text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Abidələr diyarı qədim Qazax. Mən Qazaxda dəfələrlə olmuşam. Hər gəlişimdə şəhərin daha da gözəlləşdiyini görüb sevinirəm. Yeni parklar, xiyabanlar salınır, küçələr abadlaşır, binalar tikilir. İnsanların dinc və rahat yaşaması üçün şərait yaradılır. Budur Azərbaycanın bugünki reallıqları, budur bizim siyasətimizin əməli...
ANL
Milli Kitabxanada sərgi-təqdimat. Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 5 illik fəaliyyəti ərzində nəşr etdirdiyi çap məhsullarının sərgisi və 3 dildə çap olunan "Mədəniyyət" kataloqunun 4-cü sayı, həmçinin "Bizim nəşrlər" kataloqunun sərgi-təqdimatı keçirildi. Sərgidə təqdim edilən kitabları...
ANL
Bir çox xalqlardan fərqli olaraq, qonağımız gələndə onu evdə qarşılamağı, milli mətbəximizin ən ləziz yeməklərini süfrəyə düzməyi daha çox xoşlayırıq. Dədə-babadan qonaq evin ən hörmətli, sevimli Tanrı bəndəsi sayılıb. "Evin bəzəyi uşaq, süfrənin bəzəyi qonaq" kimi atalar sözləri də elə-belədən yaranmayıb. İllərdir ki,...
ANL
Ölkəmizdə etibarlı ərzaq təminatı yaradılıb. Bu istiqamətdə atılan addımlar uğurlu nəticələr verir. İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Bu baxımdan dövlət başçısı İlh...
ANL
Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatına daha böyük töhfələr verməyə başlayır. "Cənub enerji dəhlizi"nin reallaşmasında əsas rol oynayan tərəflərdən biri kimi ölkəmiz çıxış edir. Qloballaşma prosesinin daha geniş vüsət aldığı yeni əsrdə dünya qarşısında həlli getdikcə daha böyük aktuallıq kəsb edən məsələl...
ANL
Azərbaycan NATO-nun ciddi və fəal tərəfdaşıdır. NATO iqamətgahında Azərbaycanla mövcud dialoqu və əməkdaşlıq proqramını çox yüksək qiymətləndirirlər. Bütövlükdə NATO Azərbaycanı aktual problemlərin həllində mühüm tərəfdaşlardan olmağa çalışan ciddi və fəal bir ölkə sayır. Bu sözləri Moskvada, mətbuat konfransında NATO-...
ANL
Qəbələdə YAP Gənclər Birliyinin III konfransı keçirilmişdir. Yanvarın 29-da Qəbələdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin III konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Döv...
ANL
Minskdə MDB ölkələri Daimi Səlahiyyətli Nümayəndələr Şurasının birinci iclası keçirilmişdir. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, MDB-nin üzvü olan ölkələrin Birliyin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası yanvarın 28-də Minskdə, ...
ANL
Ermənistan üzərində üstünlüyümüz daha da möhkəmlənir. Vahimə içində olan işğalçı dövlət diplomatik və hərbi müstəvidə daha böyük fərq nisbəti ilə ölkəmizə məğlub olur. Dinamik inkişaf göstəricilərinə malik Azərbaycan sosial-iqtisadi, siyasi və digər sahələrdə əldə etdiyi nailiyyətlərə görə dünya miqyasında nümunəvi ölk...
ANL
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların problemləri dövlətin diqqət mərkəzindədir. Yanvarın 26-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ötənilki fəaliyyətinin yekunlarına həsr edilmiş iclası keçirilmişdir. Komissiyanın iclasında Beynəlxalq Qızıl Xaç Komitəsinin...
ANL
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti üzvünün hazırladığı daha bir məruzə üzərində iş başa çatmışdır. Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər komitəsinin xətti ilə hazırlanan bu məruzə "Hərbi münaqişələr və ətraf mühit" adlanır. Məruzənin müəllifi deputat Rafael Hüseynov...
ANL
Avropa Şurasında növbəti erməni saxtakarlığı. Ermənistan mətbuatında insanları aldatmağa yönələn növbəti yalan şousu başlanmışdır. Avropa Şurasında bütün parametrlər üzrə miskin vəziyyətə düşmüş Ermənistan hakimiyyəti vətəndaşlarının nəzərində özünə bəraət qazandırmaqdan ötrü yeni yalanlar uydurur. Guya Avropa Şurası q...
ANL
Uşaq uronefrologiyasının respublikada ilk yaradıcısı. Tanınmış uroloq-alim, tibb elmləri doktoru, professor, əməkdar həkim, respublika Transplantoloqlar Assosiasiyasının sədri, Uroloqlar Cəmiyyətinin sədr müavini, Avropa Uroloqlar Cəmiyyətinin üzvü Kamal Abdullayevin 70 yaşı, həkimlik fəaliyyətinin isə 47-ci ili tamam ...
ANL
Geridönməz baharlar. Azərbaycan-türk ədəbiyyatının ucalığında dayanan Hüseyn Cavid əbədiyaşar bir sənətkardır. Onun şəxsiyyəti, yaradıcılığı və müqəddəs ocağı barəsində aparılan araşdırmalar davam etməkdədir. Bu günlərdə Azərbaycan Yazıçılar Birliyində Hüseyn Cavidin həyatdan vaxtsız və nakam getmiş oğlu Ərtoğrol haqqı...
ANL
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır. Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumu əlamətdar hadisələrlə yadda qalmışdır. Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəy...
ANL
Prezident İlham Əliyevin tapşırığına əsasən Qahirəyə göndərilmiş xüsusi təyyarə 103 azərbaycanlını Vətənə gətirmişdir. Misir Ərəb Respublikasında baş verən hadisələrlə əlaqədar bu ölkədə müvəqqəti və daimi əsaslarda olan Azərbaycan vətəndaşlarının Vətənə qayıtması üçün Misirdən evakuasiya edilməsinə dair Prezident İlha...
ANL
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatı. Misir Ərəb Respublikasında baş verən hadisələrlə əlaqədar bu ölkədə müvəqqəti və daimi əsaslarda olan Azərbaycan Respublikasının vətəndaşlarının Vətənə qayıtması üçün Misir Ərəb Respublikasından evakuasiya edilməsinə dair Azərbaycan Respublikas...
ANL
Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Misir Ərəb Respublikasında baş verən son hadisələrlə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Misir Ərəb Respublikasında (MƏR) baş verən son hadisələrlə bağlı xəbərdarlıq etmişdir. Nazirliyin rəsmi saytında ...
ANL
Ölkənin kompleks inkişafı davam edir. Nazirlər Kabinetinin iclasında səslənən fikirlərdən aydın oldu ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ötən ildə də müsbət nəticələrin əldə edilməsini şərtləndirib. Respublikamızda uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası 2010-cu ildə də mil...
ANL
Qəbələdə "Milli mənəvi dəyərlər və gənclik" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə Qəbələdə "Milli mənəvi dəyərlər və gənclik" mövzusunda "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər verir ki, birliyin bütün şəhər və rayonlardakı təşkilatlarının rəhbər...
ANL
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının məlumatı. Yanvarın 31-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. Şuranın katibliyindən AzərTAc-a bildirmuişlər ki, iclasda aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qə...
ANL
Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş, əhalinin haqlı narazılığına səbəb olan korrupsiya halları vu...
ANL
Dövlət İdarəçilik Akademiyasında gənclər günü münasibətilə "dəyirmi masa" keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə "Müasir gənclərin sosial statusu" mövzu...
ANL
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu və 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin ...
ANL
Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası yeni strateji konsepsiyanın öyrənilməsinə həsr olunur. AzərTAc xəbər verir ki, yanvarın 31-də Bakıda "NATO-nun yeni strateji konsepsiyası: qavrama və çağırışlar" mövzusunda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) növbəti qış sessiyası öz işinə başlamışdır. Fevral...
ANL
Qarabağ Fondu Vaşinqtonda Azərbaycan rəssamının sərgisini təşkil etmişdir. Yanvarın 26-da Qarabağ Fondu Pepco şirkətinin sponsorluğu ilə Vaşinqtonun nüfuzlu Edison Qalereya salonunda ABŞ-ın tanınmış rəssamı - əslən azərbaycanlı olan Abol Bahadorinin "Bölünmüş rənglər" adlı sərgisini təşkil etmişdir. Fonddan AzərTAc-a b...
ANL
Azərbaycan vətəndaşının Misirdə öldürülməsi faktı ilə bağlı cinayət işi başlanmışdır. Cari il yanvarın 29-da Misirin paytaxtında baş verən kütləvi iğtişaş zamanı Azərbaycan Respublikasının Qahirədəki səfirliyinin əməkdaşı, 1987-ci ildə anadan olmuş Qocayev Nicat Rza oğlunun qətlə yetirilməsi ilə bağlı Azərbaycan Respub...
ANL
Hər bir azərbaycanlı gənc çalışır ki, ölkəmiz daha da çiçəklənsin və böyük uğurlar əldə etsin. AzərTAc xəbər verir ki, Gənclər Təşkilatları Milli Şurasına üzv olan təşkilatların nümayəndələri yanvarın 31-də Milli Şuranın yaradılmasının 15 illiyi və 2 fevral - Gənclər Günü ilə əlaqədar Fəxri xiyabanda müstəqil Azərbayca...
ANL
“Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur təkcə ölkə daxilində deyil, xaricdə də böyük maraq doğurmuşdur”. Azərbaycanda idmana göstərilən dövlət qayğısı sayəsində əvvəllər durğunluq dövrünü yaşayan bir sıra idman növləri də yüksək sürətlə inkişaf etməyə başlayıb. Gələn ay ölkəmiz daha b...
ANL
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin dünya bazarlarına nəql etdiyi neft Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından çıxarılır. AÇG-nin ərazisində 7 platforma fəaliyyət göstərir ki, bunların da 5-i hasilat platformasıdır. Hasil olunan neft sualtı borularla Səngəçal terminalına ...
ANL
Avronest PA-nın Bakıda keçiriləcək sessiyasının gündəliyi açıqlanmışdır. Aprelin 2-dən 4-dək Bakıda, Milli Məclisin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyası keçiriləcəkdir. Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Avronest PA-nın birinci sessiyası bu qurumun təsis olunduğu...
ANL
GUAM-ın 2011-ci ildə maliyyə fəaliyyətinin yoxlanılmasına dair xarici audit aparılmışdır. GUAM Katibliyindən AzərTAc-a bildirmişlər ki, martın 27-29-da qurumun iqamətgahında GUAM-ın 2011-ci ildəki maliyyə fəaliyyətinin yoxlanılmasının həyata keçirilməsinə dair xarici audit aparılmışdır. Auditdə Azərbaycan Respublikasın...
ANL
Səfər başa çatdı. Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfəri martın 31-də başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Almazbek Atambay...
ANL
Azərbaycanı seçdiyi haqq yolundan heç bir qüvvə döndərə bilməz. Bu fikri Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirmişdir. Azərbaycan hökumətinin respublikanın regionlarının inkişafına xüsusi q...
ANL
Qırğızıstan Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfəri. Dövlət Bayrağı Meydanı ilə tanışlıq. Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva martın 31-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşlar. AzərTAc xəbər veri...
ANL
Azərbaycanın iqtisadiyyatı davamlı inkişaf edir. Martın 16-da keçirilən Milli Məclisin növbəti plenar iclasında Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Hesabatda Azərbaycan hökumətinin ötənilki fəaliyyəti, sosial-iqtisadi inkişaf...
ANL
İçərişəhərlə tanışlıq. Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva martın 31-də İçərişəhərlə tanış olmuşlar. AzərTAc xəbər verir ki, əvvəlcə ali qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat veri...
ANL
Azərbaycanda Dünya Bankı ilə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının missiyasının rəhbəri Nikolas Ahouissoussinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir İ.Aba...
ANL
Azərbaycan ilə İsveç arasında insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa önəm verilir. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova İsveçin ölkəmizdəki səfiri Mikael Eriksson ilə görüşmüşdür. Ombudsman Aparatının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.Süleymanova ...
ANL
Hazırkı Ermənistan dövləti əzəli Azərbaycan torpaqlarında qurulmuşdur. Aparılan tədqiqatlar indiki Ermənistanın əzəli Azərbaycan torpaqlarında qurulduğunu sübut edir. Bu cür faktlar aşkarlandıqca ermənilərin narahatçılığı da artmaqdadır. AzərTAc Ermənistanın əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılı...
ANL
Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi. Martın 31-də Daxili İşlər Nazirliyində (DİN) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov erməni millətçiləri...
ANL
Bakının Nizami rayonunda azərbaycanlıların soyqırımı ilə əlaqədar tədbir keçirilmişdir. Dünən Nizami rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilmişdir. YAP Nizami rayon təşkilatı nəzdində "Heydər Əliyev irsini öyrənirik!" devizi altında fəaliyyət göstərən siyasi məktəbin budəfəki seminarı məhz bu möv...
ANL
Gəncə Dövlət Universiteti və bu ali təhsil ocağının rektoru beynəlxalq mükafata layiq görülmüşlər. Azərbaycanın ali təhsil müəssisələri arasında layiqli yeri olan Gəncə Dövlət Universiteti son illər bir çox uğurlara imza atmış, yüksək ixtisaslı müəllim kadrlarının hazırlanması üçün dövlətin göstərdiyi hər cür qayğıdan ...
ANL
Soyqırımı qurbanlarının xatirəsinə ehtiram. Lənkəran Dövlət Universitetində 31 Mart - azərbaycanlıların soyqırımına həsr edilmiş konfrans kecirilmişdir. Tədbirdən əvvəl universitetin professor-müəllim heyəti və tələbələr Lənkəranın mərkəzində ucaldılmış soyqırımı qurbanlarının xatirə kompleksinin önünə əklil qoymuşlar....
ANL
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü xaricdə qeyd olunmuşdur. Martın 30-da Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində, Heydər Əliyev Fondu Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və ARDNŞ-nin Rumıniyadakı nümayəndəli...
ANL
Türkiyəli deputat 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat vermişdir. Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat vermişdir. AzərTAc xəbər verir ki, bəyanatda çar Rusiyasının dəstəyinə arxalanan erməni daşnaklarının "böyük Ermənist...
ANL
Misirin nüfuzlu “Əl-Şuruk” qəzetində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında geniş məqalə dərc edilmişdir. Misirin nüfuzlu ərəbdilli "Əl-Şuruk" qəzetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş məqalə dərc edilmişdir. Ölkəmizin Misirdəki səfirliyindən AzərTAc-a bildirmişl...
ANL
Ağdamlı gənclər Quba məzarlığını ziyarət etmişlər. Ağdam rayonundan olan bir qrup gənc 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba məzarlığını ziyarət etmiş, faciə qurbanlarının əziz xatirəsini ehtiramla anmışlar. Məlumat verilmişdir ki, burada qazıntı işləri aparılarkən kütləvi qətlləri təsdiq edən ço...
ANL
Naxçıvanda erməni vandalizmi. 1918-ci ilin mart-aprel qətliamları bədnam qonşularımızın qondarma "Böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün günahsız xalqımızın başına gətirdikləri ağlasığmaz faciələrin ən dəhşətlisidir. Həmin vaxt erməni faşizminin törətdiyi cinayətkar aksiyalardan ən çox əzab çəkən regionları...
ANL
Yaddaşlardan silinməyən izlər. Azərbaycan xalqının tarixində baş verən deportasiya və soyqırımılar millətimizin genefonduna və psixologiyasına hər zaman olduqca mənfi təsir göstərib. Azərbaycanlılar son yüzilliklərin tarixində dəfələrlə soyqırımına və deportasiyaya məruz qalıblar. İnsanlar hər dəfə öz doğma yurd-yuvala...
ANL
İstiqlal Muzeyində soyqırımı qurbanları anıldı. "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə İstiqlal Muzeyində iki günlük elan edilmiş açıq qapı nəinki paytaxt sakinlərində, respublikamızda yaşayan və yaxud burada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin əməkdaşl...
ANL
Ürəkləri göynədən haray. Nigarançılığa son qoyulacaq gün uzaqda deyil. Goranboyun səfalı guşəsində məcburi köçkünlər üçün beşmərtəbəli on iki bina tikilib. Veyisli kəndində yüzlərlə ailə üçün yaraşıqlı qəsəbə salınıb. Göygöl rayonundakı Murovdağ qəsəbəsi isə aybaay, ilbəil genişlənir. Respublikanın hər yerində məcburi ...
ANL
Filosofun fəlsəfə dəftərindən... "Nurlan" nəşriyyatında yenicə çapdan çıxan "Fəlsəfi düşüncələr dünyası" kitabı fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, "Şöhrət" ordenli İzzət Rüstəmovun 80 illik yubileyinə həsr olunmuşdur. Kitabda tanınmış filosofun keçdiyi mənal...
ANL
Şərqlə Qərb arasında körpü. Musiqisevərlərin həvəs və intizarla gözlədikləri "Eurovision-2012"nin may ayında Bakıda keçiriləcəyi təntənəli günlərinə az qalıb. "Eurovision" yarışmasının Bakı büsatı mədəniyyət tariximizin mühüm mərhələlərindən biri olacaq. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün ölkə başçısının sər...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda "JW Marriott Absheron" otelinin açılışında iştirak etmişlər. Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidenti və xanı...
ANL
Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Üç min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən ...
ANL
Q.L.Belenkinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndirilməsindəki xidmətlərinə görə Qriqori Lvoviç...
ANL
Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə. Hörmətli Dmitri Anatolyeviç! Tümen yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalq...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitini qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Gö...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Avronest Parlament Assambleyasının həmsədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigeninin başçılıq etdiyi Avropa Parlamenti Assambleyası Bürosunun nüm...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçıl...
ANL
Azərbaycanın Baş naziri Litvanın xarici işlər naziri ilə görüşmüşdür. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə aprelin 2-də Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Azərbaycanın Baş naziri münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin önə...
ANL
Pakistanın Böyük Britaniyada və Birləşmiş Ərəb Əmirliklərində də geniş oxucu auditoriyasına malik olan nüfuzlu ingilisdilli "Daily Times" qəzetində nəşrin İslamabad bürosunun baş redaktoru xanım Dure Nəcəfin "Eurovision - 2012: Böyük bayram gözləntisində" sərlövhəli məqaləsi dərc olunmuşdur. Ölkəmizin Pakistandakı səfi...
ANL
Elnur ASLANOV: “Azərbaycanlı gənclər ölkəmizin bugünkü uğurlu inkişafının sabah ehtiyac duyacağı əsas kadrlardır”. Aprelin 6-7-də Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAIF-in) növbəti beynəlxalq konfransı keçiriləcəkdir. AzərTAc bu barədə Azərbaycan Prezidenti Administrasiyasının siyas...
ANL
Çin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Aprelin 2-də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur. AzərTAc xəbər verir ki, Çinin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə əvvəlcə hər i...
ANL
Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan ilə Niderland arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş seminar keçirilmişdir. Aprelin 2-də Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilmiş ...
ANL
Hakimliyə namizədlər üçün ilkin tədris kursları başlamışdır. Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında beynəlxalq standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 77 nəfər namizəd növbəti mərhələyə - uzunmüddətli tədris kurslarına buraxılmışdır. Kursun p...
ANL
Bakıda Avronest PA-nın ikinci sessiyası çərçivəsində qurumun komitə iclasları keçirilmişdir. Avronest PA-nın ikinci sessiyası çərçivəsində qurumun Enerji təhlükəsizliyi üzrə komitəsinin iclası keçirilmişdir. İclasa sədrlik edən (moderator) Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü ...
ANL
Azərbaycan sürətlə Avropa İttifaqına yaxınlaşır. "Azərbaycan həqiqətən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı Azərbaycan öz siyasi, demokratik inkişafına görə də digər dövlətlərdən fərqlənir və Avropa İttifaqı bu fərqi yüksək qiymətləndirir". Bu sözləri Azərbaycanda səfərdə olan Avronest P...
ANL
Azərbaycan Finlandiya üçün etibarlı tərəfdaşdır. Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Milli Məclisin Sədri bildirib ki, qarşılıqlı səfərlər və bu cür görüşlər ölkələrimiz a...
ANL
Dünya erməniliyi siyasi-ideoloji terror mərkəzinə çevrilib. Mübariz Qurbanlı: "Erməniçilik Azərbaycanı, Türkiyəni və bütövlükdə türk dünyasını məhv etməyi qarşısına məqsəd qoyan qanlı siyasətdir". Artıq hamıya məlumdur ki, ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsı...
ANL
Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda rəsmi səfərdə olan Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevi...
ANL
Azərbaycan ilə Finlandiya arasında əlaqələr yüksək səviyyədədir. Aprelin 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizə rəsmi səfərə gələn finlandiyalı həmkarı Erkki Tuomioya ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdən sonra nazirlər müzakirə edilən məsələlər ilə bağlı mətbuat konfransı keçirmiş...
ANL
Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir. Aprelin 2-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir. Komissiyanın həmsədrləri hər iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafında və ölkələra...
ANL
Yaxın vaxtlarda Azərbaycan ilə Litva arasında 10-dək müqavilə imzalanacaqdır. Aprelin 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizə səfərə gələn Litvanın xarici işlər naziri Audronyus Ajubalis ilə görüşmüşdür. Görüşdən sonra nazirlər mətbuat konfransı keçirmişlər. E.Məmmədyarov bildirmişdir ki, görüş...
ANL
Strateji Araşdırmalar Mərkəzində münaqişələrin həlli üzrə beynəlxalq ekspertlərin görüşü olmuşdur. Aprelin 2-də Azərbaycan Respublikası Strateji Araşdırmalar Mərkəzində (SAM) "Müasir dünyada münaqişələrin həlli və sülhün əldə edilməsi" mövzusunda beynəlxalq ekspertlərin qapalı görüşü keçirilmişdir. AzərTAc xəbər verir ...
ANL
Litvanın xarici işlər naziri Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Litvanın xarici işlər naziri Audronyus Ajubalis aprelin 2-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Əvvəlcə Litvanın xarici işlər nazirinə Prezident İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair tapşırı...
ANL
Bakıda “Əsas regional perspektivlər: Xəzər və Avropa arasında tranzit enerji marşrutları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Aprelin 2-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Finlandiyanın Xarici İşlər Nazirliyi və Helsinki Universitetinin Aleksanteri İnst...
ANL
Heyvandarlıqda mövcud vəziyyət, problemlər və vəzifələr. Xalqımız ta qədimdən heyvandarlıqla məşğul olub. Bu sahədə qazanılmış zəngin təcrübə, uzun illər yaranmış və möhkəmlənmiş ənənə, kəndlilərin heyvandarlığa bağlılığı və meyili hazırda bu sahənin sabit templə inkişafını təmin edir. Müvafiq olaraq heyvandarlıq məhsu...
ANL
İnkişafa stimul verən səfərlər. Bəzən özün-özünə belə bir sual verməli olursan: "Görəsən, öz ölkəsinin bölgələrinə bizim Prezident qədər müntəzəm səfərlər edən digər ölkə başçısı varmı?" O zaman xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyərkən vaxtaşırı respublikamızın ayrı-ayrı ...
ANL
Əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün dövlət hər cür qayğı göstərir. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident İlham Əliyev demişdir: "Baxmayaraq ki, artıq biz özümüz...
ANL
Həyata keçirilən layihələr turizmin inkişafını da şərtləndirir. Tikinti-quruculuq işləri füsunkar təbiətli Qax rayonunda da geniş miqyas alıb. Qaxlılar üçün çox əlamətdar olan ötən ildə Prezident İlham Əliyev bu rayona səfər etmiş, "El Resort" hotel binası, "İçəribazar" qala kompleksi, YAP-ın rayon şöbəsinin inzibati b...
ANL
“EU Reporter” jurnalı: Avropa İttifaqının Cənubi Qafqaz siyasətində “ikili standartlardan” istifadə etməsi münaqişənin nizama salınmasına öz töhfəsini vermək cəhdində neytral iştirakçı kimi onun mövqelərini sarsıdır. Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda iki münaqişəyə müxtəlif münasibət göstərməklə öz qərəzsiz oyunçu m...
ANL
İnquşetiya Respublikasının rəhbəri: Bu gün Azərbaycan həyatın bütün sahələrində dinamik inkişaf edən ölkədir. İnquşetiyanın rəhbəri Yunusbəy Yevkurov bu respublikanın Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür. AzərTAc İnquşetiya Respublikası başçısının rəsmi saytına istinadla xəbər verir ki, görüşün əvvəlind...
ANL
“Kapital Bank” üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanlarından istifadə edəcəkdir. "Kapital Bank" Azərbaycan Prezidentinin fərdi birdəfəlik ödəmələrin verilməsinə dair fərmanı ilə bağlı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanlarından istifadə edəcəkdir. Bu sözləri...
ANL
Moskvada azərbaycanlıların soyqırımına həsr olunmuş “dəyirmi masa” keçirilmişdir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) Azərbaycan klubu ilə birlikdə "1918-ci il 31 mart azərbaycanlıların soyqırımı: tarixi-hüquqi aspekt" mövzusunda "dəyirmi masa" keçirmişdir. Təd...
ANL
31 mart soyqırımı şəhidlərinin xatirəsi anılmışdır. Hər il olduğu kimi, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və diasporu bu il də 1918-ci il martın 31-də baş vermiş faciəni müxtəlif aksiya və tədbirlərlə yad etmişdir. Belə aksiyalardan biri də Berlindəki Azərbaycan Evi, Almaniyadakı Türk-Azərbaycan Bir...
ANL
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi mətbuat açıqlaması yaymışdır. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Almaniyanın müxtəlif ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına mətbuat açıqlaması göndərmişdir. Mətbua...
ANL
Ümumrusiya Azərbaycanlıları Konqresi “Azərbaycanlıların soyqırımı - tarixin iki yüz ili” mövzusunda “dəyirmi masa” təşkil etmişdir. Moskvada "Azərbaycanlıların soyqırımı - tarixin iki yüz ili" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbir Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) tərəfindən təşkil olunmuş və 31 Mart...
ANL
Bişkekdə nəşr olunan “Türkel” qəzetində azərbaycanlıların soyqırımı ilə əlaqədar geniş məqalə dərc edilmişdir. Bişkekdə qırğız, türk, Azərbaycan və rus dillərində nəşr olunan, Orta Asiya dövlətləri, Qazaxıstan və Türkiyədə yayılan "Türkel" qəzetində AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlin...
ANL
Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələr 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yürüş keçirmişlər. Şimali Kiprin universitetlərində təhsil alan azərbaycanlı tələbələr Lefkoşa şəhərindəki Heydər Əliyev prospektində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə yürüş keçirmişl...
ANL
Azərbaycanın Serbiyadakı səfirliyində 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılmışdır. Azərbaycanın Serbiyadakı səfirliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir. Ölkəmizin Serbiyadakı səfirliyindən AzərTAc-a bildirmişlər...
ANL
Erməni yalanı sistemli surətdə açılır. Azərbaycanlıların soyqırımı günü münasibəti ilə Gəncə Dövlət Universitetində şəhər icra hakimiyyətinin, aparıcı təşkilatlarının nümayəndələrinin, tarixçi alimlərin və müəllimlərin iştirakı ilə geniş tədbir keçirilmişdir. Şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham Əliy...
ANL
İstanbulda Suriya Xalqının Dostları Qrupunun II konfransı keçirilmişdir. Türkiyənin İstanbul şəhərindəki Konqres Mərkəzində 75 ölkənin nümayəndəsi, o cümlədən 41 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Suriya Xalqının Dostları Qrupunun II konfransı keçirilmişdir. Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Mə...
ANL
Qırğızıstan ilə TürkPA arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Qırğızıstan parlamenti - Joqorku Keneşin (JK) mətbuat xidmətinin yaydığı məlumata görə, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Qırğızıstana işgüzar səfəri çərçivəsində JK-in sədri Asılbe...
ANL
Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olmuşdur...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanı və İdman-Konsert Kompleksində inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri və İdman-Konsert Kom...
ANL
Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birl...
ANL