text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
XX və XXI yüzilliklərin, ikinci və üçüncü minilliyin qovuşub ayrıldığı tarixi zamanda yaşayan bir türk və türk olmağımdan hədsiz qürur duyuram. Bütün dünyada mənim kimliyimin əlaməti ana dilimdir. Türk dillərinin oğuz qrupuna mənsub zəngin, aydın, saf və ən şirin türkcə! Harada türk səsi eşidirəm, dönüb o tərəfə salava...
ANL
Elman Məbudun yeni kitabı işıq üzü gördü. Gəlimli-gedimli dünyada özündən sonra iz qoymaq hər adama qismət olmur. Müdriklər əbəs yerə deməyiblər ki, insan sözü-söhbəti, əməlləri yaşadıqca yaşayır. Buna görə də ağıllı insan bütün ömrü boyu xalqı üçün, adının təmizliyi üçün, ailəsinin, el-obanın, qohum-əqrəbasının yanınd...
ANL
Sabirşünaslığa yeni nəzər. PROFESSOR TƏRLAN NOVRUZOVUN "SABİRŞÜNASLIQ AZƏRBAYCANDA VƏ XARİCDƏ" ADLI MONOQRAFİYASI HAQQINDA MÜLAHİZƏLƏR. Sabir dünya ədəbi posesində dərhal seçilən, hərəkətdə olan təfəkkürün canlı simvolu, misilsiz fenomeni kimi insan idrakını dərindən silkələyən, estetik şüuru öz cazibə qüvvəsilə tərpəd...
ANL
Dünyadan təcrid olunmuş kimi televiziyanın qarşısında oturdum. Kompüterdən yazılarım da silinmişdi, narahatlıq içində düşünürdüm. Beləcə, xeyli keçdi, amma televiziyada göstərilənlərdən nə kimlərinsə ailəsində baş verənlər, nə şoular, nə də sağlamlıq haqqında verilişlər diqqətimi çəkmədi. Nəhayət, ANS televiziyasında M...
ANL
Kinoşünas Aydın Kazımzadənin 75 illiyi qeyd olunub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında milli kino sənətimizin görkəmli tədqiqatçısı, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 75 illik yubileyi qeyd edilib. Tədbirdə A.Kazımzadənin həyat və yaradıcılığından, onun Azərbaycan kino ta...
ANL
Milli Kitabxana İtaliyada beynəlxalq kitab yarmarkasına qatılacaq. Ötən gün İtaliya "Sandro Teti Editore" nəşriyyat evinin direktoru Sandro Tetti M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub. Görüşdə məqsəd hər il İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgi yarmarkasında Azərbaycan Milli Kit...
ANL
Zəngin ənənələrə malik sənət və təhsil ocağı. YAXUD AĞDAMIN MƏŞHUR MUSİQİ "UÇİLİŞA"SININ FƏALİYYƏT TARİXİNƏ QISA EKSKURSİYA. Xeyli müddətdir Musiqi Kolleci adlanan, uzun illər Ağdamda yerli sakinlərin "uçilişa" dedikləri musiqi texnikumu ilə bağlı apardığım araşdıma və görüşlərdə diqqətimi iki məqam daha çox çəkdi. Əvv...
ANL
Xarici siyasət: Azərbaycan nümunəsinin bir sıra məqamları. Müasir şəraitdə dövlətlərarası münasibətlər mürəkkəb xarakter daşıyır. Müxtəlif regionlarda özünü göstərən münaqişələr bütövlükdə ziddiyyətli mənzərə yaradır. Belə bir şəraitdə uğurlu xarici siyasət aparmaq olduqca çətin məsələdir. Lakin Azərbaycan rəhbərliyi b...
ANL
Azərbaycanda gənclər siyasəti: parlaq ideyalar, məqsədyönlü addımlar. Gənclər sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində əsas işlər Gənclər və İdman Nazirliyinin üzərinə düşür. Gənclər, bədən tərbiyəsi və idman siyasətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə Nazirlik proqram...
ANL
Səsin, sözün sənətkarı. TANINMIŞ RADİO JURNALİSTİ, DƏYƏRLİ PUBLİSİST İNTİQAM MEHDİZADƏNİN FEVRALIN 14-DƏ 70 YAŞI TAMAM OLACAQ. İntiqam Mehdizadəni 1991-ci ildən universitetdə oxuduğum vaxtlardan tanıyıram. Tələbəlik illərində radionun "Gənclik" redaksiyasının verilişlərinə böyük həvəslə ara-sıra kiçik həcmli süjetlər h...
ANL
İki aya yaxındır ki, yazı masamın üzərində bir çanta var. Bu çantada mənə çox dəyərli hədiyyə göndərilib. Həmin hədiyyələr bir neçə kitabdı. Bu kitabların müəllifi də şəxsiyyətini və qələmini çox böyük sayğı ilə özümə doğma bilib qiymətləndirdiyim Camal Zeynaloğludu. Etiraf edim ki, bu gün mən öz kitab rəfimi daha çox ...
ANL
"Gecə bənövşələri"nin ətri. Yazıçı Hüseynbala Mirələmov geniş oxucu auditoriyası qazanmış ədiblərimizdən biridir. Onun istər nəsr, dramaturgiya nümunələri, istərsə də publisistik yazıları həmişə maraqla qarşılanıb. Bu təbiidir, çünki ədib hansı mövzudan yazırsa yazsın, oxucunu həyəcanlandıra bilir, onları əsərlərindən ...
ANL
Gənc rəssamların sərgisi açılıb. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların sərgisi təşkil edilib. Sərgi ölkəmizdə hər il geniş qeyd edilən Azərbaycan Gəncləri Gününə həsr olunub. Sərgi Rəssamlar İttifaqı və Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilib. Tədbirdə çıxış edən Rəssa...
ANL
“Azərbaycansayağı kulinariya lövhələri” özbək mətbuatına. Özbəkistanın kultura.uz portalında Rimma Sabircanovanın “Azərbaycansayağı kulinariya lövhələri” adlı məqaləsi rus dilində çap olunub. Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbb...
ANL
Mətbuat Şurası Bərdədə şair və jurnalist Əliş Əvəzlə görüş keçirib. Azərbaycan Mətbuat Şurasının "Tanıyaq, tanıdaq" layihəsi çərçivəsində növbəti görüş Moskvada yaşayan azərbaycanlı jurnalist, publisist və şair Əliş Əvəzə həsr olunub. Tədbir jurnalistin doğulduğu Bərdədə rayon icra hakimiyyətinin yaxından dəstəyi ilə b...
ANL
Zəngin ənənələrə malik sənət və təhsil ocağı. YAXUD AĞDAMIN MƏŞHUR MUSİQİ "UÇİLİŞA"SININ FƏALİYYƏT TARİXİNƏ QISA EKSKURSİYA. "Tar ifaçılığı sənətinin Qarabağda, xüsusən də Ağdamda məktəbi formalaşmışdı. Onlar məhz Əlipaşa Daşdəmirovun təkidi ilə texnikumda təhsil almışdılar. Yuxarıda adını çəkdiyim tar ifaçıları öz dəs...
ANL
Plagiat epidemiyası və unutqanlığımız haqqında... Ömrümün 11 ilini "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-tədqiqat üzərində işə həsr etmişəm. Vaxtın böyük hissəsini gələcək kitab üçün xatirə müəlliflərinin axtarışında və onlarla söhbətdə keçirmişəm. Bəzilərinə aylarla zəng etmək, onları görüşə inandırmaq, digərlərin...
ANL
“Azərbaycanın sovet dövrü tarixini yenidən yazacağıq”. Yaqub Mahmudov: “Müsavatın xaricə oxumağa göndərdiyi 100 tələbə haqqında xüsusi monoqrafiyamız çap olunacaq”. Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudovun APA-ya müsahibəsi. - Yaqub müə...
ANL
Moskva şəhərində yaşayan Azərbaycan ictimaiyyətinə, Rusiya və Azərbaycan elminə ağır itki üz verib. Geologiya-minerologiya elmləri doktoru, professor, Yerin təkinin fəxri kəşfiyyatçısı, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasının və Rusiya Təbiiyat Akademiyasının həqiqi üzvü, Beynəlxalq Filiz yataqlarının Genezisi Aka...
ANL
Eşq haqqında ölümsüz əsər. Nobel mükafatlı Türk yazıçı Orxan Pamukun ən çox oxunan əsərlərindən biri də "Məsumiyyət muzeyi" romanıdır. Əsərdə hadisələr 1975-ci ildən başlayaraq dinamik şəkildə inkişaf edir və daha bir neçə onillik burada əks olunur. Əsərdə Basmacı ailəsinin varisi, xaricdə təhsil almış 30 yaşlı Tekstil...
ANL
"Gecə bənövşələri"nin ətri. İki tələbə. Polad və Ruslan. Bu gənclərdən biri uşaqlıqdan həyatın sərt üzünü görüb, uşaq ikən atasını itirib. Anası onu min bir əziyyətlə böyüdüb. O, anasının dünyada tək pənahı və ümididir. Poladın xarakteri adına bənzəyir, polad kimi möhkəm, dostluğa sadiqdir. Ətrafında olanlardan da belə...
ANL
Gözələ. Şair gərək şeirini. Göydən gələn mələyə, Gülü gülşən gözələ. Eşqə düşən gözələ. Həsrətində qalmışam, Bulud kimi dolmuşam, Mən vəfasız olmuşam? Bənövşəni şehli-şehli. Bağ-bağçaya düşsə yolun, Ürək açar xoş əhvalın, Çəmənlikdə ayaqyalın. Tanrı ola yar gözələ, Məhəbbətim var gözələ. Məni sevəcəksən öləndən sonra. ...
ANL
Milli Kitabxanada türkiyəli qonaqlarla görüş olub. Fevralın 4-də Türkiyənin Elmi və Ədəbi əsər Sahibləri Məslək Birliyinin baş direktoru Mehmet Nuri Parmaksız, həmin qurumun direktor müavini İlter Yeşilay və birliyin bir neçə üzvü Azərbaycan Milli Kitabxanasında olub, direktor Kərim Tahirovla görüşüblər. Görüşdə elm və...
ANL
"Baku Guide" kataloqunun fevral sayı çapdan çıxıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun fevral sayı işıq üzü görüb. Nəşrin bu sayı da paytaxtımızın qonaqları və aktiv istirahət həvəskarı olan şəhər sakinləri üçün maraqlı inform...
ANL
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şamaxının yeri və rolu. Azərbaycanın tarixi yaşayış məskənlərindən olan Şamaxı şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən hesab edilir. Tarixdən də məlumdur ki, Şamaxı şəhəri Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri idi. Tarix boyunca davam edən dəhş...
ANL
Cənubi Qafqaz: regional təhlükəsizlik üçün yeni şans. Qlobal səviyyədə mürəkkəb və qeyri-müəyyən proseslərin getdiyi məlumdur. Dünyanın bir sıra regionlarında baş verən münaqişələr bütövlükdə təhlükəsizlik sisteminin qurulmasına mənfi təsirini göstərir. O cümlədən Cənub Qafqazda sabitlik və sülh məsələsi daha çox aktua...
ANL
Cəbhədə keçirdiyim günlər həyatımı tamam dəyişdi. İnsanlar adətən ömrün ahıl çağında çevrilib arxaya boylanır, keçdiyi həyat yoluna nəzər salır, olub-keçənləri təhlil edir, bir sözlə, öz-özünə hesabat verir. Mən də ömrümün yetmiş ili ərəfəsində istədim ki, ötüb- keçdiyim yola nəzər salım, olub- keçənləri xatırlayım. Və...
ANL
"Bakı Beynəlxalq Humanitar Forumları bəşəri maraqları əks etdirir". PROFESSOR NİZAMİ MƏMMƏDOVUN FİKRİNCƏ, BU FORUMLAR AZƏRBAYCANIN GƏLƏCƏYƏ YÖNƏLMİŞ YÜKSƏK İNTELLEKTUAL-MƏNƏVİ SİMASININ FORMALAŞMASINA KÖMƏK EDİR. Artıq dördüncü ildir ki, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Prezidentlərinin təşəbbüsü il...
ANL
Niyyət nəcib, əməl işıqlı olanda... YARDIMLININ MÜASİR MƏNZƏRƏSİ BU VƏHDƏTİN TƏZAHÜRÜDÜR. Vaxtilə Yardımlı rayonuna rəhbərlik etmiş və fəaliyyəti ilə insanların rəğbətini qazanmış rəhbər şəxsləri bölgə əhalisinin yaşlı nəsli bu gün də razılıq hissi ilə danışır, onları xoş sözlərlə yad edir. Rayonda sağlam mühit yaratma...
ANL
Yazıçılar Birliyi ilə İLESAM arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi (İLESAM) ilə AYB-nin müştərək əməkdaşlığına dair müqavilənin imzalanması mərasimi keçirilib. AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məc...
ANL
Görkəmli Azərbaycan riyaziyyatçısı, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Cəfər oğlu Hacıyev dünyasını dəyişib. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat f...
ANL
İqtisadi inkişafa xidmət edən vergi sistemi. Azərbaycanda milli vergi sisteminin formalaşdırılması, inkişaf etdirilməsi və modernləşdirilməsi zaman baxımından o qədər də uzun olmayan bir dövrü əhatə etsə də, bu tarix milli vergi xidmətinin müasir inkişafını təmin edən, hər bir ili islahatlarla zəngin olan mühüm inkişaf...
ANL
Sevimli şairimiz Hüseyn Kürdoğlunun çox sayda həcvləri, satirik və yumoristik şeirləri vardır. Şairin yaradıcılığına dair kitab yazmağa başlayanda məlum oldu ki, arxivində rəngi saralmış vərəqlərdə onlarla həcvləri, satirik və yumoristik şeirləri vardır. Həcvlərdən danışarkən deməliyik ki, həcv müəllifi hər hansı bir ş...
ANL
Yazıçılar Birliyində Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib. Ötən gün Yazıçılar Birliyinin Natəvan klubunda (AYB) Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəvəti ilə "Azərbaycan-Ukrayna ədəbi görüşləri" çərçivəsində Bakıda səfərdə olan Ukrayna nümayəndə heyəti ilə görü...
ANL
İdrakın və vicdanın katarsisi. Sumqayıt Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuş yazıçı-dramaturq. Hüseynbala Mirələmovun "Vicdanın Hökmü" dramının premyerasından bəzi fraqmentlər. Teatr sənəti - Antik çağdan üzü bəri bəşərin mədəni-mənəvi həyatının həm güzgüsü, həm də gör -götür dünyası olub. Tamaşaçı zövqü dai...
ANL
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şamaxının yeri və rolu. Azərbaycanın tarixi yaşayış məskənlərindən olan Şamaxı şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən hesab edilir. Tarixdən də məlumdur ki, Şamaxı şəhəri Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri idi. Tarix boyunca davam edən dəhş...
ANL
“Azərbaycan-Fələstin əlaqələri son üç ildə daha da genişlənib”. Müsahibimiz Fələstin Muxtariyyətinin Azərbaycandakı səfiri Nasser Əbdül Kərimdir. Cənab səfir, Azərbaycanla Fələstin arasında əlaqələri necə dəyərləndirmək olar? - Azərbaycanla Fələstin arasında həmişə yaxşı münasibətlər olub. Əlaqələrimiz son üç ildə daha...
ANL
Timuçin Əfəndiyev:"Bakı Xoreoqrafiya Akademiyasının yaradılması Azərbaycan təhsilində yeni hadisədir". Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yarad...
ANL
Rəsul Rza yaradıcılığında Azərbaycan dili məsələləri. Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatına öz yaradıcılığı ilə – təkcə sərbəst şeir yazmaqla deyil, həm də üslub və düşüncə tərzi baxımından yenilik gətirib, novatorluq nümayiş etdirib. Hər bir yaradıcılığın orijinal cəhətlərinin ən ümdə göstəricisi novatorluqdur. Rəs...
ANL
Bu imiş Lələliyin, Qanımmış bələdiyin. Ələndim, ələdiyin. Bıçaq sənin, mənimdi. Kürək, yadıma gəlir... Bir qızla qandırdığın, Üstdə dolandırdığın. Uğruna öləcək vaxtdı sanırdın, Deyilmiş, deyilmiş, hələ deyilmiş... Qəm idin, təpədən-dırnağa qəmdin, Əskik olmadı ki dilindən həmdin. Alındı alınmaz qala sandığın, Doyuldu ...
ANL
Yazıçı Seyran Səxavət altı il üzərində işlədiyi ikihissəli “Qaçhaqaç” romanını tamamlayıb. Roman bütöv şəkildə “Azərbaycan” jurnalının yaxın saylarında dərc olunacaq. Sir-sifətindən açıq-aydın görünürdü ki, hələ özünə gəlməyib. Bu, başqa Zeynal idi. Onun şirin sırtıqlığından, yetənə ərk eləmək xüsusiyyətindən əsər-əlam...
ANL
Mənim musiqi dünyam. Bəzən qələmim yoxuşa dirənir, sətirlər cığırı şaxələnir, dolaşığa düşür. Çaşıram, çətin döngələrlə, sərt yamaclarla üzləşirəm. Həmin məqamda Üzeyirin, Fikrətin, Niyazinin, Motsartın, Bramsın, Bethovenin... musiqiləri dadıma yetir, harayıma çatır. Qəlbimə təpər, qoluma qüvvət, dizlərimə taqət, gözlə...
ANL
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. “Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”. İnsan xarakteri mürəkkəb olduğu kimi, həm də ziddiyyətlidir. Axı bəşər övladının daxilində o, həm ali yaradana bənzədiyindən ilahi ...
ANL
Ədəbi tənqidin Tehranı. Tehran Əlişanoğlunun 55 yaşı tamam oldu və iki 5 rəqəminin yaratdığı bu ömür sənələri qəribə də görünsə də, deməliyəm: ey gidi Tehran, sən nə tez gəlib bu mənzilə yetişdin... Tehranın əsasən doxsanıncı illərdən, amma ən çox ikimininci illərin əvvəllərindən başlayan və indi sürətini, tempini azal...
ANL
“Düşüncə fraqmentləri” silsiləsindən. ...Vaxt keçir, vədə dolanır, nə zamansa dediklərin və yazdıqların üçün hansısa “mübarək” günün birində mütləq peşman olursan. Və bu peşmanlıq elə məyus edir ki, indiyəcən oxuduğun və yazdığın hər şeyi, bəxtinə yazılan bütün cızma-qaraları (alnındakı da daxil olmaqla) didik-didik ol...
ANL
Elmira Axundova: “Mən belə söz azadlığını qəbul edə bilmirəm”. Feyziyyə ilə Xəzərin sahilində. Bizi evinə dəvət etmişdi. Amma sonra dəniz sahilinə düşəcəkdik. Bu dəfə fotoqrafımız da dəyişmişdi. Firəngiz (mənə elə gəlirdi ki, hər yazıda onun kim olduğunu qeyd etməyə ehtiyac yoxdu. Amma sadəcə, adını çəkib keçməyimdən d...
ANL
Heydər Əliyev Fondundan Əlibaba Məmmədovun 85 illiyinə töhfə. Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahi...
ANL
Qara Qarayevin 97 illiyi silsilə tədbirlərlə qeyd edilib. Fəxri Xiyabanda görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 97 illiyinə həsr edilmiş anım tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə nazir Əbülfəs Qarayev də iştirak edib. Mədəniyyət və turizm nazirinin müavini Ədal...
ANL
Amerika mətbuatı Vaqif Səmədoğludan yazıb. Amerikada çıxan populyar "Forum Daily" yəhudi qəzetində Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun vəfatına həsr edilmiş məqaləsi dərc olunub. Məqalənin müəllifi - beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut qeyd edir ki, böyük şairin vəfatı haqqında bu dəhşətli xəbəri ...
ANL
Vergi ödəyicilərinin hüquqları və qanuni mənafeləri qorunur. Müasir dövrdə insan hüquq və azadlıqlarının təminatı bəşəriyyətin demokratik inkişafının ayrılmaz hissəsinə, mənəvi, hüquqi, siyasi ideallarının ali təzahürünə çevrilməklə vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı kimi çıxış edir. Azərbaycanda insan ...
ANL
İlyas Əfəndiyevin “Qarabağnamə”si Gənc Tamaşaçılar Teatrında. Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi münasibətilə “Qarabağnamə” tamaşasının nümayişi olub. Tamaşaya İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında quruluş verilib. İlyas Əfəndiyevin nəsr və dram əsərlə...
ANL
Onun oğul dağını necə əzabla yaşadığını təsvir etməkdə çox-çox acizəm. Bu günlərdə yazılarımın arasından onun mənə ünvanladığı bir məqaləsi təsadüfən əlimə keçdi. Amma bu gün onun sözlərinə çox ehtiyacım var. Onu dinləmək, bölüşmək istəyirəm. Ülvinin kitablarını dərc etdirəndə, ya onun haqqında bir məqalə yazanda telef...
ANL
Həmişə alın yazısına inanmışam.Bu dünyada heç nəyin təsadüfən baş vermədiyinə də əminəm. Günəşin çıxması, yağışın yağması,küləyin əsməsi də təsadüfü deyil. Deməli, dünyadakı bütün varlıqlar idarə olunur. Baş verən hər bir hadisə ulu yaradanın iradəsindən o yana deyil. Qismət, alın yazısı kimi başa düşdüyümüz bu incə mə...
ANL
Indi haqqında söz açmaq istədiyimiz insanın isə artıq 62 yaşı tamam olur. Qətiyyətlə deyə bilərəm ki, gənclik illərində onun haqqında heç kəsin heç nə yazmadığına görə birmənalı şəkildə özü günahkardır. Daha doğrusu, redaksiyalara gedib, amma şeirləri üçün yox, publisistik materialları və digər yazıları üçün. Getməyi d...
ANL
Gəldi çatdı altmış ilin hesabı - Qazanc nədir? Xoşəhvalam, vəssalam. Möminə əl uzatdım, piyaləli. Dərdsiz üçün ney səsiyəm, naləli, Dərdli üçün tar-qavalam, vəssalam. Ətrafımda görən yoxdu tüstümü, Hər baharda xəzan örtdü üstümü. Duzlu kabab məst edəndə dostumu. Mən gəzirdim duzlu kəlam, vəssalam. Əl atıram, dərya olur...
ANL
"Görüş"lə başlanan uğurlu sənət yolu. Kino sənətində ilk yaradıcılıq işindən uğur qazanmaq hər rejissora nəsib olmur. Onun ilk ekran əsəri olan "Görüş" filmi isə həm də tamaşaçı auditoriyası ilə uğurlu bir görüş oldu və gənc rejissoru həmin vaxtdan bu sənətə bağladı. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğunda...
ANL
Rəsul Rza yaradıcılığında Azərbaycan dili məsələləri. Rəsul Rza söz yaradıcılığı və onun prinsiplərinə mütəxəssis kimi yanaşır, "niyə, nə üçün belə olmalıdır" sualına düzgün cavab axtarırdı. Ən başlıcası sözyaradıcılığına yaradıcı şəkildə yanaşmaqla dilin öz dühasına və imkanlarına üstünlük verirdi. Onun fikrincə, deyə...
ANL
Təhsil islahatı: miflər və reallıq. Açar sözlər: təhsil islahatı, dövlət strategiyası, islahatın sabitliyi və səmərəliliyi,kompetensiya yanaşması, innovasiyalar, fəal(interaktiv) təlim. Təhsil islahatı ən çətin islahatlardan biridir, çünki o həm ölkənin milyonlarla vətəndaşının həyat və maraqlarını əhatə edir, həm də b...
ANL
Əli Həsənov: Azərbaycan İslam aləminin dünyəvi modelinin həqiqi nümunəsidir. Azərbaycan Respublikası Prezidenti Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Forum Daily” amerikan-yəhudi qəzetinin suallarına məmnuniyyətlə cavab verib. Bakının yüksək vəzifəli rəsmisi öz müsahibəsində Azərbayca...
ANL
Rəhman Salmanlı: "Keçmişimizə atılan top gələcəyimizi də viran qoyar". İstedadlı alim, tədqiqatçı - jurnalist Rəhman Salmanlının vaxtilə yazdığı - "Əhməd Cavad", “Kür üstündə bir şəhər var", "Cümhuriyyət şairi", “Əhməd Cavadın yaradıcılıq yolu", "Ramazan oğulları" kimi yaxın-uzaq keçmişimizdən bəhs edən kitablarını oxu...
ANL
Veteran jurnalist Kazım Ələkbərov 91 yaşında vəfat etdi. Azərbaycan jurnalistikasına ağır itki üz verib. Ömrünün 60 ildən çoxunu milli mətbuatımızın inkişafına həsr etmiş, əməkdar jurnalist, II Dünya müharibəsinin veteranı Kazım Hacı oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 91 yaşında vəfat edib. Uşaqlığı Bakıda rep...
ANL
Yox, çarpayıdan durub ayağa qalxmaq, bu zirzəmidən çölə çıxmaq lazım idi. Burada heç kəs qapısını açmayacaq, dadına-köməyinə çatmayacaqdı. Yaxınları, üz tuta biləcəkləri düşmən tapdağı altındakı torpaqlarda qalmışdı. O isə erməni yağılarının əlindən bir quru canını güclə qurtara bilmişdi və can şirin olsa da, indi buna...
ANL
"Vətənin müdafiəsinə hazıram!" mövzulu sərgi açılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda sərginin açılışı olub. Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi Kompleksində təşkil olunan sərgidə 4...
ANL
"Azərbaycan mətbəxi" kitabı beynəlxalq mükafata layiq görülüb. Böyük Britaniyanın "Saqi Books" nəşriyyat evinin Tahir Əmiraslanov və Leyla Rəhmanovanın köməyi ilə hazırlanan "Azərbaycan mətbəxi" kitabı ən yaxşı Şərqi Avropa kitabı və ən yaxşı yemək kitabı kateqoriyasında Dünya Qurman Yemək Kitabı 2014 mükafatını qazanı...
ANL
Böyük sənətkarın ləyaqətli varisi. Azərbaycan ədəbiyyatının qüdrətli söz ustadı, milli mədəniyyətimizin, incəsənətimizin tərəqqisində müstəsna xidmətləri olan, bir çox "ilk"lərə imza atan novator yazıçı-dramaturq Cəfər Cabbarlının ədəbi-bədii yaradıcılığı bir əsrə yaxındır ki, əhatəli, ciddi elmi araşdırmaların predmet...
ANL
"Xalqımızın mənafeyinə uyğun olmayan verilişləri bağlaya bilərik". Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin müsahibəsi. - Nuşirəvan müəllim, Azərbaycanda rəqəmsal yayıma keçmək üçün son müddət kimi 2015-ci ilin yayını göstərmişdiniz. Bu vaxta qədər proses tam başa çatacaqmı? Bu məsələ ilə də ba...
ANL
Dostum Akif Qəhrəmanlının 73 yaşına. 1974-cü ilin sentyabrında Azərbaycan Dövlət Universitetinin (indi BDU) Jurnalistika fakültəsində (o zaman 3 -cü kursda oxuyurdum) ixtisas bölgüsü aparılarkən mən o dövrdə çox perspektivli və hörmətli sahə sayılan tərcüməçiliyi seçmişdim və əlli nəfərlik kursumuzdan rus dilini bilən ...
ANL
Şəhid adını yaşadan. Jurnalist - məqsədi xalqa, oxuculara, dinləyicilərə xidmət etməkdən ibarət olan bir insan! İnsanların laqeyd qala bilməyən, bizi əhatə edən dünyada baş verənləri daha yaxşı anlamağımıza kömək edən insan! Erik Fixtelius deyir ki, öz işinin vurğunu olan jurnalist ətrafda baş verən nə varsa onunla mar...
ANL
BU EL DEYİMİNƏ MUSTAFA ÇƏMƏNLİ MÖHÜR VURDU. Mən həmin o 70-ci illərdə artıq imzasını oxucu yaddaşına yazmış və bir-birindən maraqlı fikirləri ilə diqqəti çəkmiş Mustafa müəllimi həm də bir qarabağlı kimi Qarabağda, bütövlükdə Azərbaycanda yaxşı tanınan Çəmənli kəndinin övladı kimi özümə daha doğma bilmişəm. Çünki bu kə...
ANL
Muğam və müasir musiqi yaradıcılığı ilə bağlı konfrans yekunlaşıb. Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı ərəfəsində festival çəriçəvində reallaşacaq elmi simpoziuma hazırlıq məqsədilə keçirilən konfrans başa çatıb. "Muğam/maqam və müasir musiqi yaradıcılığı" mövzusuna həsr...
ANL
Firəngiz Əlizadə: "Qremmi" nominasiyası son hədd deyil". Məşhur amerikalı skripkaçı Hillari Xanın "Deutsche Grammofon" albomu kamera musiqisi nominasiyasında ən yaxşı albom kimi "Qremmi" mükafatına layiq görülüb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin "İmpuls" əsəri də bu alboma daxi...
ANL
Mədəniyyət və Turizm Nazirliyində xarici nümayəndələrlə görüşlər olub. Mədəniyyət və Turizm Nazirliyində bir sıra xarici ölkə nümayəndələrinin təmsilçiləri ilə görüşlər keçirilib. BMT-nin İnkişaf Proqramının (UNDP) rezident əlaqələndiricisi Antonius Broek Mədəniyyət və Turizm Nazirliyində olub. Görüşdə UNDP-nin Azərbay...
ANL
"Bölgələrdən paytaxta" layihəsi təqdim edilib. Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta" adlı yeni layihənin təqdimatı olub. Layihə çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Masallı rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə ilk tədbir Masa...
ANL
Musiqişünasın portreti: görkəmli alim, tənqidçi və pedaqoq Elmira Abasova. Onun fəaliyyətinə bir neçə istiqamətdə baxıla bilər: musiqi elmi; musiqi tənqidi və publisistikası; müəllimlik; təhsilin idarə olunması; musiqi tərbiyəsi və maarifçiliyi; musiqi jurnalistikası və təbliğatı; musiqi-ictimai fəaliyyət. Elmira Abaso...
ANL
Ali təhsil, keyfiyyət və əmək bazarı. Qloballaşan dünyada ölkələr arasında rəqabətin gündən-günə daha da güclənməsi, sürətli texnoloji irəliləyiş nəticəsində ixtisas profillərinin tez-tez dəyişməsi təhsilin keyfiyyətinə tələbi daha da artırıb. Bu da qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri...
ANL
Əhməd Sami Elaydi: "Azərbaycan tolerant və təhlükəsiz ölkədir". "ƏSAS HƏDƏFİMİZ İKİ ÖLKƏ ARASINDA MƏDƏNİ ƏLAQƏLƏRİ İNKİŞAF ETDİRMƏKDİR". Misirlə Azərbaycan arasında mədəni əlaqələrin zəngin tarixi var. Bu gün də hər iki tərəf bu sahədə münasibətlərin genişlənməsinə xüsusi önəm verir. Misir Ərəb Respublikası Bakıdakı sə...
ANL
Qısa müddətdə əldə edilən mühüm nailiyyətlər. ÖTƏN DÖVRÜN TƏHLİLİ GÖSTƏRİR Kİ, SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ QARŞIYA QOYULAN VƏZİFƏLƏRİ UĞURLA YERİNƏ YETİRİR. Bu gün Silahlı Qüvvələrlə cəmiyyət arasında münasibətlərin tənzimlənməsində, ordu bölmələri üçün müxtəlif ixtisaslar üzrə çağırışçılar...
ANL
TANINMIŞ DRAMATURQ FİRUZ MUSTAFA GƏNC ƏDİBLƏR MƏKTƏBİNİN QONAĞI OLUB. Fevralın 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib. Budəfəki toplantının qonağı yazıçı-dramaturq Firuz Mustafa olub. Tədbiri giriş sözü ilə açan AYB katibi, GƏM-in rəhbər...
ANL
Mübarək. Tanınmış yazar-publisist İntiqam Mehdizadəni doğum günü münasibətilə təbrik edənlərə mən də qoşuluram. Yayılsın aləmə xoş xəbər, səda: Qədim məmləkətin, millətin oğlu, İntiqam! Yetmişi qoydun arxada, Yaxşı yol səksənə, doxsana doğru! Əngəl yaratsa da daş-kəsək, kol-kos, Şirin bar yetirib çəkdiyin zəhmət. Ərzə ...
ANL
"Kitabi-Dədə Qorqud"un ərəbcəyə tərcüməsinə müqəddimə. Məlumdur ki, epik yaddaşımız, düşüncə qaynağımız, yazılı və şifahi ədəbiyyatımızın başlanğıcı "Kitabi-Dədə Qorqud" elm aləminə 1815-ci ildən bəlli olub. Həmin ildə alman alimi Fridrix fon Dits "Dədə Qorqud" dastanını aşkara çıxarıb və "Basatın Təpəgözü öldürdüyü bo...
ANL
Səməndər ömrü. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, Əməkdar artist Səməndər Rzayevin 70 illik yubileyi ilə bağlı xatirə gecəsi keçirilib. Dövlət Akademik Milli Dram Teatrında keçirilən tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində aktyorun teatr və kinoda yaratdığı obr...
ANL
Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun 95 illik yubileyi ilə bağlı elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitut...
ANL
Musiqişünasın portreti: görkəmli alim, tənqidçi və pedaqoq Elmira Abasova. Əməkdar incəsənət xadimi, professor Elmira Abasova (1932-2009) Azərbaycan musiqişünaslığının inkişafında çox mühüm xidmətləri olan görkəmli elm və mədəniyyət xadimidir. Onun fəaliyyətinə bir neçə istiqamətdə baxıla bilər: musiqi elmi; musiqi tən...
ANL
Paskal Mönye:"2015-ci il Azərbaycan-Fransa münasibətlərinin inkişafı baxımından zəngin il olacaq". Müsahibimiz Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyedir. - Cənab səfir, 2014-cü ili Fransa və Azərbaycan əməkdaşlığı baxımından necə qiymətləndirirsiniz? Bu il iki ölkənin əməkdaşlığına hansı...
ANL
Sığorta-pensiya sistemində aparılan islahatlar. ƏHALİNİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİNƏ XİDMƏT EDİR. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, respublikamız ink...
ANL
Qocaman və müasir. AZƏRBAYCAN TELEVİZİYASININ İLK DƏFƏ EFİRƏ ÇIXMASINDAN 59 İL ÖTÜR. Qabaqcıl texnologiyanın bəşəriyyətə bəxş etdiyi möcüzələrdən biri də televiziyadır. Düz 59 il əvvəl Bakı televiziya studiyası (indiki AzTV) ilk dəfə efirə çıxaraq, cəmi iki saatlıq gəlişi ilə paytaxt sakinlərinə unudulmaz anlar yaşatdı...
ANL
“BİZ BU DÜNYADA İNSAN KİMİ YAŞAMAĞI ÖYRƏNMƏLİYİK”. Feyziyyə ilə Xəzərin sahilində. Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəhlizində təsadüfən millət vəкili Sabir Rüstəmxanlı ilə qarşılaşdıq. Bir-birimizdən gəlişimizin “xeyirdimi?”sini öyrənəndən sonra Sabir müəllim bizə qoşulub AYB-nin кatibi, Xalq yazıçısı Çingiz Abdu...
ANL
Azərbaycan diplomatiyasının səlahiyyətli “Ulduz” nümayəndəsi. Polad Bülbüloğlunun yubileyi münasibətilə. Deyirlər, Polad Azərbaycan Dövlət Konservatoriyasının bəstəкarlıq bölməsini bitirərəк ciddi musiqi əvəzinə estrada mahnıları yazmağa, sonra isə onları həm də ifa etməyə başladıqdan sonra musiqiçinin qohum-əqrəbası ç...
ANL
Eşitdiyim və gördüyüm Yaponiya... Yol qeydləri. Ölкəmizin кütləvi informasiya vasitələrində də xəbər verildiyi кimi, Azərbaycanın bir sıra şəhər və rayon icra haкimiyyətinin başçılarından ibarət nümayəndə heyəti ötən il may ayının 31-dən iyunun 10-na кimi Yaponiyada işgüzar səfərdə olub. Səfər iştiraкçılarından Şabran ...
ANL
Düma ilə Coys arasında, yaxud sonsuz lüğət. Bu sözün yerində işlənməsi bizə bir çox mətləbləri daha doğru-düzgün anlamağa кöməк edir. Çünкi bizi şübhə etməyə səsləyir, tərəddüdümüzü şərtləndirir, beləliкlə də həyatı “ağ-qara” rənglərdən xilas edir, ona rəngarəngliк gətirir. Sözün cismindən onun canını çıxart, nə qalaca...
ANL
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. “Özümə gəldiкdə mən elmdə məsкun olanlardan biri deyiləm. Mən кeçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”. Ayrı-ayrı dövlətlərin, imperiyaların başçıları arasında belə nadir nümunələri tapmaq mümкündür. Onlardan bəziləri heç tarixi deyil,...
ANL
Gerçəкliкdən qidalanan absurd. ANARIN “GÖZ MUNCUĞU” POVESTİNƏ TEKSTOLOJİ BAXIŞ VƏ DİGƏR NOTLAR. Ədəbi hadisələr uzun quraqlıqdan sonra yağan yağmur кimidi, bütün кütləsiylə acıxmış düşüncələrə hopar. Xalq yazıçısı Anarın “Göz muncuğu” povesti də işığa çıxınca ədəbi mühiti canlandırması və son illərin ən həssas reaкsiya...
ANL
Tiftiklənmiş ruhuna görə utanmaq... “Düşüncə fraqmentləri” silsiləsindən. İçində yaşatdığın və yaşadığın hər şey gec-tez unudulub gedir. Doğrudur, zahirən qeybolmuş təsiri bağışlayan nələrsə də mütləq hansısa şəkildə adamın həyatında, düşüncə tərzində, dünyagörüşündə, gözünün altında, ağzının kənarında, ürəyinin klapan...
ANL
Türk qayəsi və milli idrak poeziyası. XX əsrdə Azərbaycan xalqının dünya poeziyasına bəxş etdiyi korifey sənətkarlar arasında Xalq şairi Bəxtiyar Vahabzadə önəmli yer tutur. Azərbaycan şairi B.Vahabzadə təkcə milli Azərbaycan bədii təfəkkürünün fenomeni deyil, ümumtürk bədii-fəlsəfi hadisəsidir. XX əsr ümumtürk ədəbiyy...
ANL
Sözün deyilmə tərzinə görə sozalma, bozarma, qaralma, qızarma, saralma, göyərmə hallarına da tez-tez rast gəlinir. Çəkiyə fikir verəndə gərək çalışasan ki, həmin söz güldən ağır olmasın. Deyilməyən sözlər işarə bildirən “O söz”ün qabığıdır. Biri birinin ağlına şübhə eləyəndə, əməlinə şəkk gətirəndə şəhadət barmağını da...
ANL
ŞƏHƏRLƏR ŞEİRDİR. Şəhərlər şeirdir, yazılıb Yer üzünə. Neçə nəğmə qoşulub. gecəsinə, gündüzünə. Hər şəhər gözəl şeir, işıq-işıq qafiyəsi, bənd-bənd evləri, misra-misra küçələri. Ürək sevindirir, gah kövrəldir, heyrətə salır baxanları. neon işıqlı gecələri. Şəhərlər gözəl şeir, yazılıb Yer üzünə. gecəsinə, gündüzünə. Şe...
ANL
Təzə şitillər. İçindəki hissləri köklü-köməcli çıxarıb atdı, yerində təzə şitillər əkdi... Güləhməd axşam-səhər qonşusu Niftalının beynini yeyirdi ki, dəyişilmək lazımdı. Mütləq lazımdı! Nə yolla olursa-olsun, nəyin bahasına olursa-olsun lazımdır da, qardaş. Bu həyatdı, dəyişsən, yaşayacaqsan, dəyişməsən yox, başqa çar...
ANL
“Düşüncələr” silsiləsindən. Gələcəyinə qonaq getmişdi. Xəyalatla ayıqlıq arasında ətrafı seyr edirdi. Qocalmış bulvarda çürüyüb torpağa qarışan güllərin fərqi qalmamışdı: hamısı qapqara torpaq rəngindəydi. Ətri də gəlmirdi. Beli bükülmüş ağaclar Onu layiqincə qarşılaya bilmədiklərindən başlarını aşağı dikmişdilər. Ağac...
ANL
Musiqişünasın portreti: görkəmli alim, tənqidçi və pedaqoq Elmira Abasova. Əməkdar incəsənət xadimi, professor Elmira Abasova (1932-2009) Azərbaycan musiqişünaslığının inkişafında çox mühüm xidmətləri olan görkəmli elm və mədəniyyət xadimidir. Onun fəaliyyətinə bir neçə istiqamətdə baxıla bilər: musiqi elmi; musiqi tən...
ANL
yer üzünün insanları həm də. göy üzünün insanlarıdı. yerdə kiçik zərrəyə qədər. min-min sirrin sevgisindən, sehrindən doğulur insan –. göy üzündən. sakit-sakit baxa bilmir. yerin dərdlərinə- ilahi bir nəfəs gəlir, göy üzünün sevdiyi şairlərin. şeirlərinə. mələklər doğulur gözəlliklərdən... mələklər doğulur gözəlliklərd...
ANL