text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Görkəmli dövlət xadimi, alim və səhiyyə təşkilatçısı. Ölkəmizdə milli tibb kadrları və səhiyyə işçilərinin yetişdirilməsində, tibb təhsilinin sistemli şəkildə dinamik inkişafında Bakı Dövlət Universiteti və Azərbaycan Tibb İnstitutunun ilk rektorlarının çox böyük rolu olmuşdur. Onların sırasında öz dəst-xətti ilə seçil... | ANL |
Azərbaycanın pravoslav xristian icmasına. Hörmətli həmvətənlər! Müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycanda ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olan xalqlar və etnik azlıqlar həm... | ANL |
Uğurlu siyasət milli həmrəyliyimizi daha da möhkəmləndirir. Müharibələr, torpaqlarımızın bölünməsi və siyasi proseslər nəticəsində tarixin müxtəlif mərhələlərində soydaşlarımızın bir qismi doğma torpaqlarından dünyanın müxtəlif ölkələrinə səpələniblər. Amma məhrumiyyətlərə, məruz qaldıqları haqsızlıqlara baxmayaraq, so... | ANL |
Pakistanın aparıcı ingilis və urdu dilli qəzetlərində Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciəti və həmrəylik günündən bəhs edən məqalələr dərc olunmuşdur. Pakistanın aparıcı ingilis və urdu dilli qəzetləri olan "Daily Herald Tribune", "Al-Qamar", "D... | ANL |
Azərbaycanı ucaldan siyasət. Ötən 7 ildə xalqın mənafeyini bütün məsələlərdə önə çəkən siyasət respublikamızın regional liderliyini də təmin etmişdir. İqtisadi sahədə keçid dövrünü başa vuraraq qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən müstəqil Azərbaycan son illər Cənubi Qafqaz regionunda mühüm rolu v... | ANL |
Azərbaycan aliminin Ukrayna ədəbi ictimaiyyətinə yeni töhfəsi. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İsa Həbibbəylinin bu günlərdə qardaş Ukraynanın Sevostopol şəhərindəki "Delta" nəşriyyatında rus dilində kütləvi tirajla çapdan çıxmış "Cəlil Məmmədquluzadə... | ANL |
Azərbaycanın seçdiyi yol tərəqqi və inkişaf yoludur. Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirmişdir. Qloballaşan dünyanın geosiyasi mənzərəsinə təsir göstərən mühüm amillərdən biri də zəngin enerji resursları üzərində nə... | ANL |
Azərbaycan Prezidenti jurnalistlərin dostudur və ya "müstəqil" beynəlxalq QHT-lərin "obyektivliyi" barədə bir neçə söz. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi "Jurnalistlərin dostu" mükafatının laureatını müəyyənləşdirmək məqsədi ilə respublikanın kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasın... | ANL |
Bişkekdə ulu öndər Heydər Əliyevə həsr olunmuş "Dünya siyasətinin zirvəsini fəth edənlər" kitabının ikinci cildi rus dilində çapdan çıxmışdır. Bişkekdə fəaliyyət göstərən Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Qırğızıstan paytaxtındakı "Biyiktik" nəşriyyatında ulu öndər Heydər Əliyevin anadan olmas... | ANL |
Azərbaycan dini tolerantlığa görə dünyada ən yüksək səviyyədə olan ölkədir. Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda fantastik nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin mədəni və dini-mənəvi irsə müəyyən təhlükə meyilləri də özünü qabarıq göstərir. Prezide... | ANL |
Hüsnü gözəl Bakıda bayram şənlikləri. Ötən il ətəyini büküb getsə də, bu ayrılıqdan doğan sevincin həddi-hüdudu yoxdur. Təzə il öz qədəmləri ilə paytaxtımıza, cümlə böyük Vətənimizə yeni arzular, sevinclər bəxş edib. Keçirilən mərasimlərin, tədbirlərin, səslənən təbriklərin, xoş sözlərin təntənəsi davam etməkdədir. Dün... | ANL |
Azərbaycanın pravoslav xristianları Milad gününü qeyd edirlər. Bütün dünyanın pravoslav xristianları İsa peyğəmbərin mövludu gününü qeyd edirlər. Kilsələrdə zənglər çalınır, dualar oxunur, Vifleyemdən gətirilmiş odla şamlar yandırılır. Milad bayramı dindarlar üçün ən böyük bayramlardan biridir. Onlar xilaskar İsanın mö... | ANL |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə. Cənab Prezident! Nyu-Yorkda keçirdiyimiz görüşdən çox şadam və gələcəkdə Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm. Sizə və ailənizə ən xoş arzularla əmin-amanlıq və firavanlıqla dolu yeni il diləyirəm. Qoy Sizin bayramınız bütün nemətlərlə bol olsun. Yen... | ANL |
"İlham Əliyev: İnkişaf - məqsədimizdir" çoxcildliyinin beşinci cildi çapdan çıxmışdır. "Azərbaycanın beynəlxalq nüfuzu artır, Azərbaycan beynəlxalq təşkilatlarda çox önəmli yerləri tutur. Dünyada Azərbaycanla hesablaşırlar və apardığımız xarici siyasət bizə imkan verəcək ki, ölkənin milli maraqları daha da böyük həcmdə... | ANL |
Azərbaycan dünyada müstəqil xarici siyasət yürüdən ölkə kimi qəbul edilir. Azərbaycan dünyada müstəqil daxili və xarici siyasət yeridən, "güclü dövlət - müstəqil siyasət" prinsipini rəhbər tutan ölkə kimi tanınır. Hansısa mərhələdə rəsmi Bakıya təsir göstərməyə çalışan dövlətlər də artıq bunun mənasızlığını dərk edərək... | ANL |
Mətbuatın inkişafına yüksək qayğı nümunəsi. Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə bərabər onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Respublikanın dünya informasiya məkanına d... | ANL |
Azərbaycanın dinamik inkişafına yönəlmiş xarici siyasət xətti keçən il də uğurla davam etdirilmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 2010-cu ildə beynəlxalq münasibətlər müstəvisində inkişaf edən hadisələr getdikcə daha artmaqda olan qlobal problemlərin təsirinə məruz qalmışdır... | ANL |
Birliyin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurası bununla bağlı görüləcək işlərin ilkin planını da müzakirə etmişdir. Cari ilin birinci yarısında Minskdə "MDB-nin 20 illiyi" adlı beynəlxalq elmi-praktik konfrans, həmçinin Elm və Yaradıcı Ziyalıların VI Forumu keçiriləcəkdir. Bundan əl... | ANL |
XX əsr Azərbaycan poeziyasının görkəmli simalarından olan Zeynal Xəlil özünəməxsus yaradıcılığı ilə seçilən, həyatın kəşməkeşli yollarında ağır sınaqlarla üzləşən, qalib çıxan, ilhamla yazıb-yaradan, təravətli əsərləri ilə rəğbət qazanan, ədəbiyyatımızda imzasını əbədi həkk etdirən maraqlı bir şair ömrü yaşayıb. Cəmi 5... | ANL |
Azərbaycan Xəzərdə iqtisadi mövqelərini gücləndirir. Ötən il təməlləri qoyulan gəmiqayırma zavodu və Beynəlxalq Dəniz Ticarət Limanı ölkə iqtisadiyyatının inkişafını sürətləndirəcək. Sürətli sosial-iqtisadi inkişaf sahəsində özünəməxsus uğurlu modelin əsasını qoymuş Azərbaycan üçün əsas xarakterik xüsusiyyətlərdən biri... | ANL |
Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 31-ci cildi çapdan çıxmışdır. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 31-ci cildi çapdan çıxmışdır. Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. "Bakı şəhərinin Səbail rayonundakı Tofiq İsmayılov adına Respublika Uşaq və Gənclər Y... | ANL |
Mədəniyyətin sürətli yüksəliş dövrü. Azərbaycanın uğurlu göstəriciləri arasında mədəniyyət və turizm sahəsində əldə etdiyi nailiyyətlər də diqqət çəkməkdədir. Dövlətin milli-mənəvi dəyərlərimizə, bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mədəni həyatında əsaslı yü... | ANL |
"İki yoldaş" Azərbaycan Film Fonduna göndərilib. Adıçəkilən uşaq filmi indiyə kimi Rusiya Dövlət Kino Arxiv Fondunda idi. Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradov şəxsi arxivindən müxtəlif illərdə çəkilmiş Azərbaycan filmlərinin foto-neqativlərini Dövlət Film Fonduna təqdim edib. Rejissorun f... | ANL |
Fatmayı kəndində yeni kitabxana istifadəyə verilib. Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin kitabxana sisteminin 9 nömrəli Fatmayı kənd filialının yeni binasının rəsmi açılışı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə inşa edilmiş kitabxananın ümumi sahəsi 90 kvadratmetr, kitab fondu isə 10 min nüsx... | ANL |
Maraqlı əsərlər sərgisi. "Abşeron" Rəsm Qalereyasında Bakının 9 rayonunun məktəblilərinin iştirakı ilə "Mənim İçərişəhərim" adlı sərgi keçirilib. Uşaq rəsm sərgisinin təşkilatçısı "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzidir. Ənənə halını alan sərgi artıq üçüncü dəfədir ki, keçirilir. Sərginin k... | ANL |
Oğuzda qədim Azərbaycan dövlətinə məxsus arxeoloji materiallar aşkar edilmişdir. Oğuz rayonunun Kərimli kəndində eramızdan əvvəl II minilliyə aid olan, 250 il yaşaması ehtimal edilən, amma adı bu günə qədər məlum olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar aşkar edilmişdir. Azərbaycan Milli Elmlər Akademiya... | ANL |
Ölkəni bir-birindən mürəkkəb problemlər gözləyir. Sudan ərazisinə (2,5 milyon kvadratkilometr) görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsidir. Amma yaxın günlərdə bu ölkə ərazisinin 600 min kvadratkilometrdən çoxunu itirəcək. Sabah Sudanın cənub hissəsinin müstəqilliyinə dair referendum keçiriləcək. Bir həftə dav... | ANL |
Azərbaycanın müdafiə potensialı daim güclənir. Yüksək peşəkarlığa malik Silahlı Qüvvələrimiz istənilən tapşırığı uğurla yerinə yetirməyə hazırdır. Dinamik inkişaf edən Azərbaycan müdafiə potensialının davamlı olaraq gücləndirilməsi istiqamətində də böyük nailiyyətlər qazanıb. Bunun nəticəsidir ki, hazırda Cənubi Qafqaz... | ANL |
İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Mahmud Əhmədinejada. Hörmətli cənab Prezident! Urumiye şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran x... | ANL |
Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 32-ci cildi çapdan çıxmışdır. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 32-ci cildi çapdan çıxmışdır. Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin geniş və dərin siyasi fəaliyy... | ANL |
Daim xalqla birlikdə. 2010-cu il də Prezident İlham Əliyevin regionlara çoxsaylı səfərləri ilə əlamətdar oldu. Başa çatan 2010-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətində diqqətçəkən əsas məqamlardan biri respublikamızın bölgələrinə artıq ənənə halını almış səfərləri oldu. Coğrafi baxımdan ölkəmizi... | ANL |
Tarixi saxtakarlığa sanballı elmi cavab. Son illər bütün sahələrdə güclənən, xarici siyasət və diplomatiya sferasında mühüm uğurlara imza atan Azərbaycan təcavüzkar Ermənistanı ideoloji-təbliğati müstəvidə də əhəmiyyətli dərəcədə üstələmişdir. Rəsmi Bakının hücumçu diplomatiyası sayəsində ermənilərin münaqişə ilə bağlı... | ANL |
Xalq qəhrəmanı Soltan bəy. Azərbaycanın dilbər guşələrindən biri, qədim oğuz yurdu olan Laçın rayonunun inzibati sərhədlərini Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri cızıb. Tarix boyu torpağımıza göz dikənlər Laçını "Aranın - Qarabağın qara qapısı" adlandırırdılar. Ümummilli lider Heydər Əliyev bu torpağın tarixi, str... | ANL |
Daşkənddə rus dilində nəşr olunan "Qarmoniya" jurnalında SSRİ xalq artisti Bülbül haqqında material dərc edilmişdir. Daşkənddə rus dilində nəşr olunan "Qarmoniya" jurnalının son nömrəsində iqtisad elmləri namizədi Muxsin Qəniyevin SSRİ xalq artisti Bülbül haqqında "Azərbaycan bülbülü" sərlövhəli məqaləsi dərc edilmişdi... | ANL |
Strasburqda fransız dilində Azərbaycanla bağlı radio verilişi yayımlanmışdır. Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"nin təşəbbüsü ilə Azərbaycanla bağlı hər ay fransız dilində efirə çıxan radio verilişi yanvarın 9-da növbəti dəfə yayımlanmışdır. Proqramın aparıcıları - "Azərbaycan evi"nin sədri Mustafa Alınca ... | ANL |
Ağdam teatrının fədailəri kimi yaddaşlarda qalanlar. Azərbaycan teatr tarixinə adları qızıl hərflərlə yazılan korifey sənətkarlarımızın fəaliyyətinə nəzər salsaq, bir daha yəqinləşdirərik ki, milyonlarla adamın həyat və təfəkkür tərzi - onların ictimai münasibətləri, baxışları, inamları, idealları ölməz səhnə əsərlərin... | ANL |
Azərbaycan dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə böyük töhfə verən ölkəyə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son yeddi ildə dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrilmişdir. Uğurla həyata keçirilən yeni strategiya Azərbaycanın bir daha dünya iqtisadiyyatı üçün açıq öl... | ANL |
Azərbaycan ilə Küveyt arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə səfəri çərçivəsində bu dövlətin Baş naziri Əlahəzrət Şeyx Nasser Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşmüşdür.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a... | ANL |
Azərbaycan ilə Küveyt arasında üç sənəd imzalanmışdır. Yanvarın 10-da Küveytdə Azərbaycan Respublikası və Küveyt Dövləti hökumətləri arasında əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclası keçirilmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda siyasi və diplomatik, iqtisadiyyat v... | ANL |
Azərbaycan və türk diasporunun nümayəndələri ABŞ Konqresinin üzvlərinə məktubla müraciət etmişlər. ABŞ-dakı Azərbaycan və türk diasporları yeni kampaniyaya başlamışlar. Onlar Azərbaycanda "20 Yanvar" faciəsinin ildönümünə diqqət çəkmək üçün ABŞ Konqresinin üzvlərinə məktublar göndərirlər. Diasporla İş üzrə Dövlət Komit... | ANL |
1828-ci il martın 21-də, Azərbaycan türklərinin qeyd etdikləri Novruz bayramı günündə, imperator I Nikolay öz fərmanı ilə əsrlər boyu mövcud olmuş İrəvan və Naxçıvan xanlıqlarını ləğv etdi və bu ərazilərdə İrandan və Türkiyədən köçürülmüş ermənilər üçün qondarma "Erməni vilayəti" yaratdı. Bununla da, köçürülmüş ermənil... | ANL |
Əmək miqrantlarının sosial-iqtisadi problemlərinin həlli qlobal vəzifələrdəndir. "Biz dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən gələnlərin sayı artır. Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal proseslərdir. Əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisad... | ANL |
Azərbaycan COMSTECH-nin Baş Assambleyasının 14-cü toplantısında təmsil olunur. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Pakistanın İslamabad şəhərində keçirilən İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) Baş Assambleyasının növbəti 14-cü toplantısında iştirak edir. T... | ANL |
Azərbaycanda dini tolerantlıq çox yüksək səviyyədədir. Azərbaycanda dini tolerantlıq çox yüksək səviyyədədir. Ölkədə müxtəlif dini baxışları olan insanlar vahid bir ailə kimi sülh və əmin-amanlıq içində yaşayırlar. Bu nailiyyətlərdə Prezident İlham Əliyevin xüsusi xidmətləri vardır. AzərTAc xəbər verir ki, bu fikirlər ... | ANL |
Vaxtilə "Tarixin fəlsəfəsi" mövzusunda dərs deyən Hegel öz muhazirələrində deyirdi: "İslam artıq çoxdan tarixi səhnədən çıxmiş və Şərq ətaləti və aramlığına qayıtmışdır". Lakin sonradan müsəlman ölkələrində baş verən hadisələr Hegelin səhv etdiyini və islamın siyasi səhnəyə əsas amillərdən biri kimi qayıtdığını nümayiş... | ANL |
Tarixdə qalacaq abidə əsər. Son bir neçə ildə ölkəmizdə elm aləmindəki uğurlarımızı göz önünə gətirərkən Azərbaycan Dillər Universitetində baş verən iki əlamətdar hadisədən də söz açmalıyıq. Onlardan biri professor Oruc Musayevin rəhbərliyi və redaktəsi ilə nəşr olunan, yüz otuz min söz və söz birləşməsini əhatə edən, ... | ANL |
Ermənistanın sosial-iqtisadi tənəzzülü daha sürətli mərhələyə qədəm qoyur. Xarici asılılıq vəziyyətində olan işğalçı ölkədə hakimiyyət kriminal dəstələrdən istifadə edib xalqa divan tutmağa hazırlaşır. Sosial-iqtisadi problemlər məngənəsində getdikcə daha çox boğulmağa başlayan Ermənistan üçün 2011-ci ilin də olduqca a... | ANL |
Yevlax rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Yevlax rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar müəllim". Həmzəyev Kam... | ANL |
Yevlax rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Yevlax rayonunun ictimai-siyasi həyatında xidmətləri olan aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər: Əhmədov Mustafa Bayram oğlu. Orucov Paşa... | ANL |
Ağdaş rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Ağdaş rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar müəllim". Şıxıyeva Tənzi... | ANL |
Ağdaş rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Ağdaş rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslər təltif edilsinlər: "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə. Bayramov Şahin Məmməd oğlu. Hacıbalayeva Şəhl... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İranın neft naziri Seyid Məsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də İran İslam Respublikasının neft naziri Seyid Məsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. İki ölkə ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş... | ANL |
Nazirlər Kabinetində görüş. Yanvarın 12-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonaqları səmimiyyətlə salamlayan Baş nazir onların Bakıya ilk səfərinin ikitərəfli münasibətlərin... | ANL |
ARDNŞ və İran Milli Qaz İxracı Şirkəti arasında təbii qazın alqı-satqısına dair sazişin əsas şərtləri imzalanmışdır. Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının (İİR) neft naziri Seyid Məsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezide... | ANL |
Elmə və təhsilə dövlət qayğısı artır. Azərbaycan dövləti bundan sonra da ancaq və ancaq inkişaf və tərəqqi yolu ilə gedəcəkdir. 2010-cu il keçid dövrünü geridə qoyaraq inkişafının keyfiyyətcə yeni mərhələsinə adlamış müstəqil Azərbaycan üçün təkcə mühüm makroiqtisadi göstəricilərlə deyil, eyni zamanda elm, təhsil, səhi... | ANL |
Azərbaycan ilə Bosniya və Herseqovinanın xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yanvarın 12-də nazir Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sv... | ANL |
Müasir innovasiyalardan istifadə: üstünlüklər və risklər. Müasir dövrdə insanlar televiziya kanallarından, radiodan, qəzet və jurnallardan aldıqları informasiyalarla kifayətlənmir, dünyada baş verən hadisələrdən özləri üçün daha münasib vaxtda və istənilən şəraitdə xəbər tutmağa üstünlük verirlər. Ona görə də dünyanın ... | ANL |
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu "Rossiya" kanalı ilə növbəti "Azərbaycana aparan yol" teleproqramını yayımlamışdır. Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu "Azərbaycana aparan yol" teleproqramının ikinci verilişini efirə buraxmışdır. Ölkəmiz barədə birinci proqram "Rossiya" kanalının Yekaterinburqa ... | ANL |
Moskvada "İrs" jurnalının Qarabağa həsr edilmiş xüsusi buraxılışı çapdan çıxmışdır. Moskvada çap edilən "İrs-Naslediye" beynəlxalq jurnalının növbəti xüsusi buraxılışı bütünlüklə Qarabağ probleminin müxtəlif aspektlərinə həsr edilmişdir. Xüsusi buraxılış "Qarabağ erməniləri - böyük siyasətin girovlarıdır" məqaləsi ilə ... | ANL |
Amerikalı müəlliflərin "Türklər və ermənilər. Erməni məsələləri üzrə rəhbərlik" kitabı Azərbaycan dilinə tərcümə olunmuşdur. Amerikalı müəlliflər Kastin və Karolin Makkartilərin "Türklər və ermənilər. Erməni məsələləri üzrə rəhbərlik" kitabı Azərbaycan dilinə tərcümə olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası (AME... | ANL |
Tarixin Qan Yaddaşı. Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi sayılan 20 Yanvar faciəsi yeni tariximizə həm də bir qürur günü kimi yazıldı. Çünki bu hadisə günahsız insanların amansız bir formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyin... | ANL |
Şəhidlik əbədiyaşarlıqdır. 2010-cu il iyunun 18-də atəşkəsi pozan erməni faşistləri ilə Talış-Borsunlu istiqamətində gedən şiddətli döyüş zamanı düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edərək qəhrəmanlıqla həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim o... | ANL |
Türkdilli ölkələrin nümayəndələri Astanaya toplaşdılar. Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov Türkdilli Ölkələrin Ağsaqqallar Şurasının üzvləri ilə görüşdə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanada olub. Xatırladaq ki, Türk xalqlarının... | ANL |
Xalçaçılıq ənənələri yaşadılır. Xalqımızın qədim sənət nümunələrini özündə qoruyub saxlayan xalçaçılığa münasibət müstəqillik illərində xüsusi olaraq dəyişib ki, bu da önəmli məqsədlər daşıdığındandır. Respublikamızın bütün bölgələrini əhatə edən bu qədim sənət incilərinin dəyəri təkcə onda deyil ki, o, "Kitabi Dədə Qo... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun təkbətək görüşü. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozunu hörmətlə qarşıladı. Prezident İlham Əliyev və Xose Manuel Barrozu rəsmi foto çəkdirdilər. Sonra Az... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun geniş tərkibdə görüşü. Yanvarın 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkib... | ANL |
Sənədlərin imzalanması mərasimi. Yanvarın 13-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"ni imzaladıla... | ANL |
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycana rəsmi səfərə gəlmişdir. Avropa Komissiyasının sədri Xose Manuel Barrozu yanvarın 13-də Azərbaycana rəsmi səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının sədrini Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, digər rəsmi şə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun mətbuat konfransı. Yanvarın 13-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun mətbuat konfransı olmuşdur. Prezident İlham Əliyev və Xose Man... | ANL |
Hörmətli qonağın şərəfinə. Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun şərəfinə şam yeməyi verilmişdir. AzərTAc. | ANL |
Azərbaycan və İtaliya xarici işlər nazirləri müavinlərinin görüşü olmuşdur. AzərTAc İtaliyanın ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, yanvarın 13-də Romada Azərbaycan və İtaliya xarici işlər nazirlərinin müavinləri - Araz Əzimov və Alfred Mantikanın görüşü olmuşdur. Görüşdə iki ölkə arasında münasibətlə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezanini və telekanalın baş icraçı direktoru Filip Kaylanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Euronews telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezanini və telekana... | ANL |
"Euronews" kanalının nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan "Euronews" kanalının nümayəndə heyəti yanvarın 13-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla ya... | ANL |
Şəhidlər xiyabanını ziyarət. Bakıda səfərdə olan "Euronews" telekanalının nümayəndələri yanvarın 13-də Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abi... | ANL |
"Euronews" telekanalının nümayəndələri İçərişəhərlə tanış olmuşlar. Bakıda səfərdə olan "Euronews" telekanalının nümayəndələri İçərişəhəri gəzmişlər. Kiçik Qala küçəsi ilə tanışlıqdan başlayan gəzinti zamanı qonaqlara dünya şəhərsalma sənətinin nadir nümunələrindən biri, YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmi... | ANL |
Səngəçal terminalı ilə tanışlıq "Euronews" telekanalının nümayəndələrində xoş təəssürat yaratmışdır. Ölkəmizdə səfərdə olan "Euronews" telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezani və telekanalın baş icraçı direktoru Filip Kayla yanvarın 13-də Səngəçal terminalında olmuşlar. Xəzər Enerji Mərkəzində qonaqla... | ANL |
İ.M.Rəhimova "Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda hüquq elminin inkişafındakı xidmətlərinə görə İlham Məmmədhəsən oğlu Rəhimova "Əməkdar hüquqşünas" fəxri adı verilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva yekaterinburqlu 11 yaşlı Marinanın arzusunu yerinə yetirmişdir. Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun nümayəndələri Yeni il ərəfəsində 11 yaşlı Marina Marçenkoya Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanı... | ANL |
Əmlak Məsələləri Dövlət Komitəsinin və Gənclər və İdman Nazirliyinin kollegiyalarının tərkibində dəyişikliklər edilmişdir. Nazirlər Kabinetindən AzərTAc-a bildirmişlər ki, hərbi qulluqçuların və hərbi mükəlləfiyyətlilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə "Azərbaycan Respublikası hərbi qulluqçularının və ... | ANL |
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti arasında saziş imzalanmışdır. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmə... | ANL |
Həmişəcavan Naxçıvan. Son 15 il ərzində muxtar respublikanın sosial-iqtisadi və mədəni həyatında böyük irəliləyişlər baş verib. Dünənə qədər ucqar bir əyalət mərkəzini xatırladan, işıqsız, qazsız qalan və digər məişət problemləri ilə çırpınan Naxçıvan şəhəri son illər büsbütün yenidən qurulub. Təməli xalqımızın ümummil... | ANL |
Müstəqilliyə aparan şərərfli yol. Azərbaycan tarixində elə günlər var ki, bütövlükdə xalqın milli idealları uğrunda şanlı mübarizəsini, bu yolda hər cür məhrumiyyətə sinə gərmək əzmini özündə təcəssüm etdirir. Bu mənada, 20 Yanvar tarixi də Azərbaycan xalqının qürur və şərəf mücəssəməsinə çevrilmişdir. 1990-cı il yanva... | ANL |
Faciəmiz və şanlı tariximiz. Qanlı Yanvar günləri. Deyirlər dərd köhnəldikcə adamı ram edir. İnsan ölümün soyuq və dəyişməz qanunları qarşısında güzəştə getməyə məcbur olur. Amma bu sözlər 20 Yanvar faciəsinin fonunda quruca təsəllidən başqa heç nəyi ifadə etmir. Çünki 21 il keçməsinə baxmayaraq nə o qara gecənin vahim... | ANL |
Küveytdə "Azərbaycanda qanlı 20 Yanvar faciəsi" adlı jurnal nəşr edilmişdir. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycanda qanlı 20 Yanvar faciəsi" adlı jurnal nəşr edilmiş, həmin hadisələrə həsr olunan sənədli filmin ərəb dilində DVD-si hazırlanmışdır. Jurnalda 1990... | ANL |
Bosniya və Herseqovinanın xarici işlər naziri İçərişəhərlə tanış olmuşdur. Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olmuşdur. Tanışlıq müddətində qonaqlar üçün İçərişəh... | ANL |
Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycan Diplomatik Akademiyasında olmuşdur. Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay yanvarın 13-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) xarici işlər nazirinin müavini, bu təhsil ocağının rektoru Hafiz Paşayev və pr... | ANL |
Dini tolerantlığın inkişafında Azərbaycan modeli. Günü-gündən qüdrətlənməkdə olan ölkəmizdə radikal dindarlar və onların xarici havadarları məkrli məqsədlərinə çatmayacaqlar. Müasir Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri də ölkəmizdə yüksək tolerantlıq mühiti, müxtəlif dinlərin sərbəst fəaliyyət göstər... | ANL |
Danışan şəkillər. Şəkillər aradan nə qədər vaxt keçməsinə baxmayaraq, bəzən danışa bilir, xəyallara, düşüncələrə qol-qanad verir. Şəkillər həm də elə bil nə vaxtsa donmuş insan görüntüləri, mənzərələr, vaxtın, zamanın əllərindən qoparılaraq xilas edilmiş duyğular, qəlb çırpıntıları, arzular, istəklərdir. Hərdən şəkillə... | ANL |
Tanınmış bəstəkar Xəyyam Mirzəzadənin musiqilərindən ibarət disk hazırlanır. Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Xəyyam Mirzəzadənin musiqilərindən ibarət disk hazırlanır. AzərTAc xəbər verir ki, 5 diskdən ibarət olacaq topluya bəstəkarın musiqiləri cəmlənəcəkdir. Bununla yanaşı, DVD-lərdən birində Xəyyam Mir... | ANL |
Cavad xan hünərlərə səsləyir. İki yüz il bundan əvvəl rus işğalının ən böyük zərbəsi qədim Gəncə şəhərinə dəydi. Gürcü mənşəli rus generalı Sisyanov dəfələrlə məktublar yazaraq Gəncənin hakiminə təslim olmağı təklif etsə də, Cavad xan qəti etiraz etdi. 1804-cü il yanvarın ilk günlərində təpədən-dırnağa kimi silahlanmış... | ANL |
Vətən həsrətindən doğan fəryad. Yaman ağır, çəkilməz olur yurd həsrəti. Bu həsrətə, xiffətə dözmək də hamının çəkə biləcəyi yük deyil. Doğmalarının uyuduğu, üzərində ilk addımını atdığın, böyüyüb boya-başa çatdığın torpağın bir andaca yağmalanması, hər qarışına, hər tininə, küçəsinə bələd olduğun, nəfəsin dəydiyi kəndi... | ANL |
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi i... | ANL |
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV 2010-cu ildə əldə olunmuş uğurlardan danışarkən bildirdi ki, ötən il də Azərbaycanda libera... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi. Biz bu ildə də iqtisadiyyatımızın inkişafını təmin etməliyik. Əminəm ki, iqtisadiyyatımız daha da artacaqdır. Makroiqtisadi sabitlik qorunmalıdır və əminəm ki, inflyasiya birrəqəmli olacaqdır. Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul etmişdir. Görüşdə ölkəmizdə idmanın inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü... | ANL |
E.T.Quliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev "Şərəf" ordeni ilə təltif edilsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov yanvarın 12-13-də İtaliyada işgüzar səfərdə olmuşdur. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildimişlər ki, səfərin ilk günü A.Əzimov Romada yerləşən NATO Müda... | ANL |
Roma Papası Yeni il münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. Roma Papası XVI Benedikt Yeni illə bağlı arzularını bildirmək üçün Müqəddəs taxt-tac yanında ak- kreditə olunmuş ölkələrin səfirlərini qəbul etmişdir. Ümumi qəbuldan sonra katolik kilsəsinin rəhbəri səfirlərlə ayrı-ayrılıqda görüşmüşdür. Görüşdən sonr... | ANL |
İçərişəhərlə tanışlıq. Azərbaycanda rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozu yanvarın 14-də paytaxtın görməli yerlərindən olan İçərişəhərlə tanış olmuşdur. AzərTAc xəbər verir ki, gəzinti zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunələrindən biri, YUNESKO-nun "Dünya irsi siyahısı"na da... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.