text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Avropa Komissiyasının sədri Xose Manuel Barrozuya BDU-nun fəxri doktoru diplomu təqdim edilmişdir. Yanvarın 14-də Bakı Dövlət Universitetində Avropa Komissiyasının sədri Xose Manuel Barrozuya BDU-nun fəxri doktoru diplomunun təqdim olunmasına həsr edilmiş mərasim keçirilmişdir. BDU-nun rektoru, Milli Məclisin deputatı,... | ANL |
Azərbaycanın Baş naziri Artur Rasizadə və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu birgə işçi nahar etmişlər. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və Azərbaycanda rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozu yanvarın 14-də birgə işçi nahar etmişlər. Səmimi söhbət zamanı Azər... | ANL |
Avropa Komissiyasının sədri Müasir İncəsənət Muzeyində olmuşdur. Azərbaycanda rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozu yanvarın 14-də Müasir İncəsənət Muzeyində olmuşdur. Qonağa məlumat verilmişdir ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bugünədək yaradılmış ən yaxşı ava... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycanda rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozu yanvarın 14-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. Görkəmli ... | ANL |
Şəhidlərin xatirəsinə ehtiram. Avropa Komissiyasının sədri Xose Manuel Barrozu yanvarın 14-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur. Hörmətli qo... | ANL |
Səfər başa çatdı. Yanvarın 14-də Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana rəsmi səfəri başa çatmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağı sənaye və energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola salmışlar. AzərTAc. | ANL |
"Alman dalğası" agentliyi Azərbaycan haqqında material yaymışdır. Almaniyanın nüfuzlu "Deutsche Welle" "Alman dalğası" xəbər agentliyi Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana səfərindən bəhs edən material yaymışdır. "Deutsche Welle" AFP agentliyinə istinadla yazır: "Avropa İttifaqı özünün Rusiyad... | ANL |
"Azərbaycan qadını" jurnalının yeni sayı təqdim olunmuşdur. Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan qadını" jurnalının yeni sayı təqdim olunmuşdur. Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan jurnalın növbəti nömrəsi də ma... | ANL |
Xalqımızın qürur günü. Həmin gün sovet ordusunun ağır, zirehli texnikasının tapdağı altında qalanların fəryadlarının, ah-nalələrinin eşidilmədiyi, ağsaqqal və ağbirçəklərin, toy üstündə olan oğul və qızların qanlarına qəltan olduqları, hakimiyyət eşelonunda mürgüləyənlərə, hələ də gözlərini Kremlə dikənlərə inamın itdi... | ANL |
Bir adanın şəhidləri. Onların Vətən eşqi Xəzərin ortasındakı Çilov adlı torpaq parçasından qanadlanmışdı. Azərbaycanın hətta ən kiçik kəndləri arasında eləsini tapmaq mümkün deyil ki, Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid verməmiş olsun. Bəzən balaca bir kənddə də Şəhidlər xiyabanına rast gəli... | ANL |
Hər zülmət gecənin parlaq səhəri var. Qan yaddaşımıza həkk olunmuş 20 Yanvar faciəsi nə qədər əzablı, dəhşətli və sarsıntılı olsa da, bu qanlı tarix xalqımızı, millətimizi azadlığa, istiqlaliyyətə qovuşdurdu. Ölməzliyin, hünər və qəhrəmanlığın, ən başlıcası da ölümün gözünə dik baxmağın nə demək olduğunu öz həyatları b... | ANL |
"Euronews" telekanalının nümayəndələri Heydər Əliyev Fondunda olmuşlar. Bakıda səfərdə olan "Euronews" telekanalının nümayəndələri yanvarın 14-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat ver... | ANL |
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin eksponatları "Euronews" telekanalının nümayəndələrində böyük maraq doğurmuşdur. Bakıda səfərdə olan "Euronews" telekanalının nümayəndələri yanvarın 14-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar. Qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, m... | ANL |
Beynəlxalq və Avropa cüdo federasiyalarının prezidentləri və rəhbər işçiləri Heydər Əliyev Fondunda olmuşlar. Bakıda səfərdə olan Beynəlxalq və Avropa cüdo federasiyalarının prezidentləri və rəhbər işçiləri yanvarın 14-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara fondun çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilm... | ANL |
Azərbaycanın çoxşaxəli iqtisadiyyatının yüksəlişi davam edir. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı danışılmışdır. Gündən-günə inkişaf edib güclənən, regionun və dünyanın enerji təhlükəsizliyində mühüm ... | ANL |
İlmələrin naxışı. Qubanı alması ilə tanıyırlar. Ancaq almadan öncə bu bölgə Quba xalçaları ilə məşhurlaşıb. Quba xalçaçılıq məktəbi Quba-Xaçmaz bölgəsində Şabran rayonu da daxil olmaqla 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Bu xalçaların naxışları evləri ilə dağ yamaclarına naxış vuran kəndlər qədər g... | ANL |
Xalqın iradəsini qıra bilmədilər. Tarixin qan yaddaşı. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan növbədənkənar sessiyası keçirilir. İclasda DQMV-nin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə verilməsi haqqın... | ANL |
Müstəqilliyimiz naminə ən ağır sınaqdan çıxdıq. Güllələrdən deşik-deşik oldu nəhəng binaların divar sinələri. 70 illik imperiya zülmətindən sıyrılıb öz müstəqilliyinə doğru addımlayan xalqımızın azadlıq arzusuna atılırdı bu güllələr. Heç kəsə aman vermədən, heç kəsə rəhm etmədən, ağzı süd qoxulu günahsız körpələrimizdə... | ANL |
Avropa dəyərlərinə sadiq ölkə. Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 ili tamam olur. Dünyanın aparıcı beynəlxalq təşkilatlarından olan Avropa Şurasına Azərbaycanın tamhüquqlu üzv qəbul edilməsinin artıq ilk onilliyi tamam olur. Avratlantik məkanın inkişaf istiqamətinin müəyyən olunmasında vacib qərarların verildiy... | ANL |
Svante Kornel: Dağlıq Qarabağ münaqişəsi Avropanın ən təhlükəli münaqişəsidir. ABŞ-ın nüfuzlu Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz Araşdırmaları İnstitutunda "Azərbaycan müstəqillikdən bəri" kitabının təqdimatı keçirilmişdir. İnstitutun tədqiqatlar üzrə direktoru, elmi işləri ilə bütün türk dünyasında tanı... | ANL |
"Cənub qaz dəhlizi" müştərək strateji maraqlardan irəli gəlir. Bu layihə Azərbaycanın ixrac imkanlarını, Avropanın isə təchizat mənbələrini şaxələndirəcək. Avropanın qaza olan tələbatı ildən-ilə artır. Digər tərəfdən də dünyada uzun müddətdir istismar olunan qaz yataqlarının ehtiyatları yavaş-yavaş azalır və yeniləri l... | ANL |
Stanford Universitetində Azərbaycana həsr olunmuş seminar keçirilmişdir. ABŞ-ın aparıcı ali təhsil müəssisələrindən biri sayılan Stanford Universitetində (Kaliforniya ştatı) Azərbaycana həsr olunmuş seminar keçirilmişdir. Regiondakı vəziyyətlə bağlı müzakirələrdə Stanford Universitetinin professoru Geyl Lapidus və Azər... | ANL |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" adlı məqaləsi adət etdiyimiz "məqalə" məhdudiyyətinə sığışmır. Bu, müasir cəmiyyətin hərəkətverici qüvvəsinə istiqamət vermək mövqeyindən ya... | ANL |
Azərbaycan dini dözümlülüyün ən yüksək səviyyədə olduğu ölkələrdəndir. Hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, dini dəyərləri, qlobal planda maddi və mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Tarixən formalaşmış ənənələr, me... | ANL |
"Ümumtəhsil məktəbinin Nümunəvi nizamnaməsi" təsdiq edilmişdir. Nazirlər Kabineti "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə yanvarın 13-də qərar qəbul etmişd... | ANL |
Cüdo üzrə beynəlxalq "Masters" turnirinin təntənəli açılış mərasimi keçirilmişdir. Yanvarın 15-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində cüdo üzrə beynəlxalq "Masters" turnirinin təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti ... | ANL |
Almaniyada Xocalı faciəsinə aid 3 min poçt markası buraxılmışdır. Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası rəhbərinin təşəbbüsü ilə Avropada və bütün postsovet məkanında ilk dəfə Xocalı faciəsinə aid, üzərində Azərbaycan bayrağı olan 3 min poçt markası buraxı... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Latviyaya rəsmi səfərə yola düşmüşdür. Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri ... | ANL |
Riqanın hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Latviya Respublikasına rəsmi səfərə gəlmişdir. Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Riqanın Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İ... | ANL |
Rəsmi qarşılanma mərasimi. Yanvarın 17-də Latviya Prezidentinin iqamətgahında - "Riqa" qəsrində Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Latviya Prezide... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü. Yanvarın 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla i... | ANL |
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü. Yanvarın 17-də Riqada təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Valdis Zatlersin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan Preziden... | ANL |
Azərbaycan-Latviya sənədlərinin imzalanması. Yanvarın 17-də Riqada Azərbaycan-Latviya sənədlərinin imzalanma mərasimi olmuşdur. Dövlət başçıları İlham Əliyev və Valdis Zatlers "Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə bəyannaməsi"ni imzaladılar. "Azərbaycan Respublikasının hökum... | ANL |
Azərbaycan və Latviya prezidentlərinin birgə mətbuat konfransı. Yanvarın 17-də Riqada Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin birgə mətbuat konfransı olmuşdur. Dövlət başçıları əvvəlcə birgə bəyanatla çıxış etdilər. Latvi... | ANL |
"Azadlıq" abidəsini ziyarət. Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Riqa şəhərində "Azadlıq" abidəsinin ucaldıldığı mərkəzi meydana gəldilər. Meydanda fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlət başçıları abid... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Seyminin sədri xanım Solvita Aboltina ilə görüşü. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Riqada Latviya Seyminin sədri xanım Solvita Aboltina ilə görüşmüşdür. Latviya parlamentinin rəhbəri dövlətimizin başçısına qanunvericilik orqanının binası, strukturu və fəaliy... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşü. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Riqada Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın, müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri... | ANL |
Yanvarın 17-də Riqada Azərbaycan-Latviya biznes forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers biznes forumda iştirak etmişlər. Forum iştirakçıları Azərbaycanın və Latviyanın dövlət başçılarını hərarətlə qarşıladılar. Forumun əsas məqsədi sahibkarlar arasında iqtisadiyyatı... | ANL |
Birgə nahar. Yanvarın 17-də Yurmalada Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere birgə nahar etmişlər. AzərTAc. | ANL |
Azərbaycan Prezidentinin və xanımının şərəfinə. Yanvarın 17-də Riqada Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilmişdir. Dövlət başçıları ziyafətdə çıxış etmişlər. AzərTAc. | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Riqada "Saule" Sosial İnkişaf Mərkəzində olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yanvarın 17-də Riqada "Saule" Sosial İnkişaf Mərkəzində olmuşdur. Mehriban... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Latviyanın birinci xanımı Lilita Zatlerenin görüşü olmuşdur. Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Putti" İncəsənət Qalereyasında olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yanvarın 17-də Riqada "Putti" İncəsənət Qalereyasında olmuşdur. Mehriban xanıma məl... | ANL |
Braziliya Federativ Respublikasının Prezidenti zati-aliləri xanım Dilma Rousseffə. Hörmətli xanım Prezident! Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Bra... | ANL |
İnkişafın Azərbaycan modeli:sosialyönümlü siyasət prioritetdir. Nərimanov rayonunda keçirilən "dəyirmi masa"da Azərbaycanın milli iqtisadi inkişaf modelində sosialyönümlü siyasətin mühüm yer tutduğu bir daha real təsdiqini tapdı. Azərbaycanın uğurlu inkişaf göstəricilərindən ən mühümü əhalinin sosial rifah halının yüks... | ANL |
"Gorus mifomaniyası"na sarsıdıcı zərbə. Belə bir məşhur deyim var: keçmişini unudanlar onu yenidən yaşamaq məcburiyyətində qalarlar. Azərbaycan tarixində də unudulması mümkün olmayan, bütövlükdə ictimai şüurda dərin iz buraxaraq xalqı mübarizə ruhunda kökləyən elə qanlı hadisələr var ki, heç zaman yaddaşlardan silinmir... | ANL |
Qəhrəmanlıq dairəsi. 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə düşüncələr. Bu qapını yadellilər ötən əsrin başlanğıcından hirs-hikkə ilə dəfələrlə döyüblər. Bu qədim şəhərin qonağına, qonşusuna inam və etimad ənənəsini xəyanətkar qatillər, qəsbkar terrorçular açıq və ya gizli təcavüzlə çox pozu... | ANL |
Qocalan dərdin ucalığında. O vaxt min arzu və niyyətlə gözlənilən il at üstündə gəlirdi. İkinci dünya müharibəsinin ağrı-acılarını yaşamış insanlar ilin qara at üstündə tamamlanmasından üşənərək "Allah xeyir eləsin" söyləmişdilər. Sınaqdan çıxmışdı ki, at müharibə işarətidi. Əlbəttə, fikirlərin, sınama və müşahidələrin... | ANL |
Kədər birliyin təntənəsinə çevrilmişdi... O gün "doğma" və "yad" sözlərinin arasındakı sərhəd silinmişdi. Bir ailənin itkisi hamı üçün üzüntülü, bir nəfərin dərdi hamı üçün ağır olmuşdu. Çünki xain fitvası ilə, düşmən əli ilə atılan güllə əslində hamıya - bütün xalqa tuşlanmışdı. Ona görə də şəhidlərin dəfninə elliklə ... | ANL |
Tarixçi borcu və vətəndaşlıq mövqeyi. Azərbaycan elmində klassik akademik düşüncə ilə yanaşı, yeni akademiklər nəsli də formalaşmaqdadır. Klassik elmi ənənənin davamı olmaqla bərabər, həm də dövlət müstəqilliyi dövrünün, açılan dünyanın gətirdiyi zəngin informasiya və sərbəst yanaşma, habelə milli mənafeləri ön mövqeyə... | ANL |
Azərbaycan 2011-ci ilin ilk turizm sərgisində uğurla təmsil olunmuşdur. 2011-ci ildə keçirilən ilk beynəlxalq turizm yarmarkasında Azərbaycan da zəngin proqramla təmsil olunmuşdur. Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, sərgidə "Geo travel" şirk... | ANL |
Hollandiyada ermənilərin növbəti təxribatının qarşısı alınmışdır. Ermənilər Azərbaycana qarşı işğalçılıq siyasətinə başqa don geydirmək, qondarma "Dağlıq Qarabağ Respublikası"nı müstəqil qurum kimi dünya ictimaiyyətinə tanıtdırmaq istiqamətində dəridən-qabıqdan çıxır, hər cür təxribata əl atmaqdan çəkinmirlər. Mənzil-i... | ANL |
Teatrı tamaşaçı, qəzeti oxucu yaşadır. Amma fərq ondadır ki, teatr hər gün, qəzet isə ildə cəmi iki dəfə öz auditoriyasını toplayır. Abunə yazılışı kampaniyası zahirən ölkənin ictimai-siyasi həyatında hiss olunan proses deyil və ola bilsin ki, sıravi oxucular üçün bir o qədər də maraqlı mövzu olmasın. Lakin qəzet üçün ... | ANL |
Türkiyə Jandarma Baş komandanı ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. AzərTAc xəbər verir ki, Türkiyə Jandarma Baş komandanı, ordu generalı Necdət Özəlin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti yanvarın 17-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin m... | ANL |
Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri yüksək səviyyədədir. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq əlaqələri yüksək səviyyədədir və biz bundan çox razıyıq. AzərTAc xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyə Jandarma Baş komandanı, ordu generalı Necdət Özəl demişdir. Ordu generalı demiş... | ANL |
Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyanın və Belarusun səfirləri ilə görüşmüşdür. Yanvarın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya səfiri Vladimir Doroxin və Belarus səfiri Nikolay Pastkeviç ilə görüşmüşdür. QMİ-dən AzərTAc-a bildirmişlər ki, səmimi şəkildə keçən gör... | ANL |
Moskvada Qarabağ münaqişəsinin prinsipial cəhətlərinin tədqiqinə həsr edilmiş kitab çapdan çıxmışdır. Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsinin yaxın xarici ölkələrin tarixi kafedrası Cənubi Qafqazın problemlərinin təhlilinə və burada optimal postmünaqişə tənzimləmə modellərinin axtarışına həsr olunmuş sil... | ANL |
Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir. Yanvarın 17-də Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir. AzərTAc xəbər verir ki, yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, 1990-cı ilin 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və əraz... | ANL |
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın İordaniyadakı səfirliyində qeyd olunmuşdur. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrinin 21-ci ildönümü Azərbaycanın İordaniyadakı səfirliyində qeyd olunmuşdur. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Qanlı Yanvarla əlaqə... | ANL |
20 Yanvar faciəsi bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Yanvarın 17-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Akademiyanın prore... | ANL |
Azərbaycan-Avropa əməkdaşlığında yeni səhifə. "Cənub qaz dəhlizi" hər iki tərəf üçün böyük perspektivlər vəd edir. Avropaya inteqrasiya xətti götürmüş Azərbaycan indiyədək bu istiqamətdə xeyli irəliləyişə nail olmuşdur. Ölkəmiz bir çox Avropa təsisatlarının tamhüquqlu üzvüdür və bu təsisatlar çərçivəsində qitə dövlətlə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir. Xarici işlər naziri Qriqol Vaşadze Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özelin başçılıq et... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri. Birgə mətbuat konfransı. Xəbər verdiyimiz kimi, yanvarın 17-də Riqada Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin birgə mətbuat konfransı olmuşdur. Dövlət başçıları əvvəlcə birgə bəyanatla çıxış etd... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı. - Hörmətli cənab Prezident! Hörmətli xanımlar və cənablar! İlk növbədə qeyd etmək istəyirəm ki, yenidən dost Latviyada olmağımdan çox məmnunam. Cənab Prezident, məni Latviyaya dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, mənim səfərim Latviya-A... | ANL |
Xəbər verdiyimiz kimi, yanvarın 17-də Riqada Azərbaycan-Latviya biznes forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers biznes forumda iştirak etmişlər. Forum iştirakçıları Azərbaycanın və Latviyanın dövlət başçılarını hərarətlə qarşıladılar. Forumun əsas məqsədi sahibkarlar... | ANL |
Azərbaycan Prezidentinin və xanımının şərəfinə. Xəbər verdiyimiz kimi, yanvarın 17-də Riqada Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilmişdir. Dövlət başçıları ziyafətdə çıxış etdilər. Latviya Prez... | ANL |
Səfər başa çatdı. Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri başa çatmışdır. Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Riqanın Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Hava limanında Prezid... | ANL |
Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəzində şəhər ziyalılarının iştirakı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı möv... | ANL |
"Səs" qəzetinin kollektivinə. Hörmətli jurnalistlər! Sizi - müasir Azərbaycanın ilk müstəqil mətbuat orqanlarından olan "Səs" qəzetinin kollektivini fəaliyyətə başlamağınızın 20 illik yubileyi münasibətilə təbrik edirəm. İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə, 1991-ci ilin yanvarın... | ANL |
"Səs" qəzeti əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Səs" qəzetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsin: Həsənov Fətulla Şirməmməd oğlu. Hüseynova Rəfi... | ANL |
"Səs" qəzetinin əməkdaşlarına "Əməkdar jurnalist" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Səs" qəzetinin aşağıdakı əməkdaşlarına "Əməkdar jurnalist" fəxri adı verilsin: Bayramova Zümrüd Aləddin qızı. Mə... | ANL |
A.M.Əsgərovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə Ağabəy Məmməd oğlu Əsgərov. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Müdhiş gecənin ibrət dərsləri. "Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi". Heydər ƏLİYEV. Haqsızlıq, ədalət... | ANL |
İnsan amilini önə çəkən sosialyönümlü inkişaf modeli. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya və ön söz müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" əsəri respublikamızın milli iqtisadi inkişaf modelinin nəzəri-metodoloji aspektdə tədqiqi istiqamətində uğurlu təşəbbüsdür. Keçid dövrü kimi... | ANL |
Yanvarın 18-də Bakı Əyləncə Mərkəzində "Səs" qəzetinin 20 illik yubileyi ilə əlaqədar mərasim keçirilmişdir. Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlamışdır. Sonra qəzetin yaranma tarixi və fəaliyyəti ilə bağlı film nümayiş etdirilmişdir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin m... | ANL |
Konstitusiya Məhkəməsində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır. Yanvarın 18-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə çıxış edənlər bildirmişlər ki, xalqımızın ... | ANL |
Ali Məhkəmənin növbəti plenumu. Yanvarın 18-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin növbəti plenumu olmuşdur. Ali Məhkəmənin sədri plenum iclasını açaraq bildirmişdir ki, 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamları ilə Ali Məhkəmənin kollegiya sədrləri və kollegiyalara yeni hak... | ANL |
İctimai Komitənin yeni tərkibi formalaşdırılmışdır. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, respublikamızda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində penitensiar xidmətin təkmilləşdirilməsinə, məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına və saxlanma şəraitinin beynəlxalq sta... | ANL |
Azərbaycanın və Türkiyənin daxili işlər orqanları arasında əlaqələr genişlənir. Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov yanvarın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Na... | ANL |
Bişkekdə "İlham Əliyev Azərbaycanın yeni milli lideridir" çoxcildliyinin birinci cildi rus dilində çap olunmuşdur. Bişkekdəki "Biyiktik" nəşriyyatı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə "İlham Əliyev Azərbaycanın yeni milli lideridir" ("İlğxam Aliev - novıy naüionalğnıy lider ... | ANL |
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Xarici siyasətdə Qərbə inteqrasiyanı əsas prioritetlərdən biri kimi müəyyənləşdirən Azərbaycan Avratlantik strukturlarla əlaqələrin genişləndirilməsi üçün son illər çox iş görüb. Respublikamızın Avropa Şurası, ATƏT, NATO kimi beynəlxalq təşkilatlarla əl... | ANL |
Azərbaycanda bütün sosial proqramlar uğurla icra edilir. Nazirlər Kabinetinin iclasında ötən ilin fəal sosial siyasət ili olduğu bir daha vurğulanmışdır. Ümummilli liderin elmi təməllərə söykənən inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sa... | ANL |
Azərbaycan dünyəvi və demokratik dövlətdir. Mübariz Qurbanlı: "İranın dini nümayəndələri yaxşı olardı bizə deyil, təcavüzkar Ermənistan rəhbərliyinə müraciət edəydi". Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlının APA-ya müsahibəsini təqdim edirik. - İranlı ayətullah Cəfər Sübhani Azərbaycan Pr... | ANL |
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək və onla... | ANL |
20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Sovet İttifaqının dağılmasından sonra biz çox ağır və çətin vəziyyətdə idik, həm ... | ANL |
Müdhiş gecənin ibrət dərsləri. Qətliama ilk etiraz xalqın xilaskarından gəldi. Sanki qəflətən aydın səmada göy guruldadı. Dünyanın bütün informasiya kanalları SSRİ rəhbərliyindən uzaqlaşdırılaraq ömrünün çox ağır və təhlükəli günlərini yaşayan xalqın böyük oğlu Heydər Əliyevin bəyanatını yaymağa başladı. Azərbaycanın i... | ANL |
1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda Heydər Əliyevin bəyanatı. Əziz həmvətənlərim, xanımlar və cənablar! Bildiyiniz kimi, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini ... | ANL |
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da İsveçrənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şabanın etimadnaməsini qəbul etmişdir. Səfir Sabine Ulmann Şaban fəxri... | ANL |
Prezident İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Toyli Komekovun etimadnaməsini qəbul etmişdir. Səfir Toyli Komekov fəxri qarovul d... | ANL |
Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə müsahibə. - Şeyx həzrətləri, 20 yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Hər ötən il məlum hadisəyə münasibəti konkretləşdirir, tarixi həqiqətləri daha çox üzə çıxarır. Həmin hadisələrin ... | ANL |
Bu fotoşəklə diqqətlə baxın. Bəlkə kimisə tanıdınız, kimisə xatırladınız. Bəlkə elə siz özünüzü onların arasında tapdınız. Fotonun müəllifi Fərman Bağırov onu belə adlandırıb: "Salyan kazarmasının qarşısında". Mənası çox böyükdür. Aradan illər ötsə də, o dövrkü ab-hava, qışın soyuğu, insanların əzmi, iradəsi, bir də o ... | ANL |
Nədənsə ölüm, fəlakət, təhlükə, bədbəxtlik həmişə gecə gəlir. Yəqin qaranlığa qoşulmaq, qaranlıqla görüşüb gəlmək daha asandır. Özündən sonra boşluq, xarabalıq, dağıntı, ölüm və bir də göz yaşları qoyub gedir. Sonralar özlərinin də etiraf etdiyi kimi, "Qafqazın hərbi istilası onun mədəni istilasını qabaqlamışdı", yəni ... | ANL |
Heç nəyi düşünmədən, heç nəyin fərqinə varmadan pərvanələr şamın işığına qanad çalan kimi ölümə sarı uçurduq. Heç nədən çəkinmədən, heç nəyin fərqinə varmadanE Gah Azadlıq meydanına üz tuturduq, gah da Vəzirovun lövbər saldığı binanın həndəvərində hayqıranlara qulaq asırdıq, gah da bizi şəhərin çıxışlarına istiqamətlən... | ANL |
20 Yanvar kimi böyük faciələrdən danışanda bu tarix insana çox görünmür. Bircə fərq var: ondakı göz yaşlarını, iztirabı indi sakit bir qürur, qəhrəmanlıq hissləri və duyğuları əvəz edib... Şəhidlər xiyabanı indi başqa bir dövrü yaşayır. O, açıq səma altında möhtəşəm bir muzeyi xatırladır. Bu muzey-xiyabana baş çəkmək ü... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri Latviya KİV-lərinin diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri Latviya KİV-lərinin diqqət mərkəzində olmuşdur. Bu səfərlə bağlı məlumatlar mətbuatın, elektron KİV-lərin və internet-portalların informasiya buraxılışlarında... | ANL |
Azərbaycan ilə Türkiyənin siyasi və hərbi əlaqələri ən yüksək səviyyədədir. Yanvarın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özel ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Türkiyə... | ANL |
Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri geniş müzakirə olunmuşdur. Yanvarın 19-da xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdən sonra nazirlər müzakirə olunan məsələlərlə bağlı jurnal... | ANL |
Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Qanlı 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət etmişdir. AzərTAc xəbər verir ki, yanvarın 19-da Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov və nazirliyin şəxsi heyəti Qanlı 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə ... | ANL |
Ədliyyə orqanlarında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anma mərasimləri keçirilmişdir. Ədliyyə Nazirliyində və onun bütün struktur qurumlarında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı geniş tədbirlər keçirilərək şəhidlərimiz ehtiramla anılmış, xalqımızın müstəqillik yolunda keçdiyi kəşməkəşli tarixə n... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.