text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Yekaterinburqda Yanvar şəhidlərinin nurlu xatirəsi anılmışdır. Yekaterinburqda 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş matəm mərasimi keçirilmişdir. Tədbiri Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu təşkil etmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimi açan ölkəmizin Yekater...
ANL
Azərbaycanın insan hüquqları üzrə müvəkkili 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar bəyanat yaymışdır. Bəyanat BMT-nin Baş katibinə, insan hüquqları üzrə ali komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Uni...
ANL
Arxadan açılan atəş. Çar Rusiyası Qafqaz xalqlarını həmişə təsir və təzyiq altında saxlamaqla bu zəngin diyarın yeraltı və yerüstü sərvətlərinə sahiblik etməyə çalışıb. Bu məqsədlə də çar ordusu 1804-cü il yanvarın əvvəllərində ölkəmizin qərbində minlərlə insanı qırdı, o cümlədən Gəncə xanı Cavad xanı qətlə yetirdi, Cə...
ANL
Ürəklərə köçən ünvan. Onlar ayrı-ayrı ailələrdə, şəhərlərdə, kəndlərdə dünyaya göz açdılar, böyüyüb boya-başa çatdılar. Başa çatdılar, ona görə ki, qısa ömürləri ilə şəhidlik zirvəsinə yetişdilər, əbədiyyətə qovuşdular. Vətənin üstünə tanklar hücum çəkəndə ölümün gözünə dik baxaraq sinələrini yurda atılan güllələrə sip...
ANL
Tarixi yaşadan şəkillər. Azərbaycan İstiqlal Muzeyinin ekspoziyasında 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. "Tarixə çevrilmiş şəkillər" adlı sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan və Qanlı Yanvar gecəsinin dəhşətlərini özündə əks etdirən 50 ədəd fotoşəkil, həmçinin 20 Yan...
ANL
Bir mənzilə atılan güllələr. O müdhiş 20 Yanvar gecəsində, elə növbəti günlərdə də azğınlaşmış qoşunlar binaları atəşə tuturdu. Güllələr pəncərələri sındırıb mənzillərə daxil olurdu. Bu güllələr insanlara maddi ziyan vurur, bir çox hallarda isə onları şikəst edir, ömürləri yarımçıq qırırdı. Bəli, Bakının küçələrinə yer...
ANL
Dövlət Dəniz Administrasiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anıldı. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir. Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Dövlət Dəniz Administ...
ANL
Əbu-Dabi bəyannaməsi 51 dövlətin parlamentini Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət kimi tanımağa çağırır. İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstə...
ANL
Sarıqamış məğlubiyyəti Anadolunun şərqində Ermənistan dövlətinin yaradılması ilə nəticələndi. Tarixin ən genişmiqyaslı silahlı münaqişələrindən sayılan Birinci dünya müharibəsinin başlanmasına 1914-cü il iyunun 28-də Avstriya-Macarıstan imperiyası taxt-tacının vəliəhdi Frans Ferdinandın serbiyalı terrorçu P.Qavrilio tə...
ANL
Avstriyada Beynəlxalq İqtisadçılar İttifaqının yubiley yığıncağı keçirilmişdir. Beynəlxalq İqtisadçılar İttifaqının (Bİİ) vitse-prezidenti, akademik Ziyad Səmədzadə Bİİ üzvlərinin Avstriya paytaxtında keçirilmiş XX yubiley yığıncağında iştirak etmişdir. "Dövlət paytaxtlarının iqtisadiyyatının problemləri" mövzusuna həs...
ANL
Azərbaycanın Fransadakı səfiri erməni lobbisinin nümayəndəsinə layiqli cavab vermişdir. Fransada erməni lobbisinin nümayəndəsi, Parisdə fransız dilində gündəlik nəşr olunan "Ermənistan xəbərləri" ("Les Nouvelles d''Armenie") qəzetinin direktoru Ara Toranyan ölkənin nüfuzlu "Le Monde" qəzetinin dekabrın 28-də dərc ediyi...
ANL
“Azərbaycan”a cavab verirlər. Orta məktəblərdə musiqi dərslərinin tədrisindəki qüsurlarla bağlı "Azərbaycan" qəzetinin 11 dekabr 2010-cu il tarixli nömrəsində dərc edilmiş "Orta məktəblərdə musiqi fənninin tədrisi qaneedici deyil" sərlövhəli yazıya Təhsil Nazirliyindən mütəxəssislərin münasibət bildirmələrini xahiş etm...
ANL
Qanlı Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti. Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad etmişdir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Düz 2...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının ölkəmizdəki səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Jottardı diplomatik fəaliyy...
ANL
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlumatı. Cari il yanvarın 13-də Azərbaycan Respublikasında səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə birgə mətbuat konfransında çıxışında digər məsələlərlə bərabər Ermənistan-Azərbaycan, Da...
ANL
Prezident İlham Əliyev Lökbatan qəsəbəsində Heydər Parkı, Heydər Əliyev Mərkəzi və "Cırtdan" uşaq əyləncə parkının açılışlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Bakının Lökbatan qəsəbəsində Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və "Cırtdan" uşaq əyləncə parkının a...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində gəmi təmiri zavodunun ərazisində həyata ...
ANL
Ulyanovsk vilayətinin qubernatoru Heydər Əliyev Fondunun rəhbərliyinə əməkdaşlığa görə təşəkkür edir. Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov AzərTAc-ın müxbirinə eksklüziv müsahibəsində demişdir: "Azərbaycanla bizim çox səmimi münasibətlərimiz vardır. Biz xalqınızın ümummilli lideri Heydər Əliyevi yaxşı xatır...
ANL
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin...
ANL
“Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan...
ANL
Nazirlər Kabineti bir neçə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir neçə qərar qəbul etmişdir. Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu...
ANL
BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Diplomatik Akademiyada çıxış etmişdir. Yanvarın 21-də BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Fikrət Akçura Diplomatik Akademiyada "İnsan kapitalının inkişafı və BMT-nin İnkişaf Proqramının Azərbaycanda gördüyü və görməkdə olduğu işlər" mövzusunda məruzə ilə ç...
ANL
Azərbaycan ilə Belçika arasında münasibətlər genişlənir. Yanvarın 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Belçika Krallığının səfiri Filip Jottard ilə görüşmüşdür. Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə F.Jottard Belç...
ANL
İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir. Azərbaycanın İstanbuldakı baş konsulluğu Qanlı Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirmişdir. Baş konsul Həsən Zeynalov xalqımızın başına gətirilən müsibətlərdən bəhs etmiş, 20 Yanvar qətliamının faciə olmaqla yanaşı, xalqımızın tarixind...
ANL
Türkiyənin "Hürriyyət" qəzeti 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc etmişdir. Nüfuzlu "Hürriyyət" qəzetinin ingiliscə nəşr olunan sayında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanovun "Sovetlərin son zülmü: 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qətliam" başlıqlı məqaləsi dərc edilm...
ANL
Tehran Universitetində "Bakıda Qara Yanvar" mövzusunda elmi seminar keçirilmişdir. Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi və Qafqaz Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Tehran Universitetində "Bakıda Qara Yanvar" mövzusunda elmi seminar keçirilmişdir. Seminarda Türkiyə, Yaponiya, Ukrayna, Çexiy...
ANL
20 Yanvar faciəsi ABŞ paytaxtında və ştatlarında da anılmışdır. ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları, ölkəmizin dostları yanvarın 20-də Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinə toplaşaraq Qara Yanvar hadisələrini anmışlar. Mərasimdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev vurğulamışdır...
ANL
Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Azərbaycanın Moskvadakı səfirliyində ehtiramla yad edilmişdir. Azərbaycanın Moskvadakı səfirliyində Qanlı Yanvar faciəsinin 21-ci ildönümünə həsr edilmiş matəm mərasimi keçirilmişdir. Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirlikdəki barel...
ANL
Azərbaycanın dövlət bayraqları matəm əlaməti olaraq endirilmişdir. Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də kənd və qəsəbələrində dövlət bayraqları matəm əlaməti olaraq endirilmişdir. Sovet qoşunlarının törətdiyi qanlı qırğından 21 il keçməsinə baxm...
ANL
20 Yanvardan keçən yol ölümsüzlüyə, əyilməzliyə, azadlıq və müstəqilliyə aparırdı... Bu yolun yolçuları təkcə o gecə - qanlı, Qara Yanvarda ölümün və imperiya cəlladlarının gözlərinə dik baxanlar deyil, bütövlükdə xalqımız idi... O gecə şəhidlik zirvəsinə bir yol açıldı. Kimimiz o gecə, kimimiz isə sonralar Qarabağda, ...
ANL
Bu da azğınlığın, vəhşiliyin bir nümunəsi... 21 il əvvəl Bakının küçələrinə yeridilmiş zirehli texnika ilə törədilən amansızlığı, qeyri-insani hərəkətləri başqa nə adlandırmaq olar? Xıncım-xıncım edilmiş avtomobillər, əzilmiş avtobuslar, "şikəst" qalmış yük maşınları şəhərdə bir deyildi, beş deyildi. Bu tükürpədən mənz...
ANL
Erməniliyin növbəti absurd teatrı tamaşası və tarixi həqiqətlər. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevin erməni liderlərinin beynəlxalq ictimaiyyəti uydurma və yalanlarla çaşdıraraq tarixi saxtalaşdırmaq cəhdlərini yeni elmi dəlillərlə ifşa edən ...
ANL
Berlində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Azərbaycanın Almaniyadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, yanvarın 19-da Almaniya Federal Hökumətinin mətbuat və informasiya zalında Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr o...
ANL
Söz vaxtına çəkər. 21 il əvvəl 19 yanvar axşamında - topa-tüfəngə rəvac verildiyi andan üç-dörd saat əvvəl Bakının Salyan kazarması adlanan yerində toplaşmış izdihamı yararaq əlində fotoaparat bir nəfər irəliyə doğru addımlayırdı. Birdən fotoaparatına bir əl toxunduğunu gördü və bunun ardınca izdihamdan bir səs gəldi: ...
ANL
Yaxşı əməllər, işıqlı düşüncələr sahibi. Dünya şöhrətli müğənni, SSRİ xalq artisti Rəşid Behbudov Azərbaycan teleməkanının parlaq simalarından biri kimi tanınan Elşad müəllim haqqında yazırdı: "Azərbaycan televiziyasının ən nadir tapıntısı Elşad Quliyevdir. Bu adam necə yetişib, hardan gəlib mən indiyə qədər anlaya bil...
ANL
Peşə təhsilinə qayğı dövlətin daim diqqət mərkəzindədir. Həyatın elə bir sahəsi yoxdur ki, oradan müxtəlif peşələrə yiyələnmiş insanların səsləri eşidilməsin, fədakar zəhməti hiss olunmasın. Peşə hər bir fərdin çörək ağacı, hər bir ailənin güzəran payı, bütünlükdə cəmiyyətin yaşam pasportu, ölkənin iqtisadi potensialın...
ANL
Bölgə muzeyləri eksponatlarla zənginləşir. Paytaxt Bakıda qədim sənət nümunələrini qoruyub saxlayan muzeylərlə yanaşı, bölgələrdə də bu müəssisələr yenidən qurulur, ekspozisiyalarla zənginləşdirilir. Muzeylərdəki eksponatların bərpası da diqqət mərkəzindədir. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin...
ANL
Nursultan Nazarbayev Qazaxıstanın suverenliyinin və müstəqilliyinin rəmzidir. Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində respublika ictimaiyyətinin yığıncağında təşəbbüs qrupu Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin səlahiyyət müddətinin 2020-ci il dekabrın 6-dək uzadılması məsələsinə dair ümumxalq referendu...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir. Dövlətimizin başçısı Rusiya Prezidenti Administr...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Türkiyə Respublikasının enerji və təbii ehtiyatlar naziri, birgə hökumətlərarası Komissiyanın həmsədri Taner...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev "bp-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşiri qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də "bp-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşiri qəbul etmişdir. Görüşdə bp şirkətinin Azərbaycanda fəaliyyəti, "Şahdəniz-2" yatağında işlərin u...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyada "İlin adamı" elan edilmişdir. Buxarestdə Cənub-Şərqi Avropanın, eləcə də Rumıniyanın nüfuzlu "Balcanii şi Europa" ("Balkanlar və Avropa") jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 2010-cu ildə "İlin adamı" elan etmişdir. Siyasi, iqtisadi, sosial, mədəni sa...
ANL
Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yeni binası açılmışdır. Yanvarın 22-də Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) yeni beşmərtəbəli binasının açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Prezidenti Ad...
ANL
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin arasında görüş keçirilmişdir. Yanvarın 22-də Prezident Sarayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Federasiyası Prezidenti Administras...
ANL
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin yanvarın 22-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsi ...
ANL
Rusiya Prezidenti Administrasiyasının rəhbəri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin yanvarın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Hey...
ANL
"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqavilənin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qar...
ANL
"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yük...
ANL
Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 2010-cu il sentyabrın 16-da İstanbul şəhərində imzalanmış Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının Bəyannam...
ANL
"Yol nişanları və siqnalları haqqında" Konvensiyanın təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Yol nişanları və siqnalları haqqında" 1968-ci il noyabrın 8-də Vyana şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bə...
ANL
"Yol nişanları və siqnalları haqqında" 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Yol nişanları və siqnalları haqqında" 1968-ci il Konvensiyasını tamamlayan, 1971-ci il mayın 1-də Cenevrə şəhərin...
ANL
"Yol nişanları və siqnalları haqqında" 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin "Yolların nişanlanması barədə" protokolunun təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Yol nişanları və siqnalları haqqında" 1968-ci il Konvensiyasını tam...
ANL
"Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında" Müqavilənin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında" 2010-cu il sentyabrın 3-də Bakı...
ANL
"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Res...
ANL
Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya prezidentlərinin və Macarıstanın Baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 2010-cu il sentyabrın 14-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası, Gürcüstan, Rum...
ANL
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
ANL
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və də...
ANL
Azərbaycan Respublikasının Şabran rayonunun Təzəkənd kəndinin Dəvəçi kəndi adlandırılması haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikasının Şabran rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Dəvəçi kəndi, Təzəkənd...
ANL
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 30 dekabr tarixli 42-IVQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan ...
ANL
"Azərbaycan Respublikasının Şabran rayonunun Təzəkənd kəndinin Dəvəçi kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasının Şabran rayonunun Təzəkənd kəndinin Dəvəçi kəndi adlandırılması haqqında" Azərbaycan ...
ANL
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və də...
ANL
2010-cu il noyabrın 25-də Madrid şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İspaniya Krallığının Ali İdman Şurası arasında idman sahəsində əməkdaşlığa dair. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il noyabrın 25-də Madrid şəhərində imzalanmış "Azərbaycan Respublikası...
ANL
2010-cu il dekabrın 16-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş"in təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il dekabrın 16-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respub...
ANL
“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 146 nömrəli Fərmanına əlavə edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə əlavə edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. ədliyyə sisteminin inkişafı sahəsində göstərdikləri səmərəli əməkdaşlığa və ve...
ANL
“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Azərbaycan Respublikasının beynəlxalq m...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi. Bu Qaydalar "Azərbaycan Respu...
ANL
Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının VI iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, yanvarın 22-də Bakıda Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının VI iclası keçirilmişdir. Azərbaycan Baş nazirinin müavini Abid Şərifov komissiyanın işini yüksək qiymətləndirərək əldə olunmuş uğurlardan...
ANL
Vaşinqtonun meri Qara Yanvar haqqında bəyannamə imzalamışdır. Səlahiyyətlərinə yeni başlayan ABŞ paytaxtının meri Vinsent Qrey 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilmiş qırğında şəhid olanların xatirəsini anmaq məqsədi ilə bəyannamə imzalamışdır. Sənəddə bildirilir ki, bu il yanvarın 20-də bütün Amerika azərbay...
ANL
Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir. Səməd Seyidov "İran parlamentinin bəzi deputatları ölkəmizdə olan dəyərlərin qorunması barədə fikirlər səsləndirərkən, heç də bir milyon qaçqın və məcburi köçkünün, onların erməni vəhşilikləri ilə üzləşməsi, soyqırıma məruz qalması, işğal altında olan ərazi...
ANL
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın böyük tarixi nailiyyətidir. 1991-ci ildə Sovetlər İttifaqına daxil olan bir neçə respublikada, o cümlədən Azərbaycanda müstəqilliyə qovuşmaq uğrunda mübarizə qarşısıalınmaz həddə çatdı. Həmin il avqust ayının 30-da keçirilən Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında ...
ANL
Milli iqtisadi inkişaf modelinin nəzəri-metodoloji tədqiqi. İqtisadi tərəqqidən iqtisadi modernləşməyə doğru. İntibah yolunda olan hər bir xalq çağdaş dünya reallıqlarına nəzərən gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün, ilk növbədə, konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrind...
ANL
Azərbaycan cinayətkarlıqla mübarizədə MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlamışdır. Yanvarın 22-də Daxili İşlər Nazirliyində (DİN) 2010-cu il üzrə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunm...
ANL
İnsana qayğı onun iqtisadi fəallığını artırır. Ötən bir il ərzində sosial-iqtisadi inkişaf dinamik davam etmiş, Azərbaycan region ölkələri arasında iqtisadi tərəqqinin həcminə və sürətinə görə liderliyi inamla qoruyub saxlamışdır. Bu yüksəlişdə Ağcabədi rayonunun da özünəməxsus payı vardır. Ölkənin böyük iqtisadi poten...
ANL
Azərbaycanın qüdrətlənməsi dünya miqyasında təsdiqlənir. Beynəlxalq ekspertlər bütün resurslar baxımından ölkəmizin işğalçı Ermənistandan böyük üstünlüklərə malik olduğunu açıq bəyan edirlər. Dünyanın ən sürətli inkişaf dinamikasına malik ölkələri sırasında yer alan Azərbaycan ordu quruculuğu prosesində də möhtəşəm nai...
ANL
Ermənilərin Qafqaza gəlişi çar Rusiyasının bəd əməllərindən biridir. Onların Qafqaz xalqı olmamasını Qərb və rus tarixçiləri, bütün dünya dövlətləri də yaxşı bilirlər. "Qafqaz erməniləri" məsələsinə gəldikdə, bunu məhz Rusiyada və Qərbdə uydurmuşlar. Məqsəd Qafqaz və bütün Şərq müsəlmanlarına qarşı mübarizədə həmin uyd...
ANL
Prezident İlham Əliyev Bakıda bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışlarında iştirak etmişdir. Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yeni inşa olunmuş bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışlarında iştirak etmişdir. Prezident İlham Əliyev əvvəlcə paytaxtın ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nüma...
ANL
"Bakıelektrikşəbəkə" ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş 6 yarımstansiyanın açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Yanvarın 24-də "Bakıelektrikşəbəkə" ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş 6 yarımstansiyanın açılışı olmuşdur. Azərbaycan Prezidenti ...
ANL
Müəllif birinci xanımlar təsisatının tarixini qısaca nəzərdən keçirərək qeyd edir ki, dünya siyasətinə bu anlayış ABŞ-dan gəlmişdir. Oleq Kusovun fikrincə, "Qafqazın müsəlman Şərqi" sayılan Azərbaycanın Prezidentinin xanımının ən fəal və ən müasir birinci xanım olması faktı Cənubi Qafqazın özünəməxsus fenomenidir. Müəl...
ANL
2011-ci il yanvarın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2011-ci il yanvarın 12-də Bakı şəhərində imzalanmış...
ANL
E.R.Vəliyevə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda maşınqayırma sənayesinin inkişafındakı xidmətlərinə görə Eldar Rüstəm oğlu Vəliyevə "Əməkdar mühəndis" fəxri adı verilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
R.N.Nəbiyevin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Rəşad Nəbi oğlu Nəbiyev "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə. Hörmətli Dmitri Anatolyeviç! "Domodedovo" aeroportunda törədilmiş terror aktı nəticəsində çoxlu insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır. Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik. Azərbaycan xalqı adından və...
ANL
Gəncədə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabına həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir. Gəncə Dövlət Universitetində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabına həsr edilmiş elmi-praktiki konfrans keç...
ANL
Qanunun aliliyinə xidmət edən islahatlar. 2010-cu ildə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi tədbirləri uğurla davam etdirildi. Tarixə çevrilmiş 2010-cu il iqtisadi sahədə keçid dövrünü geridə qoyaraq inkişafının keyfiyyətcə yeni mərhələsinə adlamış müstəqil Azərbaycan üçün təkcə mühüm sosial-iqtisadi göstəricilə...
ANL
ABŞ-ın aparıcı xəbər portalı "The Huffington Post": "Ermənistan özünütəcrid siyasəti yürüdür". Amerika Birləşmiş Ştatlarının ən populyar xəbər saytı "The Huffington Post"da yayımlanan "Soyuq başlar üstün gəlməyəndə" sərlövhəli məqalədə bildirilir ki, Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistan özünütəcrid siyasəti...
ANL
Korrupsiyaya qarşı beynəlxalq mübarizə gücləndirilir. Korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə təşviqi məqsədi ilə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası yaradılaraq artıq beşinci ildir ki, uğurlu fəaliyyət göstərir. Azərbaycan Respublikası bu sosial bəla ilə mübarizəyə mühüm əhəmiyyət verərək assosia...
ANL
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlamışdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri yeni tərkibdə qurumun qış sessiya...
ANL
Azərbaycan Avropa Şurasına üzv olduğu 10 il müddətində önəmli irəliləyiş və nailiyyətlər əldə etmişdir. Azərbaycan Avropa Şurasına üzv olduğu 10 il müddətində demokratiyanın, təşkilatın təməl prinsiplərinin təşviqi və möhkəmlənməsində önəmli irəliləyiş və nailiyyətlər əldə etmişdir. Bunu Strasburqda Avropa Şurası Parla...
ANL
Azərbaycanda keçirilmiş parlament seçkiləri Avropa standartlarına tamamilə cavab vermişdir. Azərbaycanda keçirilmiş parlament seçkiləri Avropa standartlarına tamamilə cavab vermişdir. Bu fikir Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iş günündə ölkəmizdə keçirilmiş parlament seçkiləri ilə bağlı məru...
ANL
Taner Yıldız: "Azərbaycanda həm neft, həm də təbii qaz mənbələri getdikcə daha da çoxalır". Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının VI iclasında bildirmişdir ki, komissiyanın əsas hədəfi təkcə enerji sahəsində deyil, nəqliyyat, turizm, təhsil, səh...
ANL
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti konstitusiya məhkəmələrinin Braziliyada keçirilən II Dünya Konqresində iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sədr Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Braziliya...
ANL
Google.com saytında yerləşdirilmiş dünya xəritəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində bəzi yaşayış məntəqələrinin adları həm də erməni dilində göstərilmişdir. AzərTAc bu məsələyə qəti etirazını bildirir və Google.com-dan səhvin dərhal düzəldilməsini tələb edir. Google.com saytında yerləşdirilmiş dün...
ANL
Avropa Şurası ilə əməkdaşlıq daha da möhkəmlənir. 10 il bundan əvvəl, 2001-ci il yanvarın 25-də xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq Strasburqda, Avropa Şurasının binası önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması Azərbaycanın Avropa...
ANL
"Azərbaycan-İran: dostluq, qardaşlıq və həmkarlığın yeni mərhələsi" adlı kitab nəşr edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İran İslam Respublikası üzrə nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycan-İran: dostluq, qardaşlıq və həmkarlığın yeni mərhələsi" adlı kitab nəşr edilmişdir. Oxuculara Azərba...
ANL
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin "Azərbaycan vahid və bölünməz Avropada" adlı nəşri işıq üzü görmüşdür. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin "Azərbaycan vahid və bölünməz Avropada" adlı yeni nəşri Azərbaycan və ingilis dillərində işıq üzü görmüşdür. Kitab Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəb...
ANL
Türkiyə-Azərbaycan Dərnəyinin I Konqresi keçirilmişdir. Ankarada Türkiyə-Azərbaycan Dərnəyinin (TAD) I Konqresi keçirilmişdir. Konqres iştirakçıları Türkiyə və Azərbaycanın şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan Azərbaycan Respublikasının Diasporla İş ...
ANL
Norveçdə yayımlanan "Azərbaycanın səsi" radiosunda ölkəmizlə bağlı veriliş səslənmişdir. Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildirmişlər ki, Norveçdə yayımlanan "Azərbaycanın səsi" radiosunun hər həftənin bazar günləri efirə çıxan növbəti verilişi 20 Yanvar f...
ANL
Azərbaycan və Misirin həmkarlar ittifaqı təşkilatları arasında sıx əlaqələr mövcuddur. Yanvarın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) El Sayad All Hamzanın başçılıq etdiyi Misir Elm və Təhsil Araşdırmaları Ümumhəmkarlar İttifaqının (METAÜİ) nümayəndə heyəti ilə görüş keçirilmişdir. AHİK sədri...
ANL