text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi dövlət quruculuğu yönündə müstəsna addım oldu". Xatırladaq ki, bu, müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Azərbaycanın birinci Konstitusiyası 1921-ci ili...
ANL
"Bir gün səhər yuxudan oyandım, gördüm səsim yerindədir". Xalq artisti, məşhur diktor Rafiq Hüseynov "Media forum" saytına müsahibə verib. Müsahibəni ixtisarla dərc edirik. - Səhhətiniz necədir? Təxminin on beş gün əvvəl Türkiyədə dərin və hərtərəfli müayinədən keçdim, həkimlər analizlər götürdülər. Xərçəng elə xəstəli...
ANL
Nuriyyə Hüseynova: "İndi sənətə maddiyyat yox, mənəviyyat düşüncəsi ilə gələnlər çox azdır". - Nuriyyə xanım, öz qədim tarixi və ənənəsi olan Azərbaycan musiqi, sənət dünyasının, Azərbaycan mədəniyyətinin bugünkü durumu necədir, mövcud vəziyyət bir sənət adamı kimi Sizi qane edirmi və yaxud etmirsə, nəyə görə? Eyni zam...
ANL
Ömrün əbədi dövrü. Mən ona söz vermişdim. 90 illiyini birlikdə qeyd etməliydik. Bəyənmişdi, ad günü üçün sürpriz hesab etmişdi. 90 illiyində 90 çıxarışdan ibarət hazırlayacağım məqalənin başlığı belə olmalıydı: "İsa Muğanna haqqında deyilənlər". Sağlıq olsun, ömür vəfa etsə mən öz sözümü yerinə yetirəcəm. İsa Muğanna i...
ANL
Mədəniyyətin digər sahələri ilə yanaşı, fotoqrafiyanın da inkişafını qarşıya məqsəd qoymuş Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi gənc fotoqraflara daim öz dəstəyini nümayiş etdirmək və onların potensialını üzə çıxartmaq üçün davamlı layihələr həyata keçirir. İdarədən 525.az-a verilən məlumata görə, bu sahədə növbəti ...
ANL
Gənc ifaçıların III respublika müsabiqəsi qaliblərinin yekun konserti olub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi qaliblərinin yekun konserti olub. Konsertdən əvvəl mədəniyyət və turizm nazirinin müavini Sevda Məmməd...
ANL
Bir qrup alim və ədəbiyyat xadiminə Səməd Vurğun Mükafatı təqdim edilib. Səməd Vurğunun ev-muzeyində bir qrup alim və ədəbiyyat xadiminə 2014-cü il üçün "Səməd Vurğun mükafatı"nın təqdim olunmasına həsr edilmiş mərasim keçirilib. Əvvəlcə tədbir iştirakçıları muzeyin ekspozisiyası, Vurğun ailəsinin görkəmli üzvləri Xavə...
ANL
Qeyri-Maddi Mədəni İrs Siyahısında olan nümunələrin IV Beynəlxalq sərgisi açılıb. Macarıstanın Sentendre şəhərində yerləşən Skanzen Açıq Hava Muzeyində UNESCO-nun himayədarlığı və təşkilatçılığı ilə bu nüfuzlu beynəlxalq təşkilatın Qeyri-Maddi Mədəni İrs Siyahısında olan nümunələrin sayca IV Beynəlxalq sərgisi keçirili...
ANL
Elman Nəsirli: "Dövlət quruculuğunun mütərəqqi xarakterində Konstitusiyamızın xüsusi rolu var". Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində old...
ANL
Şuşa Teatrında "Varlı qadın"a daxili baxış keçirilib. Şuşa Musiqili Dram Teatrında tanınmış dramaturq Əli Əmirlinin məşhur "Varlı qadın" komediyasına daxili baxış keçirilib. Dramaturq Əli Əmirlinin"525"ə verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan əsərə Hüseyn Ərəblinski adına Sumqa...
ANL
Rəşid Behbudovun xatirəsi anılıb. Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsi adını daşıyan Mahnı Teatrında yad edilib. Gecədə dünya şöhrətli müğənninin adını daşıyan 2 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri öz çıxışları ilə unudulmaz sənətkarı bir daha anıblar. Mərasimi məktəbin xalq çalğı a...
ANL
Çıxmaz yadımızdan... Sabah əziz, unudulmaz qohumumun. Adı vəhdətiydi cüt gözəl sözün;. Birinci doxsanı qarşılayaraq, İkinci doxsana qoymuşdu qədəm;. ...Sönüb səxavətlə nur yayan çıraq, Dalğınam-əlimdə titrəyir qələm. Həyat yoldaşıtək Məmmədhüseynin. Bütün arzulara qol-qanad verib. Köçdü bu dünyadan bilirsiniz kim? Müdr...
ANL
Xan Şuşinski adına II respublika muğam festivalı başlayıb. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı başlayıb. Festival Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elm...
ANL
Ağdaşda Xalq yazıçısı, müasir ədəbiyyatımızın ölməz klassiki, istedadlı nasir və dramaturq, Azərbaycan ədəbiyyatı tarixində parlaq iz qoymuş İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd edilib. Ağdaş Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə görkəmli ədibin həyat və yaradıcılığından geniş söhbət açılıb: " İlyas Əfən...
ANL
Milli dövlət quruculuğunda Qurtuluş Gününün müstəsna yeri. Azərbaycanın dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin fəaliyyəti misilsiz yer tutur və böyük əhəmiyyət daşıyır. Sovet dövründə uzun müddət ölkəyə rəhbərlik edən ulu öndərin respublikamızın hərtərəfli inkişafı üçün gördüyü işlər, cəmiyyətin bütün sa...
ANL
Son Qurultayımızdan on il ötüb. Nizamnaməmizə görə qurultaylarımız hər beş ildən bir keçirilməlidir. Amma təəssüf ki, obyektiv səbəblərdən Nizamnamənin bu bəndinə bəzən riayət edilməyib. On ikinci Qurultayımızın beş il yubanmasının da obyektiv səbəbləri var. Bu arada Birliyimizin binası uzun müddət ərzində əsaslı təmir...
ANL
Elman Nəsirli: “Dövlət quruculuğunun mütərəqqi xarakterində Konstitusiyamızın xüsusi rolu var”. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində old...
ANL
Bütün varlığı ilahi səslərdən yoğrulub vücuda gəlmiş görkəmli bəstəkarımız Ramiz MİRİŞLİYƏ. Səni sənə qoca göstərən zalım. Yaşı yönü geri sayasan gərək, Ruhun ki cavandır, Ramiz Mirişli. Allahın həbibi ulu cəddindir! Cəddin gətirən din müqəddəs dindir! Hardan qulağına gələr bu səslər;. Dəryalar, qoynunda mirvari bəslər...
ANL
Əsərləri V cild. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov;. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev). Teleqraf İngiltərədə dünya müharibəsi əsnasında ilk dəfə olaraq məmləkətin hali-hərbd...
ANL
2009-cu ilin yaz ağzı Vaşinqtonda yaşayan bir dostumun ağacları hələ yarpaqlamayan meşə kimi sıx parka açılan pəncərəsi önündə oturub elədiyim cızma-qaranın uzun illər məndən əl çəkməyən fikrə yön verəcəyi, aylarla bir kəlmə yazmasam da məni bir an belə tərk eləməyən, mənimlə bərabər şəhərlər, ölkələr dolaşaraq bir rom...
ANL
Qadınlar zamanın yaddaş cədvəlində- (davamı). Mütləqiyyəti devirən Fransa inqilabının başlanğıcından on il sonra hakimiyyətə gələn Napoleon ölkənin idarə edilməsini yeni relslər üzərinə keçirsə də, qanunları təkmilləşdirib, Fransanı inkişaf etdirib, hərbi qələbələri ilə xeyli şöhrətləndirsə də, bu ölkənin yuxarı təbəqə...
ANL
Mərdliyin profilləri- Con F.Kennedi. İngiliscədən Telman Orucov tərcümə edib. Köhnə on doqquzuncu əsr yeni iyirminci əsrə çevrildikdə Amerika dəyişmişdi, onun sənaye sahələri və şəhərləri böyümüşdü, dünyada onun qüdrəti artmışdı. Və həm də Corc Norris də dəyişilmişdi və dəyişilmə çox kiçik idi. Onun kiçik fiqurası qara...
ANL
Məşhur fransız aktyoru və rejissoru, əslən azərbaycanlı olan Rober Osseyn son zamanlar iki dəfə Azərbaycana gəlib. Sənətkar burada keçirdiyi görüşlərdə, etdiyi söhbətlərdə ölkəmiz haqqında xoş fikirlər söyləyib. “İftixar və fərəh hissi ilə, bu ölkənin övladı kimi qeyd etmək istəyirəm ki, mən hər ikisi vətənim olan iki ...
ANL
Qarabağ xanlığının bayrağı: bu haqda nə bilirik? Azərbaycanın zəngin milli dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri də xanlıqlar dövrüdür. Xanlıqların dövlət atributlarını müəyyənləşdirən simvollar (rəmzlər) arasında taxt, tac, möhür, qılınc, pul vahidi, bayraq, döyüş bayrağı, bunçuk və tug mühüm rol oynayır...
ANL
Şair süfrəsi- “Duyğular” silsiləsindən. Elə təzəcə danışmağa başlamışdı ki, auditoriyamızın... Yox mirzə, sən gəl yazını bu yerdən başlama. Keç əsas mətləbə. Deməli... İlk dəfə Şəki pitisini mən xalqımızın böyük şairi Bəxtiyar Vahabzadəgildə, onunla birlikdə yemişəm. Və bunun çox sadə, sadədən də sadə, amma heç zaman u...
ANL
İlyas Əfəndiyevin yubileyi “Boy çiçəyinin ətri” adlı tədbirlə qeyd edildi. İyunun 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris teatrında görkəmli nasir və dramaturq, Xalq yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş “Boy çiçəyinin ətri” adlı tədbir keçirilib. ...
ANL
İtaliyada yazıçı Məhəmməd Əsəd bəylə bağlı konfrans olub. İtaliyanın Kampaniya vilayətinin Pozitano şəhərində azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin (Qurban Səid) həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilib. Azərbaycanın İtaliyadakı səfirliyinin, Pozitano meriyasının, İtaliya-Azərbaycan Assosiasiyasının və...
ANL
“Sarıköynəklə Valehin nağılı”na ictimai baxış olub. Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxışı olub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, görkəmli dramaturqun anadan olmasının 100 illiyi m...
ANL
Masallıda Beynəlxalq Folklor Festivalı açılıb. Masallı şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş III Beynəlxalq folklor festivalının açılış mərasimi olub. Mədəniyyət və Turizm Nazirliyinin, Masallı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçir...
ANL
"Şair dostum Xaqani Qayıblıya açıq məktub". Əzizim, Xaqani Qayıblı! Canın-qanın qədər çox sevdiyin Borçalı mahalından, Bolnis-Kəpənəkçidən, ağac kölgəsindən, çay qırağından, bulaq başından sənə məktub yazıram. Borçalıdan Tartuya gedən məktub özüylə Qaraçöpün, Ceyrançölün, Gədəbəyin, Başkeçidin, Tiflisin, Nadirbulaq yay...
ANL
Bu yaxınlarda qonşum Mahir Qabiloğlu mənə müxtəlif vaxtlarda müxtəlif nəşrlərdə dərc olunmuş publisist yazılarının toplandığı kitabını hədiyyə etdi. “Ərmən – Şuşanikin sevgisi” adlı bu kitabı necə deyərlər, birnəfəsə oxuyub təəssüratlarımı oxucularla bölüşmək qərarına gəldim. Qəzet və saytlarda müəllif sütununun verilm...
ANL
Cakondanın sirri və ya Da Vinçi Kodu. Son Avrovizion musiqi yarışmasında Avstriyanın nümayəndəsi Konçita Vürst qalib gəldi, böyük xal fərqi ilə. “Böyük” sözünü xüsusilə vurğulayıram! Avropanın musiqi beşiyi öz şah nəğməsini bizlərə bəxş etdi. Çoxları onun transseksual azlıqların nümayəndəsi olmasını və xarici görünüşün...
ANL
Azərbaycanın böyük dostu və tərənnümçüsü - Georgi Leonidze. "Böyük bir dərd imiş şair yaranmaq..." - Azərbaycanın Xalq şairi Səməd Vurğunun bu qanadlı sözləri şair-vətəndaş ömrünü çox doğru və xarakterik əks etdirir. Həqiqətən də şair yükü daşımaq olduqca məsuliyyətlidir. Əsl şair sağlığında da özünə qəlblərdə abidə uc...
ANL
Qabil Hüseynli: "QHT-lərin birinci vəzifəsi Azərbaycanın milli maraqlarına xidmət etməkdir". Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə ikinci dəfə respublikada hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti quruculuğuna da böyük diqqət ayırdı. Ölkəmizdə bu istiqamətdə əsaslı t...
ANL
Arxasıza arxa duran adam. Sonuncu görüşümüzdən heç qırx gün də keçməyib. O gün Səiddən xahiş etdim ki, son kitabını mənə çatdırsın, Ağa haqqında ürəyimdə sözüm çoxdur. Onları tamamlamaq və Ağanın bütün yaradıcılığını qismən də olsa təhlil etməklə irihəcmli bir yazı hazırlamaq istəyirdim... Səid axırıncı, "Yaradan axtar...
ANL
Əbülfəz Qarayevlə Gürcüstanın mədəniyyət nazirinin görüşü olub. Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə gürcüstanlı həmkarı Quram Odişariya arasında görüş keçirilib. Ə.Qarayev ilk növbədə, gürcüstanlı naziri salamlayıb və ikitərəfli əməkdaşlığın müxtəlif vacib sahələri əhatə etdiyini bildirib. Daha s...
ANL
Milli dövlət quruculuğunda sınaq anı - Qayıdış. Dünya tarixinin ən həyəcanlı epizodlarını göz önünə gətirərək Heydər Əliyevin hakimiyyətə qayıdışını təbii və qanunauyğun hal kimi dəyərləndirmək olar. Çünki bütün xalqların tarixində ən ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoym...
ANL
Mayisə Ağamirzəyeva:"Diaspor qurumları ölkəmizin maraqlarına hesablanmış plan əsasında hərəkət etməlidirlər". Müsahibimiz "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevadır. Qeyd edək ki, M.Ağamirzəyeva 11 ildir ki, Niderlandda yaşayır, Haaqa şəhərində tibb sahəsində çalışır. Eyni zaman...
ANL
"Cəmiyyətin inkişafına mane olan adət-ənənələrdən, köhnəlikdən əl çəkməliyik. “Müsəlman aləminin keçmişi nə qədər möhtəşəm olsa da, bu keçmişin əsirinə çevrilmək olmaz”. - Gövhər xanım, Ailə Məcəlləsinə dəyişikliklər hər zaman cəmiyyətin, o cümlədən parlamentin əsas diqqət mərkəzində və gündəmində olan məsələlərdəndir....
ANL
Naxçıvan Teatrında "Kuklalar evi"nə ictimai baxış olub. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının böyük Norveç dramaturqu Henrik İbsenin "Kuklalar evi" üçpərdəli psixoloji dramı əsasında hazırladığı tamaşaya ictimai baxış keçirilib. Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, quruluşçu rəssamı...
ANL
Azərbaycan siyasi mühacirətinin tarixi haqqında yeni dəyərli əsər. Bu günlərdə Azərbaycan oxucusu tariximizin qaranlıq dövlərinə işıq salan yeni bir dəyərli araşdırma əsəri ilə tanış olmaq imkanı qazanıb. Georgi Mamulia və Ramiz Abutalıbovun yazdıqları 584 səhifəlik "Odlar ölkəsi. Azadlıq və müstəqillik uğrunda mübariz...
ANL
Azərbaycan Reshublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə daha bir uğurlu layihə başa catıb.Tanınmış tarixçi-alim Nəsiman Yaqublunun rəhbərlik etdiyi layihə əsasında Rusiyanın Moskva şəhərindəki aparıcı universitetlərin kitabxanalarına Qarabağla bağlı olan tarixi kitab...
ANL
Rəssam Adil Əsədlinin fərdi yaradıcılıq sərgisi açılıb. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Adil Əsədlinin fərdi yaradıcılıq sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə açılan sərgi rəssamın 60 illik yubileyinə həsr edilib. S...
ANL
Azərbaycanlı qaçqınlarla bağlı "Yarımçıq arzular" Parisdə. Azərbaycan-Avropa Cəmiyyətinin təşkilatçılığı, VII Agentliyin və "Josef" qalereyasının birgə əməkdaşlığı ilə Parisin məşhur "Jozef" qalereyasında tanınmış amerikalı fotoqraf Ed Koşinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcbu...
ANL
Qabil Hüseynli: "QHT-lərin birinci vəzifəsi Azərbaycanın milli maraqlarına xidmət etməkdir". Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə ikinci dəfə respublikada hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti quruculuğuna da böyük diqqət ayırdı. Ölkəmizdə bu istiqamətdə əsaslı t...
ANL
“Tarixi keçmişi dərk etmədən gələcəyi görmək mümkün deyil”. Tanınmış jurnalist, "Qızıl Qələm" mükafatı laureatı Şərif Kərimli ilə müsahibə. Şərif Həmid oğlu Kərimli 1954-cü ildə Gürcüstanın Marneuli rayonunun Baydar kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsi...
ANL
"Bələdiyyələrə ciddi problemləri həll etmək səlahiyyəti vermək məqsədəuyğun deyil". Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayevin "525"ə müsahibəsi. - Azərbaycanda bələdiyyə institutunun yaradılmasından düz 15 il ötsə də, bu institutun insanların güvənə biləcəyi yerli özünüidaretmə orqanına çevrilmə...
ANL
Dillər Universitetində "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının təqdimatı keçirilib. Dünən Azərbaycan Dillər Universitetində (ADU) tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilən "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində ADU-n...
ANL
Fazil Mustafa:“Vətəndaş cəmiyyəti institutları üçün qanunvericilik bazası yönündə lazımi addımlar atılıb”. Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində yenidən hakimiyyətə gəlişindən sonra ölkədə bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutları, QHT-lər inkişaf mərhələsinə qədəm qoydular. Öl...
ANL
Sənsən deyən, mən burdayam! 2014-cü ilin aprel ayında Praqa şəhərində keçirilən beynəlxalq məclisdə iştirak etməyən Türkiyə Respublikasının ünvanına açıq-aşkar böhtanlar yağdıran Ermənistanın bişərəf işğalçı prezidentini ifşa edən, susduran möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün dünyaya bəyan etdi ki, bu tədbi...
ANL
əsərləri V cild. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov. Siyasi vəziyyətimiz. Getdikcə ingilislərin Qafqasiya cümhuriyyətləri həqqindəki siyasətləri aşkar oluyor. General Tomsonun ikinci bəyannaməsini üçüncüsü Azərbaycan hökumətinin Azə...
ANL
Bu üç metr parçanı bilirsən nə zillətlə tapmışdım?! Amma rənginə, keyfiyyətinə görə verdiyim pula, çəkdiyim zəhmətə dəyərdi. Məgər əsl baston parça hələm-hələm tapılırdı?! Onu da dostluğnan-tanışlığnan birtəhər... İşığa tutanda əfil-əfil yanırdı. Di gəl ki, ha fikirləşirdim ağlıma babət dərzi gətirə bilmirdim ki, bu pa...
ANL
İstedad və zəhmətin bəhrəsi. Ötən əsrin 80-ci illərinin əvvəllərinin – “Odlar yurdu” qəzetində çalışdığım illərin söhbətidir. Şifahi xalq ədəbi nümunələrinin – xüsusi ilə atalar sözlərinin fədakar toplayıcısı Əbülqasım Hüseynzadənin – yaşı 100-ü haqlamış bu qocaman ədəbiyyat aşiqinin həyat və fəaliyyəti barədə yazmaq ü...
ANL
Qadınlar zamanın yaddaş cədvəlində. Onlar yalnız öz fədakarlıqlarına görə məşhurlaşmışdılar. Onlar ani şəraitin diqtəsi ilə deyil, öz ailə borclarını, nikahın müqəddəsliyinə itaət etdiklərini ön plana çəkərək, belə qəhrəmanlığa əl atmışdılar. Rus şairi Nikolay Nekrasov onları “Rus qadınları” poemasında tərənnüm etmişdi...
ANL
İngiliscədən Telman Orucov tərcümə edib. Corc Norris Prezidentin qıcıqlandırıcı ittihamını özlərinin dediyi kimi, vicdanla öz vəzifəsini yerinə yetirməyə cəhd edən adamlara qarşı ciddi ədalətsizlik adlandırırdı; lakin alman mətbuatı tərəfindən onların üstünə tökülən bədbəxt və köməksiz tərif istisna olmaqla, “Amerikan ...
ANL
Bu gün Türkiyədə, Əskişəhərdə Kitab sərgisində də həmin hissləri keçirirəm. “Xəstəliyin” fəsadları lap səhər tezdən özünü göstərir. Hələ sərgiyə getməzdən öncə otelin önündə sarı tikan yumağı yamyaşıl nəm qazonun üstündən yumalana-yumalana keçəndə başlayır o halım və axşama kimi əl çəkmir məndən. Gördüyüm, müşahidə elə...
ANL
“Yazıçılar Birliyində azad, kreativ, intellektual gənclik var və həmişə olacaq”. Azərbaycan Yazıçılar Birliyində guya gənclərə meydan verilmədiyi, gənc yazarların irəli çəkilmədiyi barədə bəzi fərdlər tərəfindən səsləndirilən fikirlərin əsassızlığı XII qurultayda bir daha ortaya çıxdı. Bir neçə gənc yazarın qurultayda ...
ANL
Tarixi-diplomatik sənədlər toplusu” təqdim olunub. Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimat mərasimi keçirilib. Kitabın elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Tədbirdə ins...
ANL
“Ulduz” jurnalının iyun sayı nəşr edilib. Bugünlərdə “Ulduz” jurnalının iyun buraxılışı işıq üzü görüb. Amma vərəqləyəndən sonra ilk reaksiya kimi “bəs nəsr hanı?” sualını vermişdim. Ağsəs “yönnü” nəsr tapmadığını desə də razılaşmamışdım. Bir yandan da “Ulduz”un yeni sayı barədə müxtəlif yerlərdə söhbət düşəndə fikrim ...
ANL
Yazıçılar Birliyinin yubileyinin keçirildiyi Muğam Teatrında dünən əlinizi sıxıb, təbriklərimi bildirdim. Amma tədbirdən sonra evə gələrkən yolboyu son iki günün məndə yaratdığı ovqat və aldığım təəssürat bu məktubu yazmaq istəyini oyandırdı. Sözlərimi Sizə zəng edib telefonla da çatdıra bilərdim. Amma elə olan halda s...
ANL
Tanınmış xanəndə, Əməkdar artist Sabir Novruzov Azərbaycan xalq mahnılarının, muğamlarının mahir ifaçısı idi. Ağcabədidə dünyaya göz açan xanəndə böyük sənətkarlardan Seyid və Xan Şuşinskiləri, Zülfü Adıgözəlovu, Yaqub Məmmədovu özünün müəllimləri sayırdı. S.Novruzov bu sənətə bağlanmağının səbəbi barədə bunları deyərd...
ANL
Əməkdar həkim adının fərəhi və qüruru. Prezident İlham Əliyevin 2014-cü il 16 iyun tarixli sərəncamı ilə tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, Qarabağ Müharibəsi Veteranı Eyvazov Taryel Əli oğluna Əməkdar həkim fəxri adı verilib. Bu xəbəri böyük sevinc hissi ilə qarşıladığını deyən Taryel Eyvazov bildirir ki, fəxr...
ANL
Qubada Abbasqulu Ağa Bakıxanovun 220 illiyi qeyd edilib. Qubada görkəmli yazıçı, alim və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib. Dövlət strukturlarının təmsilçiləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Abbasqulu Ağa Bakıxanovun A...
ANL
Milli Azərbaycan Tarixi Muzeyində xatirə sərgisi açılıb. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Tarixçiləri Birliyinin və muzeyin birgə təşkilatçılığı ilə görkəmli arxeoloq, ölkəmizdə paleontologiya elminin inkişafına böyük töhfələr vermiş Məmmədəli Hüseynovun xatirəsinə həsr olunmuş fotosərgi açılıb. Az...
ANL
Məhsəti Gəncəvi irsi Fransanın Miluz şəhərində müzakirə olunub. Azərbaycanın zəngin mədəni dəyərlərini dünyanın müxtəlif ölkələrində, o cümlədən Fransada tanıtmaq istiqamətində layihələr həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Miluz şəhərindəki Yuxarı Alz...
ANL
İyunun 20-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İdarədən APA-ya verilən məlumata görə, tədbir xalq şairi Hüseyn Arifin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi il...
ANL
Atam Seyid Müzəffərin unudulmaz xatirəsinə. Evinə çatanda kövrəldim yaman, Əbədi ayrılıq nəyimiş, aman?! Çökdü gözlərimə qaranlıq, duman, Gələndə qarşıma çıxardın, ata. Səhərlər günəşlə birgə durardın, Nahaq danışanı sözlə "vurardın". Hər kəsin qəlbində yuva qurardın, Bulaqtək çağlayıb axardın ,ata. Hamı cəm olardı, bi...
ANL
QHT-lər müasir Azərbaycanda cəmiyyətin hərəkətverici qüvvələrindən biri kimi. Müstəqilliyin bərpasından ötən 23 il ərzində Azərbaycanda inkişafında bir neçə mərhələdən keçən vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları (QHT) son 20 ildə vətəndaş cəmiyyəti quruculuğu, totalitar sistemdən demokratik cəmiyy...
ANL
Xalq yazıçısı Elçin Əfəndiyevin müsahibəsi. Elçin müəllim, Yazıçılar Birliyinin son qurultayını tez tərk etməyiniz həm iştirakçıların, həm də, ümumiyyətlə, ədəbi ictimaiyyətin diqqətini cəlb etdi, cürbəcür mülahizələr söyləndi. Özünüz bu barədə nə deyə bilərsiniz? - Mənim qurultaydan tez getməyim sadəcə olaraq, həmin g...
ANL
Əbülfəs Qarayev Xırdalanda vətəndaşları qəbul edib. Ötən gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xırdalan şəhərində vətəndaşları qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "525"-ə verilən məlumata görə, Abşeron rayon Mədəniyyət Mərkəzində keçirilən qəbula Sumqayıt şəhərindən, Abşeron, Xız...
ANL
Xalq artisti Amaliya Pənahova yaradıcılığının 50 illiyini qeyd edir. Axşam.az-ın məlumatına görə, “Günəbaxan” verilişinə qonaq olan aktrisa bu münasibətlə “Qadın oyunları” adlı bir tamaşa hazırlandığını bildirib. Tamaşanın rejissoru isə tanınmış polşalı rejissor Kşiştof Zanussidir: “Yaradıcı heyətlə birlikdə Polşaya ge...
ANL
Xalq artisti Amaliya Pənahova yaradıcılığının 50 illiyini qeyd edir. Axşam.az-ın məlumatına görə, “Günəbaxan” verilişinə qonaq olan aktrisa bu münasibətlə “Qadın oyunları” adlı bir tamaşa hazırlandığını bildirib. Tamaşanın rejissoru isə tanınmış polşalı rejissor Kşiştof Zanussidir: “Yaradıcı heyətlə birlikdə Polşaya ge...
ANL
O şimallı-cənublu Azərbaycanımızın sevilən şairlərindən biri olmuş, ömrü boyu azadlıq duyğuları ilə, Cənub həsrətilə yaşayıb-yaratmış söz sənətkarlarımızdandır. Bütün həyatı qaçhaqaç-qovhaqovda, qadağalarda keçmiş şair illərlə gah Şimalda, gah da Cənubda məskunlaşaraq ağır mühacir ömrü sürüb və bu həyatı "ayrılıq imtah...
ANL
"Azərbaycan Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyaları ilə bir səviyyədə dayanmağa layiqdir". Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqil hüquqi dövlət kimi qurulması, inkişafı üçün nəhəng işlərə imza atdı. Bu mənada milli müstəqilliyimizin əsas...
ANL
"Mərasimlərin, adətlərin elə tərəfləri var ki, məhz qanunla tənzimlənməlidir". Millət vəkili, professor Rafael Hüseynovun "525"ə müsahibəsini təqdim edirik. - Rafael müəllim, parlamentin yaz sessiyası artıq başa çatsa da, Sizin uzun müddətdən bəri hazırladığınız bir çox qanun layihələri - "Muğam sənəti haqqında", "Aşıq...
ANL
Səmimiyyət yazıçının ürəyidir. Bir qələm sahibi kimi yaradıcılığımın təməli böyük yazıçımız İlyas Əfəndiyevin əsərləri ilə qoyulub. Ötən əsrin 50-ci illərinin sonlarında 8-ci sinifdə oxuyarkən yeni çapdan çıxmış "Söyüdlü arx" romanına həsr olunmuş kənd kitabxanası oxucularının konfransında məruzə mənə tapşırılmışdı. So...
ANL
Abdulla Şaiqin mənzil-muzeyində Mirzə Şəfi Vazehin yubileyi qeyd edilib. Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan ədəbiyyatının klassiki, maarifçi şair Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyi münasibəti ilə dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən mənzil-muzeyin direktoru Ülkər Talıbzadə Azərbaycan Respubli...
ANL
II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi açılışı olub. "II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında 7 Azərbaycan filmi nümayiş etdiriləcək". APA TV-nin xəbərinə görə, bunu festivalın başlanması münasibətilə keçirilən mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yu...
ANL
Dövlət və ordu quruculuğu tariximizin unudulmaz səhifəsi. Hər dəfə Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradına baxanda böyük qürur hissi duyuram. Azadlıq meydanı əsgər və matrosların, zabit və kursantların nizami yerişindən titrəyir, hərbi texnikanın keçişindən lərzəyə gəlir. Ordu quruculuğu, müstəqilliyinə yenidən ...
ANL
"Uca dağların başı həmişə qar olar", "Arxamda dağlar durur", " Görünən dağa bələdçi lazım deyil" kimi atalar sözlərini eşidəndə fikirləşirsən ki, bunlar heç də təsadüfən deyilməyib. Bəzən düşünürsən ki, belə söz və misalların dağların yaşı qədər yaşı var. Bəlkə onlar da insanların dağların qoynunda məskən salıb, yaşadı...
ANL
Rifah və inkişafın möhkəm təməli: hüquqi dövlət quruculuğu. Dövlət və cəmiyyət həyatın müxtəlif sahələrində aparılan iqtisadi, sosial, mədəni islahatlarla yanaşı, hüquqi islahatlar da, təbii ki, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun prioritet prinsiplərindəndir. Şübhəsiz ki, güclü dövlətin, güclü cəmiyyətin ...
ANL
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev). İnsanların istiqlalına hürriyyəti-şəxsiyyə, millətlərin hürriyyəti-şəxsiyyəsinə istiqlal deyilir. Hürriy...
ANL
(Gerçəkliklərə söykənən fantastik hekayə). Hərəsi dünyanın bir bucağından gəlmiş bu gənclər indicə tanış olsalar da, min-min illər öncədən tanışmışlar. Onların adları da, üzləri də, əl-qol hərəkətləri də eynən bir-birinə bənzəyirdi: qanbir, dilbir qohummuşlar. Gerçək möcüzə! Azərbaycan vətəndaşı Alov Odər Avropa univer...
ANL
əməkdar müəllim. Mübarək. Zirvədən-zirvəyə addımlayaraq, Bütün məmləkətin övladı oldun! Alıb, Nəşriyyatda hədiyyə verdin. Dözüm arzuladın köçkün yurddaşa, Mərhum qardaşımın adaşı Çingiz! Gərək Qələbəylə çatdıraq başa. Qarabağ uğrunda savaşı, Çingiz! ...Səni alqışlayıb Güneydə Şiraz, Səni İstanbula çağırır millət. Min n...
ANL
Bakıda böyük türkmən şairi Məhtimqulu Fəraqinin yeni “Divan”ı tapıldı. Bu əlamətdar tarixlə əlaqədar dünyanın bir çox ölkələrində təntənəli surətdə böyük şairin anadan olmasının 290 illik yubiley tədbirləri keçirilmişdir. Azərbaycanda da 7 may 2014-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami...
ANL
Qadınlar zamanın yaddaş cədvəlində. Təbiət tərəfindən qadına verilən mükafat həm də onun xoşbəxtliyə çatması üçün çox vaxt şərait yaradır, ona üstün mövqelər bəxş edir. Lakin bu qiymətli qaşı nəzərə çarpdırmaq üçün üzüyün özünün də rolu kiçik deyildir. Bu üzük isə qadının davranışı, incəliyi, hərəkəti, özünə rəğbət qaz...
ANL
Mərdliyin profilləri. “Mən prezidentliyə namizəd göstərilməyimi gözləmirdim. Öz siyasi kursu ilə gedən adam kimi mən vəzifəmdən xaric edilməliydim... Mən dəqiq qərara aldım ki, Prezidentliyə namizədliyə gedəndə mənim ifadə etdiyim baxışları heç kəs müdafiə etməyəcəkdir”. Herbert Huverin prezidentlik üçün birgə hərəkət ...
ANL
Sevgini düşündükcə, bu ilahi hissi təhlil edib dərinliklərinə getdikcə möcüzəsini, sehrini daha yaxşı anlayırsan. Amma daha çox yaşadıqca, zamanla Allahın insana bağışladığı bu heyrətamiz duyğunu qat-qat açdıqca, hər gün bir qatını kəşf etdikcə heyrətlənirsən. Bu necə hissdi ki, fikirlərini, arzularını, beynini, qəlbin...
ANL
mayasından “ÖZü SÖZə ucaltmışlar odası”nın qayəsinə). Bunlardan hər biri yaradıcı şəxsiyyətin təfəkkür və yaddaşında daşlaşmış ifadələr, onlara münasibət bildirmək istəyi, arzusu, sevinci, bəzi hallarda isə kədərin ifadəçisi kimi çıxış etməsi. Hər halda İncə yurdundan (İncə dərəsi) olan, incə qəlbli, həssas nəfəsli yur...
ANL
Rəşad MƏCİD. “Ulduz” jurnalının yeni baş redaktoru şair Qulu Ağsəsin təşəbbüsüylə dərginin hər yeni sayı haqqında ekspert yazısı – dərc edilən materialların təhlilinə dair məqalə hazırlanır və növbəti sayda çap olunur. Bu yazı da həmin təşəbbüsə cavab olaraq qələmə alınıb və jurnalın iyun sayında işıq üzü görüb. “Ulduz...
ANL
Yazıçının səfər təəssüratları. Həm bir yazıçı, həm də Milli Məclisin deputatı kimi son on ildə qismətimə neçə-neçə xarici ölkədə olmaq fürsəti düşüb. Təbii ki, hər hansı ölkəyə səfər ilk növbədə yaradıcı adamların yaddaşına təkcə təəssüratlar, xatirələr şəklində hopub qalmır, həm də az sonra həmin təəssüratlar, xatirəl...
ANL
Folklor həm keçmiş, həm də bugündür. Müsahibimiz filologiya üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu-İmanovdur. – Muxtar müəllim, bilirik ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutuna direktor seçilməyinizin elə də uzun tarixi yoxdur. Ümum...
ANL
Zəkanın zəfəri. Sizlərin – üz tutduğum milyonlarla soydaşımın arasında məndən yaşlısı da, məqamına, ömür təcrübəsinə görə “Siz” deyə müraciət etməli olduqlarım da az deyil. Amma Vətənimin hər övladı mənim üçün doğmadır və bu yazı əzizlərimlə, doğmalarımla, bütün yurddaşlarımla müasir dünya içərisindəki yerimiz, nüfuzum...
ANL
Vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığı. Türk dünyasının inteqrasiyası üçün yeni imkanlar. Bütün xalqlar, o cümlədən türk ulusu dünyaya mədəniyyət bəxş etmək üçün xəlq olunub. Əks halda, xalqların dünyada mövcudluğu nə mümkün olar, nə də tarixi baxımdan təsbit edilər. Ulu babalarımız bu mədəniyyətin ən önəmli təzah...
ANL
Qəfil quzey qarı qəlbini üşütdü. Sözün güneyinə çəkildi. Sözün güneyində badam bağları çiçəkləmişdi. Badam çiçəkləri körpə uşaq gözləri kimi dumduru idi, elə duru idi ki, adamı dərin dəryalar, ovsunlu girdablar kimi çəkib aparırdı. Badam çiçəklərinin ağappaq təzəliyi, təmizliyi gözlərini qamaşdırırdı. Qamaşan gözlərini...
ANL
Qədim bir nağılın qul bazarında. Qışın soyuğu qəfildən düşmüşdü. Şəhər pal-paltarı başdan-ayağa islanmış adam kimi üşüyürdü. Küçələr kədərli göz sayağı tutqun idi, göz yaşı içində boğulurdu. Notarius kontorundan çıxan orta yaşlı kişi göz yaşı içində boğulan küçələrə baxırdı. Yağış suları küçələri bürüyüb basdığı, çala-...
ANL
Baltik sahillərində böyük bir türk. Mövsüm yadımda deyil, amma qədim qaraca məskəni olan Qaraçöpdə, Qavrı çayının füsunkar vadisində ilıq, ruh oxşayan bir gündə Gürcüstanın dörd tərəfindən təşrif buyurmuş müxtəlif kökənli insanlar o dövrdə əzəməti ilə seçilən ənənəvi “Dostluq” gününü qeyd edirdilər. Dəvətlilər sırasınd...
ANL
Əlliyi haqlayan canım var, Sinninə güvənmə, Dünya! Dəninə güvənmə, Dünya! Adına Məhşər deyilən. Gününə güvənmə, Dünya! QÜRBƏTİN AHI ÇƏKİLMİR. Allahverdi Təhləliyə. Uzun illərdən sonra şair qardaşımla. alem, nağayrdın, bu Qürbətnən barışa. Xəyanət olmur Sözə də, Sözün günahı çəkilmir! Həyat sənə olmur agah! Lap birtəhər...
ANL
Tapılmayan dərman. Həkim xəstəni diqqətlə dinləyib, ağrıyan yerlərinə əl gəzdirdikdən sonra: – Geyinə bilərsiniz – deyib əlini sabunla yudu və təmiz dəsmalla sildi. Nişastalı ağ xalatının axırıncı düyməsini açdı və ətəyini yana çəkib stulunda rahatca əyləşdi. –Adicə bel ağrısıdır. Onurğa beyini kökcüklərinin iltihabıdı...
ANL
SABİR RÜSTƏMXANLININ “GÖY TANRI” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR. XIX əsr arxeoloji, tarixi və elmi kəşflər əsridir. Məhz bu əsrdə bəşəriyyətin itmiş yaddaşı yavaş-yavaş özünə qayıtmağa başladı. İnsanlıq Şumer, Akkad, Misir, Hindistan və s. kimi qədim sivilizasiyalar haqqında bilgilər qazandı, məlum tarix bir neçə min il də...
ANL