text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
MDB Dövlət Başçıları Şurasının Sammitində Ermənistan növbəti dəfə qeyri konstruktiv mövqe nümayiş etdirmişdir. Bu gün yubiley iclasında heç kimin kefini pozmaq istəməzdim, amma Ermənistan prezidentinin Dağlıq Qarabağda vəziyyətlə bağlı çıxışı məni buna məcbur etdi. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın Baş na... | ANL |
MDB liderləri Birlik məkanında mövcud münaqişələrin tənzimlənməsini zəruri hesab edirlər. MDB iştirakçısı olan ölkələrin dövlət başçıları Birliyin 20 illik fəaliyyətinə yekun vuran Bəyanatda MDB məkanında mövcud münaqişələrin dinc yolla tənzimlənməsinin zəruri olduğunu göstərmişlər. AzərTAc-ın xüsusi müxbiri xəbər veri... | ANL |
Düşənbədə MDB-nin 20 illiyi ilə əlaqədar Dövlət Başçıları Şurasının yubiley sammiti keçirilmişdir. Sentyabrın 3-də Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) 20 illiyi ilə əlaqədar Dövlət Başçıları Şurasının yubiley sammiti keçirilmişdir. Tədbirdə Azərbaycanı Baş nazir Artur Rasizadə təmsil etmişdir. Sammitdə Rusiya... | ANL |
Azərbaycan ilə Ukrayna arasında mədəni-humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenko ilə görüşmüşdür. Görüşdə müzakirə edilən əsas məsələ mədəni-humanitar ... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik". Sosial-iqtisadi inkişafın etibarlı təhlükəsizliyinə xidmət edən siyasət. Mü... | ANL |
Böyük siyasi fəaliyyətin Naxçıvan mərhələsi. Ulu öndər Heydər Əliyevin xalqımızın milli dirçəlişində mühüm xidmətləri olmuşdur. Ötən əsrin 80-ci illərinin sonundan etibarən Azərbaycan xalqı üzləşdiyi bütün problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə öz həllini tapa biləcəyinə inanır, təkidlə onun respublika rəhb... | ANL |
Azərbaycan təhsili sürətli inkişaf yolundadır. Sentyabrın 3-də "Gülüstan" sarayında rəhbər təhsil işçilərinin respublika konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər... | ANL |
Azərbaycanın ilk professional monumentalçı rəssamlarından olan Oqtay Şıxəliyev 1931-ci ilin sentyabrında Bakı şəhərində dünyaya göz açıb. Abşeronun yüzilliklər boyu formalaşmış el adətləri, qayım-qədim yaşayış evləri, yarımçılpaq təbiəti, qızılı Günəşi, Xəzər dənizinin ecazkar mənzərəsi, xəfif və sərt dəniz küləklərinə... | ANL |
El sənəti: dəmirçilik. İnsan övladının əl əməyi bütün dövrlərdə əvəzsiz rol oynayıb. Xüsusən də qədim el sənəti kimi formalaşaraq bu günümüzədək yol gələn dəmirçilik istər kənd, istərsə də digər təsərrüfat işlərində mühüm əhəmiyyətə malik olub. Dəmirçilik, adından da məlum olduğu kimi, Daş dövründən sonra meydana gəlmi... | ANL |
Qobustanın inkişafı ürəkaçandır. Bakı-Şamaxı-Gürcüstan avtomobil magistralı ilə yola çıxanları Abşeron ərazisi qurtardıqdan sonra Qobustanın Cəngi kəndində yol qırağı tikinti-quruculuq işləri qarşılayır. Halbuki bir vaxtlar yoxuşu enən kimi ilk gözə dəyən Cənginin əyri-üyrü, müasirlikdən çox uzaq avtomobil təmiri emala... | ANL |
Abşeronda onun səmərəli təşkili üçün yüksək şərait yaradılır. Mavi Xəzərin sahilində bir cənnət məkanı olan bu yerlər öz gözəllikləri ilə insanları valeh edir. Sözügedən məkan son illər iqtisadi yüksəlişini yaşayan Abşerondur. Abşeron rayonu eyniadlı yarımadanın ən böyük ərazi vahididir. Respublikamızın paytaxtı Bakını... | ANL |
Dünyanın ən neftli regionlarında belə bu cür yataqlara tək-tək təsadüf edilir. Şöhbət o böyük yataqlardan gedir ki, onların özləri də bir neçə hissədən ibarət olur. Bizə təbiət onları səxavət əli ilə bəxş edib. Məsələn, Xəzərin Azərbaycan bölməsindəki "Günəşli", "Azəri" yataqlarını. "Günəşli"nin dayaz hissəsi artıq bir... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gediş... | ANL |
Prezident İlham Əliyev Binəqədi qəsəbəsindəki 179 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsindəki 179 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma i... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun başçılıq etdiyi nümay... | ANL |
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə görüşmüşdür. Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev sentyabrın 5-də ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə görüşmüşdür. X... | ANL |
Azərbaycanın müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşmüşdür. Sentyabrın 5-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bil... | ANL |
Özbəkistanın milli bayramı şərəfinə. Sentyabrın 5-də Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir İsmatilla Erqaşev ölkəsinin 20 il ərzind... | ANL |
Milli Məclisdə görüş. Sentyabrın 5-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə görüşdü. Qonağı salamlayan Milli Məclisin Sədri onu Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunması münasibəti ilə təbrik ... | ANL |
Slovakiyanın Moskvadakı səfirliyi Dağlıq Qarabağa «müstəqilliyinin» 20 illiyi münasibətilə göndərilmiş təbrik barədə informasiyanı təkzib etmişdir. Sentyabrın 5-də Slovakiyanın Moskvadakı səfirliyi Slovakiya vətəndaşları Yan Çarnoqurski və Frantişek Mikloşko adından Dağlıq Qarabağa "müstəqiliyinin" 20 illiyi münasibəti... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. Müstəqil dövlət olaraq Azərbaycanın davamlı inkişafını şərtləndirən əsas amillərdən biri də ölkədə ərzaq təhlükəsizliyinə nail olunması istiqamətində mühüm nailiyyətlər əldə olunmasıdır. Hazırda dünya iqtisadiyyatında cərəyan edən proseslərin ümumi təhlili göstərir ki, ərzaq təhl... | ANL |
Azərbaycan xalçaları: Qarabağ qrupu. Qarabağın ən qədim tarixə malik diyarlardan olması onun maddi mədəniyyət abidələrində, eləcə də milli sənət nümunələrində geniş əks edilir. Bu mənada Azərbaycan xalçalarının dəyəri ölçüyəgəlməzdir. Avropa ilə Asiyanın qovuşduğu yerdə yerləşən, çox qədim tarixə malik Azərbaycan həmçi... | ANL |
Məqsəd dünyada yaxşı nə varsa Azərbaycana gətirməkdir. Prezident İlham Əliyevin dünyada yaxşı nə varsa Azərbaycana gətirmək, doğma yurdu sözün həqiqi mənasında cənnətə döndərmək məqsədi daşıyan təsəbbüsü ilə şəhər və rayonların icra hakimiyyəti başçılarının dünyanın inkişaf etmiş ölkələrinə səfərlərinin təşkili artıq ə... | ANL |
İnformasiya almaq hüququ. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda bütün sahələrdə quruculuq işləri böyük vüsət almışdır. Gözümüzün qarşısında yeni binalar ucaldılır, geniş və müasir yollar və körpülər tikilir, yeni iş yerləri açılır, qısa zaman kəsiyində iqtisadiyyatın inkişafı... | ANL |
Azərbaycanın antiterror fəaliyyəti dünya miqyasında geniş təqdir olunur. Bəşər sivilizasiyasının inkişafı yeni yüzillikdə daha sürətli və dinamik xarakter alsa da, dünya qarşısında hələ çözülməyən qlobal xarakterli problemlər qalmaqda davam edir. Həmin problemlərdən biri qismində indi ən böyük təhlükə olaraq qiymətlənd... | ANL |
Naxçıvan Dövlət Universitetində görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsinin 20 illiyinə həsr olunmuş "Dövlət müstəqilliyinin bünövrəsi" mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin rektoru akademik İsa Həbibbəyli açar... | ANL |
Braziliya Federativ Respublikasının Prezidenti zati-aliləri xanım Dilma Rousseffə. Hörmətli xanım Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Braziliya arasında təşəkkül tapmış dostluq ... | ANL |
Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəx... | ANL |
Ə.Ə.Namazovanın «Şərəf» ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə görə Ədilə Əvəz qızı Namazova "Şərəf" ordeni ilə təltif... | ANL |
Sevincimin həddi-hüdudu yoxdur. Bu sevinci mənə möhtərəm Prezident İlham Əliyev bəxş edib. Gəncədəki 39 nömrəli məktəbi bitirmişəm. Müstəqil ölkəmizdə həyatın hər sahəsində olduğu kimi, ali məktəblərə qəbul imhatanlarında da ədalətlilik, şəffaflıq yaradılıb. Ali təhsil yolunda əsas meyar yalnız və yalnız bilikdir. Test... | ANL |
Azərbaycan bir neçə ildən sonra inkişaf etmiş ölkələrin sırasına daxil olacaq. Bu fikri ölkə başçısı Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan yenidənqurma işləri ilə tanış olarkən bildirmişdir. Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Bakının simasında da qabarıq görün... | ANL |
Dairə Seçki Komissiyalarının sədrləri üçün seçkihüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. Sentyabrın 6-da Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar... | ANL |
Dairə seçki komissiyalarının sədrlərinə seçki hüquqlarının konstitusion əsasları ə qanunvericilik mexanizmləri barədə ətraflı məlumat verilmişdir. Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün təsdiq etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların dinləyiciləri sentyabrın 6-d... | ANL |
Əli Həsənov: Azərbaycan üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların potensialı hələ ki tükənməmişdir. "Azərbaycan üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların potensialı hələ ki tükənməmişdir". Bu sözləri Azərbaycan Respublikası ... | ANL |
Əli Həsənov: «Ermənistana təzyiq vasitəsilə Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək mümkündür». ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eyni zamanda, beynəlxalq sülhyaratma proseslərində iştirak edən digər institutların fəaliyyəti belə düşünməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsini Ermənistana təzyiq gös... | ANL |
Jurnalist heç vaxt mülahizə ilə çıxış etməməlidir. "Jurnalist heç vaxt mülahizə ilə çıxış etməməlidir. Çünki hər media qurumu öz informasiyasının dəqiqliyinə, operativliyinə görə məsuliyyət daşıyır". Bu sözləri sentyabrın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri... | ANL |
Azərbaycan - Gürcüstan: qarşılıqlı əməkdaşlığa söykənən dostluq münasibətləri. Avqustun 28-də Batumi şəhərində "Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ilində" mövzusunda konfrans keçirilb. Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmilərinin, parlamentlərin deputatlarının, qeyri-hökumət təşkilatlarını... | ANL |
Azərbaycanın Ermənistan üzərində daha bir diplomatik qələbəsi. Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının Sammitində işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi növbəti dəfə ifşa edildi. Həyata keçirdiyi işğalçılıq siyasətini hər vəchlə davam etdirməyə çalışması bu gün Ermənistanı humanitar, sosial-iqtisadi... | ANL |
Ermənistan regionda davamlı sülhün və sabitliyin bərqərar edilməsinə mane olur. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov sentyabrın 6-da Serbiyanın paytaxtı Belqradda keçirilən Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirində çıxış etmişdir. Na... | ANL |
Azərbaycan ilə Serbiya arasında münasibətlər yüksək səviyyədədir. Serbiyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 6-da bu ölkənin Baş naziri Mirko Çvetkoviç ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Serbiya arası... | ANL |
Serbiyada bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşlərdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Serbiyada səfərdə olan Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Misir, Livan, Mali, Qana, Kamboca, Şri-Lanka, Seyş... | ANL |
Azərbaycanın xarici işlər naziri Belqradda bir sıra görüşlər keçirmişdir. Sentyabrın 5-də Serbiyanın paytaxtı Belqradda xarici işlər nazirləri səviyyəsində Qoşulmama Hərəkatının 50 illik yubileyinə həsr olunmuş növbəti tədbir öz işinə başlamışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildi... | ANL |
Kanadada Mehriban xanım Əliyevanın «İlahi Muza - Azərbaycan muğamının hamisi» adlı abidəsi qoyulmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanımın abidəsi elit mənzərəli Niagara on the Lake şəhərinin (Kanadanın bi... | ANL |
Azərbaycan ilə Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Bakıya işgüzar səfərə gələn Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekov sentyabrın 6-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Az... | ANL |
Azərbaycanla Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Sentyabrın 6-da Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ölkəmizdə səfərdə olan Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Müdafiə Sənayesi Nazirliyin... | ANL |
Türkmənistan «Trans-Avrasiya Super İnformasiya Magistralı» layihəsinə maraq göstərir. Sentyabrın 6-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekovla görüşmüşdür. Nazirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında informasiya-kommunikasiya texn... | ANL |
Azərbaycan ilə Avropa İttifaqı arasında vahid aviasiya məkanı yaradılması planlaşdırılır. Avropa Komissiyası tərəfindən yayılmış bəyanatda deyilir: "Avropa Komissiyası Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında vahid aviasiya məkanı barədə razılaşmaya nail olmaq niyyətindədir". AzərTAc xəbər verir ki, həmin sazişdə t... | ANL |
Somalidə aclıqdan əziyyət çəkənlərə yardım kampaniyası davam edir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən elan olunmuş Somalidə aclıqdan əziyyət çəkənlərə yardım kampaniyası çərçivəsində 10 min 755 ABŞ dolları toplanmışdır. AzQAC-dan AzərTAc-a bildirmişlər ki, cəmiyyətin hesabına fiziki və hüquqi şəxslər ... | ANL |
Azərbaycanın AFR-dəki səfirliyi Ştutqart şəhərində keçirilməsi planlaşdırılan «Ermənistanın mədəniyyət günləri Ştutqart-2011» çərçivəsində həyata keçirilən təxribatların qarşısını almaqda davam edir. Ermənilər Ştutqart şəhərində keçirilməsi planlaşdırılan "Ermənistan mədəniyyət günləri Ştutqart-2011" çərçivəsində təxri... | ANL |
Dövlət müstəqilliyinin bərpası xalqımızın tarixi nailiyyətidir. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" s... | ANL |
SAM-da Avropanın bir sıra ölkələrinin "beyin mərkəzləri"nin nümayəndələri ilə görüş olmuşdur. Sentyabrın 6-da Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) İspaniya, İtaliya, İslandiya, Estoniya və Ukraynanın bir sıra "beyin mərkəzləri"nin nümayəndələri və parlament üzvləri ilə görüş... | ANL |
«Rossiyskaya qazeta»: Azərbaycanın sürətli inkişafı sensasiya sırasından çıxıb texnokrat islahatların müvəffəqiyyət timsalına çevrilmişdir. "Rossiyskaya qazeta"nın "Azərbaycan" - "Rossiyskaya qazeta" adlı yeni layihəsinin birinci buraxılışında Azərbaycanın iqtisadi nailiyyətlərinin icmalı verilmiş və ölkənin sosial-iqt... | ANL |
Dərslik siyasəti milli kurikuluma uyğunlaşdırılır. Azərbaycan dövlətinin milli təhsil sisteminin təkmilləşdirilməsi, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin çözümü istiqamətində həyata keçirdiyi konseptual tədbirlərin məntiqi nəticəsi olaraq son illərdə dərslik siyasətinə yeni yaradıcı baxı... | ANL |
Ukraynanın milli bayramı şərəfinə. Sentyabrın 6-da Ukraynanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Aleksandr Mişşenko ölkəsinin 20 il ərzində k... | ANL |
Prezident İlham Əliyev Qala qəsəbəsindəki Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olmuş, Əntiq Əşyalar Muzeyinin açılışında iştirak etmişdir. Sentyabrın 7-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xəzər rayonundakı Qala Arxeoloji-Etnoqrafik Muzey Komplek... | ANL |
Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər ... | ANL |
«Azərsu» Açıq Səhmdar Cəmiyyətinin işçilərinin «Tərəqqi» medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda su təsərrüfatının inkişafındakı xidmətlərinə görə aşağıdakı ... | ANL |
Ə.Ş.Məmmədova «Əməkdar Mühəndis» fəxri adı verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda su təsərrüfatının inkişafındakı xidmətlərinə görə Əhməd Şirin oğlu Məmmədova "Əməkdar Mühən... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Qala qəsəbəsindəki 92 nömrəli orta məktəbin binasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 7-də Xəzər rayonunun Qala qəsəbəsindəki 92 nömrəli orta məktəbin binasında aparılan... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə he... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətini qəbul et... | ANL |
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Bakının Nərimanov Rayon İcra Hakimiyyətində olmuşdur. Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 7-də Nərimanov Rayon İcra Hakimiyyətində olmuşdur. AzərTAc xəbə... | ANL |
Pakistanın milli bayramı şərəfinə. Sentyabrın 7-də Pakistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müdafiə Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir İnayat Ullah Kakar ölkəsinin milli bayramı - ... | ANL |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri: «Wikileaks» saytında Azərbaycanla bağlı yayılmış materialların heç bir obyektiv əsası yoxdur». APA-nın "ABŞ-ın ölkəmizdəki keçmiş səfirləri Rino Harniş, Enn Dersi və səfirliyin digər əməkdaşlarına istinadən "Wikileaks" saytında yayılan məlumatlarda Azərbay... | ANL |
Enerji layihələri xalqın maddi rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan iqtisadi inkişaf tempinə görə regionun lider dövlətidir. İqtisadi qüdrətin ildən-ilə artması, neft-qaz resurslarından səmərəli istifadə olunması dövlətimizin beynəlxalq və regional miqyaslı enerji layihələrinin əsas təşəbbüskarına çevrilmə... | ANL |
Seçki praktikasının təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Əli Həsənov: "MSK-da təşkil olunan kursların bütövlükdə seçki prosesinə böyük təsiri olur". Hər bir ölkənin demokratik inkişafının əsas göstəricilərindən biri azad, ədalətli və şəffaf seçkilərin keçirilməsidir. Çünki azad seçkilər xalqın siyasi iradəsini... | ANL |
Bəşər sivilizasiyasının inkişafında bu yolun əhəmiyyəti olduqca böyükdür. Böyük İpək yolu (bu termin ilk dəfə 1877-ci ildə alman coğrafiyaşünası Ferdinand fon Rixthofen tərəfindən işlədilib) - qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan bu karvan yolu xalqların və mədəniyyətlərin bir-biri... | ANL |
Dağlar qoynunda bir şəhər var... İnkişafın üfüqləri. Bir ucu Şamaxıdan başlamış Böyük Qafqazın sinəsi ilə Balakənədək uzanan rahat avtomobil yolunun gah sağ, gah da sol qolunda növbələşərək yaşıl tunel yaradan meşə bu yolu gedənlərə özü kimi yaşıl və rahat bir ovqat bəxş edir. Bu yolu qət edib Qax rayonunun inzibati ər... | ANL |
Yüksək döyüş hazırlığı ordumuzun əsas prioritetidir. Ordumuzun yarandığı ilk gündən onun sıralarında zabit kimi xidmətə başlamışam. Birinci qrup müharibə əliliyəm. Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralanmışam. Vətən qarşısında xidmətlərimi nəzərə alaraq 1998-ci ildə ümummilli lider Heydər Əliyev... | ANL |
Qayğı və diqqətdən doğan inam. Qubadlının məcburi köçkünləri dövlətə güvənirlər. Azərbaycanın sürətli inkişafının xarakterik cəhətlərindən biri tarixdə analoqu olmayan intibahın cəmiyyətin, onun hər bir üzvünün həyatında özünü qabarıq formada büruzə verməsidir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə insanların həyat səvi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev «Bakı» futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı" futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Azərbaycan Futbol ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbul etmişdir. Görüşdə Azər... | ANL |
Tacikistan Respublikasının Prezidenti zati-aliləri cənab Emoməli Rəhmona. Hörmətli Emoməli Şərifoviç! Tacikistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, tarixi ənənələrə əsaslana... | ANL |
Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Sədri zati-aliləri cənab Kim Çen İrə. Hörmətli cənab Sədr! Ölkənizin milli bayramı - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasınd... | ANL |
Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Olimpiya oyunları dünya dövlətlərinin diqqət mərkəzində dayanan ən mühüm və möhtəşəm id... | ANL |
Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə. Hörmətli Dmitri Anatolyeviç! Yaroslavl yaxınlığında çoxsaylı insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbər məni dərindən sarsıtmışdır. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bü... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində iştirak etmişdir. Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasim... | ANL |
Azərbaycan hökuməti ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında saziş imzalanmışdır. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə sentyabrın 8-də Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Azərbayca... | ANL |
Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini ilə görüşmüşdür. Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov sentyabrın 8-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür P... | ANL |
Azərbaycanın iqtisadi inkişaf naziri İstanbulda Avrasiya inşaat materialları sərgisinin açılışında iştirak etmişdir. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev İstanbulda Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi və İnşaat Materialları Dərnəyinin birgə təşkil etdikləri Avrasiya İnşaat Materialları Sərgi... | ANL |
Bakıda Azərbaycan-Rusiya biznes-forumu keçirilmişdir. Həştərxan vilayətinin qubernatorunun Azərbaycan Respublikasına səfəri çərçivəsində "Hyatt Regency" hotelində Azərbaycan-Rusiya biznes-forumu keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasında İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən ... | ANL |
Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar sentyabrın 8-də dava... | ANL |
Dairə seçki komissiyalarının sədrləri Bakının rayonlarının dairə seçki komissiyalarında təcrübə mübadiləsi keçmişlər. Sentyabrın 8-də Mərkəzi Seçki Komissiyasında Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası... | ANL |
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar. ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik ATƏT-in Nazirlər Şurasının dekabr ayında Vilnüsdə keçiril... | ANL |
Azərbaycanda Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü qeyd olunmuşdur. Sentyabrın 8-də Azərbaycan Mətbuat Şurasında (MŞ) Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Gününə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Ölkənin nüfuzlu media qurumları, jurnalist birlikləri nümayəndələrinin, ekspertlər və KİV təmsilçilərinin iştir... | ANL |
Dövlətin elektroenergetika strategiyası «Bakıelektrikşəbəkə» ASC tərəfindən uğurla həyata keçirilir. Bakı şəhərini və ətraf qəsəbələri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, paytaxtın elektrik şəbəkəsini dünya standartlarına uyğun yenidən qurmaq üçün ö... | ANL |
Dünyada tanınan alim, görkəmli pediatr, ictimai xadim. Dünya şöhrətli alim, elm təşkilatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Ədilə Namazovanın şərəfli ömür yolu elmə, təhsilə xidmətin ən bariz nümun... | ANL |
«Bakı» Avropa Klublar Assosiasiyasının xüsusi mükafatına layiq görüldü. Təmsilçimiz qitənin ən güclü komandalarını qabaqladı. Bugünkü dövrdə futbol həqiqətən böyük təsir gücünə malik, kütləvi və sevilən idman növlərindən biridir. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da futbolun zəngin tarixi və ənənəl... | ANL |
Respublika "Kitab" Cəmiyyətinin xəttilə son illərdə müxtəlif çeşidli və məzmunlu miniatür kitabların çap edilməsi artıq ənənə halını almışdır. Ədəbiyyat, mədəniyyət, incəsənət, elm, təhsil, idman, xarici siyasət, diaspor quruculuğu və digər sahələrdəki nailiyyətlərimizi əks etdirən bu unikal nəşrlər kitabsevərlərin böy... | ANL |
Tacikistanın milli bayramı şərəfinə. Sentyabrın 8-də Tacikistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Zakir Vəzirov Tacikistanın 20 il ərzində... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Xəzərin «Abşeron» blokunda yeni böyük qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlaması. - Bu gün Fransanın "Total" şirkətinin rəhbərliyi qəbulumda olarkən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi barədə mənə məluma... | ANL |
Son illərdə kəşf olunmuş yataqlar Azərbaycanın böyük qaz potensialını təsdiqləyir. Uzun əsrlərdir neft diyarı kimi tanınan Azərbaycan son illərdə dünyaya qaz hasil və ixrac edən ölkə kimi də səs salıb. Böyük potensiala malik "Şahdəniz" yatağından artıq beş ildir qaz çıxarılır və bunun sayəsində Azərbaycan qazının dünya... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev "Total" şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da "Total" şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Mayk... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan. qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123. nömrəli və 181 nömrəli orta məktəblərin binalarında. aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki... | ANL |
Azərbaycan yenə MDB-nin lideridir. Ölkələrin rəqabətə davamlılığı reytinqində ən yaxşı göstərici MDB məkanında Azərbaycana məxsusdur. Dinamik inkişaf templərinə malik Azərbaycanın tərəqqisində əldə etdiyi nailiyyətlər dünya miqyasında da diqqətlə izlənilməkdə, həmçinin geniş tədqiqat predmetinə çevrilməkdədir. Bunu şər... | ANL |
Sinxua: Azərbaycan-Çin münasibətləri bütün sahələrdə yüksək səviyyədə inkişaf edir. "Azərbaycan-Çin münasibətləri bütün sahələrdə, o cümlədən iki ölkənin parlamentləri arasında əlaqələr baxımından yüksək səviyyədə inkişaf edir. Azərbaycan Milli Məclisində Azərbaycan-Çin parlamentlərarası dostluq qrupu yaradılmış, bu qr... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Bizim enerji daşıyıcılarını beynəlxalq bazarlara nəql edən 3 neft və 4 qaz boru kəmərimiz vardır. Biz nəhəng qaz yataqlarını aşkar etmişik. Onlar bizə böyük qaz ixracatçısı olmağa imkan verir. Hazırda biz təbii qazı qonşu ölkələrə ixrac edirik. Hasilatın artırılması və yeni baza... | ANL |
Azərbaycan regionda sülh, tolerantlıq və dialoq mərkəzi kimi tanınır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müqəddəs Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur, dövlət başçısı xalqı rəsmi müraciətlə təbrik edir. Ölkə Prezidentinin andiçmə mərasimlərində Azərbaycan Respublikası Konstitusiyası ilə ... | ANL |
iştirak edən DSK sədrlərinə. sertifikatlar təqdim edilmişdir. Sentyabrın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır. AzərTAc xəbər verir ki, dairə seçki komissiyalarının sədrlərinə həmin kursları bitirmələr... | ANL |
DSK sədrləri üçün ixtisaslaşdırılmış. kursların sonuncu günündə. seçkilərdə polis orqanlarının rolu. və fəaliyyətindən danışılmışdır. Sentyabrın 9-da dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda daxili işlər nazirinin müavini Oruc Zalov "Seçki prosesində Daxili İşlər N... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.