text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Soyuq müharibənin müəllifi kimdir – Uilyam Çörçil, yoxsa Əbdürrəhman Fətəlibəyli – Düdənginski? Bu tarixi məktub əslində dünyada soyuq müharibənin başlanmasını əks etdirir. Bu ideyanın müəllifi İngiltərənin tanınmış dövlət xadimi U.Çörçil sayılsa da əslində azərbaycanlı Ə.F.Düdənginskinin İngiltərənin baş naziri Klemen... | ANL |
Düzdü oxuduqları oxudu, hava-hapvacat üstədi. Bəlkə aldanmağımız da bunnan yanadı. Onun fərqli olmağı da elə bundadı. O, nəyisə bizlərə çatdırmaq istəyir, nəyisə deyir, nəsə bizlərin bilmədiyi bildikləri var. O, Qədir Rüstəmov olaraq yaşadığı ömrü uzunu bizlərə çox mətləbləri çatdırdı, çox sirrlər oxudu. Böyük yazıçımı... | ANL |
Əziz Cəmil müəllim, 60 yaşınızın bu ilin yanvar ayında tamam olduğundan tamamilə təsadüfən, ötən həftə “525-ci qəzet”in şənbə nömrəsini vərəqləyəndə xəbər tutdum. Zahiri görkəminizə, vaxtından əvvəl ağarmış saçlarınıza görə yox, Sizi tanıyandan bəri şəxsiyyətinizdə duyduğum ağsaqqallığınıza, səbr və təmkin dolu təbiəti... | ANL |
Yazıçılar Birliyində şair-publisist Zərəngiz Dəmirçinin yubileyi qeyd olunub. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Zərəngiz Dəmirçi Qayalının 50 illik yubileyilə bağlı tədbir keçirilib. Tədbiri AYB-nin üzvü, şair Qəşəm Nəcəfzadə açaraq yubilyarın yaradıcılığı haqqında məlumat verib. Onun ya... | ANL |
(Çin Xalq Respublikası barədə düşüncələr). (Əvvəli ötən saylarımızda). ... Ötən əsrin əllinci illərində SSRİ-dən Çin Xalq Respublikasına ixrac edilən müxtəlif sənaye məhsullarının xeyli hissəsi Azərbaycanın payına düşürdü. Bakı cihazqayırma zavodu dərinlik nasosu ilə işləyən neft quyularının işini yoxlamaq və tədqiq et... | ANL |
Azərbaycan-Avropa İttifaqı əlaqələri təhsilin inkişafına əlavə stimul kimi. Azərbaycan və Avropa İttifaqı arasında qurulan əməkdaşlıq çərçivəsində təhsil sahəsində bir sıra layihə və proqramlar həyata keçirilib.Azərbaycanın Avropa İttifaqı ilə təhsil sahəsində əməkdaşlığı bu təşkilatın TASİS proqramı çərçivəsində həyat... | ANL |
Rusiyanın tənəzzül və dirçəliş erası. (Əvvəli ötən şənbə saylarımızda). Putinin dövründə dövlət siyasətinin bütün qüsurlardan azad olduğunu iddia etmək də gülünc görünə bilər. Bu dövlətin “anadangəlmə ləkələri” olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə şüarı dəfələrlə ən yüksək vəzifə sahiblərinin nitqindən səslə... | ANL |
Fransa Senatı “İfadə azadlığı cinayətdir” qərarını verir. İNSAN HAQLARI SAHƏSİNDƏ BEYNƏLXALQ TƏŞKİLATLAR İSƏ SUSUR. Fransa senatının qərarına insan haqları sahəsində mövcud olan onlarla beynəlxalq təşkilatın reaksiyası necədir? “İnkarçılığın Cəzalandırılmasına Dair” Fransa senatının nəinki bu Avropa ölkəsində, bütövlük... | ANL |
“Məqamlar” kitabının geniş təqdimatı oldu. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı, professor Kamal Abdulla, şair Salam Sarvan və yazıçı- jurnalist Etimad Başkeçidin ədəbi söhbətlərindən ibarət “Məqamlar” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri, xa... | ANL |
Rüzgar Əfəndiyevanın “Yol gedirəm” adlı şeirlər kitabı nəşr olunub. Şairə Rüzgar Əfəndiyevanın “Yol gedirəm” adlı şeirlər toplusu işıq üzü görüb. Kitaba ön söz yazan Xalq şairi Fikrət Qoca Rüzgar Əfəndiyevanın 40 ildən artıq müddətdə ədəbiyyat yollarında ürəkli addımlarla irəlilədiyini qeyd edib: “Bu dünyanın başından ... | ANL |
Sənət fədaisi. Musiqişünas, dramaturq, rejissor, respublikanın Xalq artisti Kərim Kərimovun adı çəkiləndə ilk növbədə əsl ziyalı anlayışı yada düşür. Görəsən əsl ziyalı nə cür yetişir? Bəlkə xalqın min illər ərzində qazandığı əxlaqi, mənəvi sərvətləri macal tapıb bircə ömür içində mənimsəyə bilməklə, xalqın kamalından ... | ANL |
Ölüm yalnız qocalıqdan və xəstəlikdən olmur. İnsanın inamı qırılanda da ölüm çox fəallaşır. Ya hiss olunmadan insanı içərisindən çürüdərək xəstəlik şəklində özünə çəkir, ya da açıq-aşkar intihar kimi. Həkimlər, psixoloqlar bu mövzuda çox yazsalar da, necə deyərlər, hələlik inam “dərmanını” tam tapa bilməyiblər. Fitri i... | ANL |
Rahim Sadıqbəyli: “Araz TV”nin fəaliyyətini bərpa etmək ölkəmizin təbliği baxımından vacibdir”. Müsahibimiz İsveçdə yaşayan soydaşımız, ixtisasca rejissor olan Rahim Sadıqbəylidir. Ötən ilin sonlarında İsveçdə ilk dəfə olaraq onun təşəbbüsü ilə swedenaz.se saytı fəaliyyətə başlayıb. Onunla söhbətə bu saytın hansı məqsə... | ANL |
Kamilə Əliyeva: “Artıq vəziyyət fərqlidir”. Müsahibimiz millət vəkili, BDU-nun professoru Kamilə Əliyevadır. İlk olaraq, bildirim ki, ötən ildə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın mövqelərini, dövlətimizin beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndi... | ANL |
Məşhur elmi məktəbin tanınmış nümayəndəsi. Əsası məşhur akademik Həsən Abdullayev tərəfindən qoyulmuş yarımkeçiricilər fizikası məktəbi yalnız respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınır. Bu elmi məktəbin nümayəndələri AMEA Fizika İnstitutunda illərdən bəri elmi-tədqiqatlar apararaq dünyanın məşhur elm... | ANL |
Müdrik babalarımız Tanrıya dua edib üç şey diləmişlər: güc, səbir, bir də müdriklik. Gücü ona görə istəmişlər ki, dünyada dəyişə biləcəklərini dəyişməyə qüvvələri çatsın. Səbri ona görə diləmişlər ki, dəyişməyə iqtidarı, gücü çatmayacaq şeylərə dözə bilsinlər. Müdrikliyi onunçün istəyiblərlər ki, birincilərlə ikincilər... | ANL |
Sözün şəkli. Onu görəndə təbəssüm qonur dost-tanışların, tanıyanların üzünə. Nədən ona bu qədər yaxın, lap yaxın olmaq istəyirlər? Məgər hər adama bu qədər can atarlarmı, məgər hər adama onun kimi dost, arkadaş demək olurmu? Yəni heç mən də bilmədim ötüb keçən bu qırx ildən çox uzun bir ömür yolunda. Yazıçı, publisist,... | ANL |
“Azərbaycanda dini tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm addımlar atılıb” (davamı). Müsahibimiz Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Politologiya və siyasi sosiologiya” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Turizm İnstitutunun müəllimi, “Diaspo... | ANL |
Şərəfli nəslin təmsilçiləri. və ya bir daha Azərbaycan tarixində Qacarların yeri və rolu haqqında. Bəllidir ki, hər bir xalqın, ölkənin tarixi inkişafında onun sayılıb seçilən nəsillərinin, sülalə və soylarının böyük təsiri vardır. Bu nəsillər qüdrətli hökmdarlar yetişdirmiş, dünya iqtisadiyyatına və geosiyasətinə təsi... | ANL |
Burdan Kəlbəcərə elə yaxındı, Burdan Kəlbəcərə getməyə nə var…. Toğanaya gedən yolda,dərənin dibində yol ayrıcında. Burdan Kəlbəcərə elə yaxındı, Bir göz qırpımında çıxıb gedərdim. Toğana yolların necə çətinmiş, Başımın üstünə ələndi dərdim. Bir dilucu deyib,-Vətəndən ötrü, Qanından, canından keçməyə nə var. Qəlbində o... | ANL |
“Azərbaycanda dini tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm addımlar atılıb” (davamı). Müsahibimiz Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Politologiya və siyasi sosiologiya” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Turizm İnstitutunun müəllimi, “Diaspo... | ANL |
Ukraynada Azərbaycan musiqisi günləri. Ukrayna Milli Filarmoniyasının Musiqi salonunda Azərbaycan musiqisi günlərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. tədbirin təşkilatçıları Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, Ukrayna Milli Bəstəkarlar İttifaqı (UMBİ), Azərbaycanın Kiyevdəki səfirliyi, Azərbayca... | ANL |
Poeziyanın həqiqəti: Yaxşıların azalmaq qorxusu... Ədəbi məclislərin birində durdu ürək sözlərini dedi və mövzuya yönəlik şeirini oxudu. Səmimiyyəti məclisə sirayət elədi. İlk dəfə gördüyüm bu şairin çıxışı bir çoxları kimi mənim də ürəyimdən oldu. Ona yanaşıb təbrik etdim, oxuduğu şeir haqqında xoş sözlər dedim. Təvaz... | ANL |
“Azərbaycanda dini tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm addımlar atılıb”. Müsahibimiz Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Politologiya və siyasi sosiologiya” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Turizm İnstitutunun müəllimi, “Diaspor və Lobb... | ANL |
Dilçiliklə döyünən şair ürəyi. Şair Rafiq Yusifoğlu poeziyasının özünəməxsusluğu, obraz rəngarəngliyi, mövzu müxtəlifliyi ilə bağlı xeyli yazılar yazılıb, şeirlərindəki ən səciyyəvi cəhətlər müxtəlif bucaqlar altında təhlil süzgəcindən keçirilib. Açığını desəm, R.Yusifoğlu poeziyası barədə söz deməyimə, yazı yazmağıma ... | ANL |
Layihənin rəhbəri Qulu Ağsəsdir. Layihə çərçivəsində hər ay oxuculara bir yazıçının hekayəsi təqdim olunur. Müəllif hekayəsini “razvyazka” mərhələsində (düyünün açıldığı məqamda) dayandırır, finalı tamamlamağı isə oxucuların ixtiyarına verir, beləliklə hər bir oxucu özü düşündüyü kimi əsəri tamamlaya bilir. Bu, ədəbi m... | ANL |
Aqil Abbasa məktub. Bu məktubu sənə beş-altı il öncə yazmışdım. Amma həmin vaxt göndərmədim. Fikirləşdim ki, deyəsən, çox emosionaldı və sənə olan istəyimi gizləyə bilməmişəm. Aradan illər keçdi. Gördüm ki, Aqil də dəyişməyib, mənim ona münasibətim də. Həmin yazını əvvəllər ədalətin kötüyünü, indisə “Ədalət”in aylığını... | ANL |
QƏDİMİLİKLƏ MÜASİRLİYİN SİMBİOZU – ƏRZURUM. Təxminən ay yarım öncə,18-21 fevral tarixlərində Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil xanımın rəhbərliyi ilə bir neçə dəyərli həmkarımla-Əminə xanım, Niyaz, Mirsəməd, Mürtəza və adını unutduğum gənc operator qardaşımızla birgə Türkiyəyə-Ərzuruma səfər etmişdik. İ... | ANL |
Musiqisi qəlbləri fəth edən bəstəkar. 105 yaşa malik Azərbaycan professional bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olan Musa Mirzəyevin bu il 80 yaşı tamam olur. Azərbaycan Respublikasının Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli, prezident təqaüdçüsü olan bəstəkar Musa Mirzəyevin yaradıcılı... | ANL |
Tanınmış şair Təvəkkül Yanarın xatirəsi anılıb. Ağcabədidə tanınmış şair, istedadlı qələm sahibi Təvəkkül Yanarın xatirəsinə həsr olunmuş mərasim keçirilib. Mərasim rayon icra hakimiyyətinin və təhsil şöbəsinin təşəbbüsü ilə şairin doğulduğu Rəncbərlər kəndində təşkil olunub. Tədbirə rayon ağsaqqalları, ziyalılar, təhs... | ANL |
Tarix obyektiv təhlil tələb edir. Müstəqillik dövrü, azad mətbuat və nəşriyyatların yazarlar üçün geniş imkanlar açması təqdirəlayiq hadisə hesab edilməlidir. Artıq hər bir vətənpərvər ziyalı insan öz kəndinin, rayonunun tarixi keçmişini, məişət və mədəniyyətini, yaşam tərzini və digər məsələləri əhatə edən kitablar ya... | ANL |
Ağcabədi muğam ifaçılığı məktəbi. Yaxın və orta Şərq xalqlarıın mədəniyyətində, musiqi yaradıcılığında muğam sənəti xüsusi yer tutur. Şifahi ənənəyə malik bu qədim professional musiqi növündə yaradılmış iri həcmli vokal-instrumental əsərlər Azərbaycanda da böyük şöhrət tapıb. Milli-mənəvi dəyərlərlə köklənmiş, özünəməx... | ANL |
Fərhad Abdullayev: ”Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərin çoxu mülkiyyət hüququ ilə bağlıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin APA-ya müsahibəsi. Bildiyimizə görə cari ildə Konstitusiya Məhkəməsi bir sıra əhəmiyyətli sorğuları icraata qəbul edib baxmaqdadır, bəzil... | ANL |
Dilçiliyə və Azərbaycan-Bosniya əlaqələrinə dəyərli töhfə. Bəzi kitablar sərlövhəsi, digərləri tərtibatı, qeyriləri isə ideyaları ilə bizi təəccübləndirir. Gülarə Ağasiyevanın tərtib etdiyi “Azərbaycanca-rusca-bosniyaca, bosniyaca-rusca-azərbaycanca cib lüğəti” filoloqların və linqvistlərin, həmçinin şərqşünasların, sl... | ANL |
Hakimiyyət-cəmiyyət-din münasibətlərinin Azərbaycan modeli beynəlxalq səviyyədə müsbət qarşılanıb. Bu günlərdə professor R.Əliyevin “Hakimiyyət, cəmiyyət və din” adlı kitabı “Trafford Publishing” nəşriyyatı tərəfindən Amerika Birləşmiş Ştatlarında ingilis dilində çapdan çıxıb. Nəşriyyat müəllifin bu kitabını özünün www... | ANL |
Bakıda beynəlxalq turizm sərgisi işə başladı. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, sərgidə iştirakçıların sayının ildən-ilə artması Azərbaycanın turizm sahəsinin inkişafının düzgün istiqamətdə olduğundan xəbər verir, ölkə hökuməti sektorun inkişafı üçün lazımi tədbirləri həyata keçirir... | ANL |
Uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş müsabiqənin aprelin 1-dən başlayan müsabiqənin ayın sonuna kimi z... | ANL |
Örtülü sübhan qapılar. Son libasdan alma göynək, Vədəsində gəlsin, geyək. Gəraylı. Giryanım ilə boşalsan, Fələyimnən bəhs olarmı? İncəyurdtək haraylının, Qətli-fərman... hər aylının, Bu sevdalı gəraylının. Burda sevgisi didərgin. Eşqi neylər ac, tabsızsa, Salavatı savabsızsa. Düz misalım cavabsızsa- Düyün var, Rəhm Yiy... | ANL |
PƏRVİNin təqdimatında. Görünür, bəxt məsələsi hər yerdə öz işini görür. Həyatda da, sənətdə də... İstənilən uğurun bir tərəfi istedada, peşəkarlığa, zəhmətkeşliyə bağlıdırsa, digər tərəfində bəxt durur... Elə şairin, yazıçının da xalq tərəfindən qəbul olunub sevilməsi, tarixdə qalmasının müəyyən hissəsi tale işidir. ..... | ANL |
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Buxara ilə Xivədə. Rusiya çarizmi (yəni padşah istibdadı) Avropada istibdad jandarmı idisə, Asiyada da hürriyyət cəlladı idi. İran məşrutəsi bu cəllad əlində qanlara boyanmış və n... | ANL |
Sənətin cazibə qüvvəsi. ADMİU-nun “Estrada və Musiqili teatr rejissoru” kafedrasının müdiri –. Bəlkə də bu günə qədər salam verib, hal-əhval tutduğum insanlar arasında yaşına, yaxınlığına görə İbrahim Əliyev kimi dostum olmayıb. Salam İbrahim! Böyüyüb boya-başa çatdığım Əlövsət Quliyev küçəsində (keçmiş Montin) yaşayan... | ANL |
Heyrətlə dərdləşən söz. Bu il Azərbaycan ədəbiyyatının istedadlı yaradıcılarından birinin – şair İnqilab İsaqın 60 yaşı tamam olur. 60 il şair ömrünə uğurlu axtarışlar, gərgin zəhmət və məhsuldar fəaliyyət illəri kimi daxil oldu. İ.İsaq da hamı kimi Allah sevgisinə möhtacdır. İstedad amili ilahi xislətlə bağlıdır və ar... | ANL |
Əsər Cənubi Azərbaycanda gedən azadlıq hərəkatına həsr olunmuşdur. Hadisələr Təbrizdə cərəyan edir. Tamaşa boyu tamaşaçıların gözü qarşısında demokratik hərəkatın boğulduğu, azərilərin güllələndiyi, kitabların yandırıldığı bir şəhər canlanır. Təbriz od içindədir. Pərdə açılan kimi alovu ərşə dirənən Təbrizin küçələri g... | ANL |
“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir”. Müsahibimiz fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir. Gənc alimlə söhbətimizin məğzini müsahibimizin əsasən dini və milli tolerantlığa fəlsəfi aspektdən yanaşması, millət olaraq inkişaf və tərəqqimizin mill... | ANL |
Pərvin “Balerina” kinopovestində rəngin və ovqatın hibridini yaradır.”Royalın dodaqaltı zümzümə etdiyi masmavi musiqi eşidilir. Yataq otağı. Geniş çarpayıda gənc bir qadın yatıb. Yanında uzanmış beş-altı yaşlı qız oyaqdı. İri açılmış gözləriylə çarpayının üstündə uçuşan nağıllara baxır. Alabəzək nağılların kölgələri ağ... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Yalnız Çörçillin oğlan uşağı lətafəti İcmalar Palatasında diqqəti cəlb etdi. Lakin onun nitqi qüsurlu idi və heç vaxt bu qüsuru bütünlüklə yox edə bilmədi. Bu qüsur psixoloji utancaqlığından irəli gəlirdi. O, öz çıxışları ilə fərqləndiyini göstərirdi, onların üstündə nəhəng a... | ANL |
Hər əhvalatın bir lirik çaları olur. Biz də iki yazıçı dost, Yunus Oğuz və mən Yer səthindən 10000 metr yüksəklikdə, Bakı –Almatı təyyarəsində lirik əhval-ruhiyyədə dünyanın gələnindən –gedənindən danışa-danışa yol gedirik. Almataya Qazaxıstanın Prezident Fondu tərəfindən Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbərlə... | ANL |
Zəridə xanımın zərrələri. Dini Qurumlarla İş üzrə Dövlət. Komitəsi sədrinin birinci müavini. sərgi salonu verin, Bir insan şəkli. Elə insanlar var ki, onların vəzifədə olub-olmamasından, paytaxtda və ya kənddə yaşamasından, varlı və ya kasıb təbəqəyə mənsubluğundan asılı olmayaraq daim sevilir, xatirəsi əziz tutulur, ə... | ANL |
"İstəsələr, Azərbaycan və Ermənistanın Dövlət Komissiyalarının görüşünə vasitəçilik edərik". Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri xanım Deniz Duranın APA-ya müsahibəsi. Ötən dövrkü fəaliyyətinizi necə qiymətləndirirsiniz? Bu illərdə BQXK Azərbaycandakı missiyasını tam yer... | ANL |
SİA-nın verdiyi xəbərə görə, tədbirdə ilk olaraq çıxış edən millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman bu kimi əhəmiyyətli tədbirlərin keçirilməsindən fəxr hissi keçirir. Onun sözlərinə görə, keçən ilin noyabr ayında İCAPP-ın baş assembleyası ... | ANL |
Azərbaycan təhsilinin son 15 ildəki inkişaf mənzərəsi faktların və rəqəmlərin dili ilə. Ötən 15 ildə milli təhsil quruculuğu istiqamətində əhəmiyyətli addımlar atılıb, bütövlükdə təhsil sisteminin milli ənənələr və ümumbəşəri dəyərlər əsasında yenidən qurulması mümkün olub. Ölkədə və dünyada dinamik inkişaf tendensiyal... | ANL |
“Muğam aləmi”nin unudulmaz təəssüratları. Xalqımızın həyatına bayramlar ayı kimi daxil olan mart ayı 2013-cü ildə də Azərbaycan musiqi mədəniyyəti üçün əlamətdar hadisələrlə təqvimə yazıldı. Məlum olduğu kimi şəhərimiz Novruz bayramının yaxınlaşdığı ərəfədə musiqi bayramının ab-havasına qərq oldu. Belə ki, 9-19 mart ta... | ANL |
Oxucular onu ilk dəfə “Mirzə Xəzərin səsi”ndən tanıdılar. Özü gözə görünməyib kölgədə qalmağı xoşlayan bu “qızcığazın” sözü beləcə dillərə düşdü... Məni heyrətləndirdiyi kimi yaşına yaraşmayan uğurlu şeirləri ilə yüzlərlə oxucunu da heyrətləndirməyi bacardı. Özünün redaksiyaların qapısını döydüyü olmayıb, onun yerinə ş... | ANL |
“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir”. Müsahibimiz fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir. Gənc alimlə söhbətimizin məğzini müsahibimizin əsasən dini və milli tolerantlığa fəlsəfi aspektdən yanaşması, millət olaraq inkişaf və tərəqqimizin mill... | ANL |
ELDAR QULİYEV: “DÖVLƏTÇİLİYİ, SABİTLİYİ QORUMAQ, MİLLİ BİRLİYİN TƏMİN OLUNMASI ÜÇÜN ADDIMLAR ATMAQ HƏR BİRİMİZİN BORCU OLMALIDIR”. Bu il Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçiriləcək. Yaxın keçmişin təcrübəsi göstərir ki, seçki ilində siyasi fəallıq müşahidə olunur, ayrı-ayrı qüvvələr tərəfindən sabitliyin ... | ANL |
Mirzə Cəlil və “Molla Nəsrəddin” xatirələr aynasında. Görkəmli ədib, yazıçı-publisist Cəlil Məmmədquluzadənin şah əsəri saydığımız “Molla Nəsrəddin” jurnalının yaranmasından 107 il ötməsinə baxmayaraq o, bu gün də ədəbiyyatşünaslıq elminin tədqiqat predmeti olaraq öyrənilməkdədir. Zənnimcə, “Molla Nəsrəddin”in yaşam ta... | ANL |
Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi. VII əsrin ortalarında İslam dininin Azərbaycanda yayılmasını rəsmiləşdirən tarixi və dini abidələr içərisində məscidlər xüsusi yer tuturdu. Müsəlmanlar bu ərazilərdə islam dinini geniş yaymaq məqsədilə ilk növbədə cümə məscidləri... | ANL |
“Ulduz” ədəbi-bədii jurnalının növbəti – mart sayı oxuculara təqdim edilib. Jurnalın poeziya guşəsində Rəfail Tağızadənin, Avdı Qoşqarın, Ramilə Qardaşxanqızının, Nəzmiyyə Hicranın, Mehman Məmmədovun, Fəridə Hacıyevanın, Qabil Ədalətin, Fəxri Müslümün, Faiq Hüseynbəylinin, İsa Sevərin və Sara Selcanın şeirləri öz əksin... | ANL |
“Azərbaycan” ədəbi-bədii jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın ön səhifələrində Xalq yazıçısı Anarın “Sabahın səfiri” ədəbi ssenarisi yer alıb. “Poeziya” bölməsində Zirəddin Qafarlının, Rəfail Tağızadənin, Xanım İsmayılqızının, Zahid Əzizin, Telman Hüseyninin, Fəridə Hacıyevanın, Sara Selcanın, Əzizi Musanın... | ANL |
Əli Hüseynli: “Milli Demokratiya İnstitutu Azərbaycandakı fəaliyyətində mütləq dönüş yaratmalıdır”. “MDİ Azərbaycan dövlətinin bəyanatına adekvat cavab verməsə, qanunvericilik çərçivəsində tədbirlər görüləcək”. Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsa... | ANL |
“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir” (davamı). Müsahibimiz fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir. Gənc alimlə söhbətimizin məğzini müsahibimizin əsasən dini və milli tolerantlığa fəlsəfi aspektdən yanaşması, millət olaraq inkişaf və tərəqqim... | ANL |
Adı naşirinin adı ilə eyniləşən qəzet. Yalnız Rusiyadakı türkdilli müsəlmanlar arasında deyil, xaricdə də çox yaxşı tanınan Qaspıralı İsmayıl bəyin adı onun 130 il bundan əvvəl – 1883-cü il aprelin 10-da Krımın məşhur Baxçasaray şəhərində nəşr etməyə başladığı “Tərcüman” qəzetinin adı ilə eyniləşmişdir. Qaspıralı özü Ə... | ANL |
Yazıçılar Birliyinin mükafatları qaliblərə təqdim olundu. Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Birliyin Azərbaycan ədəbiyyatının gələcək inkişafı və yazarlara dəstək naminə təsis etdiyi müsabiqənin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilib. Müsabiqə nəticəsində “Ən yaxşı nəsr əsərinə görə Yus... | ANL |
Ramiz Rövşən: “Bizim seçimimiz namuslu seçim oldu, heç bir yaxşı əsər qıraqda qalmadı”. Amma müsabiqə müəyyən mənada müəllifin özünü təsdiq etməsi və tanıtması üçündür və mənim fikrimcə, müsabiqələr gənclər üçündür, onların meydanıdır. Bizim seçimimiz, birmənalı şəkildə, namuslu seçim oldu, bu mənada ki, heç bir yaxşı ... | ANL |
Aman xan Naxçıvanski: tanımalı və tanıtmalı olduğumuz şəxsiyyət. Göstərdiyi şücaətlərinə görə Qafqazın hərb tarixinin səhifələrinə adı qızıl hərflərlə yazılan məşhur hərbçi Aman xan (Əmanulla) İsmayıl xan oğlu Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvan şəhərində anadan olub. Onun doğum tarixi haqqında məlumat atası tam ... | ANL |
Vaqif Yusiflinin ad gününə. Vaqif Yusiflini ədəbiyyatla məşğul olan hər kəs tanıyır. Gənc yazarlar, orta nəsil, yaşlı, hətta çox yaşlı şair və yazıçılarımız da onun qələmindən tərif və tənqid payını alıb. Vaqif Yusiflinin məqalələrində ən çox xoşuma gələn cəhət haqqında yazdığı sənətkara məhəbbət, hörmət, can yanğısı h... | ANL |
Sənətkarın ölümü və ya ömür yenidən başlayır. Teatr sənətinin yazılmamış qanunlarından biri də “qırmızı” imzanın olmasıdı. Hər zaman teatr tamaşaçısı afişada imza axtarışında olub. Xalq yazıçısı Elçinin adı bu gün afişada arzulanan və izlənən imzadı. Bu bir həqiqətdir ki, Elçin imzası oxucular və tamaşaçılar tərəfindən... | ANL |
“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir” (davamı). Müsahibimiz fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir. Gənc alimlə söhbətimizin məğzini müsahibimizin əsasən dini və milli tolerantlığa fəlsəfi aspektdən yanaşması, millət olaraq inkişaf və tərəqqim... | ANL |
Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik və gələcəyə baxış. Cəmiyyətin ən fəal təbəqəsi olan gənclər milli və qlobal səviyyədə inkişafa böyük dinamizm verirlər. Onlar mədəni-ideoloji və əxlaqi tendensiyaların formalaşmasına təsir göstərir, istehsalatda, eləcə də iqtisadiyyatın digər sahələrində, ictimai həyat... | ANL |
BDU dahi məzununun və böyük qayğıkeşinin 90 illiyini uğurlarla qeyd edir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universiteti Şərqin ilk dünyəvi ali məktəblərindən biri kimi mənəvi böyüklüyümüzün simvolu hesab edilir. Mövcud olduğu illər ərzində universitet ölkədə z... | ANL |
Elçin Hüseynbəyli ilə Gənc Ədiblər Məktəbində görüş olub. Tanınmış yazıçı, “Ulduz” jurnalının baş redaktoru, AYB-nin Gənclər Şurasının sədri Elçin Hüseynbəyli ilə Gənc Ədiblər Məktəbi (GƏM) üzvlərinin görüşü baş tutdu. Görüşün baş qəhrəmanı Elçin Hüseynbəylinin səliqə ilə geriyə daranmış saçları tədbirin kifayət qədər ... | ANL |
Mənim sevdiyim Türk. Türkiyə ilə hər görüş nağıllı bir dünyadır. O da ola Xoca Nəsrəddinin göz açıb dünyaya gəldiyi Əskişəhər. Qədim tarixi abidələriylə açıq səma altında canlı muzey olan bu əsrarəngiz şəhərə gəlişimiz baharın gəlişiylə bir vaxta təsadüf etmişdi. 2013-cü ildə Əskişəhərin türk dünyasının paytaxtı elan o... | ANL |
Tanıdığımız və “tanımadığımız” məşhurlar... Belə-belə işlər, Əliqismət müəllim...Heç ağlıma da gəlməzdi ki, günlərin bir günü özümüzü yenidən oxuculara, tamaşaçılara, dinləyicələrə, hətta dost-tanışlara, qohum-əqrabaya belə, yaxından tanıtmalı olacağıq. Sən demə, yaşanan ömürlərdən qalan ancaq yaddaşdakı xatirələrmiş k... | ANL |
“Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib”. PROFESSOR ŞAHLAR ƏSGƏROV: “ÖLKƏDƏ ÜMUMMİLLİ BİRLİYİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR”. Azərbaycanın tanınmış elm adamlarından və ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla söhbətimizdə onun ölkə... | ANL |
Onun ölümü barədə qəzetlərdən xəbər tutdum. Azərbaycan Dövlət İqtisadi Universitetinin maliyyə kafedrasının əməkdaşları özlərinin alim dostları, kafedranın dosenti Novruz Quliyevin vəfatından kədərlənərək ailəsinə başsağlığı verirdilər. Bütün ölümlərə inanmaq istəmirəm, bu ölümə də inanmadım. Axı bu qədər şaqraq gülüşl... | ANL |
Özünə qayıt. Xilqət insan çamurunu. Dəlidağ da o zamanlar eynilə bir Çənlibeldi: dəli adına və dəlisov havasına uyğun dəli-dolu oğullar bəslərdi tülək tərlanlar kimi!.. Dəlidağın zirvəsindən perik düşəndən sonra acizləşmiş kimi görünən kim varsa, onların hər birisinə ithaf olsun o havada yazdığım bu dəli qoşmam. Səni b... | ANL |
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Bu gün seçki günü barəsində hər uçastokda ictimailər olacaq, orada ayın 21-də uçastok komitələrindən və onların tərzi-təşkil və intixabından bəhs ediləcəkdir. Vətəndaşlar! Hamınız... | ANL |
Elçin Hüseynbəylinin “Sezar” pyesində ideal hökmdar axtarışı. Postsovet Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri – nasir və dramaturq Elçin Hüseynbəylinin yaradıcılığı bugünkü reallıqlarımızı, tarix və mənəviyyatımızın aktual məsələlərini əks elətdirməkdədir. İlk hekayə, povest və romanları ilə ədəbiyyatımız... | ANL |
Azərbaycan ədəbiyyatında bədii-estetik fikir cərəyanlarına meylin ilkin zaman göstəricisi daha çox XX əsrin əvvəllərinə aiddir. Əslində, nəinki XX əsr, bütün orta əsr tariximizin poeziyası, bu poeziyanın ən yüksək səviyyəsi- ürfan şeiri özünəməxsus bədii-fəlsəfi siqləti ilə seçilmişdir. Tədqiqatçı Rahid Ulusel Azərbayc... | ANL |
—Sizdən əvvəlki Azərbaycan nasirlərindən fərqli olaraq bir yazıçı kimi əsərlərinizdə poetiklik, sözün tutum dəyərləri və haradasa kökü torpağa bağlı romantiklik (“Karvan dayandı” hekayəsi) üstünlük təşkil eləyir. Əgər şərti olaraq “poetik nəsr” məfhumunu qəbul eləmiş olsaq, bunun əsas yaradıcısı sizsiniz. Deyə bilərsin... | ANL |
Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib”. PROFESSOR ŞAHLAR ƏSGƏROV: “ÖLKƏDƏ ÜMUMMİLLİ İDEYA BİRLİYİNİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR”. Azərbaycanın tanınmış elm adamlarından və ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla söhbətimizdə on... | ANL |
Əjdahanın yenildiyi ölkə – Vyetnam. Böyüklüyü ölür içində. Sevməyə başlayan adamın. I. Gözəl yaxınlardan uzaqlar gözəl. Gözəl – vüsallardan ayrılıq gözəl, Gözəl – yaxınlardan uzaqlar gözəl: dediyim gündən uzun illər keçib getdi. Və o gündən günəşin işığı soyuq Stokholmda, adamlarının üzündə sual gizlənmiş Kopenhagendə,... | ANL |
Mən yurdumun tarlasında cuvardım, Düşmən gəlsə, arx üstündən qovardım. Yusiflinin qələmini suvardım –. Məmməd Araz mükafatı göyərdi... “Yusifli qardaşlarından ilk öncə Vaqifi tanımışam. Nəinki bir ailə, hətta bir kənd üçün bir ədəbiyyatşünası kifayət qədər yetərli bildiyimdən, ağlıma da gəlməyib ki, Vaqifin başqa bir ə... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. 1935-ci ildə İtaliya Efiopiyaya müdaxilə edəndə böhran xeyli böyüdü, Çörçillin isə buna pis hazırlaşdığı üzə çıxdı. O, iki istəyin arasında qalmışdı, bu, Millətlər Liqasının, kollektiv təhlükəsizlik konsepsiyası üzrə qurulması və Benito Mussolininin Hitlerin ağuşuna atılmasın... | ANL |
Murad Hüseynov: “Azərbaycan piano ifaçılığı məktəbi dünyada özünü çoxdan təsdiqləyib”. Müsahibimiz – beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Murad Hüseynov hazırda Azərbaycanın ən mahir və tanınmış pianoçularından biridir. Azərbaycan musiqi ifaçılığını, pianoçuluq məktəbini həm ölkəmizdə, həm də onun hüdudların... | ANL |
Elmin və təhsilin inkişafında Estoniya təcrübəsi. Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən ölkədəki etnik azlıqların qorunması, inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və ... | ANL |
Elçin Mirzəbəyli: “Təpədən dırnağa qədər ədəbiyyat adamıyam”. Müsahibimiz “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, şair-publisist Elçin Mirzəbəylidir. Həmsöhbətimiz bu yaxınlarda nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Elə bu münasibətlə də dəyərli ziyalımızı həm təbrik etmək, həm də bədii, publisistik yaradıcılığı i... | ANL |
Əlimərdan bəy Topçubaşovun təvəllüd tarixi haqda. Prezident İlham Əliyevin sərəncamı ilə bu il may ayında çağdaş tariximizə Azərbaycan Cümhuriyyətinin qurucularından biri kimi daxil olan görkəmli siyasi xadim və dövlət adamı, diplomat, publisist Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi qeyd ediləcək. Şübhəsiz, həm... | ANL |
Novella – sürətlə inkişaf edib gözlənilməz sonluqla bitən hekayəyə deyilir. Novella – sözünün lüğəvi mənası yeni xəbər deməkdir. Qərb ədəbiyyatında hekayənin mənşəyi antik yunan ədəbiyyatına qədər gedib çıxır. Avropalılar hekayəyə novella deyirlər. Sonu görünməyən hadisələrlə bitən xırda təsvir – təhkiyə əsərlərini avr... | ANL |
“İslam dininə xas tolerantlıq və xoşgörü anlayışı Nizami irsində geniş əks olunub”. “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması ictimai birliyi növbəti “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı ilə görüş təşkil edib. Görüşün mövzusu “Nizami irsində islami dəyərlər”... | ANL |
Hər insanı sevmək olmur... Hər insanı sevmək olmur, sevdiklərimizdən isə ayrılmaq. Onu, “Ömür kitabı”nı oxuyub varlığını kəşf edəndə sevmişdim. İyirmi üç ildir ki, bu sevgi xərclənir-xərclənir, amma tükənmir. Təqvimdə 6 aprel 2003-cü il idi. Nəhayət ki, böyük çətinliklə də olsa doğulub boya-başa çatdığım Sumqayıt şəhər... | ANL |
Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik, gələcəyə baxış. İKİNCİ YAZI. 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsi ilə, bir çox sahələrdə olduğu kimi, gənclərlə bağlı dövlətin siyasətində də yeni keyfiyyət mərhələsi başlandı. Söz yox ki, bu sahədə artıq müəyyən işlər görülmüşdü, vəziyyət 90-cı illərin əvv... | ANL |
Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi festivalı keçirilir. Aprelin 14-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev adına V Beynəlxalq müasir musiqi festivalı başlamışdır. AzərTAc xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festiva... | ANL |
Afaq Məsud yaradıcılığı intermediallıq kontekstində. AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ TANINMIŞ YAZIÇI İLƏ GÖRÜŞ KEÇİRİLİB. Aprelin 13-ü Azərbaycan Dillər Universitetində bu ali təhsil ocağının “Xarici ölkələr ədəbiyyatı” kafedrası və 2-ci kurs magistrları tərəfindən yazıçı-dramaturq, əməkdar incəsənət xadimi, Azərbayc... | ANL |
Moskvada Millətlər Evində Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi tərəfindən təşkil edilmiş tədbir... | ANL |
Şeirimizin poetikası barədə dəyərli araşdırma. Filologiya elmləri doktoru, professor Himalay Ənvəroğlu (Qasımov) uzun illərdir ki, Azərbaycan ədəbiyyatının tədqiqi və tədrisi ilə məşğuldur. Respublikamızın ən qabaqcıl ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət Pedaqoji Universitetində çoxillik səmərəli elmi-pedaqoj... | ANL |
“MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar”. BAKIDA BU MÖVZUDA BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS TƏŞKİL OLUNUB. Dünən Bakıda MDB Müsəlmanları Məşvərət Şurasının “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (Q... | ANL |
Yoxsulluq və diktaturadan fərqli olaraq, inqilabları zəruriləşdirən ən mühüm amil ədalətsizlikdir. Bu yaxınlarda “Trafford” beynəlxalq nəşriyyat evində fəlsəfə elmləri doktoru, professor Rafiq Yəhya oğlu Əliyevin daha bir kitabı ingilis dilində çapdan çıxıb. Təsadüfi deyil ki, dünyada ən məşhur amerikalı nəşriyyatçılar... | ANL |
Prometey qayəsi və ya Şərqdən Şərqə baxış. Naxçıvan Dövlət Universitetinin on beş yaşlı, fəaliyyəti boyu parlaq sənət uğurları qazanmış Tələbə Teatr Studiyası Azərbaycan məktəb teatrı tarixində ilk dəfə olaraq qədim yunan dramaturqu, faciə ustası Esxilin (e.ə.525-456) yaradıcılığının zirvəsi sayılan “Zəncirlənmiş Prome... | ANL |
Güney Azərbaycanda xalq həyatının tərcümanlarından biri də Ərdəbil şəhəri yaxınlığında, Savalan dağının ətəklərindəki Nir qəsəbəsində dünyaya göz açan (1947) Həsən Məcidzadədir. Şairin doğulduğu 40-cı illərdə İranda mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdəydi. Rza şah Pəhləvi hakimiyyətinin zülmünə, hakim üsuli-i... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.