text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İnsan övladının qurduğu cənnət. Təyyarə Bakının işıqlarından yeni uzaqlaşmışdı, nəvəm on altı yaşlı Fikrət Qoca yerində qurdalandı, gülümsünüb yanımda oturmuş həyat yoldaşım Raya xanıma tərəf işarə etdi, pıçıltılı səslə: – Nənəm yatıb – dedi. Baxırdım, kəməri bağladı, kəmər şıqqıldayan kimi gözü yumuldu. Üçümüz də gecə... | ANL |
Etnik baxımdan zəngin bölgələrimiz - Qax. Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir. Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələr... | ANL |
Oralarda kimlər var: İnqilab İsaq. Tofiq ABDİN. – Əslində mənim üçün ən çətin sual tərcümeyi-halım haqqında düşünməkdi. Çünki bu barədə fikirləşəndə boş-boşuna uzanan bir səhra gördüm. Ömür təqvimini ələk-vələk eyləyib belə qənaətə gəldim ki, dünyaya gəlişim Tanrının işi, bir də ata və anamın əkinçi, biçinçi arzusu olu... | ANL |
Dünyanı könlün istəyən rəngdə, arzuladığın biçimdə görməkdi. Ya da heç görməməkdi. Ayaqların yerdən üzülməsidi... Və əgər bu nağılı özün uydurmusansa, elə qəhrəmanın da öz təxəyyülünün məhsuludu. İllər öncə onun xarici görünüşündən tutmuş, danışığına, jestlərinə, səsinə, xasiyyətinə kimi hamısını xəyal eləmisən. Ağ atı... | ANL |
Körpə nəsr iməkləyə-iməkləyə tarix yoluna çıxanda dəliqanlı bir cavanla rastlaşdı; bu, poeziya idi... Təzə bir nəsr kitabının ilk səhifələrini oxuduqca, həqiqətin o qədər də inanmadığım həmin qəribə analogiyanın qaibanə pıçıltıları dil açırdı. Təmkinli təhkiyə ilə ani bərqi, gizli parıltısı göz güldürən poetik ovqatın ... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Pəncşənbə günü Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” qurultayı özgə bir təntənə və ruh qabarıqlığı ilə başladı. Ta saət 7-dən “İsmailiyyə” binasının dairələri cəmaətlə qaynaşar... | ANL |
Giliz kimi gəzərgi (esselər silsiləsi). Fərid Hüseyn. İsanı çarmıxa çəkənlər, baxdılar ki, İsa yenə onlardan yuxarıda dayanıb, bərk məyus oldular. Tanrı İsanı ona görə çarmıxdan qeyb etdi ki, yerə endirməsinlər onu, bununla da bəşəriyyətə bu mesajı verdi: “Ey insanlar, mənim qaldırdığımı heç kəs endirə bilməz”. Frans K... | ANL |
Ustad Əlövsət Bəşirliyə. Allah bəlasını versin, belə rüzigara insan duruş gətirə bilməzdi. Qabada çovğun yalquzaq kimi ulayır,hələ yatıb yaprıxmamış qarı yerdən götürüb göyə sovurur, getdikcə azğınlaşır,min bir oyundan çıxırdı. Bu nəhayətsiz çöllər, el arasında “Çala” deyilən bu cansıxıcı qışlaq yaranışından indiki kim... | ANL |
“Antikvariant” silsiləsindən. Dayanar yol kənarında. yol kənarında, çəkər yolların tozunu kirpiklərinə, yollardan soruşar atasını. Atasının ayaqqabısını. geyinib qaçan uşaq. elə bilər ki, maşınları da ötüb keçər... Bağlaya bilmədiyi ayaqqabının ipləri. dolaşar ayaqlarına, yıxılar üzü üstə. Hərif hər gün ataya məktub ya... | ANL |
Dini abidələrimiz – qədim alban məbədləri. Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın, etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin... | ANL |
Dini abidələrimiz – qədim alban məbədləri. Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın, etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin... | ANL |
Dini abidələrimiz: qədim alban məbədləri (davamı). Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın, etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni müb... | ANL |
Dini abidələrimiz: qədim alban məbədləri (davamı). Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın, etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni müb... | ANL |
Eyvanda oturub Tbilisinin Azadlıq meydanına, gecə biri keçməsinə baxmayaraq, hələ də küçələrdən yığışmayan adamlara, maşınlara tamaşa edirəm. Dilləri qəribədi, elə bil danışmırlar, dalaşırlar. Axşamdan yatmaq keçsə könlündən, işin əngəldi. Yuxunun şirin yerində iki nəfərin naməlum səbəbdən, anlamadığın dildə qışqırığın... | ANL |
Giliz kimi gəzərgi (esselər silsiləsi). İsanı çarmıxa çəkənlər, baxdılar ki, İsa yenə onlardan yuxarıda dayanıb, bərk məyus oldular. Tanrı İsanı ona görə çarmıxdan qeyb etdi ki, yerə endirməsinlər onu, bununla da bəşəriyyətə bu mesajı verdi: “Ey insanlar, mənim qaldırdığımı heç kəs endirə bilməz”. Frans Kafka isə bu ba... | ANL |
İlhamə Quliyevanın məhəbbət formulu. YUBİLEYİ ƏRƏFƏSİNDƏ GÖRKƏMLİ MÜĞƏNNİ HAQQINDA PUBLİSİSTİK DÜŞÜNCƏLƏR. İfa etmək, səhnəyə çıxmaq, hamının diqqət mərkəzində olmaq arzusu yəqin ki, onda hələ lap uşaqlıqdan yaranıb. Axı o, musiqili atmosferdə böyüyüb – xüsusilə də anası Tükəzban İsmayılova öz həyatını və yaradıcılıq t... | ANL |
Yazılarındakı sonsuz həyat eşqi, zərif ironiyası, özünəməxsus üslubu, fərqli yazı manerası ilə usta ədibimiz Əjdər Ol məni həmişə valeh edib. Bütün janrları şərti hesab edən,“Mənim üçün yalnız ədəbiyyat janrı var” deyən yazıçı həmişə insan taleyini önə çəkir. O insanlardan ki, biz onlarla hər gün metroda, işdə, yolda r... | ANL |
Tənqidçi-publisist-tərcüməçi, kino xadimi, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə 70 yaşına gəlib çatdı. Düz iyirmi il bundan qabaq, 1993-cü ilin avqust ayında “Azərbaycan” jurnalında baş redaktorumuz İntiqam Qasımzadənin 50 yaşı münasibətilə bir yazı çap etdirmişdim. Doğrudan da çox səmimi etiraf idi ... | ANL |
Qəlbini işğal etdimi, içərində və dörd dövrəndə hər şeyin anlamı dəyişiləcək. Ağlagəlməz sürətlə, inanılmaz şəkildə... İnsan, ömrünün hər çağında dünyanı bir cür görür və gördüklərini də yaşına uyğun mənalandırır. Elə dünya da insana hərdən bir formada toxunur. ...Şokolad balaca qızcığaz üçün əllərini bulaşdıran şipşir... | ANL |
Doğu Türküstanla tanışlıq VƏ YA TANRI DAĞLARI İLƏ SÖHBƏT. Uzun illərdən bəri Vətənindən uzaqlarda mühacir həyatı yaşayan Tursunay xanıma ithaf. Türk dünyasını başdan-başa gəzib-görmək istəyi ilk gənclik illərimdən baş qaldırsa da, ürəyimdə əvvəlki coşqunluğu ilə indi də yaşayır. Deyilən coğrafiya o qədər genişdir ki, b... | ANL |
Professor Aydın Dadaşov: “Serial çəkə-çəkə kino sahəsində püxtələşmək olmaz”. Müsahibimiz əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Aydın Dadaşovdur. – Aydın müəllim, uzun müddət kino sahəsində çalışan mütəxəssis kimi Azərbaycan kinosunun bugünkü durumunu necə dəyərləndirirsiniz? Bu proses davam e... | ANL |
Oralarda kimlər var. –Gəncə Gəncədir və burada yəqin ki, şair demişkən daş-torpaq da ədəbiyyat və sənət qoxuyur. Bunu bilə-bilə ədəbiyyata gəlişinizin bir mənası vardımı? Müasirliklə tarixilik bir-birinə nəsə pıçıldayır. Necə ki, şeirlərimin birində demişdim: Bir körpə yuxusunda, Köhnə divar oyanır. Bəli köhnə divarlar... | ANL |
Əxlaq siyasətin girovuna çevrilir. Son illərdə Avropanın və Yeni Dünyanın bir sıra ölkələrində bircinsli nikahların müdafiəsi əvvəlki hüdudlarını aşaraq, təbiətə, ailə institutuna belə zidd ittifaqın tam leqallaşdırılması fazasına keçmişdir. Bu vaxt əxlaqın təmizliyini ön plana çəkən bütün dinlərin mövqeləri də kənara ... | ANL |
Azan suların axtarış yollarında. Bakı-Dərbənd yolunun üstündə, qoca Qafqaz dağlarının ətəklərində, üzü qədim Quzğun dənizinə baxan bənzərsiz bir şəhər var. Yollarında, küçələrində uşaqlıq, gənclik xatirələrimin yurd saldığı, yuva bağladığı doğma bir şəhər... Tale elə gətirib ki, mən orta məktəbi həmin şəhərdə oxumuşam.... | ANL |
Dini abidələrimiz: qədim alban məbədləri (sonu). Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın, etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni mübad... | ANL |
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Oktyabrın 30-u səhər saət 11-də Nəsib bəyin sədarətində açılaraq Məhəmməd Əmin Rəsulzadə cənabları məramnamənin müzakirə edilməmiş qalan maddələrini birər-birər oxuyur. Məsələlər ... | ANL |
“Biz hələ Dövlət Proqramının icrasının başlanğıc mərhələsindəyik”. Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Sərəncamın “Dövlət Proq... | ANL |
Qədim dövrlərdə Azərbaycanda din anlayışı. Din və inancların yaşı insan oğlunun yaşı qədərdir. Səmavi kitabların və tarix elminin təsdiqlədiyi bu həqiqətin sübutu üçün artıq izahata və geniş şərhə ehtiyac yoxdur. Amma bu da həqiqətdir ki, zaman keçdikcə insan oğlunun dünyagörüşünə paralel olaraq inancları da dəyişib. B... | ANL |
“XXI əsr türk dünyası əsri olmalıdır” Azərbaycan Respublikasının Prezidenti. Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammitinə nəzər saldıqda belə bir qənaətə gəlmək olar ki, türk dövlətlərinin birliyi kimi böyük bir ideyanın gerçəkləşməsi yolunda Təməl Faza artıq bitib. Onun ən çətin, baş... | ANL |
Qədim dövrlərdə Azərbaycanda din anlayışı (davamı). Azərbaycanın orta tunc dövrü qəbilələrinin etiqadlarını əks etdirən bəzi abidələr bizə gəlib çatmışdır. Bu baxımdan Üzərliktəpə yaşayış yerində ocaq kənarında döşəmə üzərində əldə edilən tapıntı diqqətəlayiqdir. Əvvəllər olduğu kimi, bu dövrdə də axirət dünyası ilə əl... | ANL |
“Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir”. Müsahibimiz Oğuz rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim, tanınmış tarixçi-tədqiqatçı Rəşid Nurməmmədov bölgənin dini və milli fərqliliklərlə seçilən mühitinə, onun tarixinə dərindən bələd olan bir ziyalıdır. On... | ANL |
“Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir”. Müsahibimiz Oğuz rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim, tanınmış tarixçi-tədqiqatçı Rəşid Nurməmmədov bölgənin dini və milli fərqliliklərlə seçilən mühitinə, onun tarixinə dərindən bələd olan bir ziyalıdır. On... | ANL |
Əhməd Cəmil şeirimizin dünənində yaşayan, lakin bu günün özündə də ustad kimi anılan şairdir. Bu sakitliyin, təmkinin və mədəniyyətin arxasında isə istedad amili dururdu. Onun yaşadığı dövrün ədəbi mübahisələrinin heç birində adı hallanmır, Əhməd Cəmil bu mübahisələrin heç birinə qoşulmurdu, əgər belə demək mümkünsə, s... | ANL |
PƏRVİNin təqdimatında. Bəzən sevgi balaca, ikiadamlıq bunker təsiri bağışlayır. Dünyaya fəlakət üz verəndə o kiçicik sığınacaqda rahat-rahat gizlənə bilirsən. Yaxud cümlə aləm sevgisizlik epidemiyasına, ruhsuzluq xəstəliyinə tutulanda məhz orda, o balaca məkanda daldalanırsan. Ətrafın rənglərinin də, rəngsizliyinin də ... | ANL |
Giliz kimi gəzərgi (esselər silsiləsi)- davamı. Həyatın ironiyası. Mayakovski intihar etməmişdən az əvvəl yazmışdı: “Bağışlayın məni, bilirəm bu yaxşı iş deyil (heç kəsə məsləhət görmürəm), amma bundan başqa çıxış yolum yoxdu”. Halbuki illər öncə Yesenin intihar edəndə Mayakovski onun ölümünə yazdığı ağı beləydi: Ölmək... | ANL |
Əxlaq siyasətin girovuna çevrilir (davamı). Bircinsli nikaha daxil olanlar da öz ştatlarında qanunun himayəsi altında sərbəst olduqları halda, bu qaydanı qəbul etməmiş ştatın ərazisinə keçdikdə, onların təqib olunması ehtimalı artır və buna görə problemlərlə üzləşə bilərlər. Belə vəziyyəti aydınlaşdırmaq üçün yeni məhk... | ANL |
İmzalar içində bənzərsiz imza. Dəqiq yadımda deyil, ilk imzamı neçənci ildə hansı kağız üzərinə atmışam. Pionerəmi keçəndə, yoxsa komsomolamı. Bir də orası yadımdadı ki, sinif yoldaşlarıma qoşulub mən də ağ kağız üzərində dalbadal “qol çəkir”, gələcək imzamı löyünə salmağa, ora-burasını düzəltməyə çalışırdım. Axır ki, ... | ANL |
Qızıl səslər sərgisi. Bu yazını bəlkə də bir qədər sonra yazacaqdım. Lakin avqustun 20-də yeniyetmə Mirpaşanın “Segah”ından sonra “Muğam Televiziya Müsabiqəsi-2013”ün final yarışmasında münsiflər heyətinin üzvləri – ölkənin azman sənətkarları sanki sözləşiblərmiş kimi, amma yüz faiz əminliklə deyə bilərəm ki, bir-birin... | ANL |
Neçə illərdir xiffətini çəkirəm Şahmarın. Allah-talanın mənə bəxş etdiyi ömür müddətində də bu xiffəti çəkəsiyəm. Çünki Şahmar həyatdan köçəndən sonra onunla mənim aramda olan boşluğu heç bir zaman doldura bilməyəcəyimə artıq inanmışam. Yeganə təsəllim onunla mənim aramda olan xatirələr, onun dostları, qançəkərləri ilə... | ANL |
XVI əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında səfəvilik, qızılbaşlıq ideyalarını təbliğ edən poeziyanın mövcudluğundan danışa bilərik. Bu poeziya istər klassik, istərsə də şifahi ədəbiyyata məxsus formalardan istifadə edirdi. Həmin dövrdə qızılbaş ideyaları elə geniş yayılmışdı ki, hətta Azərbaycan türkcəsi mənasında ... | ANL |
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Rusiyanın keçirməkdə olduğu halını sərlövhə ittixaz etdigimiz kəlmədən başqa bir təbirlə tərif etmək mümkün degildir. Qiyamətin nəyi olar? Əsrlərdən bəri böyüyüb 170 milyon can il... | ANL |
Kamal Abdullanın səhnə yozumunda. Son illər ərzində bir sıra filmlərin və teatr tamaşalarının premyerasında iştirak etmişəm. Xüsusən də müharibə (yəni Qarabağ müharibəsi) mövzusunda tamaşa və filmlər marağıma səbəb olub. Akademik Milli Dram teatrı və “Yuğ” teatrının səhnəsində gördüyüm əksər tamaşaları müasir dünya tea... | ANL |
Oralarda kimlər var- İsaq Əmənullayev. Bir ömrün işığında... İSAQ ƏMƏNULLAYEV KİMDİR :Lerik rayonunun Azərbaycan (İndiki Günəşli) kəndində dünyaya göz açıb. Uşaqlıq illəri Talış dağlarının qoynunda keçib. İbtidai məktəbi öz kəndlərində, 7 illik məktəbi qonşu Noda kəndində bitirib. Nərimanov rayonunda M. Qorki adına ort... | ANL |
“Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir”. Tarixçi R.Nurməmmədov haqlı olaraq qeyd edir ki, separatçı iddialarına, işğalçılıqlarına baxmayaraq, sonda ermənilər heç nəyə nail olmayacaqlar: “Onlar əslində heç nə əldə etməyəcəklər. Belə davam etsə, öz milli varlıqlarının məhv o... | ANL |
“Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir”. Müsahibimiz Oğuz rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim, tanınmış tarixçi-tədqiqatçı Rəşid Nurməmmədov bölgənin dini və milli fərqliliklərlə seçilən mühitinə, onun tarixinə dərindən bələd olan bir ziyalıdır. On... | ANL |
Cəmiyyətin dinə ehtiyacı və Azərbaycan xalqının dinə baxışı. İnsanlar ta qədimlərdən fövqəltəbii qüvvələrə pərəstiş etmiş və müxtəlif etiqadlara iman gətirmişlər. Qayaüstü rəsmlərin öyrənilməsi, müasir dövrdə ibtidai həyat tərzi sürən tayfaların inanclarının tədqiqi və arxeoloji qazıntıların nəticələri bunu təsdiqləyir... | ANL |
Cəmiyyətin dinə ehtiyacı və Azərbaycan xalqının dinə baxışı (davamı). Dünyada dini siyasət alətinə çevirən, ondan təzyiq vasitəsi kimi istifadə edən dövlətlər var. Onlardan biri də bədnam qonşumuz Ermənistandır. Bu dövlətin apardığı işğalçılıq siyasəti nəticəsində on minlərlə dinc sakin qətlə yetirilmiş, yaralanmış, bi... | ANL |
Əxlaq siyasətin girovuna çevrilir (davamı). Böyük Roma sərkərdəsi Qay Yuli Sezarın da cinsi orientasiyasında qüsuru olduğu bildirilir.17 yaşında olarkən o, bir qədər Bufiniyada yaşamışdı, orada çap Nikomedin guya onunla intim əlaqədə olduğu güman edilir. Düşmənləri bəzən onu “Nikomedin arvadı” adlandırırdılar. Əxlaq po... | ANL |
Şeirləri ilə çoxdan böyük oxucu kütləsinin sevgisini qazanan Məmməd İsmayılın publisistik yazılarını qəzetimizdə tez-tez oxuyursunuz. Onun bir çox hekayə və povestləri də ara-sıra oxucuların ixtiyarına verilmişdir. “Azərbaycan” jurnalı oktyabr nömrəsindən başlayaraq şairin “İz” romanının jurnal variantını çap edəcək. H... | ANL |
PƏRVİNin təqdimatında. Qadına güzgü başqalarının onu necə gördüyünü bilməkdən ötrü lazımdı. Şübhəsiz, QADIN qadına. Güzgüylə “ünsiyyəti”n hələ uşaqlıqdan çox maraqlı formada, artan xətlə inkişaf edir. Yaşa dolduqca güzgünün də sənə, sənin də ona münasibətin dəyişilir. İlk yeniyetməlikdə güzgü həyatının ayrılmaz hissəsi... | ANL |
Giliz kimi gəzərgi (esselər silsiləsi)- davamı. Aynanın arxasında həmişə təmiz dünya umuruq, ona görə də həmişə qeyri-ixtiyari tərləmiş və ya çirkli ayna görən kimi, silirik, biz həm də aynanın arxasına ümid edirik. Ayna önündə dayanmış adam xəyal edirsə ki, onun arxadan boynundan tutub aynaya vururlar, deməli, o xəyal... | ANL |
Dinin Azərbaycan mədəniyyətində və ədəbiyyatında yeri. İctimai inkişafın müxtəlif dövrlərini keçən insanlar daima maddi və mənəvi sərvətlərə ehtiyac duymuş və beləliklə, bu dəyərlərin yaradıcısına çevrilmişlər. Nəsildən-nəslə keçən maddi-mənəvi sərvətlər zaman ötdükcə cilalanmış və yeni keyfiyyətlər qazanmışdır. İnsan ... | ANL |
Oralarda kimlər var- Tofiq Nurəli. QEYRİ RƏSMİ BİR YUBİLEYİN ARDINDAN. Heç sevmədim bu yubiley yazılırını, heç sevmədim.Bir dostu anmağı ya tezləşdirərəm, ya da az zaman keçəndən sonra qayıdaram o işə.Bu dəfə də belə olur. Bu zaman deyilən şey nə yaman amansızmış. Zaman o zaman idi ki... şair dostumuz (həm də gözəl hək... | ANL |
Təki insan yaşasın, Murad! ƏMƏKDAR JURNALİST, İSTEDADLI ŞAİR, ƏZİZ DOSTUM HACI MURAD QOÇUOĞLUNUN 50 YAŞINA. Murad, sənin əlli yaşının ərəfəsində nədənsə yadıma böyüyüb boya-başa çatdığımız İmişli rayonunun mərkəzindəki qırmızı kərpiçdən tikilmiş ilk inzibati bina və qarşısındakı ağaclar düşür... Ona görə ki, mənim 30, ... | ANL |
Neyləmək olar ki, başına dönüm, Mənim də dünyada qazancım budu. İşə yollanıram, evə dönürəm, Bu da bəhanədir yaşamaq üçün. Mən dərd daşıyıram evimə hər gün. Sevincin üzünə həsrət adamlar. Dərdsiz günlərini bayram edirlər. Mənim öz dərdlərim toya gedirlər. Arxamca daş atıb sevinən namərd, Daşlarla doludur yollarım mənim... | ANL |
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Hər il qurtardıqda bir dönüb geri baxmaq, bir müddətdə nələr olduğunu nəzərdən keçirmək mənfəətdən xali degildir. Öylə bir hala ki, artıq böylə davam edəmiyəcəginə hər kəsdə bir q... | ANL |
Keçmişdən gələcəyə həyəcan çağırışı. İstənilən cəmiyyətdə elə adamlar olur ki, onların nəyi və necə demələri ətrafdakılara həmişə maraqlı gəlir. İşıqlı təfəkkür sahibi olan bu insanlar fakt və hadisələrə qeyri-standart yanaşmaları ilə insanların stereotipləşmiş düşüncələrinə təsir göstərir, bəzən donuq beyinləri də qid... | ANL |
Kulis.Az “Mən də yaşamışam” layihəsini davam etdirir. Layihənin növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anardır. Qeyd: “Mən də yaşamışam” layihəsini bir qədər fərqli formatda təqdim edirdik. Ancaq Xalq Yazıçısı layihənin müsahibə formatında olmasına israr etdi. Və biz də razılaşdıq. Atası Xa... | ANL |
Duma deyilən cənnət kimi yerdə, Suni naxışların geriyə qalanları kimi, Rəngli daşlarla bəzənmiş. Havlənin tərk edilmiş qismində qalan xarabalarda;. Təxminən 1400 il əvvəl Havlenin xarabalarında oturub ağlayan məşhur ərəb şairi Tarafa oxuma-yazma bilməzdi. Şeirlərini şifahi söylərdi. Ərəblərin İslam əvvəli İmrulqeys, Zu... | ANL |
Şabran- hər daşı tarixləşən şəhər. “Şabran Azərbaycanın qədim torpağıdır, tarix və mədəniyyət abidələri ilə zəngindir. Buradakı abidələrin qorunması və bərpası ilə yanaşı, çalışmaq lazımdır ki, insanlar da onları tanısınlar”. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Paytaxtımızdan şimal-şərqdə, Bakının 123-... | ANL |
Litvadakı Azərbaycan diasporu ermənipərəst diplomatlara qarşı. Bir zaman öncə xəbər verildiyi kimi www.youtube.com portalında bəzi ermənipərəst Litva diplomatlarının Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ silahlı münaqişəsi ilə bağlı gizli telefon danışıqlarının lent yazıları yerləşdirilib. Litva azərbaycanlıl... | ANL |
Litvadakı Azərbaycan diasporu “Dağlıq Qarabağ dostluq qrupu”na qarşı. AZƏRBAYCAN DİASPORU LİTVA SEYMİNDƏ “DAĞLIQ QARABAĞ DOSTLUQ QRUPU”NU ZƏRƏRSİZLƏŞDİRMƏK ÜÇÜN QƏTİ TƏDBİRLƏR GÖRÜR. Litva Yəhudiləri İcmasının Şura üzvü, Litva Xalqları İnformasiya Palatası. (İNFORUM) İdarə Heyətinin sədri, “Litva-Azərbaycan” Assos... | ANL |
"Tovuz rayon prokuroru Rəsul Həsənov və Tovuz Rayon Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırda Zaqatala rayon prokurorunun müavini vəzifəsində işləyən Füzuli Musayev tərəfindən yüksək məharət və peşəkarlıqla aparılan istintaq hərəkətləri nəticəsində 7 il bundan əvvəl - 12 yanvar 1992-ci il tarixdə Əli Məmmədovun q... | ANL |
“Sezar"ın müasirliyi. Elçin Hüseynbəylinin "Sezar" adlı iki hissədən ibarət sintetik dramında təsvir olunan iblis obrazı ilə Cavidin müvafiq əsəri arasında yaxından səsləşmə, uyğunluq təşkil edən cəhətlər vardır. İblisin təhrikedici, təsiredici xüsusiyyətləri, onun ağıla, idraka söykənməklə qarşı tərəfi öz iradəsinə ta... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı). İslamda Hz.Davuda endirilən müqəddəs kitabın adıdır. İbranicə "Səfər Təhilim" (Nəğmələr kitabı) adlandırılır. Qərbdə Zəburun konkret adı yoxdur. Yetmişlər tərcüməsində müxtəlif bablar məzmur (yun. psalmos) deyə adlandırıldığından bütövlükdə Məzmurlar adlandı... | ANL |
Universitetdən dünyaya - dünyadan universitetə. AKADEMİK ABEL MƏHƏRRƏMOV GÜRCÜSTAN. Hərdən çox işlətdiyimiz, gündəlik həyatımızın məzmununu təşkil edən elə sözlər, elə anlayışlar olur ki, onun mahiyyətinə varmadan öyrəncəli bir şey kimi yanından ötüb keçirik. Qəflətən belə sözlərin mahiyyətinə, onların nə qədər böyük m... | ANL |
Telli Pənahqızı-səsinə, sözünə, üzünə Ay işığı düşən xanım. Çünki sadaladığım bütün statuslarında Telli Pənahqızı öyrətməndir! Və "öyrətmən" sözünün bütün məna çalarları ilə USTADDIR - gələcək nəsillərdən jurnalist, şair, publisist, məmur və vətəndaş olmaq istəyənlərin hər biri üçün! İndiki BDU-nun bir professoru, filo... | ANL |
Heydər Əliyev Mərkəzində "Kosmosa səyahət"in. Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin "Kosmosa səyahət" sərgisinin ilk dünya təqdimatı olub. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılış mərasimində çıxış edərək sərginin bu il açılmasını çox əlamətdar hesab etdiyini diqqətə çatdır... | ANL |
"Azərbaycan mədəni və dini müxtəlifliyin nadir harmoniyasının yaranmasına nail olub". Azərbaycanda müxtəlif etnik və dini qrupların bir arada dostcasına, qardaşcasına yaşaması artıq bütün dünyanın da qəbul etdiyi bir həqiqətdir. Heydər Əliyev Fondunun bu istiqamətdə irəli sürdüyü və həyata keçirdiyi təşəbbüslər də bunu... | ANL |
"Oksford Universitetində Nizami Gəncəvi adına Elmi Mərkəzin. yaradılması möhtəşəm nailiyyətdir". Məlum olduğu kimi, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan... | ANL |
ilk peşə-ixtisas təhsilinin inkişafı. Azərbaycanın 2020-ci il hədəfləri nəinki regionda, həmçinin, dünya ölkələri arasında iqtisadiyyatının daha da inkişaf etməsi və vətəndaşlarının yaşayış səviyyəsinə görə aparıcı ölkələr sırasına çıxmaq platformasıdır. Hal-hazırda neft ölkəsi kimi tanınan Azərbaycan 2020-ci ildə bu i... | ANL |
Gözün xəzinəsi. Füzuli şeirində gözlərin vəsfi silsiləsindən. Sufi poeziyasında geniş yayılmış deyimlərdən biri qüdsi hədislə bağlıdır: "Mən gizli bir xəzinə (kənz-i məxfi) idim. Tanınmaq istədim. İnsanları və cinləri yaratdım ki, məni tanısınlar". Təbii ki, hədisdə İlahi substansiyanı bildirən xəzinə anlamı qaş-daşla ... | ANL |
Əlilliyi olan uşaq və gənclərin yaradıcılıq sərgisi keçirilib. Beynəlxalq Əlillər Günü və Beynəlxalq Könüllülər Günü münasibətilə əlilliyi olan uşaq və gənclərin "İnklüziv cəmiyyət və hər kəsin bərabər inkişafı naminə maneələri dəf edək, qapıları açaq!" mövzusunda yaradıcılıq sərgisi keçirilib. "Art Garden"də təşkil ol... | ANL |
Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyası üç dildə nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası "Azərbaycanın Elm və Mədəniyyət Xadimləri" seriyasından görkəmli dövlət xadimi, Xalq yazıçısı, ədəbiyyatşünas və publisist, akademik Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyasını ... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı). İslamdan sonrakı yəhudi məzhəbləri. Orta əsr İslam dönəmində yəhudi dünyasında iki böyük yəhudi məzhəbi vardır. Bunlardan biri fərisiliyin davamı olan Rəbbani yəhudilik, digəri isə bu məzhəbin qarşısında yer alan və qismən saduqi görüşlərini mənimsəyən Qarai... | ANL |
Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın qüdrətli, nüfuzlu dövlətlərindən birinə çevrilib. Ölkədə aparılan tikinti-quruculuq, abadlıq işlə... | ANL |
Yaşıllıq-sağlam həyatın təminatçısı. Doğma Azərbaycanımızın bütün bölgələrini, demək olar ki, qarış-qarış gəzmişəm. Hər dəfə bir ekoloq-jurnalist kimi məni yol boyu yaşıllıqların vəziyyəti düşündürür. Sözsüz ki, təbiətə həssas münasibət təkcə peşəkarların marağında deyil. Sadə adamlar, təbiət həvəskarları vəzifəsindən ... | ANL |
Azərbaycan-Polşa elmi əlaqələrində yeni mərhələ. Azərbaycan Milli Elmlər Akademiyası ilə Polşa Respublikası Elmlər Akademiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında imzalanmış yeni protokol ölkələrəarası elmi əlaqələrin müasir inkişaf səviyyəsinin konkret əməli göstəricisidir. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. Yəhudilər ibadətlərini "sinaqoq"larda (Bet ha Kneset) icra edirlər. Sinaqoq Qüdsdəki Məbədin dağıdılmasından sonra yəhudilərin ibadət üçün istifadə etdikləri tikililərə verilən addır. Sinaqoqlarda yəhudilərin dini və milli simvollarından biri olan yeddi qollu şamdan ... | ANL |
Qoca macgəlin fikri-zikri qızdırmanın içində qoyub gəldiyi xəstə nəvəsinin yanındaydı. Şahin yorğan-döşəyə düşəndən kişinin yediyi, içdiyi də zəhərə dönmüşdü. Bu gün də elə-belə birtəhər... Ambıla qoşulan boz öküz də ki, siftə günlər xamlıq elədiyindən, səhərdən-axşamacan kotanın dəstəyindən yapışan Mürşüd kişini təbdə... | ANL |
“Otuz ildə yalnız bir gecə anamgildə qalmışam”- Məşhurların xanımları. Yaradıcılığı poeziya ilə jurnalistikanın, daha doğrusu şairliklə jurnalistliyin vəhdəti üzərində qurulan Əbülfət Mədətoğlu Qarabağ dərdini hər gün şeirlərinin havasında yaşadan həssas qəlbli və qələmli söz adamlarımızdandı. Bu günlərdə doğum gününü ... | ANL |
PƏRVİNin təqdimatında. Gözləyənin varsa, qürbətə, uzaqlığa dözmək yüz qat çətindi... Yadlar arasında sevdiklərinin, doğmalarının qəlbindəki yerini, dəyərini daha yaxşı anlayırsan. Sayırsan günlərini... lapbalaca uşaq kimi barmaqlarınla sayırsan. Yüz-yüz kilometrlərlə ölçülən məsafələrə qəzəblənirsən. Doğrudan belədi! Ə... | ANL |
(XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər). Üç-dörd ay bundan əvvəl ədəbiyyatşünaslığımızda bir polemika mənim diqqətimi cəlb etdi və öz-özlüyündə, olsun ki, növbəti bir polemika təsiri bağışlasa da, son illərdə klassik ədəbiyyata münasibətdə ara-sıra özünü göstərən və şəxsən mənim üçün mübahisəli, bəzi məqamlarda isə... | ANL |
Kitablar, talelər: sonu görünməyən yol. Universitet illərimizdən yadigar bir buklet – dəvətnamə var, “Qönçələr” adlı. Universitetin ədəbi məclisi buraxmışdı. Hər dəfə ordakı dostlarımızı xatırlayanda, tələbəlik şəkillərimizə baxanda ürəyim sızıldayır. Hələ yalnız tələbə yoldaşlarımız və ya sayı o qədər də çox olmayan ə... | ANL |
Təbiət də gələcək qalibləri himayə edir. (Tarixi hadisələrə belə rakursdan baxış). İnsan təbiətinə zidd olan müharibədə qazanılan hansısa qələbə elə bir mühüm hadisə hesab olunur ki, bəzən tərifə layiq olmayanları da hörmətə mindirir, nüfuz sahibi edir. Hətta kiçik döyüşlərdə əldə edilən qələbələr də iftixar mənbəyinə ... | ANL |
Təbrizi qucaqlamaq arzusu. Dünyanın böyük, gözəl şəhərləri çoxdur. Adı dillər əzbəri məşhur şəhərlər keçmişlərdə də olub, bu gün də var. Amma tarix boyu Yer üzünün füsunkar, izdihamlı şəhərləri arasında bəzən heç xüsusi cazibədarlığı, məxsusi ehtişamı ilə fərqlənməyən şəhərlər də olub (və var ki), onlar da rəmz sayılar... | ANL |
Yunus İmrəni anlamaq. Yunus İmrəni anlamaq üçün öncə onun yaşadığı zamanı və məkanı doğru analiz etmək gərəkdir. Aramsız xristian saldırılarına məruz qalan və bu saldırılardan əziyyət çəksə də ayaqda durmağı bacaran, var olmaq uğrunda savaşan Anadolu Səlcuk dövləti yeni bir fəlakətlə qarşı qarşıyla gəlmişdi bu dəfə: mo... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. Bir çox xristian qrupunu İsanın tanrı olduğu qənaətinə gətirən yol onun tarixiliyi problemi ilə əlaqədar olmuşdur. Hz.İsanın şəxsiyyəti barəsində İncillər və Yeni Əhdin digər kitabları arasında müəyyən bir fərqlilik vardır. Fələstinli İsa bir yəhudi kimi doğulmuş, yə... | ANL |
Təhsil strategiyasında məzmun islahatları: əsas hədəflər. “Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır”. Heydər Əliyev. Son illərdə fenomenal inkişaf tempinə görə Azərbaycanın regionda və dünyada siyasi nüfuzu və iqtisadi qüdrəti artmış, BMT-nin məlumatına görə, “yüksək insan in... | ANL |
Mərdliyin profilləri- Con F.Kennedi- davamı. Biz özümüzə deyə bilərik ki, bu təzyiq qrupları və məktub yazanlar seçicilərin yalnız kiçik faizidir – və bu, həqiqətdir. Lakin onlar azlığın fikrini tələffüz edirlər, bu azlığın baxışlarına məhəl qoyulmaya bilməz və biz böyük ictimaiyyətlə kontaktlarımızın xeyli hissəsini q... | ANL |
Köhnə tanışlar: tanınmış jurnalist Şakir Yaqubov. ONLAR NƏ DEYİBLƏR: Etibar CƏBRAYILOĞLU. Bilirdim ki, Şakir müəllim istedadı olana kömək etməyə hazırdır. Dünyanın belə kəllə-mayallaq vaxtında da bütün mələklər tökülüb yerə gəlsəydi, Şakir müəllimdən istedadı olmayan haqqında bir kəlmə xoş söz qopara bilməzdi. Dostum A... | ANL |
"Azərbaycan Parlamanında"- M.Ə.Rəsulzadə. Dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti qanunvericilik məclisi – Məclisi-Məbusanın açılışının 95 ili tamam olur. Üzeyir bəyin təbirincə desək, bu, tarixi bir gündür. Noyabrın 9-da onun təklifi ilə Azərbaycan hökuməti “Azərbaycan bayrağı haqqında” qərar qəbul edir. Noyabrın 1... | ANL |
Milli teleməkanda səviyyə və auditoriya problemi. Televiziyanın ictimai fikrə birbaşa təsir göstərməsi, təkcə ayrı-ayrı fərdlərin deyil, ümumən cəmiyyətin dünyagörüşünün formalaşmasında müstəsna rol oynaması günümüzün şəksiz gerçəkliyidir. Auditoriyasına təsir müstəvisində elə ilk vaxtlardan əldə etdiyi statusu indiyə ... | ANL |
Özbək şairi Siracəddin Səyyidin şeirləri. Siracəddin Səyyid Özbəkistan xalq şairidir. 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirib. Siracəddin Səyyid çağdaş Azərbaycan poeziyasının bir çox qiymətli nümunələrini ... | ANL |
XX əsrin ən böyük kataklizmalarından biri olan İkinci Dünya Müharibəsi ərəfəsində, tarix səhnəsində oynanılan ən böyük faciələrindən birinin ərəfəsində yazılan dövrün hegemon ideologiyası olan sosialist-realizmin səthi optimizm və hazırqəlib sxemləri çərçivəsini dağıdan "İnsan" əsərindəki filosof Şahbazın dili ilə soru... | ANL |
Folklor İnstitutunda Aşıq Şəmşirə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib. Bu günlərdə AMEA- da Folklor İnstitutu və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Şəmşirin 120 illiyinə həsr olunmuş "Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi" mövzusunda ... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. Qərbin bütün torpaqlarda tətbiq etdiyi latınca ibadət (liturgiya) Şərq missionerləri tərəfindən aradan qaldırıldıqdan sonra Şərqin mərkəzi olan İstanbulun slavyanları xrsitianlaşdırması asanlaşdı və nəticədə İstanbul kilsəsinin xristianlaşdırma fəaliyyəti XI əsrdə ba... | ANL |
İşğal edilmiş ərazilər erməni terrorizminin əsas məkanlarından biri kimi. Terror erməni siyasətinin mexanizmidir. Bu gün dünyanı sarsıdan və "səssiz müharibə" adlanan terrorizm böyüklü-kiçikli, dini mənsubiyyətindən asılı olmayaraq bütün dövlətlərin probleminə çevrilib. Müasir dünya praktikasında dövlətlərin fərdi qayd... | ANL |
Bu günlərdə qədim və zəngin mədəniyyətimizin şərəfli tarixində özünəməxsus yeri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 90 illiyi respublikamızda geniş şəkildə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 1 mart 2013-cü il tarixində imzaladığı Sərəncam əsasın... | ANL |
Müasir dünyanın var olmasında bir sıra vacib komponentlər var. Hansı ki, onlar insanların gündəlik ehtiyaclarının təməl prinsipləridir. Bu mənada kimya elmi xüsusi önəm daşıyır. Kimya elminin inkişafına, tədqiqinə töhfə vermiş hər bir alim, tədqiqatçı müasir dünya üçün ən labüd kəşfə sahib kəslərdir. Azərbaycanın elm a... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.