text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Diplomatik Akademiyası bakalavr təhsili sisteminə başlamışdır. Azərbaycan Diplomatik Akademiyası (ADA) bakalavr təhsili sisteminə başlamışdır. Bu məqsədlə gələcəyin diplomatları olmaq istəyən abituriyentlər arasında maarifləndirmə işlərinə başlayan Akademiyanın əməkdaşları Bakının məktəblərində də görüşlər k...
ANL
İnsanlığa qarşı cinayət. 1990-cı ilin qışı idi. Qoca Şərqin astanasında yerləşən qədim Odlar yurdu - Azərbaycanda insanlar layiq olduqları haqq və hüquqlarına sahib çıxmaq üçün növbəti dəfə mücadiləyə qalxmışdılar. Əsrlərdən bəri qazandığı təcrübə bu xalqa öyrətmişdi ki, azadlıq yalnız qanla qazanılır. Bir yandan ermən...
ANL
Qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısına görə Azərbaycan nümunəvi ölkə hesab olunur. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu qəbildən olan insanlarda tezliklə öz doğma yurdlarına qayıdacaqlarına qəti əminlik yaranıb. Hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində i...
ANL
Hindistan Respublikasının Prezidenti zati-aliləri xanım Pratibha Devisinqh Patilə. Hörmətli xanım Prezident! Hindistan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasi...
ANL
Avstraliya İttifaqının General-Qubernatoru zati-aliləri xanım Kventin Braysa. Hörmətli xanım General-Qubernator! Ölkənizin milli bayramı - Avstraliya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Avstraliya arasında yaranmış dostluq münasibət...
ANL
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı ə...
ANL
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə, vəzifələrini ləyaqətlə yerinə yetirdiklərinə və gömrük orqanlarında səmərəli fəaliyyət göstərdik...
ANL
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problem...
ANL
Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlıq uğurlu bəhrələrini verir. Akademik Ramiz MEHDİYEV: "İki ölkənin dövlətlərarası münasibətləri çox dinamik inkişaf edir". Azərbaycanın xarici siyasət kursunda yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya ilə münasibətlər zəminində əldə edilmiş nə...
ANL
Latviya azərbaycanlı sahibkarlar üçün çox əhəmiyyətli bir ölkədir. Bu yaxınlarda Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibindəki iş adamları arasında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti, "Aqrarkredit" Qeyri-Bank Kredit Təş...
ANL
Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü olmuşdur. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin "Qəbullar evi"ndə Azərbaycan, Rusiya və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü olmuşdur. Rusiya tərəfinin təşəbbüsü ilə tə...
ANL
Türkiyənin "Todays Zaman" qəzeti "Dağlıq Qarabağ: həmişəkindən daha təhlükəli" sərlövhəli məqalə dərc etmişdir. Türkiyənin ingilisdilli "Todays Zaman" qəzetində jurnalist Amanda Paulun "Dağlıq Qarabağ: həmişəkindən daha təhlükəli" sərlövhəli məqaləsi dərc olunmuşdur. Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat v...
ANL
Dövlətin iqtisadi siyasəti əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Bu fikri dövlət başçısı Nazirlər Kabinetinin son iclasındakı nitqində bir daha səsləndirmişdir. Dövlət Statistika Komitəsi 2010-cu ildə Azərbaycanın iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən hesabatını açıqla...
ANL
Nəcib missiyalar ünvanı. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasında, qədim və zəngin mədəniyyətə, s...
ANL
Azərbaycanın AŞ PA-dakı 10 ili haqqında yeni sənəd hazırlanmışdır. Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarından olan Avropa Şurasında həqiqi üzv kimi fəaliyyətinin 10 ili tamam olur. Bu münasibətlə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov yeni sənəd hazırlamışdır. "Azərbaycanın Avropa Şurası...
ANL
Azərbaycanlı deputatlar Avropa Şurasının baş katibinə suallar ünvanlamışlar. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının birinci iş gününün ikinci yarısında Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs etmiş və depu...
ANL
Avropa Şurası "siyasi məhbus" məfhumunun meyarlarını müəyyənləşdirə bilməmişdir. Qış sessiyası çərçivəsində Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsi ilk toplantısını keçirmiş və bu qurumda çoxdan ciddi mübahisələr doğuran "siyasi məhbus" məsələsi ətrafında geniş müzakirələr getmişd...
ANL
Azərbaycan Avropa Şurası ilə əməkdaşlıqda maraqlıdır. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yanvarın 24-də fasilədən sonra Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı polşalı deputat Tadeuş İvinskinin hazırladığı məruzə ətrafında müzakirələri davam etdirmişdir. Bu məsələ ilə bağlı Rusiyadan, Böyük Brit...
ANL
Abdullah Gül: Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınır. Bu fikri yanvarın 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Türkiyə Prezidenti Abdullah Gül fransalı deputata verdiyi cavabda səsləndirmişdir. A.Gül fransalı...
ANL
İKT Parlament İttifaqının II fövqəladə konfransı keçirilmişdir. Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları, İslam Konfransı Təşkilatı Parlament İttifaqında (İKT Pİ) Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və Sabir Rüstəmxanlı yanvarın 16-dan 19-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərin...
ANL
Milli Məclisdə yeni seçilmiş deputatlar üçün "Xoş gəldiniz" proqramı çərçivəsində tədbir keçirilmişdir. Yanvarın 25-də Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinə yeni seçilmiş deputatlar üçün "Xoş gəldiniz" proqramı çərçivəsində tədbir keçirilmişdir. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgəro...
ANL
Akademik Ziyad Səmədzadə Fransisk Skorina medalı ilə təltif edilmişdir. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə Belarus Respublikasının Fransisk Skorina medalı ilə təltif edilmişdir. Medal Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində, Azərbaycan-Belarus Dostluq Cəmiyyətini...
ANL
Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında ötən ilin yekunları və qarşıda duran vəzifələr barədə danışıldı. Vergilər Nazirliyində ötən ilin yekunları və 2011-ci ildə görüləcək işlərə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Qeyd olunmuşdur ki, 2010-cu ildə vergi sistemində həyata keçirilən islahatlar da...
ANL
ANAMA-nın əməkdaşları isə ilk və son səhvə yol vermədən insanları xilas etmək qətiyyətindədirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan keçən ağrılı-acılı dövrün, torpaqlarımızın 20 faizinin erməni hərbi birləşmələri tərəfindən işğalının doğurduğu arzuolunmaz fəsadların izləri bu gün də yaşamaqda...
ANL
Puşkin meydanında və Bakıda qərənfillərin aqibəti. Qara yanvardan qalan bir işıqlı xatirə. Vladimir Medvedev 1984-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun müddət "Komsomolskaya Pravda" qəzetinin BAM-da təmsilçisi olub, hazırda "Zemlyaki" jurnalının xüsusi müxbirid...
ANL
Turistin ən yaxşı bələdçisi - "Azərbaycan təbiəti". Bünövrəsi unudulmaz akademik Həsən Əliyev tərəfindən qoyulan və uzun illər xalq şairi Məmməd Arazın baş redaktorluğu ilə işıq üzü görən "Azərbaycan təbiəti" jurnalının yurdumuzun zəngin, əsrarəngiz təbiətinin təbliğində, qorunmasında əvəzsiz rolu olub. Jurnalın çapınd...
ANL
Qılınc düzəltməyin sirləri var. Qılınc düzəltmək nə qədər çətindirsə, bir o qədər də maraqlıdır. Hazırda nəinki Azərbaycanda, MDB-də, hətta Avropada da qılınc hazırlayan sənətkar, az qala, yox dərəcəsindədir. Azərbaycanda bu qədim sənət növünü yaşadan və "Qılınc Məmməd" ləqəbi ilə tanınan Məmməd Məmmədovun bildirdiyinə...
ANL
"Qafqaz albanlarının dili və ədəbiyyatı"nda erməni saxtakarlığı ifşa edilib. Son illər Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunmuş nəşrlərin təkcə texniki keyfiyyətinə deyil, faktlarla zənginliyinə, ədəbi-bədii tərtibatına da diqqət artırılıb. Çoxsaylı nəşrlərin əhəmiyyətinə gəlincə, bu barədə hələ də çatışmazlıq...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 26-da İsveçrəyə işgüzar səfərə yola düşmüşdür. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir A...
ANL
Prezident İlham Əliyev İsveçrəyə işgüzar səfərə gəlmişdir. Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. Prezident İlham Əliyev Sürixdən Davos şəhərinə yola düşdü.
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin "SK Group" şirkətlər qrupunun sədri Çey Tae-von ilə görüşü. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Davosda "SK Group" şirkətlər qrupunun sədri Çey Tae-von ilə görüşmüşdür. Görüşdə "SK Group" şirkətlər qrupunun sədri Çey Tae-von rəhbərlik etdiyi qurumun hazırkı fəaliyyəti,...
ANL
Prezident İlham Əliyevin "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşü. Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşmüşdür. "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin "Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşü. Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşmüşdür. "Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Y...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin "TeliaSonera Eurasia" şirkətinin prezidenti Tero Kivisaari ilə görüşü. Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "TeliaSonera Eurasia" şirkətinin prezidenti Tero Kivisaari ilə görüşmüşdür. Görüşdə "TeliaSonera Eurasia" şirkəti ilə Azərbaycan arasında ...
ANL
Prezident İlham Əliyevin "Edison" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşü. Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Edison" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşmüşdür. Görüşdə "Edison" şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ara...
ANL
Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əlavə edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Qadın polis əməkdaşı hamiləliyə və doğuşa görə ödənişli, uşağın 3 yaşı tamam...
ANL
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 2.0.4-cü maddədə “qeydiyyat vəsiqəsi” sözlərindən sonra “, əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsi...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə əlavə edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 30 dekabr tarixli 40-IV...
ANL
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 30 dekabr tarixli 39-IVQD nömrəli qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunun...
ANL
Həyata keçirilən böyük infrastruktur layihələri muxtar respublikanın iqtisadi potensialını gücləndirir. Naxçıvan MR dördüncü çağırış Ali Məclisinin ikinci sessiyasından qeydlər. Naxçıvan Muxtar Respublikası dördüncü çağırış Ali Məclisinin ikinci sessiyasında iclasın gündəliyi və iş qaydası təsdiq olunduqdan sonra Ali M...
ANL
Əsl həqiqət müqayisədə üzə çıxır! Və elə bu həqiqət işığında da tarixin hər bir səhifəsinə, keçmişin və bugünün gerçəkliklərinə doğru-dürüst, obyektiv qiymət vermək imkanı yaranır! Çətin və kəşməkəşli, fəqət, şərəfli müstəqillik tariximizin ötən 20 ilinə nəzər salarkən belə bir qənaətə gəlirik ki, böyük qürur və fəxarə...
ANL
Azərbaycanla Latviyanın dostluq əlaqələri möhkəmlənir. Müstəqilliyinin iyirminci ildönümündə Azərbaycanın ən böyük uğurlarından danışarkən onun get-gedə artmaqda olan beynəlxalq əlaqələrindən, diplomatik nailiyyətlərindən, iqtisadi münasibətlərindən söhbət açmamaq mümkün deyil. Vaxtilə Azərbaycanın dünya dövlətləri BMT...
ANL
Hindistanın milli bayramı şərəfinə. Yanvarın 26-da Hindistanın Azərbaycandakı səfirliyi öz ölkəsinin milli bayramı - Respublika gününün 61-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndikdən sonra çıxış edən Hindistanın Azərbaycandakı səfiri Debnat Şou ölkəsini...
ANL
Azərbaycanın müdafiə sənayesi naziri Çexiyada səfərdə olmuşdur. Azərbaycanın müdafiə sənayesi naziri (MSN) Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 20-dən 25-dək Çexiyada səfərdə olmuşdur. Çexiyanın Sənaye və Ticarət Nazirliyinin dəvəti ilə reallaşdırılan səfər çərçivəsində Y.Camalov bu ölkənin müdafi...
ANL
Avropa Şurasının ciddi islahatlara ehtiyacı vardır. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının növbəti yığıncağında qurumun islahatlar komissiyasının sədri fransalı deputat Jan-Klod Minonun "Avropa Şurasında islahat" məruzəsi geniş müzakirələrə səbəb olmuşdur. Məruzə ətrafında müzakirələrdə çıxış ...
ANL
AŞ PA-nın sədri Azərbaycan nümayəndə heyətini qəbul etmişdir. Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu ölkəmizdə keçirilmiş son parlament seçkilərindən sonra qurumda təmsil olunan Azərbaycan nümayəndə heyətini yeni tərkibdə qəbul etmişdir. Görüşdən sonra Azərbaycan nümayəndə...
ANL
AŞ PA-da azərbaycanlı deputatın məruzəsi ilə bağlı ilk dinləmələr keçirilmişdir. Avropa Şurasının üzv ölkəyə və həmin dövləti təmsil edən deputatlara etimadının ən bariz ifadəsi hər hansı bir problem üzrə Parlament Assambleyası tərəfindən məruzəçi təyin edilməsidir. Bu mənada Azərbaycan nümayəndə heyəti seçilənlər sıra...
ANL
Avropa Şurası dövlət terrorizmi xəttini tutmuş Ermənistanı cəzalandırmalıdır. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasındakı üçüncü iş günündə müzakirəyə çıxarılmış "Ekstradisiya və qovulma hallarında qaçqınlara və miqrantlara dəyən zərərin qarşısının alınması" mövzusunda məruzə ciddi maraq doğurmuşdur. Təs...
ANL
Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasının 10 illiyinə həsr edilmiş konsert verilmişdir. Yanvarın 25-də Strasburqun möhtəşəm konsert salonunda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunmuş konsert verilmişdir. Konsertdən əvvəl Azərbaycanın Avropa Şurası yanındakı daimi ...
ANL
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay AzərTAc-a "TÜRKSOY-un mətbuatda şərəf mükafatı"nı təqdim etmişdir. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay TÜRKSOY-un Ankarada yerləşən baş qərargahında keçirilmiş mərasimdə Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) "TÜRKSOY-un mətbuatda şərəf m...
ANL
Davos İqtisadi Forumu işini davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Mişelin Kalmi Reyin görüşü. Yanvarın 27-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi Reyin görüşü olmuşdur. İsveçrə Prezidenti xanım Mişel...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşü. İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşmüşdür. Görüşdə "LUKoil" ilə Azərbaycan ara...
ANL
Prezident İlham Əliyev Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə nahar mərasimində iştirak etmişdir. Yanvarın 27-də Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə nahar mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əli...
ANL
Prezident İlham Əliyevin TOTAL şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə görüşü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda TOTAL şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə görüşmüşdür. Görüşdə TOTAL-ın Azərbaycandakı fəaliyyəti, bu şirkətin "Şah...
ANL
Prezident İlham Əliyevin bp şirkətinin Direktorlar Şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq ilə görüşü. Yanvarın 27-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bp şirkətinin Direktorlar Şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq ilə görüşmüşdür. Görüşdə Azərba...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin "Microsoft" Korporasiyasının vitse-prezidenti və "Microsoft İnternational" şirkətinin prezidenti Jan-Filip Kurtua ilə görüşü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda "Microsoft" Korporasiyasının vitse-prezidenti və "Microsoft İnternational" şirkətin...
ANL
Prezident İlham Əliyevin Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Avstriya arasında i...
ANL
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının məlumatı. 2011-ci il yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçi...
ANL
İctimai təhlükəsizliyin və hüquq qaydasının etibarlı qorunması daxili işlər orqanları üçün ən mühüm vəzifədir. Müsahibimiz Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil USUBOVDUR. - Cənab nazir, bu günlərdə Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr edilən geniş kollegiya iclası keçir...
ANL
Nazirlər Kabineti 2012-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Prezidentinə vaxtında təqdim olunması barədə sərəncam qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Nazi...
ANL
Nazirlər Kabineti mövcud qərarlara bəzi əlavələr etmişdir. Yanvarın 25-də Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" və "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında...
ANL
"Narkomaniyaya yox deyək!" plakat və foto müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. plakat və foto müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. AzərTAc xəbər verir ki, müsabiqə Dövlət Gömrük Komitəsi (DGK), Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilmişdir....
ANL
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilmişdir. Yanvarın 26-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ötənilki fəaliyyətinin yekunlarına həsr edilmiş iclası keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Dövlət Komissiyas...
ANL
Rəsmi Bakı Dağlıq Qarabağ ətrafında vəziyyətdə irəliləyişə nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdır. Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasına çalışır. Bu, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aiddir. AzərTAc xəbər verir ki, Azərbaycanın xaric...
ANL
Keçmişi qaytarmağın uğursuz cəhdləri. Hicab mövzusu tarixən mübahisəli, müəyyən dövrlərdə isə hətta qalmaqallı məsələ olmuşdur. Hazırda islam ölkələrində ruhanilər, ilahiyyatçılar və fikir adamları arasında bu məsələyə radikal baxışlarla yanaşı, liberal yanaşmalar da mövcuddur. Ən əvvəl onu demək lazımdır ki, qadınları...
ANL
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollegiya iclası keçirilmişdir. Yanvarın 27-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə geniş kollegiya iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, kollegiya iclası...
ANL
Avropa Şurasının demokratiya problemlərinə həsr etdiyi kitabda Azərbaycan deputatının mövqeyi əks olunmuşdur. Avropa Şurası Parlament Assambleyasının qış sessiyası günlərində bu qurumun yeni nəşr etdiyi "Avropada demokratiyanın vəziyyəti" kitabı deputatlara və ictimaiyyətə təqdim edilmişdir. Kitaba Avropa Şurasının dem...
ANL
Milli Məclisin deputatı AŞ PA-da azərbaycanlı qaçqınlardan bəhs etmişdir. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qış sessiyasının üçüncü günü Xorvatiyadan olan məruzəçi Miljenk Doriçin "Müharibə cinayətlərinin aradan qaldırılması sahəsində Avropa Şurasına üzv ölkələrin əməkdaşlığı" adlı hesabatı ətrafında keçən m...
ANL
Azərbaycanın Avropa Şurasına tam və bərabərhüquqlu üzv qəbul edilməsinin 10 illiyinə həsr edilmiş kitab nəşr olunmuşdur. AzərTAc xəbər verir ki, Azərbaycanın Avropa Şurasına tam və bərabərhüquqlu üzv qəbul edilməsinin 10 illiyinə həsr edilmiş "Azərbaycan 10 il Avropa Şurasında" adlı kitab nəşr olunmuşdur. Milli Məclisi...
ANL
Azərbaycanın Avropa Şurasına üzvlüyə qəbul olunmasının 10 illiyi münasibətilə ziyafət verilmişdir. Yanvarın 26-da Azərbaycanın Avropa Şurasına (AŞ) tamhüquqlu üzvlüyə qəbul edilməsinin 10 illiyi münasibətilə qurumun mənzil-iqamətgahında ziyafət verilmişdir. Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi səfir A...
ANL
Azərbaycanın Çindəki səfiri "Beynəlxalq Dostluq Səfiri" fəxri adı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, yanvarın 23-də Pekin şəhərində 14-cü Çin Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilmişdir. Tədbirdə dünyanın...
ANL
Vaşinqtonda "Bölünmüş rənglər: Odlar Yurdundan abstrakt mənzərələr" adlı sərgi açılmışdır. ABŞ paytaxtının mərkəzi "Edison Place Gallery" salonunda ABŞ-da yaşayan Azərbaycan mənşəli rəssam Əbülfəz Bahadurinin əsərlərindən ibarət sərgi açılmışdır. "Bölünmüş rənglər: Odlar Yurdundan abstrakt mənzərələr" adlı sərgi ABŞ-ın...
ANL
Fərdi məlumatların informasiya sisteminin yaradılması qanunla tənzimlənir. 28 yanvar Məlumatların Mühafizəsi Günüdür. Bu il dünya ölkələri Avropa Şurası tərəfindən 28 yanvar 1981-ci ildə Strasburq şəhərində qəbul edilmiş "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" ...
ANL
Davos İqtisadi Forumu işini davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Bronislav Komorovskinin görüşü. İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin yanvarın 28-də Davosda görüşü olmuşdur. Bu g...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşü. İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtis...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü. Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olmuşdur. Azərbaycan Prezidenti İlham ƏLİYEV Ukrayna Prezidentinə müraciətlə dedi: - Hörmətli Viktor Fyodoroviç, Sizi yenidən ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman ilə görüşü. Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi. Qey...
ANL
Prezident İlham Əliyev "Avropanın enerji gələcəyi" mövzusunda sessiyada iştirak etmişdir. İsveçrənin kurort şəhəri Davosda 41-ci Dünya İqtisadi Forumunun illik toplantısı işini davam etdirir. Forumda müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlı...
ANL
Portuqaliya Respublikasının Prezidenti zati-aliləri cənab Anibal Kavaku Silvaya. Hörmətli cənab Prezident! Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əmək...
ANL
Azərbaycan Prezidentinin fəaliyyəti beynəlxalq səviyyədə dəyərləndirilir. Bu günlərdə dost və qardaş Rumıniyadan elə bu səmimi münasibətlərin bariz ifadəsi sayıla biləcək müjdə aldıq. Məqalədə münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlar...
ANL
"Heydər Əliyev və Azərbaycanın neft-kimya sənayesi" muzeyi yaradılmışdır. Azərbaycan Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyində "Heydər Əliyev və Azərbaycanın neft-kimya sənayesi" muzeyi yaradılmışdır. Muzeydə respublikanın kimya və neft-kimya sənayesinin inkişaf mərhələlərindən söz açan fotosənədlər top...
ANL
Mədəniyyət və Turizm Nazirliyi beş yaşını qeyd etmişdir. Baş nazirin müavini Elçin Əfəndiyev ölkənin mədəniyyət və turizm sahələrinin çoxminli kollektivlərini əlamətdar hadisə münasibətilə təbrik edərək bildirmişdir ki, Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mədəniy...
ANL
Dağlıq Qarabağ üzrə alt komitənin yeni sədri seçilmişdir. Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun bürosunun yanvarın 28-də keçirilən iclasında Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin yenidən bərpa edilməsinə dair müzakirələr aparılmışdır. Müzakirələrin sonunda büro alt komitən...
ANL
AŞ PA-da Xocalı soyqırımının ildönümü ilə bağlı yazılı bəyannamə qəbul edilmişdir. Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın XX əsrin ən qanlı faciəsi - Xocalı soyqırımının ildönümü ilə əlaqədar hazırladığı və Assambleyadakı müxtəlif ölkələrdən olan 25-dən...
ANL
Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa daha çox önəm verir. Yanvarın 27-də öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında gündəliyə təcili məsələ kimi salınmış "Yaxın Şərqdə xristianlara qarşı təhdid" mövzusu ətrafında müzakirələr aparılmışdır. Azərbaycanlı deputatlar müzakirəl...
ANL
Trayan Besesku: Biz hər sahədə Azərbaycanı dəstəkləyirik. Bu fikri AŞ PA-nın qış sessiyası çərçivəsində qurumun sədri Mövlud Çavuşoğlu ilə birlikdə Rumıniya Prezidenti Trayan Besesku jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söyləmişdir. Rumıniya Prezidenti Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyü məsələ...
ANL
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri: "1991-ci ildə Dağlıq Qarabağda keçirilmiş qanunsuz "referendum"un nəticələrinin tanınması istisna olunmuşdur!". Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Serj Sarkisyan "Exo Moskvı" radiostansiyasına verdiyi müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaq...
ANL
Nyu-Yorklu konqresmen 20 Yanvarla bağlı bəyanatla çıxış etmişdir. Qanlı Yanvar hadisələrinin 21-ci ildönümü ilə bağlı daha bir ABŞ konqresmeni bəyanatla çıxış etmişdir. Nümayəndələr Palatasında Azərbaycanla bağlı işçi qrupunun üzvü, Nyu-York ştatının Konqresdəki təmsilçisi Edolfus Tauns bəyan etmişdir ki, 1990-cı il ya...
ANL
Dövlət Gömrük Komitəsi yeni aldığı katerlərin və avtomobillərin təqdimatını keçirmişdir. DGK-nın sədri Aydın Əliyev bildirmişdir ki, "Wolksvagen-Jetta" markalı avtomobillər komitənin istifadəsinə verilmiş, katerlər isə qurumun Xəzər dənizində Azərbaycanın iqtisadi mənafelərinin qorunma İdarəsinin tabeçiliyində olacaqdı...
ANL
Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunda "Keçmişdən indiyədək erməni zülmü" adlı konfrans. Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunda İğdır Azərbaycan Dil və Mədəniyyət Birliyini yaşatma və dəstəkləmə dərnəyi tərəfindən "Keçmişdən indiyədək erməni zülmü" adlı konfrans keçirilmiş və "Xocalı" fotosərgisi açılmı...
ANL
Azərbaycanda alternativ enerji mənbələrindən istifadə üçün potensial imkanlar çoxdur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bu mənbələrdən səmərəli istifadənin vacibliyini bir daha vurğulamışdır. İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin təcrübəsi ...
ANL
Azərbaycanda demokratiyanın inkişafı naminə atılan addımlar yüksək qiymətləndirilir. Tarixi təcrübə göstərir ki, siyasi hakimiyyət məhz xalqın mənafeyinə cavab verən, onun hüquq və azadlıqlarının daha etibarlı təminatına şərait yaradan islahatlarla ictimai etimad və uğur qazana bilir. Bu məqsədə hesablanan, xalqın irad...
ANL
Elmi-praktiki simpoziumun iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar. "Müasir şəraitdə auditin aktual problemləri" mövzusunda Bakıda keçirilən Polşa-Azərbaycan elmi-praktiki simpoziumunun iştirakçıları yanvarın 28-də Heydər Əliyev Fondunu ziyarət etmişlər. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram...
ANL
Azərbaycan həmkarlar ittifaqlarının nüfuzu beynəlxalq müstəvidə. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının II qurultayında azərbaycanlı nümayəndənin qurumun vitse-prezidenti seçilməsi də bunu təsdiqləyir. Ötən il Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti bir sıra yaddaqalan hadisələrlə əlamətdar oldu. Öz...
ANL
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avstriyanın Sənaye İttifaqının sədri Fayt Zorger ilə görüşmüşdür. Bakıya səfərdən məmnunluğunu ifad...
ANL
Yoşka Fişer: "Nabukko" ilə bağlı həlledici qərar yaxın aylarda qəbul edilməlidir". "Nabukko" qaz kəməri layihəsinin reallaşması ilə bağlı qəti qərar qarşıdan gələn aylarda qəbul edilməlidir. Bu fikri Almaniyanın keçmiş xarici işlər naziri, "Nabukko" layihəsində Avstriyanın OMV və Almaniyanın RWE şirkətlərinin siyasi mə...
ANL
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclası keçirilmişdir. Yanvarın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. Nazir Füzuli Ələkbərov bildirmişdir ki, ƏƏSMN tərəfindən əhalinin sosial ...
ANL
Sosial müdafiə proqramları müvəffəqiyyətlə icra olunur. Yanvarın 28-də Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda fondun orqanlarının ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilmişdir. İclası açan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov vurğulamı...
ANL
Qarabağ xanlığının tarixinə dəyərli töhfə. "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlər boyu azərbaycanlılar orada yaşamış, yaratmışlar. Ermənilər bizim torpaqlarımıza qonaq kimi gəlmişlər və ondan sonra orada əksəriyyəti təşkil etməklə o torpaqlara iddia etməyə başlamışlar...". Bu günlərdə tarix elmləri doktoru...
ANL
Elin çoxşaxəli söz meydanı, obrazlı deyim tərzi, sənət gülşəni nələr göyərtməmiş?! Buradan qida alanlara, bar-bəhrə yığanlara - bəşər mədəniyyətinin incilərini yaradanlara nələr verməmişdir, İlahiE El yaddaşını dindirməyi bacaran, ondan ustalıqla faydalana bilən söz sərraflarının yaradıcılığı xalqın özü qədər ömürlü, d...
ANL