərin məqsədi eynidir: dərdin böyüklüyünə, itkinin ağırlığına şərik olmaq, müsibətin yükünü azaltmaq! Əlbəttə, bu mənəvi borc müdrikliyin əzəmətindən doğan milli ənən...
ANL
Ermənilər bir-birilərinə qənim kəsilirlər. Bu dəfə ermənilərin diaspor qurumlarının qəzəbinə II Qaregin tuş gəlib. Tarix boyu böyük güclərin əlində yalnız bir vasitə olan, hər zaman bu və ya digər dövlətin ərazisində məskunlaşan ermənilər torpağa, vətənə bağlı olmayan xalq kimi tanınıb. Bunu şərtləndirən əsas səbəblərd...
ANL
Əbədi şöhrətin işığı. XX əsrin 70-80-ci illərində maestro Niyazinin təşəbbüsü ilə həmişə sentyabrın 18-i böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün kimi respublikamızda xüsusi təntənə ilə qeyd edilirdi. Musiqi məktəblərində, mədəniyyət ocaqlarında, xüsusilə, konservatoriyamızın - indiki Musiqi Akademiyasının ...
ANL
Yaddaşlarda yaşayanlar. Yeni nəşrlər. Vətənin oğul deyib ədalət və cəsarətinə güvəndiyi tarixi şəxsiyyətlərimiz az olmayıb. Təəssüflər ki, xalqımızın belə qəhrəmanları yetərincə olsa da, onların bəziləri sonrakı nəsillərə təqdim olunmayıb. Bunun əsl səbəbi kimi, müxtəlif dövrlərdə ictimai quruluşların gətirdiyi siyasi ...
ANL
İranda xalq tətbiqi sənəti ustalarının əl işlərindən ibarət sərgi başa çatmışdır. Xəbər verildiyi kimi, sentyabrın 11-dən 16-dək İranın Xorasan vilayətinin Bocnurd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət Müəssisəsinin təşkilatçılığı ilə xalq tətbiqi sənəti ustalarının əl işlərindən ibarət sərgi keçi...
ANL
Azərbaycanlı pianoçu Bolqarıstanda keçirilmiş beynəlxalq festivalın qalibi olmuşdur. Azərbaycanlı pianoçu Rauf Qasımov və onun türkiyəli tələbəsi Görsev Təpə Bolqarıstanın Dopriç şəhərində keçirilmiş XVI Beynəlxalq "Gənc istedadlar və müəllimlər" festivalının qalibi olmuşlar. AzərTAc Türkiyə mətbuatına istinadla xəbər ...
ANL
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edi...
ANL
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə «Əməkdar mühəndis» fəxri adı verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıd...
ANL
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası...
ANL
Maykl Con Qudveyin «Dostluq» ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə Maykl Con Qudvey "Dostluq" ordeni ilə təl...
ANL
Donaldson Roy Uilyam Vikersin «Dostluq» ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə Donaldson Roy Uilyam Vikers "D...
ANL
Mark Föyadın «Dostluq» ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə Mark Föyad "Dostluq" ordeni ilə təltif edilsin....
ANL
Prezident İlham Əliyev Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Məktəbin kollektivi...
ANL
Prezident İlham Əliyev Bakıda görkəmli bəstəkar Fikrət Əmirovun abidəsinin açılışında iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Bakının mərkəzində xalqımızın görkəmli bəstəkarı, SSRİ-nin və Azərbaycanın xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikr...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı. - Hörmətli xanımlar və cənablar, əziz dostlar! Bu gün çox əlamətdar bir gündür. Biz şəhərin mərkəzində böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Bu abidənin açılışı onu göst...
ANL
İnkişaf - məqsədimizdir» çoxcildliyinin yeddinci cildi çapdan çıxmışdır. "Ölkəmiz müxtəlif istqamətlərdə çox böyük uğurlar əldə etmişdir. 1993-cü ildən bu günə qədər ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, asayiş bizim iqtisadi nailiyyətlərimizin əsas səbəblərindən biridir. Tarixdən bəllidir ki, sabitlik hər bir ...
ANL
Məsuliyyətimiz artdı. Dövlət başçısına minnətdarlıq. Bu sözləri həmişə qürur və ehtiramla ifadə edirik. Ümummilli lider Heydər Əliyevdən başlanan sənətə və sənətkara qayğı dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanı...
ANL
Dövlət başçısına minnətdarlıq. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib. Rəhbərlik etdiyim "Xarı bülbül" muğam qrupunun digər bir üzvü, balabançı Şirzad Fətəliyev və mən "Əməkdar artist" fəxri adına layiq görülmüşü...
ANL
Bahar Muradova: «Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı tədbirin keçirilməsi ABŞ-ın rəsmi mövqeyini ifadə etmir». "Nümayəndələr Palatasında ermənipərəst qüvvələr tərəfindən Dağlıq Qarabağla bağlı tədbirin keçirilməsi ABŞ dövlətinin rəsmi mövqeyini ifadə etmir". Trend-in məlumatına görə, bunu bazar ertəsi hakim...
ANL
Moskvada "Baku" jurnalının növbəti nömrəsi çapdan çıxmışdır. Populyar "Baku" jurnalının növbəti, sentyabr nömrəsi bu dəfə də öz oxucularını Azərbaycanın çoxşaxəli mədəniyyəti və zəngin incəsənəti haqqında maraqlı materiallarla sevindirəcəkdir. Nəşrin baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ...
ANL
«Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək» layihəsi uğurla başa çatdırılmışdır. Sentyabrın 19-da Bakıda Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də...
ANL
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Sentyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə M.Pənahov gündəlikdəki məsələlər barədə komissiya üzvlərinə məlumat vermişdir. Gündəlik üzrə birinci ...
ANL
61 saylı Neftçala Seçki Dairəsi Dairə Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublıkası Mərkəzi Seçki Komissiyasının Qərarı. Sədr Məzahir Pənahov. Katib Mikayıl Rəhimov.
ANL
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2011-ci il tarixli 15 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı. 76 saylı Lənkəran-Astara seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Abbasov Səxavət Əmir oğlu 2011-c...
ANL
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2011-ci il tarixli 14 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı. 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Əliyev Şahin İslam oğlu 2011-ci il sentya...
ANL
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2011-ci il tarixli 12 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı. Ümid Partiyasının sədri İ.F.Ağazadə 2011-ci il sentyabrın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı...
ANL
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2011-ci il tarixli 11 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı. 28 saylı Sabunçu üçüncü seçki dairəsinin üzvü Məhərrəmov Kəramət Babaxan oğlu 16 sentyabr 2011-ci il tarixdə Azərbaycan Respu...
ANL
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2011-ci il tarixli 13 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı. Ümid Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Rzayev Elşad Salman oğlu 2011-ci il sentyabrın 16-da Azərbaycan Respublik...
ANL
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2011-ci il tarixli 16 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı. 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Muradova Gülarə Hənəfi qızı 2011-ci il ...
ANL
Sentyabrın 19-da Azərbaycan Marketinq Cəmiyyətinin Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ixrac kataloqu-2011" layihəsinin təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, təqdimatda Azərbaycan Marketinq Cəmiyyəti idarə heyətinin sədri Rəhim Hüseynov ölkə iqtisadiyyatının qeyri-neft sektorunun in...
ANL
Ölkəmizin inkişafında Azərbaycan neftçilərinin əməyi əvəzsizdir. Təbiət Azərbaycana neft, qaz və kondensatla zəngin olan nəhəng yataqlar bəxş edib. Ölkəmizdə quru yataqlardan qədim zamanlardan neft çıxarılır. Keçən əsrin ortalarından isə neftçilərimiz Xəzərin dərin qatlarından da neft və qaz hasil edirlər. Dünyada dəni...
ANL
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb. Dünən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla a...
ANL
Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olmuşdur. Sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış m...
ANL
Üzeyir Musiqi Gününün təntənəsi. Azərbaycanın dahi bəstəkarı, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas alim, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 126-cı ildönümü və Üzeyir Musiqi Günü münasibətilə Naxçıvan Dövlət Universitetində yubiley tədbiri keçirilib. Mərasimi açan ali məktəbin rektoru akade...
ANL
Azərbaycan Avstriya ilə mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. Sentyabrın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Vyana şəhərinin vitse-meri Renata Braunerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, g...
ANL
Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir. Sentyabrın 19-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) və Avstriya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yana...
ANL
Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq və Gömrük Əməkdaşlığı Komitəsinin 10-cu iclası öz işinə başlamışdır. Sentyabrın 19-da Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq və Gömrük Əməkdaşlığı (MARİƏ) Komitəsinin 10-cu iclası öz işinə başlamışdır. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və MARİƏ-nin birg...
ANL
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda daha bir məktəb binası istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda azərbaycanlılarıın yaşadıqları bölgələrdə hər dərs ili ərəfəsində yeni məktəb binalarının istifadəyə verilməsi, yaxud köhnələrinin əsaslı bərpa olunması artıq ənənəyə çevrilmi...
ANL
Abşeron» strukturu bir daha göstərdi ki, ölkəmizin çox böyük ener«ji potensialı var. Azərbaycan deyiləndə, onun təbii resurslarından söz düşəndə ilk olaraq neftlə zəngin Bakı göz önündə canlanır. Əsrlərdir neft iqtisadiyyatımızın, ictimai-siyasi həyatımızın ayrılmaz hissəsinə çevrilib. Vaxtilə neftlə zəngin olan bu tor...
ANL
Malta Respublikasının Prezidenti. zati-aliləri cənab Corc Abelaya. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Əminəm ki, Azərbaycan-Malta münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin möhkə...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2012-ci ilin may ayında neft və qaz sənayesi sahəsində tanınmış alim və dövlət xadimi, sabiq SSRİ qaz sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit ...
ANL
Ş.Q.Əsgərova Azərbaycan Respublikası. Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbayca...
ANL
İqtisadi inkişaf əhalinin sosial rifahının yüksəlməsinə xidmət edir. 2011-ci ilin ötən aylarının nəticələri göstərir ki, Azərbaycanda iqtisadi tərəqqi davamlı xarakter almışdır. Ümumi daxili məhsul artmış, ölkədə abadlıq-quruculuq işləri geniş vüsət almış, yeni iş yerləri, sənaye müəssisələri açılmışdır. Bu isə sosial ...
ANL
Parlament nümayəndə heyəti Türkiyədə səfərdə olacaq. Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 21-dən 23-dək Türkiyədə səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu keçirdiyi brifinqdə məlumat vermişdir. O demişdir ki, nümayəndə heyətinin tərkibi...
ANL
«Neftçilər Günü» münasibətilə Dənizkənarı Milli Parkda sərgi təşkil edilmişdir. Sentyabrın 20-də Dənizkənarı Milli Parkda "Neftçilər Günü" peşə bayramı münasibətilə sərgi təşkil edilmişdir. AzərTAc xəbər verir ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin m...
ANL
«Neftçilər Günü» ilə bağlı nəşrlərin və sənədli filmin təqdimatı olmuşdur. Sentyabrın 20-də Bakı Biznes Mərkəzində "SOCAR-2010: təbiətlə harmoniyada" və "SOCAR-plus" nəşrlərinin, həmçinin Azərbaycan neftçisinə həsr olunan "Neft və təsviri sənət" sənədli filminin təqdimatı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə...
ANL
Bakıda «Təcriddən inteqrasiyaya doğru» adlı beynəlxalq konfrans keçirilmişdir. Sentyabrın 20-də "Buta" sarayında Heydər Əliyev Fondunun, Azərbaycan hökumətinin və YUNİSEF-in birgə layihəsi çərçivəsində "Təcriddən inteqrasiyaya doğru" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, Almaniya, Rusiya...
ANL
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda keçirilən «qondarma» seçkiləri tanımır. Dağlıq Qarabağın müstəqilliyi, Birləşmiş Ştatlar da daxil olmaqla dünyanın heç bir ölkəsi tərəfindən tanınmır. ABŞ-ın belə rəsmi mövqeyini Dövlət Departamenti mətbuat xidmətinin rəsmisi AzərTAc-a Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki se...
ANL
Davamlı və sabit inkişafa təminat yaradan uğurlu neft strategiyası. Aşkar olunan yeni neft və qaz yataqları Azərbaycanı Avropanın enerji təminatında əsas söz sahiblərindən birinə çevirmişdir. XX əsrdə dünyanın qlobal enerji layihələrindən biri kimi Azərbaycanın ən yeni tarixinin parlaq və əlamətdar səhifəsinə çevrilən,...
ANL
Bakı beynəlxalq tədbirlərin mərkəzinə, möhtəşəm quruculuğun ünvanına çevrilib. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsindədir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli Sərəncamına əsa...
ANL
«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlamışdır. AzərTAc xəbər verir ki, 20 sentyabr - Neftçilər Günündə "İki sahil" qəzetinin işıq üzü görən 164 səhifəlik xüsusi buraxılışı Azərbaycan neft-qaz sənayesinin son 17 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazılar, rəngli şəkillər və...
ANL
Astanada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 29-cu iclası işə başlamışdır. Sentyabrın 20-də Astanada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 29-cu iclası öz işinə başlamışdır. Şuranın iclasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirləri Əbülfəs Qarayev və...
ANL
21 sentyabr Beynəlxalq Sülh Günüdür. Azadlıq, bərabərlik və ədalətlə yanaşı, sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Çox maraqlıdır, bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə yaşadığımız dünyanın qədrini lazımi səviyyədə bilirikmi görəsən? Sabit şəraitdə yaşamalı ol...
ANL
Türk dünyası sivilizasiyası haqqında dəyərli kitab. Beynəlxalq münasibətlər üzrə mütəxəssis, iqtisad elmləri namizədi Ərəstü Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində türk dünyası" monoqrafiyası Bakıda "Elm və Təhsil" nəşriyyatı tərəfindən çapdan buraxılmışdır. Əsərdə bəşər sivilizasiyaları arasında özünəməxsus xüs...
ANL
Vicdanlı və məsuliyyətli söz. Azad söz həm də məsuliyyətli və vicdanlı olmalıdır! Yoxsa dəyərdən düşər! Bunu hazırkı gerçəklik də sübut edir. Həyat göstərir ki, yalnız məsuliyyətli və vicdanlı qələm sahibləri operativ, obyektiv, tərəfsiz və qərəzsiz, yüksək peşəkarlıqla hazırladıqları yazılarla mətbuat və söz azadlığın...
ANL
Prezident İlham Əliyev «Şimal» elektrik stansiyasının ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak etmişdir. Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən "Şimal" elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qu...
ANL
Mali Respublikasının Prezidenti zati-aliləri cənab Amadu Tumani Tureyə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Mali arasında təşəkkül tapmış münasibətlər dostluq...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Bolqarıstan Respublikasının iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul etmişdir. Bolqarıstanın iqtisadiyyat,...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının demokrat qrupunun sədri Robert Volteri qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Avropa Şurası Parlament Assambleyasının demokrat qrupunun sədri Robert Volteri qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Avro...
ANL
Nazirlər Kabinetinin iclasında 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilmişdir. Sentyabrın 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir. Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən ...
ANL
Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin Azərbaycanda tətbiqinə dair müzakirələr aparılır. Sentyabrın 21-də Bakıda BMT-nin Dünya Ərzaq Proqramının (DƏP) təşkilatçılığı ilə "Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin (ƏTMS) təqdimatı və tətbiqi" mövzusunda ikigünlük seminar öz işinə başlamışdır. AzərTAc xəbər ve...
ANL
Azərbaycan Milli Məclisinin Sədri Türkiyədə rəsmi səfərdədir. Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin dəvəti ilə Ankaraya rəsmi səfərə gəlmişdir. Milli Məclisin Sədri və nümayəndə heyətinin üzvlər...
ANL
Yekaterinburqda təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev tədbirdə çıxış etmiş, bir sıra görüşlər keçirmişdir. Sentyabrın 21-dən Rusiyanın Yekaterinburq şəhərindəki "Hya...
ANL
Azərbaycanın xarici işlər naziri BMT Baş Məclisinin 66-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirmişdir. BMT Baş Məclisinin 66-cı sessiyasının ümumi müzakirələrində iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra görüşlər keçirmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc...
ANL
Azərbaycan ilə Bolqarıstan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığı genişləndirmək üçün potensial imkanlar mövcuddur. Ölkəmizdə səfərdə olan Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov sentyabrın 21-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşmüşdür. AzərTAc xəbər ver...
ANL