text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bu yaxınlarda Moskvadan gəlmiş bir rus ziyalısı ilə Bakının mərkəzi küçələrini, meydanlarını gəzərkən aramızda təxminən belə bir söhbət oldu. Qonaq şəhərin gözəlliyi qarşısında heyranlığını gizlətməsə də, tam səmimiyyətlə, özü də mənim heysiyyatıma toxunacağını ağlına belə gətirmədən dedi ki, bu abadlıq, bu tikililər, ... | ANL |
Unudulmaz yazarımız Tofiq Abdin dəyərli şair və publisist olmaqdan əlavə, böyük həmyerlisi, ulu ziyalımız Əli bəy Hüseynzadənin fədakar tədqiqatçısı kimi də tanınıb.Tofiq Abdin yaradıcılığının son illərində bu mövzuya dönə-dönə qayıtmışdı. Elə vəfatından qısa müddət əvvəl də Əli bəy Hüseynzadənin 150 iiliyi ilə bağlı o... | ANL |
Unudulmaz yazarımız Tofiq Abdin dəyərli şair və publisist olmaqdan əlavə, böyük həmyerlisi, ulu ziyalımız Əli bəy Hüseynzadənin fədakar tədqiqatçısı kimi də tanınıb.Tofiq Abdin yaradıcılığının son illərində bu mövzuya dönə-dönə qayıtmışdı. Elə vəfatından qısa müddət əvvəl də Əli bəy Hüseynzadənin 150 iiliyi ilə bağlı o... | ANL |
PƏRVİNin təqdimatında. Yeniyetmə vaxtı sevgini dərd, ağrı təki yaşayanlar, yaxud aşiq olub özünü xəstə kimi aparanlar gülməli görünürdü mənə. Sənət məhəbbəti belə göstərib bizə. Tibb acizdi belə qəliz olayı izah etməkdə. Bu müəmmanı anlamaq üçün yeganə vasitə, sənətdi. Hanı xoşbəxt məhəbbət? Hardadı nikbin sonluq? Əsli... | ANL |
Azərbaycan Dillər Universitetində “Çin operası”. Azərbaycan Dillər Universitetində (ADU) xüsusi yazılmış mətn və texnologiya ilə həyata keçirilən musiqi, dialoq, rəqs, akrobatika və döyüş hərəkətləri sənətinin elementlərini özündə birləşdirən musiqili dram teatrının ənənəsinə həsr olunmuş “Çin operası” adlı tədbir keçi... | ANL |
Azərbaycanlı balerina nüfuzlu beynəlxalq müsabiqənin laureatı olub. Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının gənc və istedadlı solisti, Prezident mükafatçısı Ayan Eyvazova Almaniyada keçirilən nüfuzlu beynəlxalq müsabiqədə iştirak edib və müsabiqənin laureatı olub. Teatrın mətbuat xidmətindən verilən ... | ANL |
Səlim Babullaoğlu: “Biz həyatın hər sahəsinə kitabın, kitabçıların eynəyindən baxacağıq”. Məzmun və format etibarilə olduqca yeni, yenilikçi bir sənət, ədəbiyyat, kitab dərgisi olan “Kitabçı” gələn həftədən satışda olacaq. Jurnalın redaksiya heyətində, müəllifləri sırasında çağdaş Azərbaycan ədəbiyyatının ən yeni və ən... | ANL |
Uşaqların və yeniyetmələrin Səlib yürüşünə cəlb edilməklə aldadılması və onların fırıldaq qurbanlarına çevrilməsi bu eybəcərliklərin daha bariz nümunəsidir. 1212-ci ilin mayında startını götürən bu hadisə dini fanatizmin hansı dəhşətlərə gətirib çıxardığını aydın göstərir. Fransada həmin dövrdə yeniyetmə çoban Stefanın... | ANL |
Benton Şimali Karolina universitetində bircə il oxumasına baxmayaraq, deyirdilər ki, Konqressin kitabxanasını öz başında gəzdirir və əgər bir Senator kiminsə adını və ya tarixi yaddan çıxarsa, həmin kitabxanadan qaranlıq bir cildi çıxarıb dəqiq səhifəni açır, oradakı düzgün məlumatı əldə edib, öz kolleqasına göndərməkd... | ANL |
Rənglərin simfoniyası. Bu ilin 25 yanvar tarixində Müasir İncəsənət Muzeyində fitriətən istedadlı və gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisinin açılışı oldu. “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri, rəssam Aida Mahmudovanın kuratorluğu ilə baş tutan sərgidə ölkənin bir çox ziyalıları kimi mən də iştirak edird... | ANL |
Tanınmış yazıçı-alim Aslan Qəhrəmanlının vəfatından 40 gün ötür. Elə ilk görüşümüzdəcə hələ o vaxtlar biz tərəflərdə həmin müəllif haqqında danışılan əfsanəni xatırladım: boylu-buxunlu, varlı-hallı bir adamdı, yaxşı vəzifəsi var, boş vaxtlarında da özü üçün yazır... Hətta “yazdırır” deyənlər də olurdu. İlk söhbətimizdə... | ANL |
Türk millətinin çagdaş aydınlıgı çox dəyərli bir sıra nəfəri ilə də vidalaşmalı oldu... Çox ağır və çox üzücü bir itki... Tofiq bəyin simasında milli jurnalistikamız öz məhək daşlarından və agır artileriyasından birini itirdi... Aqil Abbas onu “Jurnalistikamızın Rəmişi” adlandırırdı... Tofiq bəyin simasında milli publi... | ANL |
Yaşam boyu sürən dostluq (Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu). Mənsub olduqları xalqın mədəniyyət və mənəviyyat tarixində mühüm izlər qoyan şəxsiyyətlərin dostluğu, qarşılıqlı insani münasibətləri, onları biri-birinə bağlayan gözəgörünməz tellər məni həmişə maraqlandırıb, düşündürüb. Çünki sənət adamlarının dostluğu (... | ANL |
Cabbarlışünaslığa ən yeni töhfə. Milli ədəbiyyatşünaslıq elmimizin dəyərli nümunələrinin coğrafi hüdudlarımızdan kənarda, xarici ölkələrdə böyük tirajlarla davamlı nəşr olunması qürurlandırıcı faktdır və bu qəbildən filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin Türkiyənin nüfuzlu "Manas" nəşriyyatında "Cəfər C... | ANL |
Azərbaycan ilk dəfə Yaponiyada beynəlxalq əməkdaşlıq festivalına qatılıb. Yaponiyanın İto şəhərində təşkil edilmiş beynəlxalq əməkdaşlıq festivalında ilk dəfə təqdim olunan Azərbaycan stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, İto şəhərinin me... | ANL |
“ Lermontov və Axundzadə Vətənə məhəbbət haqqında” mövzulu ustad dərsləri. Azərbaycanın gənc rəssamlarının Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİİM) nəzdindəki “Sozvezdiye” gənclərin yaradıcılıq klubu tərəfindən “Mixail Lermontov və Mirzə Fətəli Axundzadə Vətənə məhəbbət haqqında” adlı üç günlük ustad dərsi təşki... | ANL |
“Açarını itirmişlər” Lənkəran Teatrının təqdimatında. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əhməd Orucoğlunun “Mehriban ailə” komediyasının motivləri əsasında hazırlanmış “Açarını itirmişlər” tamaşasının premyerası olub. Teatrın direktoru İslam Həsənovun quruluş verdiyi səhnə əsərində ... | ANL |
Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi. AZƏRBAYCAN QANUNVERİCİLİYİ BU BARƏDƏ NƏ DEYİR? Vətəndaş cəmiyyəti institutlarının formalaşmasında qeyri-hökumət təşkilatları mühüm rol oynayır. Qeyri-hökumət təşkilatları hansı dövlətin ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq, orada mövcud ola... | ANL |
Elm və təhsilin inkişafında gənclərin iştirakı milli strategiyanın prioritet istiqamətidir. Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qırılmaz bir bağ olaraq nəsildən nəsilə ötürülərək davam etdirilməsi, etibarlı və parlaq gələcəyin təminatı şübhəsiz ki, elm və təhsilin uğurlu və dinamik ink... | ANL |
El ağsaqqalı Səlim Əzimovun həyat hekayətləri. Vətən, yurd sevgisi imandandır. Nə böyük hünərdir bir qızı sevmək? Bu çayın, kəndin, bir ovuc torpağın dəli Məcnunu olasan gərək. Səlim Əzimov iyirmi bir ildir itirdiyimiz doğma Qarabağımızın dilbər guşələrindən olan Novruzlu kəndini sonsuz bir sevgi, istəklə, yanğı ilə ya... | ANL |
Atası Yusif Hüseyn oğlu Qasımov əslən naxçıvanlı idi. İrəvan gimnaziyasını bitirəndən sonra Azərbaycanın müxtəlif rayonlarında poçt-teleqraf idarə işində çalışırdı, Yevlaxda, Dilicanda, Şuşada, Tiflisdə işləmişdi. Bizim bu yazının qəhrəmanı- Ənvər Yusifoğlunun doğulduğu yer Yevlax oldu və atasının müxtəlif şəhərlərdə i... | ANL |
Vətəndaş cəmiyyəti institutları beynəlxalq hüquqi aktlarda. Vətəndaş cəmiyyəti institutlarının aparıcı qüvvələrindən biri qeyri-hökumət təşkilatlarıdır. Qeyri-hökumət təşkilatları əsas etibarı ilə ictimai mənafe və mənfəətləri nəzərə alaraq formalaşdırılan və əsasən ictimai sferada fəaliyyət göstərən qurumlar olsa da, ... | ANL |
Universitet: ömrümüz, həyatımız... Beş il bundan əvvəl elə bu sərlövhə ilə bir yazım getmişdi qəzetdə. Bu gün həmin sərlövhəyə, həmin mövzuya yenidən qayıtmağımın yeni motivasiyası var. O zaman həmin yazıda universitet haqqında düşüncələrimi bu böyük elm və təhsil məbədinin 90 illik yubileyinə ünvanlamışdım. Bu gün həm... | ANL |
Gorüşmək üçün mənzilinə getdim. Yenicə çapdan çıxmış kitabımı təqdim etmək istəyirdim. Əslində kitab bir bəhanəydi... Üçüncü dəfəydiki bu mənzildə olurdum. Son görüşümüz iki il əvvəl olmuşdu. Bu müddət ərzində mənzildə heç nə dəyişməmişdi. Ancaq bu ilk baxışda belə görünürdü. Kresloda əyləşib həmsöhbətimi dinlədikcə, q... | ANL |
Göydən Yerə enər, Yerdən Göyə buxarlanar...Söz vaxt adlı dəyirmanın boğazından qaçan bugda dənidir, üyütsən də üyünməz, öz "torpağını" tapıb cücərər...Söz zamanın yaddaşını, əhval-ruhiyyəsini, dərdini-sərini nəsildən-nəsilə ötürən gözəgörünməz körpüdü, daş körpülər sınar, söz körpüsü yaşayar... Tahir Talıblının ötən il... | ANL |
Ədəbi-tənqidi fikrimizin patriarxı - Yaşar Qarayev. Ədəbiyyat elminin, tarixçiliyinin və ədəbi, tənqidi, estetik fikrinin YAŞARIlığını təmin edən, onu durduğu yerdən yeni bir istiqamətə hərəkətə gətirən tədqiqatçılar, elm, düşüncə, fikir adamlarımız bütün həyatını ədəbiyyatşünaslıq elminə, onun gəlişməsinə, yeni elmi k... | ANL |
Doğulub boya-başa çatdığı Şabran şəhərində rayon mədəniyyət və turizm şöbəsinin təşəbbüsü ilə əməkdar incəsənət xadimi, şair, tanınmış telejurnalist, folklorşünas alim Ağalar Mirzənin mədəniyyət sarayında anım günü keçirilib. Tədbirdən əvvəl qələm dostları Əjdər Ol, Sadıq Elcanlı, Tofiq Nurəli, Oktay Abbasov, Avdı Qoşq... | ANL |
Vətəndaş cəmiyyəti institutlarının beynəlxalq münasibətlər sistemində yeri və rolu. Müasir beynəlxalq münasibətlər sistemində vətəndaş cəmiyyəti institutlarının əvəzolunmaz qüvvəsi olan qeyri-hökumət təşkilatlarının yerinə və rolu danılmazdır. Lakin buna nəzər salmazdan əvvəl sistemin mahiyyətinin bəzi aspektlərinə tox... | ANL |
Çağdaş teatr prosesləri: zaman müstəvisində baxış (Teatr və rejissura). Son dövrdə humanitar sahədə gündəmdə olan problemlərdən biri də mədəniyyət və incəsənətin ekologiyası ilə bağlıdır. Akademik sənət ilə müqayisədə kütləvi mədəniyyətin sürətlə və çox vaxt kortəbii şəkildə yayılaraq geniş vüsət alması və qloballaşma ... | ANL |
Sözünü dəyişməyən adam. Mən Asif Bəkirlini min doqquz yüz səksən doqquzuncu ildən tanıyıram. O illər mən Azərbaycanı da daha dərindən tanımağa başlamışam. Asif bu mənada Azərbaycanın dərin vaxtına düşüb.Ona görə də dərindir.Və dərindədir.Onu anlamaq üçün gərək dərin qaza biləsən.O həm də neftçidir axı.İçindəkilər də ne... | ANL |
Bişkekdə Xalq yazıçısı Anarla görüş keçirilib. Azərbaycanın Qırğızıstandakı səfirliyi və bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi Bişkekin A.Maldıbayev adına Milli Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilə görüş təşkil edib. Görüşə Azərbaycan Yazıçılar Birliyin... | ANL |
İlqar Muradovun həmkarlarından fərqi nədir? Bu sualın cavabı bir qədər sonra... Mən həmişə düşünmüşəm ki, bizim müğənnilər ancaq oxumalıdır. Bizim şou-biznes aləmində kitab oxuyanların az olduğu bir yana, onlar həm də kitab oxuyanlara bir az pis baxırlar. Ən azı özlərinin həyat şəraitinin kitab oxuyanlardan daha yüksək... | ANL |
Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması. Təhsil sahəsi dövlət və özəl strukturların investisiya prioritetləri içərisində əsas yerlərdən birini tutur. Təcrübə göstərir ki, müasir dövrdə təhsil həm siyasi, həm də iqtisadi xarakter almaqla aparıcı dövlətlərin önəm verdiyi sahələrdəndir... | ANL |
Sadəcə, Məcid müəllim. Dəfələrlə şahidi olmuşam, elə insanlar var ki, onlar həyatda yiyələndikləri peşəni, tutduqları vəzifəni, özlərinin daxili zənginliyi, bu sənətə məhəbbəti ilə bir az da hörmətli və nüfuzlu edirlər. Məcid Bağırov belələrindən idi. Onu yaxından tanıyanlar sanırdılar ki, o, elə anadan müəllim doğulub... | ANL |
Qloballaşan dünyada milli ruhda tərbiyə xüsusi əhəmiyyətə malikdir. "Azərbaycanda bütün ənənələr yaşamalıdır. Biz öz milli-mənəvi dəyərlərimizə çox bağlıyıq. Xüsusilə indiki dövrdə, qloballaşan dünyada milli ruhda tərbiyə almaq xüsusi əhəmiyyətə malikdir". Bunu Prezident İlham Əliyev ötən il sentyabrın 5-də Lənkəranda ... | ANL |
Çağdaş teatr prosesləri: zaman müstəvisində baxış. Canlı orqanizmə bənzər teatr sənətində musiqi, heç şübhəsiz ki, onun əsas elementlərindən birini təşkil edir. Bu sənət növü yaranandan musiqi ifadə vasitələri heç vaxt yalnız təsviredici funksiyalar yerinə yetirməmişdir. Əksinə, teatr sənətinin ilkin formalarında, daha... | ANL |
Emin Həsənli: "Azərbaycanda qeyri-hökumət təşkilatları 20 ildə böyük inkişaf yolu keçib". "Müasir dövrdə cəmiyyətin həyatında mühüm yer tutan qurumlardan biri də qeyri-hökumət təşkilatlarıdır. SSRİ-nin süqutundan sonra, müstəqil Azərbaycan Respublikasının yaranması ilə aktiv fəaliyyətə başlayan QHT-lər artıq ictimai hə... | ANL |
Humanitar fəaliyyətin təşkili prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı. Bu yazıda vətəndaş cəmiyyəti institutlarının aparıcı qüvvəsi olan QHT-lərin keçən illlər ərzində ölkəmizdə humanitar fəaliyyətin təşkilindəki rolu, əldə etdikləri uğurlar və üzləşdikləri çətinliklər barədə məlumat verərək, bu sahədəki... | ANL |
Din və dövlət münasibətləri milli maraqlar kontekstində. Azərbaycan dövləti digər sahələr kimi, din və dövlət münasibətlərinə də xüsusi diqqətlə yanaşır. Din siyasətini pozitiv dünyəviçilik əsasında quran Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili siyasət fundamental azadlıqlardan olan dini etiqad azadlığının qor... | ANL |
Vətəndaş cəmiyyətində qeyri-hökumət təşkilatlarının yeri və mövqeyi. Azərbaycanda vətəndaş cəmiyyətinin əsas institutlarından olan QHT-lərin yaranması və inkişafı ictimai sektorun formalaşmanın tərkib hissəsinə çevrilib. Ölkəmizdə “QHT” adı altında yaranan bu institutlar Azərbaycan cəmiyyətində uzun müddət birmənalı qa... | ANL |
(Ağdaban dəftərindən). Qoluna girəydim, ay Məmməd Aslan. Yeddi qardaş dağı qədimdi hacdan, Ziyarət eyləyib, çıxaydım borcdan... Gədikdən, bələndən, yaldan, yamacdan, Çiçəklər dərəydim, ay Məmməd Aslan. Ağdaban kəndindən baxaydıq Aya, Mən palıd olaydım, Cavid bir qaya. Füruzə nənəyə, Qənbər babaya, Sirrimi verəydim, ay ... | ANL |
Tapılmayan dərman. O, məzlum bir görkəm alıb başını aşağı dikdi, əskini əlində burub gücü gəldikcə sıxdı. Qırıq səslə: – Amma nədənsə bizim latareyamız maşın udmur. Atam rəngsazdır. Rəngsazların bəxti Ağalətif dayınınkı kimi deyil. Atama da deyirəm, sən elə evləri bəzəyirsən. Atam da sözümə baxmır. Mənə acığı tutur. –A... | ANL |
Ümidlə inamın işığında. “Poeziya kədərsiz təsəvvüredilməzdir. Amma böyük poeziyaya böyük kədər, dünyəvi kədər, bəşəriyyətin taleyi haqqında narahatlıqlardan doğan kədər lazımdır”. Aydın Məmmədov. Sovet rejiminin ədəbiyyat siyasətində qəmə, kədərə yer yox idi. Tənqid hamını “ələmdən nəşəyə” səsləyir, mahiyyətində kədər ... | ANL |
Ağlama qarşımda günahkar kimi. Unut məni səhərlər, Üfüq işıldayanda, Yavaşca pəncərəndə. Budaq xışıldayanda. Unut məni günorta, Külək günü əyəndə, Divanda halsız-halsız. Kitab vərəqləyəndə. Unut məni hər axşam, Sızıltıdan bezəndə, Durub gedib ərinçün. Saçlarını sanki qara rəng uduzur, ağ udur. Kipriyi üstə gözünün yaşı... | ANL |
Bir rəngin ədəbi tarixçəsi. Tədbirlərdə,adətən, iki-üç bəydən sonra söz bir xanıma verilir. Mən də bu yazı silsiləsi üçün həmin prinsipi seçdim. Bunun gender bərabərliyi tələbindən, ya rəngarənglik yaratmaq istəyindən, ya da centlmenlikdən irəli gələn bir addım olduğunu dəqiq deyə bilmərəm. Sənətdə cinsi ayrı-seçkiliyi... | ANL |
Bəşəriyyət yaranandan aqilləri, filosofları, mütəfəkkirləri “Qadın nə istəyir” sualı düşündürüb. İnsan psixologiyasının ən alt qatlarına, təhtəlşüurun dərinliklərinə qədər nüfuz eləməyi bacarmış məşhur alim Ziqmund Freyd belə uzun illər apardığı psixoanaliz təcrübələrindən sonra da bu məlum və məşhur suala cavab tapa b... | ANL |
“Azərbaycan”ın leksikası. Azərbaycan dilinin (türkcəsinin) tarixən (və təbii olaraq!) müəyyənləşmiş öz leksik- semantik sistemi var... Mən hamının ixtiyari şəkildə dərhal anlayacağı və ya anladığını güman edəcəyi olduqca “neytral” bir anlayışdan – sadəcə lüğət tərkibindən danışmaq istəmirəm, söhbət leksik semantikadan ... | ANL |
Əşrəf Heybətin “İthaf. Şərq və Qərb arasında” sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Əməkdar rəssam Əşrəf Heybətin “İthaf. Şərq və Qərb arasında” mövzusunda ilk fərdi yaradıcılıq sərgisi təşkil edilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini... | ANL |
Yusif Səmədoğlunun gülüşü. “İnsanın necə güldüyündən tərbiyəsi, nəyə güldüyündən isə zəkası və səviyyəsi aydın olar”. Mövlana Cəlaləddin Rumi. Bir var ürəkdən gülmək, bir də var nəyinsə xətrinə gülmək. Bir var ürəkdən qəhqəhə çəkib gülmək, bir də var kimsə güləndə onun ağzına baxıb yamsılamaq. Hər nə cürsə gülənlər çox... | ANL |
Xaricdə hər bir azərbaycanlı - Azərbaycan daşıyıcısıdır. Ermənilər də bərk sevinir. Çünki əmindirlər ki, belə havada azərbaycanlıların, daha doğrusu uzaq Virciniyada oxuyan bir məktəblinin təşkil etdiyi tədbirə kimsə gəlməyəcək. Amma alınmır, 17 yaşlı Hüseyn Mustafabəylinin açıq havada keçirdiyi aksiya uğurlu olur. Hüs... | ANL |
PƏRVİNin təqdimatında. “Şeytan” adlandırmağın, yaxud İblislə müqayisə eləməyin əbəsdi... Min illərdi isbat olunub bu: Qadın xilasdı! Şeytanlığı və İblisanə əməlləriylə belə! Təyyarədə xilasedici jilet kimi, yanındadısa, yaxındadısa rahatsan, arxayınsan, cəsursan. Dünya dağılsa da, sənə heç nə olası deyil... Əlbəttə, əg... | ANL |
Mikayıl Abdullayevin yaradıcılığı “Xalq Əmanəti”nin yubiley nəşrində. GÖRKƏMLİ RƏSSAMIN HƏYAT VƏ SƏNƏT YOLU MİLLİ MƏDƏNİYYƏTİN TƏBLİĞİNƏ YÖNƏLMİŞ LAYİHƏNİN 10-cu BURAXILIŞINDA GENİŞ ƏKS ETDİRİLİB. Azərbaycanda son illər mədəniyyətlə, xalqımızın mədəni-mənəvi irsi ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilməkdəd... | ANL |
Yalan, aldatma, məkr və hiyləgərlik. Afrika üçün həlledici döyüşün başlanğıcını Belçika kralı II Leopold qoymuşdu. Onun hərəkətlərinin başlıca motivi acgözlük, tamahkarlıq idi. 1870-ci ilin əvvəlində o, belə bir xəbərlə tanış oldu ki, Konqo çayının hövzəsində heyranedici və çox varlı olan bir ölkə yerləşir. Bu məqsədlə... | ANL |
İngiliscədən Telman Orucov tərcümə edib. Lakin o, öz düşmənlərini itaətliliklərinə görə biabır edə bilmirdi. 1849-cu ilin dekabrında anti-Benton liderləri bəyanat verib, veteran Senatora “ehtiyatlılığı olmayan, şərəfsiz və prinsipsiz, əxlaqsız, qərəzli və söyüşcül yalançı” yarlığını vurdular, guya o, eqoist niyyətlərin... | ANL |
Dünyada bundan qəmli hekayət yoxdu... 2013-cü ilin payızında Azərbaycan və Türkiyə ekranlarına iki ölkə kinematoqrafçılarının Elçinin eyniadlı romanı əsasında müştərək çəkdikləri “Mahmud və Məryəm” filmi çıxdı. Hal-hazırda bu blokbasterin prokatı Şərqi ərəb ölkələrində və Avropada uğurla həyata keçirilir. Bu filmi görə... | ANL |
Yaşam boyu sürən dostluq (Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu). Bir tərəfdən Rusiyada Stolıpin irticasının tüğyan etməsi, o biri tərəfdən isə Osmanlı imperiyasında Sultan II Əbdülhəmidin taxtdan salınması və ittihadçıların hakimiyyətə gəlməsi nəticəsində 1908-ci ildə Əhməd Ağaoğlu, aradan iki il keçəndən sonra isə Əli ... | ANL |
Tənha bir ağac var park kənarında. Üzündə-gözündə bıçaq izləri. Donub, deyəcəyi ürək sözləri. Yaralı gözünü zilləyib göyə. Kəsilmiş qoluna baxıb ağlayır. İçində nə çəkir görsünlər deyə, Az qala kökündən çıxıb ağlayır. Burnunun ucunda açardı çiçək, Onda canı sulu, ruhu diriydi. Kiçik bir budağı sığınacaq tək, Gizli sevə... | ANL |
Yazıçılar Birliyində "Bir bənd şeir" müsabiqəsinin qalibləri mükafatlandırılıb. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) "Bir bənd şeir" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza müsabiqə haqqında ətraflı məlumat verib: "Bu il yanvarın 2-də "Bir ... | ANL |
Səndən ayrı düşərsəm, Atəş olsun məzarım. Qədim Krım mahnısı. Ey bizi yaradan, Səmavi kitablarn hər fəslində. Deyirsən: Mənsiz olmayın! Əslində kainat sənsən. Sənin qurduğun oyundayıq biz, Sənin qoynundayıq biz. Bir planetdi hər zərrəniz, Biz o zərrədə zərrəyiz. Səndən özgə kainatda nə var ki, Duyuruq hər yanda sənsən.... | ANL |
Söz də tale qismətidir... Novruz Nəcəfoğlunun şeir və hekayələri ilə yaxından tanışlıq onun ilk baxışdan sadə, lakin ideya-məzmun və sənətkarlıq baxımından mükəmməl sənəti barədə məni düşündürməyə vadar etdi (bəlkə də məcbur etdi). Onun qələm dostuna ünvanladığı "vallah, billah yazmaq xətrinə yazmıram, gələcək ehtiyacı... | ANL |
Vətəndaş cəmiyyətinin möhkəmlənməsi naminə: Milli QHT Forumunun fəaliyyət yolu. Məlum olduğu kimi, 90-cı illərin ortalarında ölkədə gedən sosial-iqtisadi və ictimai-siyasi proseslər cəmiyyətin ən müxtəlif nümayəndələrini vətəndaş cəmiyyəti institutlarının başlıca qüvvələrindən olan QHT hərəkatına qoşulmağa sövq etdi və... | ANL |
Vətənə sevgi, dövlətə sədaqət, xalqa xidmət. 12 mart - Azərbaycanda Daxili Qoşunların yaradılması günüdür. Haqqında söhbət açacağım şəxslə yollarımız 20 il bundan öncə respublikamızın şimal-qərb bölgəsində kəsişmişdi. Mən hər şeydən əvvəl iç dünyasının zənginliyinə, əxz edə biləcəyim ali keyfiyyətlərin çoxluğuna görə b... | ANL |
Ədəbiyyatımızın Bişkek təntənəsi. Bişkekə çatırıq. Hava yavaş-yavaş qaralır. Ağappaq duman içindədi alaqaranlıq şəhər. Səfir Hidayət Orucovun səfirliyin işçiləriylə bərabər Manas hava limanında sıcaq qarşılamasından, al qırmızı güllər, qırğız piyaləsində çay və xoş söhbətlərdən sonra şəhərin soyuqluğundan çaşmışıq bir ... | ANL |
Sosial siyasət və onun idarəedilməsi mexanizmləri. XX əsrin axırlarında dünyada siyasi, iqtisadi-sosial sahələrdə baş verən qlobal inqilabi dəyişikliklər sonrakı proseslərə yeni elmi-nəzəri baxışları, yeni təşkilati-idarəetmə formalarını, yeni metodologiyaların işlənməsi və tətbiqini zəruri etdi. Təbii ki, cəmiyyətin i... | ANL |
Onun haqqında çoxdan yazmaq istəyirəm, lakin özümdə güc tapa bilmirəm. Haqqında çox oxusam da, çox düşünsəm də fikirlərimi kağıza köçürməkdə çətinlik çəkirəm. Onun haqqında yazmaq məsuliyyəti gözümün önündə durur, həmişə də günü günə ötürürəm. Elə məsələ də bundadır. İndi özümə tam əminəm ki, onun haqqında oxuduqlarımı... | ANL |
TÜRKSOY sədri Düsen Kaseinov: "Yeni-yeni ədəbi, mədəni körpülərin qurulmasını istəyirik...". Bu il fevralın 17-18-də Avrasiya Yazarlar Birliyinin və TÜRKSOY-un təşkilatçılığı ilə Türk dünyasının Mədəniyyət paytaxtı Əskişəhərdə, İsmayıl bəy Qaspiralının vəfatının 100 illiyinə ithaf olunmuş VI Türk Dünyası Ədəbiyyat Dərg... | ANL |
Həsrəti ömrü boyda olan şair. Unudulmaz Davud Nəsibin seçilmiş Əsərlərinin nəşri münasibəti ilə. Bir şair vardı, doqquz ağçaya möhtac ola-ola doqquz min misra yazdı, hər misrası min qızıldı. Şair gördüm, vətən dedi, torpaq dedi, dediyinə özü də inanmadı, Qarabağa yanmadı, türk nədir, heç balasını tanımadı. Bir həsrət m... | ANL |
Vətəndaş cəmiyyətinin möhkəmlənməsi naminə: Milli QHT Forumunun fəaliyyət yolu. Çünki 2002-ci ilin sonunda qanunvericiliyə edilmiş dəyişikliyə əsasən QHT-lərin yeganə maliyyə mənbəyi olan qrant vəsaitləri məcburi sosial sığortaya cəlb edildi. 2003-cü ilin yanvarın 13-də MQF bu dəyişikliyi aradan qaldırmaq üçün hökumət ... | ANL |
Abdulla Öztoprak: "Azərbaycanlı tələbələrin Doğu Akdəniz Universitetində təhsil almaları bizim üçün əhəmiyyətlidir". “Dünyanın 75 ölkəsində tələbələrimiz var. Azərbaycanlı tələbələrin universitetimizdə təhsil alması bizim üçün xüsusi əhəmiyyət kəsb edir”. Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdəniz Universiteti Avrop... | ANL |
Ağdamın "MüCahid" rejissoru. 1986-cı ilin may ayında həyat yoldaşıyla Quzanlı kəndində yaşayan xalasıqızıgilə gəlmişdi. Onda Ağdam Dövlət Dram Teatrında rejissor vəzifəsində çalışırdı. O illərdə ona qarşı edilən təzyiqlər bir qədər səngimişdi. Həyatı üçün elə də təhlükə yox idi. Hamıyla görüşdü. Mənimlə də bir xalanəvə... | ANL |
Çağdaş teatr prosesləri: zaman müstəvisində baxış. Üçüncü yazı: Teatr və rəssamlıq. Bəlli olduğu kimi, Azərbaycan teatr-dekor sənəti zəngin tarixə malikdir. Teatr ilə rəssamlıq sənətini birləşdirən bu klassik incəsənət sahəsi milli mədəniyyətimizin mühüm qaynaqlarından birini təşkil edir. Teatr-dekor sənətimizin tarixi... | ANL |
Gənc şairələrin ikinci Beynəlxalq Forumunun iştirakçıları Yazıçılar Birliyində olublar. Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə gənc şairələrin ikinci Beynəlxalq Forumu işə başlayıb. Forum çərçivəsində gənc şairələr ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) olublar. "Natəvan" klu... | ANL |
"Gecə düşüncələri"ndə gördüyüm Anar. Heç bir ədəbi janr məni esse qədər özünə çəkməyib. Lev Tolstoy, Herman Hesse, Knut Hamsun kimi yazıçıları daha çox sevməyimə səbəb, düşüncələrini esse formasında nəql və şərh edən obrazlar yaratmalarıdır. Bu cür obrazlar böyük mətləblər izhar edə bilirlər. Esse janrı ilə məqaləni bi... | ANL |
Anara məktub. Ey müdrik atanın oğul söhrəti, Ey müdrik ananın oğul qüruru! Enişli, yoxuşlu yollar keçmişik, Bəzən su yerinə zəhər içmişik;. Biz səni təzədən sədr seçmişik. Kömək istəyərək göy qübbəsindən, Təsəlli alsaq da azan səsindən, Çoxdur "pay" umanlar "Beşmərtəbəli. Cərgəyə düzülsə bütün Anarlar, Yoxdur ehtiyacın... | ANL |
Londonda "Qafqaz" bədii filminin premyerası olub. Londonda Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) Azərbaycan ilə Türkiyə kinematoqrafçılarının birgə çəkdiyi "Qafqaz" bədii filminin premyerası olub. Xəzər Strateji İnstitutu (HASEN), Türiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Gənclər və İdman Nazirl... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar olmasında könüllülük fəaliyyətinin rolu. Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaş cəmiyyətinin başlıca qüvvələrindən olan qeyri-hökumət təşkilatlarının azad fəaliyyəti, sərbəst şəkildə yaradılması, habelə səmərəli fəaliyyəti üçün müxtəlif qanunlar qəbul edildi. Bun... | ANL |
Salyanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyası müzakirə olundu. Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib. Tədb... | ANL |
Gənclər təşkilatlarının vətəndaş cəmiyyətində fəal iştirakı və mühüm mövqeyi. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış siyasi və iqtisadi böhran gənclərin psixoloji və mənəvi durumuna çox mənfi təsir etməklə yanaşı, bütövlükdə cəmiyyətdə müəyyən ideoloji boşluğun dərinləşməsinə səbəb olmuşdu. Bu boşluğu ... | ANL |
Bağlama bu qapını. Xəbərin var xəbərdən, Damla dəryaya möhtac. Səni də darıxdıran, Özgə qapıdı indi. Dərdliyə əl uzadan, Əl bilirsən kimindi? Ümidi dən cücərdən, Fikrə çəkir adamı. Bu sözümdən incimə, Bu sözümdən alınma. Xəbərin var xəbərdən, Damla dəryaya möhtac. Amma, aramızda bahar çağrışı, Açır çiçəyini çəmən döşün... | ANL |
Tapılmayan dərman. Dadanın tövrü birdən dəyişdi. Sol tərəfə baxıb düz aptekə doğru irəliləyən ötkəm yerişli adamın qabağına yüyürdü. Onun qırımından sözünün dalını gətirə bilmədi. Başa düşdüm ki, bayaqdan bəri, Dadanın haqqında ağızdolusu danışdığı aptek müdiri Hacıhəsən elə budur. Hacıhəsən mənə ağızucu salam verib, c... | ANL |
“Çağdaş Azərbaycan ədəbi gəncliyi: problemlər, mülahizələr”. Layihənin ideya müəllifi və aparıcısı: Əsəd Cahangir. İştirakçılar: Xəyal Rza – şair, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin rəhbəri;. Sevinc Mürvətqızı – yazıçı-publisist;. Famil Mədət – ədəbiyyatşünas, Materialları çapa Sevinc Mürvətqızı hazırlayıb... | ANL |
Şeirimizin qəm pərvanəsi. Şübhəsiz ki, Füzuli qəmi böyük fəlsəfi məna kəsb edir. O təkcə öz qəmindən əzab çəkmir, zəmanəsini qəm dəryasına qərq olmuş görür. Ona görə də şair özünü dünyanın qəm karvanının sarvanı – başçısı, yol göstərəni hesab edirdi: Olsaydı məndəki ğəm Fərhadi-mübtəladə, Bir ahilə verərdi min Bisütuni... | ANL |
Dərdi hal əhli bilər. Mətbuatda təsirli bir xəbər oxudum. Səhv etmirəmsə “Azadlıq. Əlbəttə bu azərbaycanlı bir insan üçün şok xəbərdi. Məsələn dörd – beş jurnalı olan Azərbaycan Yazıçılar Birliyinin 250 illik büdcəsidir. Digər qəzet və jurnallardan heç danışmıram. Mən çox təsirləndim, baxmayaraq ki, xristian-protestant... | ANL |
Məşhurların xanımları. Bütün rənglərdən çox yaşılı sevirəm, Bütün gecələrdən çox – aylı gecələri. Aylı gecələrdə. Yaşıl küçənizdən keçib. Görüşünə gəlməyi sevirəm... Səmimiyyət olan yerdə yalan yuva qurmağı bacarmır. Öz səmimiyyəti ilə oxucularının ürəyində yer tapan Maarif Soltanın gülərüz və qonaqpərvər həyat yoldaşı... | ANL |
Elşad Ərşadoğlu: “Özümü şeirdə daha yaxşı ifadə edə bilirəm”. “YAZARIN ÖZÜNƏ İRONİYA BACARIĞI ÇOX YAXŞI HALDIR”. Müsahibimiz gənc şair Elşad Ərşadoğludur. Elşad Ərşadoğlu 1986-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 1993-cü ildən ailəsi ilə birlikdə məcburi köçkün kimi İsmayıllı rayonunun Quşencə kəndi... | ANL |
PƏRVİNin təqdimatında. Bütün əzabları və ağrılarıyla, hicranı və ayrılığı ilə, qısqanclığı və qəlizlikləri ilə birgə sevgi lazımdı insana. Varlığını hiss etmək üçün, yaşadığını anlamaq üçün, həyatın həm acı, həm şirin tamını duymaq üçün. Axı hətta sevginin gətirdiyi iztirablar belə insan hissləridi. Məhəbbət əyləncə de... | ANL |
Anar: “Ömrün müxtəlif çağlarında nostalji də fərqli olur”. “QƏRİBSƏMƏK ELƏ ÇOXCƏHƏTLİ HİSSDİR Kİ, BİR MƏXRƏCƏ GƏTİRMƏK MÜMKÜN DEYİL”. “Keçmiş insan ruhunun vətənidir. Ona görə biz tez-tez nə vaxtsa keçirdiyimiz hisslərin, hətta nə vaxtsa duyduğumuz qəm-kədərin həsrətini çəkirik”. Henrix Heynenin bu kəlmələri məni bu gü... | ANL |
Yəqin ki, tanışlığımızın, sonralar dostluğa çevrilən münasibətimizin tarixi mənə də mənəvi haqq verir ki, onun barəsində ürək sözlərimi dilimə gətirim. Ən vacibi də odur ki, bu haqqın halallığını mənə Azər Mustafazadənin özü verib. Buna görə əziz dostuma qırx illik təşəkkürlərim... Əzizim Azər! Romanlarımdan birində ya... | ANL |
İngiliscədən Telman Orucov tərcümə edib. 1854-cü ildə səhər şəfəqinin ilk şüaları Senatın pis işıqlanmış zalına, axırıncı çıxış edən özünü tanıtmaq üçün ayağa qalxanda, düşdü. Arıq, əldən düşmüş və üzü qırxılmamış Senatorlar bütün gecə davam edən sərt sessiyadan sonra öz kürsülərində “səs vermə, səs vermə” deyə artıq q... | ANL |
Bakıda “Gənc şairələrin II beynəlxalq Forumu” keçirilib. Martın 14-də “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Gənclər Fondu və AzərbaycanYazıçılar Birliyinin dəstəyi ilə Muğam Mərkəzində “Gənc şairələrin II beynəlxalq... | ANL |
Yazıçılar Birliyində Əli bəy Hüseynzadənin 150 illiyi qeyd olunub. Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda görkəmli ictimai xadim, maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd edilib. Milli Məclisin mədəniyyət komitəsinin sədri, Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov ... | ANL |
Sankt-Peterburqda Nizami Gəncəvi yad edilib. 1941-ci ilin oktyabr ayında Leninqradın faşistlər tərəfindən blokadada saxlanılması zamanı şəhərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illiyi ilə bağlı keçirilmiş konfransa dair martın 13-də Rusiya Dövlət Ermitajı, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburq... | ANL |
Dünyanı rənglərlə boyayan adam. Sənət adamları çox danışmağı sevmir, danışan onun əsərləridir. Onunla görüşən hər kəsdə belə bir təəssürat yaranır. İlk dəfə tanış olan zaman məndə yaranan duyğular kimi. Dedim ola bilər bəlkə ilk görüşün susqunluğudur. İllər ötdü görüşlərimiz çoxaldı, artdı, amma yenə də hər görüşdən-gö... | ANL |
“Jurnalistin nitq mədəniyyəti” anlayışına yeni baxış. İnformasiya texnologiyasının müasir inkişaf sürəti ictimai mühitdə medianın yerini getdikcə möhkəmləndirməkdədir. Qəzet işindən başlamış ən müasir internet resurslarınadək bütün informasiya vasitələrində dil problemi – fikrin çatdırılması ən önəmli yer tutur. Təsadü... | ANL |
Londonda “Bakı prosesi”nin 5 illiyi ilə bağlı tədbir keçirilib. Böyük Britaniyanın paytaxtı Londonda “Bakı prosesi”nin 5 illik yubiley mərasimi və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçirilib. Tədbirdə UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Av... | ANL |
“Bakıda olanda qonaqpərvərliyinizə, yüksək mədəniyyətinizə heyrət eləmişdim”. QIRĞIZISTANIN MƏDƏNİYYƏT, İNFORMASİYA VƏ TURİZM NAZİRİNİN BİRİNCİ MÜAVİNİ AKİMBEK TEKEŞOV: “ÜMİD EDİRƏM Kİ, XALQLARIMIZ ARASINDA DOSTLUQ ƏBƏDİ DAVAM EDƏCƏK”. Bu il martın 4-də Azərbaycanın Qırğızıstandakı Səfirliyi və bu ölkənin Mədəniyyət, İ... | ANL |
Yaşam boyu sürən dostluq (Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu). Cəmisi 70 min əhalisi olan paytaxt əslində kiçik əyalət şəhərini xatırladırdı. Lakin zamanla o, yalnız siyasi və inzibati deyil, həm də beyin mərkəzi olmalı idi. Bu da türk intellektuallarının mühüm bir qisminin, xüsusən də yeni dövlətin ideoloji əsasların... | ANL |
Tarix təkrarlanır. Krım və Dağlıq Qarabağ: müqayisə, proqnozlar və perspektivlər. Bu iki regionu bir-birilə müqayisə etmək əslində nə dərəcədə düzgündür? Axı Dağlıq Qarabağ Kremlin sükutlu razılığı ilə silah gücünə işğal olunduğu halda Krım könüllü şəkildə bir “qardaş” ittifaq respublikasının tərkibindən çıxaraq refere... | ANL |
Yüz yaşlı kişinin hekayəti. Vaxt və zamanın hökmü ilə illər tarixə qovuşduqda, bu iz həmin insanın dünyasına işıqlı yol açır. Bu ilin martında 100 illik yubileyi qeyd olunan, Respublikanın Əməkdar mədəniyyət işçisi Həsən Mirzəyevin həyat yolunun izi isə bizləri, XXI yüzilliyin ikinci onilliyindən artıq tarixə çevrilmiş... | ANL |
Azərbaycan poeziyasını mənə Maqali Toduanın və Zezva Medulaşvilinin heyrətamiz tərcümələri sevdirmişdi. Başqa faktlarla yanaşı bu da rol oynadı ki, "Qafqaz mənəviyyatı" yaradım. Burada özünəməxsus Azərbaycan poeziyasının öz layiqli yeri var.Monumental nəşr illər ərzində tədricən formalaşdı. Burada çoxlu maraq doğuran n... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.