text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində görkəmli sənətkarın yaradıcılığından bəhs edən fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar. Tədbirin aparıcısı, Xalq artisti Nurəddin Mehdixanlı görkəmli aktyorun sənət yolundan söz açıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vilayət Qafarov, kinoşünas, profes... | ANL |
Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib”. PROFESSOR ŞAHLAR ƏSGƏROV: “ÖLKƏDƏ ÜMUMMİLLİ İDEYA BİRLİYİNİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR”. Azərbaycanın tanınmış elm adamlarından və ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla söhbətimizdə on... | ANL |
Yadına mən düşəcəm! Yenə sakitlik çöküb, yenə qaş qaralanda, Əl-ayaq çəkiləndə yenə tənha qalanda, Öz-özündən xəbərsiz xəyallara dalanda. Yadına mən düşəcəm. Sahil boyu... sevənlər hey əl-ələ verəndə, Kimsə sevgilisinin saçlarını hörəndə, Yenə başının üstdə göyqurşağı görəndə. Yadına mən düşəcəm. Meydanlar bəzənəndə, b... | ANL |
“Analitik düşünə bilən, cəmiyyətə dəyər və fayda verə biləcək tələbələr yetişdirmək istəyirik". Bu gün xaricdə təhsil alan azərbaycanlı gənclərin bir çoxu Türkiyə universitetlərində təhsil almaqdadırlar. Hətta qardaş Türkiyənin bir sıra universitetlərində 100-dən çox azərbaycanlı tələbənin təhsil aldığı barədə məlumatl... | ANL |
Milli Kulinariya komandası Rusiyada mükafat qazanıb. Rusiyada keçirilmiş Beynəlxalq kulinariya çempionatında Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanov müstəqil ekspert kimi təmsil olunub. SalamNews-un məlumatına görə, o bildirib ki, 4 aşpazdan ibarət milli komandamız 6 fərdi yarış... | ANL |
Armatay dağının geniş düzənlik olan ətəyində yan-yana iki kənd yerləşir. Kəndlərdən birinin ayaq hissəsindən, digərinin isə tən ortasından iki rayonu birləşdirən “köhnə yol” keçir. Bu yerin bir özəlliyi də odur ki, buradan Qax və Zaqatala rayon mərkəzlərinə olan məsafə eynidir. Yolun üstündə neçə-neçə kənd sıralanıb. K... | ANL |
Tabut şəhər. Bunu heç cür başa düşə bilmirdi. Çünki hər yan qaranlıq idi. Və bu qaranlıqda heç nə görünmürdü. Amma hiss edirdi ki, ətrafda hərəkət var. Bu həyat qaranlıq bir pərdə ilə ondan ayrılmışdı. Kimisə görmək ,onunla danışmaq, ünsiyyət yaratmaq istədi. Kiminsə ayaq səsləri eşidildi. O ayaq səsləri yavaş-yavaş on... | ANL |
Dingirin ölümü. Dünya heç vaxt qeyri-adi insanlardan xali olmayıb. Bəlkə də onlar olmasaydılar, günlərimiz maraqsız, darıxdırıcı və cansıxıcı keçərdi. Belə insanların içərilərində elələri var ki, qeyri-adilikləri və möcüzələri ilə adamı heyrətə gətirməyi bacarırlar. Hərdən də elə olur ki, lap az qalır gördüklərimizdən ... | ANL |
Sabahın xeyir, əziz Aydın müəllim! Düz 21 ildir ki, hər gün işə gələndə Tərcümə Mərkəzinin divarda vurulmuş xatirə lövhəsinin qarşısında bir anlıq dayanıram, Aydın müəllimlə salamlaşıb əvvəllər olduğu kimi, lakin ruhən söhbət edib sonra binaya daxil oluram. Sağlıq olsun, gələn ilin yanvar ayında Aydın Məmmədovun 70 ill... | ANL |
Qafqazşünaslıq elminə dəyərli yeniliklər gətirən alimlə müsahibə. Müsahibim BDU-nun “Qafqaz xalqlarının tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycanın Əməkdar müəllimi İradə Mehtiqulu qızı Hüseynovadır. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Respublika Elmi Tədqiqatların Təşkili ... | ANL |
Bu həftə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müsəlmanları Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə Bakıda toplaşdı. İştirakçılar Azərbaycan və postsovet məkanı üçün vacib hesab edilən “sülh və sabitlik” mövzusu ətrafında fikir mübadiləsi apardılar. Konfrans QMİ və onun rəhbəri Hacı Allahşükür Paş... | ANL |
Böyük Orta Şərq layihəsində yeni mənzərə. Böyük Orta Şərq Mərakeşdən Pakistana, Türkiyədən Sudana qədər böyük bir ərazidə yeni siyasi mənzərənin formalaşdırılmasına yönəlmiş geosiyasi layihədir. ABŞ-ın 43-cü Prezidenti Corc Buşun 2003-cü ildə irəli sürdüyü “Böyük Orta Şərq” konsepsiyası ABŞ-ın “beynəlxalq terror” adlan... | ANL |
“Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib” (davamı). PROFESSOR ŞAHLAR ƏSGƏROV: “ÖLKƏDƏ ÜMUMMİLLİ İDEYA BİRLİYİNİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR”. Azərbaycanın tanınmış elm adamlarından və ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla söhbə... | ANL |
Qəlbin kövrəlməsin, gözün dolmasın, Qanın qaralmasın, rəngin solmasın, Səninçün darıxan olmur – olmasın, Sənin darıxdığın biri var, şükür. Ölçün içindədi, biçin içində, Ha yansın, qovrulsun için içində. Doymayan gözündən taxtın, tacların. Axı nə fərqi var qarnı acların? Baş alıb əlindən ehtiyacların, Qaçıb qurtarmağın ... | ANL |
“Dədə, mənim halımı-əhvalımı xəbər almaq istəsən, bu qərib eldə – Stalinin rəhmətlik Salman babamı sürdüyü Sibirdə başımı birtəhər girləyirəm. Urusetdə əsgərlik çəkmək zırıltı şeymiş. Burda din-məzhəb qanıb-qandıran yoxdu, hamını bir gözdə görürlər, hamıya da donuz əti yedizdirirlər. Qapının qoyununu-keçisini, itini-pi... | ANL |
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. (Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi). Məclis rəsmi surətdə fazili-möhtərəm Musa Bikiyev cənabları tərəfindən açılıb İbrahim həzrət tilavəti-Qurani-məcid ilə rəsmi-iftitahi təqdis etdi. Bədə Musa Bikiyev zamanın əhəm... | ANL |
İzdiham–şüurun qara qutusu. “İzdiham” – düşünən hər kəs üçün onun müəllifini təhlil etməyə sonsuz imkanlar yaradır”, yaxud, “bu əsər şüuraltı yaddaş xatırlamasıdı...” kimi açıqlamalar forma və üslub, həmçinin, mövzu və məzmun baxımından fərqli nəsr nümunəsi kimi nəzər-diqqəti cəlb etmiş bu romanın çoxplanlı və çoxcəhət... | ANL |
Neçə gündür duyğu-düşüncəm bir səsin avazına bələnib. Yaşadığım bu anlarda onun səsi məni kövrəldir, halbahal eləyir. Şahmalının səsi məni məndən alıb Ağdama, Şuşaya aparır. Şahmalının doğulub boya-başa çatdığı Ağdamı, canı qədər sevdiyi Şuşanı küçə-küçə gəzirəm, sahibsiz evlərin önündə ayaq saxlayıram. Yarpaqlamış ağa... | ANL |
Oralarda kimlər var- Tarıyel Vəliyev. SƏNİ BİZDƏN ALDI, GETDİ BU ÖLÜM... Sevimli və unudulmaz rejissor və pedaqoq TARIYEL VƏLİYEVin vəfatının 1 ili aprelin 24-də tamam olur.Sevimli dostum Aslan Qəhrəmanlının aşağıda oxuyacağınız eleqik yazı üçün şəkil axtarışında özüm də gözləmədən bu gözəl insan və rejissor haqqında ç... | ANL |
“Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib”. PROFESSOR ŞAHLAR ƏSGƏROV: “ÖLKƏDƏ ÜMUMMİLLİ İDEYA BİRLİYİNİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR”. Azərbaycanın tanınmış elm adamlarından və ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla söhbətimizdə o... | ANL |
PƏRVİNin təqdimatında. Bəlkə də, hansısa əsərdən, kitabdan, ya filmdən çıxardığım nəticədi. Sonradan özüm üçün aforizmə çevirmişəm. Hələ bir müəllif də tapmışam buna. Hərdən mənə elə gəlir, yüzlərlə atalar sözü və aforizmlərdən nə ataların xəbəri var, nə də o kəlamların müəlliflərinin: bunlar, sadəcə, gündəlik həyatın,... | ANL |
BƏSTƏKAR AYGÜN SƏMƏDZADƏ: “SON VAXTLAR İNSANLARIN NİYƏ EYNİ TİPLİ, MELODİK XƏTLƏRDƏN UZAQ MAHNILARA ÜSTÜNLÜK VERMƏSİYLƏ MARAQLANIRAM”. – Aygün xanım, müsahibələrinizin birində demisiniz ki, “Bakı haqqında nağıl” indiki Bakı üçün yazılmayıb. Bəs son mahnılarınızdan biri olan “Bakım” (Elvin Rəcəbov) mahnısı hansı Bakı ha... | ANL |
Professor Qəzənfər Paşayevin “Elçin haqqında düşüncələrim”kitabına yazılmış ön söz. Yazıçılıq istedadı insanda hardan və necə yaranır? Yəqin ki, bu sualın dünyada olan yazıçıların sayı qədər cavabı var. Amma çox güman ki, yazıçılıq oxuculuqdan, bir qədər də konkretləşdirsək, oxunan ilk cümlədən başlanır. Yəni sən artıq... | ANL |
Misralardan salınmış torpaq yol. Gündüz üzbəüz binanın pəncərəsinin ipini çəkdilər. Aşağıdan marıtlayan kişinin ayaqları havadan asılı qaldı... Uzaqda bir ulduz yanıb-sönür – maşın “povorotnik”i kimi. Deyəsən, dünya harasa dönmək istəyir. Yarımçıq redaktənin üstünə qayıdıram. Varağı açıq qoydumsa, şeytan məni yuxuda iş... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Müttəfiqlər Şimali Afrikada sahilə çıxdılar, Çörçill və Ruzvelt arasında yeni bir görüş baş verdi. Stalin Moskvada qalmağın vacib olduğunu əsas götürərək konfransda iştirak etmədi. Ruzvelt və Çörçill müttəfiqlərin qoşunlarının 1943-cü ilin iyulunda Siciliyada sahilə çıxarılma... | ANL |
Tarixçi Boran Əzizin Türkiyədə yeni kitabı nəşr edilib. Tanınmış tarixçi Boran Əzizin yeni kitabı işıq üzü görüb. Türkiyədə nəşr olunan “Azərbaycanda ermənilərin türk soyqırımı: mart faciəsindən Xocalıya” kitabı alimin davamlı araşdırmalarının, mənbələrin və arxiv sənədlərinin müqayisəli, obyektiv və qərəzsiz təhlillər... | ANL |
"Milli irs mükafatı" qaliblərə təqdim olunub. Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İKOMOS) təklifi, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) tövsiyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. B... | ANL |
İsveçdə elm və təhsil: faktların və rəqəmlərin dili ilə. Şimali Avropada, Skandinaviya yarımadasında yerləşən İsveç Krallığı qərbdən Norveç, şimal-şərqdən Finlandiya və cənub-qərbdən Danimarka ilə həmsərhəddir. Hamı üçün təhsil İsveç təhsil sisteminin əsas şüarıdır. Ölkədə hamı pulsuz, yüksək keyfiyyətli təhsil imkanla... | ANL |
“Sərbəstlik ən böyük xoşbəxtlikdir!”. Pərvinin həmsöhbəti Bədən tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili, professor Ağacan Abiyevdir. Pərvin: Ağacan müəllim, həyatınızın böyük bir hissəsi idmanla bağlıdır. Necə oldu ki, məhz bu sahəyə meyliniz, marağınız yarandı? Ağacan Abiyev: Əvvəla onu deyim ki, məni... | ANL |
Qorxunun yaratdığı Güc... Bir yaşdan sonra düşünürsən ki, daha bu dünyada heç nə səni təsirləndirəcək, heyrətləndirəcək gücdə deyil. Gəzdiyini gəzib, gördüyünü görüb, oxuduğunu oxumusan... Əzabın, sevginin, uğurun, məğlubiyyətin ən dərin acısını çəkmisən, ən üstün sevincini yaşamısan. KİVDF-nin təşkil etdiyi, media rəh... | ANL |
“Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti” mövzusunda sərgi təşkil edilib. Bu gün Milli Kitabxanada Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti” mövzusunda sərgi keçirilib. APA-nın xəbərinə görə, tədbir Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbayc... | ANL |
Sənətşünaslığın çətin yolu. Azərbaycanda sənətşünaslığın tarixi çox qədimdir. Hələ gənc yaşlarından: “Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan, özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil” deyimini özü üçün həyat və yaradıcılıq devizi seçən Sadiq bəy Əfşar hərtərəfli yaradıcılıq im... | ANL |
Sabir irsinin tədqiqi və öyrənilməsində yeni mərhələ. Kitab rəfimi zənginləşdirən monoqrafiyaları mütaliə etdikcə alim zəkasının qüdrəti, dərin tədqiqatçılıq səriştəsi, arxiv materiallarını saf-çürük etmək bacarığı, iti qələm sahiblərinin məharəti məni heyrətləndirir, onlara dərin rəğbətimi daha da artırır. Oxuduğum ki... | ANL |
Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi. VII əsrin ortalarında İslam dininin Azərbaycanda yayılmasını rəsmiləşdirən tarixi və dini abidələr içərisində məscidlər xüsusi yer tuturdu. Müsəlmanlar bu ərazilərdə islam dinini geniş yaymaq məqsədilə ilk növbədə cümə məscidləri... | ANL |
Tarixə qovuşur, amma M.Tetçer həqiqəti yaşayır. Adamları maraqla seyr edən sərt baxışları, replikalara ani reaksiyası, üzündən əskik olmayan təbəssümü, qətiyyətli səsi və bir də əsl kübar xanımlara xas olan incə davranışı yadımda qalıb. O zaman Britaniyanın keçmiş baş nazirinin BP şirkətinin məsləhətçisi kimi Bakıya xe... | ANL |
Bu deyimi bir sıra mədəniyyət sahələri kimi teatr prosesinə də şamil etmək olar. Çünki əksər hallarda teatrın gələcək inkişaf perspektivlərinin təyin olunmasında keçmişin praktikası həlledici rol oynayır. Azərbaycanda “teatr” anlayışının yaranması qədim dövrə gedib çıxır. Açıq havada insanların gur məskunlaşdığı ərazil... | ANL |
Görkəmli elm və dövlət xadimi. SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının ipəkçilik bölməsinin sədri, biologiya elmləri doktoru, professor: “Azərbaycan ipəkçiliyinin tarixində ilk dəfə tut bitkisinin seleksiyası üzərində planlı və məqsədyönlü iş İ.K.Abdullayev tərəfindən... | ANL |
Uzaqlara baxan Ramiz Həsənoğlu. Əziz dostu və sevimli şairi Ramiz Rövşən Ramiz Həsənoğlunun 50 illik yubileyinə yazmışdı: Ay adaş, yavaş-yavaş, Gəlib çatdıq əlliyə. Ötən günə gün çatmaz. 47 ildir ki, türk dünyasının, Azərbaycanın keçmişinin içindədir, o keçmişi içərisində yaşadır. Axtarışları isə nə gözəl olur. Ən sonu... | ANL |
Ağrılı həyatın sağlam və işıqlı izləri. XALQ YAZIÇISI ƏNVƏR MƏMMƏDXANLI 100 İLLİYİNDƏ EHTİRAMLA YAD EDİLDİ. Aprelin 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli nasir, dramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlının anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçirild... | ANL |
Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi. XIV əsrdə yaşamış Əbu Səid Abdal həzrətlərinin tərcümeyi-halından məlum olur ki, o, İmam Museyi Kazımın Bakıya pənah gətirmiş qızı həzrət Hökumə xanım ilə eyni soydan olmuşdur. Çünki Şirvanşahların iqamətgahından kənarda yaşayan ... | ANL |
Vurğunluq. Azərbaycan Cümhuriyyətinin böyük ideoloqu Məmməd Əmin Rəsulzadə, onun siyasi və mənəvi davamçısı Mirzəbala Məmmədzadə dəfələrlə qeyd ediblər ki, milli istiqlaliyyətimizin kökləri ədəbiyyatımızla bağlıdır. Doğrudan da X1X əsrin ikinci yarısında və XX əsrin başlanğıcında Mirzə Fətəlinin, Zərdabinin, Sabirin, M... | ANL |
“Dolu” filmi Naxçıvan Dövlət Universitetində. Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının əməkdar jurnalisti, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş “Dolu” filminə baxış keçirilib. Filmin nümayişindən öncə universitetin rektoru, akademik İsa Həbibbəyli ... | ANL |
Ədəbiyyat yaradıcısı, metodoloqu və təəssübkeşi. Azərbaycan ədəbiyyatının tarixində özünə möhkəm yer tutmuş, yaxud böyük mövqe qazanmış, az da olsa, elə şəxsiyyətlər var ki, onlar həm yaradıcı- sənətkar, həm metodoloq- mütəfəkkir və ya metodoloq- ideoloq, həm də ədəbiyyatın, xüsusilə milli ədəbiyyatın təəssübkeşidirlər... | ANL |
Bakıda “Kukla” incəsənət qalereyası açılıb. Bakıda Azərbaycanda və Cənubi Qafqazda ilk "Kukla" incəsənət qalereyasının açılış mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət xadimləri, sənətsevərlər iştirak ediblər. Açılışda çıxış edən qalereyanın rəhbəri və təşkilatçı Lalə Kazımov... | ANL |
Bu gün Azərbaycan prezidenti İlham Əliyev “MDB müsəlmanları sülh və sabit inkişaf naminə” mövzusunda Bakıda keçirilən konfransın iştirakçılarını qəbul edib. 525.az-ın xəbərinə görə, prezident konfransda mühüm və aktual mövzunun müzakirə edildiyini, xalqlar arasında qardaşlığın, qarşılıqlı münasibətlərin və ümumi məqsəd... | ANL |
“Azərbaycanda bioloji müxtəlifliyin qorunması və inkişafı lazımi səviyyədə təmin olunur”. Bu gün Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin sayı artır. Bunun nəticəsi olaraq ölkədə nəsli kəsilməkdə olan bir çox flora və fauna növlərinin bərpası prosesinin getməsini, o cümlədən artıq bizi əhatə edən təbii v... | ANL |
Ulu öndərimiz xatirələrdə yaşayır. Ölkəmiz bu möhtəşəm yubileyə ciddi hazırlıq işləri görür. Yeni Azerbaycanın banisi, memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, zəmanəmizin böyük siyasi və dövlət xadimi, mətbuatımızın böyük himayədarı, xeyirxah rəhbər, hamımızın dərin hörmət və rəğbət bəslədiyimiz, xalqın böyük ... | ANL |
Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi. 1864-cü ildə Axund molla Məhəmməd Hüseyn Bakı qubernatoruna “Təzəpir”in həyətində yeni məscidin tikilməsinə razılıq verilməsi haqqında ərizə ilə müraciət etmişdi. Lakin qubernator məscidin bir nəfər tərəfindən deyil, “Müsəlman Cə... | ANL |
Ürəkdən su içən fikirlər. Mənzərə Sadıqova ilə tez-tez görüşməsək də bu, mənəvi yaxınlığımıza mane ola bilmir. Hamımız öz həyat ritminə, sürətinə qoşulub səhərin, gündüzün necə axşam olduğunu hiss etmirik. Yaradıcı insanlar daim axtarışdadır, fikirlərinin sürətinə qoşulmaq istəyir. Onlar hər gün öz qəhrəmanları, arzula... | ANL |
Dostum Rəşad Məcid məni qabaqladı. Şimali Kipr təəssüratlarını bölüşərək beynimdə altını cızdığım bəzi məqamlardan söz açdı. Ancaq düşünmürəm ki, indi paylaşacaqlarımın “Qorxunun yaratdığı Güc..”dəki fikirlərlə üst-üstə düşmə ehtimalı var. Elə bilirəm, yaddaşımda əbədi ümman tapmış xatirələri incələyərkən təkrarçılığa ... | ANL |
“Vergi borclarının ödənilməsi mexanizmi təkmilləşdirilir”. Hesablanmış vergi məbləğlərində vergi borclarının həcminin azalması Vergilər Nazirliyinin vergi borclarının dövlət büdcəsinə alınması sahəsində həyata keçirdiyi məqsədyönlü islahatların müsbət nəticəsi kimi qiymətləndirilməlidir. Bu sahədə görülən işlərlə bağlı... | ANL |
Sözlər. Bir vaxt daş kimiydi, kərpic kimiydi. sözlər əlimdə. Mən şeir yazmırdım ki, sözlərdən ev tikirdim. ovcumda sözlər, Yandırdım, hərəsi bir şama döndü, o şamların işığında. Sonra quma döndü. ovcumda sözlər, Yavaş-yavaş. | ANL |
Elçinə. Çək-çevir eləyib gəlib-getmişi. Üz-üzə durduqca yaxşıyla yaman. Sən bütöv yaşadın bütöv yetmişi. Hopdu qələminə, çökdü qəlbinə. İndi özünün də saldığın ziya. İbrətdir dostluqda dostun qəlpinə. Fikrin aydınlığı, sözün kəsəri. Alıb mayasını səmimilikdən;. Çeşmə tək qaynayıb gəlib ilikdən. Sənət aləmində bəllənib ... | ANL |
Kitabları oxumaqçün yox, doğmalıqdan. sevinmələrini görməkçün alıram. Kitabları oxumaqçün yox, onların çiçəklərtək doğmaca, Göylərtək səssizcə nəfəs almalarını, Hətta ömründə heç bir kitab oxumayanlara da. Kitablardakı sevgilərdən də. böyük sevgiylə baxmalarını, İnsanlarla ilahi doğmalıqdan sevinmələrini, Gülümsəmələri... | ANL |
Böyük ürək və qələm sahibi Elçinə. Haraylara haray qatar. Vaqifdən üz dönən zaman, Unudanda son anları. Öləziyib sönən zaman. Yolunun qoca fanarı. xeyirxahlıq bərəsinə. Qayğısıyla fişəng atar. İncik incə dərəsinə. Zəmanənin təklədiyi, Necə zərbə həklədiyi. Hacı Məhəmmədə çatar. VAQİF NƏSİB, SARIHÜSEYNOĞLU. | ANL |
Görkəmli dövlət xadimi, əsərlərini sevə-sevə oxuduğum, həmişə pənahım bildiyim qüdrətli yazıçı Elçinə. ümidim ölmədi axı sonda da. Hikmətdir nənəmin sözünün canı, bağrımın başında tufan qoparıb: “Ümidin üstündə bərk oturanın. sonda kürəyini soyuq aparıb”. Adlayıb keçmişəm ümid qışını, vurub sifətimi ümid bürküsü. Ümid ... | ANL |
Elçinə ehtiramla. Xalq yazıçısı Elçinə. Ezopu Elçindən eşitmədikmi?! Esseni Elçindən eşitmədikmi?! Edib ehramlara ezamiyyəti, Eşitdim, Elçinim Ermitajdadır. Essenin elçisi, elmin ehramı, Epiloq, epiqraf, epitetleri... Ehtiram eylədik esselərinə, Eşidən eşqini elan eylədi. | ANL |
Xalq yazıçısı Elçinə. “Aydınlı gecələr” hekayəsinin müəllifinə. Yarpaq bitər yaşıl-yaşıl, Qonar budağa quş kimi. Kimi ömrün manqalına. Xeyirdən çır-çırpı atar. Kimi şərin tonqalında. Nəfsi, qəlbi möhürlüysə. Kimi alçaq könüllüysə. Su axdıqca dolar səhəng, Uşaqla uçar çərpələng, Yaşayar adam, kəpənək. Yarpaq qopar sarı-... | ANL |
Mahmud və Məryəm. Elçinə. Qarabağ üstündə tənha bir məbəd, Zikrin səmasında qanad çalır qut. Əsir torpaqlarda daşanda şiddət, Həsrətin adına tük salır bulud. Ömür qayğıları çəkəndə avar, Göz-gözə dayanır Mahmudla Məryəm. Susqun gədiklərdə birəm-birəm qar, Könül dəhlizində susmaz əndişə. Kimsəsiz dağlarda qalan mahnılar... | ANL |
Biri məndən keçir o sətirlərin... Görkəmli yazıçımız, əziz Elçin müəllimə. Səni bir sətirtək yazmış ömrümə, Həmd olsun Tanrıya, kəlməsi gözəl! Zillərəm gözümü Tanrı əmrinə, Bəzəyi, naxışı, ilməsi gözəl. O sətrin içindən göyə ucalıb. “And olsun qələmə, yazdıqlarına”1, Ulduztək parladır yurdumda səni. Bir yazar işığı düş... | ANL |
Elçinə. İtmiş ömürlərdən gələn səsləri, Göyərdib, iç edib sözə güvəndik. Danın dan üzünə salavat bilib, Ocağa güvəndik, közə güvəndik. Sinirlər gərilib Zamanı tutdu, Arzular buludu, dumanı tutdu, İşimiz umudu, gümanı tutdu, Gedib çatmadıq da, ərzə güvəndik. Sel-çamur əlindən bulaq incidi, Naşı ayağından oylar incidi, D... | ANL |
Hörmətli Elçin müəllim üçün. Bu dikbaş dalaşqan uşaq. | ANL |
Oralarda kimlər var- İnqilab Həsənli. “MAŞINI YOLUN KƏNARINA VERİB SAXLADIM VƏ ZÜLÜM-ZÜLÜM AĞLADIM”. Bu əsər tez bir zamanda oxucuların diqqətini cəlb etmiş (axı, o vaxtlar kitabı hamı oxuyurdu, xüsusən də “Dəli Kür” kimi əsəri), ədəbi hadisəyə çevrilmişdi. O vaxtlar mənim də mənsub olduğum tələbə nəslinin toplaşdığı y... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. 1954-cü il Hind-Çin müharibəsi problemlərini kəskin yüksəkliyə qaldırdı. Çörçillin saziş barədəki müraciəti Britaniya qoşunlarının Suveyş bazasından geri çəkilməsi ilə nəticələndi. 30 noyabr 1954-cü ildə onun 80 illik yubileyi qeyd ediləndə, Vestminsterdə ona ehtiram göstəril... | ANL |
PƏRVİNin təqdimatında. Günahkara “Get” deyib başından eləmək bəlkə ən sadə çıxış yoludur! Anlamağa, dərk etməyə çalışmırsan, bağışlamaq kimi böyük işlərdən isə, heç söhbət gedə bilməz. Ola bilsin, bir müddət, lap elə ömrünün sonuna kimi aldığın o ağır yara sızıldayır... Sənsə təslim olmursan, guya yaddan çıxarırsan. Bə... | ANL |
Bu adamı sevməyəsən, neyləyəsən... Məsiağa Məhəmmədinin doğum gününə. Dünyada elə alimlər var ki, zaman keçdikcə özləri unudulur, əsərləri qalır, lap elə olur ki, bu əsərlərin üstündəki müəllifin adı və soyadı büsbütün yox olur. Bu hardasa düşmənin üstün qüvvəsi qarşısında torpağını qorumaq üçün özünü güllə, süngü... a... | ANL |
Uşaqları ötən bazar onu əməlli-başlı sınağa çəkmişdilər. “Sənin musiqi duyumunu yoxlayacağıq. Çaldıqlarımıza qulaq asıb düşüncələrini yazacaqsan!” – demişdilər. Əlbəttə, bir-iki saatın içində ondan çox musiqi parçasını dinləyib hər birinə ayrıca köklənmək mümkün deyildi, odur ki, hiss və düşüncələrini bütünlüklə əhatə ... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Böyük dünya səltənəti-muxtariyyəsi milli hökumətlər ittifaqı şəklində təsəvvür olunduğu kibi hazırdakı çox millətli və müxtəlif ünsürlü mövcud dövlətlər dəxi milli və məhəlli muxt... | ANL |
Bu gün dünyadayam, dünya mənimdir, Əslimə, nəslimə adam, hörmətəm. Dünənki günlərin xatirəsiyəm, Bugünkü günlərə şanam, şöhrətəm. Gözümdə, könlümdə Nuhun tufanı, Qəlbin fəryadıyam, ağlın üsyanı. Yaddaşın gücüyəm, zehnin dastanı, Bir az möcüzəyəm, bir az heyrətəm. Arzu bağçasında açan çiçəyəm, Xeyirxah niyyətlə çarpan ü... | ANL |
Bir “körpü”nün həqiqətləri. SƏYYAD ARANIN “SANDIQDA QALAN MUŞTULUQ” HEKAYƏLƏR TOPLUSU ÜZƏRİNƏ. hekayələr kitabı “Körpü” 1983-cü ildə çapdan çıxırkən, mən Universitetin filolojisini təzəcə bitirirdim və yetkin Oxucu demək olardı artıq mənə. Əhvalat belədir ki: kəndin “böyüyü”nün əmri ilə köhnə körpü bir qaldırıma sökülü... | ANL |
Tanınmış teatr və kino aktyoru, Xalq artisti Kamal Xudaverdiyevin vəfatından artıq beçinci dəfədir ki, bir neçə gün keçir. Ürəklə yaşayan bütün adamlar kimi Kamal müəllimin də ölümü ürəyindən oldu. Düz altmış doqquz il döyündü! Və o çətinlikləri ki o ürəyin sahibi çəkmişdi, o sıxıntıları ki, o ürəyin sahibi görmüşdü, b... | ANL |
İndi milli musiqimiz Xam çobanlarla doludu. Onlar (muğam)atı hər yerə səyirdirlər. Efirlərin qarşısında elan asmalı: Gedin, deyin Xam çobana. Gəlməsin bir də Muğama... İndi milli musiqimiz cürbəcür çay reklamlarının səhnəyə axıtdığı Saralarla da doludu. Onların məsələsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baxma... | ANL |
Sözün qüdrəti. Azərbaycan ədəbiyyatının canlı klassiki, görkəmli dövlət xadimi Elçinlə şəxsi tanışlığımın tarixi az qala 30 ilə yaxındır. Açıq və səmimi deyirəm ki, Elçin yaradıcılığı və ictimai fəaliyyəti ilə bağlı o dövrlərdə yazmaq indikindən qat-qat rahat idi. Hərçənd ki, həmin vaxtlarda da 60-cı illər ədəbiyyatını... | ANL |
“Ölüm mələyi”: Ənənədən gələn notlar və yeni çalarlar... Azərbaycan ədəbiyyatında tarixi roman janrı artıq özünün müəyyən ənənəsini yaratmışdır. Bu fikri söyləyərkən biz doğru-dürüst səksən yaşı olan tarixi romanımızın keçdiyi inkişaf yolunu, bu yolun bir-birindən fərqli dörd mərhələsini və əlbəttə, o ənənənin yaranmas... | ANL |
Bakıda “Gənc şairələrin beynəlxalq Forumu” keçirilib. Aprelin 27-də “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə Muğam Mərkəzində “Gənc şairələrin beynəlxalq Forumu” gerçəkləşdi. Bir sıra ziyal... | ANL |
Heydər Əliyevin elmi irsi əbədiyaşardır. Heydər Əliyev kimi dahi şəxsiyyətin ömrü zamana, məkana sığmır və ölüm tanımır. O bəşəri ideyalara, insanlığa xidmət etdiyi üçün əbədiyaşardır, əsrlərə yol yoldaşı olacaq, dünyanı zaman-zaman dolaşacaqdır. Allah Heydər Əliyevi özünün ən xoş günündə yaratmışdı. Ona nəinki bir xal... | ANL |
Elmimizin Azadə Rüstəmova səhifəsi: parlaq, zəngin və mənalı. 300-ə yaxın məqalənin, 20 kitab və monoqrafiyanın müəllifi olan bu görkəmli alim əsasən klassik Azərbaycan poeziyasının nümayəndələri haqqında dəyərli tədqiqatlar aparmışdı. Azərbaycan şərqşünaslıq elminin nümayəndələrindən biri, AMEA-nın müxbir üzvü, filolo... | ANL |
Xalq yazıçısı Anarın Avstriyada kitabı nəşr edilib. Avstriyanın paytaxtı Vyanada RRV Renata Rolfink nəşriyyatı Anarın kitabını buraxıb. Kitabı alman dilinə Liliana Qrimm çevirmişdir. Kitabda oxuculara Anar haqqında bioqrafik məlumatlar çatdırılır, daha əvvəllər Almaniyada və İsveçrədə alman dilində “Beş mərtəbəli evin ... | ANL |
İnsan potensialı ölkənin ən böyük sərvəti kimi. Hər dəfə olduğu kimi bu dəfə də Vətəndən üzgün ayrılıram. Bu üzgünlüyümün hər dəfə bir başqa səbəbi olsa da, budəfəki üzgünlüyüm gündəlik ünsiyyətdə olduğum yaxın qohumum, iztirablarına şahid olduğum 9 yaşlı balaca qızın vəziyyətini dəyişməkdə gücsüz olduğum üçündü. Bu qı... | ANL |
Muğam və xalq mahnılarımız çox ovsunlu bir aləmdir. Dibi görünməyən bu dəryaya hər kəs baş vura bilməz. Muğam ifaçısı hər şeydən əvvəl qəlbəyatımlı, şirin, yanıqlı səsə, zilə qalxan hünərli avaza, bəmə enən sehirli nəfəsə sahibliyi ilə bərabər, zəhmətkeş, cəfakeş olmalıdır. Amma yaddaşlarda yalnız muğamın ən mahir ifaç... | ANL |
Hündür boylu, pəhləvan cüssəli bir nəfər mənə tərəf gəldi. Uzun illərin dostu, qardaşı kimi qucaqlaşdıq. Şirin Mirzəyevin batalyonunda bir yerdə döyüşmüşük. Onda taleyin xoş təsadüfü nəticəsində hamımız sağ qaldıq, mən açıq yara almamışdım. Amma Eyvaz, Möhübbət və Söhbət adlı döyüşçülərimiz al qana boyanmışdı... Yenidə... | ANL |
Dünyanın cənnətidir gözəl Türkiyəm... Bu müqəddəs torpağın hər qarışını gəzmək, dolaşmaq — hər daşı, qayası tarix olan yerləri görmək, duymaq, hiss etmək böyük xoşbəxtlikdir. İllərdir xəyal edərdim, həsrətini çəkərdim, babamın doğulduğu, dünyaya göz açdığı Türkiyəmin nəfəsini duymağı, səmalarını, günəşini doya-doya sey... | ANL |
Soltanbuddan başlayan yol. Soltanbud təpəsi...Hamımızın az qala gündə yüzdə dəfə yanından keçdiyi, bəlkə də diqqət yetirmədiyi 90 metrlik yüksəklik o gün möhtəşəm görünürdü. Son illər köksündə Azərbaycan bayrağını daşıyan meydana çevrilmiş, ətrafı xeyli dəyişmişdi Soltanbudun. Gözəl park və xiyaban salınmış, əhalinin m... | ANL |
“Vikipediya Azərbaycanın təbliği baxımından gözəl layihədir”. Builki konfransda Azərbaycan dilində olan vikipediyanı Elgün Atalıyev və Rövşən Ramizoğlu təmsil edəcəklər. Vikipediyamızın bu iki idarəçisi ilə söhbətimizə də elə Vikimania mövzusundan başladıq. – Əvvəlcə oxucularımız üçün maraqlı olan ilk suala cavab almaq... | ANL |
İspan ədəbiyyatından nümunələr. İspancadan Telman Orucov tərcümə edib. Satıcı oğlan ər-arvad müştəriləri qarşılayır: – Salam, sinyorlar Qonsales! Sizə nə qulluq göstərə bilərəm? Siz hansı rəngi istəyirsiniz? – Onda, mən yaxşı seriyadan olan göy rəngli bir kostyum istəyirəm. – Onda mən qəhvəyi rəngli kostyum istəyirəm. ... | ANL |
Telman Orucovun yeni kitabı nəşr edilib. Bu günlərdə Telman Orucovun “Həyat kaleydoskopu” adlı yeni kitabı işıq üzü görüb. “Adiloğlu” nəşriyyatında nəfis şəkildə tərtib edilən kitabda yer alan məqalələr “525-ci qəzet”də və rus dilində nəşr olunan “Novoye Vremya” qəzetində dərc olunub. Bu yazılarda dövrün və tarixin bir... | ANL |
Son dövrlərə qədər Osmanlı imperiyasının torpaqları sayılan Bolqarıstan, Misir haqqındakı yazılarında da Əhməd Kamal dəyişən şərtlər daxilində türk-islam dünyasının kifayət qədər dəyanət və əzmkarlıq göstərə bilməməsinin səbəbləri üzərində dayanırdı. Və burada da əsas amil kimi XV-XVI əsrlərdən başlayaraq Avropanın imz... | ANL |
Dünya fikir xəzinəsində Cavad Heyət dəst-xətti. Azərbaycanın fəlsəfi fikir həyatında mühüm hadisə sayıla biləcək bir tərcümə əsərindən bəhs etmək istəyirəm. Cavad Heyətin təqdimatında Bertran Rasselin “Qərb fəlsəfəsi tarixi” Azərbaycan dilində işıq üzü görüb. Əslində söhbət ikiqat tərcümədən gedir. Belə ki, görkəmli ri... | ANL |
Azər Abdulla: “Şeirlə nəsrin arasında əbədi və etibarlı körpü var, məqamı gələndə birindən o birinə asanlıqla keçmək olur”. Azər Abdulla əvvəlcə ilk qələm təcrübəsinin necə yaranması haqqında bir hadisəni danışdı. Bir çox nasirlər kimi o da yaradıcılığa şeirlə başlayıb. Yaxın bir qohumunun itkisindən sonra yas mərasimi... | ANL |
Pərvinin yaradıcılığı haqqında bir neçə söz. Ədəbi-bədii yaradıcılığındakı ustadlığına, gənc ədəbi qüvvələrə göstərdiyi təmənnasız qayğılarına çox inandığım Rəşad Məcidin “Nikbin sonluqlu hekayələr” sərlövhəli giriş sözü ilə çap olunan bir kitab keçdi əlimə. Daha doğrusu, onu mənə “Təhsil” nəşriyyatının direktoru, elə ... | ANL |
Əlbəttə, aşiqliyi immitasiya edib hissiyyatlı adam imicini uyduranlardan söhbət getmir. Demək, sevgi güc verir, dağları aşacaq, zərbələrə tab gətirəcək güc. Ona görə əsl sevgi ayrılıq bilmir, qorxu tanımır, mühitin qanunlarına tabe olmur, zamana və məsafəyə meydan oxuyur. Sevirsən! Ölüm onu həyatından alıb, ovcunun içi... | ANL |
Etnik baxımdan zəngin bölgələrimiz-Balakən. Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümumilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir. Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələ... | ANL |
Toğrul Nərimanbəyov sənətinə Şərqdən və Qərbdən baxış, yaxud xalq rəssamı ilə son müsahibə. Zaman-zaman ətrafında əfsanə və mif dolaşan keçmiş sovetlər birliyİnin və Azərbaycan Respublikasının Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov böyük sənətə ötən əsrin 50-ci illərində gəlib. O vaxt incəsənət ö... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Məsuliyyətli bir etinasızlıq. Kiyevdəki millətlər qurultayına iştirak eləmiş müsəlman vəkilləri öz aralarında ictima edərək “Rusiya müsəlman şurası başqarma heyəti”nin millətlər q... | ANL |
Həmin gecə birdən-birə onun haqqında yazmaq istədim. Daha doğrusu istəmədim. Sadəcə bir anın içində yazı gəlib oturdu beynimdə. Qaldı ancaq kağıza köçürtmək. Hətta özümü qınadım ki, niyə bu vaxtacan yazmamısan onun haqqında? Ağrıkəsici dərmanların hesabına günortayacan birtəhər yatıb, getdim həkimə. Dedi sap-sağlam diş... | ANL |
Hüseyn xan Naxçıvanski: qürbətdə keçən hərbçi ömrü. Naxçıvan xanlarının nəslindən olan hərbçi Kəngərlilər öz hünərləri, şücaətləri ilə bütün dünyada məşhurdurlar. Onların içərisində Hüseyn xan II Kalbalı xan oğlu Naxçıvanski isə xüsusi bir mövqedə dayanır. Naxçıvanda doğulan, ilk təhsilini və Vətən sevgisini burada ala... | ANL |
Etnik baxımdan zəngin bölgələrimiz- Lənkəran. Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir. Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayənd... | ANL |
BDU-nun “Gənc istedadlar” liseyi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən oldu. Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son ill... | ANL |
Dünyanın ən tanınmış fotoqraflarından biri, “National Geographic”in əməkdaşı Rza Diqqəti iftar süfrəsində qonağımız idi. Bu günlərdə Azərbaycanda Ramazan atmosferini əks etdirən şəkillər çəkən məşhur fotoqraf Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə bizə də gəlmişdi. Rza bəy ilə birgə komitənin əməkdaşı Əl... | ANL |
Aqil insanın İradəli ömür yolu. Mən bu xanımı müəllifi olduğu məqalələri, kitabları ilə yanaşı (“Yol” və “Sarı odalar”ını oxumuşam), sosial şəbəkələrdəki çox maraqlı və düşündürücü statusları sayəsində bir qədər də yaxından tanıdım. Əslində bir insanı tanımağa bir ömür yetməz, bu, doğrudur, ancaq nisbilik nəzəriyyəsinə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.