text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Astanada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 29-cu iclası keçirilmişdir. Astanada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 29-cu iclası öz işini başa çatdırmışdır. Şuranın iclasında TÜRKSOY-a üzv dövlətlərin və müşahidəçi statusu olan subyektlərin mədəniyyət nazirləri və ya müavinləri, həmçinin qurumun baş...
ANL
Azərbaycan ilə Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Azərbaycanda səfərdə olan Argentina kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazirinin müavini Lorenso Basso sentyabrın 21-də kənd təsərrüfatı naziri İsmət Abasov ilə görüşmüşdür. AzərTAc xəbər verir ...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. Ulu öndərin 30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması isə sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoydu və sahibkarlığın inkişafını ümum...
ANL
Təşəbbüs və təcrübə uğur gətirir. İnkişafın üfüqləri. Son onillikdə Azərbaycanın yaxın çevrə ölkələrini heyran qoyan inkişafı, sosial-iqtisadi həyatın rəqabətədavamlılıq indeksinin durmadan artması, heç şübhəsiz, ölkədə güclü milli-daxili resurslarla yanaşı, zəngin xarici təcrübənin də iştirak faktoru ilə izah edilə bi...
ANL
Lənkəran təhsilinin uğurları. Son illər aparılan davamlı islahatlar ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə zəmin yaratmış, insanların rifah halının yaxşılaşmasını təmin etmişdir. İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması insan kapitalı il...
ANL
Sentyabrın 21-də Bakıda "Hyatt Regency-Naxçıvan" hotelində "Qaz İnfrastruktur Dünyası: Xəzər-2011" mövzusunda beynəlxalq konfrans işə başlamışdır. AzərTAc xəbər verir ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev konfransda "Cənub qaz dəhlizi" strategiyasının həyata keçirilməsində Azərbaycanın rolu" mövzusunda çıxış edərək...
ANL
«Bibiheybətneft»də təxliyyə məşqi keçirilib. "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsində tədbirlər planına əsasən növbəti təxliyyə məşqi keçirilib. NQÇİ-nin inzibati binasında baş vermiş fövqəladə hadisə və "Təxliyyə" siqnalının verilməsi ilə əlaqədar idarəetmə məntəqəsində, idarənin baş mühəndisi, FHK sədrinin xidm...
ANL
Səsin minbir naxışı. Sənət dünyası. Vətəndən uzaqlarda Azərbaycana qanadlanan bir xəbər musiqisevərlərin sevincinə səbəb oldu. Səmərqənd şəhərinin məşhur "Reğistan" meydanında YUNESKO-nun himayəsi altında keçirilən "Şərq təranələri" VIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatdı. Bu mötəbər musiqi bayramında dünyan...
ANL
Əli Muradovu siz də tanıyın. Məşhur "Bəxtiyar" filminə həyatda heç olmasa bircə dəfə baxmayan, baxıb da doyunca gülməyən hansısa bir azərbaycanlı tapmaq çox çətindir. Filmin əsas qəhrəmanı, məşhur sənətkarımız Rəşid Behbudovun sevə-sevə yaratdığı istedadlı gənc müğənni Bəxtiyar Muradovun həyat və sənət yolu kimləri mar...
ANL
Berlin Filarmonik Orkestrinin bir qrup üzvü «İmkanlara məhdudiyyət yoxdur» kampaniyası çərçivəsində Bakıya gəlmişdir. Sentyabrın 21-də "İmkanlara məhdudiyyət yoxdur" kampaniyası çərçivəsində ölkəmizdə qonaq olan UNICEF-in Berlin Filarmonik Orkestrinin bir qrup üzvü sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli resp...
ANL
Dağlıq Qarabağ separatçıları növbəti dəfə biabırçı duruma düşdülər. Xəbər verildiyi kimi, Dağlıq Qarabağın separatçı rejimi sentyabrın 18-də Azərbaycanın işğal olunmuş ərazisində "yerli özünüidarə orqanlarına seçkilər" "keçirmişdir". Əgər buna seçki demək olarsa. Çünki hansısa bir beynəlxalq təşkilatın müşahidə missiya...
ANL
Azərbaycan regionun iqtisadi güc mərkəzinə çevrilib. Prezident İlham Əliyevin Qobustan və Şamaxı rayonlarına `1səfəri böyük sosial obyektlərin açılışı ilə əlamətdar oldu. Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sahədə gündən-günə daha böyük yüksəlişlərə nail olan Azərbaycan regionun m...
ANL
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda. Əlahəzrət! Əziz qardaşım! Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, xalqlarımız...
ANL
Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Şahzadə Sultan bin Əbdüləziz Al Səuda. Şahzadə həzrətləri! Əziz qardaşım! Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, öl...
ANL
Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həmid Kərzaiyə. Hörmətli cənab Prezident! Əfqanıstanın Ali Sülh Şurasının Sədri, ölkənizin keçmiş Prezidenti, görkəmli dövlət xadimi Burhanuddin Rəbbaninin terror aktı nəticəsində həlak olması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son...
ANL
Çinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməzdir. "Çinin Dağlıq Qarabağ məsələsindəki mövqeyi aydın və ardıcıldır. Biz ümid edirik ki, tərəflər dialoq və məsləhətləşmələrə davam edərək tezliklə məsələnin müvafiq həlli yolunu tapacaqlar. Bunun üçün Çin tərəfi dünya ictimaiyyəti ilə birgə öz konstruktiv səyl...
ANL
Pakistan həmişə Azərbaycanı dəstəkləyir və hər zaman onun yanındadır. Pakistan həmişə Azərbaycanı dəstəkləyir və hər zaman onun yanındadır. AzərTAc xəbər verir ki, bu sözləri sentyabrın 22-də Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İnayatullah Kakar ölkəsinin cənubundakı Sind əyalətində baş vermiş təbii fə...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Biz ölkəmizin gələcək inkişafını elmi-texniki tərəqqinin və informasiya texnologiyalarının inkişafında görürük. Mən ölkəmizin gələcəyini informasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür edə bilmirəm". İKT - neftdən sonrakı inkişafa etibarlı təməl. Qloballaşma prosesini...
ANL
Azərbaycan Milli Məclisinin Sədrinin Türkiyəyə rəsmi səfəri davam edir. Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin dəvəti ilə Ankaraya rəsmi səfəri davam edir. Səfərin ikinci günü Milli Məclisin Sədri və onu müşayiət edən depu...
ANL
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində «dəyirmi masa» iclası olmuşdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" iclası keçirilmişdir. Dövlət Komitəsinin sədri Hidayət Orucov tədbir iştirakçılarını bu əlamətda...
ANL
Konstitusiya Məhkəməsinin sədri Kiyevdə. beynəlxalq konfransda iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Ukrayna Konstitusiya Məhkəməsinin sədri Anatoli Qolovinin dəvəti ilə Kiyev şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmiş...
ANL
Azərbaycanın xarici işlər naziri BMT Baş Məclisinin 66-cı sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirmişdir. BMT Baş Məclisinin 66-cı sessiyasının ümumi müzakirələrində iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya, İsrail, Botsvana, Ukrayna, Gürcüstan, Lüksemburq, Fici, Fələstin, İordaniy...
ANL
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu. Sentyabrın 22-də Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Bolqarıstan biznes forumu keçirilmişdir. AzərTAc xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərb...
ANL
CEİBC-yə daxil olan şirkətlərin ARDNŞ ilə əməkdaşlığının perspektivləri müzakirə olunub. Sentyabrın 22-də "Avropa" mehmanxanasında Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) üzvləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə ilə görüşmüşlər. AzərTAc...
ANL
Astara - Azərbaycanın cənub mirvarisi. "Allah sizə dünyanın ən gözəl guşəsini bəxş edib. Ona görə siz xoşbəxt adamlarsınız" - ulu öndər Heydər Əliyev Astaraya sonuncu səfərində deyib bu sözləri. O yerlərin təbiətinə, insanların torpağa bağlılığına yüksək dəyər verən böyük şəxsiyyət Astaranı Azərbaycanın cənub mirvarısi...
ANL
Heydər Əliyev Fondu ölkəmizin xaricdə daha yaxşı tanıdılması üçün böyük işlər həyata keçirir. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb ...
ANL
Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Sədrlər İclası öz işinə başlamışdır. Sentyabrın 22-də Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Sədrlər İclası öz işinə başlamışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ERRA-ya üz...
ANL
İnam olan yerdə. Sahibkar qadınlarımız. Yaxşı deyiblər ki, inam olan yerdə insan hər cür çətinliklərə sinə gərib öz arzusuna, istəyinə yetişir. Sovetlər birliyi 70 il ömür etdikdən sonra süquta uğradı. Onun yerinə yeni iqtisadi-siyasi sistem gəldi. İşlə, qazan və əvvəlkindən fərqli olaraq, istəyini həyata keçir, bacard...
ANL
Ətraf mühitin təmizliyi həmişə gündəmdədir. Azərbaycanda bütün dövrlərdə bol kənd təsərrüfatı məhsulları yetişdirilib. İndi də respublika aqrar sahədə inkişaf etmiş ölkələrdən biri sayılır. Hələ keçmiş SSRİ dövründə Azərbaycanın kənd təsərrüfatı təkcə yerli əhalini deyil, İttifaqın bir sıra iri şəhərlərini də təzə tərə...
ANL
Azərbaycan Silahlı Qüvvələrinin erməni ordusundan dəfələrlə və hərtərəfli üstünlüyü bir daha nümayiş olundu. Rüsvayçı hərbi parad təcavüzkar ölkənin ordusunun yalnız quru adının qaldığını və Ermənistanın hələ də «forpost» olduğunu növbəti dəfə aydın göstərdi Ermənistanda sosial-iqtisadi problemlərin miqyasının durmadan...
ANL
Qafqaz Müsəlmanları İdarəsinin sədri Mədinədə keçirilmiş «Təkfir amili fenomeni» adlı beynəlxalq konfransda iştirak etmişdir. Sentyabrın 20-21-də Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərində "Təkfir amili fenomeni" adlı beynəlxalq konfrans keçirilmişdir. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AzərTAc-a...
ANL
Azərbaycan mediasında dil xüsusiyyətləri məsələsi müzakirə olunmuşdur. Sentyabrın 22-də Azərbaycan Mətbuat Şurasında "Mediada dil amili" mövzusunda "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər verir ki, bu, Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ...
ANL
Azərbaycan Mətbuat Şurasının «Xural» qəzeti ilə bağlı bəyanatı. Son günlər "Xural" qəzetində Azərbaycan Mətbuat Şurası sədrinin və qurumun İdarə Heyətinin üzvlərinin şərəf və ləyaqətinin təhqirinə yönələn çoxsaylı yazılar dərc olunmaqdadır. Bu məqalələrdə ictimai əhəmiyyət daşıyan şəxslərin tənqidinin yolverilən hüdudl...
ANL
Tükənməyən incilər. Söz sərrafları. Xalqımızın hikmət dünyasından xəbər verən atalar sözləri və el məsəllərinin hər biri bir incidir. Xalq bunları yüzillər boyu yaratmış, yaşatmış, bu gün də yaşadır və yaradır. Mütəxəssislər haqlı olaraq bildirirlər ki, atalar sözləri ipə-sapa düzülməyən incilərdir. Eldən elə, dildən d...
ANL
Parisdəki beynəlxalq sərgidə Azərbaycan guşəsi böyük maraq doğurmuşdur. Parisin "Port de Versay" sərgi salonunda turizmlə bağlı növbəti beynəlxalq sərgi açılmışdır. Belə mötəbər sərgidə Azərbaycan altı turizm şirkəti ilə təmsil olunmuşdur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xarici turizm sektorunun müdiri Səb...
ANL
Tanınmış müğənni və bəstəkar Emin Ağalarov. Müslüm Maqomayevə həsr olunmuş verilişdə çəkilmişdir. Tanınmış müğənni və bəstəkar Emin Ağalarov Rusiyanın "1-ci kanal"ının "Dostoyaniye Respubliki" layihəsi çərçivəsində Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevə həsr etdiyi eyniadlı televiziya verilişində çəkil...
ANL
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirində nitqi. Sizi Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Çox şadam ki, bu çox mühüm tədbirdə iştirak etmək üçün ölkəmizdəsiniz. Siz Azərbaycanın dövlət müstəqilliyinin bərpa e...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Quba və Qusar rayonlarına səfəri. Qubada Heydər Əliyev Mərkəzi açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstə...
ANL
Bakıda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbiri keçirilir. Sentyabrın 23-də Bakıda, "Gülüstan" sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyini...
ANL
Qubada avtovağzal istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Quba avtovağzalının yeni binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, son illər ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərn...
ANL
Qubanın Əski İqrığ kəndində beşulduzlu «Riksos» otelinin tikintisi ilə tanışlıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubanın Əski İqrığ kəndində beşulduzlu "Riksos" otelinin tikintisi ilə tanış olmuşdur. Dövlətimizin başçısı otelin tikinti layihəsinə baxdı. Baş plana əsasən ərazidə otel kompleksinin zirz...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Xaçmaz rayonuna səfəri. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış ab...
ANL
Heydər Əliyev Mərkəzi ilə tanışlıq. Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində yenidənqurma işlərindən sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur. Binanın dam hissəsi günbəz formasında yenidən inşa edilmiş, pəncərələri şəbəkə üslubunda d...
ANL
Prezident İlham Əliyev Qubada Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuş, Şahmat Məktəbinin açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tan...
ANL
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olmuşdur. Xəstəxananın kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Səhiyyə na...
ANL
Qubada kütləvi soyqırımı məzarlığında memorial abidə kompleksi və inzibati bina tikilir. Azərbaycan Prezidenti İlham Əliyev Qubaya səfəri çərçivəsində kütləvi soyqırımı məzarlığında abidə kompleksinin və inzibati binanın tikintisi ilə tanış olmuşdur. Həmin ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyası Arx...
ANL
Quba şəhərinin su və kanalizasiya sistemi yenidən qurulur. Azərbaycan Prezidenti İlham Əliyev Quba şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olmuşdur. Prezidentin diqqətinə çatdırıldı ki, dövlət büdcəsinin vəsaiti hesabına Quba şəhərinin su və kanalizasiya şəbəkələri və qurğularının y...
ANL
Prezident İlham Əliyev Şəxsiyyətlər Muzeyində görülmüş işləri yüksək qiymətləndirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərdəki Şəxsiyyətlər Muzeyi ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, Xaçmazda Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılm...
ANL
Prezident İlham Əliyev Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev əsaslı yenidənqurmadan sonra Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak etmişdir. Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 22 kilometr, eni 7 metr olan Quba-Qəçrəş-Qımılqazma yerli əhə...
ANL
Prezident İlham Əliyev Daxili Qoşunların Qubadakı «N» saylı hərbi şəhərciyin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Daxili Qoşunların "N" saylı hərbi şəhərciyinin açılışında iştirak etmişdir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Ko...
ANL
Xaçmazda Şahmat Məktəbi açılmışdır. Sentyabrın 23-də Prezident İlham Əliyev Xaçmaz Şahmat Məktəbinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Prezident İlham Əliyevin "Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında" sərəncamı və "2...
ANL
Azərbaycan Prezidenti Xaçmazda Xalça Muzeyinin açılışında iştirak etmişdir. Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Xaçmazda Xalça Muzeyinin açılışında iştirak etmişdir. Əvvəlcə muzeyin yerləşdiyi mədəniyyət və istirahət parkı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada əhalinin istirah...
ANL
Bağçılıq, meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanışlıq. Azərbaycan Prezidenti İlham Əliyev "İKAR-S" MMC tərəfindən Qubada inşa edilən bağçılıq, meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olmuşdur. Məlumat verildi ki, "2008-2015-ci illərdə Azərbaycan...
ANL
Qırmızı qəsəbənin sakinləri ilə görüş. Prezident İlham Əliyev Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür. Sakinləri salamlayan Prezident İlham ƏLİYEV dedi: - İşlər yaxşı gedir, bütün bölgələr inkişaf edir, eyni zamanda, Quba da. Qəsəbədə də olacaqdır. Qubada da, başqa bölgələrdə də içməli su, kanalizasiya probl...
ANL
Heydər Əliyev Seyrəngahı xaçmazlıların ən sevimli istirahət yeridir. Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Heydər Əliyev Seyrəngahında yaradılan şəraitlə tanış olmuşdur. Bildirildi ki, seyrəngaha Heydər Əliyev bulaq kompleksi, İlham Əliyev bulaq kompleksi, Heydər Əliyev...
ANL
Bağçılıq, meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanışlıq. Azərbaycan Prezidenti İlham Əliyev "İKAR-S" MMC tərəfindən Qubada inşa edilən bağçılıq, meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olmuşdur. Məlumat verildi ki, "2008-2015-ci illərdə Azərbaycan...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Quba və Qusar rayonlarına səfəri. Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi sürətlə davam edir. Azərbaycan Prezidenti İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olmuşdur. Dövlətimizin başçısı Şahdağ qış-yay turizm kompleksinə gələrkən yol ...
ANL
Xaçmazda Kondensator Zavodu istifadəyə verilmişdir. Sentyabrın 23-də Prezident İlham Əliyev Xaçmaz Kondensator Zavodunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Müdafiə sənayesi...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Estoniya Respublikasının sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir. Sabiq Prezident Arnold Ruutel Azərbaycan ilə Estoniya arasında uzun müddət yaxşı əla...
ANL
Bişkekdə nəşr olunan «Türkel» qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti haqqında geniş material dərc edilmişdir. Bişkekdə Azərbaycan, qırğız, türk və rus dillərində nəşr olunan Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə yayılan "Türkel" qəzetinin bu günlərdə çapdan çıxmış...
ANL
Ramiz MEHDİYEV: Ekstremizmə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi dünyada baş verən proseslərlə əlaqədar getdikcə daha çox aktuallıq kəsb edir. Xəbər verdiyimiz kimi, sentyabrın 21-22-də Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçiri...
ANL
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Sentyabrın 24-də "Caspian Fish" zavodunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci i...
ANL
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu müstəqil Azərbaycanın əsas prioritetlərindən biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Avropa Şurasına üzv dövlətlərin Ali Məhkəmə sədrlərinin "İnsan hüquqlarının milli səviyyədə müdafiəsində Ali Məhkəmənin rolu" mövzusunda Kiyevdə keçirilmiş "dəy...
ANL
Kanadanın Ottava şəhərində Azərbaycan dili məktəbi fəaliyyətə başlamışdır. Kanadanın Ottava şəhərində ilk dəfə olaraq "Qarabağ" adlı Azərbaycan dili məktəbi fəaliyyətə başlamışdır. Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yeni məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhməd...
ANL
Parisdə Azərbaycan-Fransa iqtisadi komissiyasının altıncı iclası keçirilmişdir. Sentyabrın 23-də Parisdə Azərbaycan-Fransa iqtisadi komissiyasının altıncı iclası keçirilmişdir. Toplantıdan əvvəl birgə komissiyanın Fransa tərəfdən həmsədri, ticarət naziri Pyer Leluş Azərbaycan tərəfdən həmsədr, maliyyə naziri Samir Şəri...
ANL
Akademik Ramiz MEHDİYEV: Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə yeni strateji yanaşmanın formalaşması zəruridir. Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respubli...
ANL
Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin 12-ci iclası keçirilmişdir. Sentyabrın 23-də "Hyatt Regency" hotelində Avropa İttifaqı (Aİ)-Azərbaycan Əməkdaşlıq Komitəsinin 12-ci iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Aİ tərəfi...
ANL
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir. Sentyabrın 24-də Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir. AzərTAc xəbər...
ANL
Əli Həsənov: Azərbaycan heç vaxt demokratik idarəçilik sistemindən imtina etməyəcəkdir. Azərbaycan heç vaxt demokratik idarəçilik sistemindən imtina etməyəcəkdir. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sentyabrın 23-də Bakıda Az...
ANL
Ermənistan yenilənmiş Madrid prinsiplərində imtina etməklə bütün sülh danışıqları prosesini təhlükə altına almışdır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke (ABŞ), İqor Popov (Rusiya) və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey K...
ANL
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda ABŞ dövlət katibinin köməkçisi ilə görüşmüşdür. BMT Baş Məclisinin 66-cı sessiyasının ümumi müzakirələrində iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi Bill Börns ilə görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq. Qaraba...
ANL
Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirinin iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Bakıda keçirilən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbir...
ANL
Azərbaycan dövləti indiyədək Türkiyəyə lazımi dəstək verib, bundan sonra da verəcəkdir. Türkiyə öz müstəqil siyasətini yürütməyə, onun səmərəliliyini təmin etməyə tam qadirdir. Azərbaycan dövləti də indiyədək Türkiyəyə lazımi dəstək verib, bundan sonra da verəcəkdir. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezid...
ANL
Azərbaycan ilə Hindistan xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr. Azərbaycan Respublikası ilə Hindistan Respublikası xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müa...
ANL
Əli Həsənov: «Ermənistan neçə illərdir beynəlxalq ictimaiyyəti, BMT və ATƏT-i aldadır». Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın televiziya kanalına müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağı barədə səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, Ermənistan neçə illərdir beynəlxalq ictim...
ANL
Azərbaycan Dağlıq Qarabağda keçirilmiş «bələdiyyə seçkiləri» ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatını BMT Baş Məclisinin gündəliyinə daxil etmək üçün müraciət etmişdir. Azərbaycan işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "yerli özünü idarəetmə orqanlarına" qondarma "seçkilər" məsələsini sentyabrın 18-də BMT Baş Mə...
ANL
Azərbaycanın xarici işlər naziri BMT Baş Məclisinin 66-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirmişdir. BMT Baş Məclisinin 66-cı sessiyasının ümumi müzakirələrində iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr xalqının lideri Dərviş Eroğl...
ANL
Nazirlər Kabineti son günlər yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti son günlər yeni qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Nazirlər Kabineti özünün 2010-cu il ...
ANL
Türkiyənin Baş naziri BMT Baş Məclisində Ermənistan prezidentinin çıxışı zamanı iclas zalını tərk etmişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 66-cı sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı zamanı iclas zalını tərk etmişdir. AzərTAc Türkiyə KİV-yə istinadla xəbər verir ki, B...
ANL
Prezident İlham Əliyevin dövlətin inkişafı, xalqın firavan yaşaması naminə gördüyü işlər göz qabağındadır. Azərbaycana tez-tez səfər edirəm və bu ölkəni çox sevirəm. Azərbaycan çox zəngin və gözəl bir ölkədir. Paytaxt Bakı günbəgün gözəlləşir. Bütün bu işlərin əsas təşəbbüskarı, sözsüz ki, Azərbaycan dövlətidir. Prezid...
ANL
Azərbaycanla viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara dair mandate təsdiqlənmək üçün Avropa İttifaqı Şurasına təqdim olunmuşdur. Avropa İttifaqı (Aİ) Azərbaycanla viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara dair mandatı təsdiqləmək üçün Avropa İttifaqı Şurasına təqdim etmişdir. AzərTAc xəbər veri...
ANL
Yozef Debona QREX: Gündən-günə gözəlləşən Bakı və onun gülərüz insanları hər bir qonaqda xoş təəssürat yaradır. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan bu 20 ildə böyük inkişaf yolu keçmiş, iqtisadiyyatda tərəqqi əldə etmişdir. AzərTAc xəbər verir ki, b...
ANL
Azərbaycanın Prezidenti ölkənin çiçəklənməsi və xalqın rifahı naminə mühüm işlər görür. "Azərbaycanın sülhsevər bir ölkə kimi siyasi, iqtisadi və mədəni cəhətdən dünyada öz yeri vardır. Şəxsən mən bu ölkədə baş verən müsbət dəyişikliklərə heyranam. Bir neçə dəfə Azərbaycanda olmuşam və hər dəfə burada baş verən dəyişik...
ANL
Pol VİLLE: Azərbaycanın dinamik inkişafı böyük sevinc doğurur. "Mən bir neçə dəfə Azərbaycana səfər etmişəm və hər dəfə yeniliklərin şahidi olmuşam. Ölkənin dinamik inkişafı böyük sevinc doğurur, xoş təəssürat bağışlayır". AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə bey...
ANL
Azərbaycanda insan hüquq və azadlıqlarına hörmətlə yanaşılır. Azərbaycanın müstəqilliyinin bərpasına həsr edilmiş möhtəşəm bir tədbirdə iştirakından olduqca məmnunam. Bakıda ilk dəfə olsam da, buradakı inkişaf və tərəqqi bir daha göstərir ki, ölkəniz sürətli inkişaf yolundadır. Azərbaycanda insan hüquq və azadlıqlarını...
ANL
Gürcüstanın Xarici İşlər Nazirliyi: Gürcüstan Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarına keçirilən «seçkiləri» tanımır. Gürcüstan Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarına keçirilən "seçkiləri" tanımır. AzərTAc gürcü KİV-lərinə istinadla xəbər verir ki, bu sözlər Gürcüstanın Xarici İşlər Nazirliyinin (Xİ...
ANL
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan torpaqlarının uzun illərdir haqsız işğal altında qalmasına artıq son qoyulmalıdır. Azərbaycan torpaqlarının uzun illərdir haqsız işğal altında qalmasına artıq son qoyulmalıdır. AzərTAc xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 66-cı sessiya...
ANL
Təbiətin möcüzəsi. Azərbaycan təbiətinin dadlı və yeməli nemətlərindən biri də heyvadır. Respublikamızın əksər rayonlarında yetişən heyvanın həm meyvələrindən, toxumundan, həm də yarpaqlarından şəfaverici vasitə kimi istifadə edilir. Hələ qədim zamanlardan bu meyvənin toxumlarından soyuqdəymələrdən baş verən tənəffüs y...
ANL
İTİ-nin əməkdaşları Koreya Respublikasına birillik elmi ezamiyyətə getmişlər. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və sektor müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev Koreya Milli A...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin üzvlə...
ANL
Bakıda boks üzrə XVI dünya çempionatının təntənəli açılış mərasimi keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Sentyabrın 25-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komit...
ANL
Azərbaycanın yəhudi icmasına. Hörmətli həmvətənlər! Yəhudi xalqının milli yeni il bayramı - Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri, o cümlədən yəhudi v...
ANL
Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində Xaçmazda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən istehsal ...
ANL
Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Univ...
ANL
Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına «Əməkdar müəllim» fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərba...
ANL
Nazirlər Kabineti son günlər daha 3 qərar qəbul etmişdir. Nazirlər Kabineti son günlər daha 3 qərar qəbul etmişdir. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli qanu...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müsahibəsi Almaniyada «Qadın liderliyi - Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək» adlı kitabda dərc olunmuşdur. Bu günlərdə Almaniyada nüfuzlu "Hanseatic Lichthouse" nəşriyyatında Berlində fəaliyyət göstərən Siyasət və İctimaiyyət Beynəlxalq İnstitutunun...
ANL
Azərbaycan təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz MEHDİYEV: "Azərbaycan terrorizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində beynəlxalq koalisiyanın fəaliyyətinə töhfəsini verməkdə davam edir"...
ANL
Azərbaycan jurnalistikasının peşəkarlıq problemi. Həsən bəy Zərdabinin vətəndaş qeyrəti və insan kimi fədakarlığı sayəsində mətbuatımızın tarixi XIX əsrdə başladı. Tarix özünə gərək olanda müxtəlif sahələrin dahilərini və qəhrəmanlarını yetişdirə bilir. Həsən bəy isə mətbuat dahisi, qəzet fədaisi idi! Görün hansı dövrd...
ANL