text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı: fərqli mərhələlər, əhəmiyyətli nəticələr. Cəmiyyəti narahat edən problemləri birgə həll etmək, şəxsi və ictimai maraqları uzlaşdırmaq, mənəvi tələbatları ödəmək məqsədilə vətəndaşların müxtəlif birliklər yaratmaq ənənəsi Azərbaycanda çox qədimdən mövcud olub. O dövrkü reallı... | ANL |
Zirvəyə ucalan yollar. ("Zirvə" bioqrafik romanının müəllifi yazıçı Məmməd Əfşana açıq məktub). Hələ o vaxtlar Abşeron rayonu yenicə yaradılmışdı, səhv etmirəmsə, 1962-ci ilin dekabr ayında o vaxtkı Xırdalan qəsəbəsi mərkəz olmaqla Bakının, Sumqayıtın, Dəvəçinin (indiki Şabran rayonu) və Siyəzənin əkinçilik və heyvanda... | ANL |
"Özbəkistanda Azərbaycan ədəbiyyatını çox sevirlər". Müsahibimiz özbək ədəbiyyatşünası, Özbəkistanda nəşr olunan "Cahan ədəbiyyatı" dərgisinin baş redaktoru, filologiya elmlər namizədi Şöhrət Rizayevdir. Pərvin: Hörmətli Şöhrət bəy, artıq bir ildən çoxdur ki, Özbəkistanın "Cahan ədəbiyyatı" dərgisinin baş redaktorusunu... | ANL |
Suyun öz tərkibi də heç şübhəsiz, bu başa çıxartdığım dörd ünsürdən ibarətdir. Yəni, mən bu fikirdəyəm ki, su da tərkibcə həmin ardıcıllıqla özündən-yəni sudan, sonra torpaqdan, oddan, havadan başqa bir şey deyil. Sözümün canı yaxşı anlaşılsın deyə, yazıya belə başlamağı lazım bildim. Ona görə ki, Novruz (İl-Ay) bayram... | ANL |
"Türk dünyasının Tatar ədəbiyyatına marağını həmişə hiss edirik". Tatarıstan Yazıçılar Birliyinin sədri, Tatarıstan Respublikası Əməkdar İncəsənət xadimi, şair Rafis Qurbanov əməkdaşımız Pərvinin suallarını cavablandırıb. Pərvin: Rafis Xarisoviç, bu günlərdə Avrasiya Yazarlar Birliyi və TÜRKSOY-un təşəbbüsü ilə Dərgilə... | ANL |
Qar üstə töküldü. İndi ürəyimin. başından çıxır. Nə qədər gücsüzmüş insan, Vaxt gəlir. Ölmək də gəlmir əlindən. Səni düşünəndə Aya baxıram, Səntək əlçatmazdı. Dünya qadına bənzəyir. Gözəl və vəfasız. Məni dəfn edəndə ağa bükməyin. Ağ gün görməmişəm. Mən kimə lazımam, Nəyə lazımam. Ölümdən savayı. Güzgü verin mənə. Vida... | ANL |
Paxlava, şəkərbura naxışları kimi, Sevimli günlər, şirin gülüşlər... Novruz bayramı. Yamyaşıl bir zəmi, başımızda çələng. Atamın zümzüməsi, Anamın qonşuya pay göndərməsi. Böyük bir tonqal. Ağırlığım-uğurluğum harda qaldı? Balaca qardaşımın papaq atması, yumurta döyüşməsi. Dumansız-çənsiz. Tonqaldan atlanarammı? CAHİLLİ... | ANL |
Böyük alimimiz mərhum prof. Məmmədhüseyn Təhmasibin dediyi kimi Xalq odu atəşpərəstlikdən, zərdüşdlükdən də öncələrdə qoruduğu, sirlərini, alxışlarını ifadə etdiyi, ən əsası dualarını tapındığı vasitə kimi yaşadır...İl-Ay bayramında Od daha çox təmizlik vasitəsi kimi lazım olur. Bayram tonqalını həyətin girəcəyində qal... | ANL |
Tapılmayan dərman. Sadıq kişinin qırış düşmüş çöhrəsi mülayim və təsəlliverici ifadə aldı: – Həəə, Albert İsgəndərzadə əliaçıq, səxalı adamdır. Bu şəhərdə elə adam tapılmaz ki, ona kömək əli uzatmasın. Xeyrə-şərə yarıyan kişidi. Olsa, dünyasında müzayiqə eləməz. Utanıb-eləmə. Görürəm şəhərə təzə gəlmisən, buralara dəri... | ANL |
Tutar ürəyindən, dəyişər halın. sübhətək ağaran qara tel kimi. səhər sahilinə yumşaq bərətək. Kiminin nəfəsi çatar səhərə, kimi qaranlıqda boğulub gedər, kimi yuxularda gələr dünyaya- gecənin bətnindən doğulub gedər. Hər an haldan-hala düşən adamtək. Doyub gündüzlərin çılpaqlığından. gecənin eşqiylə yoğrulacağam, məni ... | ANL |
“Xalq bir gündə qərinələrin sevincini yaşadı”. Bu sözlər M.Ə.Rəsulzadənin – bütün şüurlu həyatını vətənin müstəqilliyi, millətin azadlığı, səadət və xoşbəxtliyi uğrunda mübarizəyə həsr etmiş bir vətən övladı, istiqlal fədaisinin ürək sözləri idi. Bu əsri sevinc asan başa gəlməmişdi. O, “üsulunu başqa mütərəqqi millətlə... | ANL |
Əsərləri. Azərbaycan İstiqlalını. Mübəyyin Əqdnamə. Böyük Rusiya inqilabının cərəyanında dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqasiyanın rus orduları tərəfindən tərkini mucib bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qüvvəyi-məxsusələrinə tərk olunan Zaqafqasiya millətləri, müqəddəratlarının idarəsini... | ANL |
Qasım Qasımzadə və dünya elmi bədiiyyat poeziyasında təsdiqlənməmiş ilk imza. Əlbəttə, fərqindəyəm ki, bu yazımın başlığından adi oxucu da, ədəbiyyat adamı da təəccüblənə bilər. Qasım Qasımzadəni yaxından tanıyanlara da, yaradıcılığına az-çox bələd olanlara da gerçəkdən maraqlı gələr, Azərbaycan poeziyası bir yana, yən... | ANL |
“Çağdaş Azərbaycan ədəbi gəncliyi: problemlər, mülahizələr” (İkinci hissə). Layihənin ideya müəllifi və aparıcısı: Əsəd Cahangir. İştirakçılar: Xəyal Rza – şair, Azərbaycan Yazıçılar Birliyi mətbuatxidmətinin rəhbəri;. Sevinc Mürvətqızı – yazıçı-publisist;. Famil Mədət – ədəbiyyatşünas, Materialları çapa Sevinc Mürvətq... | ANL |
PƏRVİNin təqdimatında. Qadın olmaq ən böyük səadətdi! Amma Qadınlığını hər an “xatırlayırsansa”, dərk edirsənsə,... Zaman, mühit, robotlaşan dünya, müasirlik çox amansızdı bu hisslərə qarşı. Bərabərlik, eyni hüquqlu olmaq yanğısı ilə “kişiləşən” xanımlar da heç... Qram-qram itirilir bu xoşbəxtlik. Özünü Qadın, həm də S... | ANL |
Sən demə yaşından, statusundan asılı olmayaraq, xoşbəxt qadının gözlərində gülüş, sözündə, söhbətində istilik, təbəssümündə həyat eşqi yaşarmış. Sən demə bir insan hər sahədə elmlərin hakimi, qadın qəlbini ovsunlayan ər ola bilərmiş. Söhbət üçün yolumuzu Texnika və filologiya elmlər doktoru, professor Elçin İsgəndərzad... | ANL |
2003-cü ilin mayında “Zlata Praqa” Beynəlxalq Televiziya Filmləri Festivalının açılışında Təşkilat Komitəsinin sədri bəstəkar, musiqişünas Tomas Şimerda qonaqlar arasında dünya şöhrətli balerina Maya Plisetskayanın da olduğunu və bundan iftixar duyduğunu söyləyəndə salonda gurultulu alqışlar qopdu. Hökumət nümayəndələr... | ANL |
Tofiq Abdinin saatlı bombası. Tofiq Abdinin ölümü məni ölüm mövzusuna bir də qaytardı. Doğrusu, bu mövzudan aralanmamışdım da – gecə-gündüz canında daşıdığın bir varlıqdan... yox, düz demədim, yoxluqdan necə aralanasan? Üstəlik də, ölüm mövzusuna gəlib çıxandan sonra dünyada bundan ayrı bir mövzu, bundan özgə bir mətlə... | ANL |
“Yaşantılar” silsiləsindən. Bahar yaşantılar fəslidi...Pis, yaxşı, doğru, yanlış yaşadıqlarını baharla bağlamaq özü günahdı bəlkə? Bəlkə də yeganə “günahkar” elə Bahardır...Sərhədsiz hisslərə də, ani çılğınlıqlara da, yarımçıq sevinclərə də, qırılan xəyallara da səbəb bahardı yoxsa? Tibb, hormonlarla izah verməyə çalış... | ANL |
Qatar fit verdi... Seyfəddin Hüseynli ruscadan tərcümə edib. Sərsəmləyirdi. Həkimlərin rəyincə, beynində iltihab, ensefalit başlanmışdı; ona dəymək üçün getdikləri xəstəxanadan ikibir-üçbir geri qayıdan iş yoldaşları da elə hey bu diaqnozu təkrarlayırdılar. Qabaqlarına çıxan iş yoldaşlarına Bellukanın vəziyyəti barədə,... | ANL |
Con F.Kennedi: Mərdliyin profilləri. İngiliscədən Telman Orucov tərcümə edib. Hələ arzularla yaşayan və idarə olunmayan bir oğlan olanda, o, Tennessi sərhədindəki evlərindən qaçmışdı və Çeroki hinduları tərəfindən oğulluğa götürülmüşdü, onlar xaç suyuna salınma vaxtı ona Ko-lon-neh-Qarğa adını vermişdilər. 1813-cü ildə... | ANL |
Krım olayları və Qarabağın azad edilməsi. Çoxlarına təəccüblü və ağlasığmaz bir ideya kimi görünsə də, mən əminəm ki, hazırkı vəziyyətdə Azərbaycan üçün tez bir zaman kəsiyində – ən azı yaza qədər zəbt olunmuş beş rayonu azad etməkdən ötrü real siyasi şərait yaranmışdır. Rusiyanın Krımı öz torpaqları kimi ərazisinə ilh... | ANL |
Məhkəmə islahatları uğurla davam etdirilir. Martın 17-də Məhkəmə-Hüquq Şurasının ali və apellyasiya məhkəmələrinin rəhbər şəxslərinin, Bakı şəhərinin bütün məhkəmə sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, habelə QHT və KİV nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilib. İclas müxtəlif texnoloji yeniliklə... | ANL |
Bülbül adına Orta İxtisas Musiqi məktəbində bir müəllimə çalışır - Rəsmiyyə Allahverdiyeva. O, ibtidai sinif müəllimi kimi ömrünün 43 ilini bu məktəbdə musiqi təhsili alan uşaqların təlim-tərbiyəsinə həsr edib. Rəsmiyyə Allahverdiyevanın təqribən yarım əsrə bərabər müəllimlik sənətində qazandığı təcrübəsi onun yaxınlar... | ANL |
Bu səhərin könül açan nəsimini, göz oxşayan rahatlığını hiss edirsinizmi... Üz-üzə, göz-gözə gəldiyiniz adamların çöhrəsindən axıb-tökülən fərəhi, xoş ovqatı duyursunuzmu... Qış yuxusundan silkinib oyanmış ağacların düymə tutan qol-budağını, dirçələn torpaqdan boy göstərən xırdaca cücərtiləri, puçur tökən ləçəkləri gör... | ANL |
Nurlu ömür. Azərbaycan yazıçılarının ensiklopedik-məlumat kitabından: "Əliyev Teymur Süleyman oğlu - şair, publisist, 1958-ci ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı. Ordu həyatı arxada qalır, o, taleyini komsomol-partiya işinə bağlayır və illərin qanadında yüksəlir. Bir ara Azərbaycan Radi... | ANL |
eşqimiz dünyaya sığmırdı... Vaxt vardı, Üfüqlərdən yelləncək asıb. yellənmək istəyirdik... İndi kimsə, pəncərə arxasında. Səndən sonra yaz gələ, badam ağacları çiçəkləyə... Sən onları görməyəsən. Həyətdəki gömgöy dirrikdən. şanapipiyin səsi gələ, o səsdən yeddi arxadönəninin. lalələr bitib başdan- başa. bu haqsızlığa..... | ANL |
Tapılmayan dərman. Çöl qapının cırıltısı otağa çəkən sükutu pozdu. Gözümün quyruğu ilə o tərəfə baxdım. Üçüncü sinifdə oxuyan böyük oğlum Tamerlan idi. O, həmişə belə məqamlarda evdə duruş gətirə bilmirdi. Anasının hədəqədən çıxmış gözlərinə görünməmək üçün sivişib əkilirdi. Ara sakitləşəndən sonra evə qayıdırdı. Əlacı... | ANL |
Con F.Kennedi: Mərdliyin profilləri. İngiliscədən Telman Orucov tərcümə edib. Cənubi Karolina “quldarlıq institutuna və Cənubun hüquqlarına qarşı hücumlara” etiraz etmək üçün Cənubluların qurultayına nümayəndələr yollamaq barədə Texasa dəvət göndərdi. Hyuston Qanunvericilik ilə əlaqəni ədəb məsələsinə çevirdi, lakin us... | ANL |
Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov. Azərbaycanda milli hərəkat ideya mənbələrinə görə Şərqin milli-azadlıq ideyaları ilə Qərbin mədəni-demokratik cərəyanlarını özündə birləşdirir. Müsəlman və türk elementləri ilə məskunlaş... | ANL |
Sözün işığında... Bir qul oğlanı könül mülkünə sultan elədim, Misr idi padişahın, Yusifi-Kənan etdim. Məhəmməd Füzuli. Dünyanın ən müqəddəs, möcüzəli səmavi kitabı “Qurani-Kərim”in “Yusif” surəsində deyilir ki, Allah-Təala Yusifi öz nurunda yaratmışdı və ona daxili zənginlik, gözəllik bəxş eləmişdi. Eyni zamanda Yusifi... | ANL |
Nar ilham qaynağına çevriləndə... GƏNC YARADICILARIN MÜSABİQƏ-SƏRGİSİ HAQQINDA QEYDLƏR. Bu günlərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Kompleksində açılan “Azərbaycan narı” müsabiqə-sərgisi təşkil olunub. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akade... | ANL |
Türkiyədə Əjdər Olun iki kitabı çap olunub. Bugünlərdə Türkiyədə Azərbaycanın tanınmış yazıçı-publisisti Əjdər Olun “Ölümlə oyun” və “Azərbaycan lətifələri” kitabı işıq üzü görüb. “İQ Kültür Sanat Yayıncılık” nəşriyyatında çap edilmiş hər iki kitabı türkcəyə qardaş ölkənin tanınmış yazarı İmdat Avşar tərcümə edib. “Ölü... | ANL |
Ayrılıqlar içində Sevmək!- Yüz Gözəl Sevgi Şeiri. PƏRVİNin təqdimatında. Sevgi barmaq izləri kimidi, hər adamda özünəməxsusdu... Məncə, Allah bu istedadı heç kəsdən əsirgəməyib. Sadəcə, birində sevmək qabiliyyəti haçansa, hardasa üzə çıxır, zamanla itilənir, mükəmməlləşir, başqasında ömrü boyu açılmır, dərində qalır. K... | ANL |
Qərib – Əli Əmirlinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuş “Hasarın o üzü” tamaşasının qəhrəmanıdı, bizim dövrümüzdə yaşayır, Fyodor – S.Alyoşinin “Hər şey insanlara qalır” əsərinin baş obrazıdır,keçən əsrin 50-ci illərində Sovet dövründə yaşamışdır.Üçüncüsü isə M.Qorkinin “Yeqor Buluçov və ba... | ANL |
Bir əfsanə qadın vardı... İlk dəfə Cahidə Sonkunun adını tanınmış türk kinoşünası, tənqidçi Atilla Dorsaydan eşitdim. Atilla Dorsay onun həyat və yaradıcılığından həvəslə, həm də ürək ağrısıyla danışdı. Söhbət məni yamanca tutmuşdu, türk kinosunun ilk qadın ulduzu Cahidə Sonkunun acı taleyindən duyğulanmış, mütəəssir o... | ANL |
İstanbulda Hüseyn Cavidlə bağlı elmi konfrans və ədibin əsərlərinin təqdimatı olub. İstanbul Universitetinin Avrasiya İnstitutunda görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib. Ümummilli l... | ANL |
Dünya ədəbiyyatı tarixində Molla Pənah Vaqiflə Səməd Vurğun kimi müxtəlif epoxalarda yaşayıb ruhən, poetexnologiya etibarilə bir- birinə bu qədər sıx bağlı olan iki böyük şair təsəvvür eləmək, yəqin ki, çox çətindir. XVIII əsr Azərbaycan poeziyasında yeni üslub- məktəb yaratmış, şeirin predmetini, ümumən gözəlliyini gö... | ANL |
Kitab yaddaşı. Dostum Məsiağa Məhəmmədinin ad gününə. Bəzən gerçəklik «kitaba qayıdır». Kitabda yazılanları yaşamağa başlayır və kitabda nələrin təsvir edilməsi gerçəklikdə baş verənlərin qısa düsturuna çevrilir. Əsərlə gerçəklik arasındakı əlaqələrin bir nöqtədə doğrultusumu? Ancaq... Hər şey həyatdakı «hə» ilə «yox»u... | ANL |
Azərbaycanda Moldova Mədəniyyəti Günləri. Azərbaycanda Moldova Respublikasının Mədəniyyət Günləri başlayıb. Mədəniyyət günləri çərçivəsində aprelin 29-da Moldovanın mədəniyyət naziri xanım Monika Babuk Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı mədəni əmək... | ANL |
Aşıq Şəmşir yadigarı. Elə sənət adamları, elə dahilər var ki, cismən həyatdan köçsələr də mənən qəlblərdə heykəlləşirlər. Belə şəxslərin əsl həyat yolu ölümündən sonra başlayır, adları ölməzlik rəmzi kimi insanların şüuruna həkk olur. Şair Məmməd Araz bu barədə necə də gözəl deyib: Şoruşdum birindən: şairəmmi mən? Ölüm... | ANL |
Yusif Nəğməkar "Qələm səsi"ni təqdim etdi. Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tanınmış şair Yusif Nəğməkarın "Yazıçı" nəşriyyatında çapdan çıxmış "Qələm səsi" kitabının təqdimatı keçirilmişdir. AzərTAc xəbər verir ki, nəfis tərtibatla dərc olunmuş kitabın redaktoru tanınmış şair Vaqif Bəhmənlidir. Məras... | ANL |
Məhsəti Gəncəvi haqda ikiseriyalı yeni filmin ilk nümayişi olacaq. Film mayın 1-də və 2-də Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında göstəriləcək. Azərbaycan və dünya ədəbiyyatının ən nadir simalarından olan Məhsəti Gəncəvinin 900 illiyi ötən il boyunca yalnız ölkəmizdə deyil, sərhədlərimizdən uzaqlarda da tənt... | ANL |
Vətəndaş cəmiyyəti qurumlarının sosial-iqtisadi inkişaf proseslərində iştirakı və rolu. Demokratik ölkələr vətəndaş cəmiyyətinin aparıcı qüvvələrindən olan qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi yer verir. Bunun nəticəsidir ki, demokratik cəmiyyətlərdə QHT-lər, eləcə də vətəndaş cəmiyyətinin digər institutları... | ANL |
Arif Məmmədov: "Gəncə şəhərinin arxeoloji tədqiqində yeni mərhələ başlayıb". AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin müdiri, Gəncə arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov ilə söhbətimiz Avropanın Gənclər paytaxtı elan olunan, günü... | ANL |
Uğurlu qastrol, maraqlı və yaddaqalan təəssüratlar. Deyirlər ki, mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir. Zamanın keşməkeşli sınaqlarından üzüağ çıxan 141 illik tarixə malik teatrımız Azərbaycan xalqının zənginləşməsində müstəsna xidmətlərə malikdir. Azərbaycan milli teatrının ayr... | ANL |
On illik dostluğun tarixçəsi: Məmmədtağı Sidqi və Cəlil Məmmədquluzadə. Məmmədtağı Sidqi ilə Cəlil Məmmədquluzadənin şəxsi tanışlığı Sidqinin Naxçıvanda "Tərbiyə" məktəbini təsis etdiyi vaxtdan - 1894-cü ildən başlayıb və tədricən əqidə və məslək dostluğuna çevrilib. O vaxt "Tərbiyə" məktəbi Naxçıvanda ədəbi-mədəni fik... | ANL |
"Fazil Hüsnü Dağlarca dühasının tənhalığı" təqdim olundu. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) ədəbiyyatşünas alim Tofiq Məliklinin rus dilində qələmə aldığı "Fazil Hüsnü Dağlarca dühasının tənhalığı" kitabının təqdimatı keçirilib. Tədbiri açan AYB-nin sədri, Xalq yazıçısı Anar Fazil Hüsnü Dağlarca haqqında f... | ANL |
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçısı, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Qılman İlkinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İdarədən "525"ə verilən məlumata görə, "Qələmlə çarpışan mücahid ömrü" adlanan tədbir keçirildiyi Mərdəkan Məd... | ANL |
Elşad Qoca gerçəkdən belə bir ömür yaşayır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Günəş" jurnalının redaksiya heyətinin üzvüdür. Dövri mətbuatda hekayə, tərcümə, publisistik yazıları ilə çıxış edir. Hekayələri rus və özbək dillərinə tərcümə edilib. "Azərbaycanfilm" kinostudiyasının dublyaj reda... | ANL |
"Parisdən məktublar" təqdim olundu. Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" kinostudiyasında çəkilmiş "Parisdən məktublar" sənədli filminin təqdimatı olub. Film görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri və AXC parlamentinin ilk sədri... | ANL |
BDU-da İlyas Əfəndiyevlə bağlı elmi konfrans keçirildi. Dünən Bakı Dövlət Universitetində Azərbaycanın Xalq yazçısı, Respublka Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib. Konfransı açan rektor, akademik Abel Məhər... | ANL |
Vətəndaş cəmiyyəti qurumlarının sosial-iqtisadi inkişaf proseslərində iştirakı və rolu. Demokratik ölkələr vətəndaş cəmiyyətinin aparıcı qüvvələrindən olan qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi yer verir. Bunun nəticəsidir ki, demokratik cəmiyyətlərdə QHT-lər, eləcə də vətəndaş cəmiyyətinin digər institutları... | ANL |
Vətəndaş cəmiyyəti qurumlarında kadr potensialı məsələsi: təcrübə və reallıqlar hansı perspektivi vəd edir? Ötən əsrin əvvəllərindən Azərbaycanda geniş vüsət alan vətəndaş cəmiyyəti qurumlarının formalaşması prosesi, cəmiyyət həyatında baş verən sosial-iqtisadi dəyişikliklərlə əlaqədar yerli QHT sektorunun fəallaşması ... | ANL |
öp daşını türbə kimi. Eşqsiz dəqiqəni, anı. yaşayarsan türmə kimi. Neyləyirsən itən ömrü. bu sinəsi sitəm ömrü? Vaxt gərəksiz ötən ömrü. tapdalayır gərmə kimi. Dünyanın bahar üzünə. Yağan yağış tək vuruldum. Naxışım gətirməsə də, Bir cüt baxış tək vuruldum. Çiçək açdı, yarpaqladı, Mənim eşqim dan üzündən. Beçə xoruz ba... | ANL |
Şair təbiəti, şeir sənəti. Böyük tənqidçi, görkəmli şeirşünas B.Belinski yazıb: “Şair sözü yüksək və müqəddəs bir sözdür. Görəsən, bu sözün müqəddəsliyinə xələl gətirmirəm ki?! Ağacəfər həqiqətən şairdi və o, əzmlə bu sözün arxasında durmağı bacarır. Cənubi Astaradan İrana gedən avtobusda həsrətlə Azərbaycan torpaqları... | ANL |
Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov;. Transliterasiya redaktorları:professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu(Mirzəyev). Məhəmməd Əmin Rəsulzadə Layiheyi-qanuniyyə məvaddi. 2- Azərbaycan parlamanı Azərbaycan Məclisi... | ANL |
Ürəyimi dənizə atmışam, gedək ürəyim batan yerə. ulduzlar yaman irilib, göylər yanacaq elə bil;. buludlar yaxına gəlib. min ildi dönmək istəmir. ömür əzabdan asılıb, haqq var-hesabdan asılıb;. gədikləri duman basıb, qardı həsrətin yolları;. ürəyimi şüşə kimi. qırdı həsrətin yolları;. zaman nə gec axır zalım, fələk baxı... | ANL |
Dostlarla ilgili müxtəlif vaxtlarda başına gələn əhvalatları özü qələmə alıb bizə göndərib. –Səndən yaxşı yazıçı yoxdu,-bir dostum həmişə belə deyir, amma bilirəm ki, bir cümləmi də oxumayıb, məni görəndən-görənə yadına düşür yazıçı olmağım. Bəlkə, elə varlığım da... Dediyini də ondan-bundan eşitdiklərinə əsasən deyir.... | ANL |
Qadınlar zamanın yaddaş cədvəlində. Bu vaxt Medeya özü ilə götürdüyü sevimli kiçik qardaşını öldürüb, onun cəsədini xırda-xırda doğrayıb dənizə atdı. O, bilirdi ki, dərddən ölməyə yaxın olan atası oğlunun cəsədini götürüb aparmaq və dəfn etmək üçün artıq onları izləməyəcəkdir. Sədaqətli qadının məhəbbəti sevdiyi kişini... | ANL |
İngiliscədən Telman Orucov tərcümə edib. (Əvvəli ötən şənbə saylarımızda). Lakin Filadelfiya “Press”-inin gözündə onun “dövlət xadimliyi eqoizm içində dreyf edirdi”, çünki o, nəhəng təzyiqə müqavimət göstərib ittiham əleyhinə səs vermişdi. Çikaqoda Respublikaçıların qurultayı qərara aldı ki, “Respublikaçılar Birliyinin... | ANL |
PƏRVİNin təqdimatında. Yaman qonaqpərvərdi bizim Bakı. Üz-gözün turşudub, acı küləyi və soyuğu adamın kələyini kəsir. Və mən bu heç də nərmənazik olmayan Qızın başına dolanıb yer axtarıram. Bu boyda qalanın ətrafında daldalanmağa bir yer tapa bilmirəm və elə həmin an bunun səbəbini anlayıram. Nə isə, qoy nazlanmağında ... | ANL |
"Erməni az qala onu öldürəcəkdi"- Məşhurların xanımları. Vladimir Qafarov Azərbaycanın adl-sanlı tərcüməçilərindən olub. Eyni zamanda gözəl şeirlər müəllifi kimi tanınır. Bugünkü müsahibimiz şair-tərcüməçinin ömür-gün yoldaşı Rəna xanım Qafarovadır. Düzü Rəna xanımın söhbətlərinə qulaq asdıqca yaman utandıq. Vladimir Q... | ANL |
Xanım İsmayılqızının “Dua yağışı” təqdim olundu. Ötən gün Yazıçılar Birliyində (AYB) bəstəkar və şairə Xanım İsmayılqızının “Dua yağışı” kitabının təqdimatı keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq müəllifi yeni kitabının təqdimatı münasibətilə təbrik edib, fikirlərini bölüşüb: “Adı Xanım olan xanıml... | ANL |
Özü kimi olmaq hüququ. ELÇİNİN “ARZULAR, HƏYAT, ƏDƏBİYYAT” KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. Bu günlərdə “Təhsil” nəşriyyatı Azərbaycan Xalq yazıçısı Elçinin müxtəlif illərdə yazdığı məqalə, esse, müsahibələrinin toplandığı “Arzular, həyat, ədəbiyyat” (“Meçta, jizn, literatura”) kitabını çap edib. Tanınmış yazıçı-publisist, ... | ANL |
Yaşasın Şəmistan Əlizamanlı. Hərbi vətənpərvər mahnılarının əvəzolunmaz ifaçısı, hərbi diktor Şəmistan Əlizamanlının 55 yaşına. Qismətin - göylərdən göndərilən səs, İstedad, bacarıq, tükənməz həvəs. Sevdiyi ustadla kim fəxr eyləməz? Keçibsən içindən atəşin, odun, Günəş ölkəsinin rəmzidir adın. Ucadan söyləyib "Can Azər... | ANL |
Zülmətdə doğan nur. Bu sətirlər XX əsr Azərbaycan-türk ictimai fikrinin ən məşhur nümayəndələrindən biri, jurnalist, filosof və ədəbiyyat tənqidçisi Əlibəy Hüseynzadəyə məxsusdur. Elə bir şəxsiyyətə ki, qeyd olunan şüarı, ideyanı təkcə sözdə deyil, əməldə də həyat amalına çevirmişdi. Bəli, əlibəylər, məhəmmədəminlər, q... | ANL |
Unudulmaz ədibimiz Tofiq Abdin "Yazıçı" ilə yad edilib. "Oğuz Eli" qəzetinin "Yazıçı" buraxılışının yeni sayı dəyərli ədibimiz, mərhum şair və publisist Tofiq Abdinə həsr olunub. Şeirdir məsləkim, şeirdir andım, Özümdən ucada tutdum bu adı- Köhnə tanışlarçün mən ki dünənəm, Gəlin, tanış olaq, Tofiq Abdinəm! Xalq yazıçı... | ANL |
Heydər Əliyevin 91 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş yığıncaq keçirilib. İdarədən verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin idar... | ANL |
Alimin nailiyyətləri. Biz insanlar Yer üzərində yaşadığımız üçün həmişə Yerin necə yaranması, necə inkişaf etməsi, bu inkişafın, insanların yaşaması üçün zəruri şəraitin hələ nə qədər davam edəcəyi və bu kimi yüzlərlə çox aktual suallarla maraqlanırıq. Bu problemlər Geologiya elmində böyük tədqiqat obyektləridir. Yerin... | ANL |
Unudulmuş şairin dəyərli poetik irsi. İyirminci əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında diqqətəlayiq nəsr və poeziya nümunələri ilə özünəməxsus yer tutan Nemət Bəsirin (1889-1942) ədəbi irsi, təəssüf ki, indiyədək lazımınca öyrənilməyib, yalnız tək-tək kitab və məqalələrdə onun bəzi əsərlərindən qısa şəkildə söz açılı... | ANL |
Məxtumqulu Fəraqi və xvııı əsrdə Oğuz türklərinin ədəbiyyatı. Türkmən xalqının ən böyük şairi, bütün türk xalqları ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Məxtumqulu Fəraqi xalq şeiri ilə klassik şeir ənənələrini birləşdirən sənətkarlardandır. Dövlətmənd Azadi və Nurməhəmməd Qərib Əndəlibin simasında türkmən ə... | ANL |
"Qız qalası" Beşinci Beynəlxalq incəsənət festivalına start verilib. İçərişəhərdə - Qız qalasının qarşısındakı meydanda "Qız qalası" Beşinci Beynəlxalq incəsənət festivalı başlayıb. Festival Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müa... | ANL |
Mirzə Fətəli Axundzadənin seçmə əsərləri Ukrayna dilində çap edilib. Prezident İlham Əliyevin Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinin qeyd olunması barədə sərəncamı ilə əlaqədar görülən işlər çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi dahi Azərbaycan yazıçısı və mütəfəkkirinin seçmə əsərlərini Ukr... | ANL |
Qlobal siyasət güzgüsündə Heydər Əliyev şəxsiyyəti. Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Dövrümüzün ictima... | ANL |
Hər bir dövlətin, xalqın tarixində böyük şəxsiyyətlər silinməz izlər qoyurlar. Bir çox ölkədə elə dahilər var ki, dövlətin formalaşması məhz onların adı ilə bağlıdır.. Bəzən isə şəxsiyyətlər dövləti məhv olmaqdan xilas edir. Ağır sınaq qarşısında olan xalqın xilaskarı olmaq kimi şərəfli vəzifə isə az sayda insan nəsib ... | ANL |
Vətəndaş cəmiyyəti təsisatları və media qurumlarının fəaliyyəti davamlı əməkdaşlıq müstəvisində. Media ilə əlaqələr öz strateji məqsədlərinə nail olmalarında vətəndaş cəmiyyəti institutları üçün vacib fəaliyyət sahəsinə çevrilərək, mühüm əhəmiyyət kəsb edir. Həqiqətən də media əlaqələrinin qurulması məlumat/ismarıc müb... | ANL |
Bu fantastik film məni öz sehrinə salmış, sirli bir aləmə götürmüşdü. Qəlbimdə qəribə hisslər dolaşırdı, elə bilirdim bu mənim filmimdi, yalnız mənim. Ekrandakı gözəl-göyçək, alagöz qıza vurulmuşdum, onu hər kəsə qısqanırdım. O vaxtdan mənim dənizli, okeanlı dünyam başladı, hansısa bir dənizin, okeanın İxtiandrı olmaq ... | ANL |
Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov;. Transliterasiya redaktorları:professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu(Mirzəyev). Məhəmməd Əmin Rəsulzadə Layiheyi-qanuniyyə məvaddi. 2- Azərbaycan parlamanı Azərbaycan Məclisi... | ANL |
O səs indi də yaşayır... Elə sənətkar var ki, bütün yaradıcılığı boyu nə yazırsa, həyatın hansı problemlərinə müraciət edirsə, həmişə öz sənətkar təbiətinə, yaradıcılıq prinsiplərinə sadiq qalır.Buna yaradıcılıqda ÖZÜNƏMƏXSUSLUQ deyirlər və bu özünəməxsusluq həmin sənətkarı ədəbiyyat aləmində bir kimsə ilə eyniləşdirmə... | ANL |
Qadınlar zamanın yaddaş cədvəlində. (Bibliya qəhrəmanları). Bibliyada məşhur İsrail çarları Davidlə və onun oğlu Solomonla əlaqədar olan bir neçə qadının davranışları təsvir edilir. Bunlardan biri Virsaviya idi. Yerusəlimin əsasını qoyan çar David yay vaxtı axşam isti olduğu üçün sərinləməkdən ötəri sarayının damında g... | ANL |
İngiliscədən Telman Orucov tərcümə edib. Ancaq belə hücumlar azlıqda idi. Ümumi qaydada Şimal və Cənub etiraf etdi ki, çıxış bədbəxtliyə səbəb ola biləcəyi halda, əslində gözə çarpan zəfər idi. Bu da yaxşı məlum idi ki, tarixin qəribə qüvvələri və şəxsi tale tərəfindən hərəkətə gətirilən insan və təsadüf həmin gün Vaşi... | ANL |
Şair Azər Abdulla ilə söhbətimiz boyunca nəsə – anlaya bilmədiyim – qəribə bir əhval hakim kəsildi mənə. Kədər desəm, kədər deyildi, bədbinlik heç deyildi. Amma ağrıdıcı, əzablı və eyni zamanda xoş bir duyğu idi. Ürəyimdə göynədici yanğı hissi, boğazımda qəhər yumruğu ilə ayrıldım şairdən. Sonra anladım o duyğunun mahi... | ANL |
Rəhilə Gülgün. Az-çox tanınan şairin, yazıçının, ümumiyyətlə, istənilən tanınmış adamın xanımı olmağı bizim nəslin gənclik dönəmində (söhbət yetmişinci illərdən gedir) hansı gənc qız arzulamazdı?! Adıma şeir qoşulmasını istəməmişəm desəm, yalan olar. Amma bu xəyalın gerçək olacağını ağlıma gətirməmişəm. Bu iki igidin ö... | ANL |
Faiq Qəzənfəroğlu: "XXI əsrin Türk əsri olacağı ilə bağlı siyasi iradəyə hörmətlə yanaşılmalıdır!". Bu yaxınlarda AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərovun (Qəzənfəroğlu) "Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (II hissə) adlı monoqrafiyası nə... | ANL |
Möminə xatın məqbərəsi və onunla bağlı aparılan araşdırmalar. Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri Möminə xatın məqbərəsidir. Hicri tarixi ilə 582-ci ilin məhərrəm ayında (miladi 1186-cı il, aprel) görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən bu məqbərə dünyanın monumental... | ANL |
XANIM İSMAYILQIZININ YENİ ŞEİRLƏR KİTABI HAQQINDA. Xanım İsmayılqızı... Elə bilirəm, müasir Azərbaycanın sənət mühiti üçün bu ad təzə deyil. Şəxsən mənim üçün ən axırıncısı daha üstündür. Onun şeirlərini çoxdandı oxuyuram və bu şeirləri oxuduqca bugünkü böyük şeir meydanında Xanım İsmayılqızının yerini, kiçik olsa da t... | ANL |
Pərvinin "Balerin" kitabı türk dilində nəşr olunub. BUGÜNLƏRDƏ ƏSKİŞƏHƏRDƏ KİTABIN İMZA GÜNÜ KEÇİRİLİB. Bu yaxınlarda yazıçı Pərvinin Türkiyədə "Balerina" kitabı işıq üzü görüb. Kitabı türk dilinə tərcüməçi, şair İmdat Avşar çevirib. Hekayələr toplusuna Xalq yazıçısı Anar "Pərvinin dünyası" adlı önsöz yazıb: "Hər bir y... | ANL |
Azərbaycan həqiqətləri. Dərbənd şəhərinin və Dərbənd səddinin tarixindən bəhs edən mənbələrin birində göstərilir ki, bu şəhərdə təzə tikilmiş kiçik bir otaq nəzərə çarpır. 1722-ci ildə rus imperatoru I Pyotr zahirən Səfəvilər səltənətinin himayədarı kimi, əslində isə işğalçılıq məqsədilə Qafqaza gələrək orada qalıb. Qa... | ANL |
Tural Həsənli: "Rəssamlıq sənətini gəlir mənbəyi kimi seçməmişəm". Mayın-2 də Vəcihə Səmədova adına sərgi salonunda Naxçıvanın 90 illiyinə həsr olunmuş Muxtar Respublika rəssamlarının rəsm sərgisi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən sərgidə 23 rəssamı... | ANL |
Tanınmış publisist, əməkdar jurnalist Qədir Aslanın bugünlərdə 70 yaşı tamam olur. Qədir Aslan Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçməli olub və "İşıq" nəşriyyatında redaktor işləməyə başlayıb. Hazırda "Respublika" qəz... | ANL |
DSMF-nin uğurlu elektron xidmətləri. Son illərdə qloballaşan dünyada elektron dövlət anlayışı əhatə dairəsini getdikcə genişləndirməkdədir. Elektron dövlət – dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektron formada təqdim edilməsidir. Bu vasitəylə dövlətin xidmətlərinin, vətəndaşlara ən asan və rahat yoll... | ANL |
Sirli lələklərlə tarix yazan Səfəvi “mələkləri”. Tarixi biz yazmırıq, onu yaşayanlar – yaradanlar verdiyi, məhv edənlər tökdüyü qanla yazırlar. Həm də biz istədiyimiz kimi yox, mələklərin yazıya aldıqları kimi. Bütün yenicə doğulan körpələr kimi, o da azacıq susub birdən ağladı. Bu, adi qışqırtı və göz yaşı deyildi: dö... | ANL |
Geriyə baxmağa dəyər. Hər bir şəxsiyyətin keçmişini onun ömür yolu, tale yolu adlandırmaq olar. Hər kəsə tale qismət olmur. İnsan yaşadığı illər və yaratdığı əməllərlə öz taleyini yaradır. Yalnız taleyi olan şəxsiyyətlər ömrün hansı bir anındasa dönüb geriyə baxır. Geridə şəxsiyyətin tarixi boylanır – qürur və fərəh do... | ANL |
İnsan həşərat deyil... Yazıçı Elçin Hüseynbəylinin “Qəfil getdi” hekayəsi haqqında təəssürat. Azərbaycan dilində kişi sözünün müsbət yöndə xüsusi anlamı var. Bu uca söz yalnız cins mənasında işlənmir. Erkək – nəsilartırandır. Bu hal (erkəklik) kişinin iki vəzifəsindən biridir. Həm də təbiətin buyurduğu təbii və adi vəz... | ANL |
(Məşhurların xanımları). İdeya müəllifi: Tofiq Abdin. Məmməd Quliyev xalqı yolunda fədailik etmiş sənətkarlarımızdandır. 14 il əvvəl əbədi olaraq gözlərini həyata yumdu, amma özü getsə də ölümsüzlük qazanmış musiqi əsərləri qaldı. Bu gün Məmməd Quliyev haqqında xatirələri bizə həyat yoldaşı Culyetta xanım danışacaq. Ta... | ANL |
P ƏRVİNin təqdimatında. Sevdiklərinə nə qədər bağlısansa, həyata, dünyaya da bağlılığın o qədərdi. Məhəbbəti bitmiş, hissləri soyumuş aşiq bir vaxt çılğın eşqlə sevdiyi qadına baxan kimi baxırsan həyata... Hansısa bir doğmalıq, məhrəmlik var, işıqlı xatirələr, keçmişdə qalmış fərəh, sevinc, xoşbəxtlik... hamısı var. Am... | ANL |
Qadınlar zamanın yaddaş cədvəlində. Orucun üçüncü günü Ester öz çariça xalatını geyinib, sarayın həyətində dayandı. Çarın diqqətini cəlb edəndə, onu otağına çağırtdı. Ester çarı və Hamanı özünün hazırladığı axşam ziyafətinə dəvət etdi. Haman həmin ziyafətdən çox yaxşı əhval-ruhiyyədə getdi, lakin ona baş əyməyən Mordex... | ANL |
Tanınmış şərqşünas alim, tərcüməçi Məsiağa Məhəmmədi “Kulis.az”ın “Ən sevdiyim əsər” layihəsində Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından danışır. – Məsiağa müəllim, hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə “Xosrov və Şirin” poeması sizin ən sevdiyiniz əsərdir? – Bu əsərə sevgim gənclik illərində başla... | ANL |
Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev), Azərbaycan Məclisi-Məbusanında. Nikolayevski küçədə iki zirehli avtomobil dayanmış, küçədə in... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.