text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Sevənlər mərd olurlar... Azərbaycan Dövlət Akademik Opera və balet teatrinin "toska" tamaşasi haqqinda qeydlər. Dünyaca şöhrətli İtaliya bəstəkarlıq məktəbinin ən qüdrətli nümayəndələrindən biri də Cakomo Puççinidir. Onun adı Cüzeppe Verdi kimi dahi musiqiçi ilə yanaşı çəkilir. İndi əsas məqsəd Bakı səhnəsində göstəril... | ANL |
"525-ci qəzet"də dərc edilən roman haqqında diskussiyanın mətniylə maraqla tanış oldum. Aparılan söhbətlər 27 il bundan qabaq yazdığım və "Literaturnaya qazeta"da dərc olunmuş essemi mənə xatırlatdı. Azərbaycan dilində indiyəcən nəşr olunmamış bu mətni oxuculara çatdırmaq, çağdaş oxucularla roman haqqında fikirlərimi b... | ANL |
Vətəndaş cəmiyyəti və onun qurulmasında qeyri-hökumət təşkilatlarının rolu. Vətəndaş cəmiyyətinin üst təbəqəsini fərdi seçimlə, qrupların siyasi və mədəni fərqlilikləri, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, hərəkatlar, klublar və digərləri ilə bağlı münasibətlər təşkil edir. Beləliklə də mədəni-siyasi plürali... | ANL |
Azərbaycan övladları, Rusiya övladları. İş günü sona çatırdı. Amma gözləmə zalında hələ də çoxlu adam var idi. Ev istəyən kim, maşın istəyən kim, əri ilə yola getməyən, qonşudan şikayət edən kim... Qəbula gələnlər bir yana, qəbulda iştirak edən "raykom" işçilərinin də üz-gözündən yorğunluq yağırdı. Belə olanda deyirlər... | ANL |
Saz-söz sənəti, aşıq yaradıcılığı: tükənməz milli-mədəni irs xəzinəmiz. "Yeddi oğul istərəm" filmində Gəray bəyin aşığa "Yanıq Kərəmi"ini sifariş verməsi, Cəlalın "Kələntər dayı, ürəyimi nişan al! Aşıq ifasını kəsmək istəsə də, Gəray bəy buna imkan vermir və beləliklə, Cəlal Kələntər dayının hesabına bu havanın sədası ... | ANL |
Azərbaycan poeziyasında özünəməxsus yaradıcılıq yolu, imzası olan şairlərdən biri də Təvəkkül Yanardır. Gənc yaşlarında ikən ədəbi prosesə fəal surətdə qoşulan bu istedadlı qələm sahibi məhsuldar, orijinal yaradıcılığı ilə tələbkar oxucuların diqqətini çəkib. Şeirləri ədəbi ictimaiyyət tərəfindən bəyənilib. Elə bu səbə... | ANL |
Rafael Hüseynovun Məhsəti Gəncəvi haqqında yeni kitabı nəşr olunub. Orta əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, klassik poeziyada rübai janrının ən məşhur yaradıcılarından biri kimi şöhrət tapmış Məhsəti Gəncəvi haqqında urdu dilində yeni kitab nəşr edilib. 525.az-ın məlumatına görə, Azərb... | ANL |
Fədakar maarif və mədəniyyət xadimi Mirzə Şərif Mirzəyevin ömür və fəaliyyət yoluna bir nəzər. XIX əsrin sonları və XX əsrin əvvəllərində fəaliyyət göstərən görkəmli Azərbaycan şərqşünası, maarifçi, publisist, jurnalist və ictimai xadimlərindən biri də Mirzə Şərif Mirzəyev olub. 1860-cı ildə Tiflis şəhərində doğulan M.... | ANL |
Səsləri əbədiləşdirmək istedadi. Uzun illər ərzində oxucusu olduğumuz Mustafa Çəmənlinin sənətlə bağlı ədəbi nümunələrinin ilk baxışda janrını, bütünlükdə isə onların estetik tutumunun böyük ədəbiyyata, əhatəliliyi birmənalı olan jurnalistikaya və yaxud təhlil və tədqiqə yönəlik musiqişünaslığa aid olduğunu müəyyənləşd... | ANL |
İsa Muğanna Həqiqəti Hüseyn Cavid İşığında. Şəmil SADİQ. Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o zaman maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz orijinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsərlər sadəcə dövrü üçün populyar olar, qısa vaxtda parlar və sönərlər. Lakin milli düşüncənin alt qatındak... | ANL |
“Macarıstan cəmiyyətində Azərbaycana artan marağı izləmək çox xoşdur”. Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin müsahibəsi. – Cənab səfir, ilk öncə ölkələrimiz arasındakı münasibətlərdən söz açmağınızı istərdim. Bu gün Azərbaycan-Macarıstan əlaqələri hansı vəziyyətdədir? – İstənilə... | ANL |
“Hicab məsələsi islamın təməl prinsipləri, ilkin şərtləri sırasında yer almır”. – Gövhər xanım, son illərin ən çox müzakirə edilən, dəfələrlə gündəmə gətirilən mövzularından biri də hicab, çadra məsələsidir. Müəyyən qisim ali və orta-ixtisas məktəblərində, dövlət idarə və müəssisələrində hicab geyinməyin mümkünlüyünə t... | ANL |
Ümummilli Liderin nəzərində İlyas Əfəndiyev yaradıcılığı. Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə vətənə və xalqa titanik xidmətləri ilə yanaşı Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə... | ANL |
Fəridə Hacıyevanın şeirləri. KÖNLÜMÜN SAHİBİ OL. Qəlbim əsir əsim-əsim, Düşmüşəm eşqin sehrinə. İlahi! Gözlərindən od püskürür, Alışıb yanan özüməm. Gözəlliyi gəzən mənəm, Bu yollarda bir dözüməm. Gəl könlümün sahibi ol, Varlığımız qoşalaşsın. Pöhrə verib yaşıllaşsın. Vətən mənəm, Vətən sənsən, Vətən milyonlar. Vətən t... | ANL |
İyulun 2-i gözəl alim, şair- publisist Aydın Səlimzadənin İsmayıllıda keçirilən anım tədbirinə getmişdim. Tədbirdən sonra qələm dostum, “Xalq qəzeti”nin bölgə müxbiri İlqar Musaoğlu ilə (bütün dostlar kimi, mən də ona “İlqar Musayeviç” deyirəm) Buynuza getməyi qərara aldıq. Eşitmişdik M. Yaqub xəstədi. Buynuz yoluna çı... | ANL |
Ümummilli Liderin nəzərində İlyas Əfəndiyev yaradıcılığı. Görkəmli sənət adamları sənət talelərindəki uğurlara görə bu böyük şəxsiyyətin həm özünün, həm də dramaturgiyasının müstəsna rolundan fərəh hissi ilə söz açırlar. İlyas Əfəndiyev yaradıcılığının estetik özülündə milliliklə bəşəriliyin vəhdəti durur. Xalq yazıçıs... | ANL |
Müsahibimiz yazıçı Seyran Səxavətdir. Üçü birdən. Gördüm sıxılırlar. Biri soruşdu ki, nətəəri qohumuq? Dedim, biz atamızın belindən gəlməzdən əvvəl sözün belindən gəlmişik. Ta qədimdən. Özün də bilirsən, qalaktikanın öz marşrutları var, ancaq gör necə nizamlanıb ki, heç bir qəza olmur. Burada hər şey Allahın iradəsiylə... | ANL |
Azərbaycan musiqisinin əcnəbi ifaçıları və yaxud Şəki “İpək yolu” Festivalının ötəri məqamları. Deyirlər ki, əslində ötəri heç bir şey yoxdur. Baş verən hər kiçicik olayın belə bir mənası var. Hətta təsadüfün zərurətdən doğması barədə bütöv nəzəriyyələr mövcuddur. Bu məntiqə əsaslanaraq, artıq beşinci dəfə Şəkidə böyük... | ANL |
Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Murtuzayev Sadıq Nəbi oğlunun “İnsan amili – həyat və zaman” adlı kitabı işıq üzü görüb. Sözügedən kitab Azərbaycanın tanınmış ziyalısının, illərlə rəhbər vəzifələrdə çalışmış istedadlı və bacarıqlı dövlət məmurunun, ən uzunömürlü raykom katibinin keçdiyi keşməkeşli ömür yo... | ANL |
Ümummilli Liderin nəzərində İlyas Əfəndiyev yaradıcılığı. İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri XIX əsrin əvəllərində Qarabağda hökmdarlıq etmiş İbrahim xanın həyat və fəaliyyətinə, Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrundakı mübarizəsinə həsr edilmişdir. İbrahim xan yalnız öz xanlığının taleyini düşünmür, büt... | ANL |
“Qiymətləndirmə müsbət tədbir oldu, müəllim özünün peşəkarlığı haqqında düşünməyə başladı”. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahat yönümlü t... | ANL |
Kitaba şair Aysel Əlizadə "Misralarda təmizlənmək" adlı önsöz yazıb: "Əzizlərinə yazdığı şeirdə Elxan şair kimi birdən-birə çox yuxarılara qalxdı gözümdə. Çoxunun ailəyə məişət mənbəyi kimi baxdığı bir zamanda Elxan dostlarına, övladlarına, xanımına olan sevgisini, duyğusunu, sözünü elə gözəl poetikayla ifadə edir ki..... | ANL |
Fikrət Qocanın şeirləri. Otlar torpağı yeyir, Qoyunlar otları, Biz qoyunları yeyirik. Torpaq bizi yeyir, hamımız bir-birimizi. - Tullantısız ən qədim təsərrüfatdı. qaçırıq. Gəmidə, qatarda gedirik, Təyyarədə uçuruq. Ölümə sarı. Həmişə də canımızda. Ölüm qorxusu olur. daha nədən qorxursan. Hər kəsin bu səhnədə. ulduzlar... | ANL |
Qobustan Milli Qoruğu Azərbaycan və dünya mədəni irsinin şah nümunələrindən biri kimi. Qobustan qədim insan təfəkküründən yaranan ən unikal sənət əsərlərindən biridir. Bu baxımdan, çox şanslıyıq ki, Qobustan kimi möhtəşəm əsər məhz bizim yurdumuzda yaranıb. Neçə minillikləri yola salan qayaüstü abidələr bu günümüzə kim... | ANL |
Tələsib təndirə düşərsən hələ, səbr elə, o səbir boydadı dünya. Qanım, qançəkərim. (Kamil Vəli Nərimanoğluya). Hardasa dərində, hardasa üzdə, O mənim kimliyim, adım, ünvanım, Batırıb qanıma barmaqlarımı. Yazdım qayaların, daşların üstə, Qanım tariximdir, Tarixim-qanım. Oldu ki,qanımı udub yaşadım. Oldu ki,dişimdə tutub... | ANL |
gənclik rəmzi Müşfiqin diliylə desək, “şeirdən, şairdən dövlətli ölkəmizdə” sənətkarlarımız tarixən də az olmayıb, bu gün də çoxdur. Çünki onun sadəcə şairlik yox, həm də adamlıq istedadı var və sözümə elə burdan başlamaq istəyirəm. Və o adam söhbət əsnasında bir yerdə oturub çörək kəsməyə yaraşmayan elə ifadələr işlət... | ANL |
Muğam sənəti – milli mədəniyyətimizin şöhrət çələngi. Muğam sənəti hələ qədim zamanlardan Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malik olan, ölkənin professional musiqi mədəniyyətinin şifahi irsində mühüm yer tutan incəsənət sahəsidir. Muğam sənətini Azərbaycanın milli mədəni kimlik vəsiqəsi... | ANL |
Füzuli poeziyasına məhəbbətlə. Dünyaya “təfəkkür qədəmi qoyduqda aləm sədəfində insandan qiymətli bir gövhər görməyən və insan gövhərində isə sözdən şərəfli cövhər tapmayan” dahi şairimiz Füzulinin yaradıcılığı həmişə tədqiqatçıların diqqətini cəlb edib və edəcəkdir. Füzuli poeziyasının hər beytində, hər bir misrasında... | ANL |
İsfəndiyar Vahabzadə: “Ömrün hesabat çağındayam”. Müsahibimiz Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri İsfəndiyar Vahabzadədir. Bu yaxınlarda 60 yaşını tamamlayacaq cənab səfirin Bakıda olduğunu biləndə onunla görüşüb söhbətləşmək qərarına gəldik. Yubilyar səfirlə söhbətimiz... | ANL |
Ramazanda Qədr gecələri. İlahiyyatçı. Ramazan ayı hicri təqvimə daxil olan on iki ay içərisində müqəddəs ay hesab edilməklə “ayların sultanı” adı ilə tanınır. Bu ay Allah tərəfindən seçilmiş ilahi təlimlər ayı olması, bütün səmavi kitabların bu ayda nazil olması, qədr gecəsi kimi xüsusi mərhəmət və bağışlanılma gecəsin... | ANL |
Mənəvi və maddi dəyərlərin nisgilli ünvanı - Ağdam. Ermənistanın hərbi təcavüzü Ağdam rayonunun iqtisadiyyatına, mədəni həyatına, adət-ənənələrinə, flora və faunasına, ən əsası isə insanların taleyinə çox ağır zərbələr vurub. Erməni vandalizmi qədim bir şəhəri yer üzündən silib, onun xarabalıqları haqdan və ədalətdən d... | ANL |
Mənəvi və maddi dəyərlərin nisgilli ünvanı - Ağdam. Ermənistanın hərbi təcavüzü Ağdam rayonunun iqtisadiyyatına, mədəni həyatına, adət-ənənələrinə, flora və faunasına, ən əsası isə insanların taleyinə çox ağır zərbələr vurub. Erməni vandalizmi qədim bir şəhəri yer üzündən silib, onun xarabalıqları haqdan və ədalətdən d... | ANL |
"Heç bir qüvvə Azərbaycandakı mövcud sabitliyi pozmaq iqtidarında deyil". - Kamilə xanım, qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir. Amma seçkilərlə bağlı cəmiyyətdə fəallıq hiss olunmur. - Yay, istirahət mövsümü olduğu üçün dediyiniz kimi, cəmiyyətdə siyasi fəallıq bir o qədər müşahidə olunmur, həm də ki, seçkilərə b... | ANL |
Afaq Şıxlının şeirləri. İnsanları sınamağı sevmirəm, Amma hərdən qınağıma düşürlər... Göz üstündə saxladığım dostlarım. Düşüncəmdə sovrulduqca küləklər, Ürəyimdə təəssüflər baş alır... MƏN SƏNİ GÖRƏNDƏ. Məni sənin kimi kim anlayacaq? Mən səni görəndə gözəlləşirəm!.. Göylərdən söz alıb şeir deyəndə, Salırsan sehrinlə qə... | ANL |
Mənim igid komandirim. Onun aramlı səbrindən hər dəm ümid doğulur, İradlı söz acısından ürəklərə isti dolur, Onun hərbi hiyləsində düşmən dərhal boğulur, Ləyaqəti dağdan uca mənim igid komandirim. Varlığını oda saldı Kəlbəcərin xilasında, Yağıya meydan oxudu taborun ön sırasında, Sağalmaz bir yara açdı hər dığanın qafa... | ANL |
Vilnüsdən Bakıya minnətdarlıq məktubu. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara. Hörmətli Anar müəllim! Siz başda olmaqla Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyinə AYB-nin XII Qurultayına və AYB-nin yaradılmasının 80 illik yubiley tədbirinə dəvət edildiyim üçün, eləcə də Azərbaycanda şəxsimə... | ANL |
Vətəndaş cəmiyyəti institutları ekoloji sferada fəaliyyətinin ümumi təhlili. Elməddin Hacılı Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri. Son illərdə dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən amillərin sayı artıb, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb. Bu səbəb... | ANL |
Qan qruplarının insan həyatına təsiri haqqında maraqlı nəşr. "Görəsən, yaponlar nə üçün qan qrupuna bu qədər əhəmiyyət verirlər? - sualı bir zamanlar məni çox düşündürmüşdü..." Bu cümlə "Mirzə Ələkbər Sabir" Fondunun prezidenti, BDU-nun dosenti Sevda Tahirlinin "Qanımızın səsi" kitabının girişindəndir. Biologiya elmlər... | ANL |
"Müasir dəbdə Azərbaycan cazibəsi"nin təqdimatı olub. Heydər Əliyev Mərkəzində "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsinin təqdimatı keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak edib. Təqdimatdan əvv... | ANL |
"Müasir dəbdə Azərbaycan cazibəsi"nin təqdimatı olub. Heydər Əliyev Mərkəzində "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsinin təqdimatı keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak edib. Təqdimatdan əvv... | ANL |
Rübailər. Gözlərə nur, işıq verməzdən əvvəl. Dövləti çox olsa şərəfsizlərin, Əl açar, baş əyər aqil nadana. Yaxşını yamandan seçməsə bəşər, Dünyanın başına oyun açar şər. Nadanlar, zalımlar törəyib artar, Qananlar qanmazla dəyişik düşər. Ey insan, insafı unudan gündən. Xəmirin acımır, küt gedir kündən. Varına güvənib z... | ANL |
l l. Vəzifə kürsüsü yaxşı şeydir, intəhası, kiminin altında olur, kiminin üstündə. l l. Yanğının ən böyük namərdliyi - qurunun oduna yaşı da yandırmasıdır. l l. Arının müqəddəs yaradıcılıq qabiliyyəti - hətta acı tütün çiçəyindən də şirin Bal çəkməyi bacarmasındadır... l l. Gözəllik şərtidir, qadının əsil yaraşığı və g... | ANL |
Kövrək ruhlu rübailər. Tarixən rübai janrında son dərəcə dərin məzmunlu, yüksək poetik ruhlu şeirlər yazan qüdrətli sənət sahiblərimiz çox olub. Onların yaradıcılığında bu dünyavi mövzu hakim mövqedə durub. Bu günümüzə qədər gəlib çatan böyük rübai şairləri Ömər Xəyyam, Məhsəti Gəncəvi, Qazi Bürhanəddin kimi sənətkarla... | ANL |
Osman Gündüz: "Kibercinayətin tam və asan formada həlli qaydası yoxdur". Son illər Azərbaycanda yeni media, xüsusilə də sosial media sürətlə inkişaf edir. Cəmiyyətin müxtəlif təbəqələri, siyasi dairələr, sıravi vətəndaşlar artıq Facebook və digər sosial şəbəkələrdən öz məqsədləri üçün istifadə edirlər. Ölkədə sosial me... | ANL |
Kitab çələngimiz - Gülər xanım. Yaratmaq və sözün yaddaşında qalmaq üçün Allahın verdiyi istedad, insani səmimiyyət, sonsuz zəhmət zəruridir. "Təhsil" nəşriyyatının baş redaktoru, peşəkar iş təcrübəsi ilə seçilən, dərsliklərimizin elmi redaktə cəhətdən işlənməsində əvəzolunmaz əməyi olan, hətta bəzi orta məktəb dərslik... | ANL |
İdrak və əbədiyyət yolunun yolçusu. Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 10-da Azərbaycanda, Abşeron yarımadasının Əmircan kəndində əslən Bakı xanlarından olan I Mirzə Məhəmməd xanın ailəsində dünyaya göz açıb. Onun ilk qayğısız uşaqlıq çağları burada -atasının tabeliyindəki kəndlərdə-Əmircan, Maştağa, Balaxanı, R... | ANL |
Dövlət Film Fondunda Məlik Dadaşovun 90 illiyi qeyd olunub. Dövlət Film Fondunda Azərbaycanın xalq artisti Məlik Dadaşovun 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Fonddan APA-ya verilən məlumata görə, tədbirdə Kinematoqrafçılar İttifaqının katibi, rejissor Cəmil Quliyev, C.Cabbarlı adına “Azərbaycanf... | ANL |
Buludlar üstündə gəzişən aktrisa. Şükufə xanım üçün fotovals. Hər bir aktyor özündə rolunu, rolunda özünü rəsm edir. Əgər aktyor öz rolunun rəssamıdırsa, onda "mənə bir sərgi salonu verin"... ki, əvvəlcə oradan Şükufə xanımın portretlərini asım... sonra oynadığı xarakterlərin fotolarını asım... daha sonra isə tək-tək n... | ANL |
Rübailər. Qüdrətim olsaydı qoymazdım bir an, Qan töküb, zülm edə insana insan. Açardım açılmaz qapıları mən. Sevinərdi cahan, gülərdi dövran. Çalışıb yığsan da min xəzinəni, Əcəlin əlindən qurtarmaz səni. Şöhrətin, sərvətin əsiri olma, Havayı gülləyə vermə sinəni. Əgər cənnət varsa bu dünyadadır. Sən başqa aləmi güman ... | ANL |
Dövlət quruculuğunda və idarəetmədə gəncliyin mövqeyi. Demokratik hüquqi dövlət quruculuğu cəmiyyət və dövlət işlərinin idarə olunmasına, qərarların hazırlanması, müzakirəsi, qəbulu, icrası və qiymətləndirilməsi prosesinə gənclərin daha geniş hissəsinin cəlb olunmasını, vətəndaş fəallığının və təşəbbüskarlığının artırı... | ANL |
Azərbaycanın sosial tolerantlıq siyasəti. Bəşər tarixində tolerantlıq problemi ilk dəfə olaraq Qərb sivilizasiyasında dini qarşıdurmalar zəminində yaranıb. Ümumiyyətlə, "tolerantlıq" termininin yaranması 1572-ci il avqustun 24-də baş vermiş qanlı Varfolomey gecəsindən sonra, protestant və katoliklərin öz inancları çərç... | ANL |
Azərbaycan mühacirət ədəbiyyatının tanınmış simalarından olan Mirzə Abay Dağlının həyat və yaradıcılıq yolu, ədəbi irsi haqqında ötən əsrin 90-cı illərinin sonundan Kütləvi İnformasiya Vasitələrində ara-sıra bioqrafik materiallar dərc olunmağa başlasa da, istedadlı yazıçı-dramaturqun qələminə mənsub bədii nümunələrin -... | ANL |
Şairin yurd yeri və ya Yurd yerinin şairi. Qazax mahalında "İncəli", yaxud "İncə dərəsi" deyilən, həm vurub- tutan igidləri, həm böyük təfəkkür- mənəviyyat (ruh) xadimləri, həm də istedadlı saz- söz adamları - aşıqları, şairləri ilə kifayət qədər məşhur bir məskən var ki, onun tarixilə maraqlananda istər- istəməz elə b... | ANL |
"Çıxaram qarşına xilas donunda". Mən onu çoxdan tanıyıram, lap hərdən elə bilirəm dünyaya gəlməmişdən görüşmüşük... Əvvəl şeirlərini oxudum, sevdim, sonra "Aran" toplusunun təqdimatında gördüm onu... Hamıdan kənarda tək oturmuşdu. Yazarlar hərə öz yaradıcılığından bir nümunə təqdim edirdi, o heç nə söyləmədi, təbəssüml... | ANL |
5 iyun ölməz şairimizin ilk dəfə dünyaya göz açdığı gündür. Eşqinin titrəyən şəfəqləriylə. Bir qərib ulduza bənzədi Müşfiq, Məhəbbət, ilk bahar çiçəkləriylə. Nəğmə gülşənini bəzədi Müşfiq! Dilin saflığını qoruyurdu o, Ən ali məclisə bəs idi Müşfiq. Əqidə yolunda olublar həmdəm, Qərarı dəyişməz - düz idi Müşfiq. Xəbis e... | ANL |
Rübailər. Nahaqqa yol açıb, haqqı dananlar, Bədbəxt gələcəyə verirlər qərar. Doğru danışmaqdan çəkinmə heç vaxt. Həqiqətdə sevinc, yalanda dərd var. Allah qəlblərdəki haqqın səsidir, İnsan bu dünyanın möcüzəsidir. Kəfən var-dövlətin vəfasızlığı, Başdaşı bir ömrün nişanəsidir. Tahir, geriyə dön, keçmişinə bax, Çevir tar... | ANL |
Vaqif haqqında Azərbaycanda, Türkiyədə və Moskvada dərc edilmiş bir neçə məqaləm var. O yazılarımda yaradıcılığını anladığım, duyduğum və bacardığım şəkildə araşdırmağa çalışdım. Bu yazım isə bir az başqa səpgidədir. Əvvəlcə başlıqda dırnaq arasında "balaca" sözünü izah edim. Bu yazını Türkiyədə yazmağa başlayıram. Odu... | ANL |
Bu gün Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 12 min nəfərdən artıq işçisi bu il ilk dəfə peşə bayramlarını qeyd edirlər. Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX ə... | ANL |
Vətəndaş cəmiyyəti institutlarının Qarabağ həqiqətlərinin təbliğində rolu. Azərbaycan xalqının tarix boyu üzləşdiyi ən qanlı hadisələrin böyük bir qismi son 25 ildən artıq müddətdə davam edən və hələ də öz həllini tapmayan Qarabağ münaqişəsi dövründə baş verib. Mənbələrdə qeyd olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsi X... | ANL |
Heydər Əliyevin kitabxana siyasəti Mərkəzi Elmi Kitabxananın inkişaf platforması kimi. Azərbaycanın son otuz beş illik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Heydər Əliyev fenomeni sa... | ANL |
Robert Yan Qabriyels: "Niderland-Azərbaycan əlaqələri çox yaxşı səviyyədədir". Müsahibimiz Niderland Krallığının Azərbaycandakı səfiri. diplomatik fəaliyyətə başlayıb. - Cənab səfir, bir ilə yaxındır Azərbaycandasınız. Ölkəmiz barədə təəssüratlarınız nədən ibarətdir? - Azərbaycan diplomatik fəaliyyət göstərdiyim üçüncü... | ANL |
Aydın Mirzəzadə: "İqtidarla müxalifətin qarşıdurmasında həqiqət yaranır". Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadənin "525"ə müsahibəsi. -Aydın müəlllim,Azərbaycana intensivləşən rəsmi səfərlər fonunda bir məsələ daha çox aydın sezilməkdədir, yəni, əvvəlki illərlə müqayisədə, son aylar Azə... | ANL |
"Azəri yurdunun oğluyam mən də"... Səməd Vurğun Azərbaycan xalqının XX yüzillikdə yetirdiyi ən dəyərli simalardan biridir. Azərbaycanın dilbər guşələrindən olan Qazax mahalının Yuxarı Salahlı kəndində böyüyüb boya-başa çatan, sazlı-sözlü bir diyarın yetirməsi olan sevimli şairimiz zəngin yaradıcılıq irsinə malikdir. Sə... | ANL |
Mənim ilk müəllimim. Mən Zaqatala rayonunun Muğanlı kənd orta məktəbinə 1977-ci ildə, yaşımdan bir il tez getmişəm, yəni sinifdə bəndeyi-həqirdən başqa hamı 1970 təvəllüdlü idi. Səbəbi həmin il birincilərin təlim-tərbiyəsinin təcrübəli pedaqoq Əsbət Məmmədovaya həvalə edilməsiydi ki, təhsil ocağında çalışan valideynlər... | ANL |
"Qarabağ Muğam Mərkəzinin fəaliyyəti geniş təbliğ olunmalıdır". Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, sözün həqiqi mənasında, bu gün adıçəkilən regionun böyük musiqi, mədəniyyət və istirahət mərkəzinə çevrilib . Mərkəzin geniş və işıqlı konsert zalında, ətrafındakı parkda, demək olar ki, hər gün musiqi, çal-çağ... | ANL |
rübailər. Dinləsən tarixin hekayəsini, Mal-dövlət bu qədər aldatmaz səni. İsgəndər əliboş getdi dünyadan, Əcəl bircə anda kəsdi səsini. Tanrının üzünə ağ olma heç vaxt. Yoxsa yük əyilər, vaxtsız yatar baxt. Çevrilər bir anda çərxi dünyanın, Qan içində üzər əyləşdiyin taxt. Süfrəndən azalsa azuqə, nemət, Malın- pulun yo... | ANL |
"Sizi xatırlayarkən". Yazıçı tənqidinin yaradıcılıq üfiqləri. Xalq yazıçısı İlyas Əfəndiyevin yeddi cildlik "Seçilmiş əsərləri"nin VII cildinə daxil edilmiş məqalələrilə tanış olduqca onların əhatə etdiyi mövzu - problem dairəsinin miqyasına heyrət edirsən (nəsr, poeziya, dramaturgiya, ədəbi tənqid, teatr, səhnə həyatı... | ANL |
Müasir İncəsənət Muzeyində sənədli fotoqrafiyaya aid sərgi açılıb. Müasir İncəsənət Muzeyində Avstriyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Sənədli fotoqrafiya. İnqe Morat və mükafat sahibləri: Oliviya Artur və Lurdes R.Basoli" adlı sərgi təşkil edilib. Sərginin açılış mərasimində Müasir İncəsənət Muzeyinin icra... | ANL |
Azərbaycanda dövlət quruculuğu: tarixi təcrübə və ənənələr. Dövlət quruculuğu, dövlətçilik tarixi anlayışları, sözsüz ki, təkcə müasir hüquqi-dövlət məfhumu çərçivəsində, çağdaş modellər müstəvisində dərk edilə bilməz. Hər nə qədər müasir dünyada dövlətçilik anlayışı özünəməxsus şəkildə müəyyən meyarlar və prinsiplər ə... | ANL |
-Məlahət xanım, parlamentin cəmi 2-3 iclasdan ibarət növbədənkənar sessiyasını nəzərə almasaq, artıq millət vəkillərinin yay tətilinə çıxdıqlarını və ya çıxmağa hazırlaşdıqlarını qeyd etmək mümkündür. Bu baxımdan, parlament ötən dövrdə gərəkən qanunları qəbul etdimi , ən azı onların müzakirəsinə cəhd göstərdimi, ümumiy... | ANL |
QHT sektorunun fəaliyyətinin əsas xətləri və başlıca inkişaf meylləri. XX əsrin sonlarından başlayaraq dövlət müstəqilliyinin ilk, kövrək addımlarını atan əksər ölkələrdə, o cümlədən Azərbaycanda da, bu tanınma bilavasitə ali dövlət struktur və qurumlarının QHT-lərə münasibətdə pozitivə doğru dəyişmiş mövqeyi sayəsində... | ANL |
Öldürmə,dondur məni. Hərdən mələyin olmuşam, Çıxarmısan taxta məni... Yetməlini yetirmədin, Gəlməlini gətirmədin. Bitir dedim,bitirmədin, Bir yaşıl budaqda məni... Sevə-sevə dərərdilər, Saçaq-saçaq hörərdilər. Həm kətildim,həm də dardım. Olmayın da namərd,verin, Nə verirsizsə mərd verin. Qoy dolanım başınıza, Sevməkdən... | ANL |
Allah hər zaman olduğu kimi, Göy üzündə öz səltənətində idi. Şeytan da Yer üzündə öz işində. Şeytan Göy üzünə qalxa bilmədiyi kimi, Allah da yer üzünə enməzdi. Allah yer üzünə ensə idi, dünyada haqsızlıq, zorakılıq olmazdı. Qadir Daşlı cayın kənarında çəmənlikdə uzanıb, göyə baxırdı. O Allahı axtarmırdı. Allahı heç gör... | ANL |
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov;. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev). Hərb dəhşətləri altında məhv olan insanlara sülh bəşarəti, cahangirlik altında paymal olan millətlərə ... | ANL |
Prjevalskinin borclu olduğu şəkili – Zaman bəy Şıxəlibəyov. Doğma Azərbaycanımızın yetirdiyi nə qədər dəyərli oğullarımızı, dövlət adamlarımızı hələ də tanımırıq! Zaman bəyin həyat yolu Azərbaycan (Şəki) – Türkiyə (İstanbul) – Şərqi Türküstan (Kaşğar) – Orta Asiya (Buxara, Daşkənd) torpaqlarından keçsə də indiyədək bu ... | ANL |
Şair Rəhman Babaxanlının yaradıcılığına baxış. Rəhman Babaxanlı həyatı ilə yaradıcılığı bağrıbadaş olan, Xudu müəllimin sözlərilə desək, Vətənin dərdli suallarıyla, zamanın problemləri ilə yaşayan, yəni tərcümeyi-halı Vətənin tərcümeyi-halı olan şairdir. Mənim nəzərimdə Rəhmanın şeirləri əsl sənət əsərləridir. Əsl sənə... | ANL |
Qadınlar zamanın yaddaş cədvəlində. Kral XVI Lui ailəsinə bağlı adam olsa da, onun arvadı, Avstriya imperatriçası Mariya Terezanın qızı Mariya-Antuanetta öz məşuquna malik idi. Onu qınamaq da bir qədər çətindir, axı evləndikləri vaxtdan keçən yeddi il ərzində əvvəlcə prints, sonra isə kral olan XVI Lui yeddi il ərzində... | ANL |
İngiliscədən Telman Orucov tərcümə edib. İyirminci əsrdə bu təkcə siyasi mərdlik əhvalatları deyildi, yəqin ki, hətta ən görkəmli və ya mühüm əhəmiyyətə malik olmaq da deyildi. Həm də Senatın təbiətinin dəyişməsi, onun işi və üzvləri elə görünürdü ki, təkrar olunma azalır, bu isə millətə böyük, lakin populyar olmayan p... | ANL |
PƏRVİNin təqdimatında. Hər kəsin sevgisi onun özünə bənzəyir. Cəsarətsizsənsə, sevgin də qorxaqdı, ürkəkdi. Güclüsənsə, sevgin hər zəlzələyə, fırtınaya dözümlüdü. İşıqlı adamsansa, sevgin də göz qamaşdırır. Bu mənada məhəbbət, daha doğrusu onun “taleyi”, sonluğu insanın özündən, xasiyyətindən xeyli dərəcədə asılıdı. Za... | ANL |
Tələbə rəssam Orxan Əhmədovun fərdi sərgisi açılıb. “Art Villa” qalereyasında “Birliyə Doğru” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbəsi Orxan Əhmədovun fərdi sərgisi açılıb. İB-dən verilən məlumat... | ANL |
Dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 215-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiyanın Azərbaycandakı səfirliyi və “Sodrucestvo” cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. A.Puşkinin abidəsi önündə keçirilən tədbirdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ... | ANL |
Niyazinin mənzil-muzeyində Lütfiyar İmanov anılıb. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində SSRİ Xalq artisti Lütfiyar İmanovun 85 illik yubileyi münasibətilə tədbir keçirilib. Mərasimdə Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini... | ANL |
Qulu Ağsəsin baş redaktorluğu ilə “Ulduz”un ilk sayını demək olar ki, hamı gözləyirdi, onu istəyənlər də, istəməyənlər də. Qulu məni nömrənin eksperti təyin etdiyindən nömrəni xüsusi maraqla gözlədiyimi yazmaq yəqin ki, artıqdır. Jurnal pozitiv və neqativ anlamda nələri üzə çıxardı? Zərif, cəlbedici dizayn, istər üz qa... | ANL |
YUNESKO-nun Baş Direktoru İrina Bokovanın İlyas Əfəndiyevin anadan olmasının yüz illik yubileyinin qeyd edilməsi münasibəti ilə söylədiyi nitq. YUNESKO-nun Baş Direktoru İrina Bokovanın İlyas Əfəndiyevin anadan olmasının yüz illik yubileyinin qeyd edilməsi münasibəti ilə söylədiyi nitq. Bu il mayın 19-da YUNESKO-nun Ba... | ANL |
Elçin İsgəndərzadənin yeni elmi və ədəbi uğurları. Azərbaycanın tanınmış alimi və şairi Elçin İsgəndərzadə İtaliyanın Bonifasiana Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvlüyünə layiq görülüb. E. İsgəndərzadə türkdilli xalqlar arasında bu akademiyaya üzv seçilmiş ilk alimdir. Bugünlərdə Almaniya səfərindən qayıdan al... | ANL |
Klassik publisistikamızın yeni tədqiqat faktı. Tarixdə elə şəxsiyyətlər və elə yaradıcılıq nümunələri var ki, o şəxsiyyətləri və o yaradıcılıq nümunələrini tədqiq etmək, qiymətləndirmək və yeni nəslə ötürmək səlahiyyətini də tale elə onların səviyyəsində olan insanlara-alimlərə qismət edir. Vətən, millət, dövlət kimi m... | ANL |
Aktual mətləblərin sərrast ifadəsi. – Hörmətli ədəbiyyatsevərlər. Bu gün yenə də sizinlə bir yerdəyik. Bugünkü proqramımıza ölkəmizdəki müxtəlif ədəbi cəmiyyətlərin gənc nümayəndələrini dəvət etmişik. Studiyadakı qonaqlarımız yeni Azərbaycan ədəbi cəmiyyətinin nümayəndəsi Sahib İqtidarov, Yeni Bəylər Şeir Ocağının üzvü... | ANL |
Dietoloq: “Qidalanma insanın daxili aləmi ilə zahirini tamamlamalıdır”. “ÇÖRƏKDƏN TAMAM İMTİNA ETMƏK DÜZGÜN DEYİL”. Sağlam yaşamağın açarı ilk növbədə insanın düzgün qidalanmasından asılıdır. Gün ərzində qəbul etdiyimiz qidalar orqanizmin gündəlik ehtiyac duyduğu vitamin və mineralları təmin etməlidir. Hər bir şeyin öl... | ANL |
Hər zaman xoş gördük Taleh Həmid! Bu yaxınlarda bir tədbirdə dostum şair Taleh Həmidlə görüşdük. Fikirləşdim ona nə hədiyyə edim?! Bir qədər düşündükdən sonra qərara gəldim ki, söz adamına elə "söz"dən qiymətli hədiyyə tapa bilməyəcəm. Şair bu kitabı mənə təzəcə çapdan çıxdığı vaxtlar hədiyyə etmişdi. Və mən kitabdakı ... | ANL |
Şeir mənəviyyat himnidir. Yəhya Paşazadə imzası tanınan şairlərdəndir. O, Ağcabədidə anadan olub, boya-başa çatıb, orta məktəbi bitirib, Bakı Dövlət Universitetində təhsil alıb. Uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur. Dövri mətbuatda şeirləri müntəzəm dərc edilir. İndiyə kimi istedadlı şairin 6 şeirlər kitabı ... | ANL |
Klassika və müasirliyin ədəbi-elmi qovşağında. Tarixdə elə şəxsiyyətlər olub ki, onlar öz xalqının elmi inkişafında və yüksəlişində keçmişin, indinin və gələcəyin üzvi vəhdətinə nail olmaqla vətənə misilsiz xidmətlər göstəriblər. Zənnimizcə, Məmməd Arif müəllimin klassika və müasirliyin əldə etdiyi ədəbi-elmi vəhdət və... | ANL |
Fransada azərbaycanlı pianoçunun adına beynəlxalq müsabiqə keçirilib. Fransada yaşayan həmyerlimiz Adilə Əliyevanın adına pianoçuların 9-cu beynəlxalq müsabiqəsi təşkil edilib. Hər iki ildən bir Fransanın Qayar şəhərində keçirilən müsabiqə Fransa hökuməti və müxtəlif sponsorların dəstəyi ilə baş tutub. Müsabiqədə ABŞ, ... | ANL |
Aydın Mirzəzadə:"Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi dövlət quruculuğu yönündə müstəsna addım oldu". Xatırladaq ki, bu, müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Azərbaycanın birinci Konstitusi... | ANL |
Oğluma məktub. Sənin də əlli yaşın tamam oldu. Biz,sənin valideynlərin - Zemfira və mən də xoşbəxtik ki, sənin kimi oğlumuz var. Həyatda nəyə nail olmusansa öz gücünlə, ağlınla, iradənlə, səbrinlə çatmısan, addım-addım yüksəlmisən. Gənc yaşlarından elə peşə seçdin ki, ömrünün yarısını ayrılıqda keçirdik. Uzun illər ara... | ANL |
Jalə Əliyeva: "Xalq özünün milli ənənələrini, mənəviyyatını qorumağa borcludur. Millət vəkili, filologiya elmləri doktoru Jalə Əliyevanın "525"ə müsahibəsi. Jalə Əliyeva: "Xalq özünün milli ənənələrini, mənəviyyatını qorumağa borcludur". "AZƏRBAYCAN ZİYALILARININ GƏLDİYİ QƏNAƏT BUNDAN İBARƏTDİR Kİ, - Jalə xanım, artıq ... | ANL |
Urmiya-Türkün beşiyi, sevgi ocağı... Urmu-Urmiyanın Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü. Hər dəfə Urmuya həsr olunmuş nəsr və poeziya nümunələrini oxuduqda düşünürdüm ki, şairlərə ilham qaynağı olmuş bu diyarın məxsusi özəllikləri nədir görəsən? Nə üçün Urmu-Urmiya-Urmiyyə haqqında yazılan əsərlərdə qəm notl... | ANL |
Əbülfəz Qarayev:“Qafqaz Albaniyası mədəniyyətimizin ayrılmaz bir hissəsidir”. “Əfsuslar olsun ki, Azərbaycanda Qafqaz Albaniyasının tarixi və mədəni irsinin araşdırılması ilə bağlı vahid konsepsiya yoxdur. Müxtəlif alimlər bu mövzuya müxtəlif baxımından yanaşırlar. APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm nazir... | ANL |
Moskvada Fərhad Bədəlbəylinin rəhbərliyi ilə konsert keçirilib. Rusiya paytaxtında Azərbaycanın məşhur pianoçusu və bəstəkarı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və tanınmış dirijor Dmitri Yablonskinin rəhbərliyi altında "Moskva virtuozları" orkestrinin konser... | ANL |
Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Don Karlos" operasının konsert ifasında premyerası keçirilib. Operanın Azərbaycanda ilk dəfə səhnəyə qoyulması dahi bəstəkar C.Verdinin musiqi irsinin ölkəmizdə opera sənəti həvəskarları və melomanlar arasında daha geniş təbliği məqsədi daşıyır. "Don Karlos" op... | ANL |
Rəhim müəllimin evində qanqaraçılıq idi. Baiskar arvadıydı, evin əyər-əskikliyini Rəhim müəllim ayırd edə bilmirdi.Uşaqların əyin-başı tökülüb, bu gün-sabahda dərslər başlanır, məktəbə gedəcək uşaqlara təzə pal-paltar lazımdır, evin yavanlığı da elə bu gün-sabahlıqdır. Di gəl, evdə satmağa Rəhim müəllimin anasından yad... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.