text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ankarada Bəxtiyar Vahabzadə ilə bağlı daha bir tədbir. Ankarada, TÜRKSOY, Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və milli kitabxanaları tərəfindən Xalq Şairi, türk dünyasının görkəmli söz adamı Bəxtiyar Vahabzadənin anadan olmasının 90-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. TÜRKSOY-un... | ANL |
Rəsulzadənin baxış bucağındakı "Çağdaş Azərbaycan ədəbiyyatı". Azərbaycan Xalq Cümhuriyyətinin əsas yaradıcısı, yoldaşları, əqidədaşları ilə bərabər ilk dəfə müstəqil dövlətimizi qurmuş Məhəmməd Əmin Rəsulzadə həm də Azərbaycan jurnalistikası və ədəbiyyatşünaslığının, ümumən ictimai-mədəni fikir tariximizin parlaq sima... | ANL |
Suzan Cəmil:"Azərbaycanlıların müasir Misir barədə daha çox məlumatlı olmasını istəyirik". Müsahibimiz Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmildir. -Suzan xanım, əvvəlcə oxuculara özünüz barədə məlumat verməyinizi xahiş edirik. Nazirlikdə müxtəlif vəzifələrdə çalışmışam, sonuncu vəzifəm xarici işlər nazirinin be... | ANL |
Xocalı həqiqətlərinin fədakar təbliğçisi. JURNALİST ŞAMİL SABİROĞLU HAQQINDA YUBİLEY DÜŞÜNCƏLƏRİ. Şamil Sabiroğlunu jurnalist - həmkarım kimi illər öncədən tanıyıram. Vaxtilə bir neçə dəfə Azərbaycan Radiosunun "Səhər" informasiya proqramında qonağım olub. Həmişə də ancaq bir mövzuda söhbət eləmişik. Yeganə əzəl mövzus... | ANL |
Məhəmməd Əsəd Bəy haqqında maraqlı bir sənəd. Məhəmməd Əsəd Bəy haqqında dünyada müxtəlif tədqiqatçılar tərəfindən aparılan araşdırmalar davam edir. Onun əsərlərinə qısqanclıqla yanaşanlar və müxtəlif bəhanələrlə onu alçaltmağa və yazdıqlarını inkar etməyə çalışanların ən böyük iddialarından biri də onun türkcə bilməmə... | ANL |
Qədir Rüstəmovun 80 illik yubileyi qeyd edilib. Dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində ölməz xanəndə Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş yubiley konserti keçirilib. Konserti Qədir Rüstəmovun ailə üzvləri, dostları, sənət yoldaşları, Xan Şuşinskinin ailə üzv... | ANL |
Xalq şairi Fikrət Qoca haqqında yeni kitab. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq şairi, AYB-nin Birinci katibi Fikrət Qoca haqqında "Od oğluyam, alovlardan doğuldum" kitabının təqdimat mərasimi keçirilib. Tədbirin aparıcısı - AYB katibi, şair İlqar Fəhmi kitabdan söz açaraq nəşr haqqında qısa məlumat ver... | ANL |
Azərbaycanın mədəniyyət nümunələri Vaşinqtonda sərgilənib. ABŞ-da yerləşən Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində (Ronald Reagan building and International Trade Center) "Winternational" adlı 4-cü İllik Səfirlik Sərgisi keçirilib. Ticarət Mərkəzləri Assosiasiyası (Trade Center Management Associates) tərə... | ANL |
Ötən əsrin əbədi məhəbbət abidəsi: Müşfiq və Dilbər dastanı. Zaman-zaman bir çox məhəbbət dastanı, məhəbbət əfsanəsi yaranıb və yayılıb. Tarix XX yüzillikdə yeni bir ülvi eşq əfsanəsinə - Müşfiqlə Dilbərin məhəbbət dastanına da şahiddir. Mikayıl Müşfiq - XX əsr Azərbaycan ədəbiyyatının klassiki, çağdaş Azərbaycan poezi... | ANL |
Neft Məktəbində "Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçirilibi. BANM-ın ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, öncə SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bakı Ali Neft Məkt... | ANL |
Müəyyən fərqlərlə zəlzələ də ekstremal şərait yaradır, selləmə-daşqın da, müharibə də. Hardasa zəlzələ, selləmə olur, fəsadları müəyyən müddətdə aradan qaldırılır. Şəraitin müddətinə, təhlükəsizlik dərəcəsinə görə müharibədə belə olmur. Müharibə uzun çəkir. Bütün hallarda hadisə ilə bağlı informasiya əldə etmək, onu ic... | ANL |
Milli mədəni irsə - xalçaçılıq sənətinə ürəkdən bağlı insan. Beynəlxalq miqyasda nüfuzlu elmi-tədqiqat mərkəzi kimi tanınan, dünyanın ən nadir muzeylərindən biri olan Azərbaycan Xalça Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyevanın Azərbaycan mədəniyyətinə həsr etdiyi ömrü bu muzeyin yaşı ... | ANL |
Üzeyir Hacıbəylinin ev-muzeyinin 40 illiyi qeyd edilir. Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 40 illiyi münasibətilə sərgi və tədbir keçiriləcək. AZƏRTAC xəbər verir ki, sərgidə muzeyin 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar, ... | ANL |
Akademik Milli Dram Teatrı türk dünyası teatrları ilə əlaqələri genişləndirir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Ankarada bir sıra görüşlər keçirib. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İ.İsrafilov görkəmli türk dramaturqu Haldun Tanerin anadan olması... | ANL |
Kərim Tahirov Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti seçilib. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov dekabrın 14-16-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IV Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda və Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XVIII ümumi ic... | ANL |
Ötən əsrin əbədi məhəbbət abidəsi: Müşfiq və Dilbər dastanı. Zaman-zaman bir çox məhəbbət dastanı, məhəbbət əfsanəsi yaranıb və yayılıb. Tarix XX yüzillikdə yeni bir ülvi eşq əfsanəsinə - Müşfiqlə Dilbərin məhəbbət dastanına da şahiddir. Mikayıl Müşfiq - XX əsr Azərbaycan ədəbiyyatının klassiki, çağdaş Azərbaycan poezi... | ANL |
İnsan ömrü boyu öyrənməyə, dərs almağa borcludur. Peyğəmbərlərin, dahilərin "insan gor evinə kimi öyrənməlidir", heç vaxt öyrənməkdən, dərs almaqdan utanma", qocalana kimi öyrənmə, ölənə kimi öyrən" kəlamları əsrlərin sınağından çıxmış və insanların səadəti, bəşəriyyətin inkişafı üçün dərk edilməsi lazım olan nümunələr... | ANL |
Axır məni öldürəcək. Gəlsin ürəyimə qadan, Niyə kəsilib səs-sədan?! Hər kəs Tanrı önündə. Azaddısa, hürdüsə, Yerdəki qırğın nədir, Göydə ALLAH birdisə? Mənim başım çıxmaz küydən-kələkdən, Ətrini alıram əsən küləkdən... Adın xatirimdə güldən-çiçəkdən, Göylərdə mələkdən təmizdi, ölmə! İlahi ülfəti min yol da pozsan, İlah... | ANL |
“Kəsib qollarımı dayaq vurmuşam, yenə budaqlarım yükünə dözmür”. BAŞIMI QOYDUM ÜSTÜNƏ. Başımı qoydum üstünə, Altında nəbzim döyündü. ÇİNAR YARPAĞI KİMİ. Yansam atəşimsən, Sönsəm külümsən, Vətən. Sivrilib sinəmdən çıxdı ürəyim, bu gecə yenə. Axtarma, yerində yoxdu ürəyim, gedib vətənə. Vətəndə vətənə əli yetmədi, Gücü a... | ANL |
Müsahibim Şəhriyar del Geranidir. Şairlə “Alma” restoranının media nümayəndələri üçün nəzərdə tutulmuş xüsusi otağında söhbətləşdik. Yumoru diri, ironiyası oturaq, istiqanlı, bir az da sözün yaxşı mənasında “vurdumduymaz”dır. Hiss olunur ki, ədəbiyyatdan dünyaya yox, dünyadan ədəbiyyata baxmağı sevir. Və intellektini n... | ANL |
Şahmat dünyası və ilahə Kaissanın kahinləri. ŞAHMAT: MƏNŞƏYİ VƏ İNKİŞAFI. H.Marrey isə özünün “Şahmatın tarixi” əsərində belə bir nəticəyə gəlir ki, şahmat hind oyununun törəməsi olub, Qərbdə VII əsrdən yayılmağa başlamışdır. Onun versiyasına belə bir hipoteza da əlavə olunur ki, şahmatın başlanğıcına, quruluşuna və ca... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M... | ANL |
Ağdamda nəyim qaldı? Ata-anasının verdiyi ad Məhəmməd olsa da, Papamın pasportunda Məmməd Əmirov yazılmışdı. Buna baxmayaraq, bütün Ağdam əhli özüqarışıq, Mamed deyirdi ona. Həqiqətən o, Novruzlu kəndinin Orta məhləsində anadan olmuşdu. Niyə məhləni xüsusi qeyd edirəm, çünki kəndin özündə hansı məhlədən olmağın əhəmiyy... | ANL |
“Nargis” jurnalının təşkil etdiyi “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkası çərçivəsində “Qanun” Nəşrlər Evi yazıçı və şairlərin imza günlərini keçirir. Dekabrın 17-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın imza günü idi. Ədəbi mühitin aparıcı simalarından olan bir şəxslə ünsiyyət f... | ANL |
Qədim Səhranın xaqanları. Dünya xəritəsində yer almış dövlətlər sırasında ərazisinə görə 9-cu yerdədir. Bu səhralarda nələr olmadı? Kimlər doğulmadı? Kimlər yaşamadı? Türk xaqanlarının, monqol Çingiz xanın və Qızıl Ordanın, Göy türklərin xanlıqlar qurub, döyüşlər etdiyi, toy çadırları, oğul yurdları saldığı qədim, sirl... | ANL |
“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? MƏSƏLƏNİN QOYULUŞUNA DAİR I MƏQALƏ. Artıq hamıya, ən azından ictimai, humanitar sahənin mütəxəssislərinə yaxşı məlum olan, lakin hələ də “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şəklində ifadə edilən (düstur bayrağımızda fərqli şəkildə öz əksini tapıb?!) bu ... | ANL |
Türkiyə Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Tomanla görüşüb. Görüşdə Türkiyə Milli Kitabxanasında Azərbaycan guşəsinin yaradılması və Azərbaycan Milli Kitabxanas... | ANL |
ADA-da Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib. ADA Universitetinin musiqi zalında Mədəniyyət və Turizm Nazirliyi və Vaqif Mustafazadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə caz-muğam üslubunun banisi, görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib. ADA Universitetindən AZƏRTAC-a bildi... | ANL |
Ağdaş rayonunda Xalq şairi, görkəmli ictimai-siyasi xadim Fikrət Qocanın 80 illik yubileyi qeyd olunub. AZƏRTAC xəbər verir ki, Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinin, rayon Mərkəzi Kitabxana Sisteminin, uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Fikrət Qoca-80” adlı ədəbi-bədii gecədə rayon ziyalıl... | ANL |
Azərbaycan-Çin əlaqələrində mühüm addım. Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının dəvəti ilə Pekində səfərdə olub, mühüm razılaşma əldə edib. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti səviyyəsində Çin Xalq Respublikasına birinci rəsmi ... | ANL |
Yaponiyanın “VA-LİQA” qrupu Beynəlxalq Muğam Mərkəzində. Dekabrın 17-də Yaponiyanın “VA-LİQA” musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, Yaponiyanın Bakıdakı səfirliyinin və JTİ (Japan Tobacco İnternational) şirkətinin təşkilatçılığı ilə gerçəkləşən konsert “Gündoğ... | ANL |
Dərin tarixi bilgi əsasında, böyük fəhmlə yazılmış “Baş” romanınızın maraq və həvəslə - şəxsiyyətinizə hörmət, yaradıcılığınıza məhəbbətlə oxudum. Öncədən etiraf edim ki, son vaxtlar belə ciddi və maraqlı roman oxumamışdım. “Baş” başsızlıq haqqında romandır. Harada başsızlıq var, orada milli faciələr baş verir. Əslində... | ANL |
Bir üşüyən xatirə. Dünyaya gəlmək getmək üçündür - bu fani dünya gec-tez hamını bircə-bircə öz ovuna çevirir. Amma heç kəs öz ölümünə inanmır, yaşamaq yanğısı o qədər güclüdür ki, son nəfəsdə də yenidən əzabını çəkdiyi, qəhrini udduğu, sevincini də, qəmini də gördüyü dünyadan getmək istəmir. İnsanın bu fani dünyada ömr... | ANL |
Nizami Məmmədov: “Ekoloji təhlükəsizliyin təmin olunmasında mühüm uğurlar əldə edilib”. Xəbər verdiyimiz kimi, həmvətənimiz, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru, Rusiya Təbiət Elmləri Akademiyas... | ANL |
Akademik Rafael Hüseynov Böyük Britaniyada yüksək mükafatla təltif edilib. Avropanın elmi-mədəni, ictimai-siyasi həyatında fəal iştirak edən Azərbaycan Milli Məclisinin deputatı, akademik Rafael Hüseynovun əməyi Böyük Britaniyada yüksək mükafatla qiymətləndirilib. Onun son 15 ildə Avropa Şurası Parlament Assambleyasını... | ANL |
“Rusiya-Türkiyə münasibətlərinin pozulması türk dünyasına təsir göstərir”. SALİH YILMAZ: “TÜRKİYƏ-RUSİYA MÜNASİBƏTLƏRİ POZULSA, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SÜLH YOLU İLƏ HƏLL EDİLƏ BİLMƏZ”. Ötən ay Rusiya ilə Türkiyə münasibətlərində təyyarənin vurulması ilə başlayan gərginlik hələ də davam edir. Rəsmi səviyyədə verilən ... | ANL |
BDU-da Pənah Xəlilovun yubileyi qeyd olundu. Bakı Dövlət Universitetində görkəmli ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilovun 90 illik yubileyinə həsr olunan Respublika elmi konfransı keçirilib. BDU ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfransı giriş... | ANL |
Yaddan çıxmış telefon. "Mobil telefon" hekayələrinin müəlliflərinə. Qəsəbənin ucqarında, yöndəmsiz bir yerdə kasıb-kusubun cibinə münasib bir kafe açılmışdı ki, müştərilərinin arasında, yaşına uyğun, yeniyetməsi, cavanı, ahılı, qocası da olardı. Yeniyetmələr adətən pivə, cavanlar araq, ahıllar və bəzi qocalar çaxır içə... | ANL |
Kölgələrin ardındakı işıqlı mətləblər. Xalq yazıçısı Elçin Əfəndiyevin "Kaşeyin taleyi" kitabı "Kölgə" hekayəsi ilə açılır. Əsər Şah Tutla bağlı əbədi keçmişdə qalmış uşaqlıq çağlarının xatırlanması ilə başlasa da, hadisələr onun ömrünün yetkin çağlarında baş verir. Şah Tutun Kölgəsində arzuladıqlarının bir qismi həyat... | ANL |
"Azərbaycan"ın dekabr sayı. Bu günlərdə "Azərbaycan" jurnalının dekabr sayı nəşr olunub. Jurnalın ilk səhifələri Yusif Səmədoğlunun 80 illik yubileyinə həsr edilib. Burada professor Nizami Cəfərovun, yazıçı Pərvinin, dramaturq Əli Əmirlinin və yazıçı-publisist Elmira Axundovanın Y.Səmədoğludan bəhs edən yazıları verili... | ANL |
Yusif Kamalın "Dar ağacı" kitabında şairin müxtəlif illərdə yazdığı şeirləri və poemaları toplanıb. Şeirlər əsasən vətənpərvərlik və məhəbbət mövzusundadır. Kitaba önsözü yazıçı-publisist Şakir Əhmədli yazıb: "Müəllifin şeirlərində gah təmkin, gah üsyankarlıq, gah təvazökarlıq, müdriklik, gah da haqsızlığa qarşı barışm... | ANL |
"Teatr tarixinin Cahangiri tədqiqat müstəvisində". Dekabrın 21-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) görkəmli aktyor və teatr xadimi, Azərbaycan professional teatrının banilərindən biri, pedaqoq Cahangir Zeynalovun anadan olmasının 150 illiyi münasibətilə elmi-praktiki konfrans keçirilib. AZƏRTAC xəbər verir... | ANL |
Qəbələdə IV Beynəlxalq İncəsənət Sərgisi açılıb. Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə dekabrın 19-da Qəbələdə IV Beynəlxalq İncəsənət Sərgisinin açılışı olub. APA-nın yerli bürosunun xəbərinə görə, bu il Azərbaycanda ilk də... | ANL |
İstanbulda Əlibəy Hüseynzadənin qızının fərdi sərgisi açılıb. İstanbulda böyük mütəfəkkir, tanınmış maarifçi Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsarın fərdi rəsm sərgisi təşkil olunub. Şəhərin Bəyoğlu rayonundakı "Eller" incəsənət qalereyasında açılan sərginin açılış mərasimində Türkiyənin tanınmış incəsənət xadimlər... | ANL |
Teatr rəssamlığımızda silinməz imza - Əyyub Fətəliyev. Məşhur italyan rəssamı Koizani deyirdi: "Dekorasiya göz üçün musiqidir". Haqqında söhbət açacağımız rəssam həyatını teatr rəssamlığı sənətinə həsr etmiş, ömrü boyu yüksək yaradıcılıq əzmi, yaradıcı rəssam təxəyyülü ilə neçə-neçə operaların daha da bədii biçimdə qav... | ANL |
"Bizdə psixoloqa dayə kimi baxırlar". PSİXOLOQ NİSƏ ABDULLAYEVA: "PSİXİATORLARLA PSİXOLOQLAR ARASINDA SOYUQ MÜHARİBƏ GEDİR". A.Zeynallı adına Musiqi Kollecində fortepiano ixtisası üzrə təhsil alıb, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində psixologiya ixtisasına yiyələnib. SOS Uşaq Kəndləri ... | ANL |
Balayar Sadiqin həndəsə fəsli. Hava soyuq, küləkli, bir az yağışlı idi. Küçələr qaçaqaç, qovaqov, avtobuslar qaşqabaqlı, dayanacaqlar kədərli, sanki hər tərəfdə "Əlvida, Bakı" musiqisi səslənir. Azərbaycan Yazıçılar Birliyinin pilləkənlərində ayaqüstü görüşdük, dedi, bu səhər gəlmişəm, axşama Lənkərana qayıtmalıyam. El... | ANL |
Buyurun, eşidirəm, kimdi danışan? - Daxili İşlər Nazirliyinin "Mübariz keşikdə" qəzetindən polis kapitanı Hafiz. Xəttin o başında səs sanki qırıldı. Qəfil başlayan doludan qorxub hara pənah aparacağını bilməyən və ucsuz-bucaqsız səhrada yalqız qalan, əli yerdən-göydən üzülən, saman çöpünə də ümid kimi baxan bir Allah b... | ANL |
Uşaq Filarmoniyasının Gənc Tamaşaçılar Teatrında Yeni il konserti. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrilən Yeni il Azərbaycanda da insanların məişətinə daxil olub, xüsusilə uşaqların ən sevdiyi bayramlardan birinə çevrilib. Məhz bu bayramla əlaqədar olaraq hər il şəhərimizin müxtəlif konsert salonların... | ANL |
Kamran Nəzirlinin yeni romanı çapdan çıxıb. "Mütərcim" nəşriyyatı yazıçı Kamran Nəzirlinin yeni kitabını - "Dördüncü möhür" romanını çap edib. Bu, qısa hekayələr müəllifi kimi tanınan müəllifin ilk irihəcmli əsəridir. Maraqlı süjet xətti olan bədii-fəlsəfi-psixoloji məzmuna malik bu əsərdə yazıçı tarixi faktlardan və s... | ANL |
Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı nəşr olunub. Xalq yazıçısı Elçin əsərləri Türkiyədə ən çox nəşr olunan müasir dünya yazıçılarından biridir. Onun həm roman, povest və hekayələri, həm də pyesləri qardaş ölkədə dəfələrlə nəşr olunub, bir çox şəhər teatrlarında tamaşaya qoyulub. AZƏRTAC xəbər verir ki, bu günlə... | ANL |
Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş elmi-bədii yubiley tədbiri keçirilib. Tədbir Prezident İlham Əliyevin "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqınd... | ANL |
"Kitabi-Dədə Qorqud"u dünyaya tanıdan xarici alimlər Bakıda. "Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünas alimi Heynrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı 2015-ci il boyu keçirilən tədbirlərin hesabat xarakterli konfransı başlayıb. Bu b... | ANL |
Sufizm barədə bir neçə söz. Sufizm Orta əsrlər müsəlman şərqində rəvac tapıb, uzunmüddətli inkişaf yolu keçərək dövrümüzədək gəlib çatmış dini-fəlsəfi cərəyandır. Günümüzdə digər məzhəb və təriqətlərlə müqayisədə kölgədə qalsa da, Orta əsrlər müsəlman mədəniyyətinin, xüsusilə ədəbiyyatın böyük bir qismi Sufizm üzərində... | ANL |
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş elmi-bədii yubiley tədbiri keçirilib. Tədbir Prezide... | ANL |
Azərbaycan Yaponiyada Beynəlxalq Mədəniyyət Festivalında. Dekabrın 19-da Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan yüksək səviyyədə təmsil olunub. Qeyd edək ki, sözügedən festival hər yeni il ərəfəsində Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının (HUISA) tə... | ANL |
Yuxusuzluq himni. Gecə də bizdən inciyib, qaranlıqlaşır kini. Ağcaqanad vızıldayır, "yuxusuzluq" himnini. Gözlərim tavana baxır, uzanmışam eləcə. Çoxdandır ki, xəstəhalam, can verirəm deyəsən. Asqırsam ciyərim deyər: "özbaşını yeyəsən". Gözlər birtəhər qapanıb, yola verir gecəni. Çarpayıntək dağılmışam, gəlib yığışdır ... | ANL |
Günelin "Kağız gəmilər"i. GƏNC YAZIÇI GÜNEL NATİQƏ AÇIQ MƏKTUB. Açıq məktubları kimlər kimlərə hansı məqsədlə yazır, mən bunun fərqində deyiləm, mənə elə gəlir ki, "açıq məktub" məxfi söhbət üçün açardı. Bəyəm biz bilmirik kağız gəmilərin taleyini? Gölməçəyə salandan azacıq sonra islanıb batır və qarışır o gölməçənin z... | ANL |
“Bu film öz poetikasına görə film-ikonadır. Beləsi Azərbaycan kinematoqrafiyasında hələ indiyəcən olmayıb”. Aydın Talıbzadə. Belə təmiz - həyati kadrları axırıncı dəfə hardasa görmüşəm, amma harda?! Film ilk kadrlardan məni tutur. Süd bankası qucağında kəndə gedən bu qadını da tanıyıram. Qarabağ mövzusunda çəkilən ən t... | ANL |
“Bu film öz poetikasına görə film-ikonadır. Beləsi Azərbaycan kinematoqrafiyasında hələ indiyəcən olmayıb”. Aydın Talıbzadə. Belə təmiz - həyati kadrları axırıncı dəfə hardasa görmüşəm, amma harda?! Film ilk kadrlardan məni tutur. Süd bankası qucağında kəndə gedən bu qadını da tanıyıram. Qarabağ mövzusunda çəkilən ən t... | ANL |
Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) bu yaxınlarda dünyasını dəyişmiş görkəmli şair Məmməd Aslanın 75 illik yubileyi ilə bağlı tədbir keçirilib. Şairin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra tədbirin aparıcısı - publisist Əlövsət Ağalarov şairin yaradıcılıq yolu barədə çıxış edib. Xalq şairi Sabir Rü... | ANL |
Bu günlərdə "Ulduz" jurnalının dekabr sayı nəşr olunub. Bu sayın eksperti "Hərənin öz ulduzu...Və hamının bir Ulduzu" yazısı ilə professor Nizami Cəfərovdur. Ekspert jurnalın ötən sayını bir az da sərt, açıq mülahizələrlə təhlil edib: "Gülşən Əliyeva-Kəngərlinin "Hər çapında xüsusi çəki sərgiləyən jurnal"ını oxuya-oxuy... | ANL |
Beynəlxalq Mətbuat Mərkəzində yazıçı Varisin Moskvada çap edilən "Yanvarın 13 günü" kitabının təqdimatı keçirilib. Finalçılar Rusiyanın məşhur "Sovremenniki i klassiki" vintaj seriyasından kitab çap etdirmək hüququ qazanıblar. Yazıçı bildirib ki, çap olunacaq kitabların Moskvada təqdimatı keçiriləcək və "LitRes" elektr... | ANL |
Sənətin ziyalılıq zirvəsi: Cahangir Zeynalov. Azərbaycan teatr tarixində elə aktyorlar var ki, onlar milli səhnə sənətimizin təşəkkülünün sütunları əzəmətindədirlər. Bu gün yüksək inkişaf mərhələsində inamla addımlayan milli teatrımızın əzəmətli sütunlarından biri də Cahangir Zeynalovdur. Əvvəla onu deyim ki, Cahangir ... | ANL |
Gözün aydın, tənhalıq. Qatarlanıb alnımdakı qırışlar, Artıq qəlbdə qəm ilməli naxışlar. Çıxıb getdin, gedəmmədim, bağışla, Sənsiz həyat yaman dadsız olubdur. Həsrət bir gün səni də qollarına alacaq. Sıxacaq, sıxdıqca sən heydən düşəcəksən. Ehtiyacın qolları kimi, vüsalın şirinliyi kimi güclüdür bu qollar. Burada sürən ... | ANL |
Azərbaycançılıq ideologiyasının təkamülündə yeni mərhələ - İlham Əliyev mərhələsi. Azərbaycançılıq ideologiyasının tarixi məzmununu, yaxud tarix fəlsəfəsini aydın dərk (və ya ən azından təsəvvür) etmək üçün fikrimizcə, üç mühüm məqama diqqət yetirmək lazım gəlir ki, bunlardan biri həmin ideologiyanın etnoqrafik kökləri... | ANL |
Müasirləşən Azərbaycan: yeni yüksəliş mərhələsinin memarı. Tale bu ölkəyə Heydər Əliyev kimi böyük şəxsiyyət və ulu öndər qismət edib. Onun xidmətlərini Azərbaycan xalqı heç zaman unutmayacaq. 12 ildir ölkəyə rəhbərlik edən İlham Əliyev dövlətçilik və xalqın rifahı üçün əhəmiyyətli olan bütün sahələrdə böyük uğurlara n... | ANL |
Müsabiqədə fərqlənən uşaq rəqs kollektivləri mükafatlandırılıb. Dekabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaq rəqs kollektivlərinin respublika müsabiqəsində qalib gəlmiş və fərqlənmiş kollektivlərin mükafatlandırılma mərasimi və yekun konserti keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə mədən... | ANL |
Vətəndaşlıq təkcə rəsmi-hüquqi qeydiyyatdan ibarət deyil. Əsl vətəndaşlıq insanın fəaliyyətinin, şəxsiyyətinin vətənə, millətə, dövlətə və dövlətçiliyə gərəklik dərəcəsi ilə ölçülür. Professor Teymur Əhmədovun ömür yolunun şüurlu həyat və fəaliyyət tarixinə nəzər salanda bütün hallarda adamda onun həmin tələblərə uyğun... | ANL |
Yusif Səmədoğlu - ölümdən sonrakı həyat. Dörd dövrəsi ağacdı. Dəniz uzaqdadı, çox uzaqda... Ona görə gecənin bir aləmi dalğaların səsinə yuxudan ayılanda qorxumdan nə edəcəyimi bilmirdim?! Külək qalxdıqca "dəniz" ləpələnir, mənsə vahimələnirdim. Heç kəsi oyadıb narahat eləmək istəmirdim. Birtəhər sabahı gözlədim, səhər... | ANL |
"Kəsilməyən atəş səsləri" təqdim olundu. "Vahid Məhərrəmovun "Kəsilməyən atəş səsləri" kitabında müəllifin gördüyü, müşahidə elədiyi fakt və hadisələrin bədii əksi var, kitabdakı hekayələrin əksəriyyətində Qarabağ dərdimizin göynərtisi, itirilmiş torpaqlarla bağlı ağrılarımız hiss edilir. Hekayələşdirilmiş mövzuların (... | ANL |
Yazıçılar Birliyinin Qazax bölməsi yubiley tədbirləri keçirib. Dekabrın 3-də Ağstafa şəhərindəki Yazıçılar Evində görkəmli şair və publisist, Əməkdar incəsənət xadimi Həmid Abbasın 80 illik yubiley tədbiri oldu. Ağstafa RİH başçısının müavini Lalə Eyyubovanın giriş sözüylə açdığı tədbirdə Azərbaycan Yazıçılar Birliyi (... | ANL |
Sənətin ziyalılıq zirvəsi: Cahangir Zeynalov. Cahangir Zeynalov səhnədə əvvəllər əsasən Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyovun hazırladıqları tamaşalarda oynayıb. XIX əsrin sonlarında isə sənət və məslək dostu, aktyor Əbülfət Vəlinin qardaşı Nəcəfqulu Vəliyevlə birgə tamaşalar hazırlayıblar. dram artistləri də... | ANL |
Təranə Məmmədova: “Məqsədimiz insanı özü-özünə inandırmaqdır”. “Loqos” zamanın övladıdır. Məqsədimiz insanı özü-özünə inandırmaqdır”. “Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova maraqla qarşılanan çıxışına bu çağırışla başlayıb, daha sonra bildirdi ki, Azərbaycan sözün geniş mənasında dünyanın... | ANL |
Sənətin ziyalılıq zirvəsi: Cahangir Zeynalov. “İsmailiyyə” binasında göstərilən bu tamaşanı “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının “Müdiriyyəti” truppası hazırlamışdı. Tamaşaya quruluşu Hüseyn Ərəblinski vermişdi. Həmin dövrdə truppanın baş rejissoru Üzeyir bəy Hacıbəyli idi. “Hacı Qara” tamaşası oynanılan... | ANL |
Azərbaycan davalı şair. Dünən - dekabrın 25-i sevimli şairimiz Ramiz Qusarçaylının doğum günü idi. Şəxsiyyətini və yaradıcılığını çox sevdiyim, şeirlərini hər zaman sevərək, böyük zövqlə oxuduğum Ramiz müəllimi təbrik edir, ona mənalı ömür, daha böyük yaradıcılıq uğurları arzulayıram! Sözünüz heç tükənməsin, Ramiz müəl... | ANL |
Günü səpib hədərə. Sən bütün ümidlərin. Qapısın kilidlədin. Qopmuş vərəqlərini. Şehi mənə qurutdun. Nələr yaşatdığını. Mən həsrətdən üşəndim. Yanaqları qızardı - kədərin! Məni aldı qoynuna. Hallandıqca orda adım, Könlü necə güldürəydim?! Öz içində sıxılmayıb, Künc-bucağa sığınmayıb. Didilməkdən yaxam cırıq - Dırnağıma ... | ANL |
Gözlərimin qorxusu, Başım tacı da olub. Mən birini yatmamış. Günləri bəlkələyib. Ömrümə həyan dedim. Hər an mürgüsü boldu. Yatağa girdiklərim. Qəlbi közdən elədi. Bir ömür gördüklərim. Yozsun Həzrəti-Yusif. vücuda çökəndə, Aşiqi tapan kimi. ürəyə dağ çəkəndə, eşqdir. Bunlar yoxsa, Bütün sevgilər. Bizlər varıq ömürlə;. ... | ANL |
Şahmat dünyası və ilahə Kaissanın kahinləri. ŞAHMAT: MƏNŞƏYİ VƏ İNKİŞAFI. (Əvvəli ötən şənbə saylarımızda). Şahmat üzrə ilk dünya çempionu adı hələ 1886-cı ildə verilsə də, XX əsr böyük proqress əsri olduğu kimi bu oyunun inkişafında və populyarlaşmasında da böyük rol oynamışdır. İlk dünya çempionluğu qazanan Vilhelm S... | ANL |
Topuqdan yuxarı qar yağıb,-bunu mənə mətbuatla sıx əməkdaşlıq elədiyim 90-cı illərin əvvəlində o vaxtlar “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olan Sabir Əhmədov yolboyu söhbət əsnasında danışıb,-nəşriyyata çatmağa az qalanda birdən ayağım nəyəsə ilişdi, üzüqoyulu gəldim, nə gəldim. Ərinmədim, əlimdəkiləri q... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) Azərbaycan Şurayi-Millisi tarixindən. Azərbayc... | ANL |
Darıxan səbr. Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış. Bir dəfə jurnalist Sevinc İltifatqızı müsahibə üçün suallar göndərmişdi. Biri bu idi: “Azərbaycandakı dostlarınız sizin üçün darıxır. Azərbaycan üçün darıxırsınız?”. Belə cavab vermişdim: “İki cür darıxmaq var: biri zamanı saatla, günlə ölçənlərin darıxmağı... | ANL |
Ağdamda nəyim qaldı? Dəyirman həyəti. Şəhərin bu hardasa ekzotik həyətində yaşadığım on il içərisində dəyirman özü tədricən ölürdü, şəhər adamları daha onun xidmətindən istifadə eləmirdi, hətta kəndlərdə də yavaş-yavaş dükan çörəyi, ağappaq un satılmağa başlayandan, buğda almaq, dən üyütmək həvəsi azalırdı. Adamlar dük... | ANL |
Son illər Azərbaycan oxucuları roman sarıdan heç bir əziyyət çəkmir, istər kitab halında, istərsə də ədəbi dərgilərdə xeyli roman çap olunur və deyək ki, 90-cı illərin roman aclığından sonra bu canlanma həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyətli dərəcədə hiss edilir. Məktəbli bir cocuqdan tutmuş ən qocaman, ... | ANL |
“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? Triadanın formalaşmasının ilkin mərhələsində (“türkləşmək, islamlaşmaq, avropalaşmaq”) sonda yer alan avropalaşmaq ən sonrakı prosesdə müasirləşmək adı ilə ikinci yerdə qərarlaşıb. Onun üçüncü yerdən bir addım irəliləyərək ikinci yerdə qərarlaşması, hər şey... | ANL |
“Mehmanxana sahibəsi”nın nökərini, doğum evində intizarla gözləyən Ələsgəri. Kiçik, bəzən özünün də dediyi kimi, üçüncü dərəcəli rolların böyük sənətkarı. Sanki görməzdən gəlirdi bizim rejissorlar. Bu adamın istedadını sona qədər açan olmadı. Sanki candərdi verirdilər ona epizodik rolları da. Amma o, şedevrlər yaradırd... | ANL |
Yazıçılar Birliyində Yusif Səmədoğlunun 80 illiyi qeyd olundu. Ötəngün Azərbaycan Yazıçılar Birliyində(AYB) görkəmli ədib Yusif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdən öncə Fəxri Xiyabanda yazıçının məzarı ziyarət olunub. Yubiley tədbirini AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq Y.Səmədoğl... | ANL |
İlqar Fəhminin 4 kitabı təqdim edilib. AZƏRTAC xəbər verir ki, “Kitabevim.az”ın direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq müəllifin kitablarının bədii dəyərindən söhbət açıb. Vurğulanıb ki, yazıçı və şair kimi əsərləri ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən İ.Fəhmi “Axırıncı qatar”, “Ölüm növ... | ANL |
Siyasət həyatın tək bir ölçüsüdür. Azərbaycan oxucusuna, eləcə də mənə İrfan Çiftçi imzası “Xəzər” dərgisindəki şeirlərindən tanışdır. Türkiyədə təhsil aldığımız zaman ara-sıra görüşlərimiz, söhbətlərimiz də olurdu. O, dünyanın hər yerindən gələn türk tələbələrə Türkiyəni sevgiylə tanıtdı və onlardan öz mənəvi dəstəyin... | ANL |
İnsanlar şəxsiyyət kimi doğulmurlar, şəxsiyyəti zaman yetişdirir. Bu adı qazananlar heç vaxt həyatı tam tərk etmirlər. Onların ideyaları, zəngin həyat təcrübələri daima yaşayır. Dünya durduqca şəxsiyyətlər bu dünyanın vətəndaşları statusunu saxlayırlar. Cəmi altmış-yetmiş il yaşayıb sonradan min illərlə ömür sürən şəxs... | ANL |
Türk dünyasını birləşdirən möhtəşəmlik zirvəsi - “Kitabi-Dədə Qorqud”. Multikulturalizm həyat tərzimizdir. Hanı dediyim bəy ərənlər, Dünya mənim deyənlər? Gəlimli-gedimli dünya, Son ucu ölümlü dünya... Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qopuz, qaval, musiqi sədasının müşayiəti ilə Dədə Qorqu... | ANL |
Fon Ditsə məhəbbətlə... 2015-ci ilin 20 fevralında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı xüsusi Sərəncam imzaladı. Bu Sərəncama əsasən, qəbul edilmiş tədbirlər planında Bakı Beynəlxalq Multikulturaliz... | ANL |
Azərbaycan Dövlət İqtisad Universitetinin 85 illik yubileyi qeyd edilib. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ADİU-nun tələbə və əməkdaşlarının əl işlərindən ibarət rəsm, karikatura və kitab sərgisi ilə tanış olublar. ADİU-nun rektoru, professor Ədalət Muradov universitetin tarixi, fəaliyyəti, iştirak e... | ANL |
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin məzunudur. Moskvada Ali Mətbuat İnstitutunda ixtisasartırma kurslarında təhsil alıb. 1980-ci illərin əvvəllərindən mətbuat sahəsində çalışır. Bir müddət Azə... | ANL |
Mən bunlardan çoxdan keçdim. Buna sadəcə cəhd etmək olar. Bəlkə belə deməyim sizdə bir az qıcıq yarada bilər. Amma gerçək budur. Bir həqiqəti də anlamaq lazımdır ki, eşqi insan gec dərk edir, bəlkə ömrünün erkən saatlarında rastlaşır bu möcüzə ilə, ancaq başa düşmək o qədər də asan olmur. Ağrılar, əzablar, aldanışlar, ... | ANL |
Şuşa yadıma düşəndə, Qəlbim sınır şüşə kimi. Görərsən görərmiyəm, Şuşanı bu qışa kimi. Alınmaz qalaydı, gərək, Qala da qalaydı gərək! Şuşa dağılaydı gərək, Son yaralı daşa kimi. Vaqifin məzarı ağlar, Ağlar o dərələr, dağlar. Çıxıbdı fəryadı göyə, Kədərli tamaşa kimi. MAQNİTOFON LENTİNƏ DÜŞMƏYƏN SƏS. Gəlməmişəm əlvida d... | ANL |
Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Yusif Nəğməkarın 60 illik yubiley tədbiri keçirilib. Tədbiri AYB katibi Rəşad Məcid açaraq şairin yaradıcılığından və şəxsiyyətindən danışıb: "Yusif Nəğməkarın tədbirləri həmişə belə gur olur. İlk gənclik yaşlarından onun şeirləri diqqəti cəlb edib. Rəsul Rza, Bəxtiya... | ANL |
İşığı söndürmək istədi. Onsuz da yata bilmir. Səhəri gözü açılana qədər çarpayısı ilə tutaşır. Gecə də qurtarmaq bilmir. Yaxşı ki, əsəbləri pozulmur. Çöldə qaranlıqdı. Həyətlərdəki dirəklərdən asılmış elektrik lampalarının işığı gecənin bağrını yarır. Yaxınlıqdakı limandan qalxan təyyarələrin gurultusu aləmi bürüyüb. P... | ANL |
Görüşünə tələsirəm. Gözəl nemət səadətdir, Saf sevgidir, məhəbbətdir. Görüşmürük nə müddətdir, Görüşünə tələsirəm. Darıxmağım deyil əbəs, Qəlbimdədir istək, həvəs. Səninlə alıram nəfəs, Görüşünə tələsirəm. Gözlərimi dikib yola, Boylanaraq sağa -sola. Buludtək boşala-dola, Görüşünə tələsirəm. Gül əlləri tutmaq üçün, Dər... | ANL |
Alim zirvəsinin "Müzakirə vaxtı". Azərbaycan teleməkanından söhbət düşəndə biz daha çox bir "ekspert" bəyənməməzliliyi ilə qarşılaşırıq. Əlbəttə, bəyənməməzlik və yeni iddialar bütün sahələrin inkişafı üçün əsas kimi qiymətləndirilir. Lakin bir sıra hallarda təqdir faktının özü də inkişafa aparan bir pedaqogika kimi qi... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.