text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Uruqvay beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Özlərinin ürəyindən keçənləri həqiqət kimi qələmə verməyə çalışan Ermənistan kütləvi informasiya vasitələri beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi ilə növbəti dəfə təhrif edilmiş informasiya yaymışdır. Xatırladaq...
ANL
Afrika ölkələrindən olan diplomatlar Azərbaycan. Sentyabrın 9-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" proqramı üzrə təlim keçmiş Afrika dövlətlərindən olan diplomatlara sertifikatlar təqdim edilmişdir. Xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev dərslərin ...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. İndi elektrik enerjisinin istehsalında da yeni güclər yaradılıb, elektrik enerjisini ixrac da edirik. Yəni, biz öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik". Regionun əsas elektrik ixracatçısı. Müasir dünya reallığında birmənalı şəkildə qəbul olunub ki, enerji təh...
ANL
AzərTAc-ın sərəncamında ən mütərəqqi texnologiyalar vardır. Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) ölkəmizdə elektronika məhsulları istehsalı və satışı üzrə aparıcı şirkət olan AZEL-in nümayəndələri ilə görüş olmuşdur. Görüşdə ölkəmizin müxtəlif dövlət strukturlarını və kommersiya müəssisələrini müasir texno...
ANL
Azərbaycan terrorizmə qarşı mübarizədə ən fəal ölkələr sırasında yer alır. Beynəlxalq antiterror koalisiyasının uğurlu fəaliyyətinə ölkəmiz böyük töhfələr verir. Qloballaşma prosesinin geniş vüsət aldığı müasir dövrdə bəşər sivilizasiyasının qarşısında hələ də çözümünü tapmayan və bütün insanlıq üçün böyük təhlükə yara...
ANL
Professor Burhan Dadaş: «Son illərdə səhiyyə Azərbaycanda sürətlə inkişaf edir». "2003-cü ildə Azərbaycanın və Türkiyənin Səhiyyə nazirlikləri arasında imzalanmış müqavilə çərçivəsində Bakıya gəldim. İstanbulda işlədiyim klinikadakı mütəxəssis-həkimlər könüllülük prinsipi əsasında növbə ilə bir həftəliyə Azərbaycana gə...
ANL
Silahlı terror, ideoloji terror, mənəvi terror... Əslində, onlardan hansının birinci, hansınınsa sonradan əmələ gəldiyi barədə iddialarla sonu görünməyən debatlara ipucu vermiş olardıq. Bu gün postsovet respublikalarının əksəriyyətində, hətta Şərqi Avropanın bir sıra dövlətlərində siyasi repressiya qurbanlarının xatirə...
ANL
Korrupsiyaya qarşı mübarizə sahəsində. kompleks tədbirlər davam etdirilir. Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması dövlətimizin diqqət mərkəzindədir və bu sahədə prokurorluq orqanları tərəfin...
ANL
«Sənətkarlıq paytaxtı» İsmayıllıda tədbirlər keçirilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün "Xalq yaradıcılığı paytaxtları Proqramı"na uyğun olaraq keçirilən müsabiqədə İsmayıllı rayonu 2011-ci il üçün "Azərbaycanın sənətkarlıq paytaxtı" elan olunub. Qeyd edək ki, müsabiqə...
ANL
Respublikanın Cənub bölgəsində bələdiyyələrin maarifləndirilməsi ilə bağlı seminar-müşavirə keçirilmişdir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi sentyabrın 8-də Lənkəran və Lerikdə, sentyabrın 9-da isə Yardımlı və Masallı şəhərlərində bələdiyyələrin maarifləndirilməsi ilə bağlı seminar-müşavirə keçirmişdir. Mə...
ANL
Qonaq dəvətetmə mədəniyyəti. Xalqımızın ən qədim, gözəl adətlərindən biri də qonağa hörmət, onu ehtiramla qarşılayıb yola salmaq mədəniyyətidir. Atalar sözləri və el məsəllərində də ibrətamiz, müdrik fikirlər öz əksini tapıb: "Evin yaraşığı uşaq, süfrənin bəzəyi qonaqdır", "Uşaqsız ev susuz dəyirman, qonaqsız ev gülsüz...
ANL
Quruculuqda zövq də əsas şərtdir. İnkişafın üfüqləri. Azərbaycan hamımızın Vətənidir. Bu Vətəni gözəlliklər diyarına çevirmək üçün Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı tədbirlər hər bir ölkə vətəndaşında böyük razılıq, hədsiz minnətdarlıq doğurur. İnkişaf, tərəqqi, böyük abadlıq, quruculuq işləri art...
ANL
Kimyaçılar ekologiya məsələlərini müzakirə ediblər. "Azərikimya" İstehsalat Birliyində "Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi" mövzusunda beynəlxalq ekologiya konfransı keçirilib. Üç gün davam edən konfransda Almaniya və Azərbaycanın ekologiya məsələləri ilə məşğul olan dövlət qurumlarının v...
ANL
Sirrdaşım mənim. Ancaq o yerlər doğmadır, elə bil, qarış-qarış gəzmişəm, min ildir tanıyıram. Kainatın ağlasığmaz ənginliklərinə qanad çalmağa imkan yaradan əfsanəvi liman kimi. Bu yerlərin zamanı musiqi kimi təqdim edə bilən incə ritmi var. Qavaldaşların kainatın yaddaşına həkk etdiyi bu bəstə himn sanki ruhumda, nəbz...
ANL
Bakının qədimliyini, tarixiliyini və müasirliyini özündə yaşadan özəlliyindən, burada aparılan abadlıq və quruculuq işlərindən danışmaqla qurtaran deyil. Dövlət başçısının qayğısı sayəsində son illər onun siması tanınmaz dərəcədə dəyişib. Bu ilin əvvəllərində Azərbaycanda səfərdə olmuş "Euronews" telekanalının baş icra...
ANL
İsrail KİV-i: «Türkiyə barəsində «Liberman planı» Azərbaycanla münasibətlərin korlanmasına gətirib çıxara bilər». Bu yaxınlarda İsrailin "Yediot Axronot" nəşri "Liberman planı" deyilən sənədi şərh etmişdir. Erməniləri və kürdləri dəstəkləmək yolu ilə Türkiyədən qisas almağa yönəlmiş bu plan ciddi narahatlıq doğurur və ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı. - Hörmətli xanımlar və cənablar! Əziz qonaqlar! Hörmətli baş direktor! Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sessiyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox mühüm və ə...
ANL
Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində iştirak etmişdir. Sentyabrın 12-də Bakıda, "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başla...
ANL
Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin zəngin tarixi vardır. Bu şəhərdə inşa edilmiş qədim karvansaralar, qalalar, müxtəlif müdafiə q...
ANL
A.H.Səmədova «Xalq artisti» fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Ağasəməd Həsən oğlu Səmədova "Xalq artisti" fəxri ...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli 1499 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri»ndə dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanı qəbul etmişdir. Baş direktor xanım Marqaret Çan Dünya Səhiyyə Təşkilatının Avro...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Marianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Marianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. G...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişeri qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Yoşka Fişeri qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Almaniya Federativ Respublikası arası...
ANL
Nazirlər Kabineti iki yeni qərar qəbul etmişdir. Nazirlər Kabineti son günlər iki yeni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq və Maliyyə Nazirliyinin Ədliyyə Nazirliyi və Dövlət Dəniz Administrasiyası ilə razılaşdırılmış təklifini nəzərə alaraq...
ANL
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikası K...
ANL
Parisdə xoşməramlı səfirlərin 11-ci illik toplantısı keçirilmişdir. Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyeva toplantıda iştirak etmişdir. Sentyabrın 12-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı keçirilmişdir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, H...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı. - Hörmətli YUNESKO-nun baş direktoru xanım Bokova! Zati-aliləri! Xanımlar və cənablar! YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısında sizi səmimiyyətlə salamlayıram. Bu toplantını təşkil etdiyinə görə xanım Bokovaya səmimi minnətdarlığımı bildirirəm. Azər...
ANL
Qlobal enerji təhlükəsizliyinin təminində Azərbaycan daha güclü tərəfdaşa çevrilir. Xəzərin ölkəmizə məxsus sektorunda yeni böyük qaz yatağının aşkarlanması Azərbaycanın enerji strategiyasının uğurla reallaşmasına böyük töhfələr verir. Müasir dünyada dinamik iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri enerji fa...
ANL
Qarabağ problemi BMT Baş Məclisinin gündəliyində. Beynəlxalq təşkilat Ermənistan-Azərbaycan münaqişəsini yenidən müzakirə edəcək. BMT Baş Məclisinin bu gün başlayacaq 66-cı sessiyasının gündəliyinə digər beynəlxalq problemlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi də daxil edilmişdir. ...
ANL
Bakıda «Elektron gömrük xidmətləri: Gələcəyə baxış» III beynəlxalq elmi-praktiki konfransı öz işinə başlamışdır. Sentyabrın 12-də Bakıda "Elektron gömrük xidmətləri: Gələcəyə baxış" III beynəlxalq elmi-praktiki konfransı öz işinə başlamışdır. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Rusiya Federasiyası Federal Gömrük...
ANL
Xəzər dənizinin Azərbaycana aid hissəsində «Abşeron» yatağının açılması ilə əlaqədar mətbuat konfransı keçirilmişdir. Sentyabrın 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Xəzər dənizinin Azərbaycana aid hissəsində "Abşeron" yatağının açılmasına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. AzərTAc xə...
ANL
Üfüqdən qalxan səhər. Şair, dramaturq, tərcüməçi Novruz Gəncəli ədəbiyyata qanlı-qadalı müharibə illərində - İkinci Dünya savaşı zamanı gəlib. Bu səbəbdən də onun haqqında həmişə belə bir fikir söyləyirlər ki, Novruz Gəncəli bir əlində qələm, bir əlində də silah tutaraq faşist işğalçılarına qarşı vuruşan vətən övladlar...
ANL
Ankarada «Beynəlxalq Anadolu günləri» festivalı çərçivəsində «Azərbaycan gecəsi» keçirilmişdir. Ankaranın Etimesqut bələdiyyəsinin keçirdiyi ənənəvi "Beynəlxalq Anadolu günləri" mədəniyyət və incəsənət festivalı çərçivəsində "Azərbaycan gecəsi" keçirilmişdir. Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov və Etimesqut bəl...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Qobustan və Şamaxı rayonlarına səfəri. Qobustan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında ümummilli lid...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Qobustanda müasir taxıl anbarı kompleksi ilə tanış olmuşdur. Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində müasir taxıl anbarı kompleksi ilə tanış olmuşdur. Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli Sərənca...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Qobustan rayonuna səfəri çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu...
ANL
Qobustan tinglik mərkəzi ilə tanışlıq. Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində "Kafur-pas" MMC-nin tinglik mərkəzi ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, adətən, Azərbaycanın müxtəlif ərazilərində əkilən ağac və bəzək kolları xari...
ANL
Prezident İlham Əliyev Şamaxıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi...
ANL
Şamaxıda Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanışlıq. Sentyabrın 13-də Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada yenidənqurma işlərinə ötən il başlanmı...
ANL
Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur. Azərbaycan Prezidentinə əvvəlcə məscidin ətrafında aparılan abadlıq işləri barədə məlumat verild...
ANL
Prezident İlham Əliyev Şamaxının Sabir qəsəbəsində böyük şairin abidəsinin açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində sentyabrın 13-də Sabir qəsəbəsinə gəldi. Son vaxtlarda qəsəbənin küçələrində geniş abadlıq işləri görülmüş, elektrik və digər kommunal xətləri ye...
ANL
Prezident İlham Əliyev Şamaxıda «Şirvan» mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda "Şirvan" mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bina 1974-...
ANL
Prezident İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzinin açılışında iştirak etmişdir. Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin yeni Tədris Mərkəzinin açılışında iştirak etmişdir. Mərkəzin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Vergilər naziri Fazi...
ANL
Azərbaycan Prezidenti Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Sentyabrın 13-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Məlumat verildi ki, Azərbaycan ast...
ANL
Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının sədri Jerar Larşe ilə görüşmüşdür. Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban xanım Əliyeva sentyabrın 13-də F...
ANL
Milli Məclisdə görüş. Sentyabrın 13-də Milli Məclis Sədrinin müavini Bahar xanım Muradova ölkəmizdə səfərdə olan UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional nümayəndəliyinin direktor müavini xanım Kirsi Madi ilə görüşdü. Bahar Muradova ölkəmizin UNİCEF-lə əlaqələrinin yüksək səviyyədə olmasından məmnu...
ANL
Qayğı bizi fərəhləndirdi. Ölkə başçısına minnətdarlıq. Azərbaycan bədii, sənədli kino və telefilmlərinin inkişaf mərhələsi ötən əsrin 50-ci illərinə təsadüf edir. Bunu inkar etmək mümkün deyil. Həmin illərdə nəinki sənədli, həm də bədii filmlərin istehsalının həcmi xeyli artaraq, keçmiş ittifaq miqyasında göstərildi. A...
ANL
DST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində keçirilən brifinqdə miqrasiya məsələlərindən danışılmışdır. Bakıda Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində brifinq keçirilmişdir. AzərTAc xəbər verir ki, brifinqdə DST-nin Avropa Regional Bürosunun stratej...
ANL
BTC tikilərkən aşkarlanmış arxeoloji tapıntılar haqqında kitab nəşr olunub. bp özünün BTC və ÇQBK layihələrindəki tərəfdaşları ilə birlikdə "Boru kəməri dəhlizində keçmiş və gələcək irs - Azərbaycan, Gürcüstan, Türkiyə" adlı kitabı ictimaiyyətə təqdim edib. Kitab Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və "Şahdəni...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu, Nizami, Suraxanı, Nəsimi və Qaradağ rayonlarında orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Sabunçu, Nizami, Suraxanı, Nəsimi və Qaradağ rayonl...
ANL
Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2011/2012-ci...
ANL
«Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Az...
ANL
Prezidentin mətbuat xidmətinin məlumatı. Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng etmişdir. Dövlətimizin başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı ar...
ANL
E.S.Süleymanovun «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elxan Sirac oğlu Süleymanov "Şö...
ANL
Şuşa şəhər 1 nömrəli orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan təhsilinin tarixinə ilk dünyəvi tədris ocaqlarından biri kimi daxil olmuş Şuşa...
ANL
Prezident İlham Əliyev Monteneqronun Azərbaycanda yeni təyin olunmuş səfiri Ramo Braliçin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Monteneqronun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ramo Braliçin etimadnaməsini qəbul etmişdir. Səfir fəxr...
ANL
Bakıda DST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası işini davam etdirmişdir. Sentyabrın 14-də "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası işini davam etdirmişdir. AzərTAc xəbər ki, sessiyada DST Avropa Regional Bürosunun direktoru xanım Jujanna Yakab həyata k...
ANL
Azərbaycan ilə Özbəkistan arasında əlaqələr yüksək səviyyədədir. Özbəkistanda səfərdə olan Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov özbəkistanlı həmkarı Bahadur Matlyubov ilə birlikdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etmişdir. Azərbaycanın və Özbəkistanın d...
ANL
Azərbaycan ilə Çexiya arasında kitabxanaçılıq və muzey işi sahəsində əməkdaşlıq daha da genişləndiriləcəkdir. Sentyabrın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bem və bu ölkənin milli muzeyinin direktoru Mixal Lukeşlə görüşmüşdür. Belə görüşl...
ANL
Çexiya Milli Kitabxanasının direktoru AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olmuşdur. Ölkəmizdə səfərdə olan Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bem sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olmuşdur. AzərTAc xəbər verir ki, MEK-in direktoru, filologiya elml...
ANL
Bakı modern quruculuğun, tərəqqi və yüksəlişin simvoludur. «Azərbaycan» qəzetinin Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi «dəyirmi masa». Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət ...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Biz gündəlik fəaliyyətdə özəl sektorun, sahibkarlığın inkişafı üçün əlimizdən gələni edirik. Mən sahibkarlarla həm Bakıda, həm bölgələrdə mütəmadi qaydada görüşürəm. Dövlət tərəfindən sahibkarlığın inkişafına çox güclü dəstək vardır. Bütün dövlət qurumları - həm mərkəzi dövlət o...
ANL
İnsan kapitalının formalaşmasına xidmət edən mükəmməl strategiya. Sentyabrın 15-də Azərbaycanda hər il "Bilik günü" bayram ovqatında qeyd olunur, orta ümumtəhsil müəssisələrində, ali məktəblərdə yeni dərs ilinin başlanması mühüm ictimai hadisə kimi qarşılanır, ümumən təhsil sistemi ilə bu və ya digər dərəcədə bağlı ins...
ANL
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Qax rayonu ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilir. Nəticədə rayonumuz gündən-günə inkişaf edir, daha müasir görkəm alır. Yollar, küçələr abadlaşdırılır, insanların həyatının rahatlığı, ocağının xeyir-bərəkəti artır. Son v...
ANL
Təhsil infrastrukturu müasirləşdirilir. "Hesab edirəm ki, indi vaxt gəlib, biz mövcud məktəblərin təmirinə daha çox vəsait ayıraq. Çünki buna daha böyük ehtiyac varE Təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir". Cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının daim müasirləşdiri...
ANL
Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi xəritələr. Ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan Azərbaycanın haqq səsini daha da ucaltmaq, tarixi gerçəklikləri bütün dünyaya bəyan etmək, öz xalqına başdan-ayağa saxta tarix yazan erməni "alim"lərinin iftiralarını durmadan ifşa etmək hər bir azərbaycanlının,...
ANL
«Paytaxtı türk dünyası üçün qorumalıyıq». Bu gün Bakının işğalından azad olunmasından 93 il keçir. 1918-ci ildə Azərbaycan hər tərəfdən işğal edilmiş, bölgələri ələ keçirilmiş, özbaşınalıqlar həddini aşmışdı. Bir tərəfdən çar Rusiyasının Cənubi Qafqazda yürütdüyü "parçala, hökm sür" siyasəti, digər tərəfdən də ermənilə...
ANL
Əsrlərin yadigarları. Maraqlıdır, Azərbaycan ərazisində ilk kitab nə vaxt yazılıb? Bəzi mənbələrdə göstərilir ki, əcdadlarımız XI əsrdən başlayaraq ərəb, fars və türk dillərində nəfis əlyazma nümunələri yaratmış, dünyanın elm və mədəniyyət dühalarının kitablarını Azərbaycana gətirmişlər. Bununla da milli kitab mədəniyy...
ANL
Sönməz günəşin hikmət dəryası. Ədəbiyyatşünas alim Məmməd Cəfər yazırdı: "Nizaminin yaşayıb yaratdığı dövrdə Azərbaycanda elm, maarif-məktəb işlərinin də inkişaf etdiyi illər idi. Astronomiya, riyaziyyat, həndəsə, təbabət, əczaçılıq və musiqişünaslıq çox geniş yayılmışdı. Belə bir mühitdə yaşayıb-yaradan Nizami Gəncəvi...
ANL
Bakıdakı 6 nömrəli məktəb yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Sentyabrın 15-də - "Bilik günü"ndə Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştira...
ANL
Meksika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Felipe Kalderon İnoxosaya. Hörmətli cənab Prezident! Meksika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə ...
ANL
Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Zəngin tarixi olan qədim Şamaxı şəhəri Azərbaycan dövlətçiliyinin, incəsənətinin və ədəbiyyatının inkişafına böyük töhfələr vermiş, ölkəmizin mühüm sosial-iqtisadi, siyasi və ...
ANL
Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Qobustan rayonunun sosial-iqtisadi həyatında son illərdə əsaslı dəyişikliklər baş vermiş, ümumi məhsul buraxılışı 2,7 dəfə, sənaye məhsulunun həcmi 5 dəfə artmış, 2008-ci il...
ANL
«Notariat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
T.E.Qarayevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Re...
ANL
T.E.Qarayevin Azərbaycan Respublikasının Hindistan Respublikasında, Şri Lanka Demokratik Sosialist Respublikasında, Nepal Federal Demokratik Respublikasında, Maldiv Respublikasında və Banqladeş Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezid...
ANL
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərba...
ANL
İ.Ə.Hacıyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: İbrahim Əsəd oğlu Hacıyev Azərbaycan Respu...
ANL
İ.Ə.Hacıyevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Filippin Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Preziden...
ANL
Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərinin və üzvlərinin «Tərəqqi» medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda auditor xidmətinin inkişafındakı x...
ANL
Türkiyənin «EkoAvrasiya» internet saytında Prezident İlham Əliyevin uğurlu xarici siyasəti haqqında məqalə dərc olunmuşdur. Türkiyədəki Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin "EkoAvrasiya" internet saytında Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətindən bəhs edən geniş məqalə dərc edilmişdir. "İlham Əli...
ANL
Moskvanın mərkəzində Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin abidəsi açılmışdır. Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur. Rusiyanın xalq rəssamı, Rusiya Prezidenti yanında Mədəniyyət üzrə Komissiyanın üzvü Aleksandr Rukavişnikovun ə...
ANL
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda soydaşlarımızın yaşadığı kəndlərdə yeni məktəb binaları istifadəyə verilmişdir. Gürcüstanda yeni dərs ilinin başlandığı gün - sentyabrın 15-də Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Həsənxocalı və Cəfərli kəndlərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni...
ANL
Azərbaycanın birinci xanımı Parisdə Beynəlxalq konqresdə iştirak etmişdir. Sentyabrın 15-də Parisdə terror qurbanlarına həsr olunan 7-ci Beynəlxalq konqres keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konqresin açılışında iştirak etmişdir. Birinci xanım Mehriban Əliyevanı Parisin 7-ci rayonunda konqresin...
ANL
Torpağın əsl sahibinə qaytarılması ən böyük uğurumuzdur. 1991-ci ildə sovetlər birliyinin dağılmasından sonra mövcud olan asılı iqtisadiyyat sistemi digər respublikalar kimi, Azərbaycanı da ağır iqtisadi böhrana saldı. Respublikanı bu böhrandan çıxarmanın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını qısa bir müddətə yeni...
ANL
Həm öyrənirik, həm də tikib-qururuq. İnkişafın üfüqləri. Bu gün tarixinin bir ucu gedib qədim Girdman dövlətinə dayanan İsmayıllı inkişafının əhəmiyyətli, yaddaqalan və məhsuldar bir dövrünü yaşamaqdadır. Hər gün, hər saat qurulur, tikilir, abadlaşır, göz qabağındaca qiyafəsini dəyişir. Rayon icra hakimiyyətinin başçıs...
ANL
«Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin fəaliyyəti genişlənir. Azərbaycanın əzəli torpaqlarını ələ keçirməklə "Böyük Ermənistan" yaratmaq xəstəliyinə tutulmuş ermənilər iyrənc, cinayətkar iddialarından əl çəkməmiş, bu istəklərinə xarici ağalarının yardımı sayəsində müəyyən qədər nail də olmuş...
ANL
Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir. "İqtisadiyyatın keyfiyyətli inkişafı" mövzusunda keçirilmiş tədbirdə 100-ə yaxın ölkədən 2500 nümayəndə, o cümlədən bir sıra ölkələrin dövlət və hökumət başçıları, regional təşkilatların və iri şirkətlərin rəhbərləri ...
ANL
Naxçıvan Dövlət Universiteti ilə Cənubi Koreya universitetləri arasında əməkdaşlıq genişlənir. Naxçıvan Dövlət Universiteti ilə Cənubi Koreyanın Kimçonq Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə 2010-cu ilin aprel ayında Naxçıvanda imzalanmışdır. Həmin vaxt Kimçonq Universitetinin nümayəndə heyəti N...
ANL
Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Sentyabrın 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviçin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qa...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü. Sentyabrın 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü olmuşdur. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf...
ANL
Azərbaycan Ordusu hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsindədir. 1991-ci ildə SSRİ-nin süqutu nəticəsində qırmızı imperiyanın tərkibinə daxil olan bütün respublikalar kimi, Azərbaycan da dövlət müstəqilliyinə nail oldu. Bununla belə,...
ANL
Dövlət başçılarının geniş tərkibdə danışıqları. Sentyabrın 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına m...
ANL
Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 36-cı cildi çapdan çıxmışdır. "Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdir...
ANL
Azərbaycan-Monteneqro sənədləri imzalanmışdır. Sentyabrın 16-da Prezident İlham Əliyevin və Prezident Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimi olmuşdur. "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm N...
ANL
Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfəri. Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq. Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 17-də Beynəlxalq Muğam Mərkəzinə gəlmişdir. AzərTAc xəbər verir ki, qonağa Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı m...
ANL
Dövlət Bayrağı Meydanı ali qonaqda zəngin təəssürat doğurmuşdur. Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Monteneqronun dövlət başçısına məlumat verilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının y...
ANL
Monteneqro Prezidenti Azərbaycanın qədim xalçaçılıq sənətinin məhəbbətlə yaşadılmasını yüksək qiymətləndirmişdir. Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 17-də "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olmuşdur. Ali qonağa məlumat verilmişdir ki...
ANL
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Monteneqro Prezidentində böyük maraq doğurmuşdur. Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 17-də Bakının yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur. Ali qonağa məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun...
ANL